Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(104)-428/2023 29.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X6 ibarət tərkibdə, Xəlilov Ramik Rövşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin, Apellyasiya instansiyası məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlər, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi2, zərərçəkmiş şəxs X11 və onun qanuni nümayəndəsi (anası) X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(100)-254/2023 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə cinayət işinə qapalı məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(100)-254/2023 saylı hökmü ilə (sədrlik edən A.E.Məmmədov, hakimlər M.M.Məmmədzadə və R.N.Ələkbərli) xx.xx.1986-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli,əvvəllər məhkum olunmamış, evli, işsiz, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində qeydiyyatdaolmaqla həmin ünvanda yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 11 (on bir)il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 20 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(100)-254/2023 saylı hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, işinə yenidən baxılaraq barəsində ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Hökmə əsasən Təqsirləndirilən şəxs, 2020-ci ilin iyul ayının dəqiq müəyyən edilə bilməyən günündə, gündüz saatlarında Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayanazyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə öz yaşadığı evə çağırıb, evin qonaq otağında yerləşən divanda əyləşdirərək orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağızboşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını ağız boşluğundahərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə ona qarşı qəsdən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2020-ci ilin iyul ayının dəqiq müəyyən edilə bilməyən günündə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə öz yaşadığı evə çağırıb, evin yataq otağında yerləşən çarpayıda əyləşdirərək orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağızboşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını onun ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2020-ci il yay aylarından başlayaraq 2022-ci ilin iyun ayınadəkolan müddət ərzində, dəqiq müəyyən edilə bilməyən günlərdə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009- cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 və çörək almaq üçün mağazaya göndərmək adı ilə çağırıb sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək öz yaşadığı evdə, yaşadığı evin yaxınlığında yerləşən su çəninin altındakı ətrafdan tam görünməyən boş sahədə, yaşadığı evin həyətinə yığılmış dəmir lövhələrin arxasında, yaşadığı evin pilləkənin üstündə və yaşadığı evlə qonşuluqda yerləşən evlərinin arasındakı ətrafdangörünməyən sahədə mütəmadi olaraq cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələməklə, həmçinin üzündən və baş nahiyyəsindən sillə ilə vuraraq zor tətbiq etməklə öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salıb təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarənseksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 2021-ci ilin aprel-may ayında, dəqiq müəyyən edilə bilməyən gündə, gündüz saatlarında yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X8 çörək almaq üçün mağazaya göndərməkadı ilə öz yaşadığı evə çağırıb, sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, evin yataq otağında onun şalvar və tumanını aşağı salaraq, yəni cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə, öz əynində olan şalvarını bir qədər aşağı salıb cinsiyyət orqanını çıxararaq, Elcan Vəliyevin başını aşağı əyərək əli ilə tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələyərək zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin anal dəliyinə toxundurub təxminən 5-6 dəqiqə ərzində cinsiyyət orqanını onun anal dəliyinə sürtməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onunköməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa o, 20 iyun 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində onunla qonşuluqda yaşayan, xx.xx.2009-cu il tarixdə anadan olmaqla aşkar surətdə 14 yaşına çatmayan azyaşlı X1 almaq üçün mağazaya göndərmək adı ilə çağırıb, onunla qonşuluqda yerləşən, həmin kənd sakini Elfaq adlı şəxsə məxsus olmaqla yeni tikilmiş, yaşayış olmayan evin həyətinə apararaq, həmin fərdi yaşayış evinin pilləkəninin üzərində əyləşdirib, orada sonuncunun azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edərək, cinsi tələbatını və ehtirasını ödəmək məqsədilə cinsiyyət orqanını çıxararaq əli ilə Elcan Vəliyevin başından tutub saxlayıb müqavimətini qırmaqla, etiraz edəcəyi və başqa şəxslərə məlumat verəcəyi halda onu öldürəcəyi ilə hədələməklə zorla öz cinsiyyət orqanını Elcan Vəliyevin ağız boşluğuna salaraq təxminən 10-15 dəqiqə ərzində cinsiyyət orqanını onun ağız boşluğunda hərəkət etdirməklə, Elcan Vəliyevin aşkar surətdə on dörd yaşına çatmayan şəxs olduğunu bilərək, onun köməksiz vəziyyətindən istifadə edərək, zor tətbiq etmək hədəsi ilə qəsdən ona qarşı təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz, əsassız, ədalətsiz və qeyri obyektivdir. Məhkəmə işi hərtərəfli və obyektiv araşdırmadan hökm çıxarmışdır. Belə ki, ona qarşı irəli sürülən ittiham əsassızdır. Onun əməlində heç bir cinayət tərkibi yoxdur, ona istinad edilən cinayət əməlini törətməsində təqsirliliyi sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi hökm çıxararkən məhkəmə istintaqı zamanı onun ifadələrini nəzərə almamış, işdə olan telefonun yaddaş kartı, ekspertiza rəyləri və digər sübutlar onun lehinə olduğu halda yalnız öz fikirlərini sərbəst ifadə edə bilməyən azyaşlının ifadələrini əsas götürmüşdür. Bu hallara birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də işinə yenidən baxılaraq barəsində ədalətli və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN MÖVQELƏRİ: Apellyasiya məhkəməsinin iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçiləri apellyasiya şikayətini müdafiə edərək təqsirləndirilən şəxsin ittiham olunduğu əməl üzrə təqsirliliyinin sübuta yetirilmədiyini, işin obyektiv araşdırılmadığını, yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar əsasında qanunsuz və əsassız ittiham hökmünün çıxarıldığını qeyd edərək apellyasiya şikayətinin təmin edilməsini, hökmün ləğv edilməsini, təqsirləndirilən şəxsə bəraət verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanəlmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməlinin tam sübuta yetirildiyini, onun əməlinin düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə tövsif edildiyini, məhkuma cəza təyin edilərkən şəxsiyyətinin, ailə vəziyyətinin kifayət qədər nəzərə alındığını, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasının təyin edildiyini, həmin cəzanın ədalətli olduğunu bildirdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını tam və hərtərəfli araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş apellyasiya şikayətində təqsirləndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs istinad olunan 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci və apellyasiya instansiya məhkəmələrinin iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış birinci instansiya məhkəməsi həmin hissədə əməlin tövsifində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən təqsirləndirilən şəxsin əməlini düzgün qiymətləndirmişdir. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirməməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin dispozisiyasında əks olunmuş əməli törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə tam təsdiq edilir. Apellyasiya şikayətində göstərilən dəlillər əsasında hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Cinayət işinin materialları da ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırmışdır. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi halları, bu halları təsdiq edən ifadələr və ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış başqa sübutlar birinci instansiya məhkəməsinin məhkəmə iclaslında tam, hərtərəfli və obyektiv araşdırılmış, ətraflı təhlil edilmiş, həmin iclaslarda sübutların toplanması və araşdırılması zamanı prosessual pozuntulara, o cümlədən təqsirləndirilən şəxsin CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarının pozulmasına və ya bu hüquqların həyata keçirilməsinin məhdudlaşdırılmasına yol verilməsi, sübutların tədqiqindən əsassız imtina olunması və yolverilməz sübutlardan istifadə edilməsi müəyyən edilməmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi xahişini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs heç bir cinayət əməli törətməmişdir, məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsin ifadələrini nəzərə almamış, işdə olan telefonun yaddaş kartı, ekspertiza rəyləri və digər sübutlar onun leyhinə olduğu halda yalnız öz fikirlərini sərbəst ifadə edə bilməyən azyaşlının ifadələrini əsas götürmüşdür, müdafiə tərəfinin təqdim etdiyi sübutlar məhkəmə tərəfindən rədd edilmiş və buna dair məhkəmə tərəfindən heç bir əsas göstərilməmişdir. Məhkəmə tərəfindən hökmdə olan ifadələr doğru qiymətləndirilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərkən ona əsaslanır ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X4 biləbilə yalan xəbərçilik etməyəgörə qanunvericilikdə nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar edildikdən sonra Tovuz RPŞ-yə qonşusu Təqsirləndirilən şəxs azyaşlı oğlu Elcan Vəliyevə qarşı dəfələrlə seksual xarakterli hərəkətlər etməsi, onunla qeyri-təbiii yolla cinsi əlaqədə olması barədə məlumat vermişdir. İşin ibtidai istintaqının aparıldığı bütün dövrdə və məhkəmə baxışında zərərçəkmişin qanuni nümayəndəsi ilkin olaraq verdiyi ərizəsinə uyğun ifadələr vermişdir. İş materiallarında olan X7 xx.xx.2022-ci il tarixdə qanuni nümayəndəsinin iştirakı ilə alınmış izahatı, həmin tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol” fotocədvəldən, xx.xx.2022-ci il tarixli “zərərçəkmiş şəxsin dindirilməsi protokol” və əlavəsi olan videoçəkilişdən, xx.xx.2022-ci il tarixdə X14 Tağıyev arasında keçirilmiş “üzləşdirmə protokolu”ndan görünür ki, X11 ilkin olaraq verdiyi izahatında göstərdiyi xüsusatları yəni -təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona qarşı etdiyi cinsi zorakılıq hərəkətlərini digər keçirilmiş istintaq hərərkətləri zamanı da ətraflı, məntiqi ardıcıllıqla təsvir etmiş, ilkin verdiyi izahatla sonrakı ifadələri arasında hər hansı uyğunsuzluq, yaxud əlavələr olmamışdır. Birinci instansiya məhkəməsində dindirilərkən də aşağı psixoemosional halda olmasına baxmayaraq Elcan Vəliyev 2 il müddətində baş vermiş hadisələri dəqiqliklə təsvir və ifadə etmiş, ibtidai araşdırma zamanı ifadəsində söylədikləri ilə məhkəmədə verdiyi ifadələri arasında ziddiyyət olmamışdır. Onun özündən uydurmağa, yalan söyləmə meylli olmadığı baş verənləri dəqiqliklə qavrayıb ifadə etməsi müvafiq ekspertiza rəyi ilə də sübut edilmişdir. Bundan başqa zərərçəkmiş X15 Tağıyevin müxtəlif dövrlərdə ona qarşı edilmiş cinsi zorakılıqla bağlı epizodlar üzrə ifadəsində göstərdikləri hadisələrin baş vermə mexanizmləri ilə üst-üstə düşür, söylədiklərinin həqiqət olduğunu bir dahatəsdiq edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 Qənbər X10 qonşuluqda yerləşən su çəni altına aparıb 5-10 dəqiqə orada qalmalarını, digər Şahid5 isə Elcanla küçədə biryerdə oynayarkən X15 Tağıyev tərəfindən evə çağırıldığını, geri qayıtmadığını görüb Elcanın əvvəl Qənbərin etdiyi hərəkətlər barədə dediklərinin doğru olmasını yoxlamaq üçün evinə gedib çağıranda Qənbərin qapıya gəlib Elcanın içəridə olduğunu, ondan saz çalmaq öyrəndiyini desə də Elcanı göstərməyib birazdan gələcəyini demişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Elcan Vəliyevin onlara Qənbərin ona qarşıcinsi xarakterli zorakılıq hərəkətləri etməsini bildirdikdən sonra bir dəfə Qənbərin Elcanı çağırıb kənar yerə aparmasını görüb, gizlincə gedib olanları müşahidə etmək və qeydə almaq istədikdə Qənbərin onlar tərəfindən izlənilməsini başa düşüb təqib etmələrini soruşduğunu, Elcana qarşı nəsə etməyəcəyini deyib onları rahat buraxmalarını dediyini göstərmişlər. Göründüyü kimi zərərçəkmiş şəxsin bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı göstərdikləri işin faktiki halları ilə uyğunluq təşkil edirvə verdiyi ifadəsi müxtəlif epizodlar üzrə hadisələri təsdiq edir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan, “İşin halları” bölməsində təsvir edilmiş faktiki halları şübhə altına almaq üçün heç bir əsas görmür. Qeyd olunan faktiki halların Təqsirləndirilən şəxs ittiham olunduğu CM-in 150.3.3-cü maddəsi ilə müqayisəsi isə onu göstərir ki, həmin cinayəthüquqi norması təqsirkarın əməlinə düzgün şamil edilmişdir. Təqsirəndirilən şəxsin əməli, mötəbərliyi heç bir şübhə doğurmayan CPM-in 143- 146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla tam təsdiq edilmiş, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırmış, birinci instansiya məhkəməsi əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün halları tam aydınlaşdıraraq həmin sübutlara əsasən onun əməlini düzgün qiymətləndirmişdir. Ümumiyyətlə, istər ibtidai istintaq zamanı, istərsə də işə birinci instansiya məhkəməsində baxılarkən cinayət prosessual qanunvericiliyin, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın tələblərinin pozulmasına yol verilməmiş, prosessual hərəkətlər qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Məhkəmə kollegiyası təqsirəndirilən şəxsə ittiham olunduğu maddə üzrə bəraət verilməsi ilə bağlı müdafiə tərəfinin dəlilinin heç bir hüquqi əsası olmadığını hesab edir və CPM-in 39, 42-ci maddələrinin tələblərini əsas götürərək qeyd edir ki, qanunvericilikdə bəraət hökmü çıxarılmasının əsasları kimi cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, cinayətin törədilməsinə aidiyyəti olmaması və təqsirliliyin sübuta yetirilməməsi nəzərdə tutulmuşdur. Bunlardan isə heç biri hazırki iş üzrə müəyyən olunmur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilərək məhkuma bəraət verilməsini mümkün hesab etmir. Odur ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməsi sübuta yetirildiyindən onun təqsirliliyinin sübuta yetirilməməsi ilə əlaqədar apellyasiya şikayətində göstərilən bu dəlillər tam əsassız olduğundan qəbul edilməməlidir. Bununla yanaşı məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı qanuni və ədalətli sayır. Belə ki, 2020-ci ilin iyun-2022-ci il iyun ayları, yəni Təqsirləndirilən şəxs tərəfindən azyaşlı Ayhan Sulatnova qarşı seksual xarakterli zorakılıq hərəkətləri törədildiyi dövrdə Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin qüvvədə olmuş dispozisiyasında təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədilməsi, sanksiyasında isə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona 11 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun saymışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, eyni zamanda apellyasiya məhkəmə baxışındakı çıxışlarının dəlilləri konkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökmünün ləğv edilərək məhkum olunmuş şəxsə bəraət verilməsi, habelə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının azadılması üçün qanuni əsas kimi qəbul edilə bilməz və ona görə də apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(100)-254/2023 saylı hökmü apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398, 407-410 və 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 1(100)-254/2023 saylı hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkuma münasibətdə isə qərarın surəti ona verildiyi) gündən Azəbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və (və ya) kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(104)-428/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №1(104)-428/2023
29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver