Məhkəmə qərarları › İş №1(106)-347/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-347/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-347/2024 14.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş prokurorluğu X5 Üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində X5 şöbəsinin prokuroru X8, bəraət almış şəxs Təqsirləndirilən şəxs1, onun vəkili Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1(071)-1/2024 saylı hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1(071)-1/2024 saylı hökmü ilə (sədrlik edən hakim Zaur Hüseynov), xx.xx.1989-cu il tarixdə Hacıqabul rayonu, Abdulabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 11,88 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 5,30 qram çəkidəki hissəsini 09 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, qalan 6,58 qram çəkidəki hissəsini isə ayrı- ayrılıqda təmiz çəkiləri 3,38 qram və 3,20 qram olmaqla 2 ədəd kibrit qutusunda qablaşdırılmış halda xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Abdulabad kəndində yaşadığı küçədə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qeyd olunan narkotik vasitə əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilmiş qaydada həll edilmiş, Təqsirləndirilən şəxs1 bəraət verilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLLƏRİ: Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, Məhkəmə baxışında dövlət ittihamçısı qismində çıxış edərək Təqsirləndirilən şəxs1 Azərbaycan Resublikası CM-nin 234.2-ci maddəs ilə təqsirli bilinib 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2 və Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Hacıqabul rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 dair hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməklə ona təklif etdiyi həddə qanunvericiliyin müddəalarına uyğun azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Məhkəmə mübahisələndirilən hökmündə Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməmiş, özünü CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonu Abdulabad kəndində yaşayır. Bir neçə müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs2 tutulmamışdan təxminən bir ay əvvəl tanımış və onunla bir neçə dəfə birlikdə narkotik vasitə marixuana çəkmişdir. Ailə üzvləri Abdulabad kəndində yaşasa da, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında alverlə məşğul olduğundan, Lökbatan qəsəbəsində, 20 yanvar küçəsində yerləşən bir evdə kirayədə qalır. 10 yanvar 2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Yolda olarkən, eləcə də polis şöbəsində olarkən sonradan adlarını bildiyi Eldar, Cavid və Samid adlı polis əməkdaşları ona qarşı təzyiqlər etmiş və onu döymüşlər. Hacıqabul RPŞ-nin MSY-də 7 gün qalmış və həmin müddət ərzində də bir neçə dəfə döyülmüşdür. Döyülmə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Polis əməkdaşları onu üzərindən narkotik vasitə aşkar edilməsi və guya Seymura 40 manata narkotik vasitə satması ilə bağlı izahat verməyə məcbur etmişlər. O, polis əməkdaşları tərəfindən döyüldüyünə görə dözə bilməyib onların təklifi ilə razılaşmağa məcbur olmuşdur. Həmin vaxt onun üzərinə bir büküm marixuana qoyulmuş və videoçəkilişlə üzərində axtarış aparılan zaman həmin maddəni cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Halbuki, nə onun üzərində saxlanılan vaxt narkotik vasitə olmamış, nə də o, Seymura heç vaxt pul müqabilində narkotik vasitə verməmişdir. O və Seymur narkotik vasitə istifadəçidirlər və bir neçə dəfə birlikdə istifadə etmişlər. Lakin, Seymura heç vaxt narkotik vasitə satmamışdır. 09.01,2023-cü il tarixdə saat 18 radələrində ümumiyyətlə Nəvai kəndində olmamış, Bakı şəhərində olmuşdur. İbtidai istintaq zamanı, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən qorxduğundan həqiqəti danışa bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir. Hacıqabul rayonu Qızılburun qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 bir neçə aydır ki, tanıyır. Onunla təsadüfən tanış olmuşlar. Belə ki, Hacıqabul rayonunda Nəvahi kəndində yolun kənarında dayanan zaman Vasif idarə etdiyi avtomobili ilə onu yoldan götürmüş və Qızılburun qəsəbəsində o, avtomobildən düşmüş və Vasifə taksi kimi yol pulu vermişdir. Yolda gedərkən Vasifin marixuana çəkdiyini görmüşdür. Özü də əvvəllər marixuanadan istifadə etdiyindən, Vasifdən çəkməsi üçün ona da verməsini istəmiş və alıb çəkmişdir. Avtomobildən düşərkən Vasifin nömrəsini götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Vasiflə zəngləşib Nəvai qəsəbəsində yerləşən Nur marketin yanında görüşmüş və yolda gedərkən Vasif ona bir kibrit qutusunda marixuana vermişdir. O da Vasifə 40 manat pul vermişdir. Sonradan Təqsirləndirilən şəxs2 ifadəsini dəyişərək bildirdi ki, 08 yanvar 2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Vasifin idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Vasifə 40 manat pul vermiş və yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşmüşdür. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Vasif Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşmüş və Vasifdən narkotik vasitə marixuana almışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11.01,2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ cibindən 2 ədəd kirit qutusunu təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd kibrit qutusunu açdıqda içərisində tünd yaşıl rəngli, marixuanaya bənzər maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, bir gün əvvəl Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində yerdən 3 ədəd kibrit qutusunda marixuana tapmış, bir ədəd kibrit qutusunda olan marixuananı 40 manata Təqsirləndirilən şəxs2 satmış, qalan iki kibrit qutusunda olan marixuananı isə istifadə etmək üçün üzərində saxlamışdır. “Üzləşdirmə keçirilməsi haqqında” 01,02.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə görə, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlamlıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmənin mübahisələndirilən hökmündən də aydın görünür ki, məhkəmə Təqsirləndirilən şəxs1 tutularkən şübhəli şəxs kimi və təqsirləndirilən şəxs qismində ibtidai istintaqda verdiyi ifadələrini fiziki zorakılığa və işgəncəyə məruz qalmasını sadəcə ehtimal edərək uydurma ifadə kimi qiymətləndirmişdir. Bundan başqa, məhkəmə hökmündə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntü tədqiq edilərkən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 sağ gözünün altında bənövşəyi rəngli qançırın olması açıq aydın görünmüşdür. Lakin məhkəmə Təqsirləndirilən şəxs1 sağ gözünün altında aşkar etdiyini iddia etdiyi xəsarətlə əlaqədar Təqsirləndirilən şəxs1 özü tərəfindən nə videoçəkiliş zamanı nə də daha sonra ibtidai istintaq müddəti ərzində müdafiəçisinə və ya prokurorluq orqanlarına hər hansı müraciət etməməsinin, xüsusən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə qapalı məhkəmə iclasında məhz hakim Zaur Hüseynovun özü tərəfindən baxılarkən zəruri şərait yaradılmasına baxmayaraq Təqsirləndirilən şəxs1 bu barədə məhkəməyə məlumat verilməməsinin səbəbini nədənsə aydınlaşdırmamışdır. Ən maraqlısı da odur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimata baxarkən sonuncu canlı formada hakim Zaur Hüseynov ilə üzbə-üz dayanarkən Təqsirləndirilən şəxs1 saq gözü altında aşkar etdiyini iddia etdiyi xəsarəti həmin vaxt görməmiş və ya görə bilməmiş, lakin üzərindn bir neçə av keçdikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılması barədə olan videoqörüntüdə qeyd edilən xəsarəti görmüşdür. Bununla da məhkəmə Təqsirləndirilən şəxs1 şəxsi axtarışın aparılmasını özündə əks etdirən videogörüntünü də öz mülahizəsinə uyğun şərh etmiş, cinayət prosessual qanunvericiliyin heç bir konkter normasına əsaslanmadan müdafiə tərəfinin mənafeyinə uyğun olaraq çıxış etmişdir: Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına daxil olarkən bədəni üzrəində aşkar edilmiş xəsarətlərlə bağlı təcridxana rəsinin Hacıqabul rayon prokurorluğuna ünvanladığı məlumat əsasında araşdırma aparıldığını, araşdırma zamanı Təqsirləndirilən şəxs1 barəsində məhkəmə-tibb ekspertizası təyin edildiyini, sonuncunun ekspertizadan keçirilərək müvafiq rəyin əldə edildiyini, həmin tibbi-ekspertiza rəyində həmin xəsarətin yaranmasının ehtimal edilən səbəblərinin izah edildiyini, aparılmış araşdırma nəticəsində cinayət işi başlanmasının rədd ediməsi barədə qərar qəbul edilib həmin qərarın Təqsirləndirilən şəxs1 göndərildiyini və sonuncu tərəfindən həmin qərarın ümumiyyətlə mübahisələndirilmədiyini də nədənsə nəzərə almamışdır. Bundan başqa işdən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. Belə olan təqdirdə əgər hər iki təqsirləndirilən şəxsin üzərindən çıxan narotik vasitə marixuana eyni tərkiblidirsə deməli Təqsirləndirilən şəxs2 üzərindən çıxan narkotik vasitə sonuncunun üzərinə polis əməkdaşları tərəfindən “qoyulmuşdur”. Lakin məhkəmə hökümdən aşkar formada görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində ittiham hökmü çıxarılmış, Təqsirləndirilən şəxs1 isə CM-nin 234.2ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Belə olan halda məhkəmə hökmündə kifayət qədər ciddi ziddiyyət yaranır ki, bu ziddiyət hər bir halda cinayət mühakimə icraatının ədalət və qanunçuluq prinsiplərinin aşkar surətdə pozuntusu deməkdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən psixi və fiziki zorakılığa məruz qalmamasına dair Hacıqabul rayon prokurorluğunda aparılmış araşdrıma nəticəsində qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərar hakim üçün yetərli olmamış, o, araşdırma zamanı alınmış izahatları, məhkəmə-tibb ekspertizası rəyini inandırıcı hesab etməyərək, yalnız “daxili inam”ı əsasında, qeyri-müəyyən səbəbdən Təqsirləndirilən şəxs1 fiziki və psixi zorakılıq təsiri altında etirafedici ifadə verməsi, eləcə də Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 narkotik vasitəni satmaması qənaətinə gəlmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş videogörüntü ilə şəxsi axtarışı zamanı çəkilmiş videodiskdə Təqsirləndirilən şəxs1 hər hansı psixi və fiziki təsir altında olması müşahidə olunmur. Bundan başqa, məhkəmə CM-nin 234.1 -ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmasına əsaslardan biri olan təqsirləndirilən şəxs qismində ifadəsini sonuncunun özünə münasibətdə mötəbər sübut növü hesab etsə də, Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə münasibətdə ümumiyyətlə sübut növü kimi qəbul etməmişdir ki, bu hal özü belə ciddi və eyni zamanda absurd prosessual pozuntudur. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında da narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs1 aldığını təsdiq edərək sonuncunun üzünə qarşı bir daha demişdir. Yuxarıda qeyd edilənləri müqayisəli və məntiqli şəkildə təhlil etdikdə görünür ki, məhkəmə hökmündə Təqsirləndirilən şəxs1 CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübut edən kifayət qədər mötəbər sübutlar və dəlillər olduğu halda hökmdə sadəcə Təqsirləndirilən şəxs1 fiziki işgəncəyə məruz qalması barədə əsassız iddialar qabardılmış, xüsusəndə Təqsirləndirilən şəxs1 şəxsi axtarışı aparılması zamanı qeydə alınmış videogörüntüdə sağ gözaltında “aşkar” edilmiş xəsarətə geniş yer vermişdir. Buradan da məhkəmənin Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarakən nə qədər “obyektiv” olması açıq-aşkar görünür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021 -ci il tarixli qərarının 33-cü bəndinə görə, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Həmin qərarın 57-ci bəndinə əsasən, CPM-in 42.1 -ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. Məhkəmə hökmü qeyd edilən tələblərə də cavab verməmişdir. Qeyd edilənlərə əsasən hökmün ləğv edilməsi və Təqsirləndirilən şəxs1 barəsində CM-ın 234.2-ci maddəsi ilə ittiham hökümünün çıxarılması xahiş edilir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı çıxışında apellyasiya protestini müdafiə edərək protestin təmin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 vəkili Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-1/2024 saylı hökmünün işin hallarına uyğun olduğunu göstərərək protestin təmin edilməməsini xahiş etmişdir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 bəraət verərkən və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərkən aşağıdakı sübutlara istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-in 234.2 ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonu Abdulabad kəndində yaşayır. Bir neçə müddətdir ki, narkotik vasitə marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs2 tutulmamışdan təxminən bir ay əvvəl tanımış və onunla bir neçə dəfə birlikdə narkotik vasitə marixuana çəkmişdir. Ailə üzvləri Abdulabad kəndində yaşasa da, o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında alverlə məşğul olduğundan, Lökbatan qəsəbəsində, 20 yanvar küçəsində yerləşən bir evdə kirayədə qalır. xx.xx.2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Yolda olarkən, eləcə də polis şöbəsində olarkən sonradan adlarını bildiyi Eldar, Cavid və Samid adlı polis əməkdaşları ona qarşı təzyiqlər etmiş və onu döymüşlər. Hacıqabul RPŞ-nin MSY-də 7 gün qalmış və həmin müddət ərzində də bir neçə dəfə döyülmüşdür. Döyülmə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Polis əməkdaşları onu üzərindən narkotik vasitə aşkar edilməsi və guya Seymura 40 manata narkotik vasitə satması ilə bağlı izahat verməyə məcbur etmişlər. O, polis əməkdaşları tərəfindən döyüldüyünə görə dözə bilməyib onların təklifi ilə razılaşmağa məcbur olmuşdur. Həmin vaxt onun üzərinə bir büküm marixuana qoyulmuş və videoçəkilişlə üzərində axtarış aparılan zaman həmin maddəni cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Halbuki, nə onun üzərində saxlanılan vaxt narkotik vasitə olmamış, nə də o, Seymura heç vaxt pul müqabilində narkotik vasitə verməmişdir. O və Seymur narkotik vasitə istifadəçidirlər və bir neçə dəfə birlikdə istifadə etmişlər. Lakin, Seymura heç vaxt narkotik vasitə satmamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ümumiyyətlə Nəvai kəndində olmamış, Bakı şəhərində olmuşdur. İbtidai istintaq zamanı, eləcə də barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən qorxduğundan həqiqəti danışa bilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Hacıqabul rayonu Qızılburun qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs1 bir neçə aydır ki, tanıyır. Onunla təsadüfən tanış olmuşlar. Belə ki, Hacıqabul rayonunda Nəvahi kəndində yolun kənarında dayanan zaman Vasif idarə etdiyi avtomobili ilə onu yoldan götürmüş və Qızılburun qəsəbəsində o, avtomobildən düşmüş və Vasifə taksi kimi yol pulu vermişdir. Yolda gedərkən Vasifin marixuana çəkdiyini görmüşdür. Özü də əvvəllər marixuanadan istifadə etdiyindən, Vasifdən çəkməsi üçün ona da verməsini istəmiş və alıb çəkmişdir. Avtomobildən düşərkən Vasifin nömrəsini götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Vasiflə zəngləşib Nəvai qəsəbəsində yerləşən Nur marketin yanında görüşmüş və yolda gedərkən Vasif ona bir kibrit qutusunda marixuana vermişdir. O da Vasifə 40 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə Nəvahi kəndində piyada gedərkən Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt o, əynində olan idman şalvarının sol cibində olan kibrit qutusunu təqdim edərək həmin bükümün içərisində marixuana olduğunu bildirmişdir. Sonradan Təqsirləndirilən şəxs2 ifadəsini dəyişərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Vasifin idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Vasifə 40 manat pul vermiş və yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşmüşdür. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Vasif Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşmş və Vasifdən narkotik vasitə marixuana almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 10 yanvar 2023-cü il tarixdə Hacıqabul rayonu Qızılburun qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2Mehman oğlunun iştirakları ilə əməliyyat qrupu yaradılmış və 10 yanvar 2023-ci il tarixdə saat 19 radələrində Eyvazov X6 rayonu Nəvahi kəndində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və onun əynində olan idman şalvarının sol cibində 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs2 ondan aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 40 manat pul vəsaiti müqabilində əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 şəxsiyyəti müəyyən olunmuş və 10 yanvar 2023-cü il tarixdə saat 23 radələrində o, Hacıqabul rayonu Abdulabad kəndində saxlanılaraq qanunsuz olaraq narkotik vasitələrin saxlanması və satışı ilə məşğul olmaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki zorakılıq olmamışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun əynində olan qış gödəkçəsinin sağ cibindən 2 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş maddənin marixuana olduğunu, onu xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Abdulabad kəndində yerdən tapdığını, bir hissəsini istifadə etdiyini, bir hissəsini Təqsirləndirilən şəxs2 satdığını qalan hissəsinin isə üzərindən aşkar edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı təkrarən şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ilkin məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri xüsusatları yenidən bildirərək ifadələrində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Lökbatan qəsəbəsində deyil, yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində saxlayaraq polis şöbəsinə gətirmişlər. Həmin gün onlar ümumiyyətlə Hacıqabul rayonunun ərazisini tərk etməmişlər. Təqsirləndirilən şəxs1 polis şöbəsinə gətirilərkən onlara qarşı hər hansı müqavimət göstərməmiş, eləcə də onlar da Təqsirləndirilən şəxs1 qarşı hər hansı zorakılıq hərəkətləri etməmişlər. Məhkəmə kollegiyası müəyyən edir ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı polis əməkdaşı olan Şahid1 yenidən dindirilməsi Təqsirləndirilən şəxs1 öz ifadələrində onun Şahid1 tərəfindən saxlanıldığı yer kimi Nəvai qəsəbəsini deyil, Bakı şəhəri ətrafındakı Lökbatan qəsəbəsini göstərməsi olmuşdur. O, ifadəsində göstərir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. İş ondadır ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə satmış olduğu şəxs hesab edilən X9 da birinci instansiya məhkəməsinin məhkmə istintaqı zamanı təkrarən dindirilmiş və bu zaman Təqsirləndirilən şəxs1 ona narkotik vasitənin satılmasının yeri vaxtı və digər təfsilatları barədə fərqli ifadə vermişdir. O göstərmişdir: “xx.xx.2024-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə Vasifin idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Vasifə 40 manat pul vermiş və yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşmüşdür. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Vasif Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşmüş və Vasifdən ona sifariş vermiş olduğu narkotik vasitə marixuananı almışdır.” Qeyd edilən uyğunsuzluqları aradan qaldırmaq məqsədi ilə birinci instansiya məhkəməsi cinayətin aşkar edildiyi gün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid1 istifadələrində olmuş mobil telefonlarının anten dairələrinin müəyyənləşdirilməsi yolu ilə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 görüşdüyü yer, narkotik vasitənin satıldığı tarix vaxt və yer kimi göstərilmiş məlumatları dəqiqləşdirmək qərarına gəlmişdir. Məlum olmuşdur ki, bu məlumatlar dəqiq şəkildə yalnız Təqsirləndirilən şəxs1 ifadəsində göstərilib. Belə ki, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "Bakcell LTD” MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs2 və polis əməkdaşı Şahid1 istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatları araşdırılarkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 sonuncu dəfə saat 15:12 radələrində Hacıqabul rayonu, Nəvai kəndi ərazisində olmuş, daha sonra o, saat 18:00 radələrinədək Hacıqabul şəhəri ərazisində olmuş, saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində olmuş və daha sonra 20:44-də Hacıqabul rayonu, Pirsaat qəsəbəsinə qayıtmışdır. Polis əməkdaşı Şahid1 isə xx.xx.2023-cü il tarixdə sonuncu dəfə 16:56 radələrində Nəvai kəndi ərazisində olmuş, ondan sonra Hacıqabul şəhərinə getmiş, saat 19-dan 20:15-dək olan müddət ərzində Lökbatan qəsəbəsi ərazisində olmuş, (baxmayaraq ki, bu şahid məhkəməyə verdiyi ifadəsində həmin gün Hacıqabul rayonundan kənara çıxmadığını bildirmişdir) daha sonra təkrarən Hacıqabul şəhərinə qayıtmışdır. Bütün bunlar isə Təqsirləndirilən şəxs2 tutulmasının, üzərində şəxsiaxtarış aparılmasının rəsmi sənədlərdə göstərilənlərdən fərqli olaraq daha əvvəl və Hacıqabul rayonu ərazisində deyil, Bakının Lökbatan qəsəbəsində baş verdiyini göstərir. Bundan başqa cinayət işinin materiallarında olan rəsmi sənədlərdən və şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrindən Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən yaşadığı Hacıqabul rayonu Abdulabad kəndində saxlanıldığı, saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi xx.xx.2023-cü il tarixdə saat 23:00 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi xx.xx.2023-cü il tarixdə saat 23:50, onun üzərində şəxsi axtarışın isə xx.xx.2023-cü il tarixdə saat 00:15-dən 00:25-dək keçirildiyi göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun yaşadığı Abdulabad kəndində deyil, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanıldığı, azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə və polis əməkdaşlarının ifadələrində göstərilənlərdən bir neçə saat əvvəl baş verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 sərbəst ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında alverlə məşğul olduğundan, Lökbatan qəsəbəsində, 20 yanvar küçəsində yerləşən bir evdə kirayədə qalır. xx.xx.2023-cü il tarixdə axşam saat 7-8 radələrində Lökbatan qəsəbəsində kirayədə qaldığı evdə olan vaxt Seymur ona zəng edərək görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Seymurla görüşməyə gedən zaman polis əməkdaşları onu saxlamış və saat 9 radələrində onu Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "Bakcell LTD” MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə dair anten məlumatları araşdırılarkən müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:45-dək olan müddətdə yaşadığı Abdulabad kəndində olmuş, sonra Bakı şəhəri istiqamətində getmiş, saat 19:30-dək olan müddət ərzində Lökbatan qəsəbəsi ərazisində olmuş, ondan sonra isə Hacıqabul şəhərinə getmiş, saat 20:44-dən etibarən növbəti gün də daxil olmaqla davamlı olaraq, o Hacıqabul şəhəri ərazisində, daha doğrusu Hacıqabul rayon Polis Şöbəsində olmuşdur. Onun tutulması tədbirində iştirak etmiş polis əməkdaşı Şahid1 və digər Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrələrinə dair anten məlumatlarından da görünür ki, hər iki şəxs xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində Lökbatan qəsəbəsi ərazisində olmuş və daha sonra Hacıqabul rayonuna qayıtmışlar. Həmin müddət ərzində Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrələri arasında bir neçə dəfə qısa müddətli danışıqlar olmuşdur. Polis əməkdaşı Şahid1 isə həmin gün ümumiyyətlə Abdulabad kəndində olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alan birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs1 saxlanılma yeri və vaxtı ilə bağlı şahidlər Şahid1 və Şahid2 qeyd etdiklərinə tənqidi yanaşaraq qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs1 ifadəsini əsaslı saymışdır. Birinci instansiya məhkəməsi apardığı məhkəmə istintaqı zamanı belə bir düzgün nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən heç də xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində deyil, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılmış, yəni faktiki olaraq tutulmuş və həmin gün saat 20:44-dən etibarən isə Hacıqabul şəhəri ərazisində yerləşən Hacıqabul rayon Polis şöbəsində olmuşdur. Təqsirləndirilən şəxs1 qarşı CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 11,88 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananın 5,30 qram çəkidəki hissəsini xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmış, qalan hissəsi isə onun üzərindən aşkar edilərək götürülmüşdür. Lakin, ittihamın əsaslandığı yuxarıda sadalanan sübutlar əsasında birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə satması faktı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində Təqsirləndirilən şəxs2 qısa müddət əvvəl tanıdığını, onunla birlikdə bir neçə dəfə marixuanadan istifadə etdiyini, lakin bir mənalı olaraq ona heç vaxt narkotik vasitə satmadığını və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, xx.xx.2023-cü il cü il tarixdə saat 18 radələrində ümumiyyətlə Nəvai kəndində olmadığını bildirmişdir. Bunun əksinə, həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ittihamın məzmununa uyğun ifadə verərək, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu, Nəvai kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs1 bir kibrit qutusunda narkotik vasitə marixuana aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ittihamda qeyd olunan tarixdə və vaxtda təqsirləndirilən şəxslərin olduqları yerin müəyyən edilməsi məqsədi ilə onların istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatlarının götürülməsi barədə qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatdan görünür ki, o, xx.xx.2023-cü il tarixdə ümumiyyətlə Hacıqabul rayonu, Nəvai kəndində olmamış, həmin tarixdə saat 17:26-dək Hacıqabul rayonu, Atbulaq kəndində olmuş (Atbulaq kəndi Bakı şəhəri istiqamətində olmaqla Nəvai kəndindən kifayət qədər uzaq məsafədə yerləşir), sonra oradan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş və saat 18:21-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan ərazidə olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinin anten dairəsinə dair məlumatdan isə görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:40-dan etibarən növbəti gün günorta saatlarınadək Bakı şəhəri, Lökbatan qəsəbəsində olmuşdur. Yuxarıda qeyd olunanlara əsaslanan birinci instansiya məhkəməsi narkotik vasitənin satışı ilə bağlı Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşmış və qeyd olunan xüsusatla bağlı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə düzgün olaraq əsaslı saymışdır. Beləliklə, məhkəmə istintaqı ilə gəlinən nəticə və müəyyən olunan hal ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 narkotik vasitənin satılması ilə bağlı ittihamda qeyd edilən xx.xx.2023-cü il tarixdə saat 18 radələrində təqsirləndirilən şəxslərin hər ikisi Bakı şəhərində ayrı-ayrı ünvanlarda olmuşlar. Bununla da Təqsirləndirilən şəxs1 məhz xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Hacıqabul rayonu Nəvahi kəndində Nur marketin yaxınlığında 40 manat pul müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə satması faktı öz təsdiqini tapmamışdır. Mobil telefon nömrələrinə dair anten məlumatlar məhkəmə iclasında tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ifadəsini dəyişərək xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1la birlikdə onun idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində gedərkən, yolda narkotik vasitə alıb gətirməsi üçün Təqsirləndirilən şəxs1 40 manat pul verib yaşadığı Qızılburun qəsəbəsində avtomobildən düşdüyünü, xx.xx.2023-cü il tarixdə isə Təqsirləndirilən şəxs1 günorta saatlarında Bakı şəhərindən qayıdarkən Qızılburun qəsəbəsində yolun kənarında onunla görüşüb ondan, ona bir gün əvvəl sifariş verdiyi narkotik vasitə marixuananı aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatın dəqiqləşdirilməsi məqsədi ilə qeyd edilən tarixə onun və digər təqsirləndirilən şəxsin istifadələrində olan mobil telefon nömrələrinə dair anten məlumatlar məhkəmənin qərarına əsasən "Bakcell LTD” MMC-dən götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 sonrakı ifadəsində göstərdiyi xüsusatlar da öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə dair anten məlumatdan müəyyən olunur ki, o, xx.xx.2023-cü il tarixdə saat 16 radələrinədək Bakı şəhərində olmuş, daha sonra yaşadığı Abdulabad kəndində getmişdir. xx.xx.2023-cü il tarixdə isə o, günorta saatlarınadək Abdulabad kəndində olmuş və daha sonra Bakı şəhərinə getmiş və saat 16:40-dan etibarən Bakı şəhəri, Lökbatan qəsəbəsində olmuşdur. Təqsirləndirilən şəxs2 özü isə xx.xx.2023-cü il tarixdə səhər saatlarından saat 18 radələrinədək Bakı şəhərində müxtəlif ünvanlarda olmuş, daha sonra Hacıqabul rayonu, Nəvai qəsəbəsinə getmişdir. xx.xx.2023-cü il tarixdə o, saat 17:26-dək Hacıqabul rayonu, Atbulaq kəndində olmuş, sonra oradan Bakı şəhəri istiqamətində hərəkətdə olmuş və saat 18:21-dən etibarən Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi adlanan ərazidə olmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi kimi xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Bakı şəhərinə getməmiş, əksinə həmin tarixdə saat 16 radələrinədək Bakı şəhərində olmuş və sonra yaşadığı Abdulabad kəndinə getmişdir. xx.xx.2023-cü il tarixdə isə o, Bakı şəhərindən gəlməmiş, əksinə yaşadığı kənddən Bakı şəhərinə getmişdir. Təqsirləndirilən şəxs2 özü də xx.xx.2023-cü il tarixdə saat 18 radələrinədək Bakı şəhərində olmuş və sonra Nəvai qəsəbəsinə getmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 sonradan verdiyi ifadə də məhkəmə iclasında tədqiq edilmiş mobil telefon nömrələrinə dair anten məlumatlara ilə təkzib olunmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrə tənqidi yanaşaraq həmin ifadələri qeyrisəmimi, mötəbər olmayan ifadələr kimi qiymətləndirmışdir. Bundan başqa, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil telefon nömrəsinə dair sms məlumatlarından görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 16:23-də, 18:17-də və 19:50-də Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsinə müvafiq olaraq "qaqa mənə hə yox de de”, ‘‘qaqa sene arxeynem bakiy qaydmalyam meni pis veziyyetde qoyma qaqam sene arxeynem bugun qaydmalyam saba isdeyem meni yaddan cixarma” və ‘‘Qaqa ac sozum var neqederdi saba onun pulun duzeldmeqe gora deyirem” məzmunlu üç qısa mesaj (sms) göndərmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən isə həmin mesajlara cavab verilməmişdir. iclasında mobil telefon nömrəsinə dair qeyd edilən məlumat tədqiq edilərkən Təqsirləndirilən şəxs2 bildirdi ki, Təqsirləndirilən şəxs1 əvvəldən Lökbatan qəsəbəsində yerləşən meyvəli bazarında meyvə alveri ilə məşğul olmuşdur. O da meyvə alveri ilə məşğul olmaq istəyirdi. Vasif ona demişdir ki, işə başlamaq üçün müəyyən məbləğdə pul tələb olunur. Sms yazışmasındakı "onun pulu” ifadəsi məhz alverə başlamaq üçün nəzərdə tutulan pul olmuşdur. Birinci instansiya məhkımısi hesab etmişdir ki, sms yazışmalarının məhz narkotik vasitənin alqı-satqısı ilə bağlı olmasını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud olmadığından, eləcə də Təqsirləndirilən şəxs1 tərəfindən həmin mesajlara bu faktı təsdiq edəcək mahiyyətdə hər hansı cavab verilmədiyindən, həmin məlumatlar Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, polis əməkdaşları tərəfindən tutulduqdan sonra ona qarşı təzyiqlər edilmiş və onu döymüşlər. Döyülmə nəticəsində müxtəlif bədən xəsarətləri almışdır. Polis əməkdaşları onu üzərindən narkotik vasitə aşkar edilməsi və guya Seymura 40 manata narkotik vasitə satması ilə bağlı izahat verməyə məcbur etmişlər. O, polis əməkdaşları tərəfindən döyüldüyünə görə dözə bilməyib onların təklifi ilə razılaşmağa məcbur olmuşdur. Həmin vaxt onun üzərinə bir büküm marixuana qoyulmuş və videoçəkilişlə üzərində axtarış aparılan zaman həmin maddəni cibindən çıxararaq təhqiqatçıya təqdim etmişdir. Halbuki, nə onun üzərində saxlanılan vaxt narkotik vasitə olmamış, nə də o, Seymura heç vaxt pul müqabilində narkotik vasitə verməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı ona qarşı zorakılıqlar olunduğunu, işgəncə altında ifadələrinin alındığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işgəncə verilib-verilməməsinin müəyyən edilməsi məqsədilə Hacıqabul rayon prokurorluğunda aparılmış araşdırmanın materialları alınaraq öyrənilmiş və belə nəticəyə gəlinmişdir ki, ibtidai istintaq zamanı ifadəsi alınarkən Təqsirləndirilən şəxs1 pis rəftara məruz qalmış, ondan ifadə zorakılıq, hədə qorxu hərəkətlərinin tətbiq edilməsi ilə alınmışdır. Belə ki, Hacıqabul rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində qəbul olunmuş xx.xx.2023-cü il tarixli 06 C-231 saylı qərardan görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs1, eləcə də Hacıqabul rayon PŞ-nin əməkdaşlarının izahatı alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş və yekunda Təqsirləndirilən şəxs1 pis rəftara məruz qalması ilə bağlı müraciətinin əsassız olduğu nəticəsinə gəlinmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılmış və Hacıqabul rayon Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 20:44-dən etibarən o, Hacıqabul rayon Polis şöbəsində olmuşdur. Daha sonra həmin tarixdə saat 23:50-də müdafiəçi ilə təmin olunmaqla şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 00:10-dan saat 00:25-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmış və bu zaman cinayət işi üzrə maddi sübut kimi tanınan iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İlkin izahatında, şübhəli və təqsirləndirilən şəxs kimi ifadələrində üzərindən 2 ədəd kibrit qutusunda narkotik vasitə marixuana aşkar olunmasını etiraf etmişdir. Hacıqabul rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 barəsində olan məhkəmə-tibb ekspertizasının l6.02.2023-cü il tarixli 28 saylı rəyindən görünür ki, müayinə olunanın bədəni üzərində müayinə zamanı hadisə gününə uyğun hər hansı travmatik zədə və onun obyektiv izləri aşkar edilməmişdir. (Nəzərə alınmalıdır ki, həmin ekspertiza Təqsirləndirilən şəxs1 tutulmasından bir aydan artıq vaxt keçdikdən sonra keçirilmişdir) Araşdırma aparan orqan (Hacıqabul rayon prokurorluğu) Təqsirləndirilən şəxs1 dəlillərini əsassız hesab edərkən öz mövqeyini belə əsaslandırmışdır: "araşdırma zamanı alınmış izahatlardan və ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat işi üzrə tutulan zaman və Hacıqabul rayon Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlər edilməmişdir” İstintaq orqanının əsaslandırması yalnız bundan ibarətdir. Başqa əsaslandırma yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının hər biri ifadələrində də Təqsirləndirilən şəxs1 qarşı zorakılıq olunmadığını, onun döyülmədiyini bildirmişlər. İş materiallarında da Təqsirləndirilən şəxs1 tutulması zamanı bədənində daha əvvəldən xəsarət olması ilə bağlı sübutlar mövcud deyildir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən əldə edirək iş materiallarına əlavə edilmiş 3 saylı X3 Vasif Nizami oğlunun adına tərtib olunmuş "Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına qəbul olunan zaman ilkin tibbi müayinə olunmuş və onun bədən səthində sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı nahiyyələrində və sol baldırın arxa səthində bənövşəyi rəngli qançırlar aşkar edilmişdir və o, həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. Həmin xəsarətlərlə bağlı məhkəmə baxışı dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 394/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı X4-Sanitar hissəsində bədən səthinə baxış keçirilərkən "sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı və sol baldır nahiyələrində bənövşəyi rəngli qançırlar” aşkar edilmişdir. Qeyd edilən zədələr küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi və rəng göstəricilərinə əsasən xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinədən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, özü tərəfindən bədəninin müxtəlif nahiyələrinin küt əşyalara vurulması, çırpılması nəticəsində yaranmaları daha inandırıcıdır. Lakin, xəsarətlərin ölçüləri, həcmi, müfəssəl xarakterik göstəriciləri təsvir edilmədiyindən dəqiq məhkəmə-tibbi meyarlara əsasən qiymətləndirilməsi mümkün deyildir. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntü tədqiq edilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış aparılarkən onun sağ gözünün altında bənövşəyi rəngli qançırın olması açıq aydın görünür. Beləliklə Təqsirləndirilən şəxs1 tutulan zaman hər hansı xəsarəti olmadığı halda polis əməkdaşları tərəfindən tutulduqdan sonra polis nəzarətində olan zaman onun bədən səthində olan döyülməyə xarakterik zədələr yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 3-cü hissəsində qeyd olunmuşdur ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki tünd göy rəngli şalvarın qabaq sol cibindən bir ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim edilmiş bir ədəd kibrit qutusu açıldıqda içərisində tünd göy rəngli marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, təqdim etdiyi bir ədəd kibrit qutusunda olan marixuananı bir gün əvvəl Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində Vasif adlı şəxsdən 40 manata almış və istifadə etmək üçün üzərində saxlamışdır. "Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ cibindən 2 ədəd kirit qutusunu təqdim edərək içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 2 ədəd kibrit qutusunu açdıqda içərisində tünd yaşıl rəngli, marixuanaya bənzər maddə olması müəyyən edildi. Təqsirləndirilən şəxs1 bildirdi ki, bir gün əvvəl Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində yerdən 3 ədəd kibrit qutusunda marixuana tapmış, bir ədəd kibrit qutusunda olan marixuananı 40 manata Təqsirləndirilən şəxs2 satmış, qalan iki kibrit qutusunda olan marixuananı isə istifadə etmək üçün üzərində saxlamışdır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/31 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi- 5,30 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: "...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 3,38 və 3,20 qram, ümumi çəkisi 6,58 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 364 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 441 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərdən istifadə halları olub. Lakin, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. "Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 satdığı və üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 111 saylı arayışından və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 evli olmaqla, himayəsində 2014 və 2016-cı il təvəllüdlü iki azyaşlı uşaqları vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X3 Vasif Nizami oğlunun adına tərtib olunmuş "Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 istintaq təcridxanasına qəbul olunan zaman ilkin tibbi müayinə olunmuş və onun bədən səthində sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı nahiyyələrində və sol baldırın arxa səthində bənövşəyi rəngli qançırlar aşkar edilmişdir və o, həmin xəsarətləri həbs olunan zaman aldığını bildirmişdir. "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs1 3 saylı İstintaq Təcridxanasında müayinə olunan zaman sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı nahiyyələrində və sol baldırın arxa səthində bənövşəyi rəngli qançır aşkar olunması ilə bağlı 3 saylı X2 rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 06C-23 nömrəli material üzrə araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı polis əməkdaşları Təqsirləndirilən şəxs1 qarşı hər hansı fiziki təsir göstərilmədiyini, onun döyülmədiyini və ona qarşı hər hansı qanunazidd hərəkət edilmədiyini bildirmişlər. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 28 saylı rəyində isə Təqsirləndirilən şəxs1 bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izlərinin aşkar olunmaması qeyd olunmuşdur. Hacıqabul rayon prokurorunun köməkçisi, polis əməkdaşlarının izahatlarına və ekspertiza rəyinə isnad edərək Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat işi üzrə tutulan zaman və Hacıqabul rayon Polis Şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən hər hansı qanunazidd hərəkətlərin edilməməsini müəyyən etmiş və bu barədə xüsusatlar üzrə cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-in 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanmasını rədd etmişdir. Məhkəmə baxışı dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 394/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə 3 saylı X4-Sanitar hissəsində bədən səthinə baxış keçirilərkən "sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı və sol baldır nahiyələrində bənövşəyi rəngli qançırlar” aşkar edilmişdir. Qeyd edilən zədələr küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi və rəng göstəricilərinə əsasən xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinədən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir, özü tərəfindən bədəninin müxtəlif nahiyələrinin küt əşyalara vurulması, çırpılması nəticəsində yaranmaları daha inandırıcıdır. Lakin, xəsarətlərin ölçüləri, həcmi, müfəssəl xarakterik göstəriciləri təsvir edilmədiyindən dəqiq məhkəmə-tibbi meyarlara əsasən qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 istintaq zamanı döyülməsi və ona göstərilən fiziki təziq altında etirafedici fadə verməyə məcbur olması barədə ifadəsində göstərdikləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs1 məhkəmə zamanı verdiyi ifadələrini inandırıcı hesab etmişdir. Qeyd edilən Plenum qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 münasibətdə ibtidai araşdırma orqanının qanunsuz hərəkətləri ilə bağlı prokurorluğa müraciət edilmiş olsa da, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 394/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023- cü il tarixdə 3 saylı X4-Sanitar hissəsində bədən səthinə baxış keçirilərkən "sağ gözaltı, sağ kürəkaltı, sağ sağrı və sol baldır nahiyələrində bənövşəyi rəngli qançırlar aşkar edilmişdir. Qeyd edilən zədələr küt təsir mexanizminə malik əşya ilə yetirilə bilərdi və rəng göstəricilərinə əsasən xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinədən 2-3 gün əvvələ uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir” kimi məlumatlar qeyd edilmişdir. Belə olan halda məhkəmənin Təqsirləndirilən şəxs1 məhkəmə zamanı verdiyi fadəsini əsas götürməsi qeyd edilən Plenum qərarının tövsiyyələrinə də uyğun olmuşdur. CPM-in 349.5-ci maddəsinə görə məhkəmənin hökmü o halda əsaslı hesab edilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlsin. CPM-in 124.1-ci maddəsinə əsasən istər şəxsin təqsirliliyi, istərsə də onun təqsirsizliyi ilə bağlı əhəmiyyətli hallar sübutlarla təsdiq olunmalıdır. Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür. CPM-in 139.0 və 139.0.1-ci maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 125-ci maddəsinə əsasən sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi CPM-in 139-cu maddəsinin tələblərini nəzərə alıb məhkəmə istintaqı zamanı cinayət təqibi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutları həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, bir-biri ilə müqayisəli şəkildə təhlil edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, yekunda bütün sübutlara məcmu halında qiymət verərək belə bir düzgün qənaətə gəlmişdir ki, istintaq orqanı tərəfindən toplanmış sübutlar əsaslı şübhələrdən kənar sübut standartlarına uyğun olmadığından və istər ayrıayrılıqda, istərsə də məcmu halında ittihamın təsdiq edilməsində yetərlilik və inandırıcılıq tələblərinə cavab vermədiyindən, bununla da ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 CM-in 234.2-ci maddəsi ilə irəli sürülən ittiham üzrə onun təqsirliliyi sübuta yetirilmədiyindən, ona CM-in 234.2-ci maddəsi ilə bəraət verilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitənin ona Təqsirləndirilən şəxs1 tərəfindən satılması mötəbər sübutlarla müəyyən edilməmişdir. Belə olan vəziyyətdə, hər iki şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin eyni tərkibli olması da, apellyasiya protestində göstərildiyi kimi Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitənin ona Təqsirləndirilən şəxs2 tərəfindən satılmasını deyil, daha çox hər iki şəxs üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığı qənaətini gücləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü hissəsinə görə Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. CPM-in 125.1 və 125.2-ci maddələrinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud Cinayət Prosessual bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; CPM-in 125.3-cü maddəsinə görə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokol zorakılıq, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunduğundan, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan həmin sübutların sübutlar siyahısından xaric edilməsi düzgün olmuşdur. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. AR CPM-in Sübutetmənin anlayışı adlanan 138.1-ci maddəsinə əsasən Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Birinci instansiya məhkəməsi sübutetmə gedişində AR CPM-in 139-cu maddəsində sadalanan sübut edilməli halların Təqsirləndirilən şəxs1 münasibətdə sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci nstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, işdə olan sübutlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə kifayət etmir. AR CPM-nin 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi adlanan 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi adlanan 33-cü maddəsinə əsaən 33.1. Hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. 33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.4. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sübutları araşdırması və qiymətləndirməsi prosessual qanunvericiliyin göstərilən nörmalarına uyğun olmuş, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirsiz olması barədə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya protestinin əsassız olmasını və təmin edilməməli olduğunu hesab edir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəflərin iştirakı ilə cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, məhkum edilmiş şəxsin izahatını, dövlət ittihamçısının apellyasiya protestinin təmin olunması barədə xahişini, müdafiəçinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 1(099)- 71/2024 saylı hökmü dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1-cü, 407-410-cu maddələrini rəhbər tutaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Hacıqabul Rayon məhkəməsinin 06 fevral 2024-cü il tarixli 1(071)-1/2024 saylı hökmü, həmin hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti ilə əlaqədar dəyişdirilməsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar