Məhkəmə qərarları › İş №1(107)-127/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-127/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-127/2021 06.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan CM) 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) xx xxxxxx 2021-ci il tarixli hökmü ilə xx.xx.1969-cu ildə Qax rayonunun Tasmalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qax rayonunun Tasmalı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun üzərinə gün ərzində Qax rayon ərazisini, yaşayış yeri olan Qax rayonunun Tasmalı kəndində yerləşən evinin hüdudlarını gecə vaxtı saat 23:00dan növbəti gün səhər saat 07:00-a kimi tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Qax rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəlinin Qax Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, hökmün icrasının onun qeydiyyatda olduğu Qax Rayon İcra və Probasiya Şöbəsinə tapşırılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs epidemiya əleyhinə və ya karantin rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o xx.xx.2020-ci il tarixdə koronavirus - COVİD-19 xəstəliyinə yoluxaraq xx.xx.2020-ci il tarixdən evdə nəzarətə götürülməsinə baxmayaraq qəsdən xx.xx.2020-ci il tarixdə Qax rayonu, Tasmalı kəndində yerləşən yaşayış ünvanını tərk edərək ünvan 3sına daxil olmaqla epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla həmin xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya protestinə qarşı etiraz verilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır, azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməlidir. ETİRAZİN DƏLİLLƏRİ Etiraz onunla əsaslandırılmışdır ki, hökm Təqsirləndirilən şəxs əməlinə uyğun verilmiş və ədalətli hökmdür. Onun cəmiyyət içərisində də islah olunması mümkündür. Ona görə də Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü qüvvədə saxlanılsın. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək protestinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsə sanskiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, mən xəstə idim, düzdür. Özüm öz xahişimlə analiz verdim, xəstə çıxdım. İcra hakimiyyətindən və xəstəxanadan mənə zəng etdilər. Amma mən heç nə hiss etməmişəm. Mənə dedilər ki, 10-14 gün evdən çölə çıxma. Mən də dedim, baş üstə. On gün bitəndə, 11-ci gün, sahə müvəkkili zəng elədi ki, gəl bura. İcra qrupunda mülki mişimiz var, torpaq məsələsidir. Mənə dedi ki, siz gəlməlisiz bura, mən dedim ki, mənə deyiblər ki, evdən çıxma, ona görə gələ bilmərəm. Dedi gəlməsən məcburi gətirəcəklər. Bundan sonra qardaşımın maşınını götürüb özüm tək getdim icra qrupuna, orada da ara məsafəsin saxlamışam. Əlbəttə, əməlimdən peşmanam, kim peşman olmaz ki? Mən yaşlı, kasıb, əlil adamam, Prezident mənə ev tikdirib, orada kasıbçılıqla yaşayıram, qoldan əlil, gözdən əlil bir adamam. Məhkəmədən xahiş edirəm, mənə köməklik edin. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev apellyasiya protestinə etiraz edərək bildirmişdir ki, cəzanın ağırlaşdırılması qanunun humanist prinsiplərinə uyğun deyil. Təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli olmalı, əməlin ictimai təhlükəlilik dərəcəsinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanunun humanist prinsiplərinə uyğun deyil. Ona görə də apellyasiya protestinin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyаsı cinayət işinin materiallarını və apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan аrаşdırıb, işdə olаn sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə apellyasiya protesti təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPMin 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya protestindən və dövlət itthamçısının apellyasiya protestinin dəlillərinə münasibətindən görünür ki, o, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı yüngül hesab edir və həmin cəzanın ağırlaşdırılmasını istəyir. Apellyasiya protesti cəza məsələsi ilə bağlı olduğundan, məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarına əsasən, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər. Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında isə məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Həmçinin, həmin qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-in 8-ci maddəsində qeyd olunmuşdur ki, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normasının və adı çəkilən qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Qeyd olunanlara əsasən, belə nəticə hasil olur ki, bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İşin halları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsinə uyğun olaraq, epidemiya əleyhinə və ya karantin rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmağa görə ittiham olunur. Bu əməlinə görə o, həmin maddənin sanksiyasına uyğun olaraq iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-in 58.3-cü maddəsi). Göründüyü kimi, qanunverici CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə azadlıqdan məhrum etmə ilə yanaşı, cərimə və azadlığın məhdudlaşdırılması cəzası da nəzərdə tutmuşdur. Cinayət işində olan (i. v. 29) Qax RİH başçısının Tasmalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterli bir şəxs kimi səciyyələndirilərək göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1969-cu ildə Qax rayonunun Tasmalı kəndində doğulmuşdur. Halhazırda fərdi təsərrüfatla məşğul olur. Rüstəm özünü kənd ictimaiyyəti arasında intizamlı bir şəxs kimi aparır, qonşularının və kənd ictimaiyyətinin hörmətini qazanmışdır. O, kəndimizdə keçirilən ictimai-siyasi tədbirlərdə iştirak edir. Məhkəmə kollegiyasının qənaətinə görə, təqsirləndirlən şəxsin belə səciyyələndirilməsi onun cəmiyyətdə qalmasına, cəmiyyətdən təcrid edilmədən yaşamasına və kənd ictimaiyyətində onun bir kriminal ünsür kimi sıradan çıxarılmamasına, mənfi emosiya doğurmamasına, kriminal şəxs olmamasına, habelə onu əhatə edən insanlar arasında ona inamın mövcudluğuna dəlalət edən xüsusat kimi qiymətləndirilməlidir. O da qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ümumiyyətlə, məhkumluğu olmayan şəxsdir (i. v. 11). Bu baxımdan, məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların heç biri iş üzrə mövcud deyil. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasının yüngül olması barədə apellyasiya protestinin dəlilləri ilə razılaşa bilmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri baxımından da mütənasib hesab edir. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi onlarda qanuna itaətin yaranması, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. «Məhkəmələr tərəfindən cinаyət cəzаlаrının təyin edilməsi təcrübəsi hаqqındа» Аzərbаycаn Respublikаsı Аli Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tаrixli 04 nömrəli qərаrının 1-ci bəndində göstərilir ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədini təmin etməlidir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqda törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərаrın 2-ci bəndində isə göstərilir ki, cəzаlаrın tətbiqi məsələsi müzаkirə edilərkən cəzаnın növü və miqdаrının seçilməsinin mühüm əhəmiyyəti vаrdır. Cəzа birinci növbədə təqsirləndirilən şəxsin islаh olunmаsınа xidmət etməlidir. Göründüyü kimi, cinayət qanunu və Ali Məhkəmənin Plenumunun qərarı məhkumun islah olunmasını cəzanın məqsədi kimi təsdiq edərək, cinayət-hüquq tədbirlərinin tətbiqi ilə onu cəmiyyət üçün təhlükəsiz və ziyansız insana çevirməkdən ötrü şəxsiyyətin dəyişdirilməsini nəzərdə tutur. Başqa sözlə, məhkumun islah edilməsinin yekun nəticəsi ona yönəldilir ki, residiv cinayətə yol verilməsin, yaxud da residivlik minumum həddə qədər azalsın. Məhkumu islah etməklə, məhkumdakı zərərli vərdiş və yönəlişləri neytrallaşdırmaqla, məhkumu belə yönəlişlərdən xilas etməklə, onu yeni cinayət törətməkdən çəkindirmək olar, yəni cəzanın effektli tətbiqi ilə residivin subyektiv amillərinin təsirini neytrallaşdırmaq mümkündür. İşdən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi olaraq etiraf etmiş və ondan peşmаn olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşmüş, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşmışdır. Kriminal hesab olunan əmələ bu cür tənqidi yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında səsləndirdiyi sahə müvəkkilinin zəng etməsi ilə bağlı evdən çıxmasına dair ifadəsinə gəlincə, məhkəmə kollegiyası bunu təqsirləndirilən şəxsin apellyasiya protestinin təmin edilməməsinə yönəlmiş müdafiə xarakterli cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxs nə ibtidai araşdırma, nə də birinci instansiya məhkəməsində belə bir halın baş verməsi, ümumiyyətlə onun Qax Rayon İcra və Probasiya Şöbəsinə getməsi üçün hər hansı bir polis əməkdaşının ona zəng etməsi ilə bağlı heç bir fikir səsləndirməmişdir. Həmçinin, onun həmin şöbəyə məcburi gətirilməsi ilə bağlı hər hansı bir qərar da mövcud deyil. İcra məmurlarının ifadələrindən də Təqsirləndirilən şəxs icra sənədinin icra edilməsi ilə blı polisə müraciət etmələri haqqında heç bir sübut yoxdur. İş üzrə şahid qismində ifadə vermiş Qax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları Şahid1 Şahid2 da ifadələrindən Təqsirləndirilən şəxs həmin şöbəyə gətirilməsi üçün hər hansı polis əməkdaşına müraciət etmələri müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri üzrə hüquqi qiymətləndirmə apararkən birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlmiş və bunun əsaslarını təhlil etmişdir. Birinci instansiya məhkəməsinin hökmü işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgündür. Apellyasiya protestinin dəlilləri formal mülahizələrə əsaslanır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə təyin etdiyi cəzanın növünü və həddini düzgün müəyyən etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilib Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmünün dəyişdirilməsi üçün əsas yoxdur. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Şərh edilənləri və CPM-in 394, 397, 398 və 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya protesti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərаrdаn CPM-in 410-cu mаddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə kаssаsiyа şikаyəti və kаssаsiyа protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar