Məhkəmə qərarları › İş №1(109)-1/2025

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(109)-1/2025

12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1(109)-1/2025 12.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASI AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat: 14:00 Hakimlər – Kərimov Arzuyar Sadıq oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsgərov Elçin Əli oğlunun katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə 19 avqust 1970-ci ildə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 6 uşaq atası, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Ordubad rayonu, Şəhriyar qəsəbə Ərazi Dairəsinin Kotam kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1, 222.1 və 222-1.1-ci maddələrində; xx xxxx 1986-ci ildə Ordubad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə tikinti işləri üzrə nəzarətçi işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsində; nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 162-1.1, 188.4.1, 222.1 və 222-1.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrarən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmış, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, habelə tikinti obyektində yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozaraq, eləcə də qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan özbaşına bina və qurğular tikməklə mövcud tikililərin konstruksiyasında dəyişiklik edərək və tikililərin funksional təyinatını dəyişdirməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini apararaq insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, həmin dövrdə rəsmi qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə bağlanmış 23 iyul 2010-cu il tarixli, 02 nömrəli alqı-satqı müqaviləsi ilə Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən, Culfa şəhər Mədəniyyət və Turizm Şöbəsinin tikintialtı sahəsi dövlət mülkiyyətində olan 956,3 m2, ümumi torpaq sahəsi 1036,5 m2 olan keçmiş “Əlincə” Kinoteatrının binasının tikintialtı torpaq sahəsini qardaşı X33 adına rəsmiləşdirilməklə faktiki olaraq öz mülkiyyəti kimi əldə etməyə nail olduqdan sonra qanunsuz olaraq daha çox torpaq sahəsi ələ keçirib gələcəkdə həmin torpaq sahəsində ictimai-iaşə obyekti inşa etməklə daha çox maddi gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75ci maddəsinin tələbini kobud şəkildə pozaraq 2020-ci ilin noyabr ayından başlayaraq tikintialtı ilə birlikdə mövcud 1036,5 m2 ərazidən kənara çıxıb ümumilikdə 767,5 m2 dövlət mülkiyyətində olan torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına hasarlayıb tutmaqla, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədi, yəni Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən hər hansı bir istifadə və icarə müqaviləsi, eləcə də mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq qanunvericiliyin tələblərinə uyğun tikinti layihəsini əldə etmədən orada 2021-ci ilin əvvəllərindən başlayaraq özbaşına hörgü-dəmir-beton konstruksiyalı tikinti və quraşdırma işləri aparmış, hətta Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini gizlətmək və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədilə özbaşına tutaraq tikinti və quraşdırma işlərini apardığı həmin torpaq sahəsinə dair 17 fevral 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə şəxsən bağladığı müqavilə ilə icarə hüququ əldə etsə də, həmin müqavilənin “icarəçinin öhdəlikləri” bölməsinin 3.2-ci maddəsinin “e” bəndində icarəyə verənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bir əlavə tikinti və quraşdırma işləri aparıla bilməməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, bundan əlavə hətta həmin tikintidə aşkar edilmiş qanun pozuntuları səbəbindən Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti işlərinin dayandırılması barədə 05 oktyabr 2023-cü il tarixli, 22 nömrəli qərar qəbul olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs1 həmin cinayət əməlinə son qoymadan 06 oktyabr 2023-cü il tarixədək tikintidə işləyən Zərərçəkmiş şəxs2 xəsarət alması ilə nəticələnməklə özbaşına tikinti və quraşdırma işlərini davam etdirərək 2020-ci ilin noyabr ayından hazırki müddətədək dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozmuşdur. Daha sonra o, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə bağladığı 27 sentyabr 2021-ci il tarixli, 05 nömrəli alqı-satqı müqaviləsinə əsasən Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin balansında, tikintialtı sahəsi 152,9 m2 olan binaya mülkiyyət hüququnu əldə etməyə nail olduqdan sonra yenə də qanunsuz olaraq daha çox torpaq sahəsi ələ keçirib gələcəkdə həmin torpaq sahəsində ictimai-iaşə obyekti inşa etməklə daha çox maddi gəlir əldə etmək məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələbini kobud şəkildə pozaraq 2022-ci ilin ortalarından başlayaraq xüsusi mülkiyyətindəki həmin qeyriyaşayış obyektinin tikintialtı torpaq sahəsinin hüdudlarından kənara çıxıb ümumilikdə 4340 m2 dövlət mülkiyyətində olan torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına hasarlayıb tutmaqla, orada 2021-ci ilin əvvəllərindən başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədi, yəni Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən hər hansı bir istifadə və icarə müqaviləsi, eləcə də mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq qanunvericiliyin tələblərinə uyğun tikinti layihəsini əldə etmədən özbaşına hörgü-dəmir-beton konstruksiyalı tikinti və quraşdırma işləri aparmış, hətta Təqsirləndirilən şəxs1 təkrarən törətdiyi bu cinayət əməlini gizlətmək və gələcəkdə cinayət məsuliyyətindən yayınmaq məqsədilə özbaşına tutaraq tikinti və quraşdırma işlərini apardığı həmin torpaq sahəsinə dair 11 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə şəxsən bağladığı müqavilə ilə icarə hüququ əldə etsə də, həmin müqavilənin “icarəçinin öhdəlikləri” bölməsinin 3.2-ci maddəsinin “e” bəndində icarəyə verənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bir əlavə tikinti və quraşdırma işləri aparıla bilməməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, həmin cinayət əməlinə son qoymadan 05 oktyabr 2023-cü il tarixədək özbaşına tikinti və quraşdırma işlərini davam etdirməklə dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində təkrarən mülkiyyət hüququnu pozmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanlarında yerləşən sözügedən ictimai-iaşə obyektlərinin rəsmi və faktiki rəhbəri kimi 2022-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində həmin obyektlərdə və özbaşına tutduğu ətrafındakı torpaq sahələrində apardığı tikinti işləri zamanı «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST»- ün 1.3, 1.4 bəndlərinin və İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.3 bəndinin tələblərinə əsasən həmin tikinti işlərinə cəlb edilmiş işçilərə peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırmalar keçirilməsini təmin etməli, bilik səviyyələri yoxlanılmamış işçiləri tikinti işlərinə cəlb etməməli və işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməli olduğu halda, bu vəzifələri yerinə yetirməməklə «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST»-ün 1.1, 3.10, 3.12 bəndlərinin və İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20 bəndlərinin tələblərini kobud surətdə pozaraq, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya həmin obyektdə yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış və nəticədə 14 avqust 2023-cü il tarixdə Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektinin ətrafında apardığı tikinti işləri zamanı mişar daşının tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs1 baş və kürək nahiyəsinə düşməsi nəticəsində sonuncunun dərəcəsi təyin edilməyən «başın tüklü hissəsində, sol təpə-ənsə nahiyəsində və onurğanın sol kənarında yara» xəsarətini, 06 oktyabr 2023-cü il tarixdə Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış obyektində apardığı tikinti və quraşdırma işləri zamanı isə tikintidə işləyən Zərərçəkmiş şəxs2 sol əlinin arxa səthinin elektrik mişarı ilə kəsməsi nəticəsində onun dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «sol əlin arxa səthindəki yara» xəsarətini almalarına səbəb olmuşdur. Bundan başqa o, ünvan 4 ünvanlarında yerləşən sözügedən qeyri-yaşayış obyektlərinin rəsmi və faktiki rəhbəri kimi 2021-ci ilin əvvəllərindən başlayaraq 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində həmin obyektdə tikinti-quraşdırma işlərini Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 4.1ci eyni tarixli 349 nömrəli Fərmanının 2.21-ci bəndinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47, 48, 49, 92.1.1, 92.4.2-ci maddələrinin və AzDTNnin 2.3-1 “Seysmik rayonlarda tikinti Qaydalarının” 3.53 və 3.54-cü bəndlərinin tələblərini pozmaqla mövcud Tikinti Norma və Qaydalarına uyğun olmadan, qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan və bərpa-gücləndirmə işləri aparmadan özbaşına bina və qurğular tikmiş, mövcud tikililərin konstruksiyasında dəyişiklik etməklə, habelə tikililərin funksional təyinatını dəyişdirməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işləri apararaq insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Bundan başqa o, ünvan 5 ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərinin rəsmi və faktiki rəhbəri kimi 2022-ci ilin əvvəllərindən başlayaraq 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində həmin obyektlərdə və obyektlərin ətrafında apardığı tikinti və quraşdırma işlərində ümumilikdə 13 şəxsi, yəni Təqsirləndirilən şəxs2, Şahid9, Şahid7, Zərərçəkmiş şəxs1, Şahid10, Zərərçəkmiş şəxs2, Şahid23, Şahid14, Şahid19, Şahid12, Şahid11, Şahid18 və Şahid21 Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada əmək müqaviləsi (kontraktı) bağlamayaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda işçiləri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 222.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, onun faktiki olaraq iş icraçısı kimi nəzarət etdiyi tikinti obyektində yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 2023-cü ilin yay aylarında tanışı, Ordubad rayonunun Kotam kənd sakini Təqsirləndirilən şəxs1 mülkiyyətində olan ünvan 5 ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərində və həmin obyektlərin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrində aparılan əlavə tikinti və quraşdırma işlərinin icrasına nəzarət etmək vəzifəsi üzrə qeyri-rəsmi qaydada işə qəbul edilməyə dair təklifini qəbul edərək faktiki olaraq iş icraçısı kimi ona həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar olaraq qeyd olunan tikinti obyektlərində işləyən işçilərə peşə təlimi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar keçməli, bilik səviyyələrini yoxlamadan işçiləri sərbəst işə buraxmamalı, işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməli, işlərin təhlükəsiz üsullarla yerinə yetirilməsi üçün zəruri şərait yaratmalı olduğu halda, bu tələbləri yerinə yetirməyib «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST»-ün 3.10 bəndinin və İİİ-4-80* «Tikintidə təhlükəsizlik texnikası» Tikinti Norma və Qaydalarının 1.29, 2.2, 2.3, 2.4, 2.5, 2.6, 2.26, 12.12, 12.14 bəndlərinin, eləcə də «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 12-ci bəndinin tələblərini kobud surətdə pozaraq, insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış və nəticədə 14 avqust 2023-cü il tarixdə Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektinin ətrafında icrasına nəzarət etdiyi tikinti işləri zamanı mişar daşının tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs1 baş və kürək nahiyəsinə düşməsi nəticəsində sonuncunun dərəcəsi təyin edilməyən «başın tüklü hissəsində, sol təpə-ənsə nahiyəsində və onurğanın sol kənarında yara» xəsarətini, 06 oktyabr 2023-cü il tarixdə Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış obyektində icrasına nəzarət etdiyi tikinti və quraşdırma işləri zamanı isə tikintidə işləyən Zərərçəkmiş şəxs2 sol əlinin arxa səthinin elektrik mişarı ilə kəsməsi nəticəsində onun dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «sol əlin arxa səthindəki yara» xəsarətini almalarına səbəb olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2006-ci ildə cənab Prezidentimin sahibkarlıq fəaliyyətini inkişaf etdirilməsi ilə bağlı bütün xaricdə yaşayan sahibkar olan vətəndaşları Azərbaycana dəvət etməsi ilə bağlı çağırışına gəlmişdir. 2006-ci ildən Naxçıvan Muxtar Respublikasına qayıdıb, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, atası çoban olduğu üçün şirkətlərinin adını “Çobanoğlu MMC” qoymuşdur. Naxçıvanda "xxxx", "xxxx" və "xxxx" şirkətlərini açaraq fəaliyyətə başlamış, 2006-2023-cü ilədək fəaliyyətlərində 484 nəfərlik iş yeri açmışdır. Zərərçəkmiş şəxs1 əmək müqaviləsini Təqsirləndirilən şəxs2lə yox onunla bağlamış, Təqsirləndirilən şəxs2 tikinti aparıldığı yerdə muzdlu işçiləri işə götürmək səlahiyyəti olmuş, həmin işçilərin əmək haqqını da özü vermişdir. O, 14 avqust 2023–cü il tarixində Culfa şəhər, 1-ci məhəllə döngə 11/11 ünvanında iş zamanı Zərərçəkmiş şəxs1 yüngül xəsarət aldığını, Vidadi işə götürənin o yox, Təqsirləndirilən şəxs2 olduğunu, zərərçəkmiş şəxsi heç şəxsi olaraq tanımadığını, Vidadi xəsarət alan zaman ona köməklik göstərildiyini, xəstəxanaya aparıldığını və hər bir xərcinin qarşılandığını söyləmişdir. Hadisənin səhərisi günü Zərərçəkmiş şəxs1 işə çıxmış, həmin günü də Culfa rayon prokurorluğu hadisə yerinə baxışa gəlmişlər, baş vermiş hadisə ilə bağlı Vidadidən izahat almışlar. Üzərindən 1 gün keçdikdən sonra prokurorluq əməkdaşları yenidən obyektə gəlmişlər. Bu zaman baş vermiş hadisə ilə yox, onların Elşad Nağıyevdə qanunsuz tikinti aparmağı barəsində danışıqlar olmuş, bu 6 ay müddətində Zərərçəkmiş şəxs1 haqqında heç bir sorğu-sual etməmişlər. Onun obyektində ancaq qanunsuz tikili ilə bağlı yoxlamalar aparılmışdır. Mübariz Bağırov yanında 4 nəfərlə Culfa şəhər, 1-ci məhəllə, döngə 11/11 yerləşən obyektə gəlib onu soruşmuş və obyekti bağlamaqları barədə tapşırıq vermişdir. Ona bu hadisəni Şahid25 telefonla danışan zaman demişdir. Şahid25 sənədləri təqdim etdikdən sonra həmin şəxslər getmiş, iki gün keçdikdən sonra FHN-nin əməkdaşları gəlib bəzi sənədləri yoxlamışlar. Sonra tikintinin dayandırılması ilə bağlı akt tərtib olunmuşdur. Layihədən kənara çıxdıqlarına görə bağladıqlarını demişlər. Bu hadisələr ilk növbədə Culfa şəhər, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən “Ekologiya” binasına münasibətdə olmuşdur. O, 2024-cü ilin sentyabr ayına qədər oranı 3 mərtəbəli otel kimi təhvil verməli olduğunu söyləmişdir. Mikayıl Cabbarov sahibkarların həmkarlar iclasında onlara sənədləri Tapdıq müəllimə təqdim edin deyə göstəriş vermiş, həmin sənədləri Tapdıq müəllimə təqdim edəndə o, siz niyə işlərinizi bu qədər gecikdirirsiniz deyə soruşmuşdur. Rusiyadan Azərbaycana vəsait gətirib yeni iş yerləri açmışdır. İqtisadiyyat Nazirliyi Elşad Nağıyevdəki obyekti onlara satanda yenidən qurma işləri apararaq yeni iş yerlərini açmaları üçün şərt qoymuş, işlərin yubanması ilə bağlı Tapdıq müəllim onu çağırıb səbəbini soruşanda Ukraniya müharibəsi başladıqdan sonra Rusiyada olan şirkətinə bomba düşdüyündən ziyan çəkdiyini, maddi cəhətdən problemi olduğunu bildirmişdir. Bu səbəbdən onlar dövlətdən götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilməmiş, İqtisadiyyat Nazirliyindən 500000 ( beş yüz min) pul ayrılmış, o pulu səmərəli istifadə edə bilməmişdir. Bu işlərin gecikməsinin səbəbinin prokurorluq olduğunu, götürdüyü pulun faizini hələ də ödədiyini, sahibkar olaraq dövlətin ayırdığı puldan düzgün yararlana bilmədiyini söyləmişdir. Prokurorluğa ilk olaraq avqust ayı Fərahim və Daşqını, sentyabrda isə onu çağırmışlar. Mübariz Bağırov ondan hadisə ilə bağlı izahat verməyini istəmiş, o da Zərərçəkmiş şəxs1 tanımadığını, onu işə özünün yox, Təqsirləndirilən şəxs2 götürdüyünü, təhlükəsizliyi ilə bağlı onun məsuliyyəti daşıdığını bildirmişdir. Mübariz Bağırov daha sonra ona tikintinin qanunsuz aparıldığını demiş, o da tikinti ilə bağlı bütün sənədlərinin olduğunu bildirmiş, Mübariz Bağırov ondan bir daha izahat verməyini istəyəndə vəkili iştirakı olmadan izahat verməyəcəyini bildirmişdir. Sentyabrda Müdafiəçi1la görüşüb müqavilə bağlamış, 25 oktyabr tarixində isə onu prokurorluğa çağırmışlar. Ondan yenə izahat verməyini istəyəndə vəkilini çağırmaq istədiyini, onun iştirakı ilə ancaq izahat verəcəyini bildirmişdir. Həmin gün mütləq izahat verməli olduğunu bildirib prokurorluq vəkil kimi Allahverdi Bağırovu dəvət etmişlər. Allahverdi Bağırovu tanımadığını bildirib öz vəkilinin iştirakının təmin edilməsini istəmiş, o, heç bir izahat vermədən özləri yazıb Allahverdi Bağırov da qol çəkmiş, daha sonra onu Amil Rəhimovun yanına aparmışlar. Naxçıvan Şəhər Məhkəməsində işinə Qabil baxmış, barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Oktyabrın 25-dən 30-dək təcridxanada olmuşdur. 30 oktyabr tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində hakim Səxavət müəllimin sədrliyi ilə onun işinə baxılmış, sənədlər, Şəhər məhkəməsinin qərarı və ona qoyulan sitiuasiyalar öz yerini tapmamışdır. Sənədlərdə 11 nəfəri əmək müqaviləsi ilə işlətdiyi, 1 mart 2023- cü il tarixində restoranın açılışı olduğu yazılmışdır. O, Şahid25la müqavilə bağlayıb restoranı ona icarəyə vermiş, həmin adları göstərilən işçilər onun yox, Şahid25 işçiləri olmuşdur. Həmin işçilərə görə Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə ittiham olunmuş, təqdim etdiyi sənəddə ittiham olunduğu 11 nəfərin 6-sının Fərahimin işçisi olduğu qeyd edilmişdir. Tikintidə işləyən şəxsləri tapıb müqavilə bağlamadığını, əvvəldən bir qisminin müqaviləsi olduğunu, muzdlu işçilər var ki, onların hər gün işə gəlmədiyini, muzdlu işçilər barəsində vergiyə dəqiq hesabat verdiyini, məhkəməyə təqdim etdiyi hesabatın, vergidən alınmış dəqiqləşmiş hesabat olduğunu söyləmişdir. O, cənab prezidentdən əmək orderi aldığını, heç vaxt dövlət əməkdaşlarını hədələmədiyini və saxta sənədlər tələb etmədiyini bildirmişdir. Elşad Nağıyev 26 ünvanında olan Culfa Mallın layihəsi 2023-cü ilədək Naxçıvan Muxtar Respublikasında tərtib edilən layihələrlə eyni qaydada olmuş, istər Gəmiqaya, istərsə də Cahanda hər birində layihələr eyni qaydada hazırlanmış, amma onun layihəsini prokurorluq problem etmişdir. Culfa rayon icra başçısı Şahid24 tanımamış, 15 dekabr 2019-cu il Vasif Talıbov ona əmək orderi təqdim etmiş, medal təqdim olunandan sonra Şahid24 ona yaxınlaşıb – “Biz araşdırmışıq ki, Elşad Nağıyevdə yerləşən “Əlincə” kinoteatrı sizindir. Vasif Talıbov ora gəlib və qərar verib ki, orada şəhid ailələrinə ev tikilsin. Orada yerləşən “Əlincə” kinoteatrını görüb və deyib ki, ora sökülsün. Bizdə araşdırdıq ki, bu bina artıq dövlət balansında deyil. Siz bu binanı 2010-cu ildə qardaşınız Nahidin adına almısız. Vasif Talıbovda bizə tapşırıq verib ki, əgər bu obyekt təmir olunub yenidən qurma işləri aparılmasa söküləcək” – demiş, Siyama “Gələrəm, yanınıza rahat söhbət edərik” – deyə söyləmişdir. 2 mart 2020-ci ildə Rusiyada yaşayan böyük qardaşını infakt vurduğu üçün onun yanına getmiş, corona virusun olduğu dövrə düşdüyü üçün o, tez zamanda Naxçıvana qayıda bilməmişdir. Şahid24lə telefon vasitəsi ilə əlaqə saxlayıb Rusiyaya hansı səbəbdən getdiyini demiş, Naxçıvana qayıdanda gəlib onla söhbət edəcəyini bildirmişdir. 2020-ci ilin təxminən noyabr ayları Rusiyadan Naxçıvana gəlib Siyamla görüşmüş, Siyam ona – “Vasif Talıbov deyib ki, bu bina sökülsün” –demiş, oda – “Bəs bu bina sökülsə mənim pulumu kim verəcək?”- soruşanda Siyam – “Gözlə Tikinti naziri Hicran ilə danışım, o gəlib binaya baxsın danışaq” –deyə söyləmiş, təxminən oktyabr - noyabr ayları Hicran Culfaya gəlmiş, onlar Elşad Nağıyevdəki obyektin yanında görüşmüşlər. Siyam Hicrandan – “Bu obyekt İqtisadiyyat Nazirliyi tərəfindən Təqsirləndirilən şəxs1 qardaşına satılıb. Bu bina sökülsə pulu sahibkara kim ödəyəcək?” – deyə soruşanda Hicran bilmədiyini demişdir. Siyam- “Rəhbərə məruzə edək ki, bu bina dövlət balasında deyil, şəxsi əmlakda olan binadır, ondan sonra nə qərar versə onu edək” – demiş, bu görüşdən 10 -15 gün sonra Siyam onu yanına çağırmış, rəhbərə məruzə etdiklərini, vəziyyətin necə olduğunu dediklərini söyləmiş, rəhbərdə şəhid ailələri üçün bina tikiləcəyini, həmin binanın açılışına kimi həmin obyektdə işlər yekunlaşmasını tapşırmışdır. Bu söhbətlər 2020-ci ilin qış aylarında olmuş, həmin tarixlərdə onlar orada heç bir iş aparmamışlar. Daha sonra Siyam ondan layihəni işləməsini, layihəni rəhbərə təqdim edəcəyini, rəhbərin baxdıqdan sonra qərar verəcəyini bildirmişdir. Siyama layihəni təqdim etdikdən sonra oda rəhbərə göstərmiş, rəhbər layihəni bəyənmiş, işlərə başlaya bilərsiz demişdir. Elşad Nağıyevdə yeni icarə müqaviləsində texniki səhv olduğu üçün 1036 kv.m göstərilmiş, sonradan onlar İqtisadiyyat Nazirliyinə müraciət edib 1740 kv.m bağlamışlar. Elşad Nağıyev ünvanında olan obyektin çıxarışında olan səhvlik ona aid olmamış, belə ki, orada pilləkənlər olmuş, Əmlak komitəsi ölçü zamanı texniki səhv etmiş, həmin səhvi düzəldilib çıxarışlarda göstərəcəklərini bildirmişdir. Bu problemlərdən sonra onun səhv olduğunu bilmiş, əvvəldən xəbəri olmamışdır. Birinci təqdim etdiyi layihə memar Orxanında qeyd etdiyi kimi binanın içərisində görüləcək işlər, yəni 1036 kv.m olan sahənin layihəsi olmuş, 2021 -ci ildə layihəni Orxana vermiş, 2020-ci ildən 15 avqust 2022-ci il tarixinə kimi orada hər hansı tikinti işləri aparmamışlar. Həmin binada sadəcə söküntü və möhkəmləndirmə işləri aparmışlar. Onlar mövcud binanın içində ona aid olan hissədə təmir işləri aparmış, tikintiyə 2022-ci ildə başlamışlar. Tikintiyə başladıqdan sonra 2023 – cü il sentyabr ayı Şahid12 ilə podrat müqaviləsi bağlamışlar. Zərərçəkmiş şəxs2 podratçı Şahid12 işçisi olmuşdur. Zərərçəkmiş şəxs2 Elşad Nağıyev ünvanında olan obyektdə xəsarət almış, 2023-cü il oktyabr ayında iş zamanı Zərərçəkmiş şəxs2 əlini loqanda kəsmiş, Nurəddini xəstəxanaya aparanda oraya polislər gəlmişdir. Culfa rayon Polis Şöbəsinin rəis müavini Elməddin podratçı Şahid12 qohumu olduğu üçün Elməddin Şahid12 - “Əmir müəllimin hal-hazırda prokurorluq ilə problemləri var, bu problemlərin daha da böyüməməsi üçün bu hadisəni başqa yerdə olduğunu göstərək” – demiş, ona kömək etmək məqsədi ilə Zərərçəkmiş şəxs2 aldığı xəsarəti başqa ünvanda qeydiyyata almışlar. 10 oktyabr tarixində Şahid12 Təqsirləndirilən şəxs2 zəng edib Zərərçəkmiş şəxs2 işi ilə bağlı onu prokurorluğa çağırdıqlarını bildirmiş, onlarla bağladığı müqaviləni itirdiyini, ona müqavilə və 300 manat pul verməklərini istəmişdir. Fərahimə müqaviləni çıxardıb Şahid12 verməyini tapşırmış, 300 manat pulu da Nurəddinə çatdırmağı üçün Daşqına vermişdir. Daşqın müqaviləni verən zaman müqavilədə texniki səhvlik olduğunu, Elvinin adının qaldığını görmüş, müqaviləni dəyişdirib yenisini vermişlər. Təqsirləndirilən şəxs2 Culfa şəhər, 11/11 ünvanında Şahid12lə görüşüb 300 manat pulu ona vermişdir. Bu hadisələrin üstündən bir müddət keçdikdən sonra Mübariz Bağırov baş vermiş hadisə haqqında məlumat toplayaraq onları dindirməyə çağırmış, dindirilmədən sonra məlum olur ki, hadisə onun obyektində olmuşdur və hadisəni gizlətmişlər. Bu səbəbdən Culfa rayon Polis Şöbəsinin rəis müavini Elməddini sərəncama vermişdir. Elməddinin anasıda Şahid12 üstünə gedib oğlunun onun üstündə işindən olduğu deyib prokurorluğa gedib onun əleyhinə ifadə verməsini istəmişdir. Prokurorluq Şahid12lə bağladığı podrat müqaviləsini ekspertə göndərmiş, ekspert rəyindən məlum oldu ki, 14 avqustun tarixindən 4 sentyabr tarixinədək onların müqavilələri olmuş, lakin Şahid12 onun üzünə durub müqavilənin sonradan bağlandığını demişdir. Amma onun əlində ekspertin rəyi və elektron qaydada müqaviləsi vardır. Şahid12 Elməddinin işə yenidən qayıtması üçün onun əleyhinə belə ifadələr vermişdir. Elşad Nağıyev küçəsində 2021– ci ildə söküntü və tikinti işlərini apardıqları üçün təhlükəsizlik qaydalarını təmin etmək məqsədi ilə obyektin ətrafını hasara almışlar. Obyektin ətrafın hasara alan zaman buranın yolunu bağlamayın deyə Əbülfəz narazıçılıq etmişdir. Oda Əbülfəzə - “Qonşu burada tikinti gedir və bu yolda obyektin ərazisidir”demiş, bununla bağlı Əbülfəz müvafiq orqanlara şikayət etmişdir. Əbülfəzin atası uzun müddət Mədəniyyət evinin müdiri olduğu üçün o ərazini heç bir sənəd almadan zəbt etmişlər. Əbülfəzin şikayətindən sonra komissiya gəlib əraziyə dair sənədləri istəmişlər. Əbülfəzin evinin hələdə öz adına olmadığını, kluba aid olan yolun necə onun ola biləcəyini demişdir. Bunu da qeyd edir ki, Əbülfəzdən razılıq aldıqdan sonra obyektdə işlər görmüşlər. Sadəcə Əbülfəzin binanın təhlükəsizliyi ilə bağlı dediyi sözə fikir bildirmişdir. Dediyi kimi binanın kubiklə hörülüb o vəziyyətdə qalmasının səbəbi işi yekunlaşdırmağa imkan verməməkləri olmuş, onlar tikintidən sonra suvaq çəkib gücləndirəcikmişlər. Layihəni hazırlayıb İcra Hakimiyyətinə verdiyini, digər sənədlərin isə İcra Hakimiyyətinin müvafiq orqanlara sorğu göndərdikdən sonra alınmalı olduğunu demişdir. Həmin vaxt Naxçıvan Muxtar Respublikasında belə proseslər olmamış, hətta o ilk dəfə prokurorluğa dəvət olunanda Mübariz Bağırov tərəfindən ona bunla bağlı sual verilmiş, bu haqqda heç bir məlumatı olmadığını bildirib İqtisadiyyat Nazirliyinə müraciət etmək üçün icazə istəmişdir. Nazirliyə müraciət edərək Tapdıqa- “Prokurorluq məndən belə bir sənəd tələb edir”- deyəndə Tapdıqda ona- “Əmir müəllim, biz indiyə kimi belə bir sənəd verməmişik, istəyirsən sən bizə məktub yaz verək” - demişdir. Oradan razılıq ərizəsini alıb gətirdikdən sonra Mübariz Bağırov ona – “Sən bilirsən nə etdin?”- deyəndə nə etdiyini soruşmuş, oda – “Sən İqtisadiyyat Nazirliyini poxa qoydun” -demişdir. X17 Nazirliyinin bu sənədi ona nə əsasa verdiyini soruşmuş, müraciət edəndən sonra onlarında verdiyini bildirmişdir. Daha sonra Yanğın Təhlükəsizlik xidmətindən sanabstansiyadan sənədləri alıb Mübariz Bağırov vermiş, lakin o sənədlərə təqdim etdiyi sənədlərin hamısının saxta olduğunu demişdir. X53 bu sənədləri Naxçıvan Muxtar Respublikasının Ali məhkəmədə hakimlərə təqdim edərkən sənədlərin saxta olduğunu vurğulamış, hakim, Səxavət müəllim isə sənədlər baxıb –“ Bütün sənədlərdə dövlətin möhürü var, bu sənədlər necə saxta ola bilər ?”- deyə soruşmuşdur. Layihəni və müqaviləni İcra Hakimiyyətinə təqdim etmiş, digər hərəkətləri İcra Hakimiyyətinin özü etməli imiş, 2023-cü ilədək Naxçıvan Muxtar Respublikasında işlər bu qayda da aparılmışdır, onlarda məhz bu qaydalara uyğun işləmişlər. Əgər İcra Hakimiyyəti ondan əlavə sənədləri istəsə idi, onları da tapıb verərmiş, hətta məhkəmədə FHN-nin əməkdaşları da öz ifadələrində o hərəkətlərin icra hakimiyyətinə aid olduğunu bildirmişlər. 2021-ci ildə İqtisadiyyat Nazirliyinin əməkdaşı Şahid1 onu dəvət edib Culfa şəhəri, 11/11 ünvanında yerləşən köhnə Ekologiya Nazirliyinin filialı olan binanın özəlləşməyə çıxdığını, və satışını ona təklif etmişdir. Ona binanın turizm və otelçilik kimi istifadəsi barədə təklif etmişdir. Həmin binada hərbi hissənin yanı olduğu üçün ora gələn qonaqların yaşamağı üçün əlverişli yerdə olmuş, təklifi haqında düşünüb ona xəbər edəcəyini demişdir. Bir müddətdən sonra Şahid1lə görüşüb həmin binanı özəlləşmə yolu ilə alaraq öz adına keçirmişdir. Həmin vaxt binanın otelçilik üçün icazə verilməsə ona lazım olmadığını qeyd etmişdir. Özləri, İcra Hakimiyyətinə və Tapdıq müəllimə məruzə edib bu binanın otelçilik olması barədə razılıq almışlar. İcra başçısı Şahid24 ona – “Sənədləri və layihəni hazırla rəhbərliyə təqdim edək, icazə versə işlərə başla” –demiş, o 2022-ci ildə layihəni Siyama təhvil vermiş, 2022-ci ilin sentyabr, oktyabr aylarında özünə məxsus olan binada təmir işlərini aparmağa başlamışdır. İqtisadiyyat Nazirliyi ilə müqavilə 3 illik bağlanılmış, amma növbəti tarixlərdə müqavilənin vaxtı bitdikdə onlar 1 ay əvvəldən İqtisadiyyat Nazirliyinə müraciət məktubu göndərib yenidən müqavilə bağlamışlar. 11 yanvar 2023-cü il tarixində Culfa şəhər, 11/11 ünvanında 4340 m2.v münasibətdə icra müqaviləsini bağlamış, birinci icarə müqaviləsini isə 27 sentyabr 2021-ci il tarixində almışdır. Culfa şəhər, 11/11 ünvanında 4340 m2 münasibətdə icarə müqaviləsi almamışdan əvvəl heç bir iş görməmiş, Elşad Nağıyevdə 765 m2 olan əraziyə ikinci icarə müqaviləsini bağlamışdan əvvəl orada tikinti işləri aparmamışdır. O, 2022- ci ildə özünə məxsus olan binada və texpasportuna aid olan ərazidə pəncərə qoymuş, orada təmir işi aparmamış, sərəncam aldıqdan sonra kənarda tikinti aparmışdır. Torpağı götürüb ondan istifadə etdiyini, buna görə dövlətə pul ödədiyini, sadəcə dəmir konustriksiyadan çardağ yığdığını bildirmişdir.1 fevral 2023-cü ildə sərəncam və tikintiyə icazə almış, Təbii Sərvətlər Nazirliyinin köhnə filialı olan binanın və onun ətrafı 4500 kv.m olan torpaq, binanın üzərində ona icarəyə verilmişdir. Culfa şəhəri, 11/11 ünvanındakı obyekt cəmi olaraq 4500 kv.m metr olmuşdur. Tam dəqiqin 4340 m2, binanın özünün isə 152.9 kv. metr olduğunu bildirmişdir. 4340 m2 ərazidə tikinti 2023-cü ilin fevral ayında, yəni sərəncam aldıqdan sonra başlamış, ona İqtisadiyyat Nazirliyinin sahibkarlar fondundan otelçilik işləri üçün 500000 (beş yüz min) pul ayrılmışdır. Bu gün mövcud tikilinin restoran kimi fəaliyyət göstərdiyini, bir tərəfdə isə tikintinin yarımçıq qaldığını, restoranın qarşısında da dəmir konstruksiyalardan kupelər düzətdiyini, martın 1-də açılış etdiyini söyləmişdir. 1 fevral 2023- cü il tarixində tikintiyə başlamış, 1 mart tarixində mövcud binada açılış etmişdir. Həyətdə olan kupelərdə hələdə işlər bitməmiş, açılış onların mövcud olan əsas binasında olmuşdur. Kabinetlərdə iş getdiyini, onlarda həmin vaxt açılış olmadığını, restoranın açılışı üçün müəyyən əşyaları əvvəldən aldıqlarını bildirmişdir. Hal-hazırda onlar əsas binanı restoran kimi istifadə edirlər. Restoran işləsə də həyətdə görülən tikinti işlərinin dayandırılması barədə qərardan sonra orada əlavə işlər görməmişdir. Obyektlərin birində 15 avqust 2022-ci il tarixində müvafiq sərəncamdan sonra, ikinci obyektdə isə 2023-cü ilin fevral ayında sonra tikinti işlərinin aparıldığını demişdir. Əlavə olaraq Culfa 11/11 ünvanında olan obyektdə 14 avqust 2023-cü il tarixində Zərərçəkmiş şəxs1 xəsarət almış, o vaxt orada təsdiqlənmiş layihə və sərəncam əsasında otelçilik ilə bağlı tikinti işləri getmişdir. 1 mart 2023 -cü il tarixində mövcud binanın restoran kimi açılış olmuş və fəaliyyət başlamış, restoranı isə Şahid25 icarəyə vermişdir. O, İqtisadiyyat Nazirliyindən götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Binanı götürdüyü öhdəliyə görə oteli kimi tikib təhvil verməli olduğunu, amma bu hadisələrə görə tikintinin yarımçıq saxlandığını, FHN-nin və digər orqanların əməkdaşları ona –“Bizlik heç bir problem yoxdur, prokurorluqla məsələni həll et”- demişdir. Onlara 2023-cü ilin aprel ayı Fövqəladə Hallar Nazirliyi tərəfindən nə rəsmi qaydada sənəd, nədə şifahi qaydada heç bir xəbərdarlıq olunmamış, məsələ ilə bağlı FHN-də məhkəməyə vermiş, çünki FHN-nin əməkdaşının da dediyi kimi 18 avqusta onlar yoxlanışa gəlmiş, Fövqəladə Hallar Nazirliyini, İqtisadiyyat Nazirliyini və İcra hakimiyyətini həmin yoxlanışlara prokurorluq cəlb etmişdir. Binada apardığı tikintinin normativ hüququ aktlara uyğun olduğunu, bununla bağlı ekspert rəylərini Fövqəladə Hallar Nazirliyini ilə olan məhkəməyə də təqdim edəcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Ordubad rayonu "xxxx" MMC-də tikintilərə nəzarət vəzifəsində işləyir. Culfa rayonunda Təqsirləndirilən şəxs1 məxsus qeyri-yaşayış obyektinin inşa edildiyini, həmin obyektin restoran kimi fəaliyyət göstərəcəyini demişdir. Təqsirləndirilən şəxs1 və işlədiyi şirkətin direktoru Nahid Məmmədov ondan həmin qeyri- yaşayış sahəsindəki tikintiyə nəzarət üçün 10 gün nəzarətçi kimi kömək etməyini xahiş etmişlər. O da təmənasız Əmirin təklifini qəbul edib tikintiyə nəzarət üçün Culfa rayonuna getmiş, ikinci iş yerində müqaviləsi olmamış, ora bir müddətlik kömək etmək məqsədi ilə getmişdir. Əmir ona işçiləri işə götürmək, onların əmək haqlarını vermək və lazım olan tikinti materialları ilə təmin etmək, işə və işçilərə nəzarət etmək səlahiyyəti vermişdir. Onların təhlükəsizliyinə nəzarət etməmişdir. İşçiləri şifahi qaydada işə götürdüyünü, sənəd işləri üçün şəxsiyyət vəsiqələrini ofisə yolladığını və orada müqavilə bağlandığını, amma günlük iş üçün gələnlərlə müqavilə bağlanılmadığını söyləmişdir. Müqavilə bağlayıb işçi götürmək səlahiyyəti olmadığını, müqavilə ilə işçini götürməyin ofisdəki Şahid25 səlahiyyətində olduğunu, Şahid25 rəhbərliyə məruzə etmədən işçini götürə bilmədiyini qeyd etmişdir. Culfada işlədiyi müddətdə yerli sakinlərdə iş üçün onlara çoxlu müraciətlər etmişlər. O, ehtiyac olan sahələrə işçilər götürmüş, müraciət edənlərdən biridə Zərərçəkmiş şəxs1 olmuşdur. Vüsalın və Valehin əmək müqavilələri olmuş, Vaqif Muradov, Şahid7, Zərərçəkmiş şəxs1, Şahid23 ilə müqavilə bağlanmamışdır. Zərərçəkmiş şəxs1 işə yeni gəldiyi üçün onunla müqavilə bağlanmadığını bildirmiş, Vidadini işə götürdükdə Təqsirləndirilən şəxs1la əlaqə saxlaya bilmədiyi üçün özü bir başa işə götürmüş, Əmirin xəbəri olmamışdır. Culfa da Vidadi fəhlə, Zərərçəkmiş şəxs2 isə podratçı işləmişdir. O, hansı sahədə işçi ehtiyacdırsa onları götürdüyünü, işçini götürdükdə Təqsirləndirilən şəxs1 onların şəxsən kim olaraq tanıtmadığını, “Sadəcə belə bir işçiyə ehtiyacım var”- dediyini söyləmişdir. Culfada gedən tikintinin hansı şirkət tərəfindən aparıldığını bilməmiş, gedən tikintinin “Qapıcıq MMC”- nin səlahiyyətində olmadığını, işlərin fiziki şəxslərlə aparıldığını qeyd etmişdir. Təhlükəsizlik tədbirləri ilə bağlı Əmirdən heç bir tələbləri olmamış, əvvəlcədən təhlükəsizlik tədbirlərini görsə idilər, işçilərin zərərçəkmə kimi hallarının qarşısını qabaqcadan almağın mümkün olduğunu bildirmişdir. İşləyən hər bir işçiyə, ehtiyatlı ol sözünü, şifahi formada hər dəfə bildirmişdir. Şirkət tərəfindən bütün ləvazimatlar və təhlükəsizlik avadanlıqları üçün pul ayrılmış, sadəcə onların olduğu obyektdə, ehtiyac olmadığı üçün istifadə etmədiklərini bildirmiş, digər obyekt hər şeylə təmin edilmişdir. Tikinti sahəsi hündür mərtəbə olmadığı üçün “kasqadan” istifadə etmədiklərini, əlcəkləri isə hər dəfə yenisi ilə əvəz etdiyini, təhlükəsizlik “kasqaları” ilə işçiləri təmin etməməyi onun səhvi olduğunu, Zərərçəkmiş şəxs1 iş zamanı yıxılaraq zədə aldığını, vaxtında təhlükəsizlik qaydalarına düzgün əməl etsə idi, hər hansısa işçinin xəsarət alma ehtimalının çox az olacağını qeyd etmişdir. Zərərçəkmiş şəxs1 bir neçə dəfə müraciət etdikdən sonra onu ilk öncə, stajor kimi işə götürmüş, obyektdən kənarda olduğu zaman Valeh usta ona zəng edib – “Zərərçəkmiş şəxs1 iş zamanı hörgü daşının üstünə yıxılaraq, kürək və qol nahiyəsindən, xəsarət alıb”söyləmiş, belə bir hadisənin olduğunu eşitdikdən sonra hazırlıqlı olaraq təxminən 30 dəqiqə sonra obyektə gəlmiş, hadisə yerinə çatdıqda Vidadinin baş və qol nahiyəsində qan olduğunu görmüşdür. Vidadiyə ilk özü tibbi yardım göstərib onu xəstəxanıya aparmağı təklif etmiş, lakin Vidadi xəstəxanaya getmək istəməmiş, evlərinə aparmaq istədikdə isə - “Özümü yaxşı hiss edirəm, özüm evə gedəcəm” -demişdir. Həmin günün səhərisi Vidadiyə zəng edib necə olduğunu soruşmuş, o da xəstəxanada olduğunu bildirmişdir. Dərhal onun olduğu xəstəxanaya gedib yanında olmuş və bütün xəstəxana xərclərini qarşılamışdır. Təqsirləndirilən şəxs1 hər zaman ona Vidadi ilə maraqlanmağını və ona nə kömək lazımdırsa etməyini tapşırmışdır. O, səhlənkarlığına görə peşman olmuş, hər hansısa məqsəd üçün bilərək etməmiş, Culfa rayonunda kim iş üçün müraciət edib köməklik etmiş, daima işçilərin qayğısına qalmış, vaxtında əmək haqqlarını vermişdir. O, səhvini qəbul etdiyini, nəzarəti düzgün yerinə yetirmədiyini və təhlükəsizlik tədbirlərinə vaxtında ciddi yanaşmadığını bildirmiş, məhkəmədən kollegiyasından onu bağışlamaqlarını xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, O, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06 sentyabr 1997-ci il tarixli, 629 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyətinin İqtdisadiyyat Nazirliyinə həvalə edildiyini söyləmişdir. Əlavə olaraq “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli, 116 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Qanunun 10-cu maddəsində göstərilən dövlət mülkiyyətində olan torpaqların müvafiq sənədlər təqdim olunmaqla icarəyə vermə səlahiyyətləri İqtdisadiyyat Nazirliyinə həvalə edilmişdir. 06 dekabr 2021-ci il tarixində Ordubad rayonu, Kotam kənd sakini Təqsirləndirilən şəxs1 Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən ümumi sahəsi 1036,05 kv.m, dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etdiyini, Nazirliyin dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi tərəfindən təqdim olunmuş sənədlər (ərizə, şəxsiyyət vəsiqəsi, VÖEN, texniki pasport və s) əsasında Nazirliyin müvafiq əmri ilə 08 dekabr 2021-ci il tarixli, 640 nömrəli icarə müqaviləsi bağlandığını və qeyd olunan ərazinin 3 (üç) il müddətinə Təqsirləndirilən şəxs1 icarəyə verildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 09 yanvar 2023-cü ildə, Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən ümumi sahəsi 4340,0 kv.m, dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsinə dair Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etdiyini, Nazirliyin dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi tərəfindən təqdim olunmuş sənədlər (ərizə, şəxsiyyət vəsiqəsi, VÖEN, texniki pasport və s) əsasında Nazirliyin müvafiq əmri ilə 11 yanvar 2023-ci il tarixli, 13 nömrəli icarə müqaviləsi bağlandığını və qeyd olunan ərazinin 3 (üç) il müddətinə təqsirləndirilən şəxsə icarəyə verildiyini söyləmişdir. Təqsirləndirilən şəxs1 15 fevral 2023-cü il tarixində İqtisadiyyat Nazirliyinə ərizə ilə müraciət etdiyini, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən 28 iyun 2022-ci ildə təsdiq olunmuş LAYİHƏ, Culfa Rayon İcra Hakimiyyətinin 15 avqust 2022-ci il tarixli, 63 saylı Sərəncamı və 15 avqust 2022-ci il tarixli, 01 saylı “Tikintiyə icazə barədə XÜSUSİ NİŞAN”ı tədim etdiyini, təqdim olunmuş sənədlərdə Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən, tikintisinə icazə verilmiş sahənin 1740,0 kv.m olduğu qeyd olunduğunu və bunu nəzərə alaraq həmin sahə üzrə icarə müqaviləsinin bağlanılmasına köməklik göstərilməsini xahiş olunduğunu demişdir. Təqdim olunan sənədlər və Təqsirləndirilən şəxs1 ərizəsi nəzərə alınaraq Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən ümumi sahəsi 1036,05 kv.m, dövlət mülkiyyətində olan torpaq sahəsi üzrə 08 dekabr 2021-ci il tarixli, 640 nömrəli icarə müqaviləsinə xitam verilmiş, Nazirliyin müvafiq əmri ilə Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən, ümumi sahəsi 1740,0 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsi üzrə 17 fevral 2023-cü il tarixli, 111 saylı icarə müqaviləsi bağlanmış və 3 il müddətinə Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. Təqsirləndirilən şəxs1 04 sentyabr 2023-cü il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək icarəyə götürdüyü, Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən, ümumi sahəsi 1740,0 kv.m və Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən ümumi sahəsi 4340,0 kv.m, dövlət mülkiyyətində olan torpaq sahələrində tikinti-quraşdırma işlərinin aparılmasına razılıq verilməsinə dair müraciət etmiş, təqdim olunmuş layihə və digər sənədlərə baxış keçirilərək ona razılıq verilmişdir. Lakin 2023-cu ilin avqust ayında icarədə olan torpaq sahələri üzərində, (Culfa şəhəri Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən və Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında) yerləşən qeyri-yaşayış sahələrində aparılan tikinti-quraşdırma işləri zamanı insan sağlamlığına zərər vurulmuş hadisənin baş verdiyi müəyyən edilmiş, bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən araşdırmalar aparılmışdır. Aparılan araşdırmalar zamanı Culfa şəhəri Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən torpaq sahəsində 2021-ci ilin əvvəlindən tikinti quraşdırma işlərinin aparıldığı, həmin torpaq sahəsinin 1036.05 kv.m deyil 1740.0 kv.m ərazinin (767.5 kv.m artıq) əhatə etdiyi, Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən ümumi sahəsi qeyriyaşayış sahəsində isə icarə müqaviləsi olmadan 2022-ci ilin əvvəlindən tikinti quraşdırma işlərinin aparıldığı müəyyən olunmuşdur. Bu istiqamətdə Nazirlik tərəfindəndə müvafiq araşdırma aparılmış, 04 oktyabr 2023cü il tarixdə icarəyə verilmiş ünvan 13 ünvanında yerləşən torpaq sahələrinə Təqsirləndirilən şəxs1 olmadığından məsul şəxs Şahid25 iştirakı ilə baxış keçirilmişdir. Ordubad rayonu, Kotam kənd sakini Təqsirləndirilən şəxs1 ilə bağlanmış icarə müqaviləsinin 3-cü maddəsinin (icarəyəgötürənin öhdəlikləri) “e” bəndinin (İcarəyəverənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bir əlavə tikinti və quraşdırma işlərinin aparılmaması) tələblərinin pozulması halı müəyyən edilmiş, məsul şəxs Şahid25 müqavilənin bəndi izah edilmiş və müvafiq akt tərtib edilmişdir. Məsul şəxs Şahid25 tərəfindən tikinti işlərinin dayandırıldığı bildirilmişdir. Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən onlara məlumat daxil olduqdan sonra İqtisadiyyat Nazirliyi tərəfindən oktyabrda aparılmış monitorniq zamanı artıq icazəsiz tikinti işlərinin getdiyini müəyyən etmişlər. Həmin vaxtlara qədər tikinti gedən ərazidə monitorniq aparmamışlar. Əməkdaşlar Culfa rayonunda olanda, ərazidə tikinti işlərinin aparıldığını görmüşlər. Onlar tərəfdən monitorinq aparılmadığına görə Təqsirləndirilən şəxs1 tərəfindən aparılan hər hansı qanunsuz tikili müəyyən etməmişlər. 2021-ci ildə Təqsirləndirilən şəxs1 icarəyə verdikləri 1036,05 kv.m, olan sahədən kənarda tikinti işlərinin aparılması ilə bağlı heç bir məlumat daxil olmamış, onlar tərəfdən həmin ərazidə heç bir monitorinq aparılmamışdır. Monitorinq aparılması onların şöbəsinə aid olsa da 3 nəfər işçi olduqları üçün çatdıra bilmədiklərini, Yerli İcra Hakimiyyətləri haqqında “əsasnamədə” 3.11-ci maddəsinə əsasən onların özlərinin monitorinq aparıb məlumat verə biləcəkləri demişdir. Müvafiq icra hakimiyyəti orqanlarının manitorinq aparmalı olduğunu və hər hansı hal aşkar edildikdə onlara məlumat verilməli olduqlarını bildirmişdir. Onlara pozuntu ilə bağlı məlumat verilmədiyini, onlar tərəfdən vaxtında monitorinq aparılmamasına görə məsuliyyət daşıdıqlarını söyləmişdir. Lakin onlar sentyabrda o sözügedən ərazidə monitorinq aparmış, müvafiq akt tərtib edəndə başladıqları ərazinin ümumilikdə 1036,05 kv.m, yox, 1740,0 kv.m sahəni təşkil etdiyini müəyyən etmişlər. Tikintinin aparılması üçün icazəni Rayon İcra Hakimiyyəti tərəfindən, razılığın isə İqtisadiyyat Nazirliyi tərəfindən verildiyini, onlara sentyabr ayına qədər tikintinin aparılması barədə heç bir müraciət daxil olmamış, sadəcə icra hakimiyyəti tərəfindən müvafiq sənədlər alınaraq icazə alınmış, tikintiyə icazə barədə Xüsusi nişan və sərəncam onlara təqdim olduqdan sonra razılıq verilmişdir. İcarə müqaviləsi bağlandıqdan sonra əgər orada tikinti işləri aparılacaqsa ilkin olaraq layihə və tikintiyə icazə nişanı almalı olduqlarını, sonra isə bu sənədlər onlara təqdim olunaraq razılıq alınmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs1 isə onlara müraciət edən vaxta qədər Rayon İcra Hakimiyyəti tərəfindən lazımı sənədlər və razılıq verilmişdir. İcarə müqaviləsinin “e” bəndinə əsasən tikintinin aparılması üçün onlardan icazə alınmalı olduğunu bildirmişdir. Oktyabr ayında monitorinq aparanda Təqsirləndirilən şəxs1 orada olmamış, məsul şəxs Şahid25 iştiraki ilə əraziyə baxış keçirilmiş və tikinti işlərinin dayandırılmasına və qanunvericiliyin tələbinə uyğun olaraq işlər yerinə yetirilməsinə qərar verilmişdir. Şahid25 tikinti işləri artıq 3-4 aydır ki, dayandırıldığını və orada işlərin aparılmadığı məlumatını vermişdir. Əlavə tikinti işləri aparılması hallarını oktyabrda apardıqları monitorinq zamanı aşkar etmişlər. Təqsirləndirilən şəxs1 2022-ci ildə İcra hakimiyyəti tərəfindən lazımı razılıq sənədlərini almış, onlar tərəfdən isə sentyabrda razılıq verilmiş, oktyabrda monitorinq aparanda onlar qanunsuzluğu aşkar edib tikintinin dayandırılması barədə məlumat vermişlər. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən ərazidə müqavilə 2023cü il yanvar ayında bağlanılmış, müqavilə ümumi sahəsi 4340,0 kv.m, dövlət mülkiyyətində olan torpaq sahəsini təşkil etmiş, o ərazi ilə bağlı texniki pasport və digər sənədlər təqdim olunmuş və həmin sənəddə ərazi 4340,0 kv.m, sahə göstərilmişdir. Lakin müqavilə bağlanmamışdan qabaq orda tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı heç bir məlumatları olmamışdır. Onlara ilkin sənədlər daxil olduqdan sonra icarə müqaviləsi bağlanıldığını, qanunverilciklə baxış aktı tərtib olunub vətəndaşa təqdim olunduğunu, onlar icarəyə verilmiş sözügedən ərazi üzrə baxış aktı tərtib etdiklərini demişdir. İcarə müqaviləsinin iki tərəf arasında bağlanıldığını, müqavilədə göstərilən öhdəliklərə əməl etməyin tərəflərin vəzifəsi olduğunu, Təqsirləndirilən şəxs1 verilmiş dövlət mülkiyyətinə aid olan torpaq sahəsində, razılıq almadan tikinti aparmaq səlahiyyəti olmadığını demişdir. Təqsirləndirilən şəxs1la bağlanılan icarəyə müqaviləsi ilkin olaraq 1036,05 kv.m, sahə olmuş, daha sonra onlara təqdim olunmuş sənəddə 1740,0 kv.m ərazi təsdiq olunmuşdur. 1740,0 kv.m ərazinin layihəsin yerli icra hakimiyyəti orqanı təsdiq etmişdir. Onlar bu sənədi əsas götürərək Təqsirləndirilən şəxs1 onlara təqdim etdiyi sənədlərdə 1036,05 kv.m, sahəsi olan müqaviləsinə xitam verib 1740,0 kv.m torpaq sahəsi üzrə icarəyə müqaviləsi bağlamışlar. Onlar 1740,0 kv.m sahə üzrə icra müqaviləsi bağladıqdan sonrada tikintiyə razılıq verməmişlər. Tikinti işlərinin aparılması üçün Təqsirləndirilən şəxs1 icazə almalı olduğunu, oktyabr ayında monitorinq keçirdikləri müddətdə təmir işləri aparıldığını, tikinti işləri Əmirin mülkiyyətinə aid olan binada getdiyini söyləmişdir. Monitorinq apardıqları zaman icazələri olmadan əvvəlki dövrdə tikinti işləri aparıldığı məlum olmuşdur. İcarə götürən hər bir şəxsin sertfikatı olan memar tərəfindən özünə layihə hazırlamalı olduğunu və onu İcra hakimiyyətində təsdiq etdirməli olduğunu, icarə müqaviləsi bağlananda onun torpağın təyinatında göstərildiyini demişdir. Sertfikatı olmayan memar tərəfindən verilmiş layihənin İcra Hakimiyyəti tərəfindən təsdiq edilmədiyini, Təqsirləndirilən şəxs1la bağladıqları icarə müqaviləsi əsasən ticarət və xidmət sahəsi olduğunu, Əmirin İcra Hakimiyyətindən 1740,0 kv.m sahədə tikinti aparılması üçün icazə alıb onlara təqdim etdiyini söyləmişdir. Dövlət mülkiyyətində olan torpaq sahəsini icarəyə verməyin İqtisadiyyat Nazirliyinin səlahiyyətində olduğunu bildirmişdir. İcra hakimiyyəti tərəfindən tikinti işlərinə icazə verildiyinə görə onlarda həmin göstərilən ərazi üzrə icarə müqaviləsi bağlamışlar. İcarəyə verilmiş torpaq sahəsini gedib yerində ölçüb, vətəndaşa təqdim etmək onların səlahiyyətində olmuşdur. 4340,0 kv.m, sahəsi olan ərazidə icarə müqaviləsindən kənarlaşma olmamış, orada da 2022-ci ilin ortalarında aparılan araşdırmalar zamanı qanunsuz tikilişin aparılması müəyyən edilmişdir. Onlardan razılığı sentyabrda almışlar, lakin həmin vaxtlar iş getməmişdir. Şahid25 işlərin əvvəldən dayandırıldığı barədə məlumat vermişdir. İcarəyə müqaviləsinin predmentinə görə Təqsirləndirilən şəxs1 onlar tikinti quraşdırılma işlərinin aparılması üçün onlara müraciət etmiş, edilən müraciətə əsasən sentyabrda razılıq vermişlər. İcarə müqaviləsi yanvar ayında bağlanılsa da, onlardan sentyabr ayı razılıq istəmişlər. Onlar 2023-cü ilədək orada heç bir monitorinq keçirməmişlər. Təqsirləndirilən şəxs1 razılıq verənə qədər əraziyə baxış keçirtməmişlər. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Culfa rayonunda tikintisi gedən obyektin Təqsirləndirilən şəxs1 məxsus olduğunu eşitmiş, həmin tikinti yaşadığı yerə yaxın olduğundan orada işə nəzarət edənin Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Ona iş ehtiyac olduğu üçün rayonda Daşqına yaxınlaşıb işləmək istədiyini bildirmiş, oda müraciətini qəbul edib işə götürmüş, lakin əmək müqaviləsi bağlamamışlar. Daşqının onu işə götürməyi ilə bağlı Təqsirləndirilən şəxs1la telefon danışığının olub-olmaması barədə məlumatı olmamışdır. Günü 20 manata həmin tikintidə fəhlə işləyib ustaya kubik daşımışdır. İş vaxtı təhlükəsizliklə bağlı onlara şifahi qaydada göstərişlər verilmiş, “dəbilqə” (baş geyimi) və ayaqqabı ilə təmin edilməmiş, sadəcə iş üçün əlcək verilmişdir. İşlədiyi vaxt hava isti olduğundan başı gicəllənmiş, yıxılanda kubiklər də üstünə düşmüşdür. Daşqın inşaata gəlib ona ilk tibbi yardım göstərərək yarasına dərman sürtüb bağlamış, həmin günü evə getmiş, ertəsi günü narahat hiss elədiyi üçün arvadı xəstəxanaya zəng etmiş, X58 gəlib onu xəstəxanaya aparmışdır. Bu hadisə zamanı Daşqın onu xəstəxanaya aparmış, xəstəxana xərclərini ödəmiş, hətta evə də gəlmişlər. Xəstəxanadan çıxandan sonra isə müstəntiq onu prokrorluğa aparmışdır. Onun xəsarət aldığı obyekt Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən yeməkxana olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2dən və Təqsirləndirilən şəxs1 heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Şahid12 Culfada tikinti gedən obyektdə işi götürüb ona - “Bərabər gedib işləyək”- deyə xəbər etmiş, ona obyektin Təqsirləndirilən şəxs1 məxsus olduğunu söyləmişdir. Qəlib ustası olduğunu, Nurəddinin onu obyektə qəlib qurmaq üçün apardığını, işlədiyi vaxtı dəqiq xatırlamadığını, amma təxminən 10 gün işlədiyini, Nurəddin də onun kimi gününə 35 manat aldığını söyləmişdir. Obyektə ümumi nəzarəti Təqsirləndirilən şəxs2, onların işinə nəzarəti isə Şahid12 etmişdir. Onu işə Nurəddin götürmüş, Təqsirləndirilən şəxs2 tikintiyə gələndə görmüş, həmin tikintidə işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 görməmiş, obyektə gəlib onlara tapşırıq verməmişdir. Əmək müqaviləsi bağlamamış, onu işə götürən Şahid12 müqaviləni özünün bağlayacağını demişdir. Onlar lazım olan ləvazimatları Nurəddinə demişlər, o da Təqsirləndirilən şəxs2 məlumat vermişdir. Təqsirləndirilən şəxs2 onlara heç bir tapşırıq verməmiş, işlə və təhlükəsizliklə bağlı olan tapşırıqları da Nurəddin vermişdir. İşlədiyi müddətdə ayaqqabı və “kaska” ilə təmin olunmamış, yalnız iş zamanı əlcək verilmişdir. O, qəlib işinə baxmış, taxtaları kəsən zaman əlində olan “Laqondayı” (ovuc daşlayıcı) yerə qoymaq istəyəndə “Laqonda” çərtib əlini kəsmiş, Culfadakı xəstəxanaya getmiş və ilk tibbi yardım almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, o, 11 fevral 2023-cü ildə Culfada yerləşən "xxxx" restoranında aşbaz kimi işə başlamış, təxminən 10 ay aşbaz işləmiş və işlədiyi müddətdən gündəlik əmək haqqını Elçin adında kassirdən almış, şəxsiyyət vəsiqəsini müdiriyyətə təqdim etmiş, müqaviləni özləri bağlamışlar. O, aşbaz kimi işə başlayanda, orda hazır tikililər, çardaq və kabinetlər olmuş, onları hazır görmüşdür. Yeməkxanada fəliyyətə başlamamışdan əvvəl təxminən dekabrın 10-nu restoran üçün lazım olan ləvazimatları almaq üçün İrana getmişlər. Gömrükdən buraxmadıqları üçün aldıqları ləvazimatları gətirə bilməmişlər. İrana birlikdə getdikləri üçün Fərahim və Orxanı tanımış, lakin onlar yeməkxanada işləməmişlər. O, aşbaz işlədiyi üçün mətbəxdə olmuş, Təqsirləndirilən şəxs1 obyektə gəlməsini təsadüfən görmüş, gələndə də hörmətlə əl verib görüşürüb kef-əhval etmişdir. Təqsirləndirilən şəxs1 çox razı olduğunu bildirmişdir. "xxxx" restoranına işə düzələndə yeməkxananın müdiri əvvəlcə Seyid daha sonra isə Məhərrəm olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, bu hadisə Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən onlara müraciət daxil olduqdan sonra məlum olmuşdur. Culfa şəhərində olan “Kinoteatr” binası X46 tərəfindən 2008-ci ildə özəlləşdirilmiş, özəlləşdirildikdən sonra 1036,05 kv.m, ərazi üçün uzun müddətli müqavilə bağlanmışdır. Tikinti gedən ərazidə icarə müqaviləsi 2018-ci ildən 2021 -ci ilə qədər nəzərdə tutulmuş, 1036 kv ərazinin icarəyə müqaviləsi olmuş və vaxtı vaxtında ödənilmişdir. 2022- cil ildə isə 1740 kv ərazisi olan layihə təsdiq olunmuşdur. Müqavilələrin dəyişiklik müddəti çatdıqdan bir müddət müqavilənin bağlanması təmin olunmamışdır. Culfa şəhəri 1- ci məhəllə, “döngə 11\11” ünvanında gedən tikintidə o, olmamış, Təqsirləndirilən şəxs1 Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin müəyyən sərəncamına əsasən dövlət mülkiyyətində olan torpaq sahəsini özəlləşdirib onlara göndərmiş, özəlləşdirmə ilə bağlı sonrakı müddətdə 4340,0 kv.m torpaq sahəsi icarəyə müqaviləsi bağlanmışdır. Sözügedən obyekt 2021-ci ildə özəlləşdirilmiş, 2022- ci ildə tikintiyə başlanılmışdır. 2021-ci ildə Ordubaddan monitorinqdən qayıdan zaman Elşad Nağıyev küçəsində yerləşən əvvəlki “Kinotetar” binasında tikinti işlərinin getdiyini görmüş, tikintinin getdiyi yerə yaxınlaşaraq həmin tikintinin kimə aid olduğunu soruşmuş, Təqsirləndirilən şəxs1 aid olduğunu bildirmişlər. Tikintinin layihəsini soruşmuş, ordakı işçilərin birinin əlində təsdiq olunmamış sxem olduğunu görmüş, nəzarətçidən “Burda nə iş görürsüz? “ – deyə soruşmuş, oda – “Bu işləri görüm” –deyə tapşırıq aldığını söyləmişdir. Daha sonra onlar layihəni təsdiq olunması üçün İcra Hakimiyyətinə verdiklərini demişlər. Bir müddətdən sonra həmin ərazi ilə bağlı onlara müraciət daxil olmuş, müraciətdə ərazi ilə bağlı layihənin uyğun olaraq dəyişdirilməsi zərurəti yarandığı göstərilmişdir. Artıq ümumi sahəsi 1740,0 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin layihəsi Culfa Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş, tikinti üçün əmtəə nişanı təsdiq edilib təmin olunmuşdur. 2023cü ilin sonlarında onlara daxil olan müraciətə əsasən həmin layihənin Culfa Rayon İcra Hakimiyətinin təsdiqini nəzərə alaraq icarəyə müqaviləsində müvafiq dəyişiklik olunmuş, 1036,05 kv.m, sahə torpaq üzərində 1740,0 kv.m sahə ilə əvəz olunmuşdur. Təqsirləndirilən şəxs1 2024-cü ildə Nazirliyə rəsmi formada müraciət edərək təsdiq olunmuş layihəni onlara təqdim etmişdir. Təqdim olunmuş layihədə inşaat işlərinin aparılması ilə bağlı İqtisadiyyat Nazirliyindən razılıq tələb olunmuşdur. Əvvəlki illərdə də həmin binanın yeni memarlıq üslubunda təmir olunması tapşırığı verilmişdir. Onlar sənədlərin uyğunluğuna, layihənin təsdiqinə və simmeta sənədlərinə baxaraq müvafiq qaydada torpaq üzərində tikinti işləri aparılmasına razılıq vermişlər. Sonra orada gedən tikinti və təmir işlərində hansı hadisənin baş verdiyindən məlumatımı olmamış, onları müvafiq orqanlar çağırıb, izahat alanda obyektdə bədbəxt hadisənin baş verdiyi məlum olmuşdur. Tikinti işlərinin aparılmasını İqtisadiyyat Nazirliyinin razılığı ilə həyata keçirildiyini, Rayon icra hakimiyyəti layihəni təsdiq etdikdən sonra onlara razılıq verdiklərini, İqtisadiyyat Nazirliyi ilə tərəflər arasında razılıq müqaviləsi olduğunu, bu razılığa görə nazirliyin razılığı olmadan tikinti aparıla bilməyəcəyini demişdir. Həmin vaxt onlar Rayon İcra Hakimiyyətinin layihəni təsdiq edibsə, deməli hansısa razılıq əsasında bu işlər aparıldığını qənaətə gəlmişlər. Qanunvericilikdə razılığı olmadan tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Tikinti aparılması üçün Fövqalada Hallar Nazirliyinin razılığı, Şəhərsalmanın rəyi və digər toplu sənədlərin nəticəsi, Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam ilə təsdiq olunmuş layihə lazım olduğunu, sözügedən sənədlər olmadığını, burada İcra Hakimiyyətinin sərəncamı, layihənin təsdiqi, torpağın baş planının təsdiqi, onlara təqdim olunan sənədlərin içində olmamışdır. Bu saydığı sənədlərin toplusunun layihəsini icra hakimiyyətinin təsdiq etməli olduğunu söyləmişdir. O zaman səlahiyyətlər İcra Hakimiyyətində olduğu üçün onlar heç birinə nəzarət etməmiş, çünki layihənin təsdiqinə, tikintinin aparılmasına İcra Hakimiyyətləri tərəfindən nəzarət olunmuşdur. İcra Hakimiyyətlərinin əsasnaməsində də nəzarətin onlar tərəfindən aparıldığı göstərilmişdir. Şəhərsalmanın və Fövqəlada Hallar Nazirliyinin razılığını İcra Hakimiyyətlərinin tələb etdiyini, daha sonra onlarında İcra Hakimiyyətinin rəyinə baxdıqlarını, bu sənədlər toplusunun yekunun sərəncam olduğunu bildirmişdir. Qanunvericilikdə və müvafiq icra hakimiyyəti orqanlarının əsasnaməsinin 14 -cü maddəsində hər hansı yenidən qurma və tikinti işlərini aparılması üçün razılıq alınmalı olduğu nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 özəlləşdirdiyi ərazi onun mülkiyyətində olduğu üçün hər hansı təmir işlərini görə biləcəyini, amma nəzərdə tutulan layihədən kənarda tikintini aparılması üçün həm İcra Hakimiyyətinin təsdiq olunmuş layihəsi, həm də onların razılığın tələb olunduğunu demişdir. Tikinti işlərinin aparılması üçün onlardan razılığın alınması bağlanmış iki tərəfli müqavilə öhdəliklərinin predmentlərindən biri olmuşdur. Təqsirləndirilən şəxs1la da bağladıqları müqavilə öhdəliyində torpaq üzərində yeni tikililərin aparılması üçün razılıq alınması tələbinin qeyd olunduğunu göstərilmişdir. Təqsirləndirilən şəxs1 icra hakimiyyətinin layihəsini alıb, sərəncamını alıb amma onların razılığını almadan işi aparmışdır. Sahibkarın özəlləşdirdiyi 1036 kv olan ərazidə təmir işləri aparıla biləcəyini, lakin icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə əsasında 1740 kv olan ərazidə işlərin aparılmalı olduğunu, sonda icra hakimiyətinin sənədin əsas götürüb razılıq verdiklərini qeyd etmişdir. Torpaqları səmərəli istifadə ilə bağlı icarəyə verdiklərini, tərəflərin müqavilə öhdəlikləri olduğunu, müqavilədə konkret nə məqsədlə istifadə olunacağının qeyd olunduğunu demişdir. Torpaq icarəyə verildikdən sonra layihəni təsdiq edib onlara müraciət etməli olduğunu, layihəyə baxıb tikintinin aparılması ilə bağlı razılıq verdiklərini, layihənin təsdiq etməyin Rayon İcra Hakimiyyətinin səlahiyyətində olduğunu demişdir. Əgər icra hakimiyyətinin təsdiq olunmuş layihəsi varsa amma onların razılığı yoxdursa tikinti aparıla bilməyəcəyini, belə olduğu halda icra hakimiyyətinin layihəni təsdiq etdiklərini bildirib sənədləri onlara göndərməli olduğunu və eyni zamanda onları məlumatdırmalı olduğunu, bu göstərilənləri nəzərə almalarını xahiş etməliymişlər. Təqsirləndirilən şəxs1 torpaq ərazisi icarəyə verərəkən tərəf olaraq müqaviləni o, imzalamış, icarəyə verilən torpağın üzərində əmlak olduğunu, müqavilədə həmin ərazinin təyinatının xidmət sahəsi kimi göstərildiyini, özəlləşmədə qeyri-yaşayış kimi qeyd edildiyini bildirmişdir. İcarəyə verilmiş torpaq üzərində əlavə tikililərin edilməsi və müqavilədə nəzərdə tutulmuş təyinatının dəyişdirilməsi üçün İqtisadiyyat Nazirliyinin razılığının tələb olunduğunu, dövlət mülkiyyətində olan torpaqların Rayon İcra Hakimiyyəti onların icazəsi olmadan icarəyə verə bilməyəcəyini, torpaqda icarə müqaviləsi bağlamağın onların səlahiyyətində olduğunu, müəyyən olunmuş sərhədlərdən kənar, olan ərazilərə icra hakimiyətinin sərəncam verdiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi əvvəldən tanımış, Təqsirləndirilən şəxs2 isə işlədiyi müddətdə tanımışdır. Təqsirləndirilən şəxs1 ona zəng edib – “Bizim işlərimizi görməyə usta lazımdır, işləyə bilərsən?”- deyə ondan soruşanda razılaşmış, Əmir ona Culfada tikilən şadlıq evinin yerini göstərmiş, Pərviz və Zərərçəkmiş şəxs1la birlikdə işə başlamışlar. Avqustun təxminən 13-14-ü işdə olan zaman Vidadi kubiki çəkərkən aşıb üstünə düşməsin deyə arxaya çəkilmək istəyəndə quyunun içinə düşmüş, Pərvizlə birlikdə Vidadini quyudan çıxartmışlar. Vidadinin başı yaralanmış, Təqsirləndirilən şəxs2 zəng edib –“Zərərçəkmiş şəxs1 işdə yıxılaraq başından yaralandığını”- bildirmiş, Daşqın da gələn kimi Vidadiyə ilk tibbi yardım göstərmiş, həkimə aparmağı təklif etmişdir. Vidadi həkimə getməyə razı olmamış, həmin gün evə getmişdir. O, 2023-cü ildən işlər dayanana kimi həmin obyektdə usta işləmiş, qoruyucu “kaska” və ayaqqabı verilməmiş, ancaq əlcək verilmişdir. İlk başda əmək müqaviləsi bağlamamışlar, hadisədən sonra əmək müqaviləsi bağlanmış, digər işçilərlə əmək müqaviləsi bağlayıb –bağlamadıqları haqqında məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 işə nəzarət etdiyini, işçilərin əmək haqlarını verdiyini, lazım olan ləvazimatlarla təmin etdiyini söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid18 ifadəsində göstərdi ki, əvvəllər Bakıda yaşamış, ailə vəziyyətinə görə Culfa şəhərinə qayıtmalı olmuş, həmin vaxt Culfa şəhərində köhnə “Kinoteatr” binasında tikinti işlərinin getdiyini və işçi lazım olduğunu eşitmiş, tikinti işlərinə nəzarət edən Təqsirləndirilən şəxs2 onu fəhlə kimi işə götürməyi üçün xahiş etmiş, Daşqında işə götürmüşdür. Günü 20 manata fəhlə kimi işləməyə başlamışdır. İşlədiyi obyektin Təqsirləndirilən şəxs1 məxsus olduğunu bilmiş, orada işlədiyi müddətdə Təqsirləndirilən şəxs1 iki dəfə obyektə gəlmiş, obyektə gəldiyi zaman onlarla kef-əhval edib getmiş, Təqsirləndirilən şəxs1 tapşırıqları Təqsirləndirilən şəxs2 vermiş, işlədiyi üçün Daşqınla, Əmirin ünsiyyətlərinin şahidi olmamış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaxşı insan kimi tanımışdır. Təxminən 2023-cü ilin sentyabrından Culfa şəhərində köhnə “Kinoteatr” binasında gedən tikintidə 1 aya yaxın fəhlə işləmiş, səhhəti ilə bağlı problemləri olduğu üçün işə davam edə bilməmişdir. Əmək müqaviləsi olmamış, təxminən 10-15 gün işlədikdən sonra Təqsirləndirilən şəxs2 əmək müqaviləsini bağlamaq üçün ondan şəxsiyyət vəsiqəsəni istəmişdir. İşlədikləri vaxt əlcək verilsə də qoruyucu ayaqqabı və baş geyimi verilməmiş, o, Valeh və Pərviz ilə bir yerdə işləmiş, orada işləyən vaxt Təqsirləndirilən şəxs1 obyektə gələn zaman onlarla görüşüb getmiş, iş vaxtı təhlükəsizlik qaydalarına ümumi nəzarəti Təqsirləndirilən şəxs1 yox, Təqsirləndirilən şəxs2 etmiş, əmək haqqını hər günün sonunda Təqsirləndirilən şəxs2 vermiş, işlədiyi obyektə rəhbərliyi Təqsirləndirilən şəxs2 etmiş, hər gün işin başlanğıcında Təqsirləndirilən şəxs2 təhlükəsizliklə bağlı onları təlimatlandırmışdır. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11\11 ünvanında gedən tikintidə 10 günə yaxın işləmiş, həmin obyektdə fəhləyə ehtiyac olduqda Təqsirləndirilən şəxs2 onlara demiş, gedib orada da işləmişlər. Məhərrəmin dayısı olduğunu, onun evinin Culfa şəhəri, köhnə “Kinoteatr” binasının arxa tərəfində yerləşdiyini, işdən sonra həmişə dayısıgilə getdiyini, Bakıda olduğu üçün yolun dəqiq nə zaman bağlandığını bilmədiyini, lakin o, “Kinoteatr” binasında tikintidə işləyəndə artıq yol bağlandığını demişdir. İşlədiyi tikintidə divar hördüyünü, həmin obyektin indi yeməkxana kimi fəaliyyət göstərdiyini, yeməkxanada əlavə kabinetlərin olduğunu, amma digər işlədiyi obyektin boş ərazidə olduğunu, tikillidən başqa əlavə heç nə olmadığını demişdir. Köhnə “Kinotetar” binası 1 mərtəbəli bina olmuş, o işlədiyi vaxt dəyişikliklər olmamış, amma təmirdən sonra “Kinotetar” binasının quruluşu çox dəyişilmişdir. “Kinoteatr” binasının arxasında 3 metr enində yol olmuş, nə vaxt bağlandığını bilməmiş, tikinti işlərindən sonra orada hasar çəkildiyi üçün indi o yol bağlanmışdır. “Kinoteatr” binasında işlər getdiyi zaman dəmirdən zabora alınmış, işlər binanın içərisində getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid22 ifadəsində göstərdi ki, beton zavodda “Ponpa” vuran maşını idarə edir. Üstündən çox vaxt keçdiyi üçün dəqiq xatırlamasa da təxminən 2021– 2022 -ci illər Culfa şəhərində köhnə “Kinoteatr” binasına tikinti işləri zamanı kalonların üzərinə qoyulmuş panellərin arasını doldurulması üçün beton aparmışdır. Ona idarədən Culfa rayonundakı obyektə beton veriləcək deyə göstəriş gəldiyini, tikintinin konkret kimə məxsus olduğunu deyilmədiyini, idarədən çıxanda onlara yol vərəqəsi verildiyini, betonu verdikdən sonra geri qayıtdığını, Təqsirləndirilən şəxs1 görmədiyini, bir dəfə və ya iki dəfə sözügedən obyektə beton apardığını söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, 2021- ci ildən Culfa şəhərinin bələdiyyə sədri işləmiş, onlar torpaqla bağlı məsələlərə baxdığı üçün və həmin sözü gedən bina dövlət binası olduğuna görə o məsələ ilə bağlı heç nə ilə maraqlanmamış, bu bina ilə bağlı heç bir məlumat daxil olmamışdır. O vaxt hansısa tikili ilə maraqlanmaq səlahiyyəti olmamışdır. Sözügedən obyektlərdə tikintinin getməsini ətrafdakı insanlardan öyrənmiş, özü müşahidə etməmiş, tikinti işlərinin aparıldığı binaların Təqsirləndirilən şəxs1 məxsus olduğunu eşitmiş, o binanın sənədləşdirilməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Bina dövlətə məxsus olduğu üçün ora getməmiş, 5-6 ay bundan qabaq bu məsələnin böyüdüyünü görüb Daşınmaz əmlaka sorğu vermiş, sorğuya cavabda isə o yolun bələdiyyə mülkiyyəti olduğunu bilmişdir. 2020-ci ildə “Kinoteatr” 2 mərtəbəli, baxımsız vəziyyətdə köhnə bir binaymış, həmin binada tikinti işləri 2021-ci ildə başlamış, binanın yan hissəsindən əlavə sütunlar artırılmış, tikinti işi gedəndən sonra mövcud binanın quruluşu dəyişilmiş, əvvəl binanın arxasından keçib, digər tərəfdən çıxmaq olsa da, 2020- 2021-ci illərdə binanın arxasına hasar çəkildikdən sonra o yol bağlanmışdır. Əlincə “Kinoteatr” binasının həyətinə hasar çəkildiyi üçün həyətdəki əlavələri görməmişdir. Binada iş gedən zaman kənardan zaborlanmışdır. Culfa şəhəri, döngə 11\11 ünvanında tikinti işlərinin nə vaxtdan getdiyini dəqiq bilmədiyini, artıq 1 il olar ki, həmin binanın restoran kimi fəaliyyət göstərdiyini demişdir. Kinoteatr binasıda 2021-ci ilin əvvəllərindən tikinti işləri getmiş, “Geologiya” binası isə təmirdən sonra 2022-ci ildən yeməkxana kimi fəaliyyət göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid27 ifadəsində göstərdi ki, o, 2020-2023-cü illərdə icra nümayəndəsinin müavini olmuş, 2023-cü ildən isə Culfa şəhər icra nümayəndəsi vəzifəsində işləmişdir. Culfa şəhərindəki “Əyləncə kinoteatrı” və “Geologiya kəşfiyyat” idarəsi deyilən binalarda qanunsuz tikililərlə bağlı məlumatı olmuş və həmin tikililərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu eşitmişdir. “Kinoteatr” binasında tikililər təxminən 2021-ci ilin ortalarından başlamış, həmin vaxt “Kinoteatr”ın arxasında olan yolda bağlanmışdır. “Kinoteatrın” arxasında yol bağlandıqdan sonra Həsən Həsənovun oğlu tərəfindən evinin qabağı kəsildiyi üçün müvafiq orqanlara şikayət olunduğunu eşitmişdir. Əvvəllər müavin olduğu üçün şəxsən onun özünə verilən şikayətlə rastlaşmamış, onun səlahiyyətinin şəhərin təmizliyi ilə maraqlanmaq və vətəndaşlara xidmət etmək olmuşdur. İcra nümayəndəsi təyin olunduqdan sonra şəhərdə qanunsuz tikililərin aparılması ilə bağlı məlumatı olmuşdur. O, Culfa rayonunda müvafiq dövlət orqanının razılığı olmadan qanunsuz tikinti aparılmasının mümkün olmadığını, 1 N Hərbi hissənin yanında neçənci ildə tikinti getdiyini xatırlamadığını, restoranda 2022-ci ildən tikililər başlandığını demişdir. “Geologiya” binasının qabaq hissəsində tikili olmamış, daha sonradan tikinti olmuş və həmin müddətdə kabinetlərdə salınmışdır. Təqsirləndirilən şəxs1 Culfa şəhərində qanunsuz tikili aparılması ilə bağlı əlində sənədi olmadığını, sadəcə qanunsuz tikinti aparılmasını vətəndaşlardan eşitdiyini, 2024-cü illərdə sözügedən obyektlərdə onun bildiyi qədəri ilə tikinti işi aparılmadığını, orda gedən tikililərlə bağlı onlara rəsmi məlumat daxil olmadığını, şəhərdə qanunsuz tikililərin olması barədə məlumatı Rayon İcra Hakimiyyətinin arxitekturasına xəbər verməli olduqlarını, lakin həmin vaxt müavin olduğu üçün o işlərlə maraqlanmadığını söyləmişdir. Sözügedən obyektlərdə işçilərin qanunsuz olaraq, əmək müqaviləsi olmadan işlədilməsi və zərərçəkmişlərlə bağlı məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, əvvəllər Xələddinin idarəsində qəlibçi işləmiş, Nurəddini Quliyevi oradan tanımışdır. Bir gün Şahid12 ona zəng edib Culfa şəhərində iş götürdüyünü, gedib bir yerdə işləməyi təklif etmişdir. Nurəddin telefonda danışarkən əmək haqqı barədə heç nə deməmişdir. Şahid12 özü obyektə gedəndə bu obyektin Təqsirləndirilən şəxs1 məxsus olduğunu demişdir. Orada işə başladığı tarixi tam xatırlamasa da təxminən 2020-ci illərin oktyabr ya noyabr ayı olmuşdur. Culfa şəhərində yerləşən “Klub” deyilən binaya qəlib qurmaq üçün getmiş, orada təxminən 4-5 gün, günü 25 manata işləmişdir. Nurəddin bu iş üçün ona 100 manat pul vermiş, əmək haqqı onu qane etmədiyi üçün işdən ayrılmışdır. Əmək müqaviləsi bağlamamış, pulu gün sonu əldən almış, Orxan pulu Şahid12 vermiş, onlarından pulunu Nurəddin vermişdir. İşlədiyi dövrdə onlara təhlükəsizlik ilə bağlı heç bir təlimat verilməmiş, Daşqını orada görməmiş, onların işinə Orxan nəzarət etmiş, orada işlədiyi müddətcə heç bir mübahisənin şahidi olmamışdır. Obyektdə inşaat gedən zaman kənar adamlar daxil olmasın deyə obyektin kənarlarını çəpərlə bağlamışlar. Bu da vətəndaşın yolunu kəsdiyi üçün müraciət etmiş, həmin çəpəri sökərək məsələni yoluna qoymuşlar. Culfa şəhəri, Elşad Nağıyev küçəsində köhnə “Klub” binasına getdikdə artıq binanın qabağına beton verilmiş, 5 sütunun dəmirləri toxunmuş, o sütunların və üzərinin kəmərinin qəlibini qurmuşdur. Sütunlar binanın əsas hissəsindən 4 metr qabağa çıxmış, o, binanın qabağında işləsə də binanın yan hissəsində də işlər getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, memar işlədiyini, Təqsirləndirilən şəxs1 məxsus olan hər iki obyektin layihəsini onun hazırladığını, Ticarət mərkəzi olan obyektdə hazır tikilinin üstündə ölçü apardığını, digər obyektdə mövcud binanın üstündə əlavə dəyişiklər etdiyini və otelin layihəsini hazırladığını söyləmişdir. Culfa şəhəri, Elşad Nağıyev küçəsində olan obyektin planlarını və görünüşünü hazırlamış və bu işinin qarşılığında Fərahimdən 300 manat pul almışdır. Qanunvericiliyin tələblərini bilməmiş, o vaxt lisenziya tələb olunmadığından lisenziyasız fəaliyyət göstərmişdir. Əvvəllər Nəqşicahan da işləmiş, onların lisenziyası olmuş, özünün isə lisenziyası olmamış, həm şirkətlə, həm də fərdi qaydada işləmiş, Təqsirləndirilən şəxs1 layihəsinə baxmağa isə fərdi qaydada getmişdir. Təqsirləndirilən şəxs1 obyektin sənədləşdirilib, kubça alınması üçün layihəni istəmişdilər. O, layihəni fikir dəyişikliyinə görə yenidən işləmişdir. Onun layihəsinin əsasında tikintiyə Culfa Rayon İcra Hakimiyyəti icazə vermiş, əvvəldən onların icazəsinin olub-olmadığını bilməmiş, cızdığı layihənin sonradan Culfa Rayon İcra Hakimiyyətinin təsdiq etməsi barədə məlumatı olmamışdır. Culfa şəhərində indi yeməkxana kimi fəaliyyət göstərən binanın yox, otelin layihəsini cızmış, amma hələ tikiliş getməmişdir. Təqsirləndirilən şəxs1 ona zəng edib – “Culfada belə bir obyekt var, onun layihəsini cızmaq lazımdır” – demiş, ondan lisenziyasının olub-olmaması barədə soruşmamışdır. 2022-ci ilin mart ayı layihə üçün obyektə getmiş, layihə hazırlamaq üçün ora getdikdə yol bağlanmış, Culfa şəhəri, Elşad Nağıyev küçəsində və Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 yerləşən obyektlərin layihələrini özü hazırlamış, ticarət mərkəzinin mövcud layihəsi ona təqdim olunmuş, orada əlavələr olmamış, otaq dəyişikliklərinə görə layihəni yenidən hazırlamışdır. Ora getdikdə əllərində layihə olmuş və onlar mövcud layihə üzərində işləmişlər. Orada olanda binanın qarşısındakı sütunların hazır olduğunu, bunların əldə olan layihədə qeyd edildiyini, yemekxana olan binada layihəni mövcud binanın üstündə işlədiyini söyləmişdir. Köhnə Klub binasının qabağına və arxasında artırma olmuşdur. Binanın qarşısı “L” şəkilli olmuş, ona beton verilərək binanın qarşıdan görünüşü düzəltmişdir. Sözügedən obyektə gedəndə binanın qarşısında ayrıca kabinetlər olmuş, obyektə baxdığı vaxt dəqiq xatırlamasa da təxminən 2-3 il olduğunu bildirmişdir. Binanın layihəsi artırma ilə birlikdə təqdim olunmuş, layihə memar tərəfində işlənmiş, ona təqdim edilən layihənin peçatı olmuş, ona verilən sənəd də obyektin ərazisi göstərilmiş, Mübariz Bağırov onu layihənin təsdiq olunması sənədi ilə ondan izahat alan zaman tanış etmişdir. İqtisadiyyat Nazirliyi ilə olan müqaviləni ona təqdim etməmişlər. Digər obyektə Fərahim ya da Orxanla getmiş, onun da layihəsini özü çəkmiş, əlavə olaraq orada otel nəzərdə tutulmuşdur. Orda olan binaların mövcud binalar olduğu üçün artıq onların icazə aldıqlarını düşünmüşdür. Müvafiq orqanların icazəsi olmadan layihənin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2019cu ildən-2021-ci ilədək Culfa şəhərinin icra nümayəndəsi işləmişdir. Culfada sözügedən obyektlərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu hamı bilmiş, Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən obyektdə 2021-ci ildə əvvəllərində, Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11-də yerləşən “Geologiya” binasında 2022-ci il may ayından işlər başlamış, “Geologiya” binasının quruluşunda heç bir dəyişiklik aparılmamış, “Geologiya” binası remontdan sonra restoran kimi fəaliyyətə başlamış, bina olduğu kimi qalmış, əlavə olunmamış, yalnız həyətində çay içmək üçün kupelər tikilmişdir. Təqsirləndirilən şəxs1 “Geologiya” binasını səhv xatırlamırsa 2021-ci ildə almış, daha sonra orada işlər başlamış, həmin ərazidə restoran və otel tikiləcəyi barədə söhbət getmişdir. Konkret olaraq Təqsirləndirilən şəxs1 yaxınlaşıb orada nə edəcəyini soruşmamışdır. Həmin vaxt Culfa şəhər icra nümayəndəsi o, olmuş, bina sökülüb 4 divar qalmış və yenidən bərpa olunmuş, arxa tərəfdə artırmalar edilmişdir. O binanın arxa tərəfində kluba aid həyətdə yol olmuş, həmin yol qonşunun qapısına açılmış, rəsmi qaydada sənədlərdən bilməsə də, amma o yolun magistral yox, “Klubun” ərazisinə aid olduğunu bilmişdir. Yolun bağlanması ilə əlaqədar heç bir vətəndaş onlara şikayət etməmişdir. Səhv xatırlamırsa Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən köhnə “Klub” kinoteatr binasının arxasında olan yolun həmin vaxtdan bağlanıldığını söyləmişdir. Onun bildiyi qədəri ilə Klubun arxa tərəfindən əlavə tikilişlər olmuş, klubun arxasında əvvəllər yol var imiş, sonradan binada artırılan əlavələr yolu bağlamışdır. İşlədiyi dövrdə binanın tikintisi ilə bağlı ora yaxınlaşmamış, çünki həmin obyektin Təqsirləndirilən şəxs1 şəxsi mülki olduğunu bilmişdir. Tikinti aparılan zaman onun qanuni olduğunu düşünmüş və həmin binanın Təqsirləndirilən şəxs1 məxsus olduğunu bilmiş, lakin bu haqq hesabdan sonra izahat verərkən tikintinin qanunsuz aparıldığı ona məlum olmuşdur. O, dövrdə tikilən obyekt və onların sənədləri ilə maraqlanmaq səlahiyyətləri olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1la bərabər başqa adamlarda tikinti işləri aparmış, onlar bu barədə heç kimin işinə qarışmamış, tikintinin aparılması ilə bağlı heç kim şikayət etməmişdir. Culfa şəhər icra nümayəndəsi işlədiyi müddət kiminsə qanunsuz tikinti aparılması barədə maraqlanmamış, o dövrdə tikililərlə maraqlanmaq üçün onlara tapşırıq verilməmiş, ancaq şəhərin təmizliyi ilə maraqlanmaq tələbi qoyulmuşdur. Qanunsuz tikinti aparılarsa ona qarışa biləcəklərini, lakin o dövrdə belə bir şey olmadığı üçün onlar tikinti işləri ilə maraqlanmamışlar. Uzun müddətdir ki, işdən ayrıldığı üçün vəzifə təlimatını dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs1 obyektlərinə aid olan sənədlərin heç birinə baxmamış, amma tikiniti işinin aparılması üçün müvafiq orqanlardan icazə alınmasının lazım olduğunu bilmişdir. “Geologiya” binasında olan əlavə tikililər bağlı yerli sakin kimi xəbəri olmuş, həmin vaxt o, Culfa şəhər İcra nümayəndəsi işləməmişdir. 2021- ci ildə işdən çıxmış, digər hadisələrdən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, işinin tikintidə yanğın nəzarəti ilə bağlı məsələləri araşdırmaq olduğunu bildirmişdir. Təxminən 2022-ci ilin avqust aylarında Culfa rayonunda FHN-nin dövlət yanğından nəzarət idarəsinin inspektorları ərazidə xidmət apararkən ona –“ Culfa rayonunda tikinti gedir” – deyə məlumat vermişlər, o da – “Əməkdaşlara gedib tikintiyə baxın” – deyə göstəriş vermişdir. Onlar araşdırdıqdan sonra tikintinin Dövlət yanğından nəzarət orqanı ilə razılaşdırılmadan aparıldığını öyrənmişlər. Tikinti isə onların qurumu ilə razılaşmadan fevral ayında aparılmışdır. O, tikintinin dayandırılması ilə bağlı göstəriş vermiş və aidiyyətı olaraq ilkin mərhələdə tikinti altı torpaq sahəsinin dövlət yanğından nəzarət xidməti ilə razılaşdırılması ilə bağlı lazım olan sənədləri təqdim edəndən sonra tikintilərini apara biləcəklərini bildirmişdir. Tikinti başlayan qədər Təqsirləndirilən şəxs1 onlara müraciəti etmədiyini, onlara heç bir məlumat daxil olmadığını, özlərinin aşkar etdiyini söyləmişdir. Müvafiq qurumlardan həmin ərazidə yeraltı kanalizasiya xətlərinin, elektrik xətlərinin yaxın olub-olmaması və ətrafında qaz xətlərinin olub-olmaması ilə bağlı aidiyyətı qurumların rəylərini təqdim etməklərini istəmişdir. Bundan sonra həmin ərazidə tikinti işlərinin aparılması barədə qərar qəbul edə biləcəklərini söyləmişdir. Qurum olaraq tikintiyə icazə vermək kimi səlahiyyətləri olmamış, sadəcə yanğın və digər təhlükəsizlik məsələləri ilə bağlı rəyi vermişlər, tikintiyə icazəni müvafiq qurumların rəyləri əsasında İcra Hakimiyyətinin verdiyini bildirmişdir. Tikinti işində ilk öncə sahibkarın İcra Hakimiyyətinə müraciət etdiyini, sahibkar icra hakimiyyətindən icazə aldıqdan sonra həmin orqanın onların qurumuna məktub göndərdiklərini, deyilən ərazidə hər hansısa obyektin tikintisinin aparılması üçün tikinti altı torpaq sahəsinin razılaşdırılması ilə bağlı hər hansı rəy verməklərini xahiş etdiklərini, onlarda göndərilən məktub əsasında əraziyə baxış keçirərək müvafiq orqanlardan, məsələm energetikadan ərazidə gələcəkdə yanğın təhlükəsi törədə biləcək yüksək elektrikli xətlərinin olub-olmaması ilə bağlı rəy aldıqlarını demişdir. Təqsirləndirilən şəxs1 daha sonra qanunsuzluğu aradan qaldırmış, onlara icra başçısının sərəncamını və digər sənədləri təqdim etmişdir. Həmin sərəncamda sözügedən ərazidə tikinti aparıla biləcəyi göstərilmişdir. Yanğın təhlükəsizliyi ilə bağlı razılaşdırılmış sənədlər onlara təqdim olunduqdan sonra tikintinin aparılmasına davam etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2023cü ildən Naxçıvan Muxtar Respublika ərazisində tikinti təhlükəsizliyinin təmin edilməsi istiqamətində idarənin rəhbəri, bu işlərə cavabdeh bir şəxs olaraq o, Muxtar Respublika ərazisində tikinti təhlükəsizliyinin təmin olunması ilə bağlı yerlərdə reydlərdə olmuş, İnzibati ərazi dairələri üzrə reydlərin aparılması, obyektlərdə gedən tikinti işlərinə dair sənədlərin yoxlanması istiqamətdə onların müfəttişləri yoxlamalar keçirmişlər. 2023-cü ilin aprel ayında Culfa rayon inzibati ərazisində yoxlama nəzarət funksiyaları həyata keçirilərkən ünvan 18 ünvanında yerləşən köhnə “Bahar” Kinoteatrında tikinti quraşdırma işlərinin aparılması müəyyən olunmuşdur. Onlar obyektdə sənədlərin yoxlanışı zamanı obyektin layihə sənədləri ekspertizadan keçirilmədən, mövcud binanın texniki vəziyyəti, istifadə olunan tikinti materialları qiymətləndirilmədən tikintinin aparılması müəyyən etmişlər. Qanunvericiliyə uyğun olaraq onlar tərəfindən qeyd olunan iradların və pozuntuların aradan qaldırılması ilə bağlı göstəriş vermişlər. Bu göstəriş icrası məcburi olan göstəriş olmuş, göstəriş sifarişçinin nümayəndəsi Şahid25 tərəfindən imzalanaraq qəbul olunmuşdur. Göstərişdə qeyd olunan iradların 20 iş günü müddətində aradan qaldırılması qeyd olunmuşdur. Lakin göstərilən müddət ərzində bu iradlar aradan qaldırılmamış, sifarişçilərin müraciətinə əsasən Azərbaycan Respublikasının FHN-nin tikinti X15 agentliyindən həmçinin X61 İnstitutundan mütəxəssislər dəvət etmişlər. 5 may tarixində mütəxəssislər həmin obyektə vizual olaraq baxış keçirdikdən sonra həmin obyektin yol verilməz vəziyyətdə olduğunu qeyd etmişlər. Mütəxəssislər obyektin mühəndis tədbirlərinin həyata keçirilməsini, ondan sonra tikinti quraşdırma işləri aparılmasını tövsiyə etmişlər. Bu barədə sifarişçinin nümayəndəsinə məlumat verilmiş, bu müddət ərzində iradların aradan qaldırılması ilə bağlı onlar bir neçə dəfə müfəttişlərlə əlaqə saxlamışlar. 29 sentyabr tarixində ünvan 19 ünvanında tikinti işlərinin qanuna uyğun olmadığı və tikintiyə icazə sənədinin olmadığından orada olan tikintinin dayandırılması ilə bağlı köməklik göstərəsiniz deyə məlumat daxil olmuş, qanunvericiliyə əsasən qanunsuz tikintilərin aşkar olunması onlar haqqında müvafiq ilkin tədbirlərin görülməsi yerli İcra Hakimiyyətlərinin səlahiyyətində olduğu üçün məktubu onlara ünvanlamışlar. Onlar 5 oktyabr tarixində həmin tikinti işlərinin dayandırılması ilə bağlı qanunvericiliyə uyğun olaraq qərar qəbul etmişlər və qərarın icra olunması üçün sifarişçinin rəsmi olaraq ünvanına və qanunvericiliyə uyğun əraziyə nəzarət edilməsi ilə bağlı yerli İcra Hakimiyyəti orqanına və yerli polis şöbəsinə göndərmişlər. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında Təqsirləndirilən şəxs1 məxsus bir tikintinində aparılması eyni müddətdə aşkar olunmuş, həmin tikintidə sənədlərə baxış zamanı layihələrin ekspertizadan keçirilmədən tikilməsi ilə bağlı işlərin aparılması müəyyən olunmuşdur. Bu nöqsanlar aşkar edildikdən sonra tərəflərindən qanunvericiliyə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 394.0.3-cü bəndinə uyğun olaraq fiziki şəxs kimi Təqsirləndirilən şəxs1 500 (beş yüz) manat məbləğində cərimə olunmuş, obyektdə sənədləşmə işlərinin həll olunması ilə bağlı tövsiyə olunmuş, həmin obyektlərdə layihələr eskiz formasında verilmişdir. Tikinti işlərinin aparılması Şəhərsalma haqqında qanunun 83-cü maddəsinə göstərilmişdir. Həmin obyektdə ekspertizadan keçirilmədiyi üçün inzibati qaydada cərimə olunmuş və İcra Hakimiyyətinin 29 sentyabr tarixində müraciətinə əsasən ordakı tikinti işlərinin normalara uyğun getmədiyindən işlərin dayandırılması xahiş olunmuşdur. Onlarda qanunvericiliyə uyğun olaraq tikinti işlərini dayandırmışlar və bununla bağlı həm sifarişçinin rəsmi ünvanına, həm İcra Hakimiyyətinə, həm də polis orqanlarına göndərmişlər. Bu müddət ərzində qeyd olunana iradların aradan qaldırılması ilə bağlı idarəyə hər hansı bir məlumat verilməmişdir. Onlara təqdim olunan layihə sadəcə 3-4 vərəqdən ibarət eskiz olmuşdur. Eskiz layihə sadəcə binanın memarlıq sxemi olmuş, layihənin tərkibində baş plan memarlıq planlaşdırma bölməsi, konstruksiya bölməsi, mühəndislik kommunikasiya təminat bölməsi, tikinti işlərinin tərkibi layihəsi, mühəndis axtarış işləri olmamış, sadəcə eskiz layihə olmuşdur. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 aid olan obyektdə qeyd olunan təyinatdan kənara çıxmasını onlar aşkar etmişlər. Mallda isə binanın kənar ölçüləri yerində olsa da, onun içərisində işlər özbaşına aparılmış, bunla bağlı onlarda layihə olmamışdır. Hər hansı binada konstruksiya işləri, yenidən qurma işləri, dəyişikliklər aparılanda həmin binanın instrumental müayinə edilməli olduğunu, müayinə isə dövlət lisenziyalı ixtisaslı mühəndisləri olan mütəxəssislər tərəfindən aparılmalı olduğunu, bu məsələ ilə bağlı şifahi olaraq həmin mütəxəssisləri dəvət etdiklərini, onların da gəlib binaya baxış keçirdiklərini söyləmişdir. Onlar binada instrumental tədbirlərin aparılaması ilə bağlı tövsiyə vermişlər. Obyektə baxış zamanı binanın təhlükəsiz istismarı üçün texniki cəhətdən yol verilməz olmağını qeyd etmişlər. Binanın texniki vəziyyətinə baxdıqdan sonra orada hansı tədbirlərin görüləcəyi məlum olmuş, amma ilkin olaraq vizual baxış zamanı mütəxəssislərin binaya rəyi qənaət bəxş olmamışdır. İlkin olaraq İcra Hakimiyyətinin onlara müraciət etdiyini, bu müraciət əsasında vətəndaşın layihə sənədlərini Dövlət baş Ekspertizasına təyin etdiklərini, əgər iş yarıdan başlayırsa Şəhərsalma Məcəlləsinin 79-cu maddəsinə əsasən sənədlərin və layihənin hansı hallarda ekspertizanın təyin olunmasının qeyd olunduğunu, Şəhərsalma Məcəlləsinin 79-cu maddəsində binanın parametrlərində dəyişiklik olanda layihənin yenidən ekspertiza təyin olunaraq baxıldığını, bunun üçün də həmin binalarda müayinə işlərinin aparılması zərurət yarandığını söyləmişdir. Elşad Nağıyev küçəsi 26 ünvanında gedən işlərdə eskiz layihə olmuş, amma bina həmin eskiz layihədə göstərilən parametrlərdən kənara çıxmış və layihənin ekspertizadan keçirilmədən işlərin aparılması müəyyən edilmişdir. Həmin obyektlə bağlı onlara İcra Hakimiyyəti müraciət edib orada işlər tikinti normalarına uyğun getmədiyini söyləmişdir. Həmin əraziyə mütəxəssislər tərəfindən baxış zamanı sözügedən ərazidə həqiqətən layihədən kənarlaşma olduğu müəyyən olunmuş, ona görə də həmin tikintini dayandırmaq haqqında qərar qəbul etmişlər, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib etmişlər. Culfa rayonu ərazisində X18 şöbəsinin fəaliyyət göstərdiyini, onların fəaliyyət istiqamətin həmin rayon ərazisində baş vermiş yanğınların söndürülməsindən ibarət olduğunu, yanğın təhlükəsizliyi baxımından icazə verə biləcəklərini, amma binanın təhlükəsizliyi baxımından rəy verilməsinin baş ekspertiza idarəsinin səlahiyyətləri ilə tənzimləndiyini, ölkə ərazisində rəyi ancaq onların verdiyini bildirmişdir. Şəhərsalma Məcəlləsinin 75.9-cu maddəsinə uyğun olaraq vətəndaşın İcra Hakimiyyəti müraciət etməli olduğunu, daha sonra İcra Hakimiyyətinin Şəhərsalmaya, Ekspertizaya və Yanğın Təhlükəsizliyi baxımında nəzarət xidmətinə sənəd göndərməli olduğunu, bu müvafiq qurumların rəyləri əsasında tikintiyə icazə verildiyini, icazə alındıqdan 3 gün sonra isə onlara məlumat verildiyini söyləmişdir. Sadaladığı sənədlər yerində olmadıqda onların qanunvericiliyə uyğun olaraq inzibati qaydada cərimə etdiklərini demişdir. Təqsirləndirilən şəxs1 onlara təqdim etdiyi sənədlərə baxmış, həmin sənədlərdə tikintiyə icazə sənədi olmuş,lakin sərəncamla tanış olmamışdır. Tikintiyə icazənin alınmasının bir başa sifarişçinin funksiyalarına aid olduğunu demişdir. Qanunvericiliyə uyğun olaraq onlardan tikintiyə icazəni İcra Hakimiyyətinin almalı olduğunu, amma binada müayinə işlərinin aparılması üçün müvafiq orqanlara məlumat verməyin sifarişçinin vəzifəsi olduğunu bildirmişdir. Qanunvericiliyə görə İcra Hakimiyyətinin ekspertizanın rəyini almadan sərəncam verə bilməyəcəyini, onlara İcra Hakimiyyəti və Təqsirləndirilən şəxs1 tərəfindən heç bir razılıq və ya rəy verməklə bağlı müraciət olunmadığını, heç bir rəy vermədiklərini, ərazidə monitorinq keçirən zaman onların rəyi olmadan içəridə işlərin aparılmasını aşkar etdiklərini, işlərin dayandırılması ilə bağlı verdikləri qərardan sifarişçinin şikayət verdiyini, bunla bağlı bir neçə dəfə məhkəmələr keçirildiyi, lakin müvəqqəti olaraq məhkəmədə prosesin dayandırıldığını söyləmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Culfa Mallda tikinti başlayan zaman o, Culfa rayonunda qaz idarəsinin müdiri vəzifəsində işləmişdir. 2021-ci ildə Elşad Nağıyev 26 ünvanına tikinti materialları gətirilmiş, tikinti obyektinin arxa tərəfində artırmalar da aparılmışdır. Qaz idarəsində işlədiyi zaman obyektdən kənar tikinti işlərinin aparılmasını görməmişdir. Daha sonra isə Culfa rayon İcra Hakimiyyətində memarlıq şöbəsinin müdiri vəzifəsində işləmişdir. İcra başçısı Şahid24 ona zəng edib xidməti otağına çağırmış, başçının qəbuluna gedəndə Təqsirləndirilən şəxs1 orada olmuş, Siyam onu Təqsirləndirilən şəxs1la tanış edib – “Lazım olan sənədlər qəbul edildikdən sonra tikintiyə icazə verin” – deyə tapşırıq vermişdir. Həmin sənədləri Təqsirləndirilən şəxs1 işçisi onlara poçt vasitəsi ilə göndərmiş, sənədlərin içərisində layihə olsa da, digər müvafiq qurumların rəyi olmamış, həmin dövrdə o sənədlər tələb olunmadığı üçün sənədləri qəbul edib qol çəkmişdir. Sərəncama icra başçısı qol çəksə də, sənədlərə memarlıq planlaşdırma şöbəsin müdiri olaraq o qol çəkmişdir. İcra Hakimiyyətində işlədiyi müddətdə Culfa Mallın və Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən obyektdə tikinti işlərinin aparılmasına icazə vermişlər. Klubun arxa tərəfində əlavə tikinti getdiyini, onlara təqdim edilmiş sənədlərdə əlavə tikinti işlərinin aparılmasın nəzərdə tutulduğunu, əlavə tikillilərin qabaqcadan tikildiyini, sərəncamı tikinti aparılan müddətdə verdiklərini, sərəncamdan qabaq binanın ön hissəsində müəyyən otaqlar tikilib hazırlandığını, hətta istifadəyə verildiyini söyləmişdir. O, İcra Hakimiyyətinin siravi işçisi olduğunu, tikintini dayandırmaq kimi bir səlahiyyəti olmadığını, həmin dövrdə işlərin qanunvericiliyə uyğun aparılmadığını, sərəncamdan əvvəl müvafiq qurumlardan rəylər alındığını, lakin həmin dövrdə müvafiq qurumların rəylərinə ehtiyac olmadığı üçün onların tələb etmədiyini və sənədlərə qol çəkdiyini, bunun qanunsuz olduğunu bilmədiyini söyləmişdir. O, dövrdə layihələr qanunvericiliyə uyğun olaraq tərtib olunmamış, yəni memarın lisenziyasının möhürü olmamış, layihənin möhürsüz olması ilə bağlı Təqsirləndirilən şəxs1 işçisinə məlumat vermiş, amma o dövrdə ümumiyyətlə Naxçıvanda lisenziyalı memar olmadığına görə bu qayda ilə təsdiq etmişlər. İcra Hakimiyyətində memar işlədiyi müddətdə sözü gedən obyektlərin tikintisi ilə rəsmi olaraq gedib maraqlanmamış, amma belə kənardan tikinti getdiyini bilmişdir. Hətta İcra Hakimiyyətində işlədiyi dövrdə onlar sərəncam verməmişdən qabaq köhnə “Geologiya” deyilən indi ki, Elşad Nağıyev küçəsi 26 ünvanında və Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında işlər getmişdir. Həmin dövrdə Naxçıvanda verilən layihələrin hamısı eyni tipdə olmuş, amma Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən obyekt onlara verilmiş layihədən kənara çıxmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, tam olaraq hansı ay olduğunu xatırlamasa da təxminən yay ayları, 2021-ci il də Culfa rayonunda yerləşən əvvəllər “Əlincə” kinoteatrı olan binaya beton aparmışdır. Həmin obyektə iki reys beton gətirmiş, ikinci reysi isə obyektin içərisində qazdıqları bünövrəyə vermişlər. Əvvəllər həmin obyektin kinoteatr kimi fəaliyyət göstərməyini görmüş, ora gətirdiyi betonu içəri tərəfə birdə əlavə olaraq yola tərəf vermişlər. Tikintidə başqa heç nəyə fikir verməmiş, binanın qarşısında əlavə olaraq sütun və kəmərlərin olmasını görməmiş, obyektin kimə məxsus olduğunu bilməmiş, sadəcə idarədən verilən tapşırığa əsasən həmin tikintiyə beton aparmışdır. O, maşını qapının qarşısında saxlamış, onlar betonu əl arabaları ilə binanın içərisinə daşıyaraq bünövrəyə vermişlər. Birdə əlavə olaraq çöldən binanın yanında divara yaxın məsafədə qazdıqları bünövrəyə vermişlər. Orada heç bir qəlib və taxtadan qurğu görməmiş, betonu aparıb bünövrəyə töküb qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanımadığını, amma digər Təqsirləndirilən şəxs2 gördüyünü demişdir. Götürəkçi ilə 10 ilə yaxındı ki, bir yerdə işləmişdir. Həmin tikintidə 1 həftə qəlibçi işləsə də hansı tarixdə işlədiyini xatırlamamışdır. Onu işə Şahid12 çağırmış, işlədiyi heç bir yerdə əmək müqaviləsi bağlamamış, həmin tikinti də işliyərkən də əmək müqaviləsi olmamış, texniki təhlükəsizliklə bağlı o, heç bir təlimat almamışdır. Sözügedən obyektin Təqsirləndirilən şəxs1 aid olduğunu bilsə də işlədiyi müddətdə onu orada görməmişdir. Ona işə nəzarət edənin Təqsirləndirilən şəxs2 olduğunu demişlər. Günü 20 manata işlədiyini, əlcəyi özlərinin aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, əvvəlcədən Təqsirləndirilən şəxs1 ilə tanışçılığı və münasibəti olmamış, ASU inşaat MMCnin rəhbəri Yalçın Cəfərovla tanışlığı olmuş, onla birlikdə işləmişdir. Yalçın Cəfərov Culfada işlərin aparılmasını ona həvalə etmiş, bir müddət burada işlədikdən sonra Yalçın Cəfərovun işi ilə bağlı Bakıya getməli olmuş, Bakıda olduğu zaman Yalçın Cəfərovun insanları aldadıb pullarını alıb mənimsədiyini öyrənmişdir. Yalçın Cəfərov Sumqayıtda iş götürmüş, ona –“ Bu işi 30 000 ( otuz min) manata tam vəziyyətdə təhvil verəcik” – demiş, oda bu işi sıfırdan 30 000 ( otuz min) manata tikib təhvil vermək mümkün deyil deyə bildirmişdir. Bir müddətdən sonra ona Yalçın Cəfərovun özünü asdığı ilə bağlı məlumat gəlmişdir. O da Yalçın Cəfərovun işinə görə dükanlara borca girmiş, eləcə pulu batmışdır. Bu obyektlərdə işləri kim aparıb deyə soruşanda əməkdaşlarda bu işləri Orxan aparıb deyə bildirmişlər. O da həmin vaxtlar Bakıda işləmiş, Naxçıvana gəldikdən sonra təxminən 2019-2020-ci illərdə Təqsirləndirilən şəxs1la görüşmüş, ona işlərin aparılması barədə məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1la tanışlığı başlamışdır. Təxminən 2019-2020 -ci illər də Yalçın Cəfərov ona zəng edib Təqsirləndirilən şəxs1 aid tikinti işi götürdüyünü, bərabər işləməyi təklif etmiş, ona həmin obyektdə ancaq söküntü işlərini görəcəklərini demişdir. Obyektin Təqsirləndirilən şəxs1 məxsus olmağını Yalçın Cəfərovdan öyrənmiş, götürəçi olduqları üçün işin nə zaman bitəcəyini bilməmişlər, ona görə də müqavilələri olmamışdır. Onunla bərabər 4 fəhlə işləmiş, həmin işçilər üçün təhlükəsizliklə bağlı heç bir avadanlıq verməmişdir. Təqsirləndirilən şəxs1la işlədiyi müddətdə haqqını tam almış, ikinci obyektin işində Yalçın Cəfərovun iştirakı olmamışdır. İlkin olaraq Kinoteatr olan binanın qarşısının raşotkaya alınacağı, binanın içərisindəki taxtaların çölə yığılacağı və binanın içərisinin təmizlənəcəyi, sonra isə binanın içərisində bərpa işləri aparılacağı tapşırığı verilmişdir. Şahid3 tanıdığını, o vaxt onlara layihə verəndə lisenziyasının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1la söhbəti ancaq binanın bərpası və gücləndirmə işlərinin aparılması ilə bağlı olmuş, o zaman layihəni görməmiş, layihəni 2022-ci ildə görmüşdür. İçəridəki işlərdən başqa həmin ərazidə heç bir iş görməmiş, 6 ayın içində divarların aralarına beton gücləndirmələr edilmişdir. Onlar köhnə “Kinoteatr” mövcud olan binada pəncərələrin və tavanın söküntüsünü aparmışlar. Öz ustaları ilə məsləhətləşib işə başlamış, ilk öncə mövcud binada uçan yerləri bərpa etmişdir. Təxminən 2022-ci illərdə artırmalar bağlı onlara sənəd gəlmiş, gələn sənəddən sonra onlar mövcud binada tikinti aparmağa başlamışlar. Elşad Nağıyev ünvanında olan binada söküntü işlərini görmüşlər. Orada mövcud bina olmamış, sütunlar tökülmüş, binanın üzərinə tol qoyulmuşdur. Binanın üzərində dam örtüyü olmadığına görə divarlar fəsadlıq vermiş, həmin divarlarda gücləndirmə işlərini aparmışlar. Tikinti işlərini təxminən 2022-ci ilin soyuq aylarında etdiklərini, betonda donma olmasın deyə tərkibinə xüsusi vasitələr qatdıqları üçün xatırladığını söyləmişdir. Həmin betonu “Gəmiqayadan” gətirtmişlər. Layihə onlara verildikdən sonra həmin layihə əsasında təxminən 2022-2023-cü ilin ortalarında Elşad Nağıyev ünvanında olan binanın önündə sütunları salmağa başlamışlar. Sözügedən binada əlavə sütunların layihə əsasında işlənilmişdir. O, Şahid4 tanıdığını, Əbülfəzin evinin obyektin arxa tərəfində olduğunu, tikintinin onun evinə tərəf çıxmadığını, razılığı ilə binanın dibinə gücləndirmə məqsədi ilə beton verdiklərini və o betonun üstündən filizlər qaldıraraq sütunları işlədiklərini söyləmişdir. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında tikinti işləri mövcud binada aparılmış, mövcud binada turbaları beton konstruksiya ilə gücləndirmə işlərini görmüş, həmin binada başqa əlavə işlər görməmişdir. Elşad Nağıyevdə söküntü mövcud binanın içərisində aparıldığı üçün layihə ehtiyac olmamış, amma tikintini layihədən sonra aparmışlar. Layihəni özü görmüş, təqdim olunan layihədə ölçülər yazılmışdır. Birinci mərhələdə mövcud binada gücləndirmə işləri aparmışlar, ikinci mərhələdə isə lisenziyadan sonra layihə əsasında göstərilən kalonlar və ölçülərə uyğun olaraq işlər aparmışlar. Kinoteatrda işlər gedəndən təxminən 7 – 8 ay sonra Ekologiya binasına getmişlər. Culfa şəhəri, 1 məhəllə, döngə 11/11 ünvanında yerləşən Ekologiya binası indi ki, yeməkxana olan binada iş az olduğu üçün ilk olaraq işə oradan başlamışlar. İkinci obyektdə yəni, Culfa şəhəri, 1 məhəllə, döngə 11/11 ünvanında yerləşən Ekologiya binasında işlər yenə Təqsirləndirilən şəxs1 iştirakçılığı ilə aparılmış, o binaya gedəndə onlardan qabaq heç kim işləməmiş, mövcud binanın özü olmuş, binada heç bir iş görülməmişdir. Təxminən 2022-ci illər Ekologiya binasında beton konstruksiya ilə bərkitmə işlərini görüb dam örtüyünü dəyişdikdən sonra malyar (remont) işlərini aparmışlar. Yeməkxananın istifadəyə verildiyi tarixi xatırlamasa da, binanın qarşısında olan kabinetləri Yeməkxana istismara verildikdən sonra hazırlamışlar. Yeməkxananı istismara götürən şəxs hər şeyin hazır olmağını tələb etdiyi üçün 2022-ci ilin dekabr ayı yeməkxanaya qab-qacaq almaq məqsədi ilə Zəhra və Fərahim ilə birlikdə İrana getmiş, onlar İrana gedəndə tikinti işləri artıq bitmiş, İrana gedəndə kabinetlər hazır olmamış, onları sonradan bərpa etmişlər. Yayda isti olduğuna görə çöldə oturmaq məqsədi ilə mövcud olan turbalarını arakəsmələr edərək kabinetlər yaratmışlar. İçəridə işləri bitdikdən sonra kabinetləri bərpa etmişlər. Binanın qarşısında 6-7 ədəd kabinet inşa olunmuş, onları da yüngül konstruksiya ilə yaratmışlar. Öz işi ilə əlaqədar Bakıya gedəcəyi üçün 2023-cü ilin mart ayında işdən ayrılmış, o olan müddətdə Daşqın orada olmamış, işdən ayrılandan sonra gəlmişdir. İşi yarımçıq qoyub çıxmamış, restoran işlərini tam bitirmiş, açılışında da iştirak etdikdən sonra işdən çıxmışdır. Marketə münasibətdə isə orada işlər tam qurtarmamış, o işdən ayrıldıqdan sonra işçiliyi Təqsirləndirilən şəxs2 etmişdir. O, işlədiyi dövrdə heç bir müvafiq orqan ora gəlib hər hansı bir işlə maraqlanmamış və hər hansı işlərin dayandırılması ilə bağlı göstəriş verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid25 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 bir Ordubadlı kimi uzun illərdir tanımış və münasibəti olmuş, uzun müddət Rusiyada şirkətdə işləmiş, lakin əvvəllər Əmirlə bir yerdə iş görməmişdir. 2021-ci ildə Naxçıvana gəlmiş, təxminən 9-10 ay Ordubada işsiz qalmış, 2022- ci ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs1 işlə bağlı müraciət etmiş, oda onu işlə təmin etmişdir. Həmin vaxtdan Çobanoğlu MMC icraçı direktor işləməyə başlamış, təxminən iyun ayının 25-26-a kimi Çobanoğlu MMC-də işləmişdir. Təqsirləndirilən şəxs1 2022-ci ilin iyun ayının axırlarında Culfada olan obyektin sənəd işlərini və layihələrini həll etdikdən sonra orada tikinti işlərinin başlayacağını bildirmiş və bununla bağlı ona sənəd işlərinin həll edilməsində səlahiyyətli nümayəndəsi qismində iştirak etməyi üçün etibarnamə vermişdir. 2022-ci il iyun ayının 26-28 –də Şahid3 layihə hazırlatmışlar. O, layihəni çap etdirib götürmüş, 28 iyunda layihəni İcra Hakimiyyətinin memarlıq şöbəsinin müdiri Musa müəllimə vermiş, İcra Hakimiyyəti layihəni təsdiqlədikdən sonra 15 avqustda onlara sərəncam, xüsusi nişan və memarlıq şöbəsindən tikintinin aparılması ilə bağlı icazə vermişdir. Onlar sənədlər topladıqdan sonra sərəncam üzrə göstərilən səlahiyyətlərdə qurma işlərini yerinə yetirməyə başlamışlar. 14 avqustda 2023-cü ildə Zərərçəkmiş şəxs1 inşaatda xəsarət alması ilə bağlı hadisə baş vermiş, ofisdə olanda Daşqın ona zəng vurub - Culfa şəhəri, 1ci məhəllə, döngə 11/11 ünvanında yerləşən Restoran Kompleksində fasilə vaxtı Zərərçəkmiş şəxs1 oturmaq istəyən zaman yıxılaraq xəsarət aldığını demiş, o da Daşqına təcili olaraq ilk tibbi yardım etməsini, dərhal xəstəxanaya aparılıb bütün müayinələrdən keçirməsi tapşırığını vermişdir. Daşqın da nə lazımdırsa hər şeyi etdikdən sonra evlərinə aparmış, təxminən bu hadisəndən 4-5 gün keçdikdən sonra Culfa rayon Prokurorluğundan böyük müstəntiq Tural Tarverdiyevdən ona zəng gəlmiş, Zərərçəkmiş şəxs1 məsələsi ilə bağlı Prokurorluğa çağırmışlar. Daşqınla birlikdə rayon prokurorluğuna getmiş, orada bir az gözlədikdən sonra Afət Kərimov onları qəbul etmiş, hadisə ilə bağlı suallar soruşmuş, oda hadisə necə olubsa danışmışdır. Növbəti gün Tural Tarverdiyev ona zəng vurub Culfa şəhərində hadisə olan yerə gəlməyini istəmiş, obyektdə gedəndə Tural, Mübariz, FHN-dən Ehtiram və yanlarında başqa adamlar olmuş, digər şəxsləri tanımamışdır. Hadisə baş verən yerə baxış keçirtmədən Culfa malla keçmişlər. Onlar Culfa mallı ölçməyə başlamış, orada dirəklərin, kubiklərin şəkillərini çəkmişlər. Hadisənin Restoran olan ərazidə baş verdiyini, niyə ora yox bura baxış keçirdiklərini soruşmuş, onlarda - “Bu bizim işimizdir, biz belə aparırıq” – demişlər. O, işlərinə qarışmamış, ondan sənədləri istəmişlər, sənədlərin hamısını sərəncamı, çıxarışı və icazəni bir yerə toplayıb Mübariz Bağırovun şəxsən özünə təqdim etmişdir. Ümumiyyətlə o dövrdə Naxçıvanda lisenziyalı memar olmamış, o layihəni İcra Hakimiyyətində və memarlıq şöbəsində təsdiqlətmişlər. Prokurorluqda hər dəfə səhər saat 09:00 radələrindən günortaya kimi çöldə gözləmiş, günortadan sonra onu ifadəsini verməyə çağırmışlar. Hətta bir dəfə ifadəsini alandan oxumaq istəmiş, Mübariz Bağırov ona – “Yekə oğlansan, mənə inanmırsan mən prokuror əməkdaşıyam yalandan bura nəsə yazmaram” –demiş, ona qol çəkdirmişdir. Hər gün səhərdən axşam saat 20:00-ə, 21:00-a kimi orda saxladıqları üçün çox yorulmuş, məcbur qol çəkib tez getmək istəmiş, hətta elə vaxt olmuş ki, gecə saat 23:00-a kimi orda qalmışlar. İdarədən çıxanda bir Mübariz, bir o, birdə qapıdan duran polislər olmuşlar. Orada çox izahatlarına oxumadan qol çəkmiş, Mübariz Bağırova bir neçə izahatında bu sözü sizə belə deməmişəm, siz niyə belə yazmısız deyə irad bildirmişdir. İzahatı oxuyandan sonra çox təkid etdiyinə görə həmin izahatı təzədən dəyişdirib ona vermişdir. İqtisadiyyat Nazirliyindən razılıq ərizəsi almışlar, lakin prokurorluq onları həmin ərizəni rüşvət qarşılığında almaqla ittiham etmişlər. Oda heç kimə rüşvət vermədiklərini Mübariz Bağırova bildirmiş, ondan –“Siz İqtisadiyyat Nazirliyindən ərizəni necə almısız?”- deyə soruşanda İqtisadiyyat Nazirliyinə müraciət edərək icarə müqaviləsinin 3.2-ci bəndinə əsasən razılıq ərizəsi verməli olduqlarını, onlar da bunun belə olduğunu bilmədiklərini söyləmişdir. Onlara –“Siz rəsmi məktub şəklində müraciət edin, hüquq bölməsinə yönəldək onlar sizin müraciəti cavablandıracaqlar”demişlər. Onlar rəsmi məktubla müraciət etdikdən 1 həftə sonra razılıq ərizəsi gəlmişdir. X48 yazdığı birinci cümlə belə idi ki, “ guya onlar İqtisadiyyat Nazirliyində xahiş etmişlər, İqtisadiyyat Nazirliyi də onlara razılıq ərizəsini vermişdir. O, buna etirazını bildirərək bu cümlənin mahiyyəti rüşvətə çıxdığını bildirmişdir. Elşad Nağıyev 26 küçəsində onun fəaliyyəti olmamış, orada iş getməsini görməmiş, Axırıncı dəfə Musa layihəni verəndən sonra bizə zəng gəldi ki, sərəncam hazırdır. Onlar İcra Hakimiyyətindən sərəncamı götürdükdən sonra avqust, sentyabr aylarında orada iş başlamışdır. Sərəncamdan əvvəl orda iş getməmiş, 15 avqust 2022-ci ildən əvvəl Elşad Nağıyev küçəsində tikinti işi ilə bağlı heç bir iş görülməmişdir. Sadəcə bina daxilində daşlar, turbalar daşınmış, bu müddət ərzində konstruksiyada dəyişiklik aparılmamışdır. Konstruksiyalar isə layihədən sonra dəyişilmiş, Onlar orada işlərə sərəncamdan 1 ay sonra başlamışlar. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında olan Yeməkxanada işlər fevralda başlamış, o vaxta kimi orada kupelər tikilməmişdir. 2022 ci il sentyabr ayı Culfa Mallda işlərin aparılmasına başladıqdan 4-5 ay sonra 2023- cü ilin fevral ayında onlar kupelərin tikintisinə başlamışlar. Yüngül konstruksiya olduğuna görə təxminən 12-15 günə işləri bitirmişlər. Həmin obyekti o, işlədəcəyi üçün 2023 – cü ilin mart ayı icarə müqaviləsi bağlamışlar. İrana getdiyi tarixi tam xatırlamasa da, təxminən dekabr ayı olmuşdur. İcra Hakimiyyətinə sərəncamı və tikintiyə icazə xüsusi nişanını almaq üçün məktubla müraciət etmişlər, onlardan müvafiq sənədləri istəmişlər. İcra Hakimiyyətinə icarə müqaviləsini, çıxarışı və layihəni təqdim etdikdən sonra İcra Hakimiyyəti sənədləri qəbul edib tikinti üçün icazə nişanı vermişlər. İqtisadiyyat Nazirliyi ilə bağladıqları müqavilədə, müqavilənin ili və icarə müqaviləsinin şərtləri göstərilmiş, icarə müqaviləsinin şərtlərini oxumadığı üçün məlumatı olmamış, onlar bu haqqda məlumat verdikdən sonra bilmişdir. Onlar tikintini İqtisadiyyat Nazirliyinin özünün icazəsi ilə aparmışlar. Birinci müqavilədə heç bir artım etmədikləri üçün müqavilə 1036 kv.m bağlanmış, ikinci müqavilədə İcra Hakimiyyətindən tikinti ilə bağlı sərəncam aldıqdan sonra layihə təqdim etmişlər və ona görə də orada ərazi 767 kv.m böyümüşdür. Həmin o sərəncamın və layihənin əsasında ikinci icarə müqaviləsi onlarla 1740 kv.m bağlanmışdır. 17 fevral 2023-cü ildə bağlanan 111 nömrəli müqavilə, İcra hakimiyyətinin təsdiq etdiyi layihəyə əsasən orada genişləndirmə işlərini aparacaqları üçün bağlanmışdır. İcarə müqaviləsində 1036 kv.m göstərilsə də, İcra Hakimiyyətinin verdiyi sərəncamda 1740 kv.m olmuş, çünki layihə də elə göstərilmişdir. İcra Hakimiyyətinin sərəncamın əsasında 2023- cü ilin fevral ayı İqtisadiyyat Nazirliyinə gedib həmin müqaviləni dəyişib, 1740 kv.m olan icarə müqaviləsi bağlamışlar. Naxçıvanda həmin dövrdə bu işlərin hamısını İcra Hakimiyyətinin həll etdiyini, onlara verilmiş 1036 kv.m kənara çıxmaq səlahiyyətləri olmadığını, o vaxt tələbin İcra Hakimiyyətindən icazə almaq olduğunu, bu tələbə uyğun olaraq icazələrini aldıqlarını söyləmiş, FHN-nə layihə institutundan sənəd almaq üçün müraciət edəndə onlara Naxçıvanda belə bir institut olmadığını bildirmişdir. Dövlət orqanı hansı istiqamətdə göstərdisə onlar sənədləri o qaydada əldə etmişlər. İcra Hakimiyyətindən sərəncam, xüsusi nişan və memarlıq şöbəsində tikinti ilə bağlı sənəd almaqlarını istəmişlər. Elşad Nağıyev küçəsi 26 ünvanında tikinti işləri 2022-ci ilin avqust ayında sonra aparılmış, Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında 2023-cü ilin fevral ayından tikinti getmişdir. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında olan obyektdə tikinti sahəsindən kənara çıxılmamış, orada artırmalar olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1la heç bir münasibəti olmadığını, Elşad Nağıyev 26 ünvanında köhnə Kinoteatr deyilən binada işlər getdiyini, həmin binanın arxasının onun ata həyəti olduğunu demişdir. Kinoteatr binası ilə onun həyəti arasında yol olmuş, o yolun el yolu olduğunu bilmiş, binada tikinti getdikdən sonra o yolun obyektin ərazisi olduğunu öyrənmişdir. Elşad Nağıyev küçəsində yerləşən Kinoteatr da təxminən 2-3 il bundan əvvəl tikinti başlamış, tarix olaraq tam xatırlamasa da 1 yanvar 2021-ci ildən 3-4 ay sonra orada tikinti aparılmışdır. O, Elşad Nağıyevdə aparılan tikinti ilə bağlı müvafiq orqanlara getmiş, həmin obyektdə aparılan tikinti ilə əlaqədar onun yolunun bağlandığına görə Culfa rayon Polis Şöbəsinə və İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciətindən sonra Culfa rayon icra başçısı və Torpaq şöbəsindən 5- 6 nəfər gəlmiş, həmin ərazidə ölçü-biçi apardıqdan sonra o yolun həmin binaya aid olduğunu demişlər. Onların qərarı ilə razılaşmayıb İqtisadiyyat Nazirliyinə, Ali məclisə və Torpaq Komitəsinə əraziyə nümayəndə göndərməkləri, həmin ərazi yoxlamaqları üçün müraciət etmişdir. 2021-ci il tarixində yasda olarkən ona Culfadan zəng edib – “Sənin şikayətinlə bağlı Naxçıvandan nümayəndələr gəlib”- demişlər. Yas mərasimindən evə qayıtmış, təxminən 10-12 nəfər nümayəndənin gəldiyini görmüş, Culfa rayon İcra başçısı Siyam, Torpaq şöbəsindən Cəlal və İsmayılı tanısa da, digər əməkdaşların kim olduğunu bilməmişdir. Ondan evin sənədlərin istəmişlər, sənədə baxanlar bu yolun onun öz ərazisi olduğunu, Təqsirləndirilən şəxs1 heç nə deyə bilməyəcəklərini demişlər. O, həmin ünvana köçəndən orada yol olmuş, yanında da atasının pekarnısı, digər tərəfində də yaşayış evi olmuşdur. Onlar pekarnıdan istifadə edən vaxt bu evdə yox, Yayıcıda yaşamışlar. Oradakıların kim olduğunu tanımadığı üçün onlara sən diyə müraciət etmiş, bu cür danışmağı onlara xoş gəlmədiyi üçün ona sən yox siz deyə müraciət etməyini demişlər. Atasının şəhid oğlu, özünün şəhid qardaşı olduğunu, şəhidlərin qoyduğu mülki qoruya bilməmək ona təsir etmişdir. Ona – “Sənin müalicəyə ehtiyacın var” – demiş, bacısı da ağlayaraq – “Heç yana şikayət etmə, səni dəlixanaya yollayalar” - deyə söyləmişdir. Elşad Nağıyevdə işlər başlayandan sonra sütunlar salınıb, betonlar qurulmuş, bu dediyi işlər 2021-ci il tarixində aparılmış, tikinti təxminən 2 il davam etmişdir. Onun müvafiq orqanlara şikayətinin nəticəsi isə bu oldu ki, həmin obyektin ərazisinin düz onun hasarının dibindən başlamış və o yolda bu obyektə aiddir. Tikinti başlayanda onun qapısını bu yoldan ayırıb, dar döngədən açmaq istəmişlər. Oda evin xəritəsini və pasportunu göstərib orada necədirsə elədə qalsın demişdir. Tikinti tam onun hasar divarının dibindən tikilmiş, balkonla evinin arası 4 metr olmuş, tikinti həyətin girişində qapının yanındakı su krantın üstündə aparılmışdır. Təqsirləndirilən şəxs1 ona qaraj verdiyini, o icazə verməsə idi, orada tikintinin gedə bilməyəcəyini, özünün tikintiyə icazə verdiyini və işlərin aparılmasına etiraz etmədiyini bildirmiş, qonşuluqda münasibətinin çox yaxşı olduğunu, nə vaxt dara düşsə ona köməklik etdiklərini söyləmişdir. Ona qarşı heç bir təsir və təzyiqləri olmamış, qonşu kimi onunla xoş rəftar etmişlər. Hətta tikinti gedən zaman onun soyuducusu yandığı üçün soyuducusunu təmir elətdirib vermişlər. Qonşu kimi tikinti aparılan müddət aralarında heç bir narazıçılıq olmamışdır. Lakin, orada olan tikintinin ailəsi üçün təhlükəsi olduğunu, tikintinin sütunlar, turbalar qoyularaq aralarının tək qat kubiklə hörüldüyünü, tikintinin keyfiyyətsiz olduğunu, zəlzələ olsa oranın uçub ailəsinin üstünə töküləcəyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid26 ifadəsində göstərdi ki, bu hadisə olan zaman Naxçıvan şəhər Dövlət Yanğından mühafizə İdarəsinin mühəndis inspektor vəzifəsində işləmiş, işlədiyi dövrdə Culfa, Babək və Ordubad rayonlarında tikinti ilə bağlı bütün məsələlər ona təhkim olunmuşdur. 17 yanvar 2023-cü il tarixində FHN-də idarəsinin struktur dəyişikliyi olmuş, həmin dövrdə X23 Təhlükəsizlik idarəsində işləmiş, dəyişiklikdən sonra FHN-də tikintiyə nəzarət şöbəsi yaradılmış, dəyişiklikdən əvvəl onlarda bu ştat olmamışdır. Təxminən yay aylarında ayın 18-i o, Culfa rayon prokurorluğunun müstəntiqi ilə birlikdə Culfa şəhər, döngə 11/11 ünvanında yerləşən obyektə getmişdir. Həmin ərazidə iki mərtəbəli restoran fəaliyyət göstərmiş, hətta orada oturub çay içmişlər. Binanın çölündə sol tərəfdə, restoran tipli yarı tikili zal olmuş, yarı tikilinin pəncərələri qoyulmuşdur. Culfa şəhəri, döngə 11/11 ünvanında binanın sol tərəfində boş bir ərazidə qazıntı işləri getdiyini, binanın həyətindəki yeməkxananın işlək vəziyyətdə olduğunu, hətta xidmət göstərdiyini, tikilindən başqa binadan aşağıda təxminən 1-3 ədəd hazır kupelər olduğunu, 2023-cü ildən əvvəl həmən yeməkxananın açılışını eşitmədiyini demişdir. O, yarı tikilini gördükdən sonra onlardan –“FHN –nin tikinti aparılması ilə bağlı rəyi yoxdursa, siz niyə bu tikintini tikirsiz?”- deyə soruşmuş, Fərahim adında şəxs gəlib ona İcra Hakimiyyətinin sərəncamını, İqtisadiyyat Nazirliyi tərəfindən həmin torpaq sahəsi üçün verilmiş müqaviləni və digər müvafiq sənədləri təqdim etmiş, bütün sənədləri yığaraq yanğın texniki müayinə aktın hazırlayıb rəis Etibar Məmmədova təqdim etmiş, sənədlərə baxılmış, heç bir qanun pozuntusu müəyyən olunmadığına görə həmin ərazi ilə bağlı rəy vermişlər. Əgər onlar sənədləri tələb etdikdə göndərməsəydilər, o zaman onların barəsində xəbərdarlıq edərmişlər. Həmin vaxt İqtisadiyyat Nazirliyinin müqavilə ilə verdiyi torpaq sahəsində tikintinin aparılmasına dair icazəsi olan sənədə baxmamışlar. Culfa şəhəri, döngə 11/11 ünvanında indi ki, hərbi hissənin yanında Yeməkxana olan binanın tikintisi ilə bağlı olan sənədləri o şəxsən özü hazırlamışdır. Obyektlərin nə zaman özəlləşdiyi və tikintinin nə zaman getdiyi barəsində məlumatı olmamış, həmin obyektə iki dəfə getmiş, Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında olan obyektə isə neçə dəfə getdiyini xatırlamamışdır. İlk öncə tikinti aparmaq istəyən şəxsin İcra Hakimiyyətinə müraciət etdiyini, icra Hakimiyyətin də özlərinə aid olan sənədləri yığdıqdan sonra məktubla rəsmi qaydada FHN-ə göndərdiklərini, sənədləri aldıqdan sonra rəhbərliyin göstərişi ilə onlar tərəfdən əraziyə baxış keçirildikdən sonra rəy verildiyini demişdir. Tikinti başlamamışdan əvvəl yanğınla bağlı olan sənədi müraciət edərək almalı olduqlarını bildirmişdir. İqtisadiyyat Nazirliyinin torpağı müqavilə ilə icarəyə verdikdən sonra əlavə olaraq həmin torpaq üzərində tikintinin aparılması üçün icazə verməli olduğunu, əvvəllər Naxçıvanda tikintinin aparılması ilə bağlı İqtisadiyyat Nazirliyindən icazə sənədi alınmadığını, onların həmin obyektdə sənədləri yoxlayan zaman belə bir sənədin olduğu barədə anlayışlarının olmadığını, həmin dövrdə o sənədin tələb olunmadığını, onları bu prosesə prokurorluğun cəlb etmədiyini, həmin ərazini yoxlayan zaman müstəntiqdən əvvəl getdiyini, səhv xatırlamırsa fəhlənin başına kubik düşdüyü üçün müstəntiqin obyektə getdiyini söyləmişdir. Hazır obyektə baxmağın onların səlahiyyətində olmadığını bildirmiş, obyektlə bağlı onlara heç bir şikayət daxil olmamış, sahibkara verilmiş torpaq sahəsində icra başçısı Şahid24 sərəncamı olmuş, obyektdə sənədləri istəyəndə orada olmadığını demişlər. Onların rəyi olmadan İcra başçısı sərəncam vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə baxışı zamanı ifadələri elan edilmiş: Şahid24 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayının 3-dən 2023-cü ilin avqust ayının 31-dək Culfa rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Ordubad rayonunun Kotam kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 Culfa şəhərində özəlləşdirdiyi keçmiş ”Əlincə” kinoteatrının inzibati binasının ətrafında yerləşən torpaq sahəsində əlavə tikinti aparması ilə bağlı 2021-ci ilin sonları, 2022-ci ilin əvvəllərində tanımışdır. Həmin dövrdə Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən xəstəxanaya açılış üçün gəlmiş Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbov açılışdan sonra həmin küçədə yerləşən, Təqsirləndirilən şəxs1 məxsus olan yuxarıda qeyd etdiyi obyekti bərbad vəziyyətdə görüb rayon İcra Hakimiyyətinin başçısı kimi ondan həmin obyektin şəhərin görkəmini pozduğunu, sahibkara obyektə əl gəzdirib təmir etməsini, yaxud da obyekti sökməsini deməsini bildirmiş, o da tədbirdən bir gün sonra Təqsirləndirilən şəxs1 telefon nömrəsini öyrənib ona zəng edib bu barədə ona bildirmişdir. Bundan bir müddət sonra Təqsirləndirilən şəxs1 onun qəbuluna gələrək Culfa şəhəri Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən obyektin ətrafında və Culfa şəhəri, 1ci məhəllə, döngə 11/11 ünvanında yerləşən ona məxsus olan qeyri-yaşayış obyektlərinin ətrafında tikinti işləri aparmaq istədiyini bildirmiş, o da Təqsirləndirilən şəxs1 həmin obyektlərin ona məxsus olması və tikinti işləri aparması üçün layihə və digər sənədləri təqdim etməsini demişdir. Sonra Təqsirləndirilən şəxs1 Culfa şəhəri Elşad Nağıyev küçəsində yerləşən ona məxsus olan obyektə dair müxtəlif sənədləri gətirib rayon İcra Hakimiyyəti Aparatının memarlıq və tikinti şöbəsinin müdiri Şahid2 təqdim etmiş, Şahid2 də Təqsirləndirilən şəxs1 ona təqdim etdiyi layihə və icarə müqaviləsini, eyni zamanda onun adından tərtib edilmiş sərəncamı ona aparmış, o da layihəni və sərəncamı imza və möhür ilə təsdiq etdikdən sonra Şahid2 də layihəni imzası və İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq etmiş, həmçinin Şahid2 həmin layihə üzrə tikinti aparılmasına dair tikintiyə icazə barədə xüsusi nişan da tərtib edib imza və möhürlə təsdiq etdikdən sonra həmin sənədləri aparıb Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Sərəncamı və həmin sənədləri 15 avqust 2022-ci il tarixdə imzalamışdır. Həmin sənədlər onun tərəfindən təsdiq edilməzdən hələ bir neçə ay əvvəl Təqsirləndirilən şəxs1 tərəfindən Culfa şəhəri Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış obyektinin ətrafında tikinti və quraşdırma işləri aparılmışdır. Eləcə də, Təqsirləndirilən şəxs1 Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektinin ətrafında olan torpaq sahəsində tikinti aparılmasına icazə verilməsi üçün layihə və icarə müqaviləsini rayon İcra Hakimiyyətinə təqdim etsə də, həmin sənədlər təqdim edilməzdən və tikintiyə icazə verilməsi barədə sərəncam verilməzdən əvvəl Təqsirləndirilən şəxs1 tərəfindən qeyd edilən ərazidə də artıq bir neçə ay əvvəldən tikinti işlərinə başlanmışdır. Tikinti və memarlıq şöbəsinin müdiri Şahid2 yenə də Təqsirləndirilən şəxs1 məxsus Culfa şəhəri 1-ci məhəllə döngə 11/11 ünvanında yerləşən obyektin ətrafında aparılacaq tikintinin layihəsini və bu barədə adından tikinti aparılmasına razılıq verilməsi barədə hazırladığı sərəncamı təqsdiq etmək üçün ona gətirmiş, o da xidməti otağında həmin layihəni və sərəncamı möhür və imzası ilə təsdiq edib Şahid2 qaytarmışdır. Şahid2 də layihəni imza və möhürlə təsdiq edib, tikintiyə razılıq verilməsi barədə xüsusi nişanı da təsdiq edərək Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 məxsus Culfa şəhəri 1-ci məhəllə döngə 11/11 ünvanında yerləşən obyektin ərazisinə isə cəmi bir dəfə 2022-ci ilin avqust ayında gedib baxmışdır. Həmin ərazidə tikinti işləri 2022-ci ilin sonlarında başlamışdır. Həmin tikintiyə icazə barədə sərəncam isə 01 fevral 2023-cü il tarixdə verilmişdir. Təqsirləndirilən şəxs1 həmin ərazidə tikinti işləri aparması üçün müvafiq sənədlərinin olubolmamasını maraqlanmadan həmin sərəncamları və layihələri imza və möhürlə təsdiqləmişdir. Təqsirləndirilən şəxs1 məxsus yuxarıda həmin qeyri-yaşayış obyektlərinin yerləşdiyi ərazidə və ətrafında aparılacaq tikinti işlərinin layihəsinin kim tərəfindən hazırlanmasını və layihə hazırlayanın bu barədə xüsusi icazəsi, yaxud da lisenziyası olubolmaması barədə heç bir məlumatı olmamışdır. Qanunla nəzərdə tutulmuş prosedura əsasən torpağın mülkiyyətçisi və ya torpaq üzərində tikinti-quraşdırma işləri aparılmasına razılıq verilmiş, istifadəçi və ya icarəçi tikintinin layihəsini əvvəl Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etməli, Komitə tərəfindən rəy verildikdən, mühəndis-geoloji işlərin nəticələrinə dair tövsiyyə, Gigiyena və Epidemioloji Mərkəzdən, X13 X49 İdarəsindən rəy əldə olunduqdan sonra layihə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilməklə tikintinin aparılmasına razılıq verilməsi barədə sərəncam verilməlidir. Buna baxmayaraq əvvəllər tikintiyə icazə verilməsi üçün həmin sənədlər tələb edilmədiyi üçün o da Təqsirləndirilən şəxs1 məxsus olan obyektlərdə tikinti aparmasına razılıq verən zaman həmin sənədləri Təqsirləndirilən şəxs1 tələb etməmişdir. Şahid10 ifadəsində göstərmişdir ki, ailəmlə birlikdə yuxarıda göstərdiyim ünvanda yaşayıram. Mən əslən Culfa şəhərindən olsam da, uzun müddətdir ki, Naxçıvan şəhərində yaşayıram. Orta təhsilliyəm, ailəmin dolanışığını müxtəlif tikintilərdə suvaqçı və fəhləlik etməklə təmin edirəm. 2023-cü il avqust ayının 25-də həmyerli kimi tanıyıb münasibətim olduğu Vüsal adında suvaq ustası mənimlə telefonla əlaqə saxlayaraq Culfa şəhərində yerləşən “Culfa Qapıcıq” restoranında işlədiyini, uşağını Türkiyəyə müalicəyə aparacağı üçün ona kömək məqsədilə gəlib orada işləməyimi təklif etdi. Mən bunun səhəri gün qeyd olunan kafenin yanında aparılan tikintiyə getdim, Vüsal mənə işləyəcəyim yeri göstərdi və birlikdə çıxıb getdik. 27 sentyabrda Vüsal Türkiyəyə getdi, mən isə həmin gün tikintiyə gəlib orada iki gün suvaq işləri ilə məşğul oldum, həmin ərəfədə qardaşım Rasimi Culfa şəhərində bir avtomaşın vurduğu üçün başım ona qarışdı, daha həmin tikintiyə gedə bilmədim. Bundan bir neçə gün sonra Vüsal qayıdıb gəldi və mənə işlədiyim işə görə 40 manat pul verdi. Onu da qeyd edim ki, həmin tikintidə işləyən zaman tikintiyə Daşqın adında şəxs nəzarət edirdi. Bundan başqa, Daşqın Culfa şəhərində yerləşən keçmiş “Əlincə” kinoteatrının binasında da aparılan tikintidə quraşdırma işlərinə nəzarət edir. Onu da qeyd edim ki, Daşqının nəzarət etdiyi tikinti aparılan hər iki obyekt Ordubad rayon sakini Təqsirləndirilən şəxs1 məxsusdur. Belə ki, orada işləyən digər işçilər həmin obyektlərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu demişdilər. Vüsal sentyabrın 10-da mənə keçmiş ”Əlincə” kinoteatrının binasında da iş olduğunu və onunla birlikdə gedib orada işləməyimi təklif etdi. Mən razılaşdım və birlikdə işə başladıq. Qeyd edim ki, Təqsirləndirilən şəxs1 məxsus olan obyektlərdə 10-15 gün işləmişəm. Həmin tikintidə olan suvaq işlərini və digər fəhlə işlərini icra etmək üçün hər gün 20 manat pulu məni tikintiyə dəvət edən Şahid23 alıram, əməkhaqqımı onunla razılaşmışam. Mən işləmək üçün hər gün Naxçıvan şəhərindən Culfa şəhərinə gedib gəlirəm. Arada yorğun olduğum vaxtlarda Culfa şəhərində atamgildə qalıram. Şahid12 ifadəsində göstərmişdir ki, mən 24 oktyabr 2023-cü il tarixdə iş üzrə şahid qismində verdiyim ifadəmdə Zərərçəkmiş şəxs2 06 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 məxsus olan ünvan 28 ünvanında yerləşən obyektdə aparılan tikintidə taxtaya mismar vuran zaman kərkinin əlinə dəyməsi barədə göstərdiklərimi yalan olaraq bildirmişdir. Hazırda həmin yalanıma görə əməlimdən çox peşmanam və istintaqa hadisəni olduğu kimi bildirmək istəyirəm. Bildirirəm ki, həqiqətən də Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 məxsus olan obyektdə aparılan tikintidə işləyərkən əlindən aldığı xəsarət kərkinin dəyməsi nəticəsində deyil, loqanda ilə taxta kəsən zaman loqandanın taxta kəsmək üçün olan metal mişarının onun əlini kəsməsi nəticəsində xəsarət almışdır. Onu da qeyd edim ki, həmin loqanda mənə məxsusudur. İstintaqa təqdim etməsi üçün Zərərçəkmiş şəxs2 gəlib məndən götürmüşdür. Loqandanı tikinti aparılan həmin obyektdə kimə lazım olurdursa götürüb istifadə edirdi. Tikintiyə nəzarət edən Daşqın, itərsə də Təqsirləndirilən şəxs1 loqandadan konkret olaraq kimin istifadə etməsi barədə bizə heç nə deməmişdir. Loqanda Zərərçəkmiş şəxs2 əlini kəsən zaman mən ondan kənarda idim, məni tikintidə fəhlə işləyən Şahid11 səsləyərək Zərərçəkmiş şəxs2 əlini loqanda kəsdiyini deyərək çağırdıqdan sonra mən onların yanına gedtdim və gördüm ki, loqandanın ətrafında qan ləkələri vardır. Nurəddin isə əlinin ütsündən kəsilmiş hissəyə bir parça sıxaraq tutmuşdur. Orada bildim ki, Nurəddinin əlindən çox qan axdığı üçün Məhərrəm köynəyinin bir hissəsini kəsib onun əlinə sarımışdır. Onu da etiraf etmək istəyirəm ki, 24 oktyabr 2023-cü il tarixdə verdiyim ifadəmə əlavə etdiyim güya Təqsirləndirilən şəxs1la mənim aramızda bağlanmış podrat müqaviləsi saxtadır. Belə ki, mən Təqsirləndirilən şəxs1 məxsus olan, Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən obyektdə aparılan tikintidə işləmək üçün nə Təqsirləndirilən şəxs1la,nə də başqa heç kimlə hər hansı bir müqavilə bağlamamışam. 24 oktyabrda mən prokurorluğa dəvət olunduğum üçün həmin gün səhər-səhər mən özümə məxsus olan ***- ***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona bu barədə dedim. Həmin vaxt Təqsirləndirilən şəxs1 mənə dedi ki, “səhər Culfa şəhərinə get Daşqın Culfada olacaq, Daşqına müqavilə göndərəcəm, həmin müqaviləni imzalayıb apar prokurorluğa ver, de ki, mənim obyektimdə aparılan tikintidə müqavilə əsasında işləyirsən”. Mən də elə etdim. 24 oktyabr 2023-cü il tarixdə mən səhər Culfa şəhərinə getdim. Təqsirləndirilən şəxs1 məxsus Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən obyektin yaxınlığında Daşqınla görüşdüm, Daşqın mənə bir müqavilə verdi, həmin müqaviləyə mən imza etdikdən sonra gedib haradasa müqavilənin ksero surətini çıxarıb gətirib mənə verdi ki, prokururluğa təqdim edim və deyim ki, həmin müqaviləni 27 sentyabrda bağlamışıq. Mən Təqsirləndirilən şəxs1 məxsus tikinti aparılan obyektdə işləyən zaman, təxminən sentyabr ayının axırlarında Daşqının təklifi ilə şəxsiyyət vəsiqəmin və mənə məxsus olan VÖEN-nin ksero surətlərini çıxarıb onu vermişdim. Ancaq onunla ya da Təqsirləndirilən şəxs1la müqavilə bağlamamışdım. Mən Təqsirləndirilən şəxs1 Daşqının vasitəsilə mənə 24 oktyabr 2023-cü il tarixdə Culfa şəhərində imza etdirərək verdiyi müqaviləni oxumadan ifadəmə əlavə etmişdim. Həmin ifadəm alınan zaman podrat müqaviləsi mənə oxunduqdan sonra gördüm ki, Təqsirləndirilən şəxs1 ona məxsus tikintidə Zərərçəkmiş şəxs2 xəsarət almasına görə məsuliyyəti mənim üzərimə qoyub. İfadə verdikdən sonra evə gedib evdə ailə üzvlərimlə məsləhətləşib əsl həqiqəti demək qərarına gəldim. Hazırda da bildirirəm ki, Təqsirləndirilən şəxs1la mənim aramda heç bir müqavilə bağlanmamışdır. İfadəmə əlavə etdiyim podrat müqaviləsini Təqsirləndirilən şəxs1 özü uyduraraq tərtib etdirmiş və 24 oktyabrda prokurorluğa təqdim etmək üçün həmin gün mənə Daşqının vasitəsiylə vermişdir. Mən 24 oktyabr 2023-cü il tarixli ifadəmdə göstərdiyim kimi 2021-ci ilin yanvarfevral aylarında Təqsirləndirilən şəxs1 məxsus, Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən obyektin artırma işlərini icra edən zaman da onunla heç bir müqavilə bağlamamışdım. Şahid17 Quluabbas oğlu ifadəsində göstərmişdir ki, Culfa rayonunun Saltaq kəndində yaşamaqla müxtəlif yerlərdə mühafizəçi və fəhlə işləməklə fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ordubad rayonunun Kotam kənd sakini Təqsirləndirilən şəxs1 tanıyır, onunla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 2020-ci ilin sonlarında görüb tanımışdır. Belə ki, “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən oğlu X5 Qarabağ Müharibəsində iştirak etmək üçün 2020-ci ilin oktyabr ayının əvvəllərində Naxçıvan xüsusi tətinatlı dəstələrinin tərkibində Qarabağa getmişdir. Həmin dövrlərdə o, işsiz olmuş, müharibə bitdikdən sonra 2020-ci ilin noyabr ayının ortalarında oğlu Orçun qayıdıb gəldikdən sonra iş axtarmaq üçün Culfa şəhərinə getmiş, keçmiş “Əlincə” kinoteatrının binasının ətrafında tikinti-quraşdırma işləri aparıldığını görüb həmin yerə yaxınlaşmış, tanımadığı, işçilərin “memar” deyə müraciət etdikləri hündür boylu, saqqallı bir şəxsə işsiz olduğunu, iş axtardığını demiş, həmin şəxs ona obyektdə gecə mühafizəçisi işləyib-işləyə bilməyəcəyini soruşmuş, o həmin işdə işləyə biləcəyini ona bildirmiş və onunla aylıq 300 manat əmək haqqı müqabilində həmin işi qəbul etmişdir. İş saatları axşam saat 18:00-dan səhər saat 09:00-dək olmuşdur. Həmin obyektdə mühafizəçi işlədiyi zaman işçilərdən öyrənib obyektin sahibi Təqsirləndirilən şəxs1 olduğunu, həmin tikinti işlərinin onun tərəfindən aparıldığını bilmiş, hətta Təqsirləndirilən şəxs1 işlədiyi vaxtlarda bir neçə dəfə həmin obyektdə görmüşdür. Təqsirləndirilən şəxs1 yanında tanımadığı bir neçə şəxslər birlikdə hərdən bir obyektdə gəlib baş çəkib nə isə planlaşdırıb getmişdir. Həmin obyektdə 2020-ci ilin noyabr ayının sonlarından 2021-ci ilin fevral ayının sonunadək mühafizəçi işləmişdir. Birinci ay əmək haqqı almasına baxmayaraq, ikinci və üçüncü aylarda əmək haqqını vermədikləri üçün işdən çıxmışdır. Təqsirləndirilən şəxs1 məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsində yerləşən qeyriyaşayış obyektində aparılan tikinti işləri zamanı mühafizəçi işlədiyi dövrdə həmin obyektin ön, sol və sağ tərəfləri obyektdən təxminən 2 metr aralı məsafədə taxta ilə hasara alınmış, taxta hasar obyektin arxa tərəfində olan yaşayış evlərinin həyətinin divarlarına birləşdirilmiş, obyektin arxa tərəfinə giriş çıxış bağlanmışdır. Obyektə giriş yalnız ön tərəfdən taxta hasarda olan qapıdan mümkün olmuşdur. Həmin dövrdə obyektin ön tərəfi bir mərtəbəli olmuş, o işə yeni başlayan vaxt həmin birmərtəbəli hissənin beton sütunları və beton damı sökülmüş, söküntüdən sonda yola tərəf bir neçə metr artırılaraq yenidən sütunlar inşa olunması üçün taxta və armaturlarla qəliblər qurulmuşdur. Hətta obyektin arxa tərəfində olan yol da iki tərəfdən taxta hasara alınmış və orada da fundament qazılaraq binanın arxa tərəfini artırıb genişləndirmək məqsədilə beton qəlib işləri aparılmışdır. Həmin qəliblərin arasına armatur karkaslar da qoyularaq beton verilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Qurulmuş qəliblərin arasına betonun nə zaman kim tərəfindən verildiyini görməmişdir. Onun iş vaxtı saat 18:00-dan 09:00-dək olduğu üçün işə gedən zaman artıq usta və fəhlələr işdən çıxıb getmişlər. Orada işləyən işçilərin heç birini tanımamış, adlarını bilməmişdir. Yalnız orada tanıdığı adam Təqsirləndirilən şəxs1 və memar deyə müraciət edilən şəxsi üzdən tanımışdır. Həmin obyektin içərisini ambar kimi istifadə etmiş, orada çoxlu sayda sement, armatur və digər inşaat materialları saxlanılmışdır. Təqsirləndirilən şəxs1 məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış obyektində mühafizəçi işləməsi ilə bağlı Təqsirləndirilən şəxs1la, yaxud da başqa şəxslərlə heç bir əmək müqaviləsi bağlamamışdır. Şahid19 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onula heç bir qohumluq münasibəti, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 ona məxsus olan, Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən keçmiş Əlincə kinoteatrının binasında onun tərəfindən aparılan tikinti və quraşdırma işlərində fəhləlik edərək aylıq 600 manaq əmək haqqı almışdır. Həmin obyektdə 2023-cü ilin yay aylarında işləmiş, daha sonra Təqsirləndirilən şəxs1 məxsus olan, Ordubad rayonunun Düylün kəndi ərazisində yerləşən yeməkxanada aparılan tikinti işlərində işləmişdir. Təqsirləndirilən şəxs1 məxsus tikintilərdə onun işçisi Daşqın adlı şəxslə danışıb razılaşaraq işləmişdir. Təqsirləndirilən şəxs1 məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən obyektdə aparılan tikintidə işlədiyi zaman hətta Təqsirləndirilən şəxs1 özünün də həmin obyektə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs1 məxsus olan, Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən keçmiş Əlincə kinoteatrının binasının arxa tərəfində əvvəllər yol olmuşdur. Culfa şəhər sakini olaraq həmin yoldan dəfələrlə istifadə etmişdir. Ancaq həmin ünvanda yerləşən obyektdə aparılan tikinti işlərində işləməyə başladığı zaman qeyd etdiyi yol çoxdan üzərində tikinti aparılmaqla bağlanmışdır. Əvvəllər mövcud olan həmin yolun bir tərəfi kinoteatrın binası, digər tərəfi isə Culfa şəhər sakini Şahid4 ailəsi ilə birlikdə yaşadığı evin həyətinin divarı ilə əhatə olunmuşdur. Lakin o, həmin tikintidə işləməyə başlamazdan çox əvvəl yolun üzərində tikinti işləri aparılmışdır. 2018-ci lin noyabr ayında Türkiyə Respublikasına gedərək 2022-ci ilin iyul ayınadək orada müxtəlif işlərdə işləmişdir. Türkiydən 2022-ci ilin iyul ayında qayıdıb Naxçıvan Muxtar Respublikasına, Culfa şəhərinə gəldiyi vaxt artıq keçmiş Əlincə kinoteatrının arxasında olan yolun üzərində tikinti olmuş, yol bağlanmışdır. 2018-ci ildə Türkiyəyə gedən zaman isə həmin yol mövcud olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus olan Culfa şəhəri 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən obyektdə restoran fəaliyyət göstərən bina əvvəllər Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin binası olmuşdur. Təqsirləndirilən şəxs1 həmin binanı özəlləşdirib restoran kimi fəaliyyət göstərməsi üçün binanın ön tərəfində restoran üçün kabinetlər inşa etdirmişdir. Anası Şahid15 2023-cü ilin fevral ayının əvvəllərindən həmin restoranda aşpaz işləməyə başlamışdır. Həmin dövrdə artıq kabinetlər inşa edilmişdir. Həmin dövrdə hətta həmin kabinetlərin tam ortasından arxa tərəfə keçdikdə orada yerləşən ərazidə böyük bir çardaq quraşdırılmış və ətrafında müxtəlif tikinti işləri aparılmışdır. Həmin tikintilərdə kimlərin işləməsini dəqiq bilmir. Ancaq kinoteatr binasında işləyən şəxslərdən Ramin və Vüsal adlı ustanı tanıyır. Təqsirləndirilən şəxs1 məxsus olan obyektlərdə işləməyi ilə bağlı istər Təqsirləndirilən şəxs1la, istərsə də başqa şəxslərlə hər hansı bir əmək müqaviləsi və sair müqavilə bağlamamışdır. İşlədiyi zaman kinoteatr binasında tikintiyə və tikintidə təhlükəsizliyə nəzarəti Daşqın həyata keçirmiş, ona, eləcə də digər işçilərə əlcəkdən başqa heç bir fərdi mühafizə vasitələri verilməmişdir. Şahid21 ifadəsində göstərmişdir ki, Ordubad rayon Kotam kəndində yaşayır. 10 ildən artıqdır ki, fərdi qaydada qaynaqçılıqla məşğul olur. Ordubad rayonunda və kənar rayonlarda müxtəlif şəxslərə məxsus obyektlərdə, həyətlərdə, evlərdə qaynaq işi ilə məşğul olur. Ordubad şəhərində daimi işlədiyi qaynaq emalatxanası da vardır. Həmkəndlisi Təqsirləndirilən şəxs1 məxsus evin həyətində və ona məxsus bir neçə qeyriyaşayış obyektlərində qaynaqçı işləmişdir. 2023-cü ilin yaz aylarında Təqsirləndirilən şəxs1 məxsus olan Ordubad şəhərində yerləşən Melissa restoranında təxminən 45 gün, 2023-cü ilin sentyabr ayında Culfa şəhərində yerləşən Qapıcıq kafenin həyətində inşa edilən obyektdə təxminən 45 gün və Ordubad şəhərində yerləşən bazarda Təqsirləndirilən şəxs1 tapşırığı ilə təxminən 10-15 gün müddətində müxtəlif qaynaq işlərini icra etmişdir. Culfa şəhərində yerləşən, Təqsirləndirilən şəxs1 məxsus restoranın həyətində yeni inşa edilməkdə olan obyektin ön tərəfində divar boyu olan metal qapı və pəncərələri 2023-cü ilin avqust-sentyabr aylarında 45 gün müddətində yerində qaynaqla düzəldərək təhvil verib zəhmət haqqını almışdır. Təqsirləndirilən şəxs1 məxsus obyektlərdə işləməyi ilə əlaqədar nə Təqsirləndirilən şəxs1la, nə də başqa şəxslərlə heç bir vaxt əmək müqaviləsi bağlamamışdır. Culfa şəhərində yerləşən Qapıcıq kafe adlandırılan obyektin yaxınlığında Təqsirləndirilən şəxs1 tərəfindən aparılan tikinti və quraşdırma işlərinə və işçilərin təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarəti Təqsirləndirilən şəxs2 həyata keçirmişdir. İşlədiyi vaxtlarda ona heç bir dəbilqə və ya başqa fərdi mühafizə vasitəsi verilməmişdir. Yalnız özünə məxsus olan qaynaq şüasından qoruyucu maskadan və əlcəkdən istifadə etmişdir. Həmin obyektdə işləyən zaman orada fəhlə və ustalar tikintisuvaq işləri ilə məşğul olmuşlar. Həmin fəhlə və ustaları üzdən tanıyır, adlarını bilmir. Orada işlədiyi dövrdə onunla yanaşı işləyən işçilərin sayı təxminən 5-6 nəfər olmuşdur. Şahid7 ifadəsində göstərmişdir ki, mən ailə üzvlərimlə birlikdə Culfa şəhərində yaşayıram. Fəhləliklə məşğul olub ailəmi dolandırıram. 2023-cü ilin iyul ayından Culfa şəhərində məhəllə 1, döngə 11/11 ünvanında Ordubad rayonunun Kotan kənd sakini Təqsirləndirilən şəxs1 məxsus olan restoran tikintisində fəhlə işləyirəm. Məni ora həmin tikintidə texniki işlər üzrə nəzarətçi işləyən Təqsirləndirilən şəxs2 qəbul edib. Belə ki, 2023-cü ilin iyul ayında qeyd etdiyim tikintidə nəzarətçi olan Təqsirləndirilən şəxs2 işsiz olduğumu, işləmək istədiyimi bildirdim. O da həmin vaxt məni fəhlə kimi işə qəbul etdi. Mən hazırda yuxarıda qeyd etdiyim ünvanda aparılan tikintidə hörgü ustası Şahid9 yanında fəhlə işləyirəm. Əmək haqqımı günəmuzd olaraq bir gün 20 manat alıram. İş vaxtımız səhər saat 09:00-dan axşam saat 18:00-a qədərdir. Bazar günləri işləmirik. Hazırda məndən başqa orada hörgü ustası Şahid9 işləyir. Əvvəllər həmin tikintidə qaynaqçılar, suvaqçılar işləyib, işlərini bitirib gediblər. Onların adlarını xatırlamıram. Orada tikinti işlərində təhlükəsizliyə Təqsirləndirilən şəxs2 nəzarət edir. Şahid23 ifadəsində göstərmişdir ki, mən ailəmlə birlikdə yuxarıda göstərdiyim ünvanda yaşayıram. Hal-hazırda rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olmuram, günəmuzd işlər olan zaman fəhlə olaraq işləyirəm. İşim olmadığı üçün 2023-cü ilin avqustsentyabr aylarında Culfa şəhərində yerləşən “Culfa Qapıcıq” restoranının qarşısında tikilməkdə olan yeni şadlıq sarayına müraciət edərək mənə iş verilməsini xahiş etdim, orada məni tikinti işlərinə nəzarət edən Təqsirləndirilən şəxs2 qəbul etdi və gəlib işləyə biləcəyimi, iş olan vaxt mənə xəbər edəcəyini bildirdi. Mən Daşqınla razılaşdıqdan sonra evə gəldim. Növbəti gün səhər saat işə getdim. Beləliklə, həmin tikilən şadlıq sarayında fəhlə olaraq işləməyə başladım, işim, əsasən, usta işi, yəni suvaq işlərini yerinə yetirmək idi. Qeyd edim ki, həmin tikintidə 10-15 gün işlədim və işlərimi yekunlaşdırdıqdan sonra işə getməmişəm. Onu da bildirim ki, 2023-cü ilin avqust ayının 14-də, yəni Zərərçəkmiş şəxs1 xəsarət olan zaman işdə olmamışam. Həmin tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs1 xəsarət alması ilə bağlı olan hadisəni də bir gün sonra bilmişəm. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 331.1-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı ekspertizanın keçirildiyi halda, məhkəmə istintaqının gedişində ekspertin məhkəməyədək icraat mərhələsində verdiyi rəy tədqiq edilir. Cinayət işində olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş – Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X14: - 27 avqust 2023-cü il tarixli, 1122 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi zərindəki xəsarətlər: başın tüklü hissəsində, sol təpə-ənsə nahiyəsində və onurğanın sol kənarında yara. Göstərilən xəsarətlər ket əşyanın təsirindən törənmişdir, eləcə də həmçinin 1.20-1.50 metr hündürlükdə olan, sıra ilə üst-üstə düzülmüş daş kubiklərin onun baş nahiyəsi və kürək nahiyəsinə düşməsi nəticəsində yaranmağa xarakterdir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 həyat üçün təhlükəli olan xəsarətləri (kəllə boşluğuna keçən yaralar, kəllə tağı və kəllə əsası sümüklərinin tam sınıqları, orta və ağır dərəcəli beyin əzilmələri, kəllədaxili qansızmalar və s.) yoxdur. Zərərçəkmiş şəxs1 hər hansı bir orqanın (əl, ayaq, ağciyər, qaraciyər, ürək, böyrək, baş, beyin və s.) və ya bu orqanın funksiyasının itirilməsi halı mövcud deyildir. Zərərçəkmiş şəxs1 çoxlu qanitirmə, təsdiq olunmuş ağır dərəcəli şok, baş beyin silkələnməsi olmamışdır. Zərərçəkmiş şəxs1 peşəkar əmək qabiliyyətini itirməmişdir. Zərərçəkmiş şəxs1 təsdiqlənmiş hər hansı xəstəlikləri yoxdur. - 30 oktyabr 2023-cü il tarixli, 1501 nömrəli məhkəmə tibb ekspertizasının rəyindən ( canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər- Sol əlin arxa səthindəki yara kəsici alət təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə törənə bilərdi. Müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 3-16-16/2-10/8594 nömrəli, 05 dekabr 2023-cü il tarixli məhkəmə təhlükəsizlik texnikası ekspertizasının rəyindən məlum olur ki, "xxxx" MMC-yə məxsus tikinti obyektlərində işləyən işçilərə əməyin mühafizəsi üzrə müvafiq qaydalara uyğun şəkildə təlimatlandırılmalar və işlərin təhlükəsiz üsullarla aparılmasına dair təlimlər keçirilmədiyinə, həmçinin işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmədiyinə görə “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST”-ün 1.1, 3.10, 3.12, bəndlərinin, həmçinin İİİ-4-80 “Tikntidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20, 1.29, 2.2, 2.3, 2.4, 2.5, 2.6, 2.26, 12.12, 12.14 bəndlərinin tələbləri pozulmuşdur. Qeyd edilən normativ aktların tələblərinin pozulması hadisələrin baş verməsinin təşkilati və texniki səbəbi olmuşdur. “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST”-ün 1.3, 1,4 bəndlərinin və İİİ-4-80 “Tikntidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.3 bəndinin tələblərini nəzərə alaraq, peşə hazırlığı və təhlükəsizlik texnikası üzrə təlim və təlimatlandırılmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçilər sərbəst şəkildə tikinti işlərinə cəlb edildiklərinə və işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmədiklərinə görə “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST”-ün 1.1, 3.10, 3.12, bəndlərinin və İİİ-4-80 “Tikntidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.10, 1.11, 1.19, 1.20 bəndlərinin tələbləri "xxxx" MMC-nin rəhbəri Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Peşə təlimi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar keçməmiş, bilik səviyyələri yoxlanılmamış işçilər sərbəst işə buraxıldıqlarına və işçilərin təhlükəsiz üsullarla yerinə yetirilməsi üçün zəruri şərait təmin edilmədiyinə görə “İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblər. 12.0.004-79 DÜST”-ün və İİİ-4-80 “Tikntidə təhlükəsizlik texnikası” Tikinti Norma və Qaydalarının 1.29, 2.2, 2.3, 2.4, 2.5, 2.6, 2.26, 12.12, 12.14 bəndlərinin tələbləri "xxxx" MMC-nin tikinti işlərinin icrasına nəzarət etmək vəzifəsi həvalə edilmiş Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. "xxxx" MMC-yə məxsus tikinti obyektlərində işləyən işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə müvafiq tələblərə uyğun şəkildə təlimatlandırma və işçilərinin aparılmasının təhlükəsizlik üsullarına dair təlimlər keçirilmədiyini, həmçinin işçilərin müvafiq fərdi mühafizə vasitələri ilə təmin edilmədiklərini nəzərə aldıqda, zərərçəkmiş və başqa şəxslər tərəfindən təhlükəsizlik texnikası qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin: - 31 yanvar 2024-cü il tarixli, 1265 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X15 Agentliyinin rəisi Şahid5 şəxsi imzası ilə təsdiq edilmiş 15 yanvar 2024-cü il tarixli məktubun, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X15 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun FHN TTNDA DLİ-nun direktoru Elçin Quliyev və həmin qurumun mütəxəssisi Zaur Tağıyevin möhür və şəxsi imzaları ilə təsdiq edilmiş 29 yanvar 2024-cü il tarixli mütəxəssis rəyinin göstəricilərinə, eləcə də baxış zamanı toplanmış və cinayət işi materiallarında olan zəruri məlumatlara əsasən sifarişçi Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış obyektində (keçmiş Əlincə kinoteatrının binasında) aparılan tikinti –quraşdırma işləri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli, 348 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 4.1-ci eyni tarixli 349 nömrəli Fərmanının 2.21-ci bəndinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47, 48, 49, 92.1.1, 92.4.2-ci maddələrinin və AzDTN-nin 2.3-1 “Seysmik Rayonlarda Tikinti Qaydaları”nın 3.53 və 3.54-cü bəndlərinin tələbləri pozulmaqla mövcud Tikinti Norma və Qaydalarına uyğun olmadan aparılaraq, həmin qeyriyaşayış obyektinin funksional təyinatı dəyişdirilməklə konstruksiyalarında əsaslı dəyişiklik edilərək yenidənqurma və tikinti-quraşdırma işləri aparılmış, lakin yenidən planlaşdırma və bərpa-gücləndirmə işləri aparılmamış, həmçinin Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektində aparılan tikinti-quraşdırma işləri qeyd olunan Tikinti Norma və Qaydalarının tələbləri pozulmaqla həmin qeyri-yaşayış obyektinin ətrafında yenidənqurma və tikinti-quraşdırma işləri aparılmaqla yenidən planlaşdırma və bərpa-gücləndirmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən ayrı-ayrılıqda yerləşən qeyri-yaşayış obyektlərində yenidən planlaşdırma və bərpa-gücləndirmə işləri aparılmadığından insanların həyat və sağlamlığı üçün real təhlükə yaradır. Sifarişçi Təqsirləndirilən şəxs1 məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında və Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektləri üzrə fiziki şəxs tərəfindən hazırlanmış eskiz layihələri qüvvədə olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (Tikintinin layihəçisi) 48, 48.1, 48.2, 48.3, 48.3.1, 48.3.3, 48.3.4, 48.3.5 və 48.3.6- cı bəndlərinin tələblərinə əməl etmədən tərtib edildiyi müəyyən edilmişdir. Sifarişçi Təqsirləndirilən şəxs1 məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanınfda və Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektləri üzrə çıxarışların, eləcə də ytexniki pasportların tərtib edilm əsindən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin “27” aprel 1998-ci il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən “Torpaq sahələrinin icarəyə verilməsi qaydaları və tərəflərin öhdəliklərinin” “e” bəndinin tələbləri pozulmuşdurş Qeyd: həmin bəndin tələblərinin kim (kimlər) tərəfindən pozulması Məhkəmə tikintitexniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından istintaq tərəfindən müəyyən edilə bilər. - 26 yanvar 2024-cü il tarixli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs1 məxsus olan Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında və Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektlərinin konstruksiyalarında dəyişiklik edilmişdir. Funksiaonal təyinatı dəyişdirilməklə yenidən planlaşdırma, eləcə də yenidənqurma, tikinti-quraşdırma və bərpa gücləndirmə işləri aparılmamışdır. Qeyriyaşayış obyektləri mövcud Tikinti Norma və Qaydalarına cavab vermədən inşa edilmişdir. - 27 fevral 2024-cü il tarixli, 157 nömrəli məhkəmə kompüter-texniki ekspertizası rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 120 GB daxili yaddaş, İntel (R) Core (TM) i5-6200u prossessor, 8 GB operativ yaddaş (RAM), İntel (R) HD Graphics Family 128 MB daxili videokart və “Windows 10 Pro 64 bit” əməliyyat sistemi ilə təchiz olunmuş “Lenovo ThinkPad” markalı, “T460s” modelli noutbuk işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Ekspertizaya təqdim edilmiş “Lenova ThinkPad” markalı, “T460s” modelli noutbukun “c:/Users/THİNKPAD/Desktop/ Ofis Noutbuk” və “c:/Users/THİNKPAD/Desktop” fayl yolu içərisində “Podrat_müqaviləsi” adı altında “.docx” formatlı iki ədəd “Microsoft Word” sənədi aşkar olundu. Ekspertizaya təqdim edilmiş “Lenova ThinkPad” markalı, “T460s” modelli noutbukun yaddaşında olan “Podrat_müqaviləsi” adlı “Microsoft Word” sənədlərini tərtib edənin istifadəçi adi “ramil gachayev” kimi əks olunmuşdur. Təqdim edilmiş “Lenova ThinkPad” markalı, “T460s” modelli noutbukda tədqiqat zamanı “ramil gachayev” adlı istifadəçi aşkar olmadığından müəyyən olundu ki, “Podrat_muqaviləsi” adlı “Microsoft Word” sənəd həmin noutbukda tərtib edilməyib. Ekspertizaya təqdim edilmiş “Lenova ThinkPad” markalı, “T460s” modelli noutbukun iş masasındakı “Ofis Noutbuk” qovluğundakı və iş masasındakı hər iki “Podrat_müqaviləsi” adlı “Microsoft Word” sənədin yaradılma tarixi “xx.xx.2023” saat “21:31”, dəyişdirilmə tarixi (Sənədin dəyişdirilmə tarixi sənəd üzərində aparılan dəyişikliklərdən sonra son yadda saxlanılan tarixi əks etdirir) xx.xx.2023 saat 8:52 son çap olunma tarixi isə xx.xx.2023 saat 19:59 olması müəyyən olundu. Ekspertizaya təqdim edilmiş “Lenova ThinkPad” markalı, “T460s” modelli noutbukun yaddaşından silinmiş məlumatlar müəyyən olundu. (Bax: rəyə əlavə olunmuş xarici yaddaş qurğusuna). Cinayət Prosessual Məcəlləsinin 334-cü maddəsinə müvafiq olaraq tədqiq edilmiş – - 15 avqust 2023-cü il tarixli hadisə yerinə baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş sxem və foto cədvəllərdən məlum olur ki, hadisənin baş verdiyi yer Zərərçəkmiş şəxs1 günəmuzd olaraq fəhlə işlədiyi Culfa şəhəri, döngə 1, məhəllə 11 ünvanında yerləşən və tikilməkdə olan şadlıq sarayıdır. Tikilməkdə olan həmin şadlıq sarayı “Culfa Qapıcıq” adlı restoranın qarşısında yerləşir. Şadlıq sarayına keçmək üçün istifadə olunan giriş qapısı ikitaylı, ağ rənglidir, plastik materialdandır. Həmin qapı sol çöl tərəfə açılır. Giriş qapısının eni 1,65 m, hündürlüyü 2,85 m-dir, sağ və sol tərəflərində “Culfa Qapıcıq” restoranına məxsus olan kupelərin divarları, önündə isə dəmir materialdan olan, dairəşəkilli kanalizasiya lyuku vardır. Həmin qapıdan içəri daxil olduqda tikintisi davam edən, 1 mərtəbəli, yan tərəfdən dəmir materialdan olan turbalarla dayaqlar qoyulmuş şadlıq sarayı müşahidə edilir. Giriş qapısını keçib sağ tərəfə 4 pilləkən endikdən sonra şadlıq sarayının ərazisinə daxil olmuşlar. Şadlıq sarayının ərazisində taxta və dəmir materiallardan olan tikintidə istifadə olunan ləvazimatlar istifadə edilir. Tikilməkdə olan şadlıq sarayı düzbucaqlı formasındadır, şadlıq sarayının eni 20,70 metr, uzunluğu 44, 30 metr, hasarın hündürlüyü 4,65 metrdir. Şadlıq sarayının əsas zal üçün nəzərdə tutulmuş hissəsinin yan tərəfləri boyunca diametri 25 sm olan 26 ədəd dəmir materialdan olan turbalar dayaq şəklində yerə bərkidilib və tavan boyunca dəmir materialdan asmalar atılıb. Giriş qapısından keçdikdən sonra şadlıq sarayının ərazisində durduqda sağ və ön tərəfdə daş kubiklərdən hörülmüş, hündürlüyü 4,80 metr olan hasar mövcuddur. Sol tərəfdə isə oval şəkilli, dəmir materialdan olan 8 ədəd pəncərə vardır. Həmin pəncərələrin kənarları boyunca hasar hörülməkdədir. Pəncərələrin eni 2,50 metr, hündürlüyü 2,85 metrdir. Pəncərələrdən şadlıq sarayının sol turbalarına olan məsafə 4 metrdir. Tikintisi davam edən şadlıq sarayının sol tərəf divarını keçdikdən sonra ərazidə çınqıllı və çınqılsız qumlar, üstüstə düzülmüş və səpələnmiş vəziyyətdə olan daş kubiklər və digər tikinti ləvazimatları müşahidə edilir. Şadlıq sarayının sol divarında 9, 60 metr məsafədə 7 sıra, 6 cərgə formasında üst-üstə düzülmüş kubiklər vardır. Həmin daş kubiklərin hündürlüyü 1, 50 metr, uzunluğu 1, 15 metrdir, eni müxtəlif ölçülü daşlardan ibarətdir. Üst-üstə düzülmüş daş kubiklərdən 70 sm geridə dəmir materialdan olan kanalizasiya lyuku və 90 sm məsafədə tikintidə istifadə olunan taxta vardır. Taxtanın eni 17 sm, uzunluğu 3, 20 metr, qalınlığı 4 santımetrdir. Üst-üstə sıra ilə düzülmüş daş kubiklərdən 1, 10 metr məsafədə içində dəmir materiallı su çəni olan anbar vardır, həmin anbarın eni 2, 80 metr, uzunluğu 4,70 metr və dərinliyi 2,80 metrdir. Su çəni həmin anbarın içində yerləşir. Su çəni ilə anbarın divarları arasında boşluq vardır. Hadisə yerinə baxış aparılması istintaq hərəkətində iştirak edən şadlıq sarayının tikintisində günə muzd olaraq fəhlə işləyən Zərərçəkmiş şəxs1 şadlıq sarayının sol tərəfindən 7 sıra, 6 cərgə formasında üst-üstə düzülmüş daş kubiklərə tərəf hərəkət etdikdə həmin daşların sağ tərəfində əyilmiş vəziyyətdə dayanıb yerdəki daşları əl arabasına yükləyərkən qəfildən sıra ilə düzülmüş daşların aşmağa başladığını, aşan daşlardan birinin onun baş nahiyəsinin sol yan tərəfinə, digərinin isə kürək nahiyəsinə düşdüyünü aşmaqda olan daşlardan qaçmaq istəyərkən həmin düzülmüş daşların sağ tərəfində olan anbarın içində yerləşən su çəninin üzərinə düşdüyünü bildirmişdir. Baxış aparılması istintaq hərəkətində iştirak edən digər şəxs, şadlıq sarayının tikintisinə nəzarət etdiyini söyləyən Təqsirləndirilən şəxs2 tikinti ilə bağlı sənədlərin Ordubad rayonunda yerləşən ofisdə olduğunu, baxış aparılan zaman müvafiq sənədləri təqdim edə bilməyəcəyini bildirdi. Sıra ilə üst-üstə düzülmüş daşlardan bir qədər kənarda elektrik xətləri üçün nəzərdə tutulmuş transformator müşahidə edilir. - 18 avqust 2023-cü il tarixli binaya baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş sxem və foto cədvəllərdən məlum olur ki, binanın yerləşdiyi yer Zərərçəkmiş şəxs1 günəmuzd olaraq fəhlə işlədiyi Culfa şəhəri, döngə 1, məhəllə 11 ünvanıdır və həmin ünvanda yeni şadlıq sarayı tikilməkdədir. Tikilməkdə olan həmin şadlıq sarayı “Culfa Qapıcıq” adlı restoranın qarşısında yerləşir. Şadlıq sarayına keçmək üçün istifadə olunan giriş qapısı ikitaylı, ağ rəngli, plastik materialdandır. Həmin qapı sol tərəfə açılır. Giriş qapısının eni 1,65 metr, hündürlüyü 2,85 metrdir, sağ və sol tərəflərində “ Culfa Qapıcıq” restoranına məxsus olan kupelərin divarları, önündə isə dəmir materialdan olan, dairəşəkilli kanalizasiya lyuku vardır. Həmin qapıdan içəri daxil olduqda tikintisi dayandırılmış, tikinti işləri tam yekunlaşmamış, birmərtəbəli, yan tərəfdən dəmir materialdan olan turbalara dayaqlar qoyulmuş şadlıq sarayı müşahidə edilir. Giriş qapısını keçib sağ tərəfə 4 pilləkən endikdən sonra şadlıq sarayının ərazisinə daxil olduq. Şadlıq sarayının ərazisində taxta və dəmir materiallardan olan və tikintidə istifadə olunan ləvazimatlar və digər əşyalar müşahidə edilir. Tikilməkdə olan şadlıq sarayı düzbucaqlı formasındadır, şadlıq sarayının eni 20,70 metr, uzunluğu 44,30 metr, hündürlüyü 4,65 metrdir. Şadlıq sarayının əsas zal üçün nəzərdə tutulmuş hissəsinin yan tərəfləri boyunca diametri 25 sm olan 26 ədəd dəmir materialdan olan turbalar dayaq şəklində yerə bərkidilib və tavan boyunca dəmir materialdan asmalar atılıb. Giriş qapısından keçdikdən sonra şadlıq sarayının ərazisində durduqda sağ və ön tərəfdə daş kubiklərdən hörülmüş, hündürlüyü 4,65 metr olan hasar mövcuddur. Sol tərəfdə isə oval şəkilli, dəmir materialdan olan 8 ədəd pəncərə vardır, həmin pəncərələrin kənarları boyunca hasar hörülməkdədir. Pəncərələrin eni 2,50 metr, hündürlüyü 2,85 metrdir. Pəncərələrdən sol dayaq turbalarına və sağ tərəfdə yerləşən sağ dayaq turbalarına qədər olan məsafə 4 metrdir. Tikintisi davam edən şadlıq sarayının sol tərəf divarını keçdikdən sonra ərazidə çınqıllı və çınqılsız qumlar, üst-üstə düzülmüş və səpələnmiş vəziyyətdə olan daş kubiklər və digər tikinti ləvazimatları müşahidə edilir. Üst-üstə sıra ilə düzülmüş daş kubiklərdən 1,10 m məsafədə içində dəmir materialdan olan su çəninin yerləşdiyi anbar vardır, həmin anbarın eni 2,80 m, uzunluğu 4,70 m və dərinliyi 2,80 m-dir. Su çəni həmin anbarın içində yerləşir. Su çəni ilə anbarın divarları arasında boşluq vardır. Tikintisi tam yekunlaşmamış şadlıq sarayına baxış aparılması istintaq hərəkətlərində mütəxəssis kimi iştirak edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin tikintiyə nəzarət sektorunun müdiri, İİ dərəcəli dövlət qulluqçusu X21 hal-hazırda tikintisi dayandırılmış, tikinti işləri yekunlaşmayan şadlıq sarayının müvafiq ekspertizaya düşdüyünü, lakin ekspertiza olunmadan tikinti işlərinin görüldüyünü bildirdi. Şadlıq sarayına baxış aparılması istintaq hərəkətində mütəxəssis kimi iştirak edən Fövqəladə Hallar Nazirliyinin X49 idarəsinin yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin mühəndis inspektoru, daxili xidmət mayoru Şahid26 tikintinin yanğın təhlükəsizliyi ilə bağlı ekspertizadan keçirilmədiyi, bununla bağlı müvafiq rəyin olmadığını qeyd etdi. Binaya baxış aparılmasında iştirak edən Culfa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi X4 yerli icra hakimiyyəti orqanı tərəfindən şadlıq sarayının tikintisinə icazə verildiyini söylədi. Baxış aparılması istintaq hərəkətində iştirak edən digər şəxs, şadlıq sarayının tikintisinə nəzarət etdiyini söyləyən Təqsirləndirilən şəxs2 tikinti ilə bağlı sənədləri təqdim edə bilməyəcəyini, həmin tikinti ilə əlaqədar sənədlərin Ordubad rayonunda yerləşən ofisdə olduğunu, baxış aparılan zaman müvafiq sənədləri təqdim edə bilməyəcəyini bildirdi. Tikilməkdə olan şadlıq sarayının bir qədər kənarında, sıra ilə üst-üstə düzülmüş daşlardan bir qədər aralıda, elektrik xətləri üçün nəzərdə tutulmuş, boz rəngli transformator müşahidə edilir. - 21 avqust 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, baxış zamanı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Texniki İnventarlaşdırma şöbəsi tərəfindən verilən **********89- 06301 reyestr nömrəli “Müəssisə və obyektin texniki pasportu” adlı sənədin birinci səhifəsinin üst-orta tərəfində AZərbaycan Respublikasının Dövlət Gerbinin təsvirinin olduğu, həmin gerbin sağ tərəfində “Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirinin 28 saylı, 13 iyun 2014-cü il tarixli əmri ilə təsdiq edilmişdir” sözlərinin yazıldığı, adı qrafasına Geoloji Axtarış və Kəşfiyyat idarəsi, ünvanı qrafasına isə Culfa şəhəri, 1-ci məhəllə 11/11 yazıldığı, icarəçisinin Təqsirləndirilən şəxs1 olduğu, torpaq sahəsinin əsas göstəricilərinə aid olan tikinti altı sahənin 152.9 kvadratmetr, faydalı sahəyə aid olan əsas sahənin 182.7 kvadratmetr, köməkçi sahənin 59.7 kvadratmetr, ümumi sahənin 242.4 kvadratmetr olduğu, tikildiyi il qrafasında hər hansı bir tarixin yazılmadığı , texniki inventarlaşdırma şöbəsinin rəisi Ş.M.Əsgərov tərəfindən imzalandığı, texniki pasportun nömrəsinin 000579 olduğu, 18 oktyabr 2021-ci il tarixdə tərtib edildiyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Texniki İnventarlaşdırma şöbəsinin möhürü ilə təsdiq edildiyi, ikinci və üçüncü səhifəsində bina və qurğuların texniki parametrlərinin, dördüncü səhifəsində obyektin fəaliyyəti növü və sahəsinin, beşinci və altıncı səhifəsində obyektin sahələr üzrə təsnifatının, yeddinci səhifəsində torpaq sahəsinin təsnifatının göstərildiyi, həmin səhifənin aşağısında baş mühəndis və sənədi tərtib edən şəxsin K.R.Əhmədov olduğu, “Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat idarəsinin köhnə binasının baş planı M1:500” adlı sənəddə həmin inzibati binanın baş planının sxeminin cızıldığı, təsnifatlara bölündükdə inzibati binanın cəmi 152.9 kvadratmetr, torpaq sahəsinin 4187.1 kvadratmetr, o cümlədən yaşıllığın tikinti ilə birlikdə 4340.0 kvadratmetr olduğu, həmin sənədin K.Əhmədov tərəfindən tərtib edildiyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Texniki İnventarlaşdırma Şöbəsinin möhürü ilə təsdiq edildiyi, “Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat idarəsinin köhnə binasının 1-ci mərtəbəsinin sxematik planı M1:100” adlı sənəddə həmin inzibati binanın birinci mərtəbəsinin sxematik planının cızıldığı, təsnifatlara bölündükdə 1,4 və 6-cı otağın 41.2 kvadratmetr, 2, 3, 5, 8 və 9-cu sanitar qovşağın 15.0 kvadratmetr , 7, 8 yeməkxananın 45.4 kvadratmetr, 11 dəhlizin 14.0 kvadratmetr, cəmi 115.6 kvadratmetr olduğu, həmin sənədin K.Əhmədov tərəfindən tərtib edildiyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Texniki İnventarlaşdırma Şöbəsinin möhürü ilə təsdiq edildiyi, “Culfa şəhərində yerləşən Geoloji Axtarış və Kəşfiyyat idarəsinin köhnə binasının 2-ci mərtəbəsinin sxematik planı M1:100” adlı sənəddə həmin inzibati binanın ikinci mərtəbəsinin sxematik planının cızıldığı, təsnifatlara bölündükdə 1,4,5, 8 və 10-cu otağın 96.1 kvadratmetr, 2, 3, 6, 7 və 9-cu sanitar qovşağın 15.2 kvadratmetr, 11 dəhlizin 15.5 kvadratmetr, cəmi 126.8 kvadratmetr olduğu, həmin sənədin K.Əhmədov tərəfindən tərtib edildiyi Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Texniki İnventarlaşdırma Şöbəsinin möhürü ilə təsdiq edildiyi, “Torpaq sahələri üçün icarə müqaviləsi” adlı sənəddə müqaviləni nömrəsinin 13 olduğu, 11 yanvar 2023-cü il tarixdə Naxçıvan şəhərində imzalandığı, “İcarə haqqında” Azərbaycan Respublikasıın 30 aprel 1992-ci il tarixli, 114 nömrəli Qanununa, Azərbayca Respublikası Prezidentinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci tarxili, 586 nömrəli Fərmanına, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli, 93 nömrəli Qərarına və bu qərara 5 oktyabr 2016-cı il tarixli, 377 nömrəli Qərarla edilmiş əlavə və dəyişikliklərə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli, 30s nömrəli Sərəncamına uyğun olaraq, bundan sonra “İcarəyəverən” adlandırılacaq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsinin müdiri Şahid1 şəxsində bir tərəfdən, bundan sonra “İcarəçi” adlandırılacaq Təqsirləndirilən şəxs1 (AA*******) şəxsində digər tərəflə öz aralarında icarə müqaviləsinin imzalandığı, “icarəyəverən” Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin 11 yanvar 2023-cü il tarixli, 18 saylı əmri əsasında Culfa şəhərində Geoliji Axtarış və Kəşfiyyat İdarəsinin ərazisində yerləşən, özəlləşdirilmiş dövlət müəssisəsinə aid olan, ümumi sahəsi 4340.0 kvadratmetr olan torpaq sahəsinin 3 (üç) il müddətinə Təqsirləndirilən şəxs1 icarəyə verildiyi, icarə haqqının torpaq vergisinin 2 misli həcmində hesablanmış olduğu, icarəyə verilmiş torpaq sahəsinin təyinatının iaşə xidməti, illik icarə haqqının 694.40 manat, bir aylıq icarə haqqının 57.87 manat olduğu, icarə haqqının yerli büdcəyə köçürüldüyü, icarə müqaviləsinin 11 yanvar 2023-cü il tarixdən -11 yanvar 2025-ci il tarixədək qüvvədə olduğu, yəni etibarlı olduğu, icarə müqaviləsində tərəflərin öhdəlikləri, ödəniş qaydaları, müqaviləyə xitam verilməsi hallarının əks olunduğu, icarəyəverən Şahid1 və icarəçi Təqsirləndirilən şəxs1 tərəfindən imzalandığı, “Təqsirləndirilən şəxs1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə” Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2023-cü il tarixli, 22 nömrəli Sərəncamında Ordubad rayonunun Kotam kənd sakini Təqsirləndirilən şəxs1 ərizə ilə Culfa Rayon İcra Hakimiyyətinə müraciət edərək sahibkarlıq fəaliyyəti göstərməsi məqsədilə mülkiyyətində olan torpaq sahəsində qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilməsini xahiş etdiyi, müraciətlə əlaqədar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli, 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Fərmanının 4.7.1-ci bəndinə və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.11.5-ci yarımbəndinə uyğun olaraq Təqsirləndirilən şəxs1 19 yanvar 2023-cü il tarixli ərizəsi və təqdim etdiyi tikinti layihəsinin nəzərə alındığı, Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında Təqsirləndirilən şəxs1 tərəfindən qeyriyaşayış obyektinin tikintisinə icazə verildiyi, Culfa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin bu sərəncamın icrası ilə bağlı məsələləri həll etməsinin qərara alındığı, həmin sənədin icra hakimiyyətinin başçısı Şahid24 və şöbə müdiri A.Hacıyev tərəfindən imzalandığı, Azərbaycan Respublikası Naxçıvan MR Culfa Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətədaşların müraciətləri ilə iş şöbəsinin möhürü ilə təsdiq edildiyi, “əsli ilə düzdür” möhürünün vurulduğu, Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyəti tərəfindən 01 fevral 2023-cü il tarixdə, 01 nömrəli “Tikintiyə icazə barədə Xüsusi Nişan”ın verildiyi, həmin xüsusi nişanda tikintiyə icazənin tarixinin 01 fevral 2023-cü il, nömrəsinin 22, tikinti layihəsinin adının restoran, kafe və motel binası, tikinti ərazisinin 4187.1 kvadratmetr, tikinti sahəsinin 1873 kvadratmetr, sifarişçinin Təqsirləndirilən şəxs1, telefon nömrəsinin +994 50 556-77-77, layihəçinin memar Şahid3, telefon nömrəsinin +994 60 459-09-00, tikintiyə icazə verən orqanın Culfa Rayon İcra Hakimiyyəti, yerləşdiyi ünvanın ünvan 38-04-00) olduğu, tikintiyə icazə barədə bu xüsusi nişanın Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.11-ci maddəsinə uyğun olaraq verildiyi, Memarlıq və tikinti şöbəsinin müdiri Şahid2 tərəfindən imzalandığı, Azərbaycan Respublikası Naxçıvan MR Culfa Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiqləndiyi, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” adlı sənəddə hüququ rəsmiləşdirilən şəxsin Təqsirləndirilən şəxs1, daşınmaz əmlakın növünün qeyri-yaşayış binası, daşınmaz əmlakın ünvanının (olduğu yerin) Culfa şəhəri, 1-ci məhəllə 11/11 daşınmaz əmlakın mülkiyyət növünün xüsusi, daşınmaz əmlakın üzərində hüququn növünün mülkiyyət daşınmaz əmlakın ümumi sahəsinin (kvadratmetrlə) 242.4, torpaq sahəsinin mülkiyyət növünün dövlət, torpaq sahəsi üzərində hüququn növünün icarə, torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, torpaq sahəsinin ölçüsünün (hektarla) 0.434, daşınmaz əmlakın reyestr nömrəsinin **********89-06301, hüquq sahibinin Təqsirləndirilən şəxs1, payının tam, qeydiyyat nömrəsinin **********, qeydiyyat tarixinin xx.xx.2023-cü il olduğu, daşınmaz əmlakın dövlət reyestrində 4/1 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində qeydiyyata alındığı, “Müqavilə № 07” adlı sənəddə həmin müqavilənin xx.xx.2023-cü il tarixdə, Culfa şəhərində, Qapıcıq Sosial Xidmət X36 Məmmədov ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi X41 arasında Culfa şəhəri, 1-ci məhəllə 11/11 ünvanında inşa ediləcək xidmət və otel kompleksinin yerləşdiyi sahədə dərinliyi 7pm. olan 1 ədəd mühəndis-geoloji tədqiqat quyusunun qazılması məqsədilə bağlandığı, sifarişin dəyərinin 787.85 AZN təşkil etdiyi, həmin sənəddə müqavilənin məzmunu, sifarişin dəyəri və ödəniş şərtləri və digər şərtlərin əks olunduğu, tərəflərin imzaları ilə təsdiqləndiyi, “Culfa şəhərində Qapıcıq sosial xidmət mərkəzi binasının tikintisi sahəsində aparılmış mühəndis-geoloji işlərin nəticələri haqqında Hesabat” adlı sənədin Layihə, ekspertiza və geologiya işlərinin əlaqələndirilməsi sektorunun müdiri S.Qocayev, Layihə, ekspertiza və geologiya işlərinin əlaqələndirilməsi sektorunun baş məsləhətçisi A.Əhmədova tərəfindən imzalandığı, həmin sənəddə mühəndis-geoloji tədqiqat işlərinin aparıldığı, sahənin geoloji-litoloji qurluşunun, sahənin qısa fiziki-coğrafi və geomorfoloji təsvirinin, sahənin mühəndis-geoloji xüsusiyyətlərinin, qruntun fiziki-mexaniki xassələrinin, hidrogeoloji şərait və seysmikliyin qeyd olunduğu, nəticə və tövsiyə hissəsində üst torpaq qatının ərazidən kənarlaşdırılması, özülaltı qruntun kipləşdirilməsi, izolyasiya sisteminin qurulması və özülaltı qruntular üzərinə çaqıl-çınqıl qruntunun əlavə edilməsinin, tikinti işləri aparılarkən relyef (yamac) kəsilərsə, ekzogengeoloji proseslərin qarşını almaq üçün bərkitmə işlərinin aparılmasının tövsiyə olunduğu, Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin rəisi Ə.Vəliyev tərəfindən 27 aprel 2023-cü il tarixdə imzalandığı və təsdiqləndiyi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətindən verilən “Arayış” adlı sənəddə Culfa rayon, 1-ci məhəllə 11/11-də yerləşən, Təqsirləndirilən şəxs1 məxsus olan qeyri-yaşayış obyektinin sahəsinin hüdudları daxilindən qaz xətlərinin keçmədiyi, obyektdən 15 metr aralı 50 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin keçdiyi, həmin arayışın xx.xx.2023-cü il tarixli, 1048 nömrə ilə verildiyi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin Texniki İstismar və Təhlükəsizlik Texnikası şöbəsinin mühəndisi N.F.İbrahimov tərəfindən imzalandığı və möhürlə təsdiqləndiyi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Fövqəlada Hallar Nazirliyi Dövlət Yağın Nəzarəti İdarəsinin rəyində tikintisi nəzərdə tutulmuş sahədə obyektin sahibinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən Culfa şəhəri, 1-ci məhəllə, döngə 11 ünvanında layihələndirilməsi üçün ayrılması nəzərdə tutulan 0.434 (sıfır tam mində dörd yüz otuz dörd) ha torpaq sahəsi qüvvədə olan qanunvericilik və normativ aktların, o cümlədən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin, 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Az DTN-nın, 2.08.01.89 “Yaşayış binaları” TN və Q, 2.02.01.97 “Bina və qurğuların yanğın təhlükəsizliyi DTN-nın “Elektrik qurğularının quraşdırılması Qaydalarının (YTQ 05 86) tələblərinə və s. yəni; ayrılmış torpaq sahəsindən artıq sahə mənimsənilməməli və öz təyinatın görə istifadə olunmalı; restoran binasını layihələndirmə dövründə layihənin baş planının rayon icra hakimiyyəti ilə razılaşdırılması, mövcud bina və qurğularla yanğına qarşı ara məsafələrin gözlənilməsi şərti ilə razılaşdırıldığı, rəyin qüvvədə qalma müddətinin 2 (iki) il olduğu, rəis, d/x polkovniki Şahid6 tərəfindən imzalandığı, Naxçıvan MR Gigiyena və Epidemiologiya Mərkəzindən alınmış “Gigiyenik rəy” adlı sənəddə Culfa şəhəri, 1-ci məhəllə 11/11 ünvanında yerləşən, Təqsirləndirilən şəxs1 məxsus 0.434 hektar torpaq sahəsinə baxış keçirildiyi, torpaq sahəsində tikiləcək restoran və otel obyektinin memarlıq layihəsinin obyektin tikilməsi üçün sanitar- gigeynik tələblərə cavab verdiyi, həmin rəyin 21 avqust 2023-cü il tarixdə, 151 nömrə ilə verildiyi, Naxçıvan MR Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Z.Cəfərov tərəfindən imzalandığı və möhürlə təsdiq edildiyi müəyyən olundu. Bundan əlavə təqdim edilmiş, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus digər sənədlərə baxış keçirilən zaman “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Təsisçisinin Qərarı” adlı sənəddə qərarın 12 aprel 2006-cı il tarixdə, Ordubad rayonunda verildiyi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müxtəlif növ məhsulların istehsalı və realizə edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, cəmiyyətin fəaliyyətindən gəlirin əldə edilməsi və cəmiyyətin fəaliyyətindən əldə edilən gəlir hesabına cəmiyyətin işçilərinin və təsisçilərinin iqtisadi maraqlarının təmin edilməsi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edildiyi, cəmiyyətin nizamnaməsinin təsdiq edildiyi, cəmiyyətin nizamnamə kapitalının 10 AZN müəyyən edildiyi, cəmiyyətin təsisçisinin cəmiyyətin direktoru vəzifəsinə təyin edildiyi, cəmiyiyyətin hüquqi ünvanının ünvan 40iyyətinin təsisçisinin X28 olduğu, qərarın onun tərəfindən imzalandığı və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin möhürü ilə möhürləndiyi “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi” adlı sənəddə ümumi müddəaların, cəmiyyətin hüquqi statusunun, cəmiyyətin təsisçilərinin, cəmiyyətin hüquqlarının, cəmiyyətin öhdəliklərinin, cəmiyətin nizamnamə kapitalının, cəmiyətin ehtiyat və digər fondlarının cəmiyyətin məqsəd və əsas fəaliyyət növlərinin, cəmiyyətin idarə olunmasının cəmiyyətin əmlakının yaranması və mənfəətin bölüşdürülməsinin, cəmiyyətin maliyyə ilinin, hesabatın, sığortalanmanın, vergilərin, əmək münasibətlərinin, sosial sığorta və təminatın, cəmiyyətin yenidən təşkili və ləğv olunmasının və digər şərtlərin öz əksini tapdığı, “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 19 aprel 2006-cı il tarixdə, 1206-04-182 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinə edilmiş Dəyişiklik” adlı sənəddə cəmiyyətin nizamnaməsinin 3.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən cəmiyyətin təsisçilərinin pay bölgüsünün müəyyən edildiyi, “Müəssisədəki payın alqı-satqı müqaviləsi” adlı sənəddə X10 Naxçıvan MR Vergilər Nazirliyi tərəfindən verilmə tarixi xx.xx.2020, qeydiyyat nömrəsi **********503300 olan Dövlət Reyestrindən Çıxarışa əsasən hüquqi ünvanı AZ6900, ünvan 41n "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində adına olan 100% payın 20%-ni 2.00 manata Təqsirləndirilən şəxs1, 40 %-ni4.00 manata X7, 40 %-ni 4.00 manata X1, həmin müqavilənin reyestrdə 3M-10 № ilə qeyd edildiyi, informasiya sisteminə daxil edildiyi, 161.00 manat haqq tutulduğu, “Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Şəhadətnamə” adlı sənəddə hüquqi şəxsin adının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət olduğu, 19 aprel 2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı, Naxçıvan Muxtar Respublikasının Ədliyyə naziri S.A.Əliyev tərəfindən imzalandığı, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamə” adlı sənəddə VÖEN nömrəsinin ********** vergi ödəyicisinin adının "xxxx" MMC, vergi ödəyicisinin ünvanının AZ6900, ünvan 42ənin xx.xx.2006-cı il tarixdə, Ordubad rayon Vergilər Şöbəsinin rəisi Məhəmməd İbadov tərəfindən verildiyi, imzalandığı və möhürləndiyi müəyyən edildi. - 22 avqust 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, baxış zamanı xx.xx.2022-ci il tarixdə Ordubad şəhərində qəbul edilən, “X30 Cəmiyyətin “021 nömrəli Əmr” adlı sənədində Şahid25 12 oktyabr 2022-ci il tarixdən "xxxx" MMC-nin baş mühasibi vəzifəsinə təyin edildiyi, əsas kimi "xxxx" MMC-nin direktorunun 12 oktyabr 2022-ci il tarixli qərarının olduğu, "xxxx" MMC-nin direktoru Məmmədova V.N tərəfindən imzalandığı, "xxxx" MMC-nin möhürü ilə möhürləndiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin “Təsisçisinin qərarı” adlı sənədin üst-yuxarı tərəfində həmin cəmiyyətin elektron poçt ünvanının “mailto:qapıcıq.2006mmc@gmail.comElektron ünvan ”, telefon nömrəsinin +994 36 547-14-88, yerləşdiyi ünvanın Ordubad şəhəri, Heydər Əliyev prospekti 60 olduğu, 12 oktyabr 2022-ci il tarixdə Ordubad şəhərində çıxarılan qərarda "xxxx" MMC "xxxx" MMC, “X54” MMC və "xxxx" MMC-də ümumi işlərə nəzarət (hesabat, sənədləşmə, bank əməliyyatları və s. işlər) üzrə bütün səlahiyyətlərin işlər müdiri vəzifəsinə təyin edilmiş Şahid25 həvalə olunduğu, Təqsirləndirilən şəxs1 tərəfindən imzalandığı, VÖEN nömrəsi **********, Ordubad şəhəri, Heydər Əliyev prospekti 60 və Təqsirləndirilən şəxs1 adı yazılmış möhür ilə möhürləndiyi, aşağı hissədə ərizə vərəq sayının 1 vərəq olduğu, “Elektron notariat” X2 Çıxarış” adlı sənədin birinci səhifəsində notariat hərəkətinin növünün etibarnamələrin təsdiq edilməsi, notariat ofisinin Ordubad Rayon Dövlət Notariat ofisi, notariusun X29, reyestr nömrəsinin 889, qeydiyyat tarixinin xx.xx.2022, sistemə daxil edilmə vaxtının xx.xx.2022, saat 16:34, rüsumun 15.00 manat, xidmət haqqının 2.25 manat olduğu, statusun xx.xx.2022, saat 16:27:42-də təsdiq edildiyi, tərtib və təsdiq edənin X29, etibar edənin (mülkiyyətçinin) Təqsirləndirilən şəxs1 (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Şəhriyar qəsəbə Ə/D, Kotam kəndi, ŞV:AA*******, xx.xx.2020, Ordubad RPŞ QVŞV Qrupu, FİN :xxxxxxx, d/t: xx.xx.1970), etibar edilənin Şahid25 (Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Ordubad şəhəri, Sərşəhər küçəsi, mənzil 6, ŞV:AA057244, xx.xx.20109, Ordubad RPŞ QVŞV Qrupu FİN:xxxxxxx, d/t:xx.xx.1983) olduğu, etibarlılıq müddətinin xx.xx.2025, blankın nömrəsinin AR-İİ 831613 olduğu, səlahiyyətlərin digər şəxsə verilə bildiyi, dublikatın etibar edilən şəxsə verilə bildiyi, etibarnamənin predmetinin bu şəxsə məxsus bütün əmlak və hüquqlar olduğu, etibarnamənin məzmununun öz əksini tapdığı, ikinci səhifəsində Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə , saat 16:25:12-də çəkilmiş fotoşəklinin olduğu, Şahid25 şəklinin çəkilmədiyi, həmin çıxarışın çap tarixinin xx.xx.2023cü il, saat 11:39 olduğu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Ordubad Rayon Dövlət Notariat ofisi, X29 tərəfindən çap edildiyi, Ordubad Rayon Dövlət Notariat ofisinin xüsusi notariusu X11 elektron informasiya sistemləri və ehtiyatları vasitəsilə xx.xx.2023-cü il tarixdə, saat 14:45-də “Elektron notariat” informasiya sistemindən əldə edilmiş məlumat və ya sənədlərin surətinin düzgünlüyünü təsdiq etdiyi, reyestrdə 1S-1824 nömrə ilə qeyd edildiyi, informasiya sisteminə daxil edildiyi, 3.00 manat haqq tutulduğu, notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs tərəfindən imzalandığı, QR kodu yazıldığı, Ordubad Rayon Dövlət Notariat ofisinin möhürü ilə möhürləndiyi, “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” adlı sənəddə bildirişin xxxxxxx000100 nömrəli olduğu, xx.xx.2023-cü il tarixdə sistemə daxil edildiyi, hüquqi şəxs olan işəgötürən barədə məlumatlarda tam adının X30 Cəmiyyət VÖEN nömrəsinin **********, hüquqi ünvanın Ordubad, faktiki ünvanın Ordubad rayonu olduğu, əlaqə telefonlarının yazılmadığı, işə götürənin səlahiyyətlərinin yerinə yetirən şəxs barədə məlumatlarda soyadı Məmmədova, adın Vüsalə, atasının adının Nəriman olduğu, vəzifəsinin göstərilmədiyi, şəxsiyyətini təsdiq edən sənədin adının şəxsiyyət vəsiqəsi, seriya və nömrəsinin AA2027811, FİN:0ZZS9DZ, sənədi verən orqanın Asan 2, verildiyi tarixin xx.xx.2020-ci il olduğu, işçi barədə məlumatlarda soyadın Məmmədov, adın Fərahim, ata adının Kazım, cinsinin kişi, vətəndaşlığının Azərbaycan, şəxsiyyətini təsdiq edən sənədin adının şəxsiyyət vəsiqəsi, seriya və nömrəsinin AA*******, sənədi verən orqanın Ordubad RPŞ QVŞV, verildiyi tarixin xx.xx.2019-cu il, FİN:xxxxxxx, SSN:**********830, doğum tarixinin xx.xx.1983-cü il olduğu, əlaqə telefonlarının göstərilmədiyi, qeydiyyatda olduğu ünvanın Naxçıvan Muxtar Respublikası, ünvan 46 ünvanın Ordubad şəhəri olduğu, iş yeri barədə məlumatlarda iş yerinin adının "xxxx" MMC, iş yerinin əsas iş yeri olduğu, işçinin vəzifəsinin (peşəsinin) adının məşğulluq təsnifatı üzrə mühasib, əmək müqaviləsi üzrə mühasib olduğu, digər məlumatlarda işə başlama və əmək müqaviləsinin bağlandığı tarixin xx.xx.2023-cü il, əmək müqaviləsinin növünün müddətsiz, əməyin ödənilməsinin formasının vaxtamuzd, işçinin aylıq əməkhaqqının məbləğinin manatla 345.00 manat olduğu, bildirişin çap edildiyi an statusunun qüvvədə olduğu imzalanma tarixinin xx.xx.2023-cü il, çap tarixinin xx.xx.2023cü il, saat 18:04:19 olduğu sistemə daxil edən və imzalayan şəxsin X12 olduğu, xx.xx.2023-cü il tarixdə Ordubad şəhərində qəbul edilən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin “064 nömrəli Əmr” adlı sənədində Təqsirləndirilən şəxs2 01 avqust 2023-cü il tarixdən "xxxx" MMC-nin tikinti işləri üzrə nəzarətçi vəzifəsinə təyin edildiyi, əsas kimi "xxxx" MMC-nin direktorunun 01 avqust 2023-cü il tarixli qərarının olduğu, "xxxx" MMC-nin direktoru Məmmədov N.Ə tərəfindən imzalandığı, "xxxx" MMC-nin möhürü ilə möhürləndiyi, “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi” adlı sənəddə bildirişin xxxxxxx000100 nömrəli olduğu, xx.xx.2023-cü il tarixdə sistemə daxil edildiyi, hüquqi şəxs olan işəgötürən barədə məlumatlarda işəgötürənin tam adının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət, VÖEN nömrəsinin **********, hüquqi ünvanın Ordubad, faktiki ünvanın Ordubad rayonu olduğu, əlaqə telefonlarının yazılmadığı, işəgötürənin səlahiyyətlərini yerinə yetirən şəxs barədə məlumatlarda soyadın Məmmədov, adın Nahid, atasının adının Əli olduğu, işçi barədə məlumatlarda soyadın Ağayev, adın Daşqın, ata adının Aydın, cinsinin kişi, vətəndaşlığının Azərbaycan, şəxsiyyətini təsdiq edən sənədin adının şəxsiyyət vəsiqəsi, seriya və nömrəsinin AA*******, sənədi verən orqanın Ordubad RPŞ QVŞV, verildiyi tarixin xx.xx.2021-ci il, FİN: 12VETJET, SSN:**********731, doğum tarixinin xx.xx.1986-cı il olduğu, əlaqə telefonlarının göstərilmədiyi, qeydiyyatda olduğu ünvanın Naxçıvan Muxtar Respublikası, ünvan 50 ünvanın Ordubad şəhəri olduğu, iş yeri barədə məlumatlarda iş yerinin adının "xxxx" MMC, iş yerinin əsas iş yeri olduğu, işçinin vəzifəsinin (peşəsinin) adının məşğulluq təsnifatı üzrə briqada nəzarətçisi, əmək müqaviləsi üzrə tikinti işləri üzrə nəzarətçi olduğu digər məlumatlarda işə başlama və əmək müqaviləsinin bağlandığı tarixin xx.xx.2023-cü il, əmək müqaviləsinin növünün müddətsiz, əməyin ödənilməsinin formasının vaxtamuzd, işçinin aylıq əməkhaqqının məbləğinin manatla 345.00 manat olduğu, bildirişin çap edildiyi an statusunun qüvvədə olduğu, bildirişin imzalanma tarixinin xx.xx.2023-cü il, çap tarixinin xx.xx.2023-cü il, saat 11:16:57 olduğu, sistemə daxil edən və imzalayan şəxsin X43 olduğu müəyyən edildi. - 02 sentyabr 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən məlum olur ki, baxış keçirilən hadisə yeri vət. Təqsirləndirilən şəxs1 məxsus olan, Culfa rayonu, 1-ci məhəllə, döngə11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektinin yerləşdiyi, icarədə olan torpaq sahəsində tikinti-quraşdırma işləri aparılmış ərazidir. Həmin ərazi mülkiyyətçinin mülkiyyətində olan qeyri-yaşayış obyektinin ön tərəfində olan sahədir. Baxış zamanı müəyyən edildi ki, həmin sahədə obyektin ön tərəfində 10 metr aralı məsafədə 6 otaqdan ibarət, eyni xətt üzrə tikili vardır. Həmin tikili hazırda kafe olaraq fəaliyyət göstərir. Tikilinin 1 otağı mətbəx, digər 5 otağı isə kabinet kimi istifadə edilir. Həmin tikilinin sağ tərəfində köndələn istiqamətdə olmaqla ona birləşik vəziyyətdə sanitar qovşaq və əlavə bir otaq inşa edilmişdir və istifadədədir. Tikilinin ön divarı tamamilə plastin qapı və pəncərələrlə konstruksiya olunmuşdur. Obyektin ön tərəfində olan həmin tikilinin uzunluğu 22 metr, eni 3,8 metrdir. Köndələn inşa edilmiş hissənin ölçüləri isə uzunluğu 8,8 metr, eni 3,8 metrdir. Həmin tikilinin arxa tərəfindən baxıldıqda hər otağın arxaya tərəf baxan 1 ədəd, 3 gözlü pəncərəsi olduğu və mərkəzi hissəsindən arxa tərəfinə keçid üçün qapı olduğu müəyyən edildi. Baxış zamanı qeyd edilən qapıda arxa tərəfə daxil olan zaman müəyyən edildi ki, yuxarıda qeyd edilən tikilinin arxa tərəfində 46x20,5 metr olmaqla 943 kv.metr ərazidə inşaat işləri aparılır. Belə ki, həmin ölçüdə ərazinin ətrafı beton hörgü daşı və mişar daşı ilə hörülərək hasarla əhatəyə alınmışdır. Hasarın hündürlüyü sağ və arxa tərəfdə 4,8 metr, sol tərəfdə isə 2 metr olmaqla divarboyu 7 pəncərə və 1 qapı qoyulmuşdur. Qeyd olunan hasara alınmış ərazinin mərkəzində 42X12 metr ölçülü sahədə çardaq quraşdırılmışdır. Çardağanı damı taxta konstruksiya üzərinə bərkidilmiş metal lövhələrlə örtülmüşdür. Qeyd olunan çardaq sol və sağ tərəfdən hər bir tərəfdə 11 ədəd, ön və arxa tərəfdə isə əlavə 2 ədəd 155 mm ölçülü boruların üzərində qurlaşdırılmışdır. Boruların yerdən hündürlüyü 3,9 metrdir. Baxış zamanı "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən, Şahid25 bildirdi ki, qeyd olunan inşaat işləri aparılan ərazi Təqsirləndirilən şəxs1 mülkiyyətində olmasa da İqtisadiyyat Nazirliyi tərəfindən həmin ərazi ona icarə müqaviləsi əsasında verilmiş və həmin ərazidə tikinti və quraşdırma işləri aparılması üçün razılıq verilmişdir. Baxış zamanı həmçinin inşası aparılan çardağın altında çoxlu sayda taxta materialların, ətraf ərazidə isə metal barmaqlıların və konstruksiyaların olduğu müəyyən edildi. Baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal aşkar edilmədi. - 02 sentyabr 2023-cü il tarixli baxış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən məlum olur ki, baxış keçirilən qeyri-yaşayış obyekti Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşir. Baxış iştirakçısı Şahid2 bildirdi ki, həmin qeyri-yaşayış obyekti keçmiş “Əlicə” kinoteatrının binası olmuş, sonradan Ordubad rayonunun Kotam kənd sakini Təqsirləndirilən şəxs1 tərəfindən özəlləşdirilərək xüsusi mülkiyyətinə daxil edilmişdir. Baxış iştirakçısı Şahid25 bildirdi ki, baxış keçirilən, keçmiş “Əlincə” kinoteatrı hazırki mülkiyyətçisi Təqsirləndirilən şəxs1 tərəfindən əlavə tikinti və quraşdırma işləri aparılmaqla gələcəkdə ticarət mərkəzi və sair sosial xidmət mərkəzi kimi fəaliyyət göstərməsi planlaşdırılmışdır. Baxış keçirilən tikili Culfa şəhərində, Elşad Nağıyev küçəsindən H.Cavid küçəsinə ayrılan avtomobil yolunun sağ tərəfində yerləşməklə, tikilinin sağ tərəfi H.Cavid küçəsi, ön tərəfi Elşad Nağıyev küçəsidir. Həmin tikili sol arxa tərəfdən ünvan 53 ünvanında yerləşən, Şahid4 yaşadığı evinin həyətinin divarı ilə həmsərhəddir.Tikilinin ön tərəfdən eni 48,9 metr, üz-üzə dayandıqda sol tərəfdə uzunluğu 36,8 metr, sağ tərəfdə olan divar isə 29 metr olmaqla, 29 metrdən sonra binanın sağ tərəfindən sol tərəf istiqamətdə 13 metr, həmin yerdən isə arxa tərəfə doğru 7 metr uzunluğundadır. Bina iki mərtəbəli olmqla ön tərəfdən birinci və ikinci mərtəbə mavi və şəffaf rəngli şüşə şəbəkə quraşdırılmaqla inşa olunmuşdur. Binanın ön sağ və sol künclərinə metal və mavi rəngli şüşədən piramida formasında konstruksiya olunmuşdur. Binanın əsas girişi ön tərəfdən olmaqla, sol və sağ divarların binanın arxa hissəsi tərəfdən də qapıları vardır. Sol tərəfdə olan qapı ağ rəngli plastik materialdan olmaqla çox hissəsi şüşəlidir. Sağ tərəfdə olan qapı isə ağ rəngli plastik materialdan olmaqla ağ rəngli lövhələrlə örtülmüşdür, şüsəsi yoxdur. Bundan başqa binanın üz-üzə dayandıqda sol divarında yaxın məsafədə iki ədəd ağ rəngli plastik materialdan olan qapısı vardır. Binanın sol və sağ divarları mərkəzi hissələri daşla hörülmüş və üzəri suvanmış haldadır. Sol tərəfdə üst-üstə üç sıra olmaqla birinci sırada 4, ikinci sırada 6 və üçüncü sırada 6 ədəd pəncərələri, sağ tərəfdə isə birinci mərtəbənin yuxarı hissəsində 3 ədəd pəncərə vardır, ikinci mərtəbənin isə sağ bayır divarı tamamilə şüşə və metal lövhələrlə konstruksiya olunmuşdur. Qeyd olunan şüşələr və metal lövhələr mavi rəngdədirlər. Binanın əsas qapısından içəriyə daxil olduqda binanın birinci və ikinci mərtəbəsində tikinti və quraşdırma işlərinin davam etdirildiyi müəyyən edildi. Binanın tam mərkəzində hündürlüyü 8,8 metr olan, 23.4x17.5 metr ölçüdə boş ərazi vardır. Həmin ərazinin üzəri beton piltələrlə örtülmüşdür. Baxış iştirakçısı Şahid25 bildirdi ki, həmin hissənin “Əlincə” kinoteatrı fəaliyyət göstərən klub hissəsi olmuşdur. Binanın mərkəzi hissəsindən kənar tərəfləri birinci mərtəbədə döşəmədən tavanadək olan hündürlük 4,5 metr, ikinci mərtəbədə isə 4,74 metrdir. Binanın birinci və ikinci mərtəbəsi arasında olan hissə, yəni birinci mərtəbənin tavanı betondur, binanın ikinci mərtəbəsi isə metal konstruksiya üzərinə vurulmuş metal lövhələrdən ibarətdir. Binanın içərisi təmirsizdir, tikinti işləri aparılır. Baxış zamanı "xxxx" MMC-də baş mühasib vəzifəsində işləyən, Şahid25 bildirdi ki, qeyd olunan inşaat aparılan ərazi Təqsirləndirilən şəxs1 mülkiyyətində olmasa da, İqtisadiyyat Nazirliyi tərəfindən həmin ərazi ona icarə müqaviləsi əsasında verilmiş və həmin ərazidə tikinti və quraşdırma işləri aparılması üçün razılıq verilmişdir. Baxış zamanı yuxarıda qeyd edilənlərdən başqa iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal aşkar edilmədi. - 26 oktyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən məlum olur ki, baxış keçirilən laqonda əsas əlcək hissəsi göy, digər əlcəyi qara rəngli kauçuk materialdan olmaqla dairəvi dişli (taxta kəsmək üçün olan) kəsici mişarının bağlandığı hissə metaldandır. Mişar olan hissənin metaldan olmaqla yarımdairəvi formada qoruyucu hissəsi vardır. Laqonda, həmçinin laqondaya bağlanmış mişar hissəsi işlənmiş vəziyyətdədir. Laqonda elektriklə işləməklə üzərində 5 metr uzunluqda izolyasiyalı qara rəngli naqil vardır. Naqilin bir ucu laqondaya, digər ucu ştepselə bağlanmışdır. Həmin ştepsel rozetkaya sancılaraq laqondaya elektrik verildikdə, laqondanı işə salmaq üçün olan düyməsi basılan zaman laqondanın işlək vəziyyətdə olması müəyyən edildi. Baxış iştirakçısı Zərərçəkmiş şəxs2 həmin cinayət işi üzrə istintaqa verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 məxsus olan, Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında aparılan tikintidə işləyən zaman əlinin kərkinin dəyməsi nəticəsində baş verdiyini yalan göstərdiyini, əsl həqiqətdə həmin vaxt əlinin taxta kəsən laqondanın toxunması üzündən kəsilərək qanamasının baş verdiyini bildirdi. Baxış keçirilən laqondanın ümumi uzunluğu 51 sm, kəsici mişarın dioqonalı 22 smdir. Mişarın uc hissələrində və qoruyucu hissənin iç tərəfində taxta kəsintisinin izləri müşahidə olunur. Mişar laqondanın üzərinə özünəməxsus dairəvi formada olan içərisi yivli metal detalla bərkidilmişdir. Baxış keçirilən laqondanın hansı marka və modelə aid olması həmin yazıların olan hissəsinin silinməsi səbəbindən oxunmur. - 01 noyabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən məlum olur ki, axtarış nəticəsində Çobanoğlu, Qapıcıq, Zərəni MMC-nin möhürü və ştampları, müxtəlif mühasibatlıq və bank sənədləri, qəbizləri və qeydiyyat aparılan dəftərlər, o cümlədən 3 ədəd HP markalı sistem blok, noutbuk, flash yaddaş kartları, bank çekləri kitabçaları, 2 ədəd Samsung telelefon aşkar olunmuşdur. Axtarış zamanı 3 ədəd HP markalı sistem blok, 7 ədəd yaddaş kartlar, 2 ədəd Samsung Duos mobil telefonlar, 14 ədəd göy papqalarda mühasibatlıq sənədlər, 28 ədəd şəffaf qovluqda müxtəlif qaimə, cədvəllər, müxtəlif qeydlər aparılmış dəftərlər götürülmüşdür. Möhür və ştamplar Təqsirləndirilən şəxs1 qaytarılmışdır. - 01 noyabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən məlum olur ki, axtarış nəticəsində aşkar olunan 2 ədəd göy rəngli qovluqda ərizələr, Gülüm Kardeşlər şirkətinə və Çobanoğlu MMC-yə dair sənədlər, ödəniş cədvəlləri və əmək müqaviləsi bildirişləri, 3 ədəd ödəniş tapşırıqları (şəffaf qovluqlarda), 1 ədəd əmrlər kitabı götürülmüşdür. - 01 noyabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən məlum olur ki, axtarış nəticəsində aşkar olunan “Combağ” markalı noutbuk, "xxxx" MMC-yə məxsus ştamp nümunəsi götürülmüşdür. Ştamp və Nəzarət kitabçası Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. - 01 noyabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən məlum olur ki, evdə dövriyyəsi qanunvericiliklə qadağan olunan hər hansı bir əşya yoxdur. - 01 noyabr 2023-cü il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə olunmuş fotocədvəllərdən məlum olur ki, axtarış nəticəsində aşkar olunan 3 ədəd 2021-ci ilə dair fevral, mart, aprel aylarına dair dəftərlər, 2023-cü ilə dair dəftərlərcəmi 5 ədəd götürülmüşdür. - 04 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə olunmuş sxemlərdən məlum olur ki, baxış keçirilən sənədlər 8 vərəqi “Culfa Mall ticarət mərkəzinə çəkilən xərclər” yazılmış 1vərəqi isə “Qapıcıq-Culfa restoranı, şadlıq evi və otelə çəkilən xərclər” yazılmış sənədlərdir. Həmin sənədlər printerlə A4 formatlı kağıza çap edilmişdir. Baxış keçirilən, başlığında “Culfa Mall ticarət mərkəzinə çəkilən xərclər” yazılmış 8 vərəqdə 25 mart 2021-ci il tarixdən 13 fevral 2023-cü ilədək görülən işlərin, göstərilən xidmətlərin, alınmış inşaat materiallarının və sair çəkilmiş xərclərin tarix, məbləğ, təsnifat və açıqlaması qeyd edilmiş və ümumilikdə yekun olaraq 947400 manat xərclərin olduğu qeyd edilmişdir. Baxış keçirilən başlığında “Qapıcıq-Culfa restoranı, şadlıq evi və otelə çəkilən xərclər” yazılmış 1 vərəqdə 31 may 2021-ci il tarixdə 02 fevral 2023-cü ilədək görülən işlərin, göstərilən xidmətlərin, alınmış inşaat materiallarının və sair çəkilmiş xərclərin tarix, məbləğ, təsnifat və açıqlaması qeyd edilmiş və ümümilikdə yekun olaraq 242000 manat xərclərin olduğu qeyd edilmişdir. Culfa Mall Ticarət Mərkəzi kimi qeyd edilmiş və Qapıcıq-Culfa restoranı, şadlıq evi və otel kimi qeyd edilmiş obyektlərə dair müvafiq olaraq 25 mart 2021-ci ildən 13 fevral 2023cü il və 31 may 2021-ci ildən 02 fevral 2023-cü ilədək çəkilən xərclər göstərilmiş ümumilikdə 8 vərəqdən ibarət qeydlər iş üçün əhəmiyyət kəsb etdiyindən protokola əlavə edilmişdir. - 11 aprel 2025-ci il tarixli hadisə yerinə və binaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, baxış keçirilən qeyri-yaşayış obyekt Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşir. Tikili Culfa şəhərində, Elşad Nağıyev küçəsindən H.Cavid küçəsinə ayrılan avtomobil yolunun sağ tərəfində yerləşməklə, tikilinin sağ tərəfi H. Cavid küçəsi, ön tərəfi Elşad Nağıyev küçəsidir. Həmin tikilinin sol arxa tərədən ünvan 55 ünvanında yerləşən Şahid4 yaşadığı evin həyət divarı ilə həmsərhəddir. Bina iki mərtəbəli olmaqla ön tərəfdən birinci və ikinci mərtəbə mavi və şəffaf rəngli şüşədən piramida formasında konstruksiya olunmuşdur. Binanın əsas girişi ön tərəfdəndir. Binanın sol və sağ divarları mərkəzi hissələri daşla hörülmüş və üzəri suvanmış haldadır. Binanın əsas qapısından içəri daxil olduqda binanın birinci və ikinci mərtəbəsində tikinti və quraşdırma işlərinin dayandırıldığı müəyyən edildi. Binanın birinci və ikinci mərtəbəsi arasında olan hissə yəni birinci mərtəbənin tavanı betondur. Binanın içərisi təmirsizdir. - 11 aprel 2025-ci il tarixli hadisə yerinə və binaya baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Baxış keçirilən qeyri-yaşayış obyekt Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşir. Həmin obyekt iki mərtəbəli olmaqla ön tərəfdən tam mərkəzdən ikini mərtəbəyə qalxmaq üçün pilləkən yerləşir. Həmin tikili hazırda kafe olaraq fəaliyyət göstərir. Obyektin ön tərəfində olan tikilinin, arxa tərəfi daşla hörülmüş, sağ, sol və ön tərəf tamamilə platsik qapı və pəncərələrlə konstruksiya olunmuşdur. Baxış zamanı qeyd edilən qapıdan arxa tərəfə daxil olan zaman beton hörgü daşı və mişar daşı ilə hörülərək hasara alınmış sahə müəyyən edildi. Qeyd olunmuş hasara alınmış ərazinin mərkəzində çardaq quraşdırılmışdır. Çardağın damı taxta konstruksiya üzərinə bərkidilmiş metal lövhələrlə örtülmüşdür. Qeyd olunan çardaq sağ və sol tərəflərdən dəmir boruların üzərində quraşdırılmışdır. - 24 oktyabr 2023-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X9 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. - 24 oktyabr 2024-cü il tarixli Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və X9 göndərilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1996ci ildə 220.4.1-ci maddəsi ilə, xx.xx.1996-ci il isə 220.4.2, 120.4.2, 146-cı maddələri ilə məhkum edilmişdir. Naxçıvan Muxtar Respublikası Ordubad şəhər İcra Hakimiyyəti İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ordubad rayon İcra Hakimiyyəti başçısının X38 Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmuşdur. - 10 aprel 2025-ci il tarixli, 3-17-9-5/2-967/2025 nömrəli Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin məktubundan məlum olur ki, Şahid11 (Fin xxxxxxx) xx.xx.2021-ci il tarixində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi ilə (inşaatçı fəhlə), xx.xx.2023-cü il tarixində Culfa Rayon Kommunal Müəssisələr Kombinatı ilə (ocaqçı), xx.xx.2024-cü il tarixində Culfa Rayon Kommunal Müəssisələr Kombinatı ilə; Zərərçəkmiş şəxs2 (Fin xxxxxxx) xx.xx.2022-ci il tarixində X34 ilə ( betonçu-armaturçu), xx.xx.2024-cü il tarixində NMR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin qorunması İdarəsi ilə (bağban); Şahid12 (Fin 2CN8T7) xx.xx.2019-cu il tarixində NMR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi ilə (usta); Şahid23 (Fin 7 HVZCQ4) xx.xx.2020-ci il tarixində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi ilə (fəhlə), xx.xx.2022-ci il tarixində Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Culfa Rayon İdarəsi ilə (fəhlə), NP X31 Cəmiyyəti ilə (operator); Şahid18 (Fin xxxxxxx) xx.xx.2019-cu il tarixində Naxçıvan MR X52 Agentliyi ilə (gözətçi); Şahid9 (Fin xxxxxxx) xx.xx.2024-cü il tarixində Təqsirləndirilən şəxs1 ilə (usta); Şahid7 (Fin xxxxxxx) Culfa Rayon Yol Təmir Tikinti İdarəsi ilə (fəhlə xx.xx.2021, xx.xx.2022, xx.xx.2023, xx.xx.2024); Şahid10 (Fin xxxxxxx) xx.xx.2019-cü il tarixində X32 PHŞ ilə (gözətçi); Təqsirləndirilən şəxs2 (xxxxxxx) xx.xx.2023-cü il tarixində X26 Cəmiyyəti ilə (tikinti işləri üzrə nəzarətçi), xx.xx.2024-cü il tarixində Ordubad Rayon Kommunal Müəssisələr Kombinatı ilə (ocaqçı); X16 (Fin 59BBS0J) xx.xx.2019-cu il tarixində X46 ilə (bazarda nəzarətçi), xx.xx.2020-ci il tarixində Çobanoğlu MMC ilə (sürücü), xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs1 ilə (bazarda nəzarətçi); X8 (OW5B107) xx.xx.2021-ci il tarixində X46 ilə (bazarda nəzarətçi), xx.xx.2023-cü il tarixində Təqsirləndirilən şəxs1 ilə (bazarda nəzarətçi) əmək müqavilələri olmuşdur. Şahid21 (Fin xxxxxxx), Zərərçəkmiş şəxs1 (Fin xxxxxxx), Şahid14 (Fin xxxxxxx), Şahid19 (Fin xxxxxxx) 2021-ci ildən 09 aprel 2025-ci ilə qədər əmək fəaliyyəti ilə bağlı məlumatlar ƏMAS-a daxil edilməmişdir. - 06 aprel 2025-ci il tarixli, MOR-041 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs2 həqiqətən 01 aprel 2025-ci il tarixindən fiziki şəxs Şahid25 məxsus “Melisa-Ordubad” ailəvi restoranında anbardar vəzifəsini tutur. “Melisa-Ordubad” ailəvi restoranında X57 uyğun olaraq əmək haqqı 450 (dörd yüz əlli) manat məbləğində təşkil etmişdir. - Zərərçəkmiş şəxs1 23 avqust 2024-cü ildə məhkəmə təqdim etdiyi ərizədən aydın olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs2 03 sentyabr 2024-cü ildə məhkəmə təqdim etdiyi ərizədən aydın olur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə 25 oktyabr 2023-cü il tarixində dövlət hesabına müdafiəçi ilə təmin olunub, həmin tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 162-1.1 və 188.4.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 25 oktyabr 2023-cü il tarixində barəsində həbs qətimkan tədbiri seçilmişdir. 30 oktyabr 2023cü il tarixində barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. 07 noyabr 2023-cü il tarixli qərarla Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 23 may 2024-cü il tarixli qərarla Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə 30 may 2024-cü il tarixində müdafiəçi ilə təmin olunub, həmin tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nın 222.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilməklə dindirilmiş və 30 may 2024-cü il tarixində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X27 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq, sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxslər və onların seçdiyi müdafiəçinin həmin sübutlara dair etirazları olmuş, ittiham və ittiham tərəfinin əldə edib cinayət işinə əlavə etdiyi sübutları mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə görə təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 35-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materialına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxıldığından hökmdə təqsirləndirilən şəxsin daha ağır cinayətin törədilməsində və yaxud başqa şəxsin də cinayətin törədilməsində təqsirli olduqlarının göstərilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 32-ci bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün məsələlər təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəyi olduqda məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də, məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1, 222.1, 222-1.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 222.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onların əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxslərin ifadələri ilə, şahidlər ifadələri ilə, digər sübutlarla tam sübuta yetirilir. 10 aprel 2025-ci il tarixli, 3-17-9-5/2-967/2025 nömrəli Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətinin məktubundan aydın olur ki, Şahid11, Zərərçəkmiş şəxs2, Şahid12, Şahid23, Şahid18, Şahid9, Şahid7, Şahid10, Təqsirləndirilən şəxs2, X22, Şahid21, Zərərçəkmiş şəxs1, Şahid14, Şahid19 ilə Təqsirləndirilən şəxs1 arasında əmək müqaviləsi bağlanmamış, sadalan işçilər əmək müqaviləsiz işlədilmiş, əmək müqaviləsi hüquqi qüvvəyə minmədiyi üçün Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsin 162-1.1-ci maddəsinin tərkibini yaradır. CM-nin 162-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edən, əmək müqaviləsi rəsmi qeydiyyata alınmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edən qaydalardır. Şərh edilən cinayət obyektiv cəhətdən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsində ifadə olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsi ilə müəyyən edilmiş qaydada işəgötürənlə işçi arasında əmək münasibətləri əmək müqaviləsi (kontraktı) bağlandıqdan sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin şamil edildiyi hallarda əmək münasibətlərinin yeganə hüquqi əsası əmək müqaviləsidir (kontraktıdır). Siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri, əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Digər hallarda əmək münasibətləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2ci və 2-1-ci hissələri). Şərh olunan maddə ilə cinayət məsuliyyəti əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edildiyi hallarda yaranır. Əmək Məcəlləsinin 49-cu maddəsi ilə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinin iki növü müəyyən edilmişdir. 1) siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Bu halda həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınmasına, təsdiq edilməsinə ehtiyac yoxdur. Qeyd olunan hallarda bağlanılmış əmək müqaviləsində müqavilənin qüvvəyə minməsinin başqa qaydası nəzərdə tutulduqda, müqavilə həmin qaydada qüvvəyə minir (məsələn, müqavilə imzalandığı gündə deyil, başqa tarixdə qüvvəyə minə bilər). Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinin bu növü tərəflərin müqaviləni imzaladıqları gündən, yaxud müqavilədə göstərilən müddətdə hüquqi qüvvəyə mindiyinə görə həmin müddətlərdən əvvəl xeyli sayda işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi şərh olunan maddə ilə cinayət məsuliyyəti yaradır. 2) birinci bənddə sadalanan hallarda əmək müqaviləsinin qüvvəyə minməsi halları istisna olmaqla, digər hallarda əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu halda elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. İkinci halda əmək müqaviləsinin qüvvəyə minməsi bir neçə hərəkətin ediməsi ilə müşayiət olunur: birincisi, əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilməlidir; ikincisi, elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin elektron informasiya sistemində qeydiyyata alınmalıdır; üçüncüsü, əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması barədə məlumat elektron qaydada işəgötürənə göndərilməlidir. Əmək müqaviləsi bildirişi, siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanalrında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsi istisna olmaqla, digər hallarda əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə daxil edilən elektron sənəddir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi). Məhz sonuncu hərəkət (əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması barədə məlumatın elektron qaydada işəgötürənə göndərilməsi) edildiyi andan əmək müqaviləsi hüquqi qüvvəyə minir. Bu ana qədər xeyli sayda işçinin hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi şərh olunan maddə ilə cinayət məsuliyyəti yaradır. Əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınması barədə məlumat elektron qaydada işəgötürənə göndərilmədikdə, yaxud göndərilsə də, müəyyən texniki səbəblərdən müqaviləni elektron qeydiyyata alınmasına dair məlumat işəgötürənə çatmadıqda, əmək müqaviləsi hüquqi qüvvəyə minir. Ona görə ki, qanunverici əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini elektron qeydiyyat barədə məlumatın elektron qaydada işəgötürənə göndərilməsindən də asılı edir. Yəni işəgötürən əmək müqaviləsinin elektron qeydiyyata alınmasına dair məlumatla tanış olduqda ona məlum olacaqdır ki, əmək müqaviləsi qüvvəyə minmişdir və bundan sonra işçiləri işə cəlb etməyə haqlıdır. Şərh olunan cinayətin obyektiv cəhətini yaradan hərəkət xeyli sayda işçinin hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Maddənin “Qeyd” nin 1-ci bəndinə görə xeyli sayda işçi dedikdə, on nəfər və 10-dan çox işçi nəzərdə tutulur. Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci bəndinə görə işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Şərh olunan maddədə nəzərdə tutulan mənada işçi dedikdə isə işəgötürənlə əmək müqaviləsi bağlamayan, yaxud hüquqi qüvvəyə minməmiş əmək müqaviləsi bağlayan işçi başa düşülür. On nəfərdən az sayda işçinin hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyət yaradır. Xeyli sayda işçinin hər hansı işin (xidmətin) yerinə yetirilməsinə cəlb edilməsi dedikdə işçidə hər hansı iş görmək (xidmət göstərmək) arzusu yaradılmasına yönələn, onu hər hansı işi görməyə (zor tətbiq etmə, zor tətbiq etməklə hədələmə, şantaj, əmlakı məhv etmə və ya zədələmə, aldatma, köməksiz vəziyyətindən istifadə etmə və s. ilə) həyata keçirilə bilər. Cəlb etmənin inandırma və ya məcbur etmə üsullarının əməlin tövsifi üçün əhəmiyyəti yoxdur. Xeyli sayda işçi öz razılıqları ilə hər hansı işin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxsin hər hansı işi görməsi (xidmət göstərməsi) tələb olunmur. CM-nin 162-1-ci maddəsində hər hansı iş (xidmət) dedikdə, pinəçilikdən, dərzilikdən, repititorluqdan tutmuş, hüquqi xidmət göstərilməsinə qədər istənilən iş və ya xidmət başa düşülməlidir. Şərh olunan maddənin “Qeyd”inin 2-ci bəndinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçini hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün aşağıdakı şərtlərin eyni zamanda mövcudluğu tələb olunur: 1) həmin şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağlamalıdır; 2) dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəməlidir. Maddənin “Qeyd”ində cinayət törətmiş şəxsin işçilərlə əmək müqaviləsini hansı ana qədər bağlamalı olması və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəməsinə dair göstəriş nəzərdə tutulmamışdır. Nəzərə alsaq ki, cinayət məsuliyyətindən azad etmə məhkəmənin hökmü qanuni qüvvəyə minənədək mümkündür, onda bu halda da şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün o, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək işçilərlə əmək müqaviləsini bağlamalı və vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödəməlidir. Şərh olunan maddənin “Qeyd”inə uyğun olaraq cinayət məsuliyyətindən azad etmənin birinci şərti işçilərlə əmək müqaviləsinin bağlanmasıdır. Əmək Məcəlləsinin 7-ci maddəsi əmək müasibətlərinin yaranmasının iki halını nəzərdə tutur: 1) siyahısı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (görülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndi); 2) birinci bənddə göstərilən hallar istisna olmaqla, digər hallarda əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndi). Deməli maddənin “Qeyd”ində əmək müqaviləsinin bağlanması dedikdə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci və 2-1-ci bəndlərinin riayət edilməklə müqavilənin bağlanması nəzərdə tutulur. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq 10 may və 30 mayda ibtidai istintaq zamanı verdiyi öz ifadəsi ilə, şahidlər ifadələri ilə, cinayət işində olan sənədlərlə, digər sübutlarla tam sübuta yetirilir. Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən, Culfa şəhər Mədəniyyət və Turizm Şöbəsinin tikintialtı sahəsi dövlət mülkiyyətində olan 956,3 m2, ümumi torpaq sahəsi 1036,5 m2 olan keçmiş “Əlincə” Kinoteatrının binasının tikintialtı torpaq sahəsini qardaşı X33 adına rəsmiləşdirilməklə faktiki olaraq öz mülkiyyəti kimi əldə etməyə nail olduqdan sonra qanunsuz olaraq torpaq sahəsində ictimai-iaşə obyekti inşa etməklə qanunvericiliyin tələblərini pozaraq 2020-ci ilin noyabr ayından başlayaraq tikintialtı ilə birlikdə mövcud 1036,5 m2 ərazidən kənara çıxıb ümumilikdə 767,5 m2 dövlət mülkiyyətində olan torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına hasarlayıb tutmaqla, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədi, yəni Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən hər hansı bir istifadə və icarə müqaviləsi, eləcə də mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq qanunvericiliyin tələblərinə uyğun tikinti layihəsini əldə etmədən orada 2021-ci ilin əvvəllərindən başlayaraq özbaşına hörgü-dəmir-beton konstruksiyalı tikinti və quraşdırma işləri aparmışdır. Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin balansında, tikintialtı sahəsi 152,9 m2 olan binaya mülkiyyət hüququnu əldə etməyə nail olduqdan sonra həmin torpaq sahəsində ictimai-iaşə obyekti inşa etmək məqsədilə 2022-ci ilin ortalarından başlayaraq xüsusi mülkiyyətindəki həmin qeyri-yaşayış obyektinin tikintialtı torpaq sahəsinin hüdudlarından kənara çıxıb ümumilikdə 4340 m2 dövlət mülkiyyətində olan torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına hasarlayıb tutmaqla, orada 2021-ci ilin əvvəllərindən başlayaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququnu təsdiq edən sənədi, yəni Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən hər hansı bir istifadə və icarə müqaviləsi, eləcə də mülkiyyət hüququnu təsdiq edən sənədi, müvafiq qanunvericiliyin tələblərinə uyğun tikinti layihəsini əldə etmədən özbaşına hörgü-dəmir-beton konstruksiyalı tikinti və quraşdırma işləri aparmış, özbaşına tutaraq tikinti və quraşdırma işlərini apardığı həmin torpaq sahəsinə dair 11 yanvar 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və cəmiyyətlərlə iş şöbəsi ilə şəxsən bağladığı müqavilə ilə icarə hüququ əldə etsə də, həmin müqavilənin “icarəçinin öhdəlikləri” bölməsinin 3.2-ci maddəsinin “e” bəndində icarəyə verənin razılığı olmadan icarəyə götürülmüş torpaq sahəsində heç bir əlavə tikinti və quraşdırma işləri aparıla bilməməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq, 05 oktyabr 2023-cü il tarixədək özbaşına tikinti və quraşdırma işlərini davam etdirməklə dövlət mülkiyyətinə aid torpaq sahəsi üzərində təkrarən mülkiyyət hüququnu pozmuşdur. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini təkrar aparma Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. Sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.3-1. Bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X20 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X20 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə icazəyə dair ərizəyə əlavə edilmiş sənədlərin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda (bu Məcəllənin 75.3-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla), müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur.”Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. 75.5-1. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəyin verilməsi ilə bağlı tələblər bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində inşa ediləcək elektrik stansiyasının tikinti layihəsinə şamil edilmir və tikintiyə icazə icraatı məqsədləri üçün həmin tikinti layihəsi şəhərsalma sənədlərinə uyğun hesab edilir. 75.6. Tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan qurumları tikintinin təyinatına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 75.7. Bu Məcəllənin 75.5.1-ci maddəsində göstərilən rəy 5 iş günü müddətində, 75.5.2-ci maddəsində göstərilən sorğuya isə layihəsi ekspertizadan keçirilməsi tələb olunan obyektlərə münasibətdə 15 gün, layihəsi ekspertizadan keçirilməsi tələb olunmayan obyektlərə münasibətdə 5 gün müddətində bildirilməlidir. Bu müddətlər ərzində göstərilən rəylər bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) iradların olmaması prezumpsiyasından çıxış edir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır. 75.8. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. 75.9. Tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) layihəsi ekspertizadan keçirilməsi tələb olunan tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrini ekspertizadan keçirmək üçün ekspertiza müəssisəsinə göndərir. 75.10. Müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla, 1 ay (bu Məcəllənin 90.2-ci maddəsində ekspertiza müddətinin uzadılması üçün nəzərdə tutulan hallar istisna olmaqla) müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunmasını təmin etmək məqsədilə tikintiyə icazədə siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər də nəzərdə tutulur. 75.11. Tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 75.12. Tikintiyə icazədən irəli gələn hüquq və vəzifələr sifarişçinin hüquqi varislərinə də şamil olunur. 75.13. Tikintiyə icazənin və tikinti layihəsinin bir nüsxəsi müvafiq icra hakimiyyəti orqanında (qurumda) saxlanılır. Bu qayda barəsində məlumatlandırma icraatının aparıldığı obyektlərin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə də şamil edilir. 75.14. Tikintiyə icazə verildikdə, bu icazədə nəzərdə tutulmuş məlumatların şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət Reyestrinin internet saytında yerləşdirilir. 75.15. Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. 75.16. Tikintiyə icazə icraatı üzrə bu Məcəllənin 75.1-75.5-ci, 75.7-75.11-ci və 75.14cü maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlər ifadələri ilə, ekspert rəyləri ilə, cinayət işində olan sənədlərlə, digər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanlarında yerləşən sözügedən ictimai-iaşə obyektlərinin rəsmi və faktiki rəhbəri kimi 2022-ci ilin yanvar ayının əvvəllərindən başlayaraq 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində həmin obyektlərdə və özbaşına tutduğu ətrafındakı torpaq sahələrində apardığı tikinti işləri zamanı «İşçilərin əməyin mühafizəsi üzrə təliminin təşkili. Ümumi tələblərini və qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya həmin obyektdə yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozmaqla insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış və nəticədə 14 avqust 2023-cü il tarixdə Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektinin ətrafında apardığı tikinti işləri zamanı mişar daşının tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs1 baş və kürək nahiyəsinə düşməsi nəticəsində «başın tüklü hissəsində, sol təpə-ənsə nahiyəsində və onurğanın sol kənarında yara» xəsarətini, 06 oktyabr 2023-cü il tarixdə Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış obyektində apardığı tikinti və quraşdırma işləri zamanı isə tikintidə işləyən Zərərçəkmiş şəxs2 sol əlinin arxa səthinin elektrik mişarı ilə kəsməsi nəticəsində onun dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «sol əlin arxa səthindəki yara» xəsarətini almalarına səbəb olmuşdur. Tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda Cinayət Məcəlləsinin 222.1-ci maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ekspert rəyi ilə, cinayət işində olan digər sənədlər ilə, digər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs1 məxsus ünvan 4 ünvanlarında yerləşən sözügedən qeyriyaşayış obyektlərinin 2021-ci ilin əvvəllərindən başlayaraq 2023-cü ilin oktyabr ayınadək olan müddət ərzində həmin obyektdə tikinti-quraşdırma işlərini qanunvericiliyin tələblərini pozmaqla mövcud Tikinti Norma və Qaydalarına uyğun olmadan, qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə almadan və bərpa-gücləndirmə işləri aparmadan özbaşına bina və qurğular tikmiş, mövcud tikililərin konstruksiyasında dəyişiklik etməklə, habelə tikililərin funksional təyinatını dəyişdirməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işləri apararaq insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Qanunvericiliklə müəyyən olunmuş qaydada”tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan”özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə istintaqı gedişatında müəyyən olunmuşdur ki, Şahid12 Təqsirləndirilən şəxs1la podrat müqaviləsini 07 sentyabr 2023-cü ildə bağlamış, lakin Şahid12 24 oktyabr 2023-cü il ifadəsində podrat müqaviləsinin 07 sentyabr 2023-cü ildə bağlandığını desə də, 26 oktyabr 2023-cü il tarixli ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1la heç bir müqavilə bağlanmamış, ifadəsinə əlavə etdiyi podrat müqaviləsini Təqsirləndirilən şəxs1 özü uyduraraq tərtib etdirmiş və 24 oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs2 vasitəsi ilə ona göndərmişdir. 14 noyabr 2023-cü il üzləşdirmə aparmaq haqqında protokoldan məlum olur ki, Şahid12 Təqsirləndirilən şəxs1la üzləşmiş, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 üzünə qarşı 07 sentyabr 2023-cü ildə onunla və Təqsirləndirilən şəxs2lə podrat müqaviləsi bağlamadığını, həmin podrat müqaviləsinin 24 oktyabr 2024-cü ildə bağlandığını söyləmişdir. Şahid12 24 oktyabr 2023-cü il ifadəsinə məhkəmə kollegiyası belə qiymət verir ki, Cinayət Məcəlləsinin 297-ci maddəsinə müvafiq olaraq şahid bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıyır. Həmin maddənin qeydində göstərilmişdir ki, Cinayət Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər ”təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar. 24 oktyabr 2023-cü il tarixli Şahid12 ifadəsinə məhkəmə kollegiyası qiymət verərək qeyd edir ki, Şahid12 26 oktyabr 2023-cü il tarixində yenidən ifadə vermiş, 14 noyabr 2023-cü il tarixində də Təqsirləndirilən şəxs1la üzləşmiş, 24 oktyabr 2023-cü il tarixində verdiyi ifadəsini təkzib etmişdir. İlk verdiyi ifadəni ibtidai istintaqın gedişində təkzib etdiyi üçün Şahid12 yalan ifadə verdiyinə görə cinayət məsuliyyətindən azad olunmuşdur. Məhkəmə kollegiyası Şahid12 verdiyi 26 oktyabr 2023-cü il tarixli ifadəsinə və 14 noyabr 2023-cü il tarixli üzləşdirmə aparılması haqqında protokola sübut kimi qiymət verir, 24 oktyabr 2023-cü il tarixli ifadəsinə isə sübut kimi qiymət verməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 10 və 11-ci bəndinə əsasən təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Nəzərə almaq lazımdır ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz. Odur ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162- 1.1, 188.4.1, 222.1, 222-1.1-ci maddələrində maddəsində nəzərdə tutulmuş cinayət əmələrini törətmədiyini, sərəncam alandan sonra sözügedən obyektlərdə tikinti işi apardığını, işçiləri Şahid25 işə götürdüyünü, ünvan 4 ünvanlarında yerləşən obyektlərdə işçilərin əmək müqaviləsi olmadan işlədilməsinə görə özünün məsuliyyəti olmadığını, tikinti təhlükəsizlik qaydalarına Təqsirləndirilən şəxs2 nəzarət etdiyi üçün sözügedən obyektlərdə 2 zərərçəkmiş şəxsin xəsarət almasında özünün təqsiri olmadığını, Zərərçəkmiş şəxs2 podratçı Şahid12 işçisi olduğunu, Şahid25 sərəncamdan əvvəl yalnız gücləndirmə, bərpa işləri və söküntü işləri etdiyi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilk olaraq öz ifadəsi ilə, şahidlər ifadələri ilə, ekspert rəyləri ilə, cinayət işində olan digər sənədlər ilə, digər sübutlarla tam sübuta yetirilir. Təqsirləndirilən şəxs2 faktiki olaraq iş icraçısı kimi nəzarət etdiyi tikinti obyektində yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs2 2023-cü ildə tanışı, Ordubad rayonunun Kotam kənd sakini Təqsirləndirilən şəxs1 mülkiyyətində olan ünvan 5 ünvanlarında yerləşən qeyri-yaşayış obyektlərində və həmin obyektlərin ətrafında yerləşən dövlət mülkiyyətində olan torpaq sahələrində aparılan əlavə tikinti və quraşdırma işlərinin icrasına nəzarət etmək vəzifəsi üzrə qeyri-rəsmi qaydada işə qəbul edilməyə dair təklifini qəbul edərək faktiki olaraq iş icraçısı kimi ona həvalə edilmiş vəzifələrin icrası ilə əlaqədar olaraq qeyd olunan tikinti obyektlərində işləyən işçilərə peşə təlimi və təhlükəsizlik texnikası üzrə təlimatlandırmalar keçməli, bilik səviyyələrini yoxlamadan işçiləri sərbəst işə buraxmamalı, işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməli, işlərin təhlükəsiz üsullarla yerinə yetirilməsi üçün zəruri şərait yaratmalı olduğu halda, bu tələbləri yerinə yetirməyib qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, insanların həyat və sağlamlığı üçün real təhlükə yaratmış və nəticədə 14 avqust 2023-cü il tarixdə Culfa şəhəri, 1-ci məhəllə, döngə 11/11 ünvanında yerləşən qeyri-yaşayış obyektinin ətrafında icrasına nəzarət etdiyi tikinti işləri zamanı mişar daşının tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs1 baş və kürək nahiyəsinə düşməsi nəticəsində sonuncunun dərəcəsi təyin edilməyən «başın tüklü hissəsində, sol təpə-ənsə nahiyəsində və onurğanın sol kənarında yara» xəsarətini, 06 oktyabr 2023-cü il tarixdə Culfa şəhəri, Elşad Nağıyev küçəsi 26 ünvanında yerləşən qeyri-yaşayış obyektində icrasına nəzarət etdiyi tikinti və quraşdırma işləri zamanı isə tikintidə işləyən Zərərçəkmiş şəxs2 sol əlinin arxa səthinin elektrik mişarı ilə kəsməsi nəticəsində onun dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «sol əlin arxa səthindəki yara» xəsarətini almalarına səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1, 222.1, 222-1.1ci maddələrində, Təqsirləndirilən şəxs2 əməlində isə həmin Məcəllənin 222.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisələri məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində onlar təqsirlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişdir. Onların əməlləri başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs1 əməli ağır cinayət kateqoriyasına, Təqsirləndirilən şəxs2 əməli isə böyük ictimai təhlükə törətməyən cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhamət göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilir. Göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət əməli ağır cinayət kimi təsnif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilir. Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya”iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki”ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutur. Cinayət Məcəlləsinin 188.4.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi 5 ildən səkkiz ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Cinayət Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsi iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə”iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya”bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkün deyildir. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəza təyin etmədən cəzanın məqsədinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 2 azyaşlı uşağı var, zərərçəkmiş şəxslərlə barışıq əldə etmiş, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs2 təyin olunacaq islah işləri cəzasını iş yerində çəkməklə cəzasının başlanğıcı qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 təyin olunacaq islah işləri cəzasına nəzarət Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. 49.2. İslah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtalyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarın 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 162-1.1, 188.4.1, 222.1, 222-1.1-ci maddələrinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 222.1 maddəsinin sanksiyasının aşağı həddində, barəsində cəzanı yüngülləşdirən halları cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli cəza təyin edilməlidir. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəməyə təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbləri olmadıqlarını bildirmişlər. Cinayət işinə məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə istər dindirilərkən sərbəst ifadəsində və istərsə də məhkəmə çıxışları mərhələsində təqsirləndirilən şəxslərlə bağlı şikayəti olmadığını, barışıq əldə olunduğunu, dövlət ittihamçısının çıxışı ilə razılaşdığını, qanunvericiliyə uyğun olaraq onlar haqqında qərar qəbul etməyini məhkəmə kollegiyasından xahiş etmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs1 məhkəmə kollegiyasından ədalətli qərar verməyini xahiş etmişdir. Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs2 törətdiyi əməldə təqsirli olduğunu, lakin bunları bilmədən etdiyini məhkəmənin diqqətinə çatdırıb barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını və ona törətdiyi əməlin sanksiyada nəzərdə tutulan ən aşağı cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə çıxışları mərhələsində təqsirləndirilən şəxs barəsində olan cəzanı yüngülləşdirən halları nəzərə alan Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 iş adamı olduğunu, onun barəsində məhkəmədən sonra qanunlara əməl edəcəyini düşündüyünü, Təqsirləndirilən şəxs1 cəza çəkmədən islah olunmasını mümkün olduğunu bildirmiş, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 162-1.1, 188.4.1, 222.1, 222-1.1-ci maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, lakin barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məhkəmə qarşısında təklif etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması mümkünlüyünə münasibət bildirərək qeyd edir ki, bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-in 70ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl ağır cinayət hesab olunsa belə hər hansı bir ağır nəticələrə səbəb olmamışdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 162-1.1, 188.4.1, 222.1, 222-1.1-ci maddələri ilə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, barəsində CM-in 70-ci maddəsi tətbiq olunmaqla həmin cəza şərti olaraq tətbiq edilməklə sınaq müddəti müəyyən olunmalı və sınaq müddəti ərzində üzərinə vəzifələr qoyulmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, Bu cür inam isə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan irəli gəlməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1, 222.1, 222-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. CM-in 188.4.1-ci maddəsinə münasibətdə sonradan icazə, sərəncam, mülkiyyət hüququ əldə etmiş, CM-in 162-1.1-ci maddəsinə uyğun olaraq sığorta və vergini ödəmiş, amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X39 Xidmətində bunun qeydiyyata alınmamış, CM-in 222.1-ci maddəsinə münasibətdə hər iki zərərçəkmiş şəxsə - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödəmiş, zərərçəkmiş şəxslərin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə şikayət və tələbləri olmamış, bu kimi halları məhkəmə nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs1 himayəsində 6 övladının olmasını, onlardan üçünün azyaşlı olmasını məhkəmə nəzərə alır. Bununlada məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunmaqla AR Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasını və sınaq müddətinin müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə,”ilk dəfə”böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Təqsirləndirilən şəxs1 törətdiyi CM-in 188.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə münasibətdə şərait dəyişsə də, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin, yəni CM 188.4.1-ci maddəsinin sanksiyasında 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu üçün ağır cinayətdir, buna görə də cinayət məsuliyyətindən azad olunmur. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası Cinayət Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə olunmalıdır. Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olmasını, Azərbaycan Respublikasının CM-in 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması məqsədilə ona ilkin tibbi yardım göstərməsini, ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmışdır. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-102/2023 nömrəli, 25 oktyabr 2023-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 4(108)-9/2023 nömrəli, 30 oktyabr 2023-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-9/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 (iki) ay 4 (dörd) gün müddətinə, 29 aprel 2024-cü il tarixədək uzadılmışdır. Uzadılmış müddət 25 fevral 2024cü il tarixdən hesablanmışdır. Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-28/2024 nömrəli, 18 aprel 2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 3 (üç) ay müddətinə, 29 iyul 2024-cü il tarixədək uzadılsın. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4 (009)-478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində əvvəli 06 sentyabr 2024cü il tarixdən hesablanmaqla 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulsa da məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməlinin sanksiyasında əlavə cəza nəzərdə tutulsa da məhkəmə istintaqının gəldiyi nəticəyə görə əlavə cəzanın təyin edilməsinə ehtiyac yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə aparılmış kompüter-texniki ekspertizasına görə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasına görə 102 (yüz iki) manat ekspertiza xərci isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. “Azərbaycan Respublikasının CM-nin dəyişikliklər edilməsi haqqında” 07 mart 2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarı, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci, 346.1 və 346.1.19-cu maddələrinin tələbləri baxımından maddi sübutlar məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut yoxdur. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd CD, cinayət işinə əlavə edilmiş müvafiq sənədlərin scaner edilərək köçürüldüyü 02 (iki) ədəd CD və Azercell, Naxtel MMC-dən daxil olmuş 02 (iki) ədəd CD cinayət işində saxlanılmalıdır. Hökmün icrasının təmin edilməsinə nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 isə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1, 222.1 və 222-1.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəlləsinin 188.4.1-ci maddəsi ilə 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəlləsinin 222.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və həmin Məcəlləsinin 222-1.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1, 188.4.1, 222.1 və 222-1.1-ci maddələri ilə təyin edilmiş cəzalar həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxsin davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazırliyinin Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş islah işləri cəzasını əsas iş yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən və qazancından dövlət nəfinə pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində təyin olunmuş islah işləri cəzasına nəzarət onun daimi yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazırliyinin Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Hökmün icrası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazırliyinin Ordubad Rayon İcra və Probasiya Bölməsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. İş üzrə aparılmış kompüter-texniki ekspertizasına görə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasına görə 102 (yüz iki) manat ekspertiza xərci isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. İttiham aktının elektron variantının köçürüldüyü 01 (bir) ədəd CD, cinayət işinə əlavə edilmiş müvafiq sənədlərin scaner edilərək köçürüldüyü 02 (iki) ədəd CD və Azercell, Naxtel MMC-dən daxil olmuş 02 (iki) ədəd CD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 isə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (məhkuma hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Arzuyar Kərimov Hakimlər: 1. Hüseyn Məmmədov

2. Səxavət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar