Məhkəmə qərarları › İş №1(106)-186/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-186/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-186/2024 11.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum edilmiş şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri Mərkəz Vəkil Bürosunün vəkili Müdafiəçi1 və Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum edilmələrinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)-371/2023 nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)-371/2023 nömrəli hökmü (hakimlər: X13 (sədrlik edən), X14 və X5 ibarət tərkibdə) ilə xx xxx 1960-cı il tarixdə Jdanov (hazırki Beyləqan) rayonu, Aşıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin X12 şöbəsinin rəisi vəzifəsində işləmiş, Beyləqan rayonu, 2-ci Aşıqlı kəndində qeydiyyatda olmaqla tutulanadək orada faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona Cinayət Məcəlləsinin 308.2ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılmaqla Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 dekabr 2022-ci il tarixdən hesablanması barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla tutulanadək Beyləqan şəhəri, Cəfər Cabbarlı küçəsində faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə Həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəza əsas cəza ilə, əlavə cəza isə əlavə cəza ilə qismən toplanılımaqla Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 08 (səkkiz) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 dekabr 2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması barədə yekun qərar qəbul edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə məhkum olunmuşlar ona görə ki, Təqsirləndirilən şəxs1 “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrlə 8 saylı Ərazi Vergilər İdarəsinin və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, İdarənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək, tabeliyində olan vəzifəli şəxslər tərəfindən əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək, İdarənin rəis müavinləri arasında vəzifə bölgüsünü aparmaq və müvafiq fəaliyyət sahələrinin idarə olunmasını onlara həvalə etmək, daxili sənədləri, İdarənin adından göndərilən xaric olan sənədləri, habelə Vergilər nazirinin (Vergi Xidmətinin rəhbərinin) müvafiq əmrləri ilə imzalamaq səlahiyyəti verilmiş digər sənədləri imzalamaq, təsdiq etmək, müvafiq möhürdən istifadə etmək, Dövlət Vergi Xidmətinin normativ sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa idarənin strukturlarının vəzifələrində birbaşa göstərilməyən, lakin idarənin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələri strukturlardan hər hansı birinə və ya bir neçəsinə həvalə etmək, vergi ödəyicilərində öz səlahiyyətləri daxilində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi, X17nın keçirilməsi müddətlərinin dayandırılması, inventarizasiyanın keçirilməsi, keçirilmiş vergi nəzarəti tədbirləri üzrə tərtib edilmiş materiallar əsasında vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması, hüquqi, fiziki və vəzifəli şəxslərə vergilərin, sığorta haqlarının hesablanması, maliyyə sanksiyaları və inzibati cərimələrin tətbiq edilməsi, yoxlamalarla bağlı digər məsələlər barədə qərar qəbul etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun digər qərarları qəbul etmək, öz səlahiyyətləri daxilində vergi ödəyiciləri ilə “Vergi partnyorluğu Sazişi” bağlamaq, İdarə üzrə Dövlət Vergi Xidmətinin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təkliflərini Xidmətin rəhbərliyinə təqdim etmək, İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Xidmətin bütün strukturlarından və digər qurumlardan zəruri məlumat və sənədləri əldə etmək, İdarədə icra intizamına əməl edilməsi vəziyyətini daim nəzarətdə saxlamaq, kargüzarlıq və arxiv işlərinin, habelə vətəndaşların qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsini təmin etmək, İdarəni təmsil etmək, vergi ödəyiciləri və vətəndaşlardan daxil olan müraciətlər üzrə hazırlanan cavab məktubları imzalamaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, Təqsirləndirilən şəxs2 isə “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2019-cu il tarixli 845 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilməklə və müvafiq dövlət xidməti statusu almaqla “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” adlandırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyi üzrə 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrlə 8 saylı Ərazi Vergilər İdarəsinin və 23 oktyabr 2019-cu il tarixli müvafiq struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin X12 şöbəsinin rəisi vəzifəsində işləyərkən 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər Baş İdarələrinin fəaliyyətini tənzimləyən Əsasnaməyə əsasən, X12nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X12nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X12 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X12 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X12nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X12nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək X12nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X12nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X12 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X12 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X12nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X12nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib cinayət əlaqəsinə girərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük, yəni əlavə qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar 2019-cu ildə təsis edilməklə 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış, əsas fəaliyyəti müxtəlif ölkələrdən kartof idxal edərək topdan satışını həyata keçirməkdən ibarət olan riskli vergi ödəyiciləri ilə aparılmış riskli və yaxud əmtəəsiz əməliyyatlardan istifadə etməklə yayınmasının qarşısının alınması məqsədilə keçirilmiş kameral vergi yoxlaması ilə 189.397,84 manat təsdiq edilməmiş vergi borcu hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi xx.xx.1966-cı il tarixdə Füzuli rayonu, Qazaxlar kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olan, X11 xeyrinə edəcəkləri hərəkətsizlik, yəni Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1.1, 36 və 38ci maddəsinə əsasən X17 keçirilməməsi, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla şəxsən maddi nemət olan külli miqdar təşkil edən 35.000 manat məbləğində pul vəsaitini 2022-ci ilin noyabr ayında 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən inzibati binasında Alim Alışovun qardaşı Şahid1 rüşvət qismində istəməklə Şahid1 15.000 manat məbləğdə pul vəsaitini rüşvət qismində verməyə dair sonuncu ilə razılaşaraq, qabaqcadan əlbir olaraq birlikdə Şahid1 xidməti iş otağında şəxsən Təqsirləndirilən şəxs1 qəbul edib 15 dekabr 2022-ci il tarixədək maddi nemət olan 15.000 manat məbləğdə pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib həmin pul vəsaitini eyni niyyətlə rüşvət qismində istəməklə Şahid1 razılığını alıb, həmin niyyətlə 20 dekabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində Beyləqan bazarı adlanan ərazidə qabaqcadan əlbir olan Təqsirləndirilən şəxs2 idarə etdiyi **-FJ-*** dövlət qeydiyyat nişanlı “HYUNDAİ SANTA FE” markalı minik avtomobilində özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 manat məbləğində, eyni niyyətlə 23 dekabr 2022ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 xidməti otağında özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 5.000 manat məbləğində, eyni niyyətlə 26 dekabr 2022-ci il tarixdə 8 saylı Ərazi Vergilər İdarəsinin Beyləqan şəhəri, SMD-42 qəsəbəsində yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 xidməti otağında özləri üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 2.000 manat məbləğində olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkətsizlik, eləcə də xidmət üzrə ümumi himayədarlıq və laqeydlik müqabilində özləri üçün birbaşa yolla sonuncu vasitəsilə külli miqdarda maddi nemət olan cəmi 12.000 manat məbləğində pul vəsaitini Şahid1 vahid niyyətlə rüşvət qismində istəməklə almışlar, qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə Azərbaycan Respublikasının vergi qanunvericiliyinə riayət olunması, vergilərin ödənilməsi və yığılması qaydalarının, dövlət vergi orqanlarının vergitutma məsələləri ilə bağlı fəaliyyətinin obyektiv və şəffaf əsaslarla təmini, vergi ödəyicilərinin hüquq və vəzifələrinin gözlənilməsi və qorunması, vergi nəzarətinin prinsip, forma və metodlarına riayət edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər. APELYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-ci il tarixli 1(099)- 371/2023 saylı cinayət işi üzrə ittiham hökmünün ləğv edilməsini və Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 Səli oğlu barəsində həmin maddələrlə məhkəməyə verildiyi ittiham üzrə cinayət hadisəsi olmadığına və əməlində cinayət tərkibi olmadığına görə aparılmış məhkəmə baxışının nəticələrinə dair bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədini güdmələri kimi qəbul etmişdir. Cinayət işində olan materiallardan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Şahid1 rüşvət kimi pul alması barədə göstəriş verməmiş, kirayə yaşadığı mənzildə olan seyfdən aşkar edilmiş rüşvət kimi verilmiş pul vəsaitlərinin prokurorluq əməkdaşları tərəfindən ora qoyulmuş, Təqsirləndirilən şəxs2 isə "xxxx" MMC- nin 189.000 manat təsdiq olunmamış hesablanmasını silməsi üçün onların heç bir səlahiyyətləri olmamış, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs kimi Şahid1 "xxxx" MMC-nin 189.000 manat təsdiq olunmamış hesablanmasının silməsi üçün rüşvət almamışlar, avtomobildə qolaltı adlanan saxlanc yerinə Şahid1 pul qoyması ilə bağlı işarə etməmiş, videoçəkilişdə əli ilə pul mənasını verən jest etməmiş, həmin vaxt sadəcə burnunu qaşımış, Şahid1 dolaba pul qoyduğunu görməmiş, Təqsirləndirilən şəxs1 evində guya ona verilmiş pul vəsaitinin bir hissəsinin aşkar edilməsinin rüşvət kimi olması qeyri-mümkündür, o, Şahid1 pul almamış və həmin vəsaitin Təqsirləndirilən şəxs1 evinə hansı qaydada qoyulduğunu bilməmişdir. Məhkəmənin ittiham hökmü çıxararkən istinad etdiyi şahidlərdən Nümayəndə2 göstərmişdir ki, təqsirləndirilən şəxslərə qarşı təmsil etdiyi hüquqi şəxs tərəfindən hər hansı bir şikayət və tələbləri yoxdur, törədilmiş cinayət əməlləri təmsil etdiyi orqanın və dövlətin nüfuzuna xələl gətirən hərəkətlərdir, odur ki, bu iş üzrə onlar barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Şahid3 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon X6 təhlil və kameral vergi yoxlamaları bölməsinin rəisi vəzifsində işləyir. 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin X12 şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayaraq "xxxx" MMC-nin rəhbər və ya səlahiyyətli nümayəndəsinin ona zəng etməsini bildirməsini demişdir. O, isə həmin Cəmiyyətin direktoru Alim Alışovun qardaşı Şahid1la əlaqə saxlayaraq Təqsirləndirilən şəxs2 mobil telefon nömrəsini verib sonuncuya zəng etməsini bildirmişdir. Bundan başqa, hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Bundan başqa, Şahid2 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Fizuli rayon Vergilər Şöbəsinin rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır. Hazırkı iş üzrə onu bildirir ki, yalnız hadisə baş verdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanıldıqlarını eşitmişdir. Başqa bu barədə heç bir məlumatı yoxdur. Beləliklə, həmin şahidlərin ifadələri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilən ittiham üçün əsas ola bilməz, ona görə ki, cinayətlə bağlı heç bir məlumat yoxdur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində hökm çıxararkən Şahid1 ifadəsinə istinad etmişdir. Həmin şəxs Zaur Ədilovun və Təqsirləndirilən şəxs2 barəsində cinayət işi üzrə ibtidai istintaq aparılarkən özü də istintaq altında olmuş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ( 80.000 ABŞ dollarını aldatma yolu ilə ələ keçirmək) cinayət işinin istintaqı aparılmış və sonda o, həmin maddə ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-ci il tarixli hökmü ilə 5 il azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilmişdir. Həmin şəxs bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Əjdər müəllim ona zəng vurub qardaşına məxsus firmanın artıq ödəməsini əvəzləşdirmək üçün idarəyə yaxınlaşmasını bildirmişdir. O, da bundan sonra Beyləqana gedib, Əjdər müəllimə yaxınlaşmışdır. Həmin vaxt Əjdər müəllim ona riskli vergi ödəyicisi ilə qarşılıqlı maliyyə əməliyyatı apardığı üçün depozit hesabında olan təxminən 32.000 (otuz iki min) manat vəsaitin silinməsinə razılıq verməsini, daha sonra yaranmış 189.000 (yüz səksən doqquz min) manatlıq vergi borcunu əvəzləşdirmə yolu ilə siləcəyini izah etmiş, idarə rəisi Zaur müəllimin bununla bağlı 35.000 manat istədiyini bildirmişdir. Əjdər müəllimə hazırda bunu vermək üçün imkanının olmadığını, nə özünün, nə də ki, qardaşının işləmədiyini bildirmişdir. Əjdər müəllim isə gedib rəislə danışacağını demiş, daha sonra gedib Zaur müəllimlə görüşüb gəlib demişdir ki, 15.000 manat gətir həll edəcəyik. Elə bundan sonra birlikdə rəisin qəbuluna keçmişlər, qəbulda rəis demişdir ki, pulu nə zaman gətirərsən, o, isə rəisə bir aya toplaya biləcəyini demişdir. 19 dekabr 2022-ci ildə yenidən Beyləqana getmişdir. Orada 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında onun qəbulunda olmuşdur. Sonuncuya rəislə görüşmək istədiyini bildirmiş, Əjdər isə Zaur müəllimin başının qarışıq olduğunu, sabah yenidən ora gəlməsini demişdir. 20 dekabr 2022-ci il tarixdə yenidən həmin İdarəyə getdikdə, bu zaman Əjdər yenə Zaur müəllimin başının qarışıq olduğunu, onu qəbul edə bilməyəcəyini, aşağıda gözləməyini demişdir. Daha sonra Əjdərlə birlikdə onun avtomobilinə əyləşmişlər, Əjdər avtomobili idarə edib onu Beyləqan bazarının yaxınlığına aparıb bazarın arxasında avtomobili saxlayıb, heç nə deməyərək əli ilə avtomobilinin qoltuqaltı yerini göstərmiş, o, Əjdərin pulu həmin yerə qoymasını istədiyini başa düşərək gətirdiyi pulu gödəkçəsinin cibindən çıxarıb Əjdərin göstərdiyi yerə qoyan zaman burada 5.000 (beş min) manatın olduğunu, qalanını da sonra gətirəcəyini, yonca kipinin olduğunu, gedib onu satacağını demiş, sonuncu danışmamasını bildirmək üçün əlini öz ağzına tutmuşdur. Həmin vaxt baş verənlərin videogörüntülərini çəkmişdir. Daha sonra Bakıya qayıtmışdır. Bundan sonra həmin şəxslərin qanunsuz hərəkətlərindən şikayət etmək qərarına gəlib baş verənlər barədə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş və müraciəti üzrə əməliyyat tədbiri keçirilmişdir. 23 dekabr 2022-ci il tarixdə ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 5.000 manat vəsait verilmiş və üzərinə xüsusi texniki vasitə qol saatı və eynək quraşdırılmışdır. O, elə həmin tarixdə Beyləqan rayonuna gedib, 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında onun qəbulunda olmuşdur. Sonuncuya Zaur müəllimin qəbuluna girmək istədiyini bildirdikdə Əjdər yenə Zaur müəllimin başının qarışıq olduğunu, onu qəbul edə bilməyəcəyini demişdir. Bu zaman o, cibində olan 5.000 manatı çıxardıqda Əjdər, əli ilə çəkməcəsini göstərmiş, o, çəkməcəni əli ilə açıb pulu oraya buraxmışdır. Daha sonra Əjdər onunla birlikdə otaqdan çıxaraq idarənin həyətinə düşmüşdür. Bu zaman Əjdərə danışığa əsasən 5.000 manat əvvəlcə verdiyini, bu gün isə daha 5.000 manat verdiyini, maddi çətinliyi olduğunu, iki-üç günə daha 2.000 manat da düzəldib verəcəyini bildirərək işini bu məbləğlə həll etmələrini xahiş etmişdir. Bu zaman Əjdər gedib Zaur müəllimlə görüşüb gəlmiş, demişdir ki, olar. Növbəti dəfə ona 26 dekabr 2022-ci il tarixdə Baş İdarənin əməkdaşları tərəfindən 2.000 manat vəsait verilmiş və üzərinə kamera quraşdırılmışdır. Elə həmin tarixdə Beyləqan rayonuna gedib, 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında sonuncunun qəbulunda olmuşdur. Yenə Zaur müəllimlə görüşmək istədiyini bildirmiş, lakin görüşə bilməmişdir. Əjdər yenə ona əli ilə giriş qapısının sol tərəfində olan çəkməni göstərdikdə, o, həmin çəkməcəyə tərəfə yaxınlaşıb üzərində olan 2.000 manat vəsaiti ora qoymuşdur. Bundan sonra, idarədən çıxıb əməkdaşlara məlumat vermiş, gerisini isə onlar həll etmişdir. Füzuli rayon Vergilər Şöbəsində işləyən Əlövsət müəllimlə aralarında dəfələrlə telefon danışığı olmuş, ondan məsləhətlər almış, Əlövsət müəllim ona Əjdər müəllimin yanına getməyi məsləhət vermişdir. Ümumilikdə 12.000 manat rüşvət verməsi barədə sübutu videoçəkilişlərdir. Əjdərlə 189.000 manatlıq vergi borcunu əvəzləşdirmə yolu ilə siləcəyi ilə bağlı əvvəlcə 15.000 manat vermək barədə aralarında razılıq olsa da, sonradan 12.000 manata razılaşmışlar. Zaur müəllimlə onun xidməti otağında görüşləri zamanı demişdir ki, 15.000 manatı nə vaxt gətirərsən, demişdir ki, bir aya gətirə bilər. O, da Əjdər müəllimə demişdir ki, “Əjdər bu adama inanaq”. Çəkilişləri eynəklə etmişdir, həmin eynək özünə məxsus olmuş, onu özü ilə Moskvadan gətirmişdir, içindəki materiallarla birlikdə isə 26 dekbar 2022-ci ildə korrupsiyaya təqdim etmişdir. Həmin şəxsin bu ifadəsi işin materiallarında olan özü tərəfindən 20 dekabr və istintaq orqanı tərəfindən 23 və 26 dekabr 2023-ci il tarixlərdə təqdim edilən vidioçəklişlərə tamamilə uyğun gəlmir. Belə ki, xx.xx.2022-ci il tarixli video fayla baxarkən müəyyən edilmişdir ki, həmin videoçəkliş 22 dəqiqə 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış keçirilən zaman görüntülərdən və Şahid1 Təqsirləndirilən şəxs2 arasında aparılan danışıqlardan müəyyən edilmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs2 sonuncunun iş otağında idarənin rəisinin işdə olmasından və nə vaxt gələcəyindən, kameral qaydada yoxlamanın aparılmasından, kartof alverindən, 32.000 manatın vergi borcu olmasından, unvansız yerlərə və ad çəkilməyən şəxslərə pul verilməsindən və sonradan sənədlərin tamamlanmasından, kimdənsə nə isə alacağından dialoq qedir. Bundan sonra onlar avtomaşına əyləşir Şahid1 deyir “Əjdər müəllim, hə başa düşdüm. Hara qoyum?” dedikdən sonar Təqsirləndirilən şəxs2 işarəsinə əsasən məhkəmənin qənaətinə görə pul vəsaitini avtomobilin “qolaltı” adlanan saxlanc yerinə qoyur”. Halbuki, görüntünün bu hissəsində pul vəsaiti umumiyətlə görünmür, Şahid1 hara və nəyi qoyması məlum deyil. Beləliklə, 20 dekabr 2023-ci il tarixdə Şahid1 tərəfindən təqdim olunan videoçəkiliş qanunsuz əldə edildiyindən tam qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Eyni zamanda həmin maddənin 2-ci maddəsində qeyd edilir ki, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda onlar cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin videoçəkilişin cinayət işi üzrə təqdim olunan subutların içərisindən çıxarılmasına dair məhkəməyə vəsətət verilsə də məhkəmə vəsatəti təmin etməmişdir. Lakin məhkəmə göstərilən qanun tələblərini pozaraq həmin videoçəklişi subut kimi qəbul edərək hökmün əsaslandırıcı hissəsində göstərmişdir. xx.xx.2022-ci il tarixli videofaylı 15 dəqiqə 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs2 otağına daxil olur və onlar arasında kənddən, naməlum 5.000 rəqəmdən dialoq aparılır, məlum deyl ki, bu nəyə aid rəqəmdir və videogörüntülərin sonunda Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağında sonuncunun masasının sol üst siyirtməsini açaraq əlindəki pul vəsaitini oraya qoyur, bu anda Təqsirləndirilən şəxs2 buna etiraz edir və Şahid1 mane olmağa çalışır, sonra Şahid1 salamat qalın deyərək otağı tərk edir. Narahat olmayın mən heç nə görmədim, heç nə də bilmədim deyərək otaqdan çıxır. Lakin bu hissədə məhkəmə videogörüntüdə Şahid1 “mən heç hə eləməmişəm” ifadəsini “mən hec nə görməmişəm ” kimi qiymətləndirərək ittiham mövqeyini göstərir. Şahid1 Təqsirləndirilən şəxs2 etirazını görəndən sonra Təqsirləndirilən şəxs2 “mən heç nə eləməmişəm” ifadəsi ilə ona işarə verir ki, o, siyirtməyə qoyduğu pulları geri götürmüşdür. Məhkəmə isə bu videogörüntülərdə olan informasiyanı subut kimi gəbul edərək ittiham hökmünün əsasını yaradır. Məhkəmə Təqsirləndirilən şəxs2 bu hissədə verdiyi ifadəsini, yəni Şahid1 onun etirazını görərək siyirtməyə qoyduğu pulların geri götürülməsinə qiymət verərək, hesab etmişdir ki, güya Təqsirləndirilən şəxs2 belə ifadə verməklə məsuliyyətdən yayınmaq istəmişdir. 26 dekabr 2022-ci il tarixli videofaylı 4 dəqiqə 21 saniyə davam edir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilində aparılan videoçəklişdir. Məhkəmə tərəfindən bu video üzrə tərtib edilmiş protokolun qanuniuliyini və əsaslığını tamamilə araşdırmamış, sadəcə olaraq onu bir fakt kimi qeyd etmiş və sübut növü kimi qəbul etmişdir. Həmin protokolun sübutlar siyahısından çıxarılmasına dair vəsatətlər verilsə də onlar təmin edilməmişdir. Belə ki, iş materiallarında olan 26 dekabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xidməti otağına baxış keçirilərkən 1 ədəd 50 Azərbaycan manatı nominallı, 60 ədəd 100 Azərbaycan manatı nominallı, 1 ədəd 500 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 6.550 manat pul vəsaiti aşkar edilir. Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış keçirilərkən isə 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 166.900 manat və 118 ədəd 100 ABŞ dolları nominallı əskinaslardan ibarət olmaqla cəmi 11.800 ABŞ dolları pul vəsaiti müəyyən edilərək götürülmüşdür. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslara baxış keçirilərkən 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitində olan C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891 seriya və nömrəli 12 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 1.200 manat pul vəsaitinin olması müəyyən edilmişdir. Həmin protokol nəzərdən keçirilərkən müəyyən olunur ki, ibtidai istintaq zamanı həmin protokol lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv aparılmamışdır, qanun tələblərinə uyğun tərtib olunmamışdır. İttiham tərəfinin mötəbər sübut kimi istinad etdiyi sübutların mənbəyi olaraq məhz 26 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında ” protokol olmuşdur. Hansı ki, həmin protokolun tərtibi zamanı Cinayət-Prosessual Məcəlləsinin 124-125-ci maddələrinin tələbləri aşağıda qeyd olunan səbəblərdən pozulduğundan sübut kimi yolverilməz sənəd hesab edilməklə sübutların siyahısından çıxarılmalı idi, lakin məhkəmə müdafiə tərəfindən həmin məsələlər üzrə verilən vəsatətləri təmin etməmişdir. Adı keçən Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iş otağında və onun yaşadığı mənzildə olmadığı halda həmin istintaq hərəkətinin iştirakçısı kimi göstərilmişdir. Adı keçən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 xidməti iş otağında olmadığı halda orada keçirilən istintaq hərəkətinin iştirakçısı kimi göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xidməti iş otaqlarında və sonuncunun yaşadığı mənzildə aparılan axtarış ayrı-ayrılıqda keçirilməli, həmin istintaq hərəkətinin iştitakçılarının adları müvafiq tərtib edilmiş protokollarda olmalı olduğu halda, ayrıayrılqda olan 3 istintaq hərəkəti bir protokolda yazılmışdır. Həmçinin, həmin istintaq hərəkətləri baxış deyil, faktiki olaraq axtarış kimi aparılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Qeyd edilən protokolla və Təqsirləndirilən şəxs1 evində pul vəsaitlərin aşkar edilməsi zamanı aparılan videoçəkliş tutuşdurularkən müəyyən edilmişdir ki, videoçəkliş 4 dəqiqə 36 saniyə aparılır, protokolun tərtib edilməsi saat 17.05-də başlayır və 23.30-da tamamlanır. Protokol 37 vərəqdən ibarətdir və aşkar edilən pul əskinasları həmin protokolda geyd edilir, protokolun yazılması və əskinasların bir-bir baxılaraq qeyd edilməsi fasiləsiz videoçəklişlə müşahidə edilməli olduğu halda bu edilməmişdir. Beləliklə həmin protokolun Cinayət-Prosessual Məcəlləsinin 245.8 maddəsinə zidd olaraq tərtib edilmişdir. Həmin Məcəllənin 247.2-ci maddəsinə əsasən protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır. Bu da edilməmişdir, vərəqlər Təqsirləndirilən şəxs1 tərəfindən imzalanmamışdır. 247.3. Axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir. Həmçinin axtarış və götürmə protokolunun surəti barəsində istintaq hərəkəti aparılan şəxsə verilir. Protokola əsasən istintaq hərəkəti saat 17:05-də başlamış və 23:30 –da başa çatmışdır. Protokolun tərtib olunduğu yer Beyləqan şəhəri göstərilməklə bütün aşkar olunan 100 manatlıq pul vəsaitlərinin seriya və nömrələri göstərilməklə tərtib olunan protkol 37 vərəq təşkil edir. Həmin protokol Təqsirləndirilən şəxs2 tərəfindən imza edilməmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 imza etməkdən imtina etməsinə dair protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin, digər Təqsirləndirilən şəxs1 yalnız protokolun sonuncu səhifəsinə imza etmiş, ondan əvvəl olan 36 vərəqi isə imzalamamışdır. Eyni zamnda Təqsirləndirilən şəxs1 həmin protokolla tanış olması və əvvəlki səhifələri imza etməkdən imtina etməsi barədə hər hansı qeyd aparılmamışdır. Nəzərə alsaq ki, həmin protokolun tərtibindən sonra protokolu tərtib edən şəxs R.Şükürov tərəfindən bütün iştirakçılara oxunmalı, vəsatətlərinin olub-olmamasına dair qeydlər aparılmalı idi. Əgər bütün bunlara əməl edilmiş olsa idi, ən azı bir saat vaxt da protokolla tanış olub, onun imzalanmasına vaxt keçməli idi. Lakin cinayət işində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması Bakı şəhərində xx.xx.2022-ci il tarixdə 01:35-də, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması isə xx.xx.2022-ci il tarixdə saat 02:55- də olmuşdur. 02:57-də isə ona müdafiəçi dəvət edilmişdir. Tərtib olunmuş protokoldan belə çıxır ki, istintaq hərəkətinin başa çatmasından (protokolda yazılanların oxunması, qeydlərin verilməsi və imzalanma vaxtı nəzərə alınmır) tam olaraq 2 saat 05 dəqiqə sonra Təqsirləndirilən şəxs2 Beyləqan şəhərindən 260 km uzaqda yerləşən Bakı şəhərində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində olmuşdur. Protokolla tanışlığı və imzalanmanın və qeydləri verilmənin vaxtını, üstəlik də materialın hazırlanıb aidiyyəti üzrə istintaqa verilməsini də nəzərə alsaq faktiki olaraq bu mümkünsüz görünür. Saat 01:35-də materialın toplanıb istintaqa verilməsi belə imkansızdır. Bu da ona dəlalət edir ki, protokol Bakı şəhərində tərtib olunaraq imzalanmışdır. Müdafiə tərəfinin bu dəlilləri tərtib olunmuş protokol nəzərdən keçirildikdə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs1 sonuncu vərəqi imzalasa da onun xx.xx.2022-ci il tarixdə yazılmasına dair aşağıdakı qeydləri yazmışdır: “Protokolda mənim iş otağımdan 5 min manat vəsaitin dolabdan tapıldığı qeyd edilir, əslində isə pul portmanemdə idi. Əjdərin otağından tapılanlardan xəbərim yoxdur. Protokolda sadaladığım pul əskinasları seriya və nömrələrlə nə müqayislənmiş, nə də yerində siyahıya alınmamışdır. Protokol xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmişdir”. Məhkəmə bu protokolu ittiham tərəfi qəbul etdiyi kimi qəbul edərək hökmün əsasını qurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 və Ə.Əlyevə Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə ittiham edərkən mötəbər sübut kimi xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan 1669 ədəd 100 manatlıq əskinasların işərisindən 12 ədəd 100 manatlıq əskinasların aşkar olunasına mötəbər sübut kimi istinad etmişdir. Müdafiə tərəfinin tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə” aparılması haqqında protokolda qeyd olunan iş üçün əhəmiyyət kəsb edən məlumatların həqiqətə uyğun olmaması, tərtib edilmiş xx.xx.2022-ci il tarixli digər bir protokolla da öz təsdiqni tapır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli Beyləqan şəhərində saatı göstərilməyən adsız protokolda qeyd olunmuşdur ki, “baxış keçirmə və götürmə istintaq hərəkəti ” başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 səhhəti pisləşdiyindən imza etməkdən imtina etmişdir. Bununla əlaqədar yalnız əməliyyatçılar protokolun tərtibində iştirak edərək imzalamışlar. Həmin protokolda Təqsirləndirilən şəxs2 adı keçmir. Halbuki, belə bir hal baş vermiş olsa idi, istintaq hərəkətinin digər iştirakçıları kimi Təqsirləndirilən şəxs2 də adı həmin protokolda yazılmalı, imzalanması üçün protokol ona təqdim olunmalı idı. Halbuki, Təqsirləndirilən şəxs1 səhhətinin pisləşdiyi halda ona Beyləqan şəhərində olarkən X25 vasitəsi ilə tibbi yarım edilməli idı. Lakin iş materiallarından görünür ki, ona tibbi yardım xx.xx.2022-ci il tarixdə saat 03-də edilmişdir. Yuxarıda sadalanan protokollara və videçəklişlərə münasibətdə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, vergi orqanlarında əmək fəaliyyətinə 2008-ci ildən başlayıb, 2019-cu ilin yeddinci ayından isə 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmişdir. Vətəndaş Şahid1 tərəfindən verilən ifadəyə əsasən 2022-ci il noyabr ayının ortalarında sonuncu həqiqətən də xidməti otağında sahibkarın qardaşı kimi Təqsirləndirilən şəxs2lə birlikdə onun qəbulunda olmuşdur. Qəbul zamanı tərəfindən "xxxx" MMC adlı müəssisənin 32.000 manat artıq ödəməsinin bağlanması üçün bazar qiymətinə əsasən özü tərəfindən dəqiqləşdirilmiş bəyənnamə verilməsini, könüllü olaraq müəssisənin qarşılıqlı əlaqə sənədlərinin X17 Şöbəsinə təqdim edilməsi bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən dəqiqləşdirilmiş hesabat verilmişdir. Qəbul təxminən beş dəqiqə çəkmiş, qəbul zamanı Şahid1 onunla ortaq tanışlarının olması barədə demiş, lakin özü heç kimi tanımadığını bildirmişdir. Şahid1 həmin vaxt birinci dəfə görürmüş, lakin müəsisənin rəhbərinin qardaşı olması barədə məlumatı olmuşdur. Şahid1la həmin vaxt profilaktik söhbətlər etmiş, sonuncu könüllü surətdə dəqiqləşdirilmiş bəyannamə verəcəyini bildirmiş, özü isə Şahid1 belə olduğu təqdirdə X17 açılmasına zərurətin aradan qalxacağını, təqdim etmədiyi halda isə yoxlamanın açıla biləcəyini bildirmişdir. Bununla da həmin qəbulda danışıqları bitmişdir. Bundan sonra isə Şahid1 heç vaxt qəbulunda olmayıb, buna zərurət də olmamışdır. Sonradan Şahid1 rüşvət alınması ilə bağlı digərməlumatlar ona xx.xx.2022-ci ildə məlum olmuşdur. Belə ki, xx.xx.2022-ci ildə prokurorluq əməkdaşları onun xidməti otağına daxil olmuşdular. Özləri təqdim etdikdən sonra xidməti otağında axtarışa başlamışlar. Nəticədə otağından mobil telefonunu götürmüşlər, otağında seyfinin olub-olmamasını dəqiqləşdirmişlər, Şahid1 pul istəməsini, Təqsirləndirilən şəxs2 vasitəsilə pul verildiyini bildirmişlər. Özü isə onlara belə bir hadisənin olmadığını demişdir. Sonradan isə üzərində axtarış etmişlər, üzərində olan 5000 manatı və 1000 manatı, ümumilikdə 6000 manat vəsaiti təqdim etmişdir. Həmin vəsaiti yoxlamışlar və başqa harada pul vəsaitinin olduğunu soruşmuşlar. O, da könüllü olaraq bildirmişdir ki, kirayə yaşadığı evdə pul vəsaiti var, lakin avtomobilində heç bir vəsait yoxdur. Bundan sonra prokuror gəlmiş, videoçəkiliş edilmişdir. Daha sonra həmin əməkdaşlarla birlikdə prokuror olmadan kirayə yaşadığı evə getmişlər. Evə əməliyytaçılarla birlikdə daxil olmuşlar. Onlar evin axtarışına başlamışlar və evdə olan seyfin açılmasını istəmişlər. Seyfi açdıqdan sonra seyfdən bir-iki sənədini, ov silahını və seyfin yuxarı gözündə olan pul vəsaitlərini təqdim etmişdir. Həmin pul vəsaitlərini götürüb yandakı yatağın üstünə qoymuşlar. Ümumilikdə 167000 manat və 11800 ABŞ dolları pul olmuşdur. Orada özü banderolları açmış, əməkdaşlardan biri demişdir ki, axırıncı paçkanı yoxlayın orada olacaq və onu yoxladılar. Sonra isə ondan pulları yerinə qoymağı xahiş etmişlər. O, da həmin pul vəsaitlərini xaotik formada seyfin orta rəfinə yığmışdır. Daha sonra seyfi bağlayıb açarlarını isə əməkdaşlara vermişdir. Bundan sonra əməkdaşlar onunla çay içmək istədiklərini bildirmişlər, o, mətbəxə keçib çay hazırlamış, həmin vaxt əməkdaşlardan biri otaqda qalmışdı. Sonra seyf olan otaqdan əməkdaşlar iki ədəd şirniyyat qutusu gətirmişlər. Onlar təxminən 35-40 dəqiqə mətbəxdə olub, çay içmişlər. Bundan sonra prokuror gəlmişdir. Sonra yenə video-çəkilişə seyf olan otaqdan başlamışlar. Həmin vaxt prokuror seyf olan otaqda onu qərarla tanış etmiş, seyfin açarını təqdim etmişdir. Özü də yenidən seyfi açmışdır. Seyfi açdıqda pul vəsaitlərinin səliqəli şəkildə yığıldığını görmüşdür. Pul vəsaitləri seyfdən çıxarılıb balaca ağ masının üzərinə yığılmışdır. Yenidən yeddi minlik banderolu götürüb çəkiliş gedə-gedə yoxlamağa başlamışlar. Oradan isə iki ədəd yüz manatlıq əskinasın uyğun gəldiyini bildirmişlər. Daha sonra demişlər ki, bu qədər kifayətdir. Özü də həmin vaxt təəccüblənmişdir. Həmin pulun da Əjdər vasitəsilə ona verildiyini bildirmişlər. Bir müddət sonra da heç bir protokol tərtib edilmədən mənzilini tərk edib Bakıya yola düşmüşlər. Həmin uyğun gələn pulları isə prokurorluq əməkdaşları ora qoymuşdur. Çünki seyfi açdıqdan sonra və pulları ora qoyub bağlayıb açarı isə prokurorluq orqanlarına təhvil vermiş və qırx dəqiqə həmin otaqda olmamışdır. Pullardan isə yalnız bir banderol yoxlanılıb iki ədəd uyğun gələn əskinas aşkar etmişlər. Həmin vaxt cəmi bir banderola baxılmış, həmin banderol isə 16 ədəd digər banderolun içindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 Şahid1 pul alması barədə göstəriş verməmişdir. Videoçəkiliş gedərkən isə heç bir etiraz bildirməmiş, bunun sifariş olduğunu başa düşüb sakit durmuşdur. Aşkar edilmiş pul vəsaitləri isə özünə məxsus olmuşdur, həmin pulların bir qismini öz dostundan borca almış, qalan məbləği isə əmək haqqından yığmışdır. Pul vəsaitlərini toplamaqda məqsədi isə kirayə qaldığından Bakı şəhərində özünə ev almaq olmuşdur. Təqsirləndirilən şəxs2 heç vaxt borc pul verməmiş, Əjər Əliyevdən də heç vaxt pul qəbul etməmişdir. Onu bu iş üzrə dəqiqliklə şərləyiblər, bunun səbəbini isə bilmir. Məhkəmədən bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Evindən aşkar edilmiş pulların 2019-2022-ci illərdə 8 saylı idarənin rəisi vəzifəsində işləyərkən onun əmmək haqqı və digər gəliləri olmuşdur. Bu barədə 8 saylı verqi idarəsindən təqdim olunmuş arayışdan da görmək olar. Bu illər ərzində onun pul gəliri 369 min mannatdan çox olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmçinin, Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin bu tələbi baxımından ittiham tərəfinin əldə etdiyi və ittihamın əsası kimi qəbul etdiyi həmin sübutları nəzərdən keçirdikdə xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 evindən xx.xx.2022-ci il tarixli protokolla əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid1 verilən 12 ədəd 100 manatlıq əskinasın həmin pulların içərisindən aşkar olunamsına dair məlumarların həqiqliyinə əsaslı şübhələr yaradır. Belə ki, işə əlavə edilmiş, həmin istintaq hərəkətini özündə əks etdirən videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim olunan görüntü cəmi 04 dəqiqə 37 saniyə təşkil edir. Həmin görüntülər birbaşa çəkiliş deyil, mantajdır. Görüntülər 2 hissədən ibarətdir. 01 dəqiə 37 saniyə təşkil edir. Həmin görüntülərdə prokurur R.Şükürov Təqsirləndirilən şəxs1 seyfi açmasını bildirir. Təqsirləndirilən şəxs1 seyfi açır. Ondan sonra seyfin işərisində yuxarı gözdəki saxlanc yerini açarla açıb pulları seyfin üzərinə yığır. Ondan sonra isə 01 dəqiqə 34 saniyədən, yəni kəsilmədən sonra videogörüntülər gəlir və 04.37 saniyəyə kimi davam edir. 100 manatlıq pul əskinasları hər biri 8 bağlama, iki sırada, 3-cü sırada bir 100 manatlıq bağlama, ondan sonra isə 1 ədəd 100 AB, dolları rezin başlamada 5-ci bağlamanın üzərində nazik 100 ABŞ dolları bağlama qatlanmış vəziyyətdədir. Lakin videogörüntülərdə aşkar olunan 100 manatlıq pul əskinaslarının kim tərəfindən sayılması, həmin başlamaların içərisində olan əskinasların seriya və nömrələrinin xx.xx.2022ci il tarixdə Şahid1 əməliyyat tədbirlərinin keçirilməsi zamanı verilən pul əskiaslarına uyğun olub-olmaması ilə bağlı müqayisənin aparılıb-aparılmaması, həmin hərəkətlərdə Təqsirləndirilən şəxs1 iştirakının təmin olunub-olunmaması, həmin pul əskinaslarının stolun üzərinə düzülməsini əks etdirməsi anları, eləcə də yüzlük bağlamaların stolun üzərində düzülmə ardıcıllığının hansı əsasla həyata keçirilməsi, nəzərə alsaq ki, tərtib edilmiş protokolda aşkar olunan bütün 100 manatlıq pul əskinaslarının seriya və nömrəsi əks olunmuşdur, onda pulların stolun üzərində düzülmə ardıcıllığı da bağlamalarda protokola uyğun həyata keçirilməsi zəruri şərtdir.Əks təqdirdə pulların açılıb tökülmüş vəziyyətdə, yəni bağlamaların içərisində olan pullar qarışdırıldığı vəziyyətdə oraya istənilən kənar müdaxilənin, yəni bağlamada olan pulun çıxarılb, yerinə əməliyyat tədbiri adı ilə, ittiham sübutu yaratmaq üçün istənilən seriya və nömrəli 100 manatlıq əskinasın qoyulma imkanını nəzərə alsaq qeyd olunan videgörüntüləri də nəzərə alsaq həmin 12 ədəd 100 manatlıq əskinasın Təqsirləndirilən şəxs1 evində baxış zamanı seyfdən aşkar olunan pulların arasına əməliyyat tədbirini keçirən şəxslər tərəfindən qoyulmasını istisna etmir, hətta toplanmış sübutları müqayisəli tədqiq etdikdə həmin 12 ədəd 100 manatlıq əskinasın əməliyyat tədbirini keçirən şəxslər tərəfindən həmin bağlamaların arasına qoyulmasına əsaslı şübhələr yaradır.Həmin şübhələr aşağıdakılardır: Videgörüntülərə baxış keçirilərkən qeyd olunan pul bağlamaları stolun üzərində düzüldükdən sonra R.Şükürov Təqsirləndirilən şəxs1 bildirir ki, sizin sefinizdən aşkar olunan pullar üzrə baxış keçirilərkən onların arasında əməliyyat tədbirləri zamanı Şahid1 verilən 100 manatlıq əskinaslardan aşkar olunmuşdur. Bu sözü Təqsirləndirilən şəxs1 çox təəccüblə qarşılayır. Məhkəmədə Təqsirləndirilən şəxs1 bildirdi ki, pullara baxış keçirilməmiş, o iştirak etməmiş və bu barədə heç bir çəkiliş aparılmamışdır. Bu məlumatın R.Şükürov tərəfindən Təqsirləndirilən şəxs1 verilməsi eyni zamnada onu təsdiq edir ki, Təqsirləndirilən şəxs1 həmin pulların sayılmasında, həmin pulların seriya və nömrələrinin ardıcıllıqla protokola qeyd olunamsında, bağlamalarda olan 100 manatlıq əskinasların, xx.xx.2022-ci il tarixli əməliyyat rədbirlərinin keçirilməsi üçün Şahid1 verilən 100 manatlıq əskinasların seriya və nömrələri ilə uyğunluğunun yoxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə olan seyfə baxış keçirilməsi ilə bağlı verdiyi ifadəsində göstərmişdir ki, əməliyyat keçirən şəxslər ondan yaşadığı evdə pul olub-olmamasını soruşmuş, o da seyfdə pulunun olduğunu bildirmiş. Əməliyyatçılardan 3 nəfərlə birlikdə həmin mənzilə gəlmiş, hələ iş yerində olarkən evinin seyfinin açarlarını ona vermiş, onlardan ikisinə seyfi göstərmiş, onlardan biri seyfi açmış, o isə seyfdə olan pulları seyfin üzərinə yığmış, həmin vaxt videoçəkiliş aparılmamış, daha sonra ona vəsaitlərin seyfə yığılması göstəriş verilmiş, o da həmin pulları səliqəsiz halda seyfin orta gözünə yığıb bağlamı, seyfin açarı əməliyyatçılarda qalmış, o isə mətbəxə keçərək 40 dəqiqə orada qalmış, təxminən 40 dəqiqə sonra ona axtarış orderi təqdim olunmuş və aşar ona verildikdən sonra çəkilişlə seyfi açmışdır.O pul vəsaitlərini yığdığı orta gösdə deyil, seyfin kişik saxlan yerində olmasını görmüş, həmin vəsaitləri yenidən seyfin üzərinə yığmış, pulların seriya və nömrəsinə baxılmasında, pulları stolun üzərinə yığımasında iştirak etməmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (Cinayət-Prosessual Məcəlləsinin 349.3., 349.4., 349.5-ci maddələri). “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci və 397.2- ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mar t 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X19rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Bu maddəyə əsasən belə olan halda hesab edir ki, Zaur Adılovun ona istinad edilən rüşvət cinayət onun tərəfindən törədilməmiş, belə bir cinayət mövcud olmamışdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs2 ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirsizliyi, eləcə də onun əməlində hər hansı bir cinayətin tərkibi olmadığı tam sübuta yetirildiyindən barəsində çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)- 371/2023 saylı hökmü qanunsuz və əsassız olduğundan onun ləğv edib şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs2 ittiham edilməsində saxta ittiham sübutlarının yaradılmasının əsas iştirakçısı olan Şahid1 vermiş olduğu izahat və ifadələr birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş, təqsirləndirilən şəxsə ittihamın elan edilməsinin əsasını təşkil etmişdir. Cinayət işinin materiallarında olan Şahid1 tərəfindən verilmiş ilkin izahat və ifadələri nəzərdən keçirdikdə həmin izahat və ifadələr arasında kəskin ziddiyyətlərin mövcud olduğunu, Şahid1 göstərdiklərinin həqiqətə uyğun olmadığını, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs2 təqsirsiz olduğu halda ittiham edilməsi üçün məqsədli şəkildə verilmiş izahat və ifadələr olduğunu görmək mümkündür. Belə ki, iş materiallarından görünür ki, Şahid1 izahat və ifadəsi nöqtə, vergül və üslub səhvlərinə kimi eyni olmaqla kompüterlə yazılmışdır. Halbuki, izahat əməliyyatçı Azər Kazımov tərəfindən, ifadələr isə müstəntiq tərəfindən alınmışdır. Həmin izahat və ifadələrin nöqtə, vergülünə kimi eyni şəkildə tərtib edilməsi əslində izahat və ifadələrin həqiqiliyinə, alınma tarixlərinə dair müdafiə tərəfində əsaslı şübhələr yaratmışdır. Belə olan halda, həmin ifadə və izahatlar mötəbər sübut kimi təqsirləndiriən şəxsin barəsində yekun məhkəmə aktının çıxarılması zamanı istifadə edilə bilməzdi. Eyni zamanda, Şahid1 tərəfindən verilmiş həmin izahat və ifadələr, Şahid1 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizəsi ilə uyğunsuzluq təşkil etmişdir. Belə ki, Şahid1 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Təqsirləndirilən şəxs1 və həmin idarənin X12 şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 “AFQ2 MMC-nin şəxsi hesab vərəqəsindən 189.000 manat vergi borcunun silinməsi müqabilində ondan ilkin olaraq 35.000 manat pul istəsə də, lakin sonradan həmin razılığa əsasən ondan 15.000 manat pul tələb etmişdir. Lakin Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadəsində əlavə olaraq həmin müəssisədə X17nın keçirilməməsi və müəssisənin ƏDV uçot hesabına qoyulmuş məhdudiyyətin götürülməsi müqabilində 12.000 manat pul vəsaitinin ondan rüşvət qismində istənilməsini göstərmişdir. Göründüyü kimi, Şahid1 tərəfindən yazılmış ərizə ilə onun tərəfindən verilmiş izahat və ifadələr arasında kəskin ziddiyyətlər mövcud olmuşdur. Belə olduğu halda, həmin izahat və ifadələrin, eyni zamanda, Şahid1 yazmış olduğu xx.xx.2022-ci il tarixli ərizənin sübut kimi qiymətləndirilməsi yolverilməz olmaqla təqsirləndirilən şəxsin barəsində yekun məhkəmə aktının çıxarılması zamanı nəzərə alına və həmin məlumatlara sübut kimi istinad edilə bilməz. AR Cinayət Prosessual Məcəlləsinin 125.1 -ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Bundan əlavə, Şahid1 birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin suallarını cavablandırarkən vermiş olduğu ifadələr də ibtidai istintaq dövründəki ifadələrlə ziddiyyət təşkil etmişdir. Belə ki, Şahid1 məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında müdafiə tərəfinin suallarını cavablandırarkən göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2lə görüsən zaman Korrupsiya İdarəsindən pulları götürmüşdü. O, həmin pulların ona saat 09:00-da Bakı səhərində verildiyini bildirsə də, növbəti sualları cavablandırarkən o, 3 nəfər əməkdaşla Beyləqana gəldiyini və ona pulların orada təqdim olunduğunu bildirmişdir. Bundan əlavə, Şahid1 ifadələrinin həqiqətə uyğun olmaması və onun məqsədli şəkildə hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsə qarşı qurma ittihamın verilməsində maraqlı olması onda ifadə olunur ki, Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, “Bizim Əidərlə əvvəlcədən pul barədə razılığımız olduğu üçün onun pulu götürəcəyinə sübhəm olmayıb”. Daha sonra o, müdafiə tərəfinin suallarını cavablandırarkən göstərmişdir ki, “mən pulu Əidərə verib əmin olmaq istəyirdim, ondan sonra Korrupsiyaya müraciət etdim”. Göründüyü kimi hər iki ifadə bir-biri ilə, eyni zamanda iş materialları ilə tam ziddiyyət təşkil etmişdir. Birincisi, Şahid1 qanunsuz yollarla və daha sonra Korrrupsiya İdarəsinin təşkilatçılığı ilə çəkmiş olduğu videogörüntülərdə o, Təqsirləndirilən şəxs2 otağında olarkən onun çəkməcəsinə pul qoyarkən Təqsirləndirilən şəxs2 ona etiraz etmiş və pulu oradan götürməsini bildirmişdir. Əgər Təqsirləndirilən şəxs2lə əvvəlcədən pul barədə razılaşmışdırsa, nə üçün Təqsirləndirilən şəxs2 həmin pulu qəbul etməkdən imtina etmiş və ona qapını göstərmişdir? İkincisi isə bundan ibarətdir ki, əgər Şahid1 Təqsirləndirilən şəxs2 pulu götürəcəyindən əmin idisə, nə üçün ifadəsində “mən pulu Əjdərə verib əmin olmaq istəyirdim” deyə bildirmişdir? Əgər o, Təqsirləndirilən şəxs2 pulu qəbul edəcəyindən əmin idisə, Təqsirləndirilən şəxs2 çəkməcəsinə pul qoymazdan əvvəl nə üçün Korrupsiya İdarəsinə şikayətlə müraciət etməmişdir? Göründüyü kimi, Şahid1 ifadələri bir-biri ilə, eyni zamanda işin halları ilə uyğun olmamış, birinci instansiya məhkəməsi isə bu uyğunsuzluqların araşdırılmasını təmin etməmişdir. Bundan əlavə, Şahid1 məhkəmə istintaqı zamanı ilkin izahatına uyğun olmayan ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2lə görüşdüyü zaman çəkmiş olduğu videoçəkilişin birincisini eynək vasitəsi ilə çəkdiyini göstərmişdir. Bununla əlaqədar, müdafiə tərəfi olaraq həmin texniki vasitənin, yəni eynəyin məhkəmə istintaqında tədqiq edilməsi barədə məhkəməyə vəsatət versə də, həmin vəsatət təmin edilməmişdir. Maraqlı məqam bundan ibarətdir k, Şahid1 çəkmiş olduğu xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli videogörüntüləri qanunsuz olaraq, yəni şəxsin hüquqlarını pozmaqla gizli şəkildə çəkdiyi halda, onda bu texniki avadanlığın nə məqsədlə olması da maraq doğurur. Belə ki, əgər Şahid1 Təqsirləndirilən şəxs2 rüşvət verəcəyindən və Təqsirləndirilən şəxs2 də həmin pulu gəbul edəcəyindən bu gədər əmin olmuşdursa, nə üçün vaxtında Korrupsiyaya garşı Mübarizə Baş İdarəsinə müraciət edərək həmin videogörüntülərin də ganuni yolla çəkilisini aparmamışdır? Bu hal, Şahid1 bu hərəkətləri etməkdə məqsədi saxta ittiham sübutları yaratmaqla Təqsirləndirilən şəxs2 və onun rəisi Təqsirləndirilən şəxs1 barəsində qondarma cinayət işinin açılmasına nail olması barədə müdafiə tərəfində əsaslı şübhələr yaradır. Bundan əlavə, iş üzrə şahid qismində dindirilmiş şəxs Şahid1 məhkəmə istintaqında vermiş olduğu ifadələr iş materiallarına əlavə edilmiş videogörüntülərlə də ziddiyyət təşkil etmişdir. Belə ki, Şahid1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilərkən bildirmişdir ki, guya o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 maşınında olarkən Təqsirləndirilən şəxs2 ona 5000 manat məbləğində pulu maşının çəkməcəsinə qoymasını bildirmişdir. Halbuki. xx.xx.2023-cü il tarixli videoqörüntülərə baxdıqda həmin pulun Təqsirləndirilən şəxs2 maşınının çəkməcəsinə qoyulması, eyni zamanda, pulun çəkməcəvə qovulması barədə Təqsirləndirilən şəxs2 ona hər hansı işarə etməsi müşahidə edilmir. Videogörüntülərin həmin hissələrində Şahid1 üzərində olan kamera mütəmadi hərəkət vəziyyətində olmuş, nə baş verdiyini anlamaq mümkün olmamışdır. Lakin məhkəmə tərəfindən qanunsuz yollarla əldə edilmiş həmin videogörüntüləri sübut kimi qəbul edilərkən, heç olmasa həmin görüntüləri nəzərdən keçirilərək ittiham aktında qeyd olunanların həqiqəti əks etdirib-etdirməməsi, həmin videomaterialla bağlı ittiham aktında göstərilən faktların videogörüntülərlə təsdiq edilibedilməməsi müəyyən edilməmiş, ittiham aktında göstərilənlər əsasında ittiham hökmü çıxarılmışdır. Halbuki, məhkəmənin vəzifəsi is üzrə bütün sübutları obyektiv, tam və hərtərəfli tədqiq etmək və sübutlara obyektiv qiymət verməkdir. Beiə olan halda, məhkəmənin də Şahid1 həmin ifadəsi və qanunsuz yolla çəkmiş olduğu videomateriala əsaslanaraq Təqsirləndirilən şəxs2 özünə məxsus maşınında Şahid1 5.000 manat məbləğində rüşvət qismində pul aldığı qənaətinə gəlməsi tamamilə absurddur. Bundan əlavə, Şahid1 Təqsirləndirilən şəxs2 məxsus iş otağında olarkən onun çəkməcəsinə 5.000 manat pul vəsaitinin qoyulması ilə əlaqədar məhkəmə istintaqı zamanı göstərmişdir ki, guya Təqsirləndirilən şəxs2 ona çəkməcəni göstərərək pulu oraya qoymasını işarə etmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli videomateriala baxış keçirilən zaman belə bir halın baş vermədiyi açıq-aşkar görünür. Hətta, həmin videomateriallardan da görünür ki, Təqsirləndirilən şəxs2 Şahid1 etiraz edərək həmin pulu çəkməcədən götürməsini tələb edir. Eyni zamanda, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 qəbulunda olarkən guya Təqsirləndirilən şəxs2 ona qapının girişindəki şkafa pul qoymasına dair işarə - verdiyini göstərsə də, bu fakt da həmin videogörüntülərlə təsdiq edilməmişdir. Bütün bunlar isə Şahid1 qəsdən bu məzmunda ifadə verərək hüquqlarını müdafiə etdiyim təqsirləndirilən şəxsin qanunsuz olaraq heç bir təqsiri olmadığı halda ittiham edilməsi məqsədi güdməsini açıq-aşkar ortaya qoyur. Bundan əlavə, məhkəmə iclasında Təqsirləndirilən şəxs2 onun tərəfindən verilən sualları cavablandırarkən vergi borcunun vergi sistemindən 40 gün müddət ərzində silindiyini, ümumiyyətlə, onların vergi sisteminə müdaxilə etmək imkanlarının olmadığını bildirmişdir. Bu fakt özü də Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın quraşdırma olmasını, Təqsirləndirilən şəxs2 vergi borcunun silinməsi üçün Şahid1 pul tələb etməsinin mümkünsüzlüyünü göstərir. Hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın əsasını təşkil edən sübutlardan biri də Şahid1 qanunsuz yollarla çəkmiş olduğu videogörüntülər olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmdə məhkəmə həmin videogörüntülərə sübut kimi istinad etmiş, həmin videogörüntülərin də ittihamı sübuta yetirməsi göstərilmişdir. Halbuki, həmin videogörüntülər Şahid1 tərəfindən qanunsuz olaraq çəkilmişdir. Belə ki, Şahid1 hələ Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə 21 12.2022-ci il tarixdə ərizə ilə müraciət etməzdən əvvəl, xx.xx.2022-ci il və ci il tarixdə Təqsirləndirilən şəxs2lə görüşərkən üzərində olan gizli kamera vasitəsi ilə o, Təqsirləndirilən şəxs2lə olan bütün dialoqlarını çəkmişdir. Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində dindirilərkən həmin videoçəkilişdən xəbərdar olmadığını bildirmişdir. Beləliklə də, həmin videogörüntülər qanunsuz yolla, yəni Təqsirləndirilən şəxs2 gizli şəkildə çəkilməsi nəticəsində əldə edilmiş, Şahid1 bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 konstitusion hüquqlarını kobud surətdə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİİ bəndində göstərilmişdir ki, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və fotoçəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Maddənin tələbindən də göründüyü kimi Şahid1 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2lə olan danışıqlarının və görüntülərinin ondan gizli şəkildə çəkilməsi yolverilməzdir. Həmin videogörüntüləri izlədikləri zaman görmək mümkündür ki, videogörüntülər Təqsirləndirilən şəxs2 xəbəri olmadan onun gizli formada çəkilmiş görüntülərindən ibarətdir. Eyni zamanda, Şahid1 xx.xx.2022-ci il tarixli ilkin izahatında da özü qeyd etmişdir ki, həmin videogörüntüləri o, gizli səkildə çəkmişdir. Halbuki, şəxsin foto və videoçəkilisi şəxsin konstitusion hüququ olan şəxsi toxunulmazlıq hüququnu pozmadan aparıla bilər. Şəxsi toxunulmazlıq hüququnu pozmayan hallara qanunla müəyyən edilmiş hallar, şəxsin razılığı olduğu və va şəxsin xəbəri olduğu və çəkilişə etiraz etmədiyi hallar aid ola bilər. Lakin Şahid1 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 konstitusion hüququ olan şəxsi toxunulmazlıq hüququnu pozmaqla onun gizli şəkildə videosunu çəkmişdir. AR Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsində də göstərilmişdir ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə əldə edilmiş məlumatların sübüt klml qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Lakin birinci instansiya məhkəməsi AR Konstitusiyasının, eyni zamanda AR Cinayət- Prosessual Məcəlləsinin tələblərini kobud səkildə pozmuş, təqsirləndirilən şəxsin konstitusion hüquqlarının pozulması ilə əldə edilmiş sübuta mötəbər sübut kimi qiymət verməklə öz hökmündə Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın xx.xx.2022, xx.xx.2022-ci il tarixli videogörüntülər və digər sübutlarla tam təsdiq edildiyini qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bununla da həm maddi, həm də prosessual hügug normalarının kobud pozuntusuna yol vermişdir ki, bu da birinci instansiya məhkəməsi tərəfindən gəbul edilmiş ittiham hökmünün ləğv edilməsi üçün əsasdır. Bundan əlavə, Şahid1 izahatında göstərmişdir ki, o, guya Əidər Əliyev və Təqsirləndirilən şəxs1la rüşvət məsələsində razılasdıqdan sonra bununla bağlı şikayət etmək gərarına gəlmişdir. Maraglısı budur ki, əgər Şahid1 əvvəlcədən Təqsirləndirilən şəxs2lə rüşvətlə bağlı razılığa gəlmişdirsə, nə üçün əvvəlcədən korrupsiya idarəsinə şikayət etməmiş və həmin videoçəkilişi qanuni qaydada aparmamışdır? Həmin videogörüntülərin gizli olaraq çəkilməsi Şahid1 tərəfindən cinayətin törədilməsinə təhrikedici sözlərdən qəsdən istifadə etməsi şəxsin qanunsuz olaraq heç bir təqsiri olmadığı halda ittiham olunmasına nail olmaq məqsədi güdmüşdür. Şahid1 bu hərəkətləri onu təsdiq edir ki, əslində həmin videogörüntülərin çəkilməsindən əvvəl Təqsirləndirilən şəxs2 və digər Təqsirləndirilən şəxs1la rüşvət barədə hər hansı razılığa gəlinməmiş, sadəcə Şahid1 özü qəsdən videoçəkilişlə Təqsirləndirilən şəxs2lə görüşə gələrək gələcəkdə onu saxta ittihamla şərləmək üçün əvvəlcədən maddi sübut bazası yaratmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Eyni zamanda, diqqət çəkən məqamlardan biri odur ki, E.Alısov ilkin izahatında 19 dekabr və 20 dekabr 2023-cü il tarixlərdə çəkmiş olduğu həmin videogörüntüləri mobil telefon vasitəsi ilə çəkdiyini bildirsə də, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı etdiyi birinci çəkilisi eynək vasitəsi ilə etdiyini, digər çəkilişləri isə eynək və saatla etdiyini bildirmişdir. Belə olan halda, Şahid1 çəkmiş olduğu həmin videogörüntülərin konkret olaraq hansı texniki vasitə ilə çəkilməsi, həmin videoçəkilişin aparılmasında istifadə edilmiş texniki vasitələrin harada olması barədə mötəbər məlumat əldə edilməmişdir. Bütün bunlar həmin qanunsuz videoçəkilişin planlı olaraq, yəni hüquqlarını müdafiə etdiyi şəxsə böhtan atmaq məqsədi ilə edilməsi barədə əsaslı şübhələr yaradır. Bundan əlavə, əgər Şahid1 yalnız ilk videoçəkilişini eynəklə etmişdirsə, demək yalnız xx.xx.2022-ci il tarixli videoçəkiliş eynəklə aparılmış, digər videoçəkilişlər isə yəni Şahid1 qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2lə görüşərkən çəkmiş olduğu görüntü və digər xx.xx.2022 və xx.xx.2022ci il tarixli videogörüntülər eynək və saatla aparılmışdır. Belə olan halda, sual yaranır. Əgər videoçəkilişin aparılması üçün Şahid1 texniki vasitə kimi yalnız eynək olmuşdursa, o, Korrupsiya İdarəsinə müraciət etməzdən əvvəl çəkmiş olduğu xx.xx.2022-ci il tarixli videogörüntünün çəkilməsində istifadə etdiyi saatı haradan əldə etmişdir? Əgər Şahid1 həmin videogörüntünü və Korrupsiya İdarəsinə müraciətindən sonra çəkmiş olduğu xx.xx.2022-ci il laıixli və xx.xx.2022-ci il tarixli videogörüntüləri eyni texniki vasitələrlə çəkmişdirsə, xx.xx.2022ci il tarixli protokola əsasən, Şahid1 Korrupsiya İdarəsi tərəfindən hansı texniki vasitə verilmişdir? Belə çıxır ki, həmin çəkilişlər də Şahid1 özünə məxsus olan texniki vasitələrlə çəkilmişdir? Və ya Şahid1 əvvəlcədən Korrupsiya İdarəsinə məlumat vermiş və həmin idarə də heç bir sənədləşdirmə aparmadan texniki vasitələrlə Şahid1 təmin etmişdir? Bu suallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, suallara aydınlıq gətirilməmişdir. Bununla əlaqədar, yəni Şahid1 həmin videogörüntüləri hansı texniki avadanlıqla çəkməsi və həmin texniki avadanlığa baxış keçirilməsi ilə əiaqədar məhkəməyə vəsatət verilsə də, həmin vəsatət əsassız olaraq təmin edilməmişdir. Belə olan halda, həmin videoçəkilişlərin hansı formada aparılması müəmma olaraq qalmışdır. Bundan əlavə, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın əsasını ibtidai istintaq zamanı aparılmış istintaq hərəkətləri nəticəsində prosessual qanunvericiliyin tələblərinin pozulması ilə tərtib edilmiş protokollar təşkil etmişdir. Belə ki, cinayət işinin materiallarını nəzərdən keçirdiyi zaman müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi İİ dərəcəli hüquqşünas X2 (bundan sonra sonra böyük müstəntiq Ə.Qocaman) cinayət işi üzrə qəbul etdiyi 18 mart 2023-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, “Şahid1 ilkin yoxlama zamanı verdiyi 21 12.2022-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Baş idarənin əməliyyat təminat şöbəsindən daxil olmuş, ilkin yoxlama materiallarında olan 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısı, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş C 77153513, A 24851909, A 16161787, A 69045198,A 57026704, B 09937846, D 15604369, C 52623386, C 66567673, A 58672862,C 64399636, A ******* seriya və nömrəli 12 ədəd, habelə Təqsirləndirilən şəxs2 xidməti otağından götürülmüş A 84657746,A 09735473, C 83503041, A 98554720, C 60742690, D 17747346 , C 89533500, C 16652861, A 87851479, C 60838345, C 32325035, A 75158850, A 15948158, A 64691995, C 15274659, C 40015382, C 93780264 ,A 07684332, C 61547289, C 89533498 seriya və nömrəli 20 ədəd olmaqla cəmi 32 ədəd 100 Azərbaycan manatı nominal əskinaslar istintaq zamanı sübutu əhəmiyyət kəsb etməklə üzərində cinayətin əlamətlərini əks etdirdiyindən maddi sübut kimi tanınsın. “Bundan əlavə, həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, Şahid1 şahid qismində verdiyi ifadə, üzləşdirmə protokolları, baxış protokolu və digər sənədlər (nə olduğu bilinmir) obyektiv və iş materiallarına uyğun olduğundan sübut növü kimi tanınsın. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan həmin sübutlar ittihamın sübutu kimi tanınmış və ittiham hökmünün çıxarılmasının əsasını təşkil etmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq yuxarıda qeyd olunan sənəd və materialları sübut kimi tanıyarkən aşağıdakı məlumatlara istinad etmişdir. Belə ki, ittihama əsasən Təqsirləndirilən şəxs2 Şahid1 verdiyi 12.000 manat məbləğində pul vəsaitinin 5000 manatı xx.xx.2022-ci il tarixdə, üzərində rüşvət yazılan 2000 manatı isə xidməti iş otağında ona xx.xx.2023-cü il tarixdə verilmişdir. Cinayət işinin materiallarında olan Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə əməliyyatçısı, kiçik ədliyyə müşaviri X8 (bundan sonra A.Kazımov) Bakı şəhərində tərtib etməsi (cəmi 2 nəfər) göstərildiyi, onun və Şahid1 iştirakı ilə 23 dekabr 2022- ci il tarixli protokolda qeyd olunmuşdur ki, sonuncuya əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Bas prokurorluğun Maliyyə xidmətindən götürülmüş 5 ədəd 200 manatlıq, 30 ədəd 100 manatlıq, 20 ədəd 50 manatlıq pul əskinasları yerilmişdir. Protokolda həmin pul əskinaslarının seriya və nömrələri göstərilmiş, həmin pul əskinaslarının kserosurəti çıxarılaraq protokola əlavə edilməsi qeyd olunmuşdur. Həmçinin, keçiriləcək əməliyyat tədbirləri zamanı danışıqların audio və video yazısının aparılması üçün Şahid1 əynindəki paltara “RX-50” markalı xüsusi texniki avadanlıq yerləşdirilmiş və avadanlıqalardan istifadə qaydaları izah olunduğu göstərilmişdir. Bununla əlaqədar qeyd etmək istəyir ki, həmin protokolun tərtib edilməsində Şahid1 iştirak etməsi göstərilsə də, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Şahid1 müdafiə tərəfinin suallarını cavablandırarkən onun iştirakı ilə hər hansı sənədin tərtib edilmədiyini bildirmişdir. Bundan əlavə, həmin protokolun tərtib edilməsi və Şahid1 həmin pul vəsaitlərinin verilməsi ilə əlaqədar həmin məhkəmə iclasında Şahid1 müdafiə tərəfinin suallarını cavablandırarkən gah pulların ona Bakı şəhərində, gah da Beyləqan rayonunda verildiyini göstərmişdir. Bundan əlavə, tərtib edilmiş həmin protokolda qeyd olunan pul əskinaslarının surətinin çıxarılıb protokola əlavə edilməsi və həmin pulların seriya və nömrələri ilə Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş pul əskinaslarının seriya və nömrəsinin uyğunluğu heç də həmin əskinasların sübut kimi tanınması üçün yetərli məlumat deyildir. Belə ki, həmin əskinasların surətinin məhz xx.xx.2022-cü il tarixdə yəni protokolun tərtibi zamanı çıxarılıb, tərtib edilmiş protokola əlavə edilməsinə dair cinayət isinin materiallarında hər hansı bir sübut yoxdur. Həmin sübutlar isə həmin istintaq hərəkətinin gedişini özündə əks etdirən videoqörüntülərlə təsdiq oluna bilərdi. Lakin iş materiallarında bunu təsdiq edən videogörüntülər yoxdur. Belə olan halda, həmin əskinasların surətinin istənilən vaxt çıxarılıb materiala əlavə edilməsi mümkündür. Beləliklə də, həmin protokolun həqiqiliyi sübhə doğurmaqla, həmin protokol sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, həmin protokolda qeyd olunan, iş üçün əhəmiyyət kəsb edən həmin məlumatların həqiqiliyinə sübhə yaradan hallardan biri də, protokolun tarixində günün “23” qələmlə yazılmasıdır. Bütün bunlar, protokolun xx.xx.2022-ci il tarixdə deyil, sonradan yazıldığına və hüquqlarını müdafiə etdiyi şəxsin ittiham olunması üçün saxta sübutların toplanmasına əsaslı şübhələr yaradır. Həmin protokolun qeyd olunan tarixdə tərtib edilməməsi elə ittiham tərəfinin öz şahidi olan E. Alısovun yuxarıda qeyd olunan ziddiyyətli ifadələri və onun yanında heç bir protokolun tərtib edilməməsini bildirməsi ilə də təsdiq edilir. Həmin protokolun protokolda qeyd olunan tarixdə, yəni xx.xx.2022-ci il tarixdə tərtib edilibedilməməsi həmin protokolun elektron variantının yazıldığı kompüterin və yaxud digər elektron cihazın faylına baxış keçirilməsi yolu ilə sənədin tərtib edildiyi vaxtı (günü, ayı, ili) və sənədin tərtibindən sonra üzərində dəyişikliklərin edilib-edilməməsini müəyyən etmək mümkündür. Bununla əlaqədar, birinci instansiya məhkəməsində vəsatət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatət təmin edilməmişdir. Belə olan halda, əks olunduğu məlumatların həqiqiliyinə bu qədər şübhə doğuran məlumatın sübut kimi qəbul edilməsi Cinayət-Prosessual Məcəlləsinin 124-125-ci maddələnnın tələblərinə əsasən yolverilməzdir. Bundan əlavə, cinayət işinin materiallarında olan A.Kazımovun Şahid1 iştirakı ilə tərtib etdiyi digər 23 dekabr 2022-ci il tarixli 02 vərəqədən ibarət olan protokolu nəzərdən keçirdikdə aşağıdakılar müəyyən olunur: Həmin protokolda əvvəlkində olduğu kimi Şahid1 Baş prokurorluğun maliyyə xidmətindən verilməsi göstərilən həmin 5000 manat pulun hansı əskinaslardan ibarət olması, həmin əskinasların seriya və nömrəsi qeyd olunduqdan sonra aşağıdakı məlumatlar göstərilmişdir: “Tələb olunan pulun Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 verilməsi zamanı danışıqların audio və video yazısnın aparılması üçün Şahid1 əynindəki paltara “RX-50” markalı xüsusi texniki avadanlıq yerləşdirilmiş və bu avadanlıqlardan istifadə etmə qaydaları izah olunmuşdur. Xüsusi texniki vasitə ilə aparılan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid1 əvvəlcədən razılaşdıqları kimi veriləcək ilkin olaraq 5000 manat pulu Beyləqan rayonu, 8 saylı saylı Ərazi Vergilər İdarəsində xidməti otağında özünə məxsus iş otağında almışdır. (Həmin cümlə Azərbaycan dilinin qrammatikasına uyğun deyil,nə demək istədiyi anlaşlmır. Cümlə 1-ci şəxsin cəmində başlayıb, təkində qurtarır). Bundan əlavə, protokolun tərtibi saat 12-də başlayıb, saat 17:30 da qurtarması göstərilmişdir. Həmin protokol aşağıda qeyd olunanlara əsasən qanunsuzdur: Protokol kompüterlə tərtib olunduğu halda, protokolun tarixində gün və saat qələmlə yazılmış, eyni zamanda protokolun Beyləqan şəhərində tərtib olunması göstərilmişdir. Belə olan halda, A.Kazımov və Şahid1 hər ikisi göstərilən vaxtda, yəni saat 12-00-dan saat 17:30dək Beyləqan şəhərində olmalıdırlar. Onda sual yaranır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində A.Kazımov 5000 manat pulu Şahid1 nə vaxt verib sənədləşmə aparmışdır ki, onlar 260 km məsafəni qət edərək həmin gün saat 12:00-da Beyləqan şəhərində olmuşlar? Bundan əlavə, xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan da görünür ki, Şahid1 müdafiə tərəfinin suallarını cavablandırarkən 23 və 26 dekabr tarixli protokolların Korrupsiya idarəsində, yəni Bakı şəhərində tərtib edildiyini göstərmişdir. Eyni zamanda, həmin protokolun 2-ci vərəqəsi ilə 1-ci vərəqəsində olan yazılarda çap rəngləri fərqlənir. 1-ci vərəqdə yazılar solğun olduğu halda, 2-ci vərəqdə normaldır. 2-ci vərəqədəki yazılar 26 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 evində “’’baxış keçirilməsi və götürmə aparılması haqqında “ protokolun çap edilmiş vərəqələrində olan rəngə uyğun gəlir. Bundan əlavə, cinayət işində olan A.Kazımov və Şahid1 tərəfindən tərtib edilmiş (tərtib etmə yeri Beyləqan şəhəridir) Təqsirləndirilən şəxs2 rüşvət kimi verilməsi göstərilən 20 ədəd 100 manatlıq pul əskinaslarının seriya və nömrələri göstərilməklə qeyd olunmuşdur ki, “xüsusi texniki vasitə ilə aparılan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə Şahid1 əvvəlcədən razılaşdıqları kimi veriləcək olaraq 2.000 manat pulu Beyləqan rayonu, 8 saylı Ərazi Vergilər İdarəsində xidməti otağında özünə məxsus iş otaäında almışdır. Protokolun tərtibi saat 15:30 da başlayıb, saat 16:50-də başa çatmışdır”. Bununla əlaqədar qeyd etmək zəruridir ki, burada da protokolun saatı qələmlə yazılmışdır. Eyni zamanda həmin protokolda göstərilən məlumatlarla, videogörüntülərdə olan məlumatlar tam fərqlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə Şahid1 hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 otağında olarkən onun idarəsindən kənar, etiraz etməsinə baxmayaraq onun olduğu masanın siyirməsini çəkib ora pul atır, eyni zamnda cibindən 200 manatlıq əskinasları çıxarıb 1000 manat olduğunu bildirib ora atarkən Şahid1 həmin hərəkətlərinə Təqsirləndirilən şəxs2 etiraz etməklə yanaşı, ora qoyduğu pulu götürməsini bildirmiş və ona qapını göstərmişdir. Həmin videogörüntülərdən görünür ki, Şahid1 pulu Təqsirləndirilən şəxs2 olduğu masada siyirməsinə qoymaq istəyəndə sonuncu narazılığını bildirməklə ona otaqdan çıxmasını bildirmişdir. Şahid1 isə Təqsirləndirilən şəxs2 Nazirliyin kuratoru ilə telefonla danışmasından istifadə edərək pulu Təqsirləndirilən şəxs2 məxsus şkafın gözünə qoyur, sonra çıxaraq əməliyyatçı ilə danışaraq pulun qoyulduğu yeri göstərir. Birincisi, Təqsirləndirilən şəxs2 həmin pulu E.Alısovdan almış olsa idi, onda pulu onun olduğu masanın siyirməsinə qovulmasına şərait yaradar, Şahid1 təklifini rədd edib ona otaqdan çıxmasını bildirməzdi. Həmçinin, Təqsirləndirilən şəxs2 pulu alıb sayar, yaxud ona, yəni Şahid1 hər hansı formada təşəkkür edərdi. Lakin videogörüntülərdə belə bir hal yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs2 otağından aşkar edildiyi iddia edilən 2000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs2 otağına yerləşdirilməsi ilə əlaqədar qeyd etmək lazımdır ki, Şahid1 həmin 2000 manat pulu Təqsirləndirilən şəxs2 görmədiyi halda giriş qapısının yanında olan şkafa qoymuş, pulu ora qoymasından Təqsirləndirilən şəxs2 xəbərdar olmadığını bilmiş, buna görə pulu qoyduğu yeri də əməliyyatçılara bildirmişdir Əks halda, yəni Təqsirləndirilən şəxs2 Şahid1 pulu ora qoymasını bilmiş olsa idi, onda Şahid1 otağı tərk etməsindən sonra həmin pulu götürüb sayar, verini dəyişər, daha güvəndiyi verdə saxlayardı. Göründüyü kimi bu hallar baş verməmişdir. Bu da Şahid1 2000 manat pulu qoymasından Təqsirləndirilən şəxs2 xəbərsiz olmasına dəlalət edir. Bundan əlavə, Şahid1 məhkəmə istintaqı zamanı müdafiə tərəfinin suallarını cavablandırarkən göstərmişdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollar Korrupsiya İdarəsində tərtib olunmuşdur. İş üzrə ifadəsi əsas sübut kimi götürülmüş Şahid1 məhkəmə istintaqında göstərdiyi həmin ifadə də xx.xx.2022-ci il tarixli protokolun qanunamüvafiq qaydada tərtib edilmədiyini göstərir. Belə ki, xx.xx.2022-ci il tarixdə Şahid1 5000 manat pulun verilməsi ilə əlaqədar iki protokol tərtib edilmiş, həmin protokollardan biri Bakı səhərində, digər protokol isə başlanma vaxtı 12:00, qurtarma vaxtı isə 17:30 göstərilməklə Beyləqan səhərində tərtib edilmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli Şahid1 2000 manat pul vəsaitinin verilməsi ilə əlaqədar tərtib edilmiş protokolda da protokolun Beyləqan səhərində tərtib olunduğu göstərilmişdir. Şahid1 həmin ifadəsində göstərdiklərinə əsasən müəyyən olunur ki, tərtib edilmiş protokollar həqiqəti əks etdirməməklə sonradan tərtib edilmiş və protokollarda göstərilən məlumatlar da qanunvericiliyə uyğun olaraq doğru göstərilməmişdir. Göründüyü kimi, Şahid1 və A.Kazımovun iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokol yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi qəbul edilə bilməz. Həmin protokolun həqiqiliyi və mötəbərliyi şübhə doğurduğundan Təqsirləndirilən şəxs2 iş otağından aşkar edilmiş pul əskinaslarının da ora Şahid1 tərəfindən gizli səkildə qoyulmasını, eyni zamanda, aşkar edilmiş pul əşkinəslorınm oolindo ovvəlcədən Korrupsiya İdarəsi tərəfindən sənədləşdirilmədiyini, onların kserosurətlərinin sonradan protokola əlavə edilməsini göstərir. Belə olan halda, həmin protokolun sübut kimi qiymətləndirilməsi və təqsirləndirilən şəxsin barəsində yekun məhkəmə aktının çıxarılması zamanı həmin sübuta istinad edilməsi Cinayət Prosessual Məcəllənin təməl prinsiplərini pozmuşdur. İndi isə ittiham tərəfinin mötəbər sübut kimi istinad etdiyi və təqsirləndirilən şəxslərə elan edilmiş ittihamın əsasını təşkil edən xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolu nəzərdən keçirdikdə müəyyən olunur ki, protokolun tərtibində Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru X9, həmin idarənin əməliyyatçıları Vüqar Ağayev, Azər Kazımov, Anar Əhmədov, Fərhad Məhərrəmov, eləcə də bu iş üzrə təsirləndirilən şəxslər ZaurAdilov və Təqsirləndirilən şəxs2 iştirak etmişlər. Protokolun məzmunundan görünür ki, adı keçən şəxslər əvvəlcə Təqsirləndirilən şəxs1 8 saylı Ərazi Vergilər İdarəsinin 206 saylı otağına daxil olmuş, istintaq hərəkətinin keçirilməsinin səbəbləri və istintaq hərəkəti barədə Təqsirləndirilən şəxs1 məlumat verildikdən sonra o, cibində olan 10 ədəd 100 manatlıq və baxış keçirilən otağın dolabında olan potrmanesində olan 50 ədəd 100 manatlıq və 01 ədəd 500 manatlıq və 01 ədəd 50 manatlıq əskinasları əməliyyatçılara təqdim etmişdir. O, həmin pul əskinaslarını əmək haqqından əldə etməsini, ailəsini Türkiyə Respublikasına yola salacağından üzərində saxlamışdır.Həmin pul əskinaslarının içərisində əməliyyat tədbirləri üçün Şahid1 verilməsi göstərilən pul əskinasları olmamışdır. Tərtib edilmiş protokola əsasən, adı keçən şəxslər hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 həmin idarənin inzibati binasının iş otağına daxil olaraq giriş qapısında sol küncdə yerləşən dolabdan 20 ədəd 100 manatlıq olmaqla, üzərində “Rüşvət 2022 ” sözləri yazılmış 2000 manat pul vəsaiti aşkar olunmuşdur. Həmin pul vəsaitləri xx.xx.2022-ci il tarixdə Şahid1 əməliyyat tədbiri üçün verilən pul əskinasları olmuşdur. Təqsirləndirilən şəxs2 giriş qapısının sol küncündə dolabdan aşkar olunan pul vəsaitinin ora qoyulmasından xəbərsiz olmasını bildirmişdir. Bundan sonra, həmin adı keçən şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs1 Beyləqan şəhəri C.Cabbarlı küçəsində Əlillər üçün inşa edilmiş binada yerləşən yaşadığı mənzildə baxış keçirilməsi, oradakı seyfdən 1669 ədəd 100 manatlıq cəmi 166900 manat ,118 ədəd 100 ABŞ dolları, yəni 11800 ABŞ dolları aşkar olunaraq götürülmüşdür. Protokoldan görünür ki, həmin vəsait barədə aparılan sorğu zamanı Təqsirləndirilən şəxs1 özü məlumat vermiş, pul vəsaitlərini öz əmək haqqından yığdığını bildirib, həmin pulların seyfdə saxladığını, seyfi açaraq özü təqdim etdiyini bildirmişdir. Bundan əlavə, tərtib edilən protokolda qeyd olunan məlumatlardan görünür ki, aşkar olunan 100 manatlıq 1669 ədəd əskinasların 12 ədədi guya Şahid1 əməliyyat tədbirləri üçün verilmiş 30 ədəd 100 manatlıq əskinaslardan olmuşdur. Baxışın keçirilməyə başlanması 17:05, qurtarması vaxtı isə 23:30, Protokolun Beyləqan şəhərində tərtib olunduğu göstərilmişdir. Lakin nəmin baxış protokolunun videgörüntüləri tərtib olunan vaxtdan təxminən 20-30 dəfə dən artıq olması,həmin videgörüntülərin real vaxt rejimində olmaması keçirilən həmin istintaq hərəkətinin qanunsuzluğunu təsdiq edən mötəbər sübutlardan biridir. İttiham tərəfinin mötəbər sübut kimi istinad etdiyi sübutların mənbəyi olaraq məhz 26 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında ” protokol olmuşdur. Hansı ki, həmin protokolun tərtibi zamanı Cinayət-Prosessual Məcəlləsinin 124-125-ci maddələrinin tələbləri aşağıda qeyd olunan səbəblərdən pozulduğundan sübut kimi yolverilməz sənəd hesab edilməklə həmin protokol təqsirləndirilən şəxslər barəsində hökm çıxarılarkən nəzərə alınmamalı və sübutlar siyahısından çıxarılmaqla həmin protokola sübut kimi istinad edilməməlidir: İlk növbədə qeyd etmək lazımdır ki, həmin protokolda həm Təqsirləndirilən şəxs2 iş otağına, həm Təqsirləndirilən şəxs1 iş otağına, həm də Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkətlərinin aparılası göstərildiyi halda, bu 3 istintaq hərəkəti eyni protokolda yazılmışdır. Halbuki, həmin istintaq hərəkətləri ayrı-ayrılıqda keçirildiyindən istintaq hərəkətlərini əks etdirən protokolllar da ayrı-ayrılıqda tərtib edilməli, istintaq hərəkətində iştirak etmiş şəxslərə oxunmalı idi. Eyni zamanda, həmin protokolda istintaq hərəkətinin iştirakçısı kimi Təqsirləndirilən şəxs2 adı Təqsirləndirilən şəxs1 iş otağına və yaşadığı mənzilə baxış keçirilməsi zamanı iştirak etməsi, həmçinin, Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 iş otağına baxış keçirilməsi zamanı həmin istintaq hərəkətlərində iştirak etdikləri göstərilsə də, Ə.Əlivevin Təqsirləndirilən şəxs1 xidməti iş otağına və mənzilinə baxış keçirilməsi zamanı orada olmamış, eyni zamanda. Təqsirləndirilən şəxs1 da Ə.Əlivevin xidməti iş otağına baxış keçirilməsində iştirak etməmişdir. Bu fakt həmin istintaq hərəkətlərinin gedişini əks etdirən videoqörüntülərlə təsdiq olunmuşdur. Protokola əsasən istintaq hərəkəti saat 17:05-də başlamış və 23:30-da başa çatmışdır. Protokolun tərtib olunduğu yer Beyləqan şəhəri göstərilməklə bütün aşkar olunan 100 manatlıq pul vəsaitlərinin seriya və nömrələri göstərilməklə tərtib olunan protokol 37 vərəq təşkil etmişdir. Həmin protokol hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 tərəfindən imza edilməmiş, eyni zamanda Ə.Əlivevin imza etməkdən imtina etməsinə dair protokolda hər hansı qeyd aparılmamışdır. Həmçinin, digər Təqsirləndirilən şəxs1 yalnız protokolun sonuncu səhifəsinə imza etmiş, ondan əvvəl olan 36 vərəqi isə imzalamamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 həmin protokolla tanış olması və əvvəlki səhifələri imza etməkdən imtina etməsi barədə hər hansı qeyd aparılmamışdır. Nəzərə alsaq ki, həmin protokolun tərtibindən sonra protokolu tərtib edən şəxs R.Şükürov tərəfindən protokol bütün iştirakçılara oxunmalı, vəsatətlərinin olub-olmamasına dair qeydlər aparılmalı idi. Əgər bütün bunlara əməl edilmiş olsa idi, ən azı bir saat vaxt da protokolla tanış olub, onun imzalanmasına vaxt keçməli idi. Lakin cinayət işində Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması Bakı şəhərində xx.xx.2022-ci il tarixdə 01:35-də, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulması isə xx.xx.2022-ci il tarixdə saat 02:55-də olmuşdur. 02:57-də isə ona müdafiəçi dəvət edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da məhkəmə istintaqı zamanı verdikləri ifadələrində həmin protokolun onlara göstərilmədiyini göstərmişlər. Z.Adiov hətta məhkəmə istintaqı zamanı protokol ona təqdim edilərkən 2-3 səhifədən ibarət olduğunu, 37 vərəq olmadığını bildirmişdir. Tərtib olunmuş protokoldan belə çıxır ki, istintaq hərəkətinin başa çatmasından (protokolda yazılanların oxunması, qeydlərin verilməsi və imzalanma vaxtı nəzərə alınmır) tam olaraq 2 saat 05 dəqiqə sonra Təqsirləndirilən şəxs2 Beyləqan səhərindən 260 km uzaqda yerləşən Bakı şəhərində,Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində olmuşdur. Protokolla tanışlığı və imzalanmanın və qeydlərin verilməsi vaxtını, üstəlik də materialın hazırlanıb aidiyyəti üzrə istintaqa verilməsini də nəzərə alsaq faktiki olaraq bu mümkünsüz görünür. Saat 01:35-də materialın toplanıb istintaqa verilməsi belə imkansızdır. Bu da ona dəlalət edir ki, protokol Bakı şəhərində tərtib olunaraq imzalanmışdır. Müdafiə tərəfinin bu dəlilləri tərtib olunmuş protokol nəzərdən keçirildikdə öz təsdiqini tapır. Belə ki, Təqsirləndirilən şəxs1 sonuncu vərəqi imzalasa da, onun xx.xx.2022-ci il tarixdə tərtib edilməsinə dair aşağıdakı qeydləri yazmışdır: “Protokolda mənim is otağımdan 5 min manat vəsaitin dolabdan tapıldığı qeyd edilir, əslində isə pul potmanemdə idi. Əjdərin otağından tapılanlardan xəbərim yoxdur. Protokolda sadaladığım pul əskin asları seriya və nömrələrlə nə müqayisələnmiş, nə də verində siyahıya alınmamışdır. Protokol xx.xx.2022-ci il tarixdə Bakı səhərində tərtib edilmişdir”. Göründüyü kimi, həmin protokolun protokolda göstərildiyi tarixdə və saatda tərtib edilməsi əsaslı şübhələr yaradır. Bundan əlavə, tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə” aparılması haqqında protokolda qeyd olunan iş üçün əhəmiyyət kəsb edən məlumatların həqiqətə uyğun olmaması iş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli digər bir protokolla da öz təsdiqini tapır. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli,Beyləqan şəhərində saatı göstərilməyən adsız protokolda qeyd olunmuşdur ki, “baxış keçirmə və götürmə istintaq hərəkəti ” başa çatdıqdan sonra Təqsirləndirilən şəxs1 səhhəti pisləşdiyindən imza etməkdən imtina etmişdir. Bununla əlaqədar yalnız əməliyyatçılar protokolun tərtibində iştirak edərək protokolu imzalamışlar. Həmin protokolda Təqsirləndirilən şəxs2 adı keçmir. Halbuki, belə bir hal baş vermiş olsa idi, istintaq hərəkətinin digər iştirakçıları kimi Təqsirləndirilən şəxs2 də adı həmin protokolda yazılmalı, imzalanması üçün protokol ona təqdim olunmalı idi. Halbuki, Təqsirləndirilən şəxs1 səhhətinin pisləşdiyi halda ona Beyləqan şəhərində olarkən X25 vasitəsi ilə tibbi yarım edilməli idi. Lakin iş materiallarından görünür ki, ona tibbi yardım xx.xx.2022-ci il tarixdə saat 03:00-da edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun halı pisləşərkən yardım üçün heç kim çağırılmamışdır. Təqsirləndirilən şəxs1 əgər xx.xx.2022-ci il tarixdə saat 02:55- də şübhəli şəxs qismində tutulmuşdursa, ona xx.xx.2022-ci il tarixdə saat 03:00-da Beyləqan rayonunda tibbi yardım necə göstərilə bilərdi? Bu fakt özü də tərtib edilmiş sənədlərin saxta ittiham sübutları yaradılması üçün tərtib edilməsini açıq-aşkar ortaya qovmuşdur. Bundan əlavə, ittiham hökmündə məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 311.3.1 və 311,3.3-cü maddələri ilə ittiham elan edərkən mötəbər sübut kimi xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan 1669 ədəd 100 manatlıq əskinasların içərisindən 12 ədəd 100 manatlıq əskinasların aşkar olunmasına mötəbər sübut kimi istinad etmişdir. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların,sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmçinin, Cinayət- Prosessual Məcəlləsinin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin bu tələbləri baxımından ittiham tərəfinin əldə etdiyi və məhkəmə tərəfindən ittihamın əsası kimi qəbul edilən həmin sübutları nəzərdən keçirdikdə xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında ” istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 evindən xx.xx.2022-ci il tarixli protokolla əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid1 verilən 12 ədəd 100 manatlıq əskinasın həmin pulların içərisindən aşkar olunmasının qeyri mümkünlüyü, bunun həmin istintaq hərəkətini keçirən şəxslərin qanunsuz müdaxiləsi nəticəsində edilməsi aşağıdakılarla təsdiq olunur. Belə ki, işə əlavə edilmiş, həmin istintaq hsrəkətlnl özündə əks etdirən videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqdim olunan görüntü cəmi 04 dəqiqə 37 saniyə təşkil edir. Həmin görüntülər birbaşa çəkiliş deyil, iki hissədən ibarət olmaqla mantajdır. Görüntünün ilk hissəsi 01 dəqiqə 37 saniyə təşkil edir. Həmin görüntülərdə prokurur R.Şükürov Təqsirləndirilən şəxs1 seyfi açmasını bildirir. Təqsirləndirilən şəxs1 seyfi açır. Ondan sonra seyfin içərisində yuxarı gözdəki saxlanc yerini açarla açıb pulları seyfin üzərinə yığır. Ondan sonra isə 01 dəqiqə 34 saniyədən,yəni kəsilmədən sonra videogörüntülər gəlir və 04-cü dəqiqə 37-ci saniyəyə kimi davam edir. 100 manatlıq pul əskinasları hər biri 8 bağlama,iki sırada, 3-cü sırada bir 100 manatlıq bağlama, ondan sonra isə 1 ədəd 100 ABŞ dolları rezin bağlamada, 5-ci bağlamanın üzərində nazik 100 ABŞ dolları bağlama qatlanmış vəziyyətdədir. Lakin videogörüntülərdə aşkar olunan 100 manatlıq pul əskinaslarınm kim tərəfindən sayılması, həmin bağlamaların içərisində olan pul əskinaslarınm seriya və nömrələrinin xx.xx.2022-ci il tarixdə Şahid1 əməliyyat tədbirlərinin keçirilməsi zamanı verilən pul əskinaslarına uyğun olub-olmaması ilə bağlı müqayisənin aparılıb-aparılmaması, həmin hərəkətlərdə Təqsirləndirilən şəxs1 iştirakının təmin olunub-olunmaması, həmin pul əskinaslarınm stolun üzərinə düzülməsini əks etdirən anlar, eləcə də yüzlük bağlamaların stolun üzərində düzülmə ardıcıllığının hansı əsasla həyata keçirilməsi anlarını əks etdirən görüntülər videogörüntülərdə mövcud deyildir. Nəzərə alınsa ki, tərtib edilmiş protokolda aşkar olunan bütün 100 manatlıq pul əskinaslarınm seriya və nömrəsi əks olunmuşdur, bu zaman pulların stolun üzərində düzülmə ardıcıllığının da protokola uyğun həyata keçirilməsi zəruri şərtdir. Əks təqdirdə pulların açılıb tökülmüş vəziyyətdə, yəni bağlamaların içərisində olan pullar qarışdırıldığı vəziyyətdə oraya istənilən kənar müdaxilənin, yəni bağlamada olan pulun çıxarılıb, yerinə əməliyyat tədbiri adı ilə, ittiham sübutu yaratmaq üçün istənilən seriya və nömrəli 100 manatlıq əskinasın qoyulma imkanını nəzərə alsaq, qeyd olunan videgörüntüləri də nəzərə aldıqda həmin 12 ədəd 100 manatlıq əskinasın Təqsirləndirilən şəxs1 evində baxış zamanı seyfdən aşkar olunan pulların arasına əməliyyat tədbirini keçirən şəxslər tərəfindən qoyulması istisna edilmir. Hətta toplanmış sübutlar müqayisəli tədqiq edildikdə həmin 12 ədəd 100 manatlıq əskinasın əməliyyat tədbirini keçirən şəxslər tərəfindən həmin bağlamaların arasına qoyulmasına əsaslı şübhələr yaradır.Həmin şübhələr isə aşağıdakılardır: Videogörüntülərə baxış keçirilərkən qeyd olunan pul bağlamaları stolun üzərində düzüldükdən sonra R.Şükürov Təqsirləndirilən şəxs1 bildirir ki, sizin seyfinizdən aşkar olunan pulların arasında əməliyyat tədbirləri zamanı Şahid1 verilən 100 manatlıq pul əskinaslarından aşkar olunmuşdur. Bu sözü Təqsirləndirilən şəxs1 çox təəccüblə qarşılayaraq “Necə?” deyə müstəntiqə müraciət edir. Bu məlumatın R.Şükürov tərəfindən Təqsirləndirilən şəxs1 verilməsi eyni zamanda onu təsdiq edir ki, Təqsirləndirilən şəxs1 həmin pulların sayılmasında, həmin pulların seriya və nömrələrinin ardıcıllıqla protokola qeyd olunmasında, bağlamalarda olan 100 manatlıq əskinasların, xx.xx.2022-ci il tarixli əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid1 verilən 100 manatlıq əskinasların seriya və nömrələri ilə uyğunluqunun yoxlanılmasında iştirak etməmişdir. Əgər Təqsirləndirilən şəxs1 seyfdən aşkar olunmuş pulların seriya və nömrələrinin xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan 100 manatlıq əskinaslarla yoxlanılmasında iştirak etmiş olsaydı, onda o, prokuror R.Şükürovun həmin məlumatını təəccüblə qarşılamaz, R.Şükürov da ona “sizin iştirakınızla baxış keçirilərkən müəyyən olunmuşdur ki, seyfinizdən aşkar olunmuş 100 manatlıq əskinaslar əməliyyat tədbirləri zamanı Şahid1 verilən 100 manatlıq pul əskinasları ilə eynilik təşkil edir.” deməli idi. Lakin videomateriallardan da görünür ki, müstəntiq R.Şükürov hətta uyğun gələn əskinasların sayını belə demir və bəzi əskinaslar deyə bildirir. Sonra R.Şükürov əlini 1-ci cərgədə 1-ci bağlamaya uzadaraq bildirir ki, “bu bağlamada olan pullarla bəzi əskinaslar eynilik təşkil edir.” Həmin əskinaslardan neçəsinin əməliyyat tədbirləri üçün Şahid1 verilmiş pul əskinasları ilə eynilik təşkil etməsini belə bildirmir. Eyni zamanda R.Şükürovun göstərdiyi bağlamada cəmi 2 ədəd 100 manatlıq əskinası sifəti görünməyən Korrupsiya idarəsinin əməkdaşı göstərir və kifayət edir deyir. Bu da, həmin 2 əskinasdan başqa digər əskinasların imkan tapılıb Təqsirləndirilən şəxs1 evindən aşkar olunan pul vəsaitlərinin içərisinə həmin vaxt hələ yerləşdirilmədiyini,qeyd olunan protokolun isə sonrakı gün Bakı şəhərində yazıldığına əsaslı şübhələr yaradır. Əgər qeyd olunan 12 ədəd 100 manatlıq əskinas həqiqətən də Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş olsa idi, Korrupsiya İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin əskinasların hər biri kameraya tək-tək göstərilərək Təqsirləndirilən şəxs1 seyfindən aşkar olunduğu və Şahid1 verilən pullarla eynilik təşkil etməsi tam sübuta yetirilərdi. Lakin həmin videogörüntülərdən görünür ki, sadəcə 2 ədəd 100 manatlıq əskinas imkan tapılaraq həmin pulların arasına yerləşdirilmişdir. Eyni zamanda, videomateriallarda müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 evindən aşkar edilən pulların neçə ədədinin Şahid1 verilən pul əskinasları ilə eynilik təşkil etməsi deyilmir, sadəcə baqlamadakı pulların bəzilərinin Şahid1 verilmiş pullarla eynilik təşkil etdiyi bildirilir. Halbuki, əgər həmin 12 ədəd pul yoxlanılmış olsa idi, müstəntiq aşkar edilən eynilik təşkil edən pul vəsaitlərinin sayının 12 olduğunu da videoçəkilis zamanı bildirərdi. Həmçinin, həmin 2 ədəd 100 manatlığın seriya və nömrəsinin 1-ci sırada olan bağlamadan çıxması da qeyri mümkündür və bu fakt da yuxarıda ətraflı əsaslandırılmışdır. Bundan əlavə, görüntülərdə R.Şükürov stolun üzərində 1-ci bağlamanı götürüb videogörüntülərdə sifəti görünməyən şəxsə təqdim edir. Həmin şəxs bağlamanın üzərində olan 1-ci əskinasın nömrəsini göstərib, xx.xx.2023-cü il tarixli protokolda 6-cı sırada yazılmış A 570 26704 nömrəli əskinasın olduğunu göstərir. Sonra sifəti görünməyən həmin şəxs, pulu qatlayır. Neçəsini qatladığı bilinmir.Onun altında 7-ci sırada olan B 09937846 seriya və nömrəli əskinas vardır. Ardınca da əməliyyatçı bildirir ki, kifayət edir. Halbuki, istintaq hərəkətinin obyektiv şəkildə keçirilməsi üçün Təqsirləndirilən şəxs1 seyfindən aşkar olunduğu iddia edilən pulların hər biri videoçəkilişlə pulların seriya nömrəsi xx.xx.2022-ci il tarixli protokoldakı Şahid1 verilmiş pul əskinaslarının seriya nömrələri ilə qarşılaşdırılmalı idi. Seyfdən aşkar olunan 100 manatlıq əskinasların cəmi 166900 manat olmasını nəzərə alsaq, onda stolun üzərində olan bağlamaların hər birinin 100 ədəd olması, sonuncu bağlamanın isə 99 ədəd olması şübhə doğurmur. Belə olan halda stolun üzərində olan pullar xx.xx.2022-cci il tarixli protokola uyğun stolun üzərində düzülməsi təşkil edilmişdirsə, onda həmin əskinaslar sağdan 3-cü cərgədə olan bağlamadan aşkar olunmalı idi. Çünki protokolda A 570 26704 nömrə altında qeyd olunmuş pul əskinası 256-cı, B 09937846 seriya və nömrəli əskinas isə protokolda 257-ci sıradadır. Burada həm bağlamaların sırası, həm də bağlamanın özündə yerləşməsi sırası uyğun gəlmir. Bütün bunlar da həmin istintaq hərəkətinin qeyri obyekiv keçirilməsinə dəlalət etməklə, ittihamın həmin protokolun nəticəsini sübüt kimi qəbul etməsi yolverilməzdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 onun yaşadığı evdə olan seyfə baxış keçirilməsi ilə bağlı verdiyi ifadəsində göstərmişdir ki, əməliyyat keçirən şəxslər ondan yaşadığı evdə pul olub- olmamasını soruşmuş, o da seyfdə pulunun olduğunu bildirmiş. Əməliyyatçılardan 3 nəfərlə birlikdə həmin mənzilə gəlmiş, hələ is verində olarkən evinin seyfinin açarlarını ona vermiş, onlardan ikisinə seyfi göstərmiş, onlardan biri seyfi açmış, o isə seyfdə olan pulları seyfin üzərinə yığmış, həmin vaxt videoçəkilis aparılmamış,daha sonra ona vəsaitlərin seyfə yığılması göstəriş verilmiş, o da həmin pulları səliqəsiz halda seyfin orta gözünə yığıb bağlamış, seyfin açarı əməliyyatçılarda qalmış, o isə mətbəxə keçərək 40 dəqiqə orada qalmış, təxminən 40 dəqiqə sonra ona axtarış orderi təqdim olunmuş və açar ona verildikdən sonra çəkilişlə seyfi açmışdır.O pul vəsaitlərini yığdığı orta gösdə deyil, seyfin kiçik saxlanc verində olmasını görmüş, həmin vəsaitləri yenidən seyfin üzərinə yığmış, pulların seriya və nömrəsinə baxılmasında, pulları stolun üzərinə yıqımasında iştirak etməmişdir. Eyni zamanda, o, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində evinə baxış keçirilərkən seyfin içərisindəki pulları yatağın üzərinə qoyduqdan sonra özünün banderolları açdığını, əməkdaşlardan birinin “axırıncı paçkanı yoxlayın, orada” olacaq deyə bildirdiyini göstərmişdir. Bundan əlavə, o məhkəmə istintaqı zamanı göstərmişdir ki, “Seyfi açdıqda pul vəsaitlərinin səliqəli şəkildə yığıldığını gördüm. Pul vəsaitləri seyfdən çıxarılıb balaca ağ masının üzərinə yığıldı. Yenidən yeddi minlik banderolu götürüb çəkiliş gedə-gedə yoxlamağa başladılar. Oradan isə iki ədəd yüz manatlıq əskinasın uyqun gəldiyini bildirdilər. Daha sonra dedilər ki, bu qədər kifayətdir. Özüm də həmin vaxt təəccübləndim. Həmin pulun da Əjdər vasitəsilə mənə verildiyini bildirdilər. Bir müddət sonra da heç bir protokol tərtib edilmədən mənzilimi tərk edib Bakıya yola düşdük.” Bundan əlavə, Təqsirləndirilən şəxs1 həmin protokolun imzalanması ilə əlaqəda rmüdafiə tərəfinin suallarını cavablandırarkən bildirmişdir ki, həmin protokol ona təqdim edilərkən 2-3 vərəqdən ibarət olmuş, 37 vərəq olmamış və o, həmin protokolu imzalamaqdan imtina etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı da verdiyi ifadəsində evə getdikdən sonra 40-45 dəqiqə evdə olduqlarını, prokurorun evə 40 dəqiqə sonra gəldiyini, 10-15 dəqiqə çəkiliş aparıldığını, protokolun evdə yazılmadığını, pulların bir-bir yoxlanılmadığını, pulların arasından 2 əskinas çıxdığını və bununla da çəkilişin bitdiyini bildirmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, məhkəmə hökmündə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş pulların içərisindən Şahid1 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 vermiş olduğu 5000 manat pul vəsaitinin 1200 manatının aşkar edilməsi, həmin pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 evinə korrupsiya əməkdaşları tərəfindən qoyulması faktını inkar edir. Bununla əlaqədar bildirmək istəyirəm ki, Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş həmin 1200 manat pul vəsaitinin Şahid1 tərəfindən Təqsirləndirilən şəxs2 otağına Təqsirləndirilən şəxs2 məlumatı olmadan qoyulmuş 5000 manat pul vəsaitinin bir hissəsi olması yuxarıda qeyd etdiyim hallarla inkar edilir. Belə ki, apellyasiya şikayətimin 3-cü hissəsində göstərmiş olduğum faktlar nəzərə alındıqda Şahid1 A.Kazımov tərəfindən xx.xx.2022-ci il tarixli protokolla pul vəsaitlərinin həmin tarixdə verilməsi və həmin pul vəsaitlərinin kserosurətlərinin protokolun tərtib edilməsi zamanı protokola əlavə edilməsi əsaslı şübhələr yaratdığından və həmin protokolun sonradan tərtib edilməsi və pul vəsaitlərinin kserosurətlərinin də sonradan əlavə edilməsini inkar edən mötəbər heç bir sübut olmadığından Təqsirləndirilən şəxs1 evindən aşkar olunan həmin 1200 manat pul vəsaitinin Korrupsiya idarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 məxsus pul vəsaitləri arasına yerləşdirilməsi və sonradan həmin pul vəsaitlərinin kserosurətlərinin protokola əlavə edilməsi istisna edilmir. Göründüyü kimi, həmin pul vəsaitlərinin həqiqətən də Şahid1 Təqsirləndirilən şəxs2 otağındakı çəkməcəyə yerləşdirdiyi pul vəsaitləri olması sadəcə şübhə doğurur və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən mötəbər sübutlarla aradan qaldırıla bilməyən hər bir şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi vəsatətində xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunan pul vəsaitlərinin arasında qeyd olunan seriya və nömrəli Şahid1 vəməliyyat tədbirlərinin keçirilməsi üçün verilməsi iddia edilən 12 ədəd qeyd olunan nömrə və seriyalı 12 ədəd pul əskinasların üzərində Təqsirləndirilən şəxs2 əl barmaq izinin olub- olmamasını müəyyən etmək üçün məhkəmə daktiloskopik ekspertizasının keçirilməsi tələb olunsa da, vəsatət heç bir əsaslandırma aparılmadan təmin edilməmişdir. Həmin vəsatətin təmin edilməməsi də həmin ittiham sübutlarının saxtalığının ortaya çıxmaması məqsədini güdmüşdür. Qeyd olunan protokolun və aparılmış videoçəkilişin görüntülərinə nəzər yetirdikdə istintaq hərəkətlərinin hər birinin qeyri-obyektiv aparılmasına, həmin seriya nömrəli pul vəsaitlərinin Təqsirləndirilən şəxs1 evinə baxış keçirilərkən evindən aşkar edilmiş pul vəsaitlərinin içərisinə əməliyyatçılar tərəfindən qoyulmasına, eyni zamanda, Təqsirləndirilən şəxs2 iş otağından aşkar edilmiş pul vəsaitlərinin də Şahid1 tərəfindən gizli şəkildə otağın girişindəki şkafa yerləşdirilərək yeri barədə əməliyyatçılara məlumat verilməsinə, bununla da, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 və digər Təqsirləndirilən şəxs1 cinayət törətməkdə ittiham edilməsi üçün saxta ittiham sübutları yaradılmasına əsaslı . şübhələr yaratmışdır ki, həmin şübhələr də məhkəmə istintaqı zamanı aradan qaldırılmamışdır. Belə olan halda, qeyd olunan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokolun sübut kimi qəbul edilməsi yolverilməz olduğundan və ittihamın əsas sübutunu da həmin protokol təşkil etdiyindən təqsirləndirilən şəxslərə elan edilmiş ittiham mötəbər sübutlarla təsdiq edilməmişdir. Qeyd olunan protokollarla əlaqədar yaranmış şübhələrin aradan qaldırılması üçün müdafiə tərəfi olaraq tərəfimdən müvafiq vəsatətlər verilməklə cinayət işinin materiallarında olan Şahid1 seriya və nömrəsi göstərilməklə 5 ədəd 200 manatlıq, 30 ədəd 100 manatlıq, 20 ədəd 50 manatlıq olmaqla, cəmi 5000 manat məbləğində pul əskinaslarının verilməsini və onun üzərinə keçiriləcək əməliyyat tədbirləri zamanı danışıqların audio və video yazısınının aparılması üçün “RX-50 ” markalı xüsusi avadanılğın yerləşdirilməsinə, eləcə də keçirilən əməliyyat tədbirləri zamanı Şahid1 saat 12:00-dan saat 17:30-dək Beyləqan rayonunda Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə əməliyyatçısı, kiçik ədliyyə müşaviri Azər Kazımovla göstərilən seriya və nömrəli pul əskinaslarından istifadə olunmasına dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolların yazıldığı kompüterə baxış keçirilməsi, həmin sənədin tərtib edildiyi vaxtı (günü, ayı, ili) və sənədin tərtibindən sonra üzərində dəyişiklik, düzəliş edilib- edilməməsini müəyyən edilməsi, eyni zamanda, Təqsirləndirilən şəxs1 yaşadığı evdə “Baxış keçirilməsi və götürümə aparılması haqqında ”xx.xx.2022-ci it tarixli protokolun işin faktiki hallarına uyğun olub- olmamasını, həmin protokolun real vaxt rejimində tərtib olunub- olunmamasını müəyyən etməklə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün nəmin protokolun yazıldığı kompüterin və yaxud digər elektron cihazın faylına məhkəmə iclasında baxış keçirilməsi, həmin sənədin tərtib edildiyi vaxtı (günü, ayı, ili) və sənədin tərtibindən sonra üzərində dəyişiklik, düzəliş edilibedilməməsini müəyyən edilməsi,hüquqlarını müdafiə etdiyim X15 və digər Təqsirləndirilən şəxs1 ifadələrində göstərmiş olduğu xüsusatlar,eləcə “Axtarış və götürmə aparılmasına dair ” də xx.xx.2022-ci il tarixli protokolla əlaqədar Azərbaycan Respublikası Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru X9, həmin idarəmnin Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə əməliyyatçısı, kiçik ədliyyə müşaviri X16,həmin idarənin Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı Vüqar Ağayevin, həmin idarənin əməliyyatçısı Anar Əhmədovun və Fərhad Məhərrəmovun məhkəmə istintaqı zamanı şahid qismində dindirilməsinin təmin edilməsi, və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən xüsusatlarla əlaqədar, tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Axtarış aparılması və baxış keçirilməsi haqqında ” protokolda qeyd olunanları, eləcə də həmin protokola mantaj olunmuş halda əlavə edilmiş cəmi 04 dəqiə 45 saniyədən ibarət olan videogörüntülər arasında yaranmış ziddiyyətləri nəzərə alaraq Təqsirləndirilən şəxs1 evindən aşkar olunan 1669 ədəd 100 manatlıq pul əskinaslarının xx.xx.2022-ci il tarixli protokolla Şahid1 verilmiş 30 ədəd 100 manatlıq əskinasların seriya və nömrələrinə uyğunluğunun yoxlanılmasına sərf olunan zamanın müəyyən edilməsi məqsədilə 30 ədəd 100 manatlıq pul əskinaslarının seriya və nömrələrini qeydə alınmaqa, onlardan bir neçəsini 100 ədəd olan bir bağlamadakı 100 manatlığın içərisinə yerləşdirib həmin əskinasların seriya və nömrələrinin uyğunluğunu məhkəmə iclasında istintaq ekspermenti yolu ilə yoxlanılması, alınan rəqəmi 16,6 vurmaqla ümumilikdə təqribi olaraq sərf olunan zamanı müəyyən etmək üçün istintaq ekspermentinin keçirilməsi barədə vəsatətlər verilsə də, həmin vəsatətlər məhkəmə tərəfindən təmin edilməmişdir. Bundan əlavə, həmin protokolun başlanma vaxtı 17:05 qurtarma vaxtı isə 23:30 göstərilmişdir. Nəzərə alsaq ki, həmin protokol həm Təqsirləndirilən şəxs2 xidməti iş otağına, həm Təqsirləndirilən şəxs1 xidməti iş otağına, həm də Təqsirləndirilən şəxs1 evinə baxış keçirilməsini əks etdirir, belə olan halda, 6 saat yarım müddət ərzində hər üç istintaq hərəkətinin keçirilməsi, aşkar edilmiş pulların seriya nömrələrinin bir-bir yoxlanılması, protokolun tərtib edilərək iştirakçıların həmin protokolla tanış edilməsi mümkünsüzdür. Belə ki, Şahid1 pul vəsaitlərinin təqdim olunmas» ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolun başlanma vaxtı 12:00, qurtarma vaxtı 17:30 olmuşdur. Həmin 5 saat yarımlıq müddət ərzində Şahid1 təqdim edilən 5 min manat pul vəsaitinin nömrələrinin protokola yazılması və guya həmin pul vəsaitlərinin kserosurətlərinin çıxarılaraq protokola əlavə edilməsi həyata keçirilmişdir. Belə olan halda, əgər 5 min manat pul vəsaitinin dəqiqliklə seriya nömrələrinin protokola yazılması, onların kserosurətlərinin çıxarılması 5 saat yarım vaxt aparmışdırsa, 3 istintaq hərəkətinin keçirilməsi. Təqsirləndirilən şəxs2 otağından aşkar edilmiş pul vəsaitlərinə, eləcə də Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş 166900 manat pul vəsaitinə baxış keçirilərək həmin pul vəsaitlərinin tədqiq edilməsi, Şahid1 verilmiş pul vəsaitləri ilə eyniliyinin müəyyən edilməsi, protokolun tərtib edilməsi, həmin pul vəsaitlərinin seriya nömrələrinin protokola qeyd edilməsi və protokolun iştirakçılara oxunması 6 saat yarımlıq bir müddət ərzində mümkündürmü? Bu fakt özü, həmin protokolun həqiqəti əki etdirmədiyini, əslində həmin pullara ayrı-ayrılıqda baxış keçirilmədiyini göstərir. Belə olan halda, həmin protokolun məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilərək Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmünün çıxarılması prosessual hüquq normalarının kobud pozuntusu olmaqla yol verilməzdir. Bundan əlavə, ibtidai istintaq zamanı böyük müstəntiq Ə.Qocaman tərəfindən götürülmüş pul vəsaitləri ilə bağlı 17 yanvar 2023-cü il tarixli qərarla sənədlərin məhkəmə texniki ekspertizası təyin edimiş və həmin qərar 24 yanvar 2023-cü il tarixdə müdafiə tərəfinə təqdim edilmişdir. Müdafiə tərəfi Təqsirləndirilən şəxs2 otağında aşkar olunan həmin 20 ədəd 100 manatlıq əskinasların üzərində Təqsirləndirilən şəxs2 əl - barmaq izlərinin olubolmadığını müəyyən etmək üçün kompleks sənədlərin məhkəmə -texniki ekspertizası ilə yanaşı məhkəmə-daktiloskopik ekspertizasının keçirilməsinə dair vəsatət verməsinə baxmayaraq həmin vəsatət təmin edilməmişdir. Maraqlıdır ki, həmin vəsatətin təmin edilməməsi müdafiə tərəfinə iş materialları ilə tanış olarkən məlum olmuşdur. Belə ki, qəbul edilmiş 24 yanvar 2023-cü il tarixli qərarın surəti müdafiə tərəfinə göndərilməmişdir. Qərar ya şəxsən qəbul edilməsi imzalanmaqla, ya da ki, poçt vasitəsi ilə daxil ola bilər. Cinayət işinin materiallarında isə böyük müstəntiq Ə.Qocamanın adından heç bir yerdə qeydiyyatdan keçməyən 24 yanvar 2023-cü il tarixli № 2-2-02/3/2-222025410/2023 saylı (uçan nömrə ) “əsli mənə, surəti AR ƏN-nin PX Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 ünvanlanmış məktubda ******* nömrəli cinayət işi üzrə qəbul edilmiş vəsatətin rədd edilməsi haqqında qərarın surəti sizə göndərilir. Qoşma qərar 2 vərəqdə” yazılmışdır. Müdafiə tərəfinin işin tam, hərtərəfli və obyektiv araşdırılmasına yönəlmiş vəsatətinə ibtidai istintaq orqanının formal yanaşması bir yana, həmin vəsatətə verilən cavab gülünc doğurur. Belə ki, vəsatətin rədd edilməsinə dair qəbul edilmiş həmin qərarda qeyd olunur ki, “cinayət işinin materialları baxış protokolları, onlara əlavə edilmiş videogörüntülərlə Təqsirləndirilən şəxs2 həmin pul əskinaslarına əli ilə toxunmadığı müəyyən edildiyindən həmin xüsusatlar cinayətin törədilməsi ərəfəsində planlaşdırılmış özünümüdafiə xarakterli dəlillər olduğundan vəsatət təmin olunmayaraq tam şəkildə rədd edilməlidir”. Müstəntiqin müdafiə tərəfinin vəsatətini rədd etməsinə dair qərarından belə çıxır ki, Təqsirləndirilən şəxs2 həmin pul vəsaitininin Şahid1 tərəfindən ora qoyulmasını bilmiş və görmüş, həmin vəsaitlərin üzərində əl-barmaq izinin qalmaması üçün özünümüdafiəsini də əvvəldən planlaşdırıb, təşkil etmişdir. Əgər belədirsə, onda aşağıdakı suallar yaranır: Həmin pul vəsaitini Təqsirləndirilən şəxs2 oradan götürməyəcəkdisə, onda həmin rüşvət qismində verilən pulu almaq onun nəyinə lazım idi? Əgər pulu Təqsirləndirilən şəxs2 götürməyəcəkdirsə, pulu kim götürməli idi? Əgər onun və qeyrilərinin barəsində keçirilən əməliyyat tədbirləri Təqsirləndirilən şəxs2 məlum idisə və Şahid1 giriş qapısında şkafa pul qoyması ona bəlli idisə nə üçün o, adı keçən şəxsin pulu ora qoymasına imkan verməli idi? Şahid1 otaqdan çıxdıqdan sonra ən azı keçən zaman ərzində Təqsirləndirilən şəxs2 həmin pul vəsaitini götürmək, hər hansı bir yerdə gizlətmək imkanı var idisə, Ə Əliyvin niyyəti rüşvət almaq idisə, onda bu imkanlarından niyə istifadə etməyib ? İttiham tərəfinin gəldiyi nəticə həm da onda gülünc doğurur ki, Təqsirləndirilən şəxs2 əgər əvvəlcədən özünümüdafiəsini təşkil etmişdirsə, onda o, bunu nəinki həmin pul vəsaitlərinin üzərində əl- barmaq izinin qalmaması ilə, ümumiyyətlə daha güvənli üsul və vasitələrdən istifadə edə bilərdi. Böyük müstəntiq Ə.Qocamanın qəbul etdiyi qərar nə cinayət işinin materiallarına, nə də ki, düzgün təfəkkürün forma və qanunlarına uyğun olmamaqla məntiqsizdir. Qeyd olunanlarla yanaşı, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittiham aktında, eyni zamanda, məhkəmənin ittiham hökmündə də qeyd olunan və mötəbər sübut kimi istinad edilən Şahid1 Təqsirləndirilən şəxs2 otağında olarkən çəkmiş olduğu videogörüntülərə dair tərtib edilmiş protokollarda məqsədli şəkildə Təqsirləndirilən şəxs2 hərəkətləri, jestləri və mimikaları təhrif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin videogörüntülərə baxış keçirilərək ittiham aktında qeyd olunan həmin təhrif edilmiş cümlələr və jestlər araşdırılmalı və tədqiq edilməli olduğu halda məhkəmə bu faktların heç birinə qiymət verməmişdir. Məhkəmənin ittiham hökmündə Təqsirləndirilən şəxs2 otağında çəkilmiş həmin videogörüntülərə istinad edilərək Təqsirləndirilən şəxs2 guya E.Alısova pul jesti etməsi, ona cəkməcəni göstərməsi, xx.xx.2022-ci il tarixdə otağında olarkən ona qapının girişindəki dolabı göstərməsi. Təqsirləndirilən şəxs2 E.Alısova susmasını işarə etməsi və s. kimi ittiham yönümlü cümlələr qeyd edilməklə həmin videoqörüntülər təhrif edilmişdir. Belə ki, ittiham aktında və məhkəmənin hökmündə həmin videogörüntülərlə əlaqədar göstərilmişdir ki, guya Təqsirləndirilən şəxs2 Şahid1 pul işarəsi göstərmişdir. Halbuki, videogörüntülərə baxdıqda bu fakt müəyyən edilmir. Belə ki, Təqsirləndirilən şəxs2 əlini burnuna apararaq burnunu qaşıması kimi vərdişi olduğundan o, tez-tez bu hərəkətini təkrar etmiş, ibtidai istintaq orqanı isə əsassız olaraq həmin hərəkətin mənasını təhrif etməklə quya Təqsirləndirilən şəxs2 E.Alısova pul işarəsi etdiyini qeyd etmişdir. Halbuki, həmin videogörüntülərə baxdıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 həmin vaxt Şahid1 hər hansı pul işarəsi etməmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixli videogörüntü də təhrif edilərək guya Təqsirləndirilən şəxs2 Şahid1 onun çəkməcəsinə pul qoyarkən ona narazılıq etsə də, çəkməcəyə işarə etmişdir. Halbuki, videogörüntülərə baxdıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Şahid1 hər hansı işarə göstərməmiş, əksinə ona narazılığını bildirərək ona çıxmasını demişdir. Beləliklə, göründüyü kimi, həm ibtidai istintaq orqanı tərəfindən, həm də birinci instansiya məhkəməsi tərəfindən isin hallarına obyektiv qiymət verilməmiş, təqsirləndirilən şəxslərin törətmədiyi cinayət əməlində ittiham edilməsi üçün məqsədli şəkildə həmin cümlələr ittiham aktına və məhkəmə hökmünə yazılmış, bununla da, ittiham sübutları toplanmışdır. Bundan əlavə, diqqət çəkən məqam bundan ibarətdir ki, istər E.Alısov tərəfindən qanunsuz olaraq gizli şəkildə çəkilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli videoqörüntülərdə, istərsə də, E.Alısovun Təqsirləndirilən şəxs2 is otağında çəkmiş olduğu xx.xx.2022-ci il tarixli videoqörüntülərin heç birində Təqsirləndirilən şəxs2 Şahid1 “mənə və yaxud da rəisə pul gətir, pul ver və s.” kimi rüşvət istənilməsi ilə əlaqədar ifadələr işlətməmişdir. Lakin mühüm əhəmiyyət kəsb edən bu fakt məhkəmə tərəfindən nəzərə alınmamışdır. Halbuki, həqiqətən Təqsirləndirilən şəxs2 E.Alısovdan rüşvət istəmiş olsa idi, həmin videoqörüntülərdə ən az 1 dəfə ona pul gətirməsi, rüşvət verməsi barədə ifadə işlətmiş olardı. Göründüyü kimi, yuxarıda qeyd olunan həmin protokollarla əlaqədar yol verilmiş obud qanun pozğunluqlarını, eyni zamanda Şahid1 bir-biri ilə, həmçinin iş materialları ilə ziddiyyət təkil edən ifadələrindəki şübhələr birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı aradan qaldırılmadığıı halda həmin protokollara məhkəmə hökmündə mötəbər sübut kimi istinad edilmiş, bununla da, AR Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, ittihamın əsasını təşkil edən sübutların mötəbərliyi ilə əlaqədar əsaslı şübhələr mövcuddur. Həmin sübutlardan Şahid1 gizli yolla, hüquqlarını müdafiə etdiyim şəxsin iradəsi ziddinə çəkmiş olduğu videomateriallara istinad edilməsi isə ümumiyyətlə yolverilməzdir. İstintaq hərəkətlərinin gedişində mümkün sübutların əldə edilməsinin vacib şərtlərindən biri də həmin hərəkətlərin aparılması zamanı qanunda nəzərdə tutulmuş qaydaya uyğun aparılmasıdır. Qanunvericilikdə irəli sürülən tələblər həm işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını, həm də proses iştirakçılarının hüquq və qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədi daşıyır. Həmin tələblərə əməl edilməməsi müvafiq istintaq hərəkətləri zamanı əldə edilmiş sübutların qeyri- mümkün hesab edilməsinə səbəb olur. AR Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Sübutun mənsubiyyəti şərti baxılan işə aidiyyətini, mümkünlük şərti həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir sübhə olmamasını, mötəbərlik şərti isə işin hallarını əks sübutlar tərəfindən təkzib oluna bilməyəcək həcmdə təsdiq etməsini nəzərdə tutur. Həqiqəti müəyyən etmək üçün Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən.cinavət təqibi üzrə toplanmış bütün sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, sistem halında təhlil edilməli və bir-biri ilə müqayisə olunmalıdır. Müvafiq cinayət işi üzrə sübutları nəzərdən keçirdikdə həmin sübutların yaranma mənbəyi və mötəbərliyi barədə aradan qaldırılmamış əsaslı şübhələr mövcud olmasını görmək mümkündür. Cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətinə aiddir. Sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclaslarında ayrı-ayrı prosessual statuslu şəxsin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi, habelə digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, cinayət prosesinin bütün mərhələlərində əldə edilmiş hər bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması basa düşülür. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Belə olan halda, müvafiq cinayət işi üzrə əldə edilmiş ittiham sübutları qanunsuz yollarla əldə edildiyindən, yaranma mənbəyi və mötəbərliyi barədə əsaslı şübhələr yarandığından və ittihamın əsasını da həmin sübutlar təşkil etdiyindən, hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə onun təqsirliliyini təsdiq edəcək kifayət qədər sübut mövcud olmadığından, beləliklə də, təqsirləndirilən şəxsin təqsiri mötəbər sübutlarla sübuta yetirilmədiyindən təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək, barəsində çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1 (099)-371/2023 saylı hökmünü qanunsuz və əsassız olduğundan ləğv edib barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini müdafiəçisinin apellyasiya şikayəti və birinci instansiya məhkəməsində ifadəsi ilə oxşar məzmunda əsaslandırmışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət- Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətləri və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışlarının dəlillərində məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə bəraət verilməli olmasına dair məsələninin mübahisələndirilməsini nəzərə alıb, Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunub-olunmamasına, sonunculara həmin maddələrlə bəraət verilməsi üçün əsasların olub-olmamasına, habelə birinci instansiya məhkəməsinin iş üzrə cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edib-etməməsinə və daha sonra isə ona təyin olunmuş cəza məsələsinə hüquqi qiymət verilməsini məqsədəuyğun sayır. Məhkəmə kollegiyası qismən məhkəmə istintaqı aparmaqla cinayət işinin materiallarını apellyasiya şikayətlərinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb, məhkum olunmuş şəxslər və şahid ifadələrini, ittiham və müdafiə tərəflərinin çıxışlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)-371/2023 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ümumi ittihamdan xaric olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmuş sübutlarla, yəni şahidlər Şahid3, Şahid2, Şahid1 ifadələri, Şahid1 tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-3108/2022 nömrəli qərarı, 23 dekabr 2022-ci il tarixli protokol, 26 dekabr 2022-ci il tarixli protokol, 26 dekabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokolu, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 25 iyul 2019-cu il tarixli, **********978700 nömrəli əmri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 fevral 2019-cu il tarixli, **********458500 nömrəli əmri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2022-ci il tarixli, **********779500 nömrəli əmri və digər sənədlərlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirli olmasının tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə onların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmalarına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətmələri ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, birinci instansiya məhkəməsinin hökmü işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutların məzmununu hazırkı qərarda təkrarlamağa zərurət görmür. Məhkəmə kollegiyası müdafiəçilərin apellyasiya şikayətlərində məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin hazırkı cinayət işi üzrə cinayət əməllərinin törətmələrinə dair mötəbər sübutların mövcud olmaması, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırma aparılmaması, iş materiallarında olan sübutların bir-biri ilə əlaqəli şəkildə araşdırılmaması, təqsirləndirilən şəxslərin təqsirsizliklərini təsdiq edən sübutlara düzgün hüquqi qiymət verilməməsinə dair dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər iş üzrə müəyyən olunmuş faktiki hallar, o cümlədən iş materiallarında olan və birinci instansiya məhkəməsində tədiqiq olunmuş digər sübutlarla təkzib olunan dəlillər olmaqla apellyasiya şikayətlərinin təmin olunaraq məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul oluna bilməz. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır. 2.1.1 və 2.1.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər və inzibati vəzifə tutan dövlət qulluqçuları korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 25 iyul 2019-cu il tarixli, **********978700 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs1 həmin Nazirliyin 8 saylı Ərazi Vergilər İdarəsinin direktoru, 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrinə əsasən həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir. Həmçinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 fevral 2019-cu il tarixli, **********458500 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs2 həmin Nazirliyin 8 saylı Ərazi Vergilər İdarəsinin X12 şöbəsinin rəhbəri, 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrinə əsasən həmin şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. Yuxarıda qeyd olunan qanunun normasi və 25 iyul 2019-cu il tarixli, **********978700 nömrəli 14 fevral 2019-cu il tarixli, **********458500 nömrəli əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər. İş materiallarında olan: Şahid1 tərəfindən Azərbaycan Respublikası Baş prokuroruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Təqsirləndirilən şəxs1 və həmin idarənin X12 şöbəsinin rəisi Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən 189.000 manat vergi borcunun silinməsi müqabilində ondan ilkin olaraq 35.000 manat pul istəsələr də, lakin sonradan razılaşaraq 15.000 manat pul tələb etmişlər. (cild 1, iş vərəqə 11) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(001)-3108/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində 6 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişlərinin aparılması, habelə yaşayış, xidməti iş otağında və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərdə, zəruri halda binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. (cild 1, iş vərəqə 18-20) 23 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş A19062879, A22534391, A03098231, A18673134, A15928807 seriya və nömrəli 5 ədəd 200 Azərbaycan manatı nominallı, C77153514, B09937846, A47447711, A45586274, C68811067, A24851909, D15604369, C90092053, A74999969, C85056830, A16161787, C52623386, A70591548, A38618600, A58672862, A69045198, C66567673, A36161363, C67651356, C64399636, A27077300, A36655304, A48034472, C30011073, A60294891, A57026704, C38479756, B05011552, A27634696, A64174161 seriya və nömrəli 30 ədəd 100 Azərbaycan manatı nominallı, B05400842, B34734864, B38409789, B31252241, B34880874, D12180097, B34715967, A72574952, B09975951, A85888162, A73740068, B18643091, B13704174, B13258241, B36801748, B14479681, A65126246, B35120219, B28661101, B08852083 seriya və nömrəli 20 ədəd 50 Azərbaycan manatı nominallı pul əskinaslarından ibarət cəmi 5.000 manat məbləğdə pul vəsaiti verilmiş və tələb olunan pulun Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması üçün Şahid1 əynindəki paltara «RX-50» markalı xüsusi texniki avadanlıq yerləşdirilmişdir. (cild 1, iş vərəqə 21-35) 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülmüş A84657746, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli 20 ədəd 100 Azərbaycan manatı nominallı pul əskinaslarından ibarət cəmi 2.000 manat məbləğdə pul vəsaiti verilmiş və Tələb olunan pulun Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 verilməsi zamanı danışıqların audio və video yazısının aparılması üçün Şahid1 əynindəki paltara «RX-50» markalı xüsusi texniki avadanlıq yerləşdirilmişdir. (cild 1, iş vərəqə 36-41). 26 dekabr 2022-ci il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xidməti otağına baxış keçirilərkən 1 ədəd 50 Azərbaycan manatı nominallı, 60 ədəd 100 Azərbaycan manatı nominallı, 1 ədəd 500 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 6.550 manat pul vəsaiti, yaşadığı mənzilə baxış keçirilərkən isə 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 166.900 manat və 118 ədəd 100 ABŞ dolları nominallı əskinaslardan ibarət olmaqla cəmi 11.800 ABŞ dolları pul vəsaiti müəyyən edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən götürülmüş 1.669 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslara baxış keçirilərkən 23 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 5.000 manat pul vəsaitində olan C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891 seriya və nömrəli 12 ədəd 100 Azərbaycan manatı nominallı əskinaslardan ibarət olmaqla cəmi 1.200 manat pul vəsaitinin olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 xidməti otağına baxış keçirilərkən otağın giriş qapısının yanındakı dolabda 26 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun maliyyə xidmətindən götürülərək Şahid1 təqdim edilmiş və sonuncu tərəfindən Təqsirləndirilən şəxs2 rüşvət qismində verilmiş 20 ədəd A84657746, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı əsginaslardan ibarət 2.000 manat məbləğdə pul vəsaiti müəyyən edilmişdir. (cild 1, iş vərəqə 42-77) 27 yanvar 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan, fotoşəkillərdən və Beyləqan Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 kirayə yaşadığı X7 məxsus Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində yerləşən 3 girişli binanın İ girişinin 3-cü mərtəbəsində yerləşən mənzilə baxış zamanı 1 ədəd silah, 65 ədəd patron, 2 ədəd patrondaş, 1 ədəd silah çexolu, 1 ədəd vəsiqə aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilməsindən ötrü müvafiq qaydada qablaşdırılaraq götürülmüş və Beyləqan Rayon Polis Şöbəsinə göndərilmişdir, habelə baxış zamanı aşkar edilmiş 3 ədəd üzük müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 2, iş vərəqə 118-131, 132) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 Beyləqan şəhəri Zərifə Əliyeva küçəsində yerləşən binadakı mənzildən aşkar edilmiş ona məxsus 3 ədəd üzük qohumu X1 təhvil verilmişdir. (cild 2, iş vərəqə 157) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən daxil olmuş 07 fevral 2023-cü il tarixli, **********575100 nömrəli məktubdan görünür ki, X12nın keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016cı il tarixli **********011400 nömrəli Qərarı ilə təsdiq edilmiş və X18 Reyestrinə daxil edilmiş “X17nın keçirilməsi Qaydaları” ilə tənzimlənir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarələrinin Əsasnaməsi”nin 6.4.1-ci bəndinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Dövlət Vergi Xidmətinin Aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsi ilə razılaşdırmaqla X12nı, habelə operativ vergi nəzarətini keçirmək Ərazi Vergilər İdarələrinin X12 şöbəsinin hüquqlarına aid edilmişdir. X12nın effektivliyinin artırılması, əhəmiyyətsiz yoxlamaların sayının azaldılması və auditin əhatə dairəsinin optimallaşması məqsədilə elektron sistemin baza məlumatlarından istifadə edilməklə yerli vergi orqanlarında müxtəlif istiqamətdə təhlil və araşdırmalar aparılır, müəyyən edilmiş kənarlaşmalar Dövlət Vergi Xidmətinin Aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsində mərkəzləşdirilmiş qaydada yenidən qiymətləndirilir və audit yoxlamaları iri həcmli vergidən yayınma riskləri olan vergi ödəyicilərinə hədəflənir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (VÖEN:**********) X17nın keçirilməsinə zərurətin olub-olmaması ilə bağlı bildirilir ki, cəmiyyətin dövriyyəsinin əksər hissəsi 2019- cu ilə aiddir və fəaliyyəti üzrə X17nın aparılması auditin əhatə dairəsinin optimallaşması baxımından zəruri olmasa da, yoxlama keçiriləcəyi təqdirdə bir sıra kənarlaşmaların aşkar olunacağı ehtimal olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, X17 əhatə oluna bilən dövrlər, həmçinin vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmə müddətləri Vergi Məcəlləsinin 36.3-cü, 56.1-ci və 85.4-cü maddələri ilə müəyyən edilir. Həmçinin bildiririk ki, xx.xx.2023-cü il tarixə Cəmiyyətin şəxsi hesab vərəqəsində 189.397,84 manat kameral yoxlanılmalı məbləğ mövcuddur ki, həmin məbləğin AVİS proqram təminatı vasitəsilə avtomatik olaraq təsdiq edilməməsinə səbəb olaraq vergi ödəyicisinin xx.xx.2019-cu il tarixdən riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi ilə bağlı olmuşdur. Riskli vergi ödəyicilərinə münasibətdə həmin kameral yoxlanılmalı məbləğlər yerli vergi orqanı tərəfindən araşdırma aparılmaqla fərdi qaydada təsdiq edilməsi imkanı mövcuddur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 25 iyul 2019-cu il tarixli, **********978700 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs1 həmin Nazirliyin 8 saylı Ərazi Vergilər İdarəsinin direktoru, 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrinə əsasən həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 fevral 2019-cu il tarixli, **********458500 nömrəli əmrinə əsasən Təqsirləndirilən şəxs2 həmin Nazirliyin 8 saylı Ərazi Vergilər İdarəsinin X12 şöbəsinin rəhbəri, 07 avqust 2019-cu il tarixli, **********017000 nömrəli əmrinə əsasən həmin Şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2022-ci il tarixli, **********779500 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Dövlət vergi orüqanlarında xidmət haqqında Əsasnamə”nin 41-ci maddəsinə əsasən 28 dekabr 2022-ci il tarixdən tutduqları vəzifədən müvəqqəti olaraq kənar edilmişlər. 22 oktyabr 2019-cu il tarixli, **********270700 nömrəli əmrlə təsdiq edilmiş Ərazi Vergilər İdarələrinin Əsasnaməsinə əsasən İdarənin rəisi İdarənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək, İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək, tabeliyində olan vəzifəli şəxslər tərəfindən əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət etmək, İdarənin rəis müavinləri arasında vəzifə bölgüsünü aparmaq və müvafiq fəaliyyət sahələrinin idarə olunmasını onlara həvalə etmək, daxili sənədləri, İdarənin adından göndərilən xaric olan sənədləri, habelə Vergilər nazirinin (Vergi Xidmətinin rəhbərinin) müvafiq əmrləri ilə imzalamaq səlahiyyəti verilmiş digər sənədləri imzalamaq, təsdiq etmək, müvafiq möhürdən istifadə etmək, Dövlət Vergi Xidmətinin normativ sənədlərində başqa qayda nəzərdə tutulmamışdırsa idarənin strukturlarının vəzifələrində birbaşa göstərilməyən, lakin idarənin fəaliyyət istiqamətlərindən irəli gələn vəzifələri strukturlardan hər hansı birinə və ya bir neçəsinə həvalə etmək, vergi ödəyicilərində öz səlahiyyətləri daxilində vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi, X17nın keçirilməsi müddətlərinin dayandırılması, inventarizasiyanın keçirilməsi, keçirilmiş vergi nəzarəti tədbirləri üzrə tərtib edilmiş materiallar əsasında vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxılması, hüquqi, fiziki və vəzifəli şəxslərə vergilərin, sığorta haqlarının hesablanması, maliyyə sanksiyaları və inzibati cərimələrin tətbiq edilməsi, yoxlamalarla bağlı digər məsələlər barədə qərar qəbul etmək, habelə fəaliyyət istiqamətlərinə uyğun digər qərarları qəbul etmək, öz səlahiyyətləri daxilində vergi ödəyiciləri ilə “Vergi partnyorluğu Sazişi” bağlamaq, İdarə üzrə Dövlət Vergi Xidmətinin Kollegiyasında müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təkliflərini Xidmətin rəhbərliyinə təqdim etmək, İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi məqsədilə Xidmətin bütün strukturlarından və digər qurumlardan zəruri məlumat və sənədləri əldə etmək, İdarədə icra intizamına əməl edilməsi vəziyyətini daim nəzarətdə saxlamaq, kargüzarlıq və arxiv işlərinin, habelə vətəndaşların qəbulunun qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsini təmin etmək, İdarəni təmsil etmək, vergi ödəyiciləri və vətəndaşlardan daxil olan müraciətlər üzrə hazırlanan cavab məktubları imzalamaq və digər səlahiyyətlərə, X12 şöbəsinin rəisi isə X12nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X12nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X12 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X12 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X12nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X12nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək, X12nın keyfiyyətlə aparılmasının təmin edilməsi məqsədilə mütərəqqi iş metodlarını öyrənmək və onların tətbiqini təmin etmək, Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidindən daxil olmuş kənarlaşma aşkar edilən riskli vergi ödəyiciləri barədə məlumatların təkrar emal edilməsi və təkrar emal nəticəsində riskli olması təsdiqini tapan vergi ödəyiciləri barədə X17 keçirilməsini təmin etmək, Xidmətin məlumat bazasında mövcud olan, həmçinin vergi orqanlarından, aidiyyəti dövlət orqanlarından və digər şəxslərdən daxil olmuş məlumatları təhlil etmək və təhlil nəticəsində müəyyən edilən vergidən yayınma ehtimalı olan riskli vergi ödəyicilərində Xidmətin vergi auditi sahəsi üzrə müvafiq struktur vahidi ilə razılaşdırılmaqla X12nın keçirilməsini təmin etmək, digər vergi orqanlarının səlahiyyətinə aid edilmiş vergi qanunvericiliyinin pozulması hallarının olması müəyyən edildiyi zaman həmin vergi orqanlarına məlumatın təqdim edilməsini təmin etmək, X17 zamanı vergi ödəyicisinin uçot məlumatlarından fərqli məlumatlar əldə olunarsa, bu halda Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinin tətbiqi məqsədləri üçün uçot strukturuna müvafiq məlumatın təqdim olunmasını təmin etmək, aparılan X12 zamanı operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini zəruri edən əsaslar olduqda, operativ vergi nəzarəti strukturu ilə əlaqəli şəkildə nəzarət işlərini həyata keçirmək, X12 aparılarkən zəruri hallarda əlaqəli vergi ödəyicilərində X12nın keçirilməsi, inventarizasiyanın aparılması barədə İdarənin rəhbərliyinə təkliflər vermək, həyata keçirilən X12nın nəticələrinin Vergi Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Vergilər Nazirliyinin müvafiq qərar və əmrləri ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsini və digər vergi orqanlarında uçotda olan vergi ödəyiciləri barəsində tərtib edilmiş sənədlərin aidiyyəti üzrə göndərilməsini (təqdim edilməsini) təmin etmək, əlavə dəyər vergisinin ödəyicisi kimi qeydiyyatdan keçməli olan, lakin keçməyən hüquqi və fiziki şəxslərin müəyyən edilməsi və onların vergidən yayınmasının qarşısının alınması tədbirlərini təşkil etmək və bu tədbirlər barədə İdarənin rəhbərliyinə təkliflər vermək və digər səlahiyyətlərə malikdir. (cild 2, iş vərəqə 165-198) 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin kompakt disk mirvari rəngli olmaqla üzərində “HP”, “DVD-R”, “4,7 GB/120min”, “16X” sözləri parlaq rənglə çap edilmişdir. Elektron məlumat daşıyıcısını kompüter dəstinin sistem blokuna daxil etdikdə “xx.xx.2022.mp4” və “xx.xx.2022.mp4” kimi adlandırılmış 02 ədəd “.mp4” formatlı video faylların olması müəyyən edilmişdir. Qeyd edilən fayllar xidməti kompüterin proqram təminatı vasitəsilə açıldıqda həmin fayllardakı görüntülərin Baş İdarənin Əməliyyat təminatı şöbəsi tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid1 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi idarəsinin X12 şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 rüşvət qismində tələb etdiyi pul vəsaitlərini verərkən xüsusi texniki vasitə ilə qeydə alındığı müəyyən edilmişdir. “xx.xx.2022.mp4” adlı video faylı 15 dəqiqə, 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 00.02.22-də Şahid1 Təqsirləndirilən şəxs2 xidməti otağına daxil olur. 00:02:49 – 00:03:23 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: O keçən dəfəkini saydınız? Mən saymamışdım. 5.000 manat yerində idi hamısı? Deyirəm birdən əskik çıxar, sonra mən biabır olaram. Şahid1 qeyd edilən sualları Təqsirləndirilən şəxs2 tərəfindən cavablandırılmır. 00:04:30 – 00:05:36 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Rəislə danışa bildiniz? O dedim e, ordan biraz qırsınlar. Biraz çətindir də vəziyyət. Qardaşım Moskvadan göndərdi 5.000. Təqsirləndirilən şəxs2 yenidən əlini ağzına tutur və susmaq işarəsi verərək Şahid1 sualına cavab vermir. Şahid1: İndi keçəçəm kəndə, 1-ci gün yenə qayıdacam. Ancaq bax elə ordan- burdan birtəhər şey eləyirik. İşləsəydik, yenə əlimizdə bir şey olardı, işləmirik. Mənim də firmam dayanıb 2019-dan, onuku da. Təqsirləndirilən şəxs2: Deyərəm. Şahid1: Yenə Allah köməyiniz olsun. Şərait yaradırsınız. Təqsirləndirilən şəxs2: Siz nə vaxt qayıdacaqsınız? Şahid1: Mən elə indi. Dedim görüşüm, gedim kəndə, 1-ci gün də qayıdacam bura. Burdan da gedəcəm Bakıya. Anam kənddədir də, təkdir. Gedib baş çəkirik. 00:09:51-də Təqsirləndirilən şəxs2 telefonla Təqsirləndirilən şəxs1 zəng edərək “Rəis bu yoxlamalarla bağlı vaxtın var?” deyir və müsbət cavab aldıqdan sonra Şahid1 rəisin yanına gedəcəyini, onu gözləməsini bildirir və sonuncu Təqsirləndirilən şəxs2 otağını tərk edərək dəhlizə çıxır. 00:11:02-də Təqsirləndirilən şəxs2 dəhlizin əks tərəfindən gəlir və Şahid1 onun arxasınca gedərək xidməti iş otağına daxil olur. 00:11:33 – 00:13:18 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: İlin axırıdır, işi zadı çoxdur.Nə işin olacaq, nətər olacaq, nə vaxt nə işin olsa zəng eləyərsən nə lazımdı. (səs kəsilir.) O birisi o dediyin şeyi də, onuda dedim ki, bəs belə-belə. Bəs xahiş eləyir. Ona görə get, birinci gün gələrsən. Şahid1: Birinci gün?! İnşallah kəndə gedim, onda bunu götürün. Daha gəlmişəm də, əli boş getməyim. Daha bir də gedib gəlməyim. Bir dəqiqə də, daha uje gəlmişəm. (Xidməti iş otağında olduğu üçün Təqsirləndirilən şəxs2 ehtiyat edərək baş və əl hərəkətləri ilə etiraz edir və Şahid1 mane olmağa çalışdığını göstərir, 00:12:07-də Şahid1 sonuncunun masasının sol üst siyirtməsini açaraq əlindəki pul vəsaitini oraya qoyur Təqsirləndirilən şəxs2 ayağa qalxaraq masanın kənarına keçir), Nəyə şey eləyim, bir də dala qabağa. Burda dörddür, burda da birdir (Şahid1 pul qabısından əlavə pul götürür, Təqsirləndirilən şəxs2 “əşi yox” desə də, sağ əli ilə yenidən həmin çəkməcəyə işarə edir. 00:12:18- də Şahid1 200 Azərbaycan manatı nominallı pul əskinaslarını həmin çəkməcəyə qoyur. Daha sonra Təqsirləndirilən şəxs2 xidməti otağından dəhlizə çıxır və dərhal geri qayıdır. ) Şahid1: Oldu Əjdər müəllim, görüşərik Allah qoysa. Salamat qalın. Narahat olmayın məndən. Təqsirləndirilən şəxs2 kameranın olmasına işarə edir. Şahid1: Kameranız var? Təqsirləndirilən şəxs2 mimikaları ilə müsbət cavab verir. Şahid1: Mən heçnə görmədim, heç nə də bilmədim. Getdim. Birinci gün görüşərik Allah qoysa. Təqsirləndirilən şəxs2: Birinci gün? Qayıdacaqsan? Şahid1: Hə də. Gedirəm kəndə, birinci gün də gəlim yekunlaşdırım, çıxım, gedim. Daha neynəyim. Sonra da zəngləşərik ki, şey eləyək. Təqsirləndirilən şəxs2: Sən şey elə. Birinci gün gələrsən. Şahid1: Hə özü ilə də görüşərəm imkan olsa. Mən getdim. Narahat olma. 00:13:19-da Təqsirləndirilən şəxs2, ardınca isə Şahid1 otağı tərk edərək həmin İdarənin inzibati binasından çıxırlar. Binanın həyətində Şahid1 Təqsirləndirilən şəxs2lə söhbət edir. 00:14:22 – 00:15:19 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Baxıram ağsaqqal adamsan. Amma bu belə olmaz axı. Hər yan orda (səs kəsilir) Şahid1: Düşünmürəm orda nəisə sizdə kamera zad ola bilər. Təqsirləndirilən şəxs2: Hər şey var. Şahid1: Narahat olmayın. Təqsirləndirilən şəxs2: Narahat deyiləm e. Mənim Füzuli camaatına hörmətim var. Şahid1: Bilirəm, bilirəm. Oldu Əjdər müəllim. Keçim zapravkanın yanına. Maşın tutum gedim. Təqsirləndirilən şəxs2: Bu işlər qurtardı təmiz? Şahid1: Hansı? Təqsirləndirilən şəxs2 əli ilə pul mənası verən jest edir. Təqsirləndirilən şəxs2: Sənədlərin təmiz qurtardı? Şahid1: Yox. Keçən dəfə 5 idi indi də 5-di. 2 qaldı da, ikini də gətirim. 12 ilə razılaşdı, yoxsa yox? Təqsirləndirilən şəxs2 başı ilə razılıq mənası verən jest edir. Şahid1: İkisini də gətirim birinci gün qurtaraq da. Siz onları (həmin gün verdiyi pul vəsaitini) təslim edin ona, gerisi də məndədir. Oldu sağ salamat. Sağolun. “xx.xx.2022.mp4” adlı video faylı 15 dəqiqə, 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 00:03:19-da Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağına daxil olur. Həmin vaxt Təqsirləndirilən şəxs2 telefon vasitəsilə kiminləsə danışır. 00:08:32 - 00:09:34 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Bütün yük sizin üstünüzdə. Mən də qaranlığa qaldım. Deyirəm mən də qaranlığa qaldım. Mən onda getmək istəyirəm. Təqsirləndirilən şəxs2: Yaxşı yol. Şahid1 pul vəsaitlərini götürmək üçün əlini gödəkçəsinin içəri cibinə saldıqda Təqsirləndirilən şəxs2 (00:09:04-00:09:06) əli ilə otağın giriş qapısı tərəfi (oradakı dolabı) işarə edir. 00:09:16-00:09:22 dəqiqələrdə Şahid1 pul qabından pul vəsaitlərini çıxararaq Təqsirləndirilən şəxs2 işarə etdiyi dolaba tərəf əyilir və “Aşağı qoyum?” sualını verdikdən sonra həmin vəsaiti qeyd edilən dolabın aşağı rəfinə atır. Daha sonra ayağa qalxır və üzü Təqsirləndirilən şəxs2 tərəf duraraq pul qabısını gödəkçəsinin içəri cibinə qoyub yenidən oturacağa əyləşir. Şahid1: Daha bizə Səyyar yoxlama olmayacaq da? Nətər eləyək rəisdən xahiş eləyək ilin axırına kimi çözsün. Danışsın da yuxarı ilə. (cild 3, iş vərəqə 167-170) İş materiallarında olan Şahid1 ilkin yoxlama zamanı verdiyi 21 dekabr 2022-ci il tarixli izahatına əlavə etdiyi 01 ədəd kompakt disk tipli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 25 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin kompakt diskin üzlüyü ağ rəngli olmaqla üzərində heç bir yazı qeyd edilməmişdir. Elektron məlumat daşıyıcısını kompüter dəstinin sistem blokuna daxil etdikdə “xx.xx.2022.mp4” və “xx.xx.2022.mp4” kimi adlandırılmış 02 ədəd “.mp4” formatlı video faylların olması müəyyən edilmişdir. Qeyd edilən fayllar xidməti kompüterin proqram təminatı vasitəsilə açıldıqda həmin fayllardakı görüntülərin Şahid1 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergi idarəsinin X12 şöbəsinin rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə görüşləri zamanı qeydə alındığı müəyyən edilmişdir. “xx.xx.2022.mp4” adlı fayldakı videogörüntünün alt sol tərəfində xx.xx.2022-ci il tarixi qeyd edilsə də, iş materialları ilə həmin görüntülərin 19 dekabr 2022-ci il tarixdə, “xx.xx.2022.mp4” adlı fayldakı videogörüntünün alt sol tərəfində xx.xx.2022-ci il tarixi qeyd edilsə də, iş materialları ilə həmin görüntülərin 20 dekabr 2022-ci il tarixdə qeydə alınması təsdiq edilmişdir. “xx.xx.2022.mp4” adlı video faylı 22 dəqiqə, 21 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 0:00:50-0:02:24 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: İşləri var, hələ gəlməyib, deyib gələcəm. Şahid1: Rayondadır da, burdadır elə? Təqsirləndirilən şəxs2: Hə. Harda olsa gələcək. Şahid1: Dünən qayıtdınız siz də? Təqsirləndirilən şəxs2: Hə. Dünən axşam üstü olardı. Şahid1: Bizim o vəsait təxminən nə vaxt silinəcək. Təqsirləndirilən şəxs2: Bu belədir də, elə bil ki, ona kameral qaydada münasibət bildirəndə, o silinir, ancaq komeral qaydada münasibət bildirməyəndə 40 gün müddəti var. Şahid1: Hə, 40 gündən sonra silinir?! Təqsirləndirilən şəxs2: Hə, hansıki o bəyənnamə verirsiniz, o bəyənnamə verilən gündən 40 gün tamam olanda avtomatik silinir. Şahid1: Hə, birbaşa Nazirliklikdir də, sizlik deyil o? Təqsirləndirilən şəxs2: Yox, bizlik deyəndə, biz elə bil ki, kameralı burdan təsdiq edəndə, orda göstərilən məbləği təsdiq edəndə, o avtomatik oturur şeyə, şəxsi vərəqənin yuxarısında 3.310 manat artıq ödəmə var hey, onun yerinə elə bil göstərilir obirisi, aşağıda göstərilən. Təsdiq etməyəndə uje o qalır aşağıda, elə bil ki, 40 gündən sonra silinir. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: Birdə sizin elə bil ki, hansı ki, gömrükdən gələndə statistik dəyər qoyulur e ona, yəni ki, bundan aşağı sata bilməzsən, 2.905.000-dir nədir, əməliyyatınız. X22 Komitəsində olan vəziyyət, iş prosesi barədə ümumi söhbətlər aparılır. 00:03:20-00:07:50 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: İndi, sizin, o elə bil ki, bu məbləğ də, bir dəqiqə. Sizin paştı gömrüklə dəyəri 1.902.076 manatdır. Şahid1: Bəli. Təqsirləndirilən şəxs2: Yəni, bunlar qoyduğu o statistik dəyər. Statistik dəyər siz göstərmişdiniz 1.897.000, biz onu dəqiqləşmə verəndə 1.902.000-i düzəltdik ki, statistik dəyərlə sizdə baxanda görməsin ki, statistik dəyərdən aşağı satıb. Görsün bərabərdir. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: Elə bil, hər şeyi tarazlayır. Bununla da ondan aşağı elə bil yeri yoxdur ki, ona təzədən komeral vurula. Kartofun dəyəri də, alanda kartofun dəyəri 1 manat 97 qəpiyə çıxır, o statistik dəyər qoyulanda. Siz də satıbsınız obşiy belə götürəndə gəlir o bazar qiymətinə uyğun çıxır da. Bazar indi, 1 manat 97 qəpiyə bazarda yoxdu axı kartof. Bazarda 1 manata var, 1,20-ə var, pataloku 1,30-a var. Amma iki manata Şahid1: Bəli, o yazılan qiymət yoxdur. Təqsirləndirilən şəxs2: Düzdür. Sizin o müəyyən satışlarınız da var, o 40 qəpiyə satışlarınız. Şahid1: Bəli Təqsirləndirilən şəxs2: Dedi ki, onları da, ümumilikdə, dedi onları bağlıyarsınız, bəyannamə verəndə....Oldu, başa düşdüm.. Təqsirləndirilən şəxs2: Əsas odur ki, 32.000 sizin artıq hesablamanız var idi ki, hansı ki, tələb olunurdu ki, buna da yoxlama açılsın, səyyar yoxlama ilə elə bil ki, onlar bərpa olunsun, hesablamalar aparılsın. Şahid1: Bəli. Təqsirləndirilən şəxs2: Biz də dedik ki, bu 32.000-i bəyannamə ilə düzəldək. Yəni bunda yoxlama açmağa ehtimal başqa bir şey görmürük. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: Yoxlama açmayaq, 32.000 artıq ödəməni bərpa eləyək mənfəət vergisinə Şahid1: Ondan sonra biz məhkəməyə müraciət eləyə bilərik o Şirvan məhkəməsi ki, qərar çıxardı e buna ki, yüz altmış neçə min borcun var deyə Təqsirləndirilən şəxs2: Yox. İndi sizdə dediyim kimi də, hansı ki sizə kameral vurulub da yüz neçə min o görükür 2019-da elə bil ki, bu komerallar var. İndi hansı ki, o sonuncu bəyənnamə, indiki komeral vuruldu, hansı ki, 26.000, 4.000-də birinə vurulub. O vuruldu, indi siz dəqiqləşdirilmiş verdiniz o bəyannamənin üstündən onu da qəbul elədilər, onu götürdünüz. İndi şəxsi vərəqədə uje o komeralınız, şəxsi vərəqənin içində azalma kimi yox, ayaqda görükür ki, ayaq hissəsində görükür ki, buna hardasa komeral vurulubmuş Şahid1: Başa düşdüm Təqsirləndirilən şəxs2: O məbləğ ordadır. Sizin sonuncu bəyannamənizə, yəni Fizuli rayon vergilər şöbəsi münasibət bildirib amma komeral qaydada münasibət bildirməyib. Şahid1: Başa düşdüm. Təqsirləndirilən şəxs2: O da, elə bil ki, o əvvəlki komeralınız olduğuna görə. Sizin indi, bular əgər komeral münasibət bildirsə, təsdiq eləsələr, o avtomatik silinər. İndi onu da onlar təsdiq eləməyə biraz, tutaq ki, ehtiyat eləyirlər, ona görə uzağı 40 gün o komeralın müddəti var da Şahid1: Bildim. Başa düşdüm Təqsirləndirilən şəxs2: O bəyannamənin müddəti var. 40 gün müddətində o komeral təsdiq olunmasa, o avtomatik oradan silinəcək. Sizin sonuncu bəyannaməniz təsdiqini tapır. Şahid1: Bildim. Təqsirləndirilən şəxs2: Məcburən iş eləmək olmur Elçin müəllim. Hamısı gərək etap-etap gedə. Şahid1: Bilirəm. Hə, düz deyirsiniz. Biribirini bağlasın gərək. Təqsirləndirilən şəxs2: Hə. Bir-birini bağlamalıdır. Yəni indi o, yoxlama hissəsini 32.000 artıq ödəməsi var da, icazə verin biz bunu çağıraq danışıq eləyək bunu bağlayaq. Bəyannaməsinə düzəliş etsin, yoxlama açmayaq. Yoxlama açanda görünür ki, burda nəsə olacaqdır. Onu da keçirmirik. Əgər mümkünsə belə eləyək. Onlar da razılaşdı ki, yaxşı. Ondan sonra biz sizi dəvət elədik ki, bu şeyi bağlayaq. Daha sonra binanın yenidən təmir edilməsi, üzlüyünün dəyişdirilməsi, hava şəraiti barədə ümumi söhbətlər aparılmış, Təqsirləndirilən şəxs2 telefon vasitəsilə iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər etmişdir. 00:10:40-00:11:35 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Siz Zaur müəllimlə görüşmək istəyirsiniz? Şahid1: Hə. Dedim görüşüm yolüstü, çünki 15-nə söz verdim. Sizə zəng elədim də, ayın 15-i də ki, bəs belə-belə. Deməsində ki, mənə söz verdi, gəlmədi. Dedim bir özünü görüm yolüstü. O dediyi sənədlərin bir qismini götürmüşəm, üstümdə var. Yenə bir bir həftə, 10 gün xahiş eləyim, vaxt alım. Gözləyirəm mən də bir yerlərdən. Biraz çətin dönəmdən keçirik. İşlər elə də getmir yaxşı. Yenə sağ olsun kömək eləyir. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs1la Laçın rayonu barədə söhbət etdiyini, sonuncunun oraları tanımadığını bildirir ki, bu xüsusatlar da, onun Təqsirləndirilən şəxs1la görüşüb söhbət etməsini bir daha təsdiq edir. Sonra isə Təqsirləndirilən şəxs2 işin çətinliyindən, yeni təyin edilən əməkdaşların təcrübəsizliyindən danışır. 00:17:30 Şahid1 Təqsirləndirilən şəxs2 xidməti otağını tərk edir və 00:20:10-da geri qayıdır. 00:20:13-00:21:50 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Rəisin biraz işi var. İşlə əlaqədar olmayacaqdır. Mən dedim ki, o kartofla bağlı o sənədlərin elə bil ki, yarımçıqdır, yarımçıq, bir qismi. Dedi mən olmayacam bu gün, nəyi gətirib, nəyi qalıbdı şey eləsin. Şahid1: Səhər olacaq işdə? Təqsirləndirilən şəxs2: Sabah birdən olmaz da. Şahid1: Niyə? Mənim kənddən alacağım var. Onda qayıdım kəndə, tamamlayım, səhər burdan işimi bütövlüyüm, çıxım gedim. Olar helə? Təqsirləndirilən şəxs2: Olar. Şahid1: Soruşun görün səhər burdadırsa, mən heç Bakıya getməyim. Gedim işimi tamamlayım gəlim. Biraz kip satmışam, alacağım var. Yonca kipi. Səhər də gedim onu, buğun gedim şey eləyim, səhər götürüm gəlim. Sənədlərimi tamamlayım gəlim. Olar helə? Onda səhər neçədə gəlim mən? Təqsirləndirilən şəxs2: Günorta, elə obeddən sonra Şahid1: Saat 3-də hardasa. Yaxşı Təqsirləndirilən şəxs2: Sənin elə ondan sonra Bakıya getməyin yolu... “xx.xx.2022.mp4” adlı video faylı 10 dəqiqə, 47 saniyə davam edir. Həmin videogörüntülərə baxış zamanı aşağıdakılar müəyyə edilmişdir: 00:00:30-00:00:53 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Deyəsən burdadır. Təqsirləndirilən şəxs2: Hə, burda idi, Biraz işləri çoxdur. Telefonla bağlantısı zadı var. Çay için aşağıda, bir çay için, boşalar. Şahid1: Yaxşı. 00:01:00-da Şahid1 Təqsirləndirilən şəxs2 xidməti iş otağını tərk edərək həmin İdarənin yeməkxanasına gedir. 00:01:05-də Təqsirləndirilən şəxs2 yeməkxanaya gəlir. 00:01:23 – 00:02:28 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Başqa bir işin var? ..... səs kəsilir Şahid1: Gələcək üçün. Təqsirləndirilən şəxs2: Gələcək üçün narahat olma, nə vaxt nə işin olsa gələrsən. Şahid1: Onda nətər eləyək? Təqsirləndirilən şəxs2: Gələcək üçün nə işin olacaq problem yoxdur. Heç bir problem yoxdur. Nə vaxt nə işin olacaqdı. Şahid1: Sizə saxlıyım? ..... səs kəsilir. Təqsirləndirilən şəxs2: Maşınlasız siz? Maşınınız var? Şahid1: Yox. Taksi ilə gedəcəm. Təqsirləndirilən şəxs2: Şəhərə gedəcəksiniz? Mən də gedəcəm. Çəkilişin 00:02:28 dəqiqəsində Təqsirləndirilən şəxs2 əli ilə pul mənalı jest edir. 00:02:42-də Təqsirləndirilən şəxs2 gələcəyini deyərək yeməkxananı tərk edir. 00:03:05 - 00:03:25 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Taksi yəqin Bakı taksilərinə də? Şahid1: Hə. Təqsirləndirilən şəxs2: Yaxşı gəl otur maşına yaxınlaşdıraram. Şahid1: Yaxşı. Daha sonra Şahid1 Təqsirləndirilən şəxs2 ardınca gedir, 00:03:35-də binanı tərk edirlər, 00:05:02-də **-FJ-*** dövlət nömrə nişanlı “Hundai Santafe” markalı avtomobilinə əyləşirlər. Təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirdikdən sonra Şahid1 bazarın yanına getdiyini bildirir. 00:07:30 – 00:08:28 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Təqsirləndirilən şəxs2: Burda kənddə də yaşayanlarınız var? Şahid1: Anam şeydədi də, kənddədir, Horadizdən biraz o tərəfə, Cocuqmərcanlının yanında. Axşam getdim kəndə, səhər də o 2000-İ götürdüm, 5.000 elədim. Dünən 3.000-lə gəlmişdim, səhər də 2.000 götürdüm. 5-ci günə söz veriblər, hamısını verməyə, 5-ci gün götürərəm lap gəlib tamamlayaram bitər gedər də. Deməsin də, söz verdi, aldatdı, gəlmədi. De burda. Burda saxlayın, burden şey eləyəcəm. Bəlkə bir daldeyə sürəsiz, verim sizə, gedim də mən. Daldey yerə sürün. Şahid1 Təqsirləndirilən şəxs2 avtomobilini “daldey” yəni, gözdən kənar yerə sürməsini bildirdikdən sonra sonuncu sükanı sağ tərəfə döndərərək arxa küçələrdən birinə tərəf gedir. Həmin ərazidəki tikililərin üzərində olan reklam xarakterli yazılardan oranın ticarət obyektlərinin çox olduğu ərazi, bazar olması müəyyən edilir. 00:09:26-da Təqsirləndirilən şəxs2 avtomobili dayandırır. 00:09:30-da Şahid1 “Əjdər müəllim, hə başa düşdüm. Hara qoyum?” dedikdən sonar Təqsirləndirilən şəxs2 işarəsinə əsasən 00:09:41-də pul vəsaitini avtomobilin “qolaltı” adlanan saxlanc yerinə qoyur və 00:09:44-də Təqsirləndirilən şəxs2 avtomobili hərəkətə gətirir. 00:09:50 – 00:10:30 dəqiqələri əhatə edən dövrdəki danışıqlar: Şahid1: Onunla danışın görün bir imkan varsa bir 12 ilə bağlaya bilərik topa. 5-i indi verdim, bir 7-də gətirim heç olmasa. Bilmirəm e mən, tamamlaya biləcəm ya yox. Bilmirəm. Biraz çətinliyim var. Yenə sağolsun. 35-dən düşdünüz 15-ə. Amma yenə baxıram ki, toplaya bilmirəm. (cild 3, iş vərəqə 171-177) İş materiallarında olan Bakı şəhəri Nizami RİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 barədə 1 saylı Sahə İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmayıb, Təqsirləndirilən şəxs1 hazırda həmin ünvanda yaşamır. (cild 3, iş vərəqə 206, 207) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 6 fevral 2023-cü il tarixli, 5/104 nömrəli sənədlərin texniki ekspertizasının rəyindən görünür ki, 32 ədəd C77153514, A24851909, A16161787, A69045198, A57026704, B09937846, D15604369, C52623386, C66567673, A58672862, C64399636, A60294891, A84657756, A09735473, C83503041, A98554720, C60742690, D17747346, C89533500, C16658261, A87851479, C60838345, C32325035, A75158850, A15948158, A64691995, C15274659, C40015382, C93780264, A07684332, C61547289, C89533498 seriya və nömrəli 100 (yüz) Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdırlar və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər. Təqdim edilmiş 01 ədəd C74856848 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasına oxşar obyekt elektrofotoqrafik çap qurğusunda hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil etmir. Təqdim edilmiş pul əskinaslarının üzərində ultrabənövşəyi işıqda görünən yazıların olub-olmamasını müəyyən etmək məqsədilə həmin pul əskinasları “Spektroline BİB- 150 PX/F” ultrabənövşəyi işıqlandırıcı lampa vasitəsilə tədqiq olunduqda A84657746, A09735473, C60742690, D17747346, A87851479, C60838345, A15948158, A64691995, C93780264, C89533498 seriya və nömrəli 100 Azərbaycan manatı nominallı əsginaslarının üzərində ultrabənövşəyi işıqda görünən “Rüşvət 2022” yazıları müəyyən edilmişdir. Aparılmış tətqiqatın dəyəri 62 manatdır. (cild 3, iş vərəqə 212-217) Birinci instansiya məhkəməsi zamanı Şahid1 ifadəsində bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında Əjdər müəllim ona zəng vurub qardaşına məxsus firmanın artıq ödəməsini əvəzləşdirmək üçün idarəyə yaxınlaşmasını bildirmişdir. O, da bundan sonra Beyləqana gedib, Əjdər müəllimə yaxınlaşmışdır. Həmin vaxt Əjdər müəllim ona riskli vergi ödəyicisi ilə qarşılıqlı maliyyə əməliyyatı apardığı üçün depozit hesabında olan təxminən 32.000 (otuz iki min) manat vəsaitin silinməsinə razılıq verməsini, daha sonra yaranmış 189.000 (yüz səksən doqquz min) manatlıq vergi borcunu əvəzləşdirmə yolu ilə siləcəyini izah etmiş, idarə rəisi Zaur müəllimin bununla bağlı 35000 manat istədiyini bildirmişdir. Əjdər müəllimə hazırda bunu vermək üçün imkanının olmadığını, nə özünün, nə də ki, qardaşının işləmədiyini bildirmişdir. Əjdər müəllim isə gedib rəislə danışacağını demiş, daha sonra gedib Zaur müəllimlə görüşüb gəlib demişdir ki, 15000 manat gətir həll edəcəyik. Elə bundan sonra birlikdə rəisin qəbuluna keçmişlər, qəbulda rəis demişdir ki, pulu nə zaman gətirərsən, o isə rəisə bir aya toplaya biləcəyini demişdir. 19 dekabr 2022- ci ildə yenidən Beyləqana getmişdir. Orda 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında onun qəbulunda olmuşdur. Sonuncuya rəislə görüşmək istədiyini bildirmiş, Əjdər isə Zaur müəllimin başının qarışıq olduğunu, sabah yenidən ora gəlməsini demişdir. 20 dekabr 2022-ci il tarixdə yenidən həmin İdarəyə getdikdə, bu zaman Əjdər yenə Zaur müəllimin başının qarışıq olduğunu, onu qəbul edə bilməyəcəyini, aşağıda gözləməyini demişdir. Daha sonra Əjdərlə birlikdə onun avtomobilinə əyləşmişlər, Əjdər avtomobili idarə edib onu Beyləqan bazarının yaxınlığına aparıb bazarın arxasında avtomobili saxlayıb, heç nə deməyərək əliylə avtomobilinin qoltuqaltı yerini göstərmiş, o, Əjdərin pulu həmin yerə qoymasını istədiyini başa düşərək gətirdiyi pulu gödəkçəsinin cibindən çıxarıb Əjdərin göstərdiyi yerə qoyan zaman burada 5000 (beş min) manatın olduğunu, qalanını da sonra gətirəcəyini, yonca kipinin olduğunu, gedib onu satacağını demiş, sonuncu danışmamasını bildirmək üçün əlini öz ağzına tutmuşdur. Həmin vaxt baş verənlərin video görüntülərini çəkmişdir. Daha sonra Bakıya qayıtmışdır. Bundan sonra həmin şəxslərin qanunsuz hərəkətlərindən şikayət etmək qərarına gəlib baş verənlər barədə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş və müraciəti üzrə əməliyyat tədbiri keçirilmişdir. 23 dekabr 2022-ci il tarixdə ona Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 5000 (beş min) manat vəsait verilmiş və üzərinə xüsusi texniki vasitə qol saatı və eynək quraşdırılmışdır. O, elə həmin tarixdə Beyləqan rayonuna gedib, 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında onun qəbulunda olmuşdur. Sonuncuya Zaur müəllimin qəbuluna girmək istədiyini bildirdikdə Əjdər yenə Zaur müəllimin başının qarışıq olduğunu, onu qəbul edə bilməyəcəyini demişdir. Bu zaman o, cibində olan 5000 (beş min) manatı çıxardıqda Əjdər, əliylə çəkməcəsini göstərmiş, o, çəkməcəni əli ilə açıb pulu oraya buraxmışdır. Daha sonra Əjdər, onunla birlikdə otaqdan çıxaraq idarənin həyətinə düşmüşdür. Bu zaman Əjdərə danışığa əsasən 5000 (beş min) əvvəlcə verdiyini, bu gün isə daha 5000 (beş min) verdiyini, maddi çətinliyi olduğunu, bir-üç günə daha 2000 (iki min) də düzəldib verəcəyini bildirərək, işini bu məbləğlə həll etmələrini xahiş etmişdir. Bu zaman Əjdər gedib Zaur müəllimlə görüşüb gəlmiş, demişdir ki, olar. Növbəti dəfə ona 26 dekabr 2022-ci il tarixdə Baş İdarənin əməkdaşları tərəfindən 2000 (iki min) manat vəsait verilmiş və üzərinə kamera quraşdırılmışdır. Elə həmin tarixdə Beyləqan rayonuna gedib, 8 saylı Ərazi Vergilər İdarəsinə yaxınlaşıb Əjdərin xidməti otağında sonuncunun qəbulunda olmuşdur. Yenə Zaur müəllimlə görüşmək istədiyini bildirmiş, lakin görüşə bilməmişdir. Əjdər yenə ona əli ilə giriş qapısının sol tərəfində olan çəkməni göstərdikdə, o, həmin çəkməcə tərəfə yaxınlaşıb üzərində olan 2000 (iki min) manat vəsaiti ora buraxmışdır. Bundan sonra idarədən çıxıb əməkdaşlara məlumat vermiş, gerisini isə onlar həll etmişdir. Füzuli rayon Vergilər Şöbəsində işləyən Əlövsət müəllimlə aralarında dəfələrlə telefon danışığı olmuş, ondan məsləhətlər almış, Əlövsət müəllim ona Əjdər müəllimin yanına getməyi məsləhət vermişdir. Ümumilikdə 12000 manat rüşvət verməsi barədə sübutu video-çəkilişlərdir. Əjdərlə 189.000 (yüz səksən doqquz min) manatlıq vergi borcunu əvəzləşdirmə yolu ilə siləcəyi ilə bağlı əvvəlcə 15000 manat vermək barədə aralarında razılıq olsa da, sonradan 12000 manata razılaşmışlar. Zaur müəllimlə onun xidməti otağında görüşləri zamanı demişdir ki, 15000 manatı nə vaxt gətirərsən, demişdir ki, bir aya gətirə bilər. O da Əjdər müəllimə demişdir ki, “Əjdər bu adama inanaq”. Çəkilişləri eynəklə etmişdir, həmin eynək özünə məxsus olmuş, onu özü ilə Moskvadan gətirmişdir, içindəki materiallarla birlikdə isə 26 dekbar 2022-ci ildə korrupsiyaya təqdim etmişdir. Apellyasiya məhkəməsi zamanı şahid qismində dindirilmiş Şahid1 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi zamanı Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, vergi orqanlarında əmək fəaliyyətinə 2008-ci ildən başlayıb, 2019-cu ilin yeddinci ayından isə 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində işləmişdir. Vətəndaş Şahid1 tərəfindən verilən ifadəyə əsasən 2022-ci il noyabr ayının ortalarında sonuncu həqiqətən də xidməti otağında sahibkarın qardaşı kimi Təqsirləndirilən şəxs2lə birlikdə onun qəbulunda olmuşdur. Qəbul zamanı tərəfindən "xxxx" MMC adlı müəssisənin 32.000 manat artıq ödəməsinin bağlanması üçün bazar qiymətinə əsasən özü tərəfindən dəqiqləşdirilmiş bəyənnamə verilməsini, könüllü olaraq müəssisənin qarşılıqlı əlaqə sənədlərinin X17 Şöbəsinə təqdim edilməsi bildirmişdir. Bundan sonra Şahid1 tərəfindən dəqiqləşdirilmiş hesabat verilmişdir. Qəbul təxminən beş dəqiqə çəkmiş, qəbul zamanı Şahid1 onunla ortaq tanışlarının olması barədə demiş, lakin özü heç kimi tanımadığını bildirmişdir. Şahid1 həmin vaxt birinci dəfə görürmüş, lakin müəsisənin rəhbərinin qardaşı olması barədə məlumatı olmuşdur. Şahid1la həmin vaxt profilaktik söhbətlər etmiş, sonuncu könüllü surətdə dəqiqləşdirilmiş bəyannamə verəcəyini bildirmiş, özü isə Şahid1 belə olduğu təqdirdə X17 açılmasına zərurətin aradan qalxacağını, təqdim etmədiyi halda isə yoxlamanın açıla biləcəyini bildirmişdir. Bununla da həmin qəbulda danışıqları bitmişdir. Bundan sonra isə Şahid1 heç vaxt qəbulunda olmayıb, buna zərurət də olmamışdır. Sonradan Şahid1 rüşvət alınması ilə bağlı digər məlumatlar ona xx.xx.2022-ci ildə məlum olmuşdur. Belə ki, xx.xx.2022-ci ildə prokurorluq əməkdaşları onun xidməti otağına daxil olmuşdular. Özləri təqdim etdikdən sonra xidməti otağında axtarışa başlamışlar. Nəticədə otağından mobil telefonunu götürmüşlər, otağında seyfinin olub-olmamasını dəqiqləşdirmişlər, Şahid1 pul istəməsini, Təqsirləndirilən şəxs2 vasitəsilə pul verildiyini bildirmişlər. Özü isə onlara belə bir hadisənin olmadığını demişdir. Sonradan isə üzərində axtarış etmişlər, üzərində olan 5000 manatı və 1000 manatı, ümumilikdə 6000 manat vəsaiti təqdim etmişdir. Həmin vəsaiti yoxlamışlar və başqa harada pul vəsaitinin olduğunu soruşmuşlar. O da könüllü olaraq bildirmiş ki, kirayə yaşadığı evdə pul vəsaiti var, lakin avtomobilində heç bir vəsait yoxdur. Bundan sonra prokuror gəlmiş, videoçəkiliş edilmişdir. Daha sonra həmin əməkdaşlarla birlikdə prokuror olmadan kirayə yaşadığı evə getmişlər. Evə əməliyytaçılarla birlikdə daxil olmuşlar. Onlar evin axtarışına başlamışdılar və evdə olan seyfin açılmasını istəmişlər. Seyfi açdıqdan sonra seyfdən bir-iki sənədini, ov silahını və seyfin yuxarı gözündə olan pul vəsaitlərini təqdim etmişdir. Həmin pul vəsaitlərini götürüb yandakı yatağın üstünə qoymuşlar. Ümulikdə 167000 manat və 11 800 ABŞ dolları pul olmuşdur. Orda özü banderolları açmış, əməkdaşlardan biri demişdir ki, axırıncı paçkanı yoxlayın orada olacaq və onu yoxladılar. Sonra isə ondan pulları yerinə qoymağı xahiş etmişlər. O da həmin pul vəsaitlərini xautik formada seyfin orta rəfinə yığmışdır. Daha sonra seyfi bağlayıb açarlarını isə əməkdaşlara vermişdir. Bundan sonra əməkdaşlar onunla çay içmək istədiklərini bildirmişlər, o mətbəxə keçib çay hazırlamış, həmin vaxt əməkdaşlardan o biri otaqda da qalmışdı. Sonra seyf olan otaqdan əməkdaşlar iki ədəd şirniyyat qutusu gətirmişlər. Onlar təxminən 35-40 dəqiqə mətbəxdə olub, çay içmişlər. Bundan sonra prokuror gəlmişdir. Sonra yenə video-çəkilişə seyf olan otaqdan başlamışlar. Həmin vaxt prokuror seyf olan otaqda onu qərarla tanış etmiş, seyfin açarını təqdim etmişdir. Özü də yenidən seyfi açmışdır. Seyfi açdıqda pul vəsaitlərinin səliqəli şəkildə yığıldığını görmüşdür. Pul vəsaitləri seyfdən çıxarılıb balaca ağ masının üzərinə yığılmışdır. Yenidən yeddi minlik banderolu götürüb çəkiliş gedə-gedə yoxlamağa başlamışlar. Oradan isə iki ədəd yüz manatlıq əskinasın uyğun gəldiyini bildirmişlər. Daha sonra demişlər ki, bu qədər kifayətdir. Özü də həmin vaxt təəccüblənmişdir. Həmin pulun da Əjdər vasitəsilə ona verildiyini bildirmişlər. Bir müddət sonra da heç bir protokol tərtib edilmədən mənzilini tərk edib Bakıya yola düşmüşlər. Həmin uyğun gələn pulları isə prokurorluq əməkdaşları ora qoymuşdur. Çünki seyfi açdıqdan sonra və pulları ora qoyub bağlayıb açarı isə prokurorluq orqanlarına təhvil vermiş və qırx dəqiqə həmin otaqda olmamışdır. Pullardan isə yalnız bir banderol yoxlanılıb iki ədəd uyğun gələn əskinas aşkar etmişlər. Həmin vaxt cəmi bir banderola baxılmış, həmin banderol isə 16 ədəd digər banderolun içindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 Şahid1 pul alması barədə göstəriş verməmişdir. Video-çəkiliş gedərkən isə heç bir etirazın bildirməmiş, bunun sifariş olduğunu başa düşüb sakit durmuşdur. Aşkar edilmiş pul vəsaitləri isə özünə məxsus olmuşdur, həmin pulların bir qismini öz dostundan borca almış, qalan məbləği isə əmək haqqından yığmışdır. Pul vəsaitlərini toplamaqda məqsədi isə kirayə qaldığından Bakı şəhərində özünə ev almaq olmuşdur. Təqsirləndirilən şəxs2 heç vaxt borc pul verməmiş, Əjər Əliyevdən də heç vaxt pul qəbul etməmişdir. Onu bu iş üzrə dəqiqliklə şərləyiblər, bunun səbəbini isə bilmir. Məhkəmədən bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsi zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 8 saylı Ərazi Vergilər İdarəsi X12 şöbəsinin rəisi vəzifəsində işləmişdir. Ona qarşı irəli sürülmüş ittihamla razı deyil. 1994-cü ildən vergi orqanlarında işləmişdir. Dövlət Vergi Xidmətinin Vergi Auditi Baş İdarəsinin Təşkil və təhlil şöbəsinin əməkdaşı, 8 saylı Ərazi Vergilər İdarəsi üzrə kuratoru Heydər Əliyev tərəfindən ona telefon vasitəsilə zəng vurulmuş və onun kompüterinə cədvəl formasında göndərilmiş ki, "xxxx" MMCnin şəxsi hesab vərəqəsində 32.000 manat məbləğdə artıq ödəməsi var. Həmin ödəmələr "xxxx" MMC-nin göndərdiyi bəyənnamələr nəticəsində ortaya çıxmışdır. Digər tərəfdən Dövlət Vergi Xidməti tərəfindən daxil olmuş məktubdan görünür ki, X17 keçirilməsi qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiqlənmiş və X18 reyestrinə daxil edilmiş X17 keçirilməsi qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Ərazi Vergilər İdarəsinin əsasnaməsinin 6.4.1-ci bəndinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada Dövlət Vergi Xidmətinin aparatının vergi auditi sahəsi üzrə müvafiq struktur bölməsi ilə razılaşdırlmaqla X17 və ya operativ vergi nəzarəti keçirmək Ərazi Vergi İdarəsinin X12 Şöbəsinin hüquqlarına aid edilmişdir. Bu əsasnaməyə əsasən Vergi Auditi Baş İdarəsinin Təhlil və Təşkil İdarəsi tərəfindən yenidən qiymətləndirmə və araşdırma aparılmış və "xxxx" MMC-də 32.000 manat kənarlaşma aşkar edilmişdir. Onlarda məhz bu əsasla vergi ödəyicisini dəvət edib, danışıqlar aparmışlar ki, lüzumsuz yoxlamanın keçirilməsinin qarşısı alınsın. Bundan sonra bu məsələ ilə bağlı Şahid1 idarəyə gələrək onun xidməti otağında olmuş, sonra onunla birlikdə Təqsirləndirilən şəxs1 xidməti otağına xidməti işi ilə əlaqədar getmiş, orada dəqiqləşdirilmiş bəyannamələr verməli olması barədə məlumatlandırılmış, Şahid1 qərəzli şəkildə bununla razılaşmışdır. Şahid1 razılaşaraq mənfəət vergisinin dəqiqləşdirilməsi haqqında bəyannamələr vermiş və 32.000 manat məbləğdə artıq ödəmə şəxsi vərəqində bir-birin bağlamış və nəticədə şəxsi vərəqində 310 manat artıq ödəmə qalmışdır. Bundan sonra Şahid1 onların 32.000 manat hesablamalarına qərəzli qalaraq onları şantaj etmək üçün bu işə əl atıb. Şahid1la Təqsirləndirilən şəxs1 xidməti otağında 32.000 manat kənarlaşma ilə bağlı dəqiqləşdirilmiş bəyannamələr verməyə razılıq əldə etdikdən sonra, Şahid1 hansı ki, riskli müəssisəyə 1,90 manata aldığı kartofu, 0,40 manata satıb həmin vergi ödəyicisi ilə olan müqavilələri, razılaşma protokolunu və kartofun daşınma sənədlərini tələb etmişlər. Məqsəd isə qarşı tərəfin vergi ödənişlərinə nəzarət etmək olmuşdur. Bildirir ki, "xxxx" MMC Fizuli rayonunda qeydiyyatda olsa da, Cəlilabad rayonunda kiçik bir anbar da qeydiyyata aldırmışdır. 2019-cu ilin noyabr-dekabr aylarında isə idxal etdiyi kartofun statistik dəyəri bir milyon doqquz yüz iki min manat təşkil etdiyi halda, 2019-cu ilin noyabr ayında təqdim etdiyi bəyənnamədə satış dövriyyəsi az göstərilmiş, mal qalığı isə çox göstərilmişdir. Buna görə də 8 saylı Vergilər İdarəsinin Operativ Vergi Şöbəsində operativ vergi nəzarəti açılmış və tədbir keçirilmişdir. Nəticədə anbarda olan mal qalığı yoxlanılmış və anbarda qalıq aşkar edilməmişdir. Bu səbəbdən mal satış kimi qəbul edilmiş statistik dəyərlə komeral qaydada münasibət bildirilmişdir. Bununla bağlı Füzuli rayon X4 Bölməsi tərəfindən vergi ödəyicisinin təqdim etdiyi cari ƏDV bəyənnamələrinə komeral qaydada münasibət bildirildikdə 189.000 manat vergi borcu da oradan yaranmışdır. Müəssisənin isə mühasibi olmamış, Şahid1 Vergi Auditi Baş İdarəsində əvvəllər işləmiş daha sonra işdən çıxmış bir şəxsi özünə mühasib tutmuşdur. Həmin mühasib isə bir milyon səkkiz yüz doxsan yeddi min manat bəyənnamədə vergi tutulan dövriyyə göstərmişdir. Əvəzləşmə olmadığından da Füzuli rayon Vergilər Şöbəsi tərəfindən də göstərilmədiyindən müəssisənin 189.000 manat vergi borcu yaranmışdır. Daha sonra dəqiqləşdirilmiş ƏDV bəyənnamələri təqdim edilmiş, vergi tutulan dövriyyəyə toxunulmadan idxal bəyənnamələri üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşməyə tam şəkildə verilmiş bundan sonra 189.000 manat təsdiq edilməmiş hesablama yaranmışdır. Bu isə yekun cədvəldə təsdiq edilməmiş hesablama kimi göstərilib, o da vergi borcu deyil. Şahid1 onlara dəqiqləşdirilmiş mənfəət vergisi bəyənnaməsi təqdim etdikdən sonra bu şəxs zəng eləmiş ki, şəxsi vərəqəsində 189.000 manat təsdiq olunmamış hesablama var və silinməyini xahiş etmişdir. Onlar isə bildirmişlər ki, təqdim edilmiş bəyənnamələrə Füzuli rayon Vergilər Şöbəsi tərəfindən münasibət bildirildikdən sonra 45 gün ərzində həmin məbləğ silinməzsə, bu barədə Füzuli rayon Vergilər Şöbəsinə və Dövlət Vergi Xidmətinə rəsmi müraciət edə bilər. Onlar isə silinməyə şərait yaradarlar. Bu barədə Füzuli rayon X6 Təhlil və Bəyənnamələr Bölməsinin rəhbəri Şahid3 də ifadəsi alınmışdır. O, ifadəsində göstərmişdir ki, onların təqdim etdiyi təsdiq olunmamış hesablama səyyar qaydada X17 açılmaqla silinə bilər. Vergi Məcəlləsinin 37-38-ci maddələrinə əsasən vergi komeral və səyyar qaydada yoxlanıla bilər. Komeral mənbəyi məlum olan məlumatlar əsasında hesablanır. Səyyar isə eyni hüquqlar olmaqla yerlərə getmək və araşdırma aparmaqla vergi hesablana bilər. Şahid1 da 32.000 manat artıq ödənişə görə onlardan qərəzli qalıb, bu səbəbdən 19-22 dekabr tarixlərində idarəyə xidməti otağına gəlmişdir. Bu zaman idarə rəisi Təqsirləndirilən şəxs1 qəbulunda olmaq istəmiş, lakin idarə rəisinin iş çoxluğu və digər ərazidə olması ilə bağlı onu özü qəbul etmişdir. xx.xx.2022-ci ildə qəbulda isə Şahid1 anasının xəstə olduğunu, Bakı şəhərinə gedəcəyini, lakin avtomobilinin olmadığını, 189.000 manat təsdiq edilməmiş hesablama ilə əlaqədar idarəyə gəldiyini bildirdikdə, sonuncuya təkrar Füzuli rayon Vergilər Şöbəsinə və Dövlət Vergi Xidmətinə rəsmi qaydada müraciət etməsini demişdir. Şahid1 anasının xəstə olması, Bakı şəhərinə getməsi üçün taksilərin idarədən uzaqda dayandıqlarını insan kimi nəzərə alaraq həm də, orada çörək sexi yerləşdiyinə görə çörək almaq üçün təxminən saat 16-17 radələrində Şahid1 avtomobilinə əyləşdirərək rayonun mərkəzi dairəsindən Bakı şəhərinə gedən taksilər dayanan yerə çatdıqda çörək sexi tərəfə yəni sola dönən yoldan çevrilib geri qayıdıb həmin sexin yanında dayanmışdır. Özü çörək almaq üçün həmin sexə getmiş, Şahid1 isə avtomobilindən düşərək öz-özünə sayıqlayaraq Bakı şəhərinə gedən taksilər tərəfə getmişdir. Şahid1 vergi ödəyicisinin səlahiyyətli nümayəndəsi olmadığına görə onun digər danışıqlarına qulaq asmamışdır. Həmdə qulağında ağır eşitməsi vardır. Şahid1 isə guya ona deyib ki, bazarın arxasına sür, yiyəsiz bir yerə. Guya o da sürmüş bazarın arxasına insanlar olmayan yerə orda ona əli ilə maşının saxlancını işarə etmiş, Şahid1 5000 manatı o saxlanca qoyub. Lakin özü gəlib çörək sexinin qabağında saxlayıb ora dəyib qayıtmışdır. Şahid1 isə deyir ki, bazarın arxasında pulu alıb, Bakı taksiləri olan yerə qayıtmışlar. Amma dediyi yerdə Şahid1 Bakı taksilərinə yaxınlaşdırdıqdan sonra o, çıxıb Bakıya getmiş, özü də idarəyə qayıtmışdır. xx.xx.2022-ci ildə də Şahid1 yenidən idarəyə gəlib, Təqsirləndirilən şəxs1la görüşmək istəmişdir ki, 0,40 manat satdığı kartofla bağlı sənədlər ondan istənilməsin. Bundan başqa xidməti otağında olarkən yenə də 189.000 manat hesablanmış məbləğin silinmədiyini bildirmişdir. O da izah etmişdir ki, 45 gün ərzində silinmədiyi təqdirdə rəsmi qaydada müraciət edib, silinməsinə şərait yaradılacaqdır. Şahid1 isə heç vaxt pul istəməmişdir. Şahid1 qəfildən ani hərəkətlə onun masasının siyirtməsinə tərəf əyilərək pul adı çəkmiş, o isə sonuncunu dərhal kənara itələyib qanunsuz hərəkətlərdən çəkindirmək üçün belə şey olmaz deyərək sərt münasibət bildirməklə rüşvət alan da, verən də cinayət məsuliyyəti daşıyır fikrini bildirmiş və xidməti otağında kamera çəkilişi aparıldığını qeyd etmişdir. Şahid1 siyirtməyə pul qoyduğunu görməmiş və dərhal xidməti otağını tərk etmişdir. Belə ki, idarənin fasadının təmir işlərinin aparılması ilə əlaqədar avtomobilini kənara çəkmək üçün bayıra çıxmışdır. Bir neçə dəqiqə sonra Şahid1 idarənin inzibati binasından çıxaraq binanın həyətində təkrarən ona yaxınlaşaraq 189.000 manat təsdiq edilməmiş hesablanmış məbləğ barədə sual verdikdə, təkrarən Füzuli rayon Vergilər Şöbəsi tərəfindən həmin bəyannamələrə münasibət bildirilməsini gözləməsini və bu barədə Dövlət Vergilər Xidmətinə müraciət etməsini bildirmişdir. Şahid1 həmin Cəmiyyətin direktoru və ya səlahiyyətli nümayəndəsi olmadığı üçün onun digər danışıqlarına fikir verməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə Şahid1 onun xidməti otağına gələrkən özü telefon vasitəsilə Vergi Auditi Baş İdarəsinin 8 saylı ƏVİ üzrə kuratoru ilə aparılan X12nın hesablamaları barədə müzakirə aparmışdır. Hesablamalarla əlaqədar fikirli olduğundan Şahid1 fikir verməmiş, onun tərəfindən “kənddən gəlirəm, anam xəstədir, şəhərə gedirəm” sözləri bildirilmiş, bu vaxtı özü barmaq işarəsi ilə fikirli olduğuna görə qapını göstərərək təkrar-təkrar niyə gəlirsiz, gedin fikrini bildirmişdir. Şahid1 pul vəsaitini dolaba qoymasını görməmiş və dərhal aparılan müzakirə ilə bağlı otağı tərk edərək şöbəyə çıxmışdır. 2-3 dəqiqə sonra 2-3 nəfər şöbəyə daxil olub özlərini Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları kimi təqdim edib onu otağına keçirtmiş və rüşvəti hara qoyduğunu soruşmuşlar. Həmin vaxt sonuncuların suallarına etiraz edərək rüşvət almadığını bildirdikdə həmin şəxslərdən biri qapının ağzındakı dolabın qapısını açaraq “rüşvət burdadır” deyərək həmin vəsaiti götürmüşdür. Lakin o, Şahid1 rüşvət almamış, habelə Şahid1 dolaba pul qoyduğunu görməmişdir. Habelə Təqsirləndirilən şəxs1 evində guya ona verilmiş pul vəsaitinin bir hissəsinin aşkar edilməsi qeyri-mümkündür. Belə ki, o, Şahid1 pul almamış və həmin vəsaitin Təqsirləndirilən şəxs1 evinə hansı qaydada qoyulduğunu bilmir. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 pul verməmişdir. Qeyd edilən vəsaitin ona heç bir aidiyyatı olmamışdır. Təqsirləndirilən şəxs1 heç vaxt borc pul istəməmiş, borca pul almamış, ona pul qaytarmamışdır. Xidməti otağında olan dolabdan aşkar edilmiş pul vəsaitlərindən şübhələnir, ola bilsin ki, həmin pullar dolaba prokurorluq əməkdaşları tərəfindən qoyulmuşdur. Çünki əməliyyatçılar gələn kimi birbaşa dolaba yaxınlaşmışlar. "xxxx" MMC-nin 189.000 manat təsdiq olunmamış hesablanmasını silməsi üçün onların heç bir səlahiyyəti olmamışdır. xx.xx.2022-ci il tarixli video-çəkilişdə əli ilə pul mənasını verən jest eləməmiş, həmin vaxt sadəcə burnunu qaşımışdır. Avtomobildə qolaltı adlanan saxlanc yerinə Şahid1 pul qoyması ilə bağlı işarə etməmiş, Şahid1 ora pul qoymamış, həmin vaxt özü avtomobildən aşağı düşmüş Şahid1 düşüb danışa-danışa getmişdir. Özü heç bir cinayət əməli törətməmiş, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi zamanı məhkum edilmiş Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində verdiyi ifadə ilə oxşar məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə bu hissədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində göstərdikləri xüsusatları, yəni Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Şahid1 rüşvət kimi pul alması barədə göstəriş verməməsi, kirayə yaşadığı mənzildə olan seyfdən aşkar edilmiş rüşvət kimi verilmiş pul vəsaitlərinin prokurorluq əməkdaşlarının ora qoyması, Təqsirləndirilən şəxs2 isə "xxxx" MMCnin 189.000 manat təsdiq olunmamış hesablanmasını silməsi üçün onların heç bir səlahiyyətlərinin olmaması, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs kimi Şahid1 "xxxx" MMC-nin 189.000 manat təsdiq olunmamış hesablanmasının silməsi üçün rüşvət almamaları, avtomobildə qolaltı adlanan saxlanc yerinə Şahid1 pul qoyması ilə bağlı işarə etməməsi, video-çəkilişdə əli ilə pul mənasını verən jest eləməməsi, həmin vaxt sadəcə burnunu qaşıması, Şahid1 dolaba pul qoyduğunu görməməsi, Təqsirləndirilən şəxs1 evində guya ona verilmiş pul vəsaitinin bir hissəsinin aşkar edilməsinin qeyri-mümkün olması, Şahid1 pul almaması və həmin vəsaitin Təqsirləndirilən şəxs1 evinə hansı qaydada qoyulduğunu bilməməsi, xidməti otağında olan dolabdan aşkar edilmiş pul vəsaitlərinin də prokurorluq əməkdaşları tərəfindən qoyulmasını inandırıcı saymayaraq belə hesab edir ki, onlar qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq məqsədi güdmüşlər. Məhkəmə həmin ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə əsl həqiqəti gizlətməklə cinayət məsuliyyətindən yayınmaq istəmələri məqsədilə verilmiş özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir, onların bu ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar Şahid1 Təqsirləndirilən şəxs2 rüşvət qismində tələb edilən pul vəsaitlərini verərkən xüsusi texniki vasitə ilə qeydə alındığı xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli video-görüntülərlə habelə məhkəmədə iş üzrə dindirilmiş Şahid1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri, Şahid1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə üzləşdirmə zamanı verdiyi ifadələri, habelə əməliyyat tədbirləri, istintaq hərəkətləri zamanı qeydə alınmış video-görüntülər və protokollar, ekspert rəyi, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla tam təkzib edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti iş materialları ilə tam təsdiq olunduğundan qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya instansiya məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və 01 dekabr 2023-cü tarixli hökmdə qanunamüvafiq qaydada qiymətləndirilməklə ətraflı şərh edilmiş sübutlar əsasında Lənkəran Ağır Cinayətlər Məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından, məhkəmə iclas protokollarından və işdə olan başqa prosessual sənədlərdən görünür ki, ibtidai araşdırma zamanı və məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə hüquqları təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı bir kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibinin bütün əlamətləri vardır və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün, həmçinin onlara hazırkı cinayət işi üzrə bəraət verilməsi üçün əsaslar mövcud deyildir. Bununla yanaşı, məhkəmə kollegiyası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)-371/2023 nömrəli hökmünün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilnərək məhkum edilməsinə aid hissədə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə külli miqdarda rüşvət alma əməllərini törətmələri təsdiq olunduğundan məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə tövsif edilmişdir. Cinayət Məcəlləsinin 17.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Eyni zamanda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli və həmin əməlləri ağır nəticələrə səbəb olmasına görə (Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə) ittihamı verilmiş, lakin sözgedən əməllər Cinayət Məcəlləsinin xüsusi nomrası olan 311.3-cü maddəsi ilə əhatə olunur, buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qabaqcadan əlbir olan bir qrup vəzifəli şəxs kimi qanunsuz hərəkətlərə görə külli miqdarda rüşvət alma əməli bir əməl kimi qiymətləndirilərək Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ümumi ittihamdan xaric olunağında, həmin maddənin yaratdığı bütün hüquqi nətiəcələr (308.2-ci maddəsinə münasibətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs kimi törədilməsinin ağırlaşdırıcı hal kimi nəzərə alınması, təyin olunmuş əsas və əlavə cəzaların toplanılması) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli hökmündən xaric edilməldir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin etdiyi cəza qanuni və ədalətli olmuşdur, iş materiallarında məhkum olunmuş şəxslərə təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə cəza təyini məsələsini müzakirə edərək, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ali təhsilli olmaqla həbs olunanadək kifayət qədər uzun müddət ərzində vergi xidməti zabiti olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, ali təhsilli olmaqla həbs olunanadək kifayət qədər uzun müddət ərzində vergi xidməti zabiti olması, xidməti vəzifəsinin icrası ilə əlaqədar təltif olunmasını Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, onların hər ikisinin də əməlində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələrinə münasibətdə ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hər birini ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasına dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin olunarkən onların törətdikəri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, təyin olunmuş cəzanın onların islah olunması və ailələrinin həyat şəraitinə təsiri, cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq qanuni və ədalətli cəza təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsina və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan əməlləri Cinayət Məcəlləsinin xüsusi nomrası olan 311.3-cü maddəsi ilə əhatə olunduğundan, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ümumi itthamdan və Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)- 371/2023 nömrəli hökmündən xaric edilməli, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının dəyişdirilməsi üçün əsaslardandır. 403.0. Birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi aşağıdakılar hesab edilir: 403.0.2. tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397-399, 403, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)-371/2023 nömrəli hökmü məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ümumi ittihamdan xaric olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)-371/2023 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 təyin edilmiş Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 təyin edilmiş Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələri xaric olunsun. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 1(099)-371/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 üzərində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Təqsirləndirilən şəxs2 üzərində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-371/2023 nömrəli, 01 dekabr 2023-cü tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan elan olunduğu (azadlıqdan məhrumetmə növündə cəza çəkən məhkumlara münasibətdə isə qərar onlara verildiyi) gündən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Yaşar Həşimov Hakimlər: İsmayıl Əhmədov Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar