Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(106)-980/2024 20.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin, Apellyasiya instansiyası məhkəmələrində X2 şöbəsinin prokuroru X1 və məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 30 noyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 14 iyun 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin məhkəmə baxışı iclasında videkonfrans əlaqə sistemindən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 30 noyabr 2018-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum edilmiş şəxs Soltanov X3 Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 30 noyabr 2018-ci il tarixli hökmündən 23 may 2024-cü il tarixdə apellyasiya şikayəti və apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət vermişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 14 iyun 2024-cü il tarixli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Məhkum edilmiş şəxs Soltanov X3 Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 14 iyun 2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müdətin bərpa olunmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, onun barəsində hökm çıxarıldıqdan sonra CM və CPM-də bir çox dəyişiklər olmuşdur. Ona görə də onun barəsində olan işə yenidən baxılması üçün əsaslar vardır. Qeyd edilənlərin üzülü səbəb kimi qəbul edilməsini bildirərək apellyasiya şikayətinin təmin olunmasını və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs şikayətinin dəlillərini iş materialları əsasında yoxlayaraq hesab edir ki, aşağıdakılara əsasən şikayət təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 14 iyun 2024-cü il tarixli qərarı dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin hökmünün surəti 12 dekabr 2018-cü il tarixdə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qəbzə imza etməklə qəbul etmiş, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti və apellyasiya şikayətini hökmün çıxarılmasından 5 il 6 aydan artlq vaxt keçdikdən sonra vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum olunmuş şəxsin, müdafiəçinin birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququnu qanunvericilikdə nəzərdə tutulmuş müddətdə istifdə edə bilərdi. Bu hüququndan istifadə etməmiş məhkum olunmuş şəxsin törətdiyi cinayətin afektindən çıxa bilməməsini, həmçinin qarşı tərəfin ona qarşı neqativ ünsiyyətdə olduğu üçün müddəti ötürməsi və hazırda qarşı tərəflə barışması kimi hallar üzülü səbəb kimi qəbul edilə bilməz və müddətin bərpasını tələb etməsinin heç bir hüquqi və real əsası olmamaqla yanaşı, müddətin bərpa edilməməsi onun, hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Əksinə müddətin əsassız bərpası qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətində apellyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Apellyasiya şikayətində göstərilən hallar da müddətin bərpa edilməsinə əsas vermir. Beləliklə apellyasiya məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs məhkəmənin hökmü elan ediləndən 20 gün müddətində apellyasiya şikayəti verməli olmasına baxmayaraq, apellyasiya şikayəti vermək üçün qanundla nəzərdə tutulmuş prosessual müddət bitdikdən 5 il 6 aydan artlq vaxt keçdikdən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 14 iyun 2024-cü il tarixli qərarı ilə müddətin bərpasından imtina edərkən qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 30 noyabr 2018-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair vəsatətin rədd edilməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 14 iyun 2024-cü il tarixli qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı,14 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 384-386, 391.3.3, 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(99)-381/2018 saylı, 14 iyun 2024cü il tarixli müddətin bərpa edilməsi haqqında vəsatətin təmin edilməməsi barədə qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş 01 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(106)-980/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(106)-980/2024
20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver