Məhkəmə qərarları › İş №1(108)-15/2021

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(108)-15/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 1(108)-15/2021 28.09.2021 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Qurbanov Yusifəli Süleyman oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev İlqar Məhərrəm oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 05 avqust 1981-ci il tarixdə Babək rayonu, Cəhri kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, iki uşaq atası, məhkumluğu olmayan, tikinti sahəsində usta işləyən, cinayət törədənədək Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olub həmin kənddə y aşayan, barəsində 08 aprel 2021-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Şahbuz Rayon Məhkəməsinin 1(090)02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şahbuz Rayon Məhkəməsinin (sədrlik edən X4) 1(090)-02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının 06 aprel 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutlar olan 1 (bir) ədəd kağız bağlamada olan möhürlənmiş qablaşdırılmış beton döşəmə daşlarının və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin saxlanc otağında saxlanılan, qalıq qalan 24.570 qram miqdarında metamfetamin psixotrop maddəsinin məh v edilməsi, iş materiallarında olan bir ədəd “DVD” formatlı diskin cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılması, məhkəmə xərci olaraq Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi saatlara görə təqdim etdiyi hesabat əsasında qanunvericiliyə uyğun olaraq hesablanmış müvafiq pul vəsaitinin Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabına köçürülməsi, cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsasların olmaması nəzərə alınması q ərara alınmışdır. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, tanıdığı İran İslam Respublikası vətəndaşı Əmir adlı şəxsdən aralarında əvvəlcədən hər hansı bir razılaşma olmadan, beton döşəmə daşının içərisinə yerləşdirərək, ondan xəbərsiz İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikası ərazisinə göndərmiş olduğu, beton döşəmə daşlarından birinin içərisinə psixotrop maddə yerləşdirildiyini bilmədən, 2021-ci ilin fevral ayının son günlərində Culfa rayon Yaycı kəndinə gedərək Culfa rayon Yaycı kənd sakini Şahid6 həyətindən göstərilən daşları götürüb, Babək rayon Cəhri qəsəbəsindəki yaşadığı evə gətirmiş və bundan sonra telefon vasitəsi ilə Əmir adlı şəxslə əlaqə saxladığında, digər beton döşəmələrdən qalınlığı ilə fərqlənən beton döşəm ənin içərisində psixotrop maddə olduğunu öyrənmiş və bundan sonra həmin beton döşəməni qıraraq içərisində gizlədilmiş, 28 ədəd selofan bükümdə olan metamfetamin psixotrop maddəni avtomobil hissələri alması üçün Əmir adlı iranlıya göndərdiyi 620 manatın əvəzində götürüb, satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək şüşə bankaya yığıb həyətindəki köhnə təndir damında gizlədib saxlamış, psixotrop maddədən iki dəfə istifadə etdikdən sonra, ailə üzvlərinin əlinə keçməməsi üçün, 25 mart 2021-ci il tarixdə içərisində metamfetamin pisxotrop maddə olan şüşə bankanı saxladığı yerdən götürüb, Cəhri qəsəbəsində tək yaşayan qohumu Şahid5 evinə apararaq həyətindəki uçuq əl damında sonuncunun xəbəri olmadan gizlədərək saxlamış və 06 aprel 2021-ci il tarixdə Naxçıvan Şəhər Polis İdarəsinin Narkotiklə rlə mübarizə qrupunun əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 (iyirmi səkkiz) ədəd bükümdə xalis çəkisi 24,670 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin psixotrop maddə baxış zamanı qeyd edilən yerdən aşkar olunaraq götürülmüşdür. Hökmlə razılaşmayan Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi 07 sentyabr 2021-ci il tarixli apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına müraciət edib Şahbuz Rayon Məhkəməsinin 1(090)02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmünə dəyişiklik edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzas ına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs özü də bilmədən İran İslam Respublikası vətəndaşı Əmir adlı şəxsin X7 Məntəqəsindən keçirməklə Naxçıvan MR ərazisinə göndərdiyi beton döşəmənin içərisində olan metamfetamin psixotrop maddənin Babək rayon Cəhri qəsəbəsində olan həyətlərinə gətirib, daşların birinin içərisində metamfetamin psixotrop maddəsinin olduğu ona bildiriləndən sonra bərk narahat olaraq nədən onu bu işə qarışdırdığını Əmirə bildirdikdə onun narkotik maddəni aparıb harasa qoymaq təklifindən daha da qorxaraq gələcəkdə özü üçün daha ağır nəticələrə səbəb ola biləcəyini düşünərək özündə saxladığı həmin maddədən bir neçə həftə ərzində bir dəfə olsun istifadə etməmiş, yalnız Əmirin məslə həti ilə belində olan ağrıları azaldacağına inanaraq saxladığı 41 gün ərzində, yalnız bir dəfə həmin narkotik maddədən istifadə edib və ondan düzgün istifadə etməyi bacarmadığından 4 gün özünü çox pis hiss etmiş, ailə üzvlərinin onda narkotik maddə olmasından xəbərləri olmamış, narkotik maddənin aşkar olunacağından ehtiyatlanaraq onu Cəhri qəsəbəsində tək yaşayan qohumu Şahid5 həyətinə apararaq həyətdəki uçuq əl damının üstündə olan boş şüşə qablarının içərisində gizlətmiş, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən 06 aprel 2021-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin yaxınlığında saxlanılarkən polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərmədən, heç bir qanunazidd hərəkət etmədən, baxmayaraq ki, nə avtomaşınından, nə də üzərindən heç bir narkotik tərkibli maddə aşkar ol unmamışdır, könüllü olaraq etiraf edib həmin narkotik maddəni Babək rayon Cəhri qəsəbəsində yaşayan Şahid5 yaşadığı həyətdə onun özünün xəbəri olmadan gizlətdiyi yerdən çıxararaq polis əməkdaşlarına təqdim etmiş, ibtidai istintaq dövründə cinayət işinin açılmasına öz köməkliyini əsirgəməmiş, əməlindən peşman olduğunu bildirmiş, eyni zamanda məhkəmə baxışı dövründə də əməlindən peşmançılıq çəkdiyini dəfələrlə qeyd etmişdir. Neçə ildir ki, covid 19 pandemiyası ilə əlaqədar İran İslam Respublikası ilə vətəndaşların gediş-gəlişi dayandırılmış, ona görə də onun da hər hansı bir narkotik maddə ilə bu illər ərzində əlaqəsi olmamış, heç bir narkotik maddə qəbul etməmiş, ondan heç bir asılılığı yoxdur. Babək rayon Cəhri qəsəbə icra nümayəndəliyinin verdiyi xasiyyətnamədə müsbət xarakterizə edilmi ş, cinayət işi üzrə şahid kimi dindirilmiş Babək rayon Cəhri qəsəbə sakinləri onun barəsində müsbət rəydə olmaqla onun heç zaman narkotik maddə istifadəçisi olduğuna inanmadıqlarını bildirmişlər. Narkotik maddə onda olduğu müddətdə evlərində bir gün belə olsun rahat yata bilməmiş, aparıb polisə təhvil verməyə qorxmuş, ona inanmayacaqlarını düşünmüş, vəziyyətdən çıxış yolu tapa bilmədiyindən, öz qorxaqlığından gəlib bu vəziyyətə düşmüşdür. Ailəlidir, himayəsində heç bir yerdə işləməyən arvadı və iki azyaşlı övladı var. Valideynləri ilə bir yerdə yaşayır. Atası 72, anası isə 64 yaşdadırlar. Ailəsi bütünlüklə onun təminatında olmuş, ondan başqa heç kim işləməmiş, həyat yoldaşı X1 ailə vəziyyəti barədə, özünün xəstəliyi barədə, oğlunun cərrahi əməliyyat olunması barədə, ona həbslə əlaqədar olm ayan cəza verilməsi barədə ərizəsi, özünün də belində yırtıq olması barədə Naxçıvan MR Səhiyyə Nazirliyi Diaqnostika Müalicə Mərkəzinin arayışı məhkəməyə təqdim olunmuşdur. Bunlardan əlavə arvadı Xoşqədəm Novruzovanın 2020-ci ilin axırlarında cərrahi əməliyyat olunması üçün Kapital bankdan götürdükləri ümumilikdə 5200 manat kredit də ödənilməmiş qalmış, əlavə olaraq arvadının ikinci dəfə əməliyyat olunması gözlənilir. Hökmün 13-cü vərəqi aşağıdan 4-cü abzasında məhkəmə onun əməlini etiraf etməsini, səmimi peşman olmasını, qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğu ödənildiyindən məhkum olunmamış hesab edildiyini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, özünün, həyat yoldaşı və bir uşağının xəstə ol malarını cəzanı yüngülləşdirən hal kimi, cəzanı ağırlaşdıran halların olmasının müəyyən edilmədiyini, Cinayət Məcəlləsinin 8.1-ci maddəsini nəzərə almasını öz hökmündə göstərsə də demək olar ki, buna formal yanaşmış, qəbul edilmiş hökm heç də ədalətli olmamışdır. O heç də peşəkar narkoman deyil. Öz səhvliyi nəticəsində qorxduğundan, düşdüyü vəziyyətdən çıxmaq üçün yaxın adamları ilə məsləhətləşməməyinin nəticəsində o bu vəziyyətə düşmüşdür. Qəsəbə icra nümayəndəliyi tərəfindən müsbət xarakterizə olunmuş, ailədə heç bir problem yaşamamış, övladlarına qarşı çox diqqətli, mehriban bir ata olmuş, qəsəbələrində heç kim onun barəsində pis fikir deməmiş, işlədiyi təşkilatlarda, evində fəhləlik etdiyi şəxslər belə onun barəsində həmişə müsbət fikirdə olmuşlar. Məhkəmə ona bu cəzanı təyin etməklə a iləsinin həyat şəraitinə təsirini nəzərə almayaraq onları çox ağır vəziyyətlə üz-üzə qoymuşdur. Məhkəmə barəsində hökm qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 59.1.1, 59.1.4, 59.1.10-cu maddələrinin tələblərini nəzərə almadan, əməlində cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyinə baxmayaraq ona çox ağır cəza təyin etmişdir. Apellyasiya şikayətində cəza təyin etmənin ümumi əsaslarına, Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddəsinə habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına istinad edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəmə baxışı iclasında apellyasiya şikayətinin dəlillərinə istinad edərək eyni məzmunlu izahatlarında şikayətin təmin olunmasını və Şahbuz Rayon Məhkəməsinin 1(090)-02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmünə dəyişiklik edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulan bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlərlə razılaşmadığını bildirə rək çıxışında birinci instansiya məhkəməsinin hökmünün əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya apellyasiya şikayəti ilə əlaqədar cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya şikayətinin hüdudlarında, Azərbaycan Respublikası Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, bütün bunlara qiymət verərək Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir və bununla bağlı qeyd edir ki, istər ibtidai ist intaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədən ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işi n faktiki hallarına uyğun olan nəticəyə gəlməklə onun əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif etmişdir. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətində işin faktiki halları və əməlin hüquqi tövsifi deyil, yalnız hökmün cəza hissəsi mübahisələndirilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir və apellyasiya şikayətinin dəlillərinin məzmunu Təqsirləndirilən şəxs barəsində mövcud olan yüngülləşdirici halların, həmçinin onun barəsində ağırlaşdırıcı halın olmamasının cəza təyin edərkən məhkəmə tərəfindən kifayət qədər nəzərə alınmaması və ona ağır cəza təyin edilməsindən ibarətdir. Kollegiya apellyasiya şikayətinin Şahbuz Rayon Məhkəməsinin 1(090)-02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmünə dəyişiklik edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, Şahbuz Rayon Məhkəməsi Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşman olmasını, qeydiyyatda olduğu və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmasına baxmayaraq, məhkumluğunun ödənildiyini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağın olmasını, özünün, həyat yoldaşı və bir uşağının xəstə olmalarını iş üz rə cəzanı yüngülləşdirən hallar kimi, həmçinin Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran halların olmamasını kifayət qədər nəzərə alaraq cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58-ci maddələrinə müvafiq olaraq, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının tövsiyələrinə əməl etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, eyni zamanda təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinay ətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almış və təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsinin hökm çıxararkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 59.1.1, 59.1.4, 59.1.10-cu maddələrinin tələblərini nəzərə almaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cinayət işinin materialları ilə CM-nin 59.1.4 və 59.1.10-cu maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş, CM-nin 59.11-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi məhkəmə tərəfindən nəzərə alınmış, CM-nin 8-ci maddəsinin tələblərinə düzgün əməl edilmişdir. Azərbaycan Respublikasının CM-nin 41-ci maddəsində göstərilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza, cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə törətdiyi əmələ görə cəza təyin edərkən gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında müəyyənləşdirdiyi tövsiyələrə uyğun hesab edir. Həmin qərarla məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü qanunun tələblərinə uyğun çıxarılmışdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinə baxılması zamanı da Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün yeni hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kollegiya Təqsirləndirilən şəxs və onun müdafiəç isinin apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası cəzanın məqsədlərinin təmin edilməsi üçün tam əsaslıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və cəza təyin edil məsinin ümumi əsaslarına uyğun olduğundan verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda qeyd olunan əsaslara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə uyğun olaraq kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Şahbuz Rayon Məhkəməsinin 1(090)- 02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 407.2, 408.2.4, 410 və 412.1-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r v e r d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Şahbuz Rayon Məhkəməsinin 1(090)02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Şahbuz Rayon Məhkəməsinin 1(090)02/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi vasitəsilə Azərbaycan Re spublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kasasiya şikayəti və ya kasasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar