Məhkəmə qərarları › İş №1(107)-115/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-115/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-115/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 125 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən hakim Etibar Hümbətov) xx xxxxxxx 2020ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmü ilə, xx.xx.1993-cü ildə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, ünvan 1 mənzil 15 ünvanındada qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 125 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 06 (altı) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində 02 (iki) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətində azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, Təqsirləndirilən şəxs davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və sınaq müddəti ərzində yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsinin qoyulması, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Hökmün icrasının Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad olunması, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(016)-48/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 125 və 127.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-in 127.1-ci maddəsinə xitam verilmiş və o həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs nikah münasibətində olmaqla, ondan maddi, mənəvi və sair cəhətdən faktiki asılı vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayında aralarında baş vermiş ailə münaqişəsi zəminində mübahisə zamanı ünvan 2 mənzil 4 ünvanında birlikdə yaşadıqları evdə söyüb-təhqir etməklə, xx xxx 2020-ci il tarixdə saat təxminən 08:00 radələrində həmin evdə eyni səbəblərdən əlləri ilə boğaraq boyun nahiyəsindən xəsarətləndirməklə və söyüb təhqir etməklə amansız rəftar edib ləyaqətini mütəmadi olaraq alçaltmış, eləcə də, xx xxxxxx 2020ci il tarixdə, saat 02 radələrində şəxsi münasibətlər zəminində aralarında baş vermiş növbəti mübahisə zamanı həmin evin hamam otağında yerə yıxıb dizlərini əllərinin üzərinə qoymaqla müqavimət imkanlarından məhrum edib hərəkətsiz hala gətirərək, yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub, başın sol təpə nahiyəsinin qançırı, sağ və sol gözün üst və alt qapağının və gözaltı nahiyənin qançırı və hər iki gözün ağlı qişasına qansızmalar, hər iki almacıq sümüyünün göz yuvası hissəsinin qapalı sınığı, üzün sol qulaqaltı çeynəmə nahiyəsinin sıyrıqları, boynun ön və yan səthlərinin zolaq şəkilli və qövs şəkilli cəmi 7 ədəd sıyrıqları, sol kürək nahiyəsinin qançırı, sağ və sol bazunun cəmi iki ədəd qançırı, sağ və sol saidin cəmi iki ədəd qançırı, sağ əlin arxa səthinin iki ədəd qövsşəkilli sıyrıqları, sol diz oynağının qançırı, sağ və sol baldırın cəmi iki ədəd qançırlarla müşayiət edilən həyat üçün təhlükəli olmayan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, uzun müddət davam edən amansız rəftarı və mütəmadi olaraq ləyaqətini alçaltması səbəbindən, xx xxxxxx 2020-ci il tarixdə saat 19:30 radələrində yaşadığı evdə özünü öldürmək məqsədi ilə sirkə turşusu içən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmündən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Apellyasiya protestinin və prosses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, aşağıdakı əsaslara görə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 125-ci maddəsi ilə məhkum edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəalar hökmdən xaric edilməklə dəyişdirilməlidir. Belə ki, CPM-in 346.1.11-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsə məhz hansı cəzanın, o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu məsələləri məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməlidir. Həmin Məcəllənin 353.2.7-ci maddəsinə görə bu Məcəllənin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Həmin Məcəllənin 353.2.3-cü maddəsinə görə təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilməlidir. Ağsu Rayon Məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən, onun təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tam ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, atasının İ Qarabağ müharibəsində şəhidi olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb CM-in 70-ci maddəsini tətbiq etmişdir. Ağsu Rayon Məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayması qənaətinə gələrkən bu halı da kifayət qədər əsaslandırmamış, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirkarın şəxsiyyətini nəzərə almamışdır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Belə ki, məhkəmənin istinad etdiyi cəzanı yüngülləşdirən halların bəziləri məhkəmənin mülahizəsinə görə müəyyən olunmuş və hökmdə kifayət qədər əsaslandırılmamışdır. Digər tərəfdən, təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq etmək üçün istinad edilən cəzanı yüngülləşdirən hallar məhkəmə tərəfindən təqsirli şəxsin təqsirli bilindiyi maddənin sanksiyasının aşağı həddində cəza təyin edilərkən nəzərə alınmışdır. Bununla yanaşı, göstərilən hallar heç də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması nəticəsinə gəlməyə imkan vermir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində isə göstərilmişdir ki, məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-in 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) əsasən müəyyən edilir. CM-in 125-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti başqa şəxsin həyatıdır. Bu cinayətin ictimai təhlükəliliyi nəinki başqa şəxsin özünü həyatdan məhrum etməsi və ya buna cəhd göstərməsi, həm də təqsirkarın mənəviyyatdan, insanlıqdan kənar amansız hərəkətlər etməsi ilə xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. CM-in 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 72.2- ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs isə dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş, belə halda məhkəmə cəza təyini zamanı səmimi peşimançılığı nəzərə ala bilməzdi. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yüngülləşdirici hal kimi qeyd etsə də, lakin bu halın nədə ifadə olunması və bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərilməmişdir. Bundan başqa Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən Təqsirləndirilən şəxs nikah münasibətində olmaqla, ondan maddi, mənəvi və sair cəhətdən faktiki asılı vəziyyətdə olan arvadı Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, uzun müddət davam edən amansız rəftarı və mütəmadi olaraq ləyaqətini alçaltması səbəbindən, özünü öldürmək məqsədi ilə sirkə turşusu içən Zərərçəkmiş şəxs özünü öldürməyə cəhd həddinə çatdırmasını nəzərə almamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı düzgün müəyyən etməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən halları tam araşdırmamış, əsassız olaraq ona törədilmiş cinayətlərin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməklə barəsində CM-in 70-ci maddəsini tətbiq etmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən çıxarılmaqla dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya protestinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmünün isə dəyişdirilərək Təqsirləndirilən şəxs barəsində CMin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X3 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirini səmimi etiraf edir, onun zərərçəkmişlə barışdığını, ailə vəziyyətini nəzərə alıb apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Zərərçəkmiş şəxs bildirdi ki, o özü də uşaq olarkən valideynləri ayrıldığından uşaqlıq illəri çox çətinliklə keçirmişdir, atasız, anasız böyümüşdür. Təqsirləndirilən şəxs 2 azyaşlı övladları var. O istəmir ki, uşaqları da onun yaşadığı eyni taleyi yaşasınlar. Aralarındakı mübahisələr imkansızlıq səbəbindən baş vermişdir. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs öz səhvini başa düşüb, aralarındakı anlaşılmazlıqları həll edib bir yerdə yaşayırlar. Hazırda Yadigar fəhlə işləyir. Alilələrinə qaynanası maddi köməklik edir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlilləri ilə bağlı fikrini bildirən Təqsirləndirilən şəxs bildirdi ki, aralarında mübahisə olub. Onun 2 körpə uşağı, xəstə anası və 2 bacısı var. Özü atasız böyümüşdür. 2006-cı ildə dövlət onlara ev verib. Ev verilənə qədər onlar pəncərəsi olmayan evdə yaşamışlar. Yoldaşı Zərərçəkmiş şəxs ilə barışıblar. Əməlindən səmimi peşmandır. Apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, dövlət ittihamçısının apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya protestinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara apellyasiya protesti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya protestində Təqsirləndirilən şəxs CM-in 125-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs əməlinin CM-in 125-ci maddələri ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 125ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə qanuni və ədalətli cəza təyin etmiş və barəsində CM-in 70-ci maddəsini tətbiq etməklə, təyin edilmiş cəzanın şərti olaraq çəkilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan da daha ağır cəzanın təyin edilməsini, həmçinin barəsində tətbiq edilmiş CM-in 70-ci maddəsinin xaric edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Bundan əlavə Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs əməlini səmimi etiraf edir, törətdiyi əmələ görə səmimi peşimançılıq hissi keçirir, həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bu baxımdan da, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi, tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə özü-özlüyündə onu əhatə edən insanların təqsirləndirilən şəxsi cəmiyyətin normal üzvü kimi qəbul etdiklərini və ona olan inamların saxlandığını özündə ehtiva edir. Digər tərəfdən o da xüsusi olaraq qeyd edilməlidir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Bu hal isə bilavasitə CM-in 59.1.12-ci maddəsinə görə cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Belə olan halda isə məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bаrəsində CM-in 70-ci mаddəsini tətbiq etməklə onа təyin olunmuş cəzаnın şərti hesаb edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticəni əsaslı hesab edir. Belə ki, CM-in 70.1-ci mаddəsinin tələbindən görünür ki, islаh işləri, hərbi xidmət üzrə məhdudlаşdırmа, intizаm xаrаkterli hərbi hissədə sаxlаmа və yа müəyyən müddətə аzаdlıqdаn məhrum etmə cəzаsı təyin edən məhkəmə, məhkumun cəzа çəkmədən islаh olunmаsını mümkün sаyırsа, həmin cəzаnın şərti olаrаq tətbiq edilməsi hаqqındа qərаr çıxаrа bilər. Göründüyü kimi qаnunverici şərti məhkumetmənin təyin edilməsi üçün zəruri şərt olаrаq məhkumun cəzа çəkmədən islаh olunmаsının mümkün sаyılmаsını müəyyən etmişdir. Azərbаycаn Respublikаsının Cəzаlаrın İcrаsı Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən məhkumlаrın islаh edilməsi – onlаrdа qаnunа itаətin yаrаnmаsı, insаnа, cəmiyyətə, əməyə, birgəyаşаyış qаydа və ənənələrinə hörmət və ehtirаmın formаlаşdırılmаsıdır. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bаrəsində seçilmiş cəzа tədbirinin çəkilməsi məsələsinə gələrkən cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə təqsirləndirilən şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusu məhkəmə kollegiyasına imkan verir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunma imkanlarının tükənmədiyi qənaətinə gəlsin. Çünki, təqsirləndirilən şəxsin əməlində yuxarıda sadalanan yüngülləşdirici halların olması, şəxsiyyəti, ailəsinin həyat şəraiti bunu deməyə əsas verir. Digər tərəfdən CM-in cəzanın anlayışı və məqsədindən bəhs edən 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci mаddəsinin tətbiq edilməsi eyni zаmаndа BMT-nin həbs edilmə ilə bаğlı olmаyаn tədbirlərə dаir stаndаrt minimаl qаydаlаrın (Tokio qаydаlаrı) 1.2-ci mаddəsinə uyğun olаrаq ədаlət mühаkiməsinin həyаtа keçirilməsində, xüsusən məhkumlа dаvrаnmаdа ictimаiyyətin dаhа fəаl iştirаk etməsini təmin etmək, hаbelə məhkumdа cəmiyyət qаrşısındа məsuliyyət hissini inkişаf etdirməyə yаrdım göstərmək məqsədini dаşıyır. Digər tərəfdən o da xüsusi olaraq qeyd edilməlidir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin həyat yoldaşı olmaqla, onların himayəsində iki az yaşlı övladları var. Həmçinin bu dördlüyün timsalında ailə artıq bütövləşmişdir. Belə bir vəziyyətdə təqsirkar ataya təyin edilmiş azadlıqdan məhrum cəzasının real çəkilməsi onun himayəsinə möhtac olan həmin şəxslər üçün əlavə mərhumiyyətlərin yaranmasına gətirib çıxaracaq və sonunda bütövləşmiş bir ailənin dağılmasına rəvac verəcəkdir. Məhkəmə Kollegiyаsı onu dа qeyd edir ki, şərti məhkumetmə zаmаnı məhkum cinаyət məsuliyyətindən аzаd olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəzа icrа olunmаsа dа təyin olunаn cəzа qаnunlа müəyyən olunmuş xüsusi formаdа şərti həyаtа keçirilir. Belə olan halda, məhkəmə kollegiyası Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmü ilə bağlı apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 125-ci maddəsi ilə təyin edilmiş cəzanın növü, həddi və barəsində CM-in 70-ci mаddəsinin tətbiq edilməsi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(016)-48/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar