Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-189/2020 25.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Əliyev Rafail Əyyub oğlunun sədrliyi və X2 iclas katibliyi ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Ucar Rayon Məhkəməsinin hakimi X1 verilmiş etirаz məsələsinə bаxaraq, MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs CM-in 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə verərək işə Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilov tərəfindən baxılmasına etiraz etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə iclasının protokoluna daxil edilməklə çıxarılmış qərara əsasən, Аzərbаycаn Respublikаsı Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 109-cu maddəsə əsasən, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova etirazı cinayət işinə əlavə edilməklə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Etiraz onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxsbarədə başlanılmış cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılması, onun pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsi məqəsədilə müdafiə tərəfinin “cinayət işinə xitam verilməsi haqqında”, “sübutların təmin edilməsi haqqında”, “maddi sübutların (sənədlərin asillərinin) xəttşünaslıq ekspertizasına təqdim etmək üçün götürülməsi haqqında”, “şəxsin şahid qismində dindirilməsi haqqında”, “kompleks xəttşünaslıq ekspertizasına təyin edilməsi haqqında”, “mütəxəsisin dəvət edilməsi haqqında” çoxsaylı vəsatətləri əsassız olaraq təmin edilməmişdir. Qeyd olunan vəsatələr məhkəmə istintaqının obyektiv aparılması və nəticə etibarı ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın nə qədər əsassız və qərəzli olduğunu sübut etməyə yönəlsə də, hakimin cinayətə işinin son nəticəsində maraqları və nüfuz alveri zəminində digər vəzifəli şəxslərdən asılı olduğuna görə əsassız olaraq təmin edilməmişdir. Qeyd olunan xüsusatlar (dəlillər və sübutlar) müdafiə tərəfində hakimin ədalət mühakimə orqanını təmsil edən, qərar verməkdə müstəqil olmalı olan hakim kimi müstəqil olmadığını, sanki Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin və həmin xidmətin Ucar rayon şöbəsinin, Ucar rayon prokurorunun sifarişini icra etdiyini düşünməyə əsas verir. Etirazın dəlillərini iş materialları üzrə аrаşdırıb hesаb edirəm ki, etiraz əsaslı deyil. Belə ki, CPM-in 109.1-ci maddəsinə görə, hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: 109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. hakim birinci, apelyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apelyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. CPM-in 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı apelyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Etirazın dəlillərini ayrı-ayrılıqda təhlil etdikdə müəyyən olunur ki, iş üzrə Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilova etiraz edilməsi üçün iş üzrə CPM-in 109.1-ci maddəsində sadalanan əsaslardan heç biri iş üzrə mövcud deyil. Bundan əlavə, CPM-də göstərilir ki, vəsatətin və ya xahişin rədd edilməsi onların cinayət prosesinin sonrakı mərhələlərində və ya cinayət prosesini həyata keçirən digər orqana vəsatət və ya xahişlə təkrar müraciətinə mane olmur. Vəsatətin və xahişin digər hallarda təkrar verilməsi yeni dəlil gətirildikdə və ya cinayət prosesinin gedişində onların təmin edilməsinin zəruriliyi təsdiq olunduqda mümkündür (mad. 121.3). Vəsatətin rədd edilməsi haqqında məhkəmə əsaslandırılmış qərar çıxarır. Vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir (mad. 323.6). Müdafiə tərəfinin vəsatətləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilmədiyi təqdirdə həmin vəsatətlərdə göstərilən əsaslar apelyasiya şikayətində qeyd edilə bilər. Belə olan halda Ucar Rayon Məhkəməsinin hakimi Hilal Xəlilovun müdafiə tərəfinin verdiyi vəsatətləri təmin etməməsi özü-özlüyündə qərəzlilik mövqeyinə dəlalət edən hal kimi qiymətləndirilə və hakimə etirazın təmin edilməsi üçün qanuni əsas ola bilməz. Odur ki, vəkil Müdafiəçi etirazında göstərdiyi xüsusatların hakimə etirazın əsasları kimi qiymətləndirilməsi cinayət prosessual qanunverciliyin tələbləri baxımından irəli gələn hakimə etirazın əsasları kimi qiymətləndirilməsi hüquqi cəhətdən yolverilməzdir. Ona görə də etiraz əsassız olduğundan təmin edilməməli və iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh оlunаnlаrı və CPM-in 109 və 321.2.3 mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən Ucar Rayon Məhkəməsinin hakimi X1 verilmiş etirаz təmin edilməsin və iş Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya şikаyəti və ya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №1(107)-189/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-189/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver