Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-381/2023 12.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-93/2023 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti üzrə cinayət işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında məhkəmə baxışı keçirməklə məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ : Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakim Roman Ələkbərlinin sədrliyi, hakimlər Dadaş İmanov və Mikayıl Məmmədzadədən ibarət tərkibdə) xx.xx.2023-cü il tarixli, 1(100)- 93/2023 saylı hökmü ilə xx xxxxxx 1998-ci ildə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad olunması, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İstintaq orqanı tərəfindən verilən ittihama görə, Təqsirləndirilən şəxs xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan, ümumi təmiz çəkisi 34,067 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək təmiz çəkisi 27,085 qram təşkil edən hissəsini 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə qablaşdırıb 1 ədəd göy rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq, ayrı-ayrılıqda təmiz çəkiləri 0,374 qram, 0,385 qram, 0,392 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0,391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram qram təşkil edən hissəsini 17 ədəd şəffaf rəngli və 1 ədəd göy rəngli polietilen kəsiyi bükümündə qablaşdıraraq 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümünün içərisinə qoyaraq 1 ədəd sarı rəngli polietilen kəsiyinə büküb əynində olan qara rəngli şalvarın sol yan cibində saxlamış, 19 may 2022-ci il tarixdə saat 23:00-da Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və 19 may 2022-ci il saat 23:45-dən 20 may 2022-ci il saat 01:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən yuxarıda göstərilən çəkidə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmir. Bu səbəbdən barəsində bəraət hökmü çıxarılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən verilmiş apellyasiya protesti onunla əsaslandırılmışdır ki, aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaqın ilkin mərhələsindəki etirafedici ifadələri, “şəxsi axtarış və götürmə barədə” protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, şahid ifadələri, məhkəmə-kimyəvi, narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün qeyd edilən sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrinin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə Qazax RPŞ-yə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatının yoxlanılması üçün raportla rayon Polis Şöbəsinin rəisinə məruzə edilərək həmin əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat qrupu yaradılaraq daxil olmuş məlumata əsasən Təqsirləndirilən şəxs Qazax şəhəri, Bakı küçəsində yerləşən 1A nömrəli çoxmənzilli yaşayış binasının qarşısında olduğunu müəyyən edib xx.xx.2022-ci il tarixdə saat 23:00-da polis əməkdaşları Təqsirləndirilən şəxs həmin yerdə saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, satışı və istehlakı ilə məşğul olmaqda şübhəli olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş, ona hüquq və vəzifələri izah edilmiş, həmin gün saat 23 radələrində Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 17 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində o, narkotik vasitələrin aludəçisi olduğundan, eləcə də narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olduğundan əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir (iş vərəqə: cild İ, səh.5). Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş 19 may 2022-ci il tarixli raportdan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs saxlanılmasına səbəb və əsas onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı olmuşdur (iş vərəqə: cild İ, səh.4). 19 may 2022-ci il tarixli həmin əməliyyat müvəkkili tərəfindən yazılmış raportdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 23:00-da Qazax şəhəri, H.Əliyev prospektində yaşadığı evin qarşısında saxlanılmış və Qazax Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (iş vərəqə: cild İ, səh.3). xx.xx.2022-ci il tarixdə, saat 23:30-da şübhəli şəxsin tutulması haqqında tərtib edilmiş protokolda Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması qeyd edilmişdir. (iş vərəqə: cild İ, səh 10) İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində, həmçinin təqsirləndirilən şəxslə üzləşdirmələri zamanı verdikləri ifadələrində göstərmişlər ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılmış, şəxsi axtarış zamanı üzərindən 19 bükümdə 34.067 qram heroin aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh 202- 217) İş materiallarında olan əməliyyat tapşırığına dair xx.xx.2022-ci il tarixli cavab məktubunun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması müəyyən edilmişdir (iş vərəqə: cild İ, səh 115) Göründüyü kimi, məhkəmə tərəfindən yuxarıda qeyd edilən işin faktiki halları nəzərə alınmamış, Təqsirləndirilən şəxs hər hansı törədilmiş və ya hazırlanan cinayəti törətməsinə dair məlumatın mövcud olmaması, şəxsi toxunulmazlıq hüququnun pozulması qənaətinə düzgün gəlməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şübhəli və təqsirəndirilən şəxs qismində ifadələri alınmış Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Qazax RPŞ-nin əməkdaşları onu saxlayıb Qazax RPŞ-yə gətirmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən əldə etdiyi 19 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. (iş vərəqə: cild İ, səh 51-53, 62-64) Bundan başqa, barəsində həbs qətimkan tədbirinin seçilməsi və seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı vəsatətə Qazax Rayon Məhkəməsində baxılarkən, həmçinin xx.xx.2022-ci il tarixdə ambulator məcburi narkoloji-tibbi yoxlamadan keçirilən zaman Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları və ya hər hansı digər şəxs tərəfindən zor tətbiq edilməsini məhkəməyə və ya həkim-narkoloqa bildirməmiş, yalnız məhkəmədə üzərindən aşkar edilən narkotik vasitə olan heroini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir (iş vərəqə: cild İ, səh 70-72, 139, 152-154) Belə ki, Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində adında “Kazımi” sözü olan səhifəni işlədən şəxslə yazışaraq həmin gün saat 23 radələrində Ağstafa rayonu, Dağkəsəmən kəndi ərazisindən həmin şəxsin ona dediyi kart hesabına 300 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə saat 20-21 radələrində həmin şəxs “İnstaqram” sosial şəbəkəsində ona narkotik vasitənin qoyulduğu yerin xəritəsini göndərdikdən sonra o, Bakı şəhəri ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında yerləşən tanımadığı yerə gedərək yolun kənarında olan gül kolunun dibində olan sarı rəngli sellofanı götürmüşdür. Bükümü açan zaman içərisində 19 ədəd sellofan bükümdə heroin olduğunu görmüşdür. O, üzərindən aşkar edilmiş narkotik vasitədən heç kimə satmamış, satmaq məqsədi olmamışdır. O, həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə edib üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Qazax şəhəri, Bakı küçəsində yerləşən “Göy bina” adlanan binanın həyətində Qazax rayon polis şöbəsinin əməkdaşları onu saxlayaraq rayon polis şöbəsinə gətirmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibindən sarı rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür (iş vərəqə: cild İ, səh. 28, 51-53, 62-64). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edildikdən sonrakı ifadəsində qeyd olunan xüsusatlarla bağlı fərqli məzmunda ifadə verərək polis əməkdaşları tərəfindən döyülməsini, üzərinə narkotik vasitə qoyulmasını bildirmişdir (iş vərəqə: cild İİ, səh 47 - 51). Məhkəmə hökmdə Təqsirləndirilən şəxs Qazax RPŞ-də aparılan ibtidai araşdırma zamanı təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi barədə ifadəsinin dəlilləri, habelə onun polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərində şəxsi axtarış aparılmamışdan əvvəl ona qarşı edilmiş təzyiqlər barədə ifadəsində göstərdiklərinin cinayət işinin ibtidai istintaqını aparan orqan tərəfindən araşdırılmadığını qeyd etsə də (hökmün 12-ci vərəqi) göstərilən xüsusatlar üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılaraq Təqsirləndirilən şəxs qarşı Qazax RPŞ-də olan zaman hər hansı şəxs tərəfindən işgəncə, qeyri-insani rəftar, həmçinin fiziki zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmadığı üçün Azərbaycan Respubliaksı CPM-in 39.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, hər hansı nəzarət orqanı tərəfindən ləğv edilməyən yəni qüvvədə olan həmin qərarın surətinin cinayət işinin materiallarına əlavə edilməsini nəzərə almayaraq hökmdə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi qənaətinə düzgün gəlməmişdir. (iş vərəqə: cild İİ, səh 174 - 176) Lakin məhkəmə Təqsirləndirilən şəxs xəsarət alması ilə bağlı toplanılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qeyd edilən qərarın preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağlı hər hansı əsaslandırma və qiymətləndirmə aparmamışdır. İşgəncə faktı ilə bağlı məhkəmənin istinad etdiyi digər sübut Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli rəyidir. Hansı ki həmin rəyi tərtib etmiş ekspert canlı şəxsin-Təqsirləndirilən şəxs müayinəsi nəticəsində onda hər hansı zorakılıq əlaməti aşkar etməmiş, xəsarətin olmadığı qənaətinə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs üzərində olan xəsarətlər sənədlər əsasında təyin edilmişdir. Rəydə qeyd edilən xəsarətlər isə əslində sırf vizual müşahidə əsasında müayinə edilməklə dərəcəsi, törənmə müddəti və şəraiti müəyyən edilməli olan xəsarətlərdir. Bundan başqa, məhkəmə təkbaşına ekspertin sənədlər əsasında tibbi rəy vermə səlahiyyətinin olub-olmaması, həmçinin ekspertə təqdim edilən sənədləri tərtib edən şəxslərin xüsusi biliyə malik olub-olmaması, həmin sənədlərin tibbi sənəd sayılıb-sayılmaması məsələsini araşdırmamışdır. Halbuki, rəydə verilən xəsarətlərin hamısı "qançır" olduğundan onun yaranma müddəti yalnız rənginə əsasən müəyyən edilir və qançırın rənginə müvafiq olaraq da sırf xəsarətin yetirilmə vaxtı-günü müəyyən edilir. Yəni qeyd edilən halda rəngin yanlış və düzgün müəyyən edilməsi rəy üçün xüsusi əhəmiyyət kəsb edir. Məhkəmənin istinad etdiyi 03 iyun 2022-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyində isə nəinki müfəssəl, hətta heç bir əsaslandırma aparılmadan konkret olaraq özü şəxsən müşahidə edib aşkar etmədiyi, yalnız 2 saylı Təcridxanadan daxil olmuş səthi məlumatlar əsasında xəsarətin konkret olaraq xx.xx.2022-ci il tarixdə yetirildiyi qənaətinə gəlmişdir. Məhkəmə və istintaq təcrübəsindən görünür ki, xəsarətlərlə bağlı tibbi-ekspertiza rəylərində, hətta xəsarətin yetirildiyi predmet və müayinə edilən şəxs ekspertə təqdim edildiyi, xəsarətin yetirilmə şəraiti ekspert qarşısında konkret qoyulduğu hallarda belə, ekspert heç vaxt rəyində xəsarətin yetirildiyi şərait, alət və vaxt barədə dəqiq rəy vermir, yalnız gəldiyi qənaəti dolayı sözlərlə ifadə edir (yetirilə bilər, mümkün hesab edilir, ola bilər, istisna edilmir). Müzakirə edilən rəydə isə ekspert müayinə edib görmədiyi şəxsdə aşkar edilən xəsarətlərin dəqiq vaxtı və şəraiti barədə rəy verib. Qeyd edilən anlaşılmazlığın aradan qaldırılması üçün Təqsirləndirilən şəxs 2 saylı Təcridxanada müayinə edən şəxsin, həmçinin Qazax RPŞ-nin MSY-sində müayinə edərək akt tərtib edən şəxslərin dindirilməsi barədə tərəfimdən vəsatət verilsə də, bu qədər əhəmiyyət kəsb edən məsələnin müəyyən edilməsində məhkəmə maraqlı olmamış, həmin vəsatətləri təmin etməmişdir. Məhkəmənin prosessual pozuntu kimi qiymətləndirdiyi digər məsələ-əməliyyat məlumatının Şahid1 xx.xx.2022-ci il tarixdə daxil olduğu halda, əməliyyat-axtarış tədbirinin keçirilməsilə bağlı qərarın xx.xx.2022-ci il tarixli olması, həmçinin əməliyyat-qeydiyyat işinin olmaması və Təqsirləndirilən şəxs saxlanıldığı yerlə bağlı qeyri-müəyyənliyin olmasıdır. Bu qənaətə gələrkən məhkəmə müvafiq olaraq işdə olan xx.xx.2022-ci il tarixli raporta, xx.xx.2022-ci il tarixli qərara və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ hissəsinə istinad etmişdir. Həmin müddəaya əsasən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. xx.xx.2022-ci il tarixli raportu tərtib etmiş Şahid1 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsilə məşğul olması barədə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ona əməliyyat məlumatı daxil olduğunu, həmin məlumatı rəsmiləşdirdiyini, həmin tarixdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qəbul edildiyini, ardınca əməliyyat qrupunun yaradıldığını, Təqsirləndirilən şəxs “Göy Bina” adlanan binanın yaxınlığında saxlanılıb şöbənin inzibati binasına gətirildiyini, üzərindən təxminən 36 qram heroinin aşkar edilib götürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak edən digər şəxslər də tarix və yerlə bağlı eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə isə onun qənaətinə əhəmiyyətli dərəcədə təsir edən həmin xüsusatla bağlı nə Şahid1, nə də əməliyyatda iştirak etmiş digər şəxslərə sual verib həmin məsələni dəqiqləşdirməmiş, qabaqcadan əməliyyatın formal keçirilməsi barədə yanlış qərara gəlmişdir. Qeyd olunanlardan açıq-aşkar görünür ki, əməliyyataxtarış tədbirinin keçirilməsilə bağlı qərarın xx.xx.2022-ci il tarixli olması tamamilə texniki səhvdir və məhkəmə istintaqı zamanı tarix fərqinin texniki səhv olmamasına dair heç bir fakt müəyyən edilməmişdir. Əməliyyatın formallığı ilə bağlı məhkəmənin istinad etdiyi digər əsas, əməliyyat-qeydiyyat işi ilə bağlı məhkəmənin verdiyi sorğuya Qazax RPŞ tərəfindən verilmiş cavab olmuşdur. Belə ki, həmin cavabdan görünür ki, həmin əməliyyat məlumatının yoxlanması üçün Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilməsi və üzərində şəxsi axtarış aparılması kimi adi təhqiqat üsulu kifayət etdiyindən onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Əvvəla, əməliyyatqeydiyyat işinin olmaması əməliyyat tədbirinin həyata keçirilməsi qəanətinə gəlmək üçün əsas ola bilməz. Əməliyyat-qeydiyyat işi “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunununda nəzərdə tutulan ümumi məfhumdur. Məhkəmənin istinad etdiyi normanın da məzmunundan görünür ki, əməliyyat-qeydiyyat işi həmin Qanunun 10-cu maddəsində nəzərdə tutulan 18 növ tədbirin hər biri üçün açılmır. Düzdür, istinad edilən Qanunun 11-ci maddəsinə əsasən, müvafiq əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün hər bir halda qanunda nəzərdə tutulan əsaslar və səbəblər olmalıdır. Cinayət işinin başlanmasına kifayət qədər əsaslar olmasa da, cinayət hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda əməliyyat-axtarış tədbiri həyata keçirilir. Mənbəylə bağlı qeydiyyat isə bütün hallarda əməliyyat-qeydiyyat işində təsbit edilmir. Məhkəmə və istintaq təcrübəsindən görünür ki baxılan işlərin hamısında, hansılarda ki əməliyyat təxirəsalınmaz formada həyata keçirilib, həmin tədbirlərin keçirilməsilə bağlı əməliyyat-qeydiyyat işi açılmır. Əməliyyat-qeydiyyat işi, bir qayda olaraq, daha çox araşdırma və əməliyyat tədbirlərinin keçirilməsini tələb edən hallarda açılır və əməliyyat müvəkkilində saxlanılır. Bununla bağlı DİN-in daxili təlimatları mövcuddur. Məxfi əməkdaş tərəfindən verilmiş məlumatlar realizə edildikdə həmin əməkdaşlarla bağlı müvafiq qeydiyyat aparılır ki, həmin sənədləşmə də əməliyyat-qeydiyyat işi deyil, agent-qeydiyyat işi sayılır. Hazırki işdən isə görünür ki, Təqsirləndirilən şəxs saxlanılmasında əlavə hər hansı əməliyyat tədbiri həyata keçirilməmiş, saxlama təxirəsalınmaz formada həyata keçirilmişdir, dolayısıyla bu halda əməliyyat-qeydiyyat işinin olmaması başa düşüləndir. Narkotik vasitələrin dövriyyəsilə bağlı saxlanılan şəxslərin hər biri, aparılmış hər əməliyyat üzrə əməliyyat-qeydiyyat işinin olması tələb edilsə və olmaması halında həmin şəxslərin barəsində bəraət hökmü çıxarılsa, o zaman bu hal absurd yekun qərarların qəbul edilməsinə gətirib çıxarardı. Təqsirləndirilən şəxs saxlanıldığı yerlə bağlı məsələyə münasibətdə “Google Maps” proqramından istifadə edərək məhkəmənin mübahisələndirdiyi ərazilərin lokasiyasına baxdıqda aydın olur ki, Qazax şəhəri, Bakı küçəsi və Heydər Əliyev prospekti ardıcıl və paralel yerləşməklə təxminən aralarında 600 metr məsafə mövcuddur. Ünvanların yaxın yerləşməsi baxımından əməliyyat müvəkkilinin ünvanı, məhkəmənin mövcudluğuna şübhə etdiyi həmin raporta dəqiq qeyd etməməsi obyektiv səbəbdən ola bilərdi. Həmçinin Şahid1 hadisə vaxtı Qazax RPŞ-yə yeni təyin olunduğunu da məhkəmə istintaqı zamanı bildirmişdir. Digər tərəfdən Təqsirləndirilən şəxs ərtafında keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılmasıyla bağlı xx.xx.2022-ci il tarixli Qazax rayon məhkəməsinin qərarından görünür ki, “şəxsin üzərinə baxış” əməliyyat-axtarış tədbiri olmadığından həmin tədbirin qanuniliyinin yoxlanılmasından imtina edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs saxlanılıb Təhqiqat orqanına təhvil verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi zamanı hər hansı əməliyyat tədbiri həyata keçirilməmişdir. Belə olan halda, əməliyyat-qeydiyyat işinin tələb edilməsi özlüyündə absurddur. Göründüyü kimi, məhkəmə müvafiq məlumatın mövcudluğu, qərəzsizliyi ilə bağlı olan şübhəsini müvafiq formada dəqiqləşdirə biləcəyi halda, bunu etməyib əməliyyat tədbirinin formal həyata keçirilməsindən ibarət yanlış nəticəyə gəlmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və videoçəkilişdən görünür ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 19 bükümdə 36,95 qram narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (İ cild 25-26). Məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli, 16/597 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxsaşkar olunmuş kütlələr...” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı rəngli polietilen kəsiyinə bükülmüş 19 (on doqquz) ədəd polietilen kəsikləri bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 27,085 qram, 0,374 qram, 0,385 qram, 0,382 qram, 0,398 qram, 0,358 qram, 0,390 qram, 0,375 qram, 0,350 qram, 0,386 qram, 0,400 qram, 0,403 qram, 0, 391 qram, 0,380 qram, 0,395 qram, 0,368 qram, 0,415 qram, 0,401 qram, 0,421 qram ümumi təmiz çəkisi 34,067 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlindən götürülmüş dırnaq qaşıntısı...” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd sağ rəngli pambıq kəsiyi üzərində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs sol əlindən götürülmüş dırnaq qaşıntısı...” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd sağ rəngli pambıq kəsiyi üzərində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus 1 ədəd şalvar...” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd qara rəngli şalvarın sağ yan cibində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Təqdim olunmuş qara rəngli şalvarın digər ciblərində isə narkotik vasitələrə məxsus izlər aşkar edilmədi. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdəki heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.41-43). Göründüyü kimi, istər məhkəmə istintaqı, istərsə də ibtidai istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar yuxarıda qeyd olunan sübutlarla tam təkzib edilmişdir. Məhkəmə hökmdə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Qazax RPŞ-nin MSY-yə təhvil verilərkən bədəni üzərində qançırların, xx.xx.2022-ci il tarixdə 2 saylı İstintaq Təcridxanasına qəbul olunarkən sağ gözün altında, sağ çiyində, bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırların aşkar edilməsini, sonunucunun məhkəmə tibbi ekspertizası ilə bağlı müayinə zamanı fiziki zorakılığa məruz qalmasını bildirməsini ona qarşı fiziki zorakılıq edilməsinin əsası kimi qəbul edərək göstərilənlərlə bağlı düzgün təhlil və əsaslı qiymətləndirmə aparmamışdır. Belə ki, Təqsirləndirilən şəxs rayon prokurorluğuna verdiyi sərbəst izahatında bədəni üzərində olan xəsarətləri məhz “polis əməkdaşları tərəfindən həbs olunarkən”, yəni saxlanılarkən aldığını bildirməsinə və bu halın Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətləri məhz “cinayət törətməkdə şübhəli olan şəxsin saxlanılması zamanı almasının da mümkün olması” qənaətinə gəlməyə əsas olmasına baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Məhkəmə Təqsirləndirilən şəxs tibbi ekspertizası ilə bağlı müayinə zamanı fiziki zorakılığa məruz qalmasını bildirməsini əsas kimi vurğulasa da, işin faktiki hallarından görünür ki, şəxsin məhz verdiyi izahatlarında əsas gətirdiyi arqument məhz tutularkən fiziki zorakılğa məruz qalması olmuşdur. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı və tibbi sənədlərdə qeyd olunanlara əsasən xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən çəkilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə onun cibindən 19 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilir, Təqsirləndirilən şəxs həmin kütlələrin heroin olduğunu bildirir, həmin vaxt Təqsirləndirilən şəxs hər hansı şəxs tərəfindən ona qarşı fizik zor tətbiq edilməsi səbəbindən bu cür izahat verməsini bildirmir və təhqiqatçı tərəfindən bununla bağlı hər hansı yönləndirici hərəkətlərə və sözlərə yol verilmir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə təqsirinin olmaması qənaətinə gələrkən işin bir sıra faktiki halını hökmündə qeyd etməmiş, işin obyektiv həllinə birbaşa təsir edən bəzi xüsusatları yanlış qəbul etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilkin etirafedici ifadəsindən məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadəsinədək bütün ifadələrində əvvəllər narkotik vasitə istifadəçisi olmasını, heroindən istifadə etdiyini, tutulmamışdan bir neçə ay əvvəldən narkotikdən istifadə etməyi dayandırdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi inkaredici ifadələrində və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşları tərəfindən taksi sürücüsü işləyən Şahid5 yaşadığı evin qarşısında saxlanılıb, onların evinə qaldırılmasını, orada sonuncunun da yanında döyülərək üzərinə narkotik vasitə qoyulmasını bildirmişdir. Hökmdə bu barədə ümumiyyətlə qeyd yoxdur. Hesab edirəm ki, bu xüsusatın hökmdə qeyd edilməməsi məqsədli xarakter daşıyır, çünki eyni xüsusatla bağlı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində də bildirib, bu səbəbdən də Şahid5 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmişdir. Şahid5 verdiyi ifadələrində bildirmişdir ki, Təqsirləndirilən şəxs heç kim onun yanında döyməmiş, üzərinə narkotik vasitə qoymamışdır. Məhkəmə obyektiv şahid kimi qəbul etmədiyi polis əməkdaşlarının ifadəsini sübutların siyahısından çıxararkən nəzərə almamışdır ki, sıravi vətəndaş olmaqla Təqsirləndirilən şəxs tanışı olan Şahid5 ifadəsilə də təqsirləndirilən şəxsin döyülməsi və üzərinə narkotik vasitə qoyulması ilə bağlı ifadəsi təkzib edilir. Həmçinin, məhkəmə digər sübutları sübutlar siyahısından çıxardıqdan sonra iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 20 may 2022-ci il tarixli rəyinin artıq əhəmiyyətini itirdiyini göstərmiş olsa da, nəzərə almamışdır ki, ekspert rəyi obyektiv sübutdur və hazırki iş üzrə həmin rəy yalnız narkotik vasitənin növü və çəkisini ifadə etmir. Həmçinin həmin rəylə Təqsirləndirilən şəxs sağ və sol əlindən götürülmüş dırnaq qaşıntısında, həmçinin sonuncunun əynində olan şalvarın cibində heroinin izləri vardır, həmin izlərin həcmi kifayət etmədiyindən eyniləşdirmə aparılmamışdır. Əgər obyektiv hal məhkəmənin gəldiyi nəticə kimi olsaydı, yəni sübutlar saxtalaşdırılmış olsaydı, eyniləşdirmə ilə bağlı məsələlər də eyni qaydada həll edilərdi. Bundan başqa, məhkəmənin isitinad etdiyi məhkəmə-tibbi ekspertizasının rəyində olan qeyddən görünür ki, Təqsirləndirilən şəxs narkotik aludəçisi diaqnozu ilə xx.xx.2022-ci il tarixdə, saat 01:40da ilkin tibbi yardım göstərilməklə ağrıkəsici vurulmuşdur. Məhkəmə həmin xüsusata da hökmdə qiymət verməmişdir. Yuxarıda sadalananlar məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir edən hal olmaqla məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Hazırki iş üzrə məhkəmənin istinad etdiyi əsas pozuntu-Təqsirləndirilən şəxs döyülməsi faktı kifayət qədər araşdırılmamışdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2022-ci il tarixli məhkəmə-tibbi ekspertizası üzrə rəy vermiş ekspert R.A.Xəlilovun, həmçinin R.A.Xəlilovun əsasında rəy tərtib etdiyi 2 saylı Gəncə İT-də Təqsirləndirilən şəxs müayinə etmiş həkim Q.Mehdiyevin (qançırın rəngi və yaranma şəraiti ilə bağlı), həmçinin Qazax RPŞ-də tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktı tərtib edən MSY-nin rəisi E.Həsənovun, aktı imzalayan T.Bayramov, R.Əsgərov və İ.Alıyevin işgəncə faktının müəyyən edilməsi üçün şahid qismində çağırılıb dindirilməsi üçün vəsatət versəm də, məhkəmə, işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olan həmin xüsusatı araşdırmamış, müvafiq vəsatəti əsassız olaraq təmin etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs etirafedici ifadələrində narkotik vasitəni Bakı şəhərində, Neftçilər metrostansiyasının yaxınlığında instagram sosial şəbəkəsində yazışdığı iranlıdan aldığını göstərdiyindən, telefon məlumatlarında 2022-ci ilin fevral ayında bir neçə dəfə Təqsirləndirilən şəxs Bakı şəhərində olmasıyla bağlı anten məlumatlarının olmasını, kim olması barədə suala cavab verə bilmədiyi şəxsin kartına pul vurması hallarını nəzərə alıb Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə daxil olmuş və çıxmış zənglərin, həmçinin sms mətnlərinin, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi məqsədilə iş üçün əhəmiyyət kəsb edən müddətdə-xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində anten dairəsinin müəyyən edilməsi üçün müvafiq sorğunun verilməsi, Təqsirləndirilən şəxs 2022-ci ilin fevral-aprel ayları ərzində nömrəsinin deaktiv olması, adına başqa nömrələrin olub-olmamasının müəyyən edilməsi ilə bağlı tərəfimdən verilmiş vəsatət də təmin edilməmişdir. Həmçinin iş materiallarında olan telefon vasitəsi ilə ötürülən məlumatlar da diqqətlə tədqiq edilməmiş, aşkar edilmiş sms-lərə Təqsirləndirilən şəxs tərəfindən qeyri-səmimi, qeyri-müəyyən cavablar verilsə də, məhkəmə həmin hissədə də məsələyə obyektiv yanaşmamış, Təqsirləndirilən şəxs verdiyi müdafiə xarakterli cavablarla kifayətlənmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətdən görünür ki, məhkəmə özünü müdafiə üçün rahatlıqla dəlil gətirmək və yalan ifadə vermək hüququ olan təqsirləndirilən Təqsirləndirilən şəxs döyülüb üzərinə narkotik vasitə qoyulmasından ibarət ifadəsini və müayinə aparılmadan səthi qeyddən ibarət sənəd əsasında təkbaşına verilmiş məhkəmətibbi ekspertizasının rəyini əsas götürməklə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ağlabatan, işin faktiki hallarına uyğun gələn ifadələrini, şəxsi axtarış keçirilməsi barədə protokolu, əlavə edilmiş videoçəkilişi, çoxsaylı şahidlərin-polis əməkdaşlarının və Təqsirləndirilən şəxs tanışı olan mülki şəxsin ifadələrini, bütün ekspertiza rəylərini sübutlar siyahısından çıxarmış, yalnız qeyd edilən mötəbərliyi şübhə doğuran iki sübutla yekun qərar qəbul etmiş və bununla da yanlış nəticəyə gəlmişdir. Hazırki iş də daxil olmaqla mövcud məhkəmə praktikasından görünür ki, təqsirləndirilən şəxsin ifadəsi hansı istiqamətdədirsə, məhkəmənin mövqeyi də həmin yöndədir. Hazırki iş üzrə əgər təqsirləndirilən şəxs işgəncə faktıyla bağlı heç bir iddia irəli sürməsəydi, barəsində ittiham hökmü çıxarılacaqdı, necə ki bu tip məhkəmə hökmü saysız-hesabsızdır. Şəxsin döyülməsilə bağlı iddiası olduqda isə məsələ tam başqa cür həll edilir. Məhkəmələr narkotik vasitələrin dövriyyəsilə bağlı işlərdə iş üzrə polis əməkdaşlarının-şahidlərin ifadəsini sübut qismində tanımır. Digər sübutlar təqsirləndirilən şəxsin ifadəsi, şəxsi axtarış və digər istintaq hərəkəti protokolları, ekspertiza rəyləri qalır ki, həmin sübutların məcmusu belə tək təqsirləndirilən şəxsin ifadəsilə müqayisə edilmir. Dolayısıyla, digər sübutların qüvvəsi sırf təqsirləndirilən şəxsin ifadəsilə ölçülür. Belə olan halda, qeyd edilən sübutların, ələlxüsus polis əməkdaşlarının şahid kimi dindirilməsinin heç bir əhəmiyyəti qalmır. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Qalib Rizvanov apellyasiya protestini müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi, apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya protestinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, o, satış məqsədilə heç bir miqdarda və ya hər hansı növdən olan narkotik vasitə əldə etməmiş, saxlamamış, daşımamış, həmçinin heç kimə narkotik vasitə satmamışdır. Polis əməkdaşları onu tutmuş, ona fiziki və psixi zorakılıqlar göstərmişlər. O, fiziki və psixi zorakılıqlara dözə bilməyib polis əməkdaşları ilə razılaşmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya protesti təmin edilməməli, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hökmdən verilmiş apellyasiya protestində birinci instansiya məhkəməsinin bəraət hökmünün əsassız olduğu, sübutların düzgün tədqiq edilmədiyi və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılması iddia edilmişdir. Apellyasiya protestinin dəlillərinin əsasını iş materiallarında olan sübutların birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmaması, sübutların müqayisəli şəkildə tədqiq edilməməsi təşkil edir. Hökmdən verilmiş apellyasiya protestinin dəlillərini araşdırdıqdan sonra məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini məqsədəuyğun hesab edir. CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. (maddə 8.0.3) Həmin Məcəllənin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-in 124.1-ci maddəsində təsbit etmişdir ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-in 145.1 və 145.2-ci maddələri). Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan görünür ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Sübutların yekun qiymətləndirilməsi məhkəmə istintaqının aparılması nəticəsində mümkün olur ki, həmin qiymətləndirmə yolu ilə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələ həll olunur. Arbitr rolu oynayan məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi yolu ilə ibtidai istintaq zamanı toplanmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir və bununla da sübutların qəbuledilənliyi məsələsi həll edilir. İbtidai istintaq zamanı toplanmış sübutların müstəqil və qərəzsiz məhkəmə tərəfindən yenidən tədqiq edilərək qiymətləndirilməsinin məqsədi isə həmin sübutların toplanılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilib-verilməməsini aydınlaşdıraraq, ittihamın əsaslandırılmasında istifadə olunan ayrı-ayrı sübutların CPM-in tələblərinə uyğun olaraq əldə edilib-edilməməsini müəyyən etməkdir. Belə ki, ibtidai istintaq zamanı toplanmış sübutlara istintaq orqanı özünün sübutların qiymətləndirilməsi haqqında qərarı ilə qiymət verir və şübhəsiz haldır ki, sübutu toplayan orqan həmin sübutun qiymətləndirilməsi zamanı qərəzsiz mövqe nümayiş etdirə bilməyəcəkdir. Məhz onun nəticəsidir ki, sübutların məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı bəzi hallarda sübutların CPM-in tələblərinə uyğun olaraq əldə edilməsi və qəbuledilənliyi ciddi şübhələr doğurur. Hazırki cinayət işi üzrə toplanmış sübutları qiymətləndirən birinci instansiya məhkəməsi o, nəticəyə gəlmişdir ki, ittihamın əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə edilmiş və kobud prosessual qanun pozuntularına yol verilmişdir. Apellyasiya instansiya məhkəməsi də, cinayət işinin materiallarını və toplanmış sübutları yenidən tədqiq edərək, apellyasiya protestinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə qanuni, əsaslı və ədalətlidir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatının olmasına, şəxsi axtarış və götürmə aparılması haqqında tərtib еdilmiş prоtоkоla, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın əvvəlində şübhəli və daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən qismən özünü təqsirli bilməsi barədə verdiyi ifadələrinə, habelə şahidlər - Qazax rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1, post-patrul xidməti bölüyünün komandir müavini Şahid2, əməliyyat-rabitə qrupunun kiçik inspektoru Şahid3, post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ifadələrinə, “diskə baxış keçirilməsi haqqında” protokola, həmçinin ekspertiza rəylərinə istinad etmiş və qeyd edilən sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gələrək ona CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhv və qanun pozuntularına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası təqsirliliklə bağlı məsələnin əhəmiyyətini nəzərə alaraq ittiham tərəfinin əldə etdiyi və cinayət işinin materiallarına əlavə etdiyi sübutlara və apellyasiya protestinin dəlillərinin hər birinə ayrı-ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. “Raport” və “əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” qərarla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, raportda və əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərarda Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğu göstərilsə də, həmin məlumatın nədən ibarət olmasına, hansı faktlarla təsdiq olunmasına, məlumatın mötəbərliyinə dair cinayət işinin materiallarına heç bir sübut əlavə edilməmişdir. Yalnız qeyd olunan qərarda həmin məlumata istinad edilmiş və məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Bundan başqa, “əməliyyat axtarış tədbirinin keçirilməsinə dair” qərardan görünür ki, səlahiyyətli subyekt əməliyyat axtarış tədbirinin məhkəmə qərarı olmadan keçirilməsinə heç bir münasibət bildirməmiş, hansı səbəbə görə məhkəmə qərarı olmadan əməliyyat tədbirinin keçirilməsinin zəruriliyi qərarda əsaslandırılmamış, təxirəsalınmazlığın nədə ifadə olunmasına dair qərarda hər hansı əsaslandırmanının aparılmasına ehtiyac duyulmamışdır. Halbuki, CPM-in 445.2-ci maddəsinə görə “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Qeyd olunan normalardan aydın şəkildə görünür ki, hazırki işdə keçirilən əməliyyataxtarış tədbirinin məhkəmənin qərarı olmadan keçirilməsi üçün “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən də məhkəmənin qərarı olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı qəbul edilmiş qərarda heç bir münasibət bildirilməmiş, qərar heç bir faktiki halla əsaslandırılmamış və təxirəsalınmazlığa dair heç bir dəlil göstərilməmişdir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi halları, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, bir mənalı olaraq pozuntu kimi tanınmışdır (bax, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, §§ 67-69, 14 mart 2019, İbrahimov və Məmmədov Azərbaycana qarşı, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020; Meqreşvili Gürcüstana qarşı [Komitə], № 30364/09, § 33, 7 may 2020; X7rşı, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020 və Tlaşadze və Kakaşvili Gürcüstana qarşı [Komitə], № 41674/10, §§ 45-48; 25 mart 2021). Belə pozuntuya məhkəməyədək istintaq dövründə yol verildikdə, Avropa Məhkəməsi onun qarşısını almaq məqsədilə bu növ şikayətlərin işə mahiyyəti üzrə baxılması dövründə araşdırılmasını tövsiyə etmişdir. Bu məqamda məhkəmə kollegiyası bir daha Avropa Məhkəməsinin praktikasına nəzər yetirərək qeyd edir ki, bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (bax, Moreyra Ferreyra v. Portugaliyaya qarşı (№ 2) [BP], № 19867/12, § 84, 11 iyul 2017). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir (Budak Türkiyəyə qarşı, № 69762/12, § 72, 16 fevral 2021). Ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (bax, Aslan İsmayılov Azərbaycana qarşı, № 18498/15, § 42, 12 mart 2020). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa Məhkəməsi “Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin “Klass və başqaları Almaniyaya qarşı” iş üzrə 6 sentyabr 1978-ci il, “Lüdi İsveçrəyə qarşı” iş üzrə 15 iyun 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir. “Kobiaşvili Gürcüstana qarşı” xx.xx.2019-cu il tarixli qərararında Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçinin şəxsi axtarışının məhkəmə qərarı olmadan aparılmasını, buna səbəb olmuş əməliyyat məlumatının faktiki olaraq mövcud olmamasını və polis əməkdaşlarının axtarışın faktiki hallarına dair ziddiyyətli ifadələrini nəzərə alaraq, Avropa Məhkəməsi ərizəçinin şəxsi axtarışı nəticəsində əldə edilmiş sübutun mötəbərliyinin şübhə doğurduğunu bildirir. (paraqraf 65). Məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar əsaslandırılmamış, Qanunun tələbləri pozulmaqla qəbul edilmiş, əməliyyat axtarış tədbirinin məhkəmə qərarı olmadan təxirə salınmadan keçirilməsinə heç bir münasibət bildirilməmişdir. CPM-in 445.2-ci maddəsindən görünür ki, məhkəmə nəzarətini həyata keçirən məhkəmə yalnız əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarın qanuniliyini yoxlaya bilər, yəni həmin məhkəmənin səlahiyyəti qərar və qərardan öncə olan məsələlərə münasibət bildirməkdir. Qərar əsasında həyata keçirilən əməliyyat tədbirlərini və əldə olunmuş sübutları qiymətləndirmək səlahiyyəti işə mahiyyəti üzrə baxan məhkəməyə məxsus olan hüquqdur. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Qazax Rayon Polis Şöbəsinə qeyd edilən əməliyyat-axtarış tədbirləri ilə bağlı əməliyyat-qeydiyyat işinin araşdırılması üçün məhkəməyə göndərilməsinə dair sorğu göndərilmiş və həmin sorğuya cavab olaraq Qazax Rayon Polis Şöbəsinin 19 dekabr 2022-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş həmin əməliyyat məlumatının yoxlanması üçün sonuncunun saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilməsi və üzərində şəxsi axtarış aparılması kimi adi təhqiqat üsulu kifayət etdiyindən onun barəsində əməliyyat-qeydiyyat işi açılmamışdır. Dövlət ittihamçısı apellyasiya protestində məhz bu hala istinad edərək əməliyyatqeydiyyat işinin açılmadığını göstərmiş, buna görə də əməliyyat məlumatının əsaslı olduğunu iddia etmişdir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi lazım olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyat-qeydiyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Həmin Qanunun 15-ci maddəsinin İİİ və İV hissələrində göstərilmişdir ki, əməliyyataxtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Əməliyyat-qeydiyyat işi onu aparan əməliyyat-axtarış fəaliyyətinin subyektində saxlanılır. Həmin Qanunun 16-ci maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Həmin maddənin Vİİ hissəsinə əsasən hər hansı cinayətin törədilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlarla tanış olmaq hüququ məlumatların mənbəyini aşkarlamamaq şərti ilə yalnız həmin cinayət işi üzrə istintaqı aparan şəxsə, prokurora və ya məhkəməyə verilir. Hazırkı vəziyyətdə isə əməliyyat-qeydiyyat işinin və Təqsirləndirilən şəxs barəsində polisə hər hansı əməliyyat məlumatının daxil olması barədə məlumatın istintaq orqanı tərəfindən işə baxan məhkəmələrə təqdim edilə bilməməsi, belə məlumatların mövcud olmasına ciddi şübhə yaradır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsinin əsaslarının mövcudluğu ehtimal edilən “əməliyyat məlumatı”nın mötəbərliyini təsdiq edən əməliyyat məlumatları və əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair materiallar, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmələrin baxış predmetinə aid olsa da məhkəmələrə təqdim edilməmişdir. Həmin qərardan başqa əməliyyat axtarış tədbirinə dair cinayət işi materiallarında heç bir sənəd mövcud deyildir. İstintaq orqanı sadəcə bir səhifədən ibarət formal qərarı iş materiallarına əlavə etməklə öz sübut bazasını gücləndirməyə çalışmışdır. CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəlarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Eyni zamanda bir məsələni də qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs barəsində “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar 17 may 2022-ci il tarixdə qəbul olunmuşdur, lakin cinayət işinin materiallarına əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs barəsində onun narkotik vasitələri əldə etməsi, daşıması, saxlaması, istehlakı və satışı ilə məşğul olmasına dair əməliyyat məlumatının daxil olması barədə və onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün yazılmış raport, həmçinin Təqsirləndirilən şəxs saxlanılmasına dair raport isə 19 may 2022-ci il tarixdə yazılmışdır. Dövlət ittihamçısı apellyasiya protestində qeyd olunan halın texniki səhv olmasına istinad etsə də, yuxarıda göstərilən digər hallarla bu hal əlaqəli şəkildə təhlil olunduqda, əməliyyat axtarış tədbirlərinin başlanılması, gedişi və bitməsi zamanı baş verən hadisələrə və tədbirin gedişatına nəzər yetirildikdə və bu hallar ümumilikdə qiymətləndirildikdə, belə nəticəyə gəlmək olar ki, keçirilmiş əməliyyat axtarış tədbiri və onun nəticələrinin heç bir hüquqi qüvvəsi yoxdur və təqsirləndirilən şəxsin barəsində hər hansı əməliyyat məlumatının olub-olmamasından asılı olmayaraq, qanunvericiliyin tələbləri nəzərə alınmadan kobud şəkildə pozularaq artıq əvvəlcədən onun barəsində əməliyyat tədbirinin keçiriləcəyinin və digər prosessual hərəkətlərin aparılacağının qanunsuz olaraq planlaşdırıldığını təsdiq edir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar və həmin qərar əsasında keçirilən əməliyyat tədbiri qüvvədə olan yuxarıda sadalanan qanunların tələblərinin kobud şəkildə pozulması ilə qəbul olunmuş və keçirilmiş, bu qaydada əldə edilmiş sübutun qəbul edilməsi ilə bağlı tələbləri nəzərdə tutan CPM-in 137-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Şahidlərin ifadələri ilə bağlı məhkəmə kollegiyasının mövqeyi: Belə ki, dindirilmiş şahid polis əməkdaşları əməliyyat axtarış tədbirinin iştirakçıları olmuş və onlar keçirdikləri tədbirin qanunamüvafiq olmasında israr edirdilər. Cinayət işi üzrə şahid polis əməkdaşlarının ifadələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin təşəbbüskarları idilər, cinayət təqibinin təşəbbüskarı olan orqanın əməkdaşları idilər və ona görə də onlar təqsirləndirilən şəxsə qarşı cinayət təqibinin nəticələrində maraqlı idilər. Onların maraqlılığı xüsusilə təqsirləndirilən şəxsin narkotik maddənin onun üstünə polislər tərəfindən qoyulduğuna dair təqsirləndirilən şəxs tərəfindən iddia irəli sürülməsi şəraitində daha aydın görünürdü. Buna görə də birinci instansiya məhkəməsi polis əməkdaşlarının hazırki işdə maraqlı tərəf olmalarını düzgün qiymətləndirmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları məhz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin təşəbbüskarları və həmin tədbirin iştirakçılarıdır. Belə olduğu halda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsini və təzyiqə məruz qalmasını, polislərin onun üzərinə narkotik vasitə qoymasını bildirdiyi şəraitdə, əməliyyat axtarış tədbirlərini həyata keçirən polis əməkdaşlarının təqsirləndirilən şəxsin əleyhinə ifadələr vermələri aydın və başa düşüləndir. Yuxarıda da qeyd edildiyi kimi bu qədər ziddiyyətlərin fonunda polis şahidlərin ifadələrinin sübut növü kimi qəbul edilməsi və mötəbər sübut hesab edilməsi, CPM-in, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarındakı tövsiyələrinə, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə ziddir. Digər tərəfdən Şahid5 ifadəsi ilə bağlı protestdə əks olunmuş iddialara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, onun təqsirləndirilən şəxsin polislər tərəfindən döyülməsini görməməsi normal haldır, eləcə də təqsirləndirilən şəxsin döyülməsinin və ona təzyiq edilməsinin təbii ki, kənar müşahidəçilərin görə bilməyəcəyi bir şəraitdə həyata keçirilməsi də aydın və başa düşüləndir. Həmçinin protestdə əks olunmuş ekspertiza rəyləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitələrin təqsirləndirilən şəxsə məxus olması ilə bağlı bu qədər şübhələrin olduğu təqdirdə, həmin rəylərin cinayət işi üzrə heç bir əhəmiyyəti qalmır. Belə ki, ekspert rəyi narkotik vasitənin növünü, tərkibini və miqdarını müəyyən edir. Həmin narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması sübuta yetirilə bilmirsə, ekspert rəyi sadəcə formal sübut kimi qalır. Təqsirləndirilən şəxsə işgəncə verilməsi və bu yolla ondan etiraf ifadəsi alınmasına məhkəmə kollegiyasının münasibəti: Daha sonra protestdə Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində etiraf edici ifadələr verib, prokurorluqda aparılan araşdırma zamanı narkotik vasitənin ona məxsusu olmadığını, döyüldüyünü bildirdiyi göstərilmişdir. Həmçinin protestdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı cinayət işinin başlanmasının rədd qərarının olmasına istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olanadək verdiyi ifadələrində narkotik vasitələrin ona məxsus olmasını bildirmiş, istintaq təcridxanasına daxil olduqdan sonra bədəni üzərində xəsarətlər aşkar olunmuş və o, təcridxana rəhbərliyinə vermiş olduğu məlumatında polis əməkdaşları tərəfindən döyüldüyünü və işgəncəyə məruz qaldığını bildirmişdir. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsində, həm də məhkəmə kollegiyasının iclasında ona ibtidai istintaq zamanı zorakılıqlar olunduğunu, işgəncə altında ifadələrinin alındığını göstərmişdir. İş materiallarından görünür ki, həmin məsələləri Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı da irəli sürmüş, lakin onun həmin dəlilləri ətrafında tam, hərtərəfli və obyektiv araşdırma aparılmaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işgəncə verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Təqsirləndirilən şəxs müraciəti əsasında prokurorluqda aparılmış araşdırmanın materialları alınaraq öyrənilmiş və belə nəticəyə gəlinmişdir ki, ibtidai istintaq zamanı ilkin ifadəsi alınarkən Təqsirləndirilən şəxs pis rəftara məruz qalmış, ondan ifadə zorakılıq, hədə qorxu hərəkətlərinin tətbiq edilməsi ilə alınmışdır. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir: Belə ki, Gəncə şəhər prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul olunmuş 28 iyun 2022-ci il tarixli 32-c-22 saylı qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs pis rəftara məruz qalması ilə bağlı müraciətinin əsassız olduğu nəticəsinə gəlinmişdir. İşin hallarından isə görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və MSY-nə gətirilmişdir. Təqsirləndirilən şəxs 20 may 2022-ci il tariхdə şəxsi axtarış və götürmə aparılarkən izahat, həmçinin 20 may 2022-ci il tarixdə şübhəli şəхs qismində, 21 may 2022-ci il tariхdə təqsirləndirilən şəхs qismində dindirilərkən narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlər aşkar olunmuş və o, həmin xəsarətləri polis əməkdaşlarının ona yetirdiyini göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ilkin ibtidai istintaq zamanı narkotik vasitələrin ona məxsus olmasını bildirməsini belə izah etmişdir ki, ilkin istintaq zamanı ona zorakılıq edildiyi üçün narkotikin ona məxsus olmasını bildirmişdir. Sonradan isə döyülməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmişdir. Məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin ifadələrində olan bu məqamları işin şübhəli hallarından hesab edir. Belə ki, təqsirləndirilən şəxs əməlini etiraf etmirdisə, elə ilk gündən izahat verməkdən imtina edər, sonrakı ifadələrinə oxşar məzmunda ifadələr verə bilərdi. İşin bu halı təqsirləndirilən şəxsin ilkin izahatı alınarkən ona kənar təsirlərin göstərilməsi ehtimalını daha da möhkəmləndirir. Aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs barəsində olan məhkəmə-tibb ekspertizasının 03 iyun 2022-ci il tarixli, 160 saylı canlı şəxsin ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə, hadisə haqqında olan məlumatları nəzərə alaraq ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir gözlə görünən xəsarət və xəsarət izləri aşkar edilmədi. Azərbaycan Respublikası Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olarkən həkim tərəfindən müayinəsi zamanı sağ gözünün altında, sağ çiynində, sağ bazuda, sol çiyində, sağ böyrəküstü nahiyədə, sağ sağrıda tünd bənövşəyi rəngdə qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən müddətə uyğun gəlir (yəni, 19 may 2022-ci il tarixə) və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Araşdırma aparan orqan Təqsirləndirilən şəxs dəlillərini əsassız hesab edərkən öz mövqeyini heç bir mötəbər dəlillə, Təqsirləndirilən şəxs iddialarını şübhə altına alan hallarla əsaslandırmamışdır. Bu halda belə bir haqlı sual yaranır: Təqsirləndirilən şəxs polis nəzarətində olan zaman onun bədəni üzərində necə oldu ki, xəsarətlər əmələ gəldi?! Bundan başqa, material üzrə izahatı alınmış polis əməkdaşlarının ifadəsi mötəbər hesab edilərək sübut kimi qəbul edilə bilməz. Belə ki, onlardan izahat Təqsirləndirilən şəxs döyülməsi faktı ilə bağlı alınmış və onların hər hansı fərqli məzmunda izahat verməsi özlərinin cinayət təqibi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şikayəti əsasında araşdırma aparan orqanın gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə müraciət edilməsini zəruri hesab edir. Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi işgəncələri qadağan edir və heç kəsin işgəncəyə, qeyri-insanı və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamasını bir öhdəlik kimi Dövlətlərin üzərinə qoyur. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən Məhkəmə təsisatı təkrar edir ki, daxili məhkəmələr tərəfindən ərizəçinin qeyri-insanı rəftara məruz qalmasını tanımaq və qərarlaşdırmaq özlüyündə ərizəçini Konvensiyanın 3-cü maddəsində qeyd edilən “qurban” statusu arasından çıxarmaq üçün kifayət deyil, bununla bərabər Konvensiyanın pozuntusuna görə maddi olaraq təzminat ödənilməlidir (Amuur v. France, 25 İyun 1996, § 36, və Dalban v. Romania, qərar no. 28114/95, § 44). Bundan əlavə, qəsdən törədilən qeyri-insani davranış zamanı kompensasiya ilə bərabər qeyri-insanı hərəkətləri edənlərə qarşı effektiv araşdırma da aparılmalıdır (bax Gäfgen v., no. 22978/05, § 119, AİHM 2010). Avropa Məhkəməsi təkrar edir ki, Konvensiyanın 3-cü maddəsində qeyd olunan hüquq demokratik cəmiyyət üçün ən fundamental dəyərlərdən biridir. Hətta ən ekstrimal vəziyyətlərdə, məsələn terrorizmlə və qrup halında cinayətlərə qarşı mübarizə halında Konvensiya mütləq mənada işgəncə, qeyri-insani və ləyaqəti alçaldan cəzaların edilməsini qadağan edir və qəti bu hərəkətlərə haqq qazandırmır. Digər maddələrdən fərqli olaraq (Məsələn, 1 saylı protokolun 1-ci maddəsi) 3-cü maddə qəti olaraq istisna tanımır, hətta millətin və cəmiyyətin həyatını təhdid edən fövqəladə hallar zamanında belə (see Assenov və digərləri v. Bolqarıstana qarşı, 28 oktyabr 1998, § 93, Selmouni v. Fransaya qarışı no. 25803/94, § 95, AİHM 1999-V). Qeyri-insani rəftar hətta minimal səviyyədə olan ciddilik zamanı da Konvensiyanın 3cü maddəsinin əhatəsinə düşür. Qeyri-insani rəftara dair minimal səviyyəni müəyyən edən zaman qiymətləndirmə işin hallarından, xüsusiyyətlərindən, qeyri-insani rəftarın müddətindən, onun fiziki və mənəvi təsirindən, qeyri-insani rəftara məruz qalan şəxslərin cinsindən, yaşından və sağlamlıq durumundan asılıdır (bax İrlandiya v. the Birləşmiş Krallıq, 18 yanvar 1978, § 162, Series A no. 25; Kudła v. Polşaya [GC], no. 30210/96, § 91, AİHM 2000-Xİ; və Peers v. Yunanıstana, no. 28524/95, § 67, AİHM 2001-İİİ). Məhkəmə təkrarən qeyd edir ki, nə zaman ki, şəxs polis saxlama məntəqəsinə aparılan zaman yaxşı, səhhəti normal olub, xəsarətsiz olub və azad edilən zaman zədəli olub, bu zaman Konvensiyanın 3-cü maddəsinin gərəyincə dövlət ağlabatan sübutlar irəli sürməlidir ki, necə oldu ki, bu zədələr əmələ gəldi (bax Tomasi v. France, 27 Avqust 1992, §§ 108-11, Series A no. 241-A, və Selmouni, § 87). Sübutların qiymətləndirilməsi zamanı Avropa Məhkəməsi qəbul edir ki, sübutetmə standartları hər hansı bir şübhəli məqama yer verməməlidir. Belə sübutlar kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrin və ya oxşar faktların inkar edilməyəcək tərzdə və faktların prezumpsiyasına uyğun şəkildə olmasını tələb edir. (bax, Avşar v. Turkiyə, no. 25657/94, § 282 AİHM 2001-Vİİ). Məhkəmə özünün subsidiar təbiətinə, roluna həssas yanaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi faktları müəyyən edərkən diqqətli olmalıdır, hansı ki, xüsusi proseslər zamanı rədd edilən olmamalıdır. (bax, məsələn, McKerr v. Birləşmiş Krallıq (qərar.), no. 28883/95, 4 Aprel 2000). Bununla bərabər, harda ki, şikayətlər Konvensiyanın 3-cü maddəsinə əsasən edilib, Məhkəmə xüsusi bu hallarda yerli məhkəmələrin araşdırma edib-etməməsindən asılı olmayaraq hərtərəfli araşdırma etməlidir. (Bax Avşar, §§ 283-84, and Muradova v. Azərbaycan, no. 22684/05, § 99, 2 Aprel 2009). Pis rəftarın dərəcəsinə gəldikdə isə, Məhkəmə müəyyən edir ki, ərizəçinin zədələnməsinə baxmayaraq hər hansı bir tibbi müdaxilənin/yardımın edilməməsi ərizəçidə fiziki ağrı və iztirabın yaranmasına səbəb olmalıdır. Pis rəftar və onun nəticələri həmçinin mənəvi olaraq şəxsin alçalmasına, insan ləyaqətinin aşağılanmasına səbəb ola bilər. Belə hallarda Məhkəmə hesab edir ki, Konvensiyanın 3-cü maddəsinə əsasən belə pis rəftarlar qeyri-insani və alçaldıcı rəftar kimi qiymətləndirilməlidir. Nə zaman ki, fərdlər polis tərəfindən pis rəftar barədə mübahisəli iddialar irəli sürür və özlərini Konvensiyanın 3-cü maddəsinin qurbanı hesab edir, bu məsələ Konvensiyanın 1-ci maddəsi işığında dövlət üzərinə ümumi öhdəlik qoyur ki, o yurisdiksiyası daxilində fərdlərin Konvensiya ilə qorunan haqlarını təmin etsin. Bu yöndə araşdırma məsuliyyətli şəxslərin müəyyən edilməsi və cəzalandırılması barəsində mümkün olmalıdır. Əks halda, mütləq mənada işgəncənin, qeyri insani hərəkətlərin qadağan edilməsinə baxmayaraq, nə qədər bu hüquqlar fundamental zərurətli olsa da belə, lazımı araşdırmanın edilməməsi bu hüquqları praktiki baxımdan qeyri-effektiv edir və dövlət öz yurisdiksiyası daxilində öz üzərinə götürdüyü öhdəliyi pozmuş olur və təqsirkarlar cəzasız qalır (bax Assenov və başqaları, § 102, and Labita v. İtaliya, no. 26772/95, § 131, AİHM 2000-İV). Konvensiyanın 2 və 3-cü maddələrində qeyd olunan pozuntularla bağlı araşdırmalar effektiv, müstəqil və tərəfsiz olmalıdır. Bu şərtlər həm praktiki baxımdan, həm də qanuni baxımdan tələb edilir. Bu təkcə o məna vermir ki, hər hansı bir hadisəni törədən şəxslərə qarşı araşdırma edənlər iyerarxik olaraq müstəqil olmalıdır, bu həm də praktiki yöndən müstəqilliyi ehtiva edir (bax Boicenco v. Moldova, no. 41088/05, § 121, 11 iyul 2006; Kolevi v. Bulgaria, no. 1108/02, § 193, 5 noyabr 2009; və X2 v. Ukrayna, no. 1727/04, § 66, 24 iyun 2010). Pis rəfratla əlaqəli araşdırma hərtərəfli olmalıdır. Yəni cavabdeh orqanlar hər zaman işin ciddi araşdırılması üçün ciddi cəhdlər etməli, nə olduğunu müəyyən etməli və əsassız və ya tələsik sübutlara etibar etməməlidirlər (bax Assenov and Others, § 103). Onlar lazımı olan bütün zəruri addım atmalıdırlar ki, hadisə barədə sübutları əldə edə bilsinlər, həmçinin, inter alia, şahid ifadələrinə və məhkəmə ekspertizasının rəylərinə əsaslanmalıdırlar (bax Tanrıkulu v. Turkey no. 23763/94, AİHM 1999-İV, § 104 və Gül v. Turkey, no. 22676/93, § 89, 14 dekabr 2000). İstintaqda olan hər hansı bir çatışmazlıq hansı ki, səbəbkarları müəyyən etməyə və zədələrin səbəblərini öyrənməyin altını qazır (bax Batı and digərləri v. Turkey, no. 33097/96 və 57834/00, § 134, AİHM 2004-İV). Layıcov Azərbaycana qarşı xx.xx.2014-cü il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir: Məhkəmə əvvəlcədən müəyyən etdi ki, bu hadisədə ərizəçinin pis rəftara məruz qalması barədə qeyd yerli məhkəmələrdə aydın olaraq müəyyən edilməsinə baxmayaraq, hər hansi bir araşdırma dövlət tərəfindən aparılmamışdır. Baxmayaraq ki, ərizəçi arqument irəli sürür ki, o polis tərəfindən döyülmüşdür və bu fakt məhkəmə tibbi ekspertizası tərəfindən müəyyən edilmişdi, Zaqatala rayon Polis Şöbəsinin müstəntiqi bu yöndə cinayət işi açmaqdan imtina etmişdir. Dövlət tərəfindən daxili orqanların döyülmə faktına dair hər hansı bir addım atmaması yönündə hər hansı bir izah verilmədi. Avropa Məhkəməsi təkrar-təkrar vurğulayır ki, Konvensiyanın 2-ci və 3-cü maddələrilə bağlı dövlətin üzərinə qoyulan prosessual tələb araşdırmanın müstəqil və tərəfsiz olması ilə bağlıdır. Lakin hazırki işlə əlaqədar ərizəçinin pis rəftar ilə bağlı iddiaları Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilməmişdən qabaq, Zaqatala rayon Polis şöbəsinin müstəntiqi tərəfindən araşdırılmışdır. Nəticə etibarilə, ərizəçinin şikayəti eyni polis şöbəsinin əməkdaşı barədə olmasına baxmayaraq həmin şöbə tərəfindən araşdırılmışdır. Bu yöndə Məhkəmənin baxışına görə, öz əməkdaşları barədə edilən şikayətin eyni şöbədə baxılması müstəqillik və tərəfsizlik prinsipinə ziddir (müqayisə üçün Nəcəfli v. Azərbaycan, no. 2594/07, § 52, 2 Oktyabr 2012). Yuxarıda qeyd edilən əsaslar kifayət edir ki, Məhkəmənin daxili orqanlar tərəfindən pis rəftarla bağlı effektiv və yetərli araşdırmanın aparılmadığı qənaətinə gəlsin. Buna görə burada Konvensiyanın 3-cü maddəsinin prosessual əsasları baxımından pozuntu vardır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd olunan qərarın 26-cı bəndinə görə CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Həmin qərarın 27-ci bəndində göstərilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərə və aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndində isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu bir daha diqqətə çatdırmışdır ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, prokurorluqda Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərlə bağlı səmərəli, müstəqil, qərəzsiz araşdırma aparılmamış və bu səbəbdən Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna və CPM-in 10.5-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilmiş həmin qərar məhkəmə kollegiyası üçün hər hansı bir hüquqi qüvvəyə malik sənəd kimi qəbul olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, tutulduğu zaman üzərində hər hansı bir xəsarət olmadığı halda, həmin şəxslər oradan istintaq təcridxanasına keçirilərkən və ya azad olunarkən bu zaman şəxsin bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi müvafiq dövlət orqanının üzərinə düşür və həmin orqan bunu edə bilmədikdə Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Hazırki işin hallarından da görünür ki, Təqsirləndirilən şəxs tutularkən onun bədəni üzərində hər hansı xəsarətin olması ilə bağlı hallar mövcud olmamış, yalnız sonradan bədəni üzərində xəsarətlərin olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs bu xəsarəti polis əməkdaşları tərəfindən saxlanılan zaman döyülərək aldığını bildirmişdir. Eyni zamanda tədqiq olunmuş ekspertiza rəyindən isə görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar olunmuş və onun göstərdiyi tarixə uyğun gəlir. Həbsdə olan şəxsə işgəncə verilməsi ilə bağlı araşdırma aparan Qazax rayon prokurorluğu işgəncə faktını təkzib edərkən hər hansı əsaslı sübuta istinad etməmişdir. Şikayət əsasında araşdırma aparan orqanın gəldiyi nəticə isə əsaslandırılmamış, obyektiv müşahidəçidə şübhə yaratmayan səviyyədə inandırıcı və qanuni deyil. Dövlət ittihamçısı apellyasiya protestində ekspert rəyinin mötəbərliyini şübhə altına almağa çalışsa da, onun bu mövqeyi əsaslı deyildir. Belə ki, Təqsirləndirilən şəxs barəsində ekspertiza keçirilərkən qeyd olunan hadisələrin üzərindən 15 gündən artıq bir müddət keçmiş və bu qədər müddətin keçməsindən sonra ekspert tərəfindən müayinə zamanı onun bədəni üzərində xəsarətin aşkar edilməməsi başa düşüləndir. X1 Təqsirləndirilən şəxs xəsarətlərini qeyd etmiş müəssisə əməkdaşının müvafiq səlahiyyətlərə malik olması ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həmin şəxslərə səlahiyyətlər Ədliyyə Nazirliyi tərəfindən verilmiş və onların vəzifəsi tutulan və ya həbs edilən şəxslərin bədəni üzərində hər hansı xəsarətlər aşkar edildikdə onları sənədləşdirməkdir. Həmçinin xüsusilə vurğulanmalıdır ki, bu prosedur yalnız Təqsirləndirilən şəxs qarşı tətbiq edilməmiş, tutulan və ya həbs edilən bütün şəxslər barəsində tibbi kitabçalar açılmışdır. Belə olan halda dövlət ittihamçısının bu mövqeyi İstintaq Təcridxanasında tərtib edilmiş minlərlə tibbi kitabçanın və şəxsi kartanın mötəbərliyini şübhə altına almağa yönəlmişdir. Həmçinin dövlət ittihamçısı apellyasiya protestində Qazax rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarının qüvvədə olmasına istinad etmişdir. Qeyd olunmalıdır ki, toplanmış 32-C-22 saylı material üzrə qəbul olunmuş qərarın Təqsirləndirilən şəxs göndərilməklə onun məhkəməyə və yuxarı prokurora şikayət etmək hüququnun olmasının izah olunması göstərilsə də, Təqsirləndirilən şəxs həmin qərarın surətini alması ilə bağlı materiala hər hansı bir sübut əlavə edilməmiş, o, cümlədən qərarın istintaq təcridxanasına göndərilməsi ilə bağlı mötəbər sənəd materiala əlavə edilməmişdir. Bununlada müdafiə tərəfi həmin qanunsuz qərarı məhkəmə nəzarəti qaydasında mübahisələndirmək hüququndan məhrum edilmişdir. Bu halda isə şəxs həmin qərardan şikayət verməməsinə görə tənqid oluna bilməz. Eyni zamanda həmin qərarın tərəflərə təqdim olunmaması və onların şikayət vermək hüquqlarının istisna edilməsi şəraitində qəbul edilmiş qərarın məhkəmə kollegiyası üçün hər hansı bir preyudisial qüvvəsi yoxdur. Buna əks mövqe isə məhkəmənin işgəncə faktını gördüyü halda bu fakta susmasına, qanunsuz və əsassız qərar qəbul etməsinə gətirib çıxarar. Yuxarıda qeyd olunan fikirlər məhkəmə kollegiyasının Təqsirləndirilən şəxs pis rəftarla bağlı iddiası ilə əlaqədar hər hansı səmərəli istintaqın aparılmadığı qənaətinə gəlməsi üçün kifayətdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsinə görə Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. CPM-in 125.1 və 125.2-ci maddələrinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir:
1. insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Cinayət Prosessual bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda;
2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; CPM-in 125.3-cü maddəsinə görə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş sübutlar əsasında CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi nə yuxarıda təsvir edilən cinayət təqibi icraatının prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalara, o cümlədən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinə, nə də ki, nəticə etibarı ilə İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ehtiva etdiyi tələblərə cavab verən cinayət təqibi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan sübutları mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirib qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi sübut olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz (63-cü maddənin İ, İİ, İİİ və İV hissələri). CPM-in 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin, CPM-in 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayətin törədilməsində təqsirliliyi ilə bağlı hər hansı sübut toplanmamış, ittiham tərəfi də buna dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar, habelə ittiham tərəfinin məhkəməyə təqdim etdiyi sübutlar Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. İş materiallarına əlavə olunmuş sübutları tədqiq edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin halları üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə bəraət vermişdir. Təqsirləndirilən şəxs bəraət verilərkən apellyasiya protestində əks olunmuş bütün dəlillərə məhkəmə hökmündə əsaslandırılmış münasibət bildirilmişdir. Apellyasiya protestində bəraət hökmünün ləğvinə əsas ola biləcək heç bir dəlil mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan cinayət işi üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, araşdırılmış sübutlara CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə əsaslandırılmışdır. Apellyasiya protestinin dəlilləri isə iş materiallarında olan kifayət qədər mötəbət sübutlarla təkzib edilir. Ümumiyyətlə, apellyasiya protestinin dəlilləri hökmün ləğv edilməsi, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ittiham verilməsi üçün əsas ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-93/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D İ:
Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-93/2023 saylı hökmü dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.