Məhkəmə qərarları › İş №1(125)-185/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-185/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-185/2024 14.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1997-ci il tarixdə Goranboy rayonu, Y.Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs hüquq verən vəsiqədən saxta olmasını bilə-bilə istifadə etmişdir. Belə ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Turab” adlı şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, BE, CE, C1E, M” kateqoriyalı 99 21 036131 nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 25 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 şəhəri, Nizami Gəncəvi prospekti 784 ünvanında fəaliyyət göstərən 2 saylı Gəncə “ASAN xidmət" mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC 135731” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, ekspertiza rəyi, maddi sübutlar, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, 2017-ci ildən işləmək üçün Rusiya Federasiyasına getmişdir. Bazarda meyvə-tərəvəz satışı edilən yerlərdə fəhlə kimi çalışmışdır. Orada 2017-ci ildə mağaza müdiri kimi Turab adlı şəxslə tanış olmuşdur. 2021 -ci ildə Turab özünə sürücü axtarmışdır. Onunla maraqlanmış, lakin o həmin şəxsə sürücülük vəsiqəsinin olmadığını demişdir. Turab ona bildirmişdir ki, onun üçün sürücülük vəsiqəsi ala bilər. O, bunun necə olduğunu soruşduqda, həmin şəxs ona 230.000 rus rublu əvəzində sürücülük vəsiqəsi düzəldə biləcəyini və həmin sürücülük vəsiqəsini rahat istifadə edə biləcəyini demişdir. O, Turabla razılaşmış və Turaba həmin məbləği ödəmişdir. Əlavə olaraq çəkdirdiyi fotoşəklini və şəxsiyyət vəsiqəsinin surətini Turaba vermişdir. Turab 2-3 ay sonra ona sürücülük vəsiqəsini ona məlum olmayan şəxs tərəfindən düzəltdirib təqdim etmişdir. Sürücülük vəsiqəsi alması üçün o, heç bir dövlət orqanına müraciət etməmiş, sürücülük vəsiqəsi almaq üçün imtahanda da iştirak etməmişdir. Lakin ona verilən sürücülük vəsiqəsinin saxta olduğunu bilməmişdir. Sürücülük vəsiqənin üzərində rus yazısı olan, xx.xx.2021-ci il verilmə tarixi göstərilən sənəd olmuşdur. O, həmin sürücülük vəsiqəsi ilə Turabın sürücüsü kimi işləməyə başlamış və onun yük maşınını Rusiya Federasiyasında idarə etmişdir. Orada sürücülük vəsiqəsinə görə hər hansı bir problem olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi və onun barəsində cərimə cəzası təyin olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə B, B1, C, C1, BE, CE, C1E, M kateqoriyalı 99 21 036131 nömrəli Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 şəhəri 2 saylı “Asan xidmət” mərkəzinin məktubu əsasında Rusiya Federasiyasında aparılmış yoxlamanın nətciəsi barədə məlumatdan görünür ki, sorğu əsasında Rusiya Federasiyasına aid 99 21 036131 nömrəli sürücülük vəsiqəsi barədə yoxlama aparılmış, lakin qeyd edilən sürücülük vəsiqəsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə - sənədlərin texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/1464 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 21 036131 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil printer vasitəsilə çap edilmişdir. Təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 99 21 036131 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Təqsirləndirilən şəxs ərizəsindən və sürücülük vəsiqəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə öz adına olan Rusiya Federasiyasına aid 99 21 036131 nömrəli saxta sürücülük vəsiqəsini dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 şəhəri 2 saylı “Asan xidmət” mərkəzinə təqdim etmiş və onun əsasında bir illik Azərbaycan Respublikasına aid BC 135731 nömrəli sürücülük vəsiqəsi əldə etmişdir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13- 16/2-133550/2023 nömrəli məktubdan və məktuba əlavə edilmiş siyahıdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət edərək xarici dövlətə aid sürücülük vəsiqəsini dəyişdirmişdir. Təqsirləndirilən şəxs sərhədkeçmə haqqında məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs B B, B1, C, C1, BE, CE, C1E, M kateqoriyalı 99 21 036131 nömrəli Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi verliən tarixdə, yəni xx.xx.2021-ci il tarixdə o, Rusiya Federasiyasında deyil, Azərbaycan Respublikasında olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Rusiya Federasiyasına aid 99 21 036131 nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid BC 135731 nömrəli sürücülük vəsiqəsi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. “Cinayət işi materiallarından başqa material ayrılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından hüquq verən vəsiqəni saxtalaşdırılmaqla hazırlayan şəxsin müəyyən eilməsinə görə ayrıca icraatda materialın ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Goranboy rayon İcra Hakimiyyəti Başçısının Yəhərçi Qazaxlar kəndi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Nuriyev X3 rayon Yəhərçi Qazaxlar kəndində qeydiyyatdadır, anası X1 ilə birgə yaşayır, o, ailəyə yeganə qazanc gətirən şəxsdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Rusiya Federasiyasının onun adına verilmiş 99 21 036131 nömrəli sürücülük vəsiqəsini heç bir dövlət orqanına getmədən, imtahan vermədən pul müqabilində aldığını etiraf etsə də, onun saxta olduğunu bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı bu məzmunda ifadə verməsini məhkəmə onun özünü müdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, onun məhkəmədə verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şahid, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şahid kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, o, sürücülük vəsiqəsi almaq üçün heç bir orqana müraciət etməmiş, bunun üçün imtahanda iştirak etməmiş, onu Turab adlı şəxsdən 230.000 rus rubl pul müqabilində əldə etmiş və ona verilən sürücülük vəsiqəsinin saxta olduğunu bilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin əldə edilməsi üçün qanunla müəyyən edilmiş hansı addımların atılmalı olduğunu bilmişdir. Belə ki, o sürücülük vəsiqəsi əldə edən zaman ona məlum idi ki, o sürücülük vəsiqəsi almaq üçün müvafiq dövlət orqanına müraciət etməli, imtahanda iştirak etməlidir. Lakin, həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində etiraf etmişdir ki, o qeyd edilən bu addımları atmamış, üstəlik sürücülük vəsiqəsini Turab adlı şəxsə verdiyi pul müqabilində əldə etmişdir. Odur ki, təqsirləndirilən şəxsin qanunla müəyyən edilmiş və ona məlum olan addımları atmadan, habelə pul müqabilində əldə etdiyi sürücülük vəsiqəsinin saxta olduğundan xəbərsiz olması həqiqətə uyğun deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs sərhədkeçmə məlumatlarından görünür ki, o, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2022-ci ildə Rusiya Federasiyasına getmişdir. Sözügedən sürücülük vəsiqəsini isə xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Bu da onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasında olduğu halda xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsini qanuni yolla əldə etməsi mümkün deyildir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, ekspertiza rəyi və digər sənədlərlə təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməli törətdiyi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2 -ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınan 2 ədəd sürücülük vəsiqələri cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat pul köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Azərbaycan Respublikasına aid BC135731 nömrəli sürücülük vəsiqəsi və Rusiya Federasiyasına aid xx.xx.2021-ci il tarixdə verilmiş B, B1, C, C1E, M kateqoriyalı 99, 21 ******* nömrəli saxta sürücülük vəsiqəsi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 70 manat (yetmiş manat) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar