Məhkəmə qərarları › İş №1(105)-197/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(105)-197/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(105)-197/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasnın hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Atakişiyeva Şəfəq Arif qızının katibliyi ilə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12, müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X17 iştirakları ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Xaçmaz Rayon Məhkəməsinin 1(067)-182/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarından xüsusi ittihamçı X23 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Materialdan görünür ki, xüsusi ittihamçı X7 Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 1(067)-182/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir (Hakim X.Quliyev). Qeyd edilən qərardan xüsusi ittihamçı Anar Babayev apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi başlanmasına dair şikayətin icraata qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə şikayəti icraata qəbul etməkdən imtina edərkən xüsusi ittiham qaydasında şikayətdə barəsində şikayət verilmiş şəxs Fəranə Veyisovanın əməlində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmadığını əsas götürmüşdür ki, bu hal cinayət prosessual qanunvericilikdə öz əksini tapmamışdır. Onun xx.xx.2017-ci il tarixdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan X18 və qardaşı X19 tərəfindən xüsusi amansızlıqla döyülüb ona xəsarətlər yetirilməsi, qeyri-insani işgəncələr verilməsinə dair xx.xx.2019-cu il tarixli müraciəti ilə əlaqədar toplanmış materiallar əsasında xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə fakta görə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması üçün aidiyyatı üzrə Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmiş, daha sonra Xaçmaz rayon prokurorluğunda Azərbaycan Respublikasının CM-nin 127.2.2, 145.2.3, 145.2.4, 145.2.6-cı maddələri ilə istintaq davam etdirilən ********* nömrəli cinayət işinin materiallarından X17 qohumu X9 qarşı zorlamağa cəhd etməsi faktı və digər xüsusatlara görə Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi üzrə xx.xx.2020-ci il tarixli ********* nömrə ilə ayrılaraq rayon prokurorluğunun böyük köməkçisi, İ dərəcəli hüquqşünas Tural Məhərrəmov tərəfindən icraatına qəbul edilməklə istintaqı aparılmış, xx.xx.2020-ci il tarixli cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Xaçmaz rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X3 həvalə olunmuşdur. Xaçmaz rayon prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X1 qəbul etdiyi 30 dekabr 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla X9 qarşı zorlamağa cəhd edilməsi xüsusatı öz təsdiqini tapmamaqla onun əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması faktı müəyyən edilmədiyindən Xaçmaz rayon prokurorluğunda istintaqı aparılmış ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 29,149.1-ci maddəsi və digər xüsusatlar üzrə ayrılmış ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və maraqlı tərəflərə təqdim edilməsi, X9 məxsus olan və istintaqa təqdim edilmiş 01 ədəd köynəyin maddi sübut kimi tanınmasının rədd edilməklə sahibinə qaytarılması, cinayət işinin saxlanılmasından ötrü rayon prokurorluğunun arxivinə təhvil verilməsi qərara alınmışdır. Buna baxmayaraq, X13 ondan təkrar-təkrar əsassız şikayətlər etmiş və dörd dəfə Xaçmaz rayon prokurorluğu tərəfindən X9 qarşı zorlamağa cəhd edilməsi xüsusatı öz təsdiqini tapmadığından onun əməlində hər hansı bir cinayətin tərkib əlamətlərinin olması faktı müəyyən edilmədiyindən ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Axırıncı dəfə Xaçmaz rayon prokurorunun köməkçisi X24 tərəfindən 10 avqust 2022-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunmuşdur. Hesab edir ki, X13 ondan təkrar-təkrar əsassız, şər və böhtan xarakterli ərizələr yazmaqla və müxtəlif ünvanlara şikayətlər etməklə ona şər və böhtan atmışdır. Yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymış, şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. X6 onu təhqir etməsi, müxtəlif ünvanlara yazdığı şər və böhtan xarakterli ərizələri əsasında o, ailə üzvləri, qohumları, qonşuları və iş yoldaşları arasında nüfuzdan düşmüş, onun şəxsiyyətinə, imicinə və işgüzar nüfuzuna xələl gəlmişdir. Ona görə də məcbur olub iş yerini itirmiş, Azərbaycan Respublikası Elmlər Akademiyasından işdən çıxmağa məcbur olmuş, ailəsini itirmək təhlükəsi ilə rastlaşmış və yaşayış yerini dəyişmək məcburiyyətində qalmışdır. Qohumlarının yaşadığı Quba və Xaçmaz rayonlarına gedib-gələ və qohumlarla əlaqə saxlaya bilmir. Bu hal da onu son dərəcə sarsıtmağa başlayıb. Artıq onu tanıyan şəxslər qarşısında nüfuzdan düşmüş, sanki hamı ondan üz çevirmiş, dözülməz və son dərəcə dəhşətli bir vəziyyətə düşmüşdür. X6 ona qarşı olan qanunusuz hərəkətləri və qərəzli münasibəti özünü intihar etmək dərəcəsinə çatdırmışdır. Hesab edir ki, X6 əməlində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin tərkib əlamətləri vardır. Ona görə də X6 barəsində məhkəmədə xüsusi ittiham qaydasında cinayət işi başlanılmalı və həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-182/2023 saylı 26 dekabr 2023-ci il tarixli qərarı tam əsassız olduğundan ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmaqla şikayətinin icraatına və məhkəmə baxışına çıxarılması, Fəranə Veyisovanın cinayət məsuliyyətinə cəlb edilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında cinayət işinin materialını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Fəranə Veyisova və onun müdafiəçisinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Xaçmaz Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsində çıxış edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X14 apellyasiya şikayıtnə etiraz edərək, Anar Babayevin ona qarşı zorlama cinayəti törətməyə cəhd etdiyini, bu hərəkəti ilə bağlı əri Namiq Ağayevin sonuncunu döyməsi faktı ilə əlaqədar cəza çəkdiyini qeyd edib, Anar Babayevə böhtan atmadığını, bu cinayətlə bağlı dəfələrlə Xaçmaz rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdiyini, lakin ərizəsinin təmin edilmədiyini qeyd edib Xaçmaz Rayon Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X4 apellyasiya şikayətinə etiraz edərək, Anar Babayevin şikayətdə göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığı üçün həmin dəlillərin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsindəki çıxışında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X23 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Xaçmaz Rayon Məhkəməsinin 1(067)-182/2023 saylı 26 dekabr 2023-ci il tarixli qərarının ləğv edilməsi və şikayətin icraatına götürülərək Fəranə Veyisovanın cinayət məsuliyyətinə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayətin məzmununun AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olmamasını əsas götürərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 293.3.1- 293.3.7-ci maddələrində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu bu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması və onun təqsirli olubolmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayət araşdırılarkən müəyyən edilmişdir ki, həmin şikayət qanunvericiliyin tələblərinə riayət edilmədən verilmişdir. Göründüyü kimi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsində yalnız barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin ad, soyad, ata adı, qeydiyyat ünvanı sadalanmaqla kifayətlənmiş, onun təvəllüdü, məşğuliyyəti, vəzifəsi qeyd edilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan və yalan olduğunu billə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma cinayət əməlidir. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət əməlidir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 147-ci maddəsinin iki bəndi ilə ayr-ayrı cinayət əməlləri nəzərdə tutulsa da, şikayətdə Fəranə Veyisovanın məhz hansı maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi göstərilməmişdir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbayan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 saylı Qərarının 11-ci bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, ığulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin İ adı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CM-nin 147-ci maddəsinə əsasən böhtan və yalan olduğunu billə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma cinayət əməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, eləcə də onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk etməli və bunu arzu etməlidir. CM-nin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməli qanunda göstərilən üç üsulla – yəni, şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaymaqla törədildikdə cinayət məsuliyyətinə səbəb ola bilər. Qeyd edilən əməl bu cür üsullardan biri ilə törədilmədikdə isə cinayət məsuliyyəti istisna edilir. Xüsusi ittiham qaydasında şikayət vermiş X17 şikayətində istinad etdiyi X6 onun barəsində təkrar-təkrar əsassız, şər və böhtan xarakterli ərizələr yazmaqla və müxtəlif ünvanlara şikayətlər etməklə ona şər və böhtan atmaq, yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymaqla şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla bağlı məlumatların kütləvi informasiya vasitələrində yayılmasını təsdiq edən hallar olmadığından X6 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 147.1, 147.2, 148-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması istisna olunur. Belə ki, işin hallarından görünür ki, X2 Anar Elçin oğlunun ona qarşı zorlama cinayətinə cəhd göstərməsi barədə Xaçmaz rayon prokurorluğuna dəfələrlə şikayət ərizələri ilə müraciət etmiş və qeyd olunan şikayətlər araşdırılaraq müvafiq qərarlarla cinayət işinin icraatına xitam verilmişdir. Materialdan müəyyən olunur ki, CM-nin 147 və 148-ci maddələrinin tövsüfedici əlamətləri olan şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsi ilə yayılması hallarını təsdiq edən hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Anar Babayevin şikayət ərizəsinin CPM-nin tələblərinə uyğun olmamaqla tərtib edildiyini əsas götürərək xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Xaçmaz Rayon Məhkəməsinin 1(067)- 182/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 300.1.3, 302.1.7, 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə irəli sürülmüş xüsusi ittihama dair şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina barədə Xaçmaz Rayon Məhkəməsinin 1(067)-182/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Xüsusi ittiham qaydasında şikayət vermiş X17 apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu vaxtdan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar