Məhkəmə qərarları › İş №1(125)-258/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-258/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-258/2025 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, müdafiəçi - Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları qəsdən hazırlamış və saxlamış, habelə aşkar surətdə mediadan istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində dini nifrət və düşmənçiliyin salınmasına, habelə dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində 2020-ci ilin yay aylarından etibarən müxtəlif vaxtlarda internet resurslarından əldə etdiyi ölkədəki dini duruma mənfi təsir edə biləcək fikirlərin yer aldığı və dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran Enver el-Evlakinin müəllifi olduğu 01 ədəd “Cihadı desteklemenin 44 yolu” (Küreselkitab. İstanbul 2013) adlı, X38 Atikin müəllifi olduğu 01 ədəd “Müşriklərin ve mürtedlerin dost edinmekten kurtulma yolları” (kserosurət), X25 müəllifi olduğu 01 ədəd “Milleti İbrahim” (kserosurət), 01 ədəd “Müşriklərin təkfirinin dinin əslindən olmasının isbatı” (kserosurət), 01 ədəd “X23” (kserosurət) və 01 ədəd “Quran və şiəlik” (kserosurət) adlı dini ekstremist materialları yaşadığı ünvan 1 ünvanında yerləşən evində, eləcə də 2023-cü ilin aprel ayında Gəncə şəhərində olarkən istifadəsində olan “HP” markalı kompüter vasitəsilə 43 səhifədən ibarət “X23” və 76 səhifədən ibarət “Kitab yeni 2” adlı elektron fayllarda hazırladığı dini ekstremist materialları həmin kompüterin “Vento A8” markalı sistem blokunun yaddaşında təkrarən qəsdən saxlamış, habelə “Telegram” sosial şəbəkə platformasında “Ə’bdulqahhər Əbu Nuh” istifadəçi adı ilə qeydiyyatdan keçdiyi (@AGGRESSORL1FE) səhifəsində islam dininin məzhəbləri arasında sosial gərginlik və qarşıdurmanın yaranmasına, eləcə də fərqli dini inanclara sahib insanlara qarşı ictimai ayrı-seçkiliyə səbəb olacaq ifadələr yazmaqla xx.xx.2024-cü il tarixdə “Rafizilər” başlıqlı videomaterial paylaşıb aşkar surətdə mediadan istifadə etməklə dini nifrət və düşmənçiliyin salınmasına, habelə dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167- 3.1 və 283.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində kitab oxuyan insan olduğunu, maariflənməyi sevdiyini, bu səbəbdəndə evində çox saylı və müxtəlif janrlı istər dini, istərsə də dünyəvi kitabların mövcud olduğunu, hətta ateizmə və digər dəstəkləmədiyi idealara uyğun kitabların da mövcud olduğunu, hansılar ki, işində qeyd edilmədiyini bidirmişdir. Bildirir ki, oxumaq və şəxsi maraq cinayət tərkibi yaratmır. Bu həmdə Azərbaycan Respublikası Konsitutsiyasının 47-ci yəni fikir azadlığı və 48-ci dini etiqad azadlığı maddələri ilə qorunur. İstədiyi dini və etiqadı seçə bilər, bu seçim nə dövlətə, nə də xalqa zərər yetirməyə çağırmır. Onun mənsub olduğu əqidə insanları pislikdən çəkindirdiyini, kitab alveri ilə məşğul olmadığını və yaxud başqa yollarla onları yaymadığını bildirmişdir. Özü maariflənmiş və çalışmış ki, ailəsinidə maarifləndirsin. Şəxsi istifadəsində olan kitablar açıq şəkildə başqa insanlar tərəfindən silsilə dərsləri keçilir, hətta onlar youtube platformasında silsilə dərsləri keçsələrdə heç kəs təqsirləndirilmir, çağırılmır. Kitabları trendyol vasitəsi ilə əldə etdiyini, çatdırılması mümkün olan kitabları əldə etdiyini, lakin yayma, çağırış və təşkilatlanma faktları onda mövcud olmadığını bidirmişdir. Təxminən 2023-cü ildə cəmi bir video “Telegram”-da paylaşmış və heç nə yazmadan, qeyd etmədən paylaşmışdır. Lakin bayaq qeyd etdiyi insanlar, kitablarla bağlı youtubedə açıq şəkildə dərs keçirlər, əqidəni məsğələyə qoyurlar hansı ki, bu günki gün DTX gözündən yayınmış kimi çatdırır. Sadəcə olaraq kimi lazım oldu tuturlar, kimi lazım oldu isə şərait yaradırlar ki, dinləri məsğələyə qoysunlar. Bildiri ki, nə sosial şəbəkələrdə nə də real həyatda insalanları zorakılığa, nifrətə və ya dövlətə qarşı çıxışa çağırmamış, ictimai təhlükə yaradan davranışları olmamışdır. “Mən dinindən, milli mənsubiyyətindən və siyasi baxışlarından asılı olmayaraq hər Azərbaycan vətəndaşının prezidenti olacam” Buda dövlət rəhbərliyinin bir sözüdür. “Buda mənim əqidəmdir, siyasi baxışlarımdır və heç kəsə də zərər yetirmir”. İttiham aktında olan digər yalanlar, hal şahidlərinin ifadələrindəki ziddiyyətlərə aydınlıq gətirərək bildirir ki, guya səhər saat 10:45-də və 10:15-də DTX işçiləri evlərinə yaxınlaşıb qapını döyüblər, onlar isə sivil şəkildə mənzilə daxil olublar. Reallıq isə budur ki, birinci dəfə evə qayıtdıqda taksidən düşdükdə DTX-nin əməkdaşları götürmüşlər. Axşam tərəfi saat 8-də evə gətirilsə də səhər gətirildiyini qeyd ediblər. Birinci dəfə axtarış baxışı bu qeyd etdiyi vaxtda keçirilib. Burada ziddiyət və yalanlar var. İkinci dəfəyə gəldikdə isə 2025-ci ilin iyun ayında DTX-nın əməkdaşları əvvəlcə qonşuların çöl kameralarının söndürülməsini tələb ediblər. Ardınca qanunsuz şəkildə evin hasarından səhər tezdən saat 8 iradələrində evə daxil olmuşlar. Həmin vaxt evdə atası, həyat yoldaşı və oğlu da olmuşdur. Qeyd edir ki, hadisə yatdıqları vaxtda baş verib. Səsə-küyə çıxarkən heç bir müqavimət göstərmədiyi halda şiddətə məruz qaldığını, zərbə vurulduğunu, yerə yıxıldığını və qandallandığını, səbəbsiz şəkildə çəçələ barmağını vurduqlarını, indiyə qədərdə fəsatların olduğunu bildirmişdir. Bu da onu göstərir ki, ittiham aktında DTX şəffaf deyil. Yəni həqiqəti söyləmirlər. Bu hallar şəffaf olmayaraqdan, Azərbaycan Respublikası Konsitutsiyasının 46-cı maddəsinə “işgəncələrin qadağan olunmasına” və Avropa İnsan Hüquqları Konversiyasının 3-cü maddəsinə bir başa ziddir. Tibbi rəyin əsassızlığına gəldikdə ittiham aktında göstərilir ki, guya Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası görmədən, müayinə etmədən rəy verib ki, sirroz xəstəliyindən həbsdə saxlanılmağı mümkündür. Bu hal tibbi etika qaydalarına. Azərbaycan Respublikası Konsitutsiyasının 41ci maddəsinə və Avropa İnsan Hüquqları Konversiyasının 3-cü maddəsinə ziddir. Şəxs müayinə olunmadan verilən rəy ümumi sübut sayıla bilməz. Həbsdə olduğu müddətə gəldikdə, qeyd edir ki, mən 2016-cı ildən artıq “MS" (Multipl Skleroz) xəstəliyindən əziyyət çəkir. 2021-ci ildən əlilliyi təsdiqlənibdir və bu xəstəliyin müalicəsi olmadığından əlilliyi ömürlükdür. Bu xəstəliklər hərbi xidməti bitirdikdən sonra peyda olub. Sonda isə bildirir ki, yeni ailə qurmuş, 1 övladı var, ailəsindən uzaq olmağı onların sosial və psixoloji vəziyyətinə mənfi təsir göstərə biləcəyini qeyd edərək işə humanist yanaşılmasını xaiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq ondan çox saylı kitabların götürüldüyünü, içində ateizmə aid kitabların və digər dünyəvi kitablarında olduğunu, hər bir janrı oxumağı sevən adam olduğunu, kitabları yayma əməli onun tərəfindən olmadığını bidirmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq kitabları trendyoldan sifariş etdiyini, ksero sürətləri isə internet vasitəsilə əldə etdiyini, telefonda oxumaq çətin olduğu üçün oxumağı rahat olması üçün pdf kimi çıxartdırdığını, dini kitabın xüsusi ədəbiyyat olduğunu bildiyini, həmin kitabları Azərbaycana sifariş etmək qadağan olmadığını, evdəkilər rus dilini bilmədiyi üçün onlar oxusun deyə tərcümə etdiyini bildirmişdir. Rafizilik bir əqidədir. Telegramda paylaşdığı videoda heçnə yazmamış, ekspertiza rəyləri ilə razılaşmasa da inkar etmir. Telegramda paylaşdığı video ilə razıdır, mahiyyətini isə bilmir. Videonu paylaşdıqdan sonra altdakı rəyləri oxumamış, həmin videoda rəyin olub-olmadığını bilmir, MRT Bakıda olmuşdur. Xəstəliyi isbat etmək üçün MRT-yə göndərdilər və MRT-də xəstəliyinin olması təsbit olundu. Tutularkən işgəncə verilməsiylə bağlı heç bir yerə müraciət etməmiş, 8 aydır ki, çəçələ barmağı ağrıyır. Ağrı indiyə qədər çəkilməmişdir hələdə fəsadı qalmışdır. Kitabın müəyyən müddətdən sonra qadağan olmasını necə təyin edə bilərdi və ya hansısa kitabı oxumaq isdədikdə onun önündə yazılmır ki, kitab qadağandır. Azərbaycanda elə bir insan yoxdur ki, kitab oxumaq üçün hansısa quruma müraciət edə. Xəstəliyin müalicəsinin olmadığını, sadəcə pisləşməsinin qarşısını almaq üçün nəsə etmək olduğunu bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxsi tanıdığını, onunla 2-3 il əvvəl tanış olduqlarını, onu yaxşı və mərd bir insan kimi tanıdığını, arada görüşüb bir dost kimi hal əhval tutduqarını və ibadətəri ilə maraqlandıqarını bidirmişdir. Təqsirləndirilən şəxsin elə bir şəxs olduğunu da qəbul etmədiyini və onun telegramda paylaşdığı videonun bir çox sosial platformalarda paylaşıldığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq təqsirləndirilən şəxsin paylaşdığı videoda bir qrup şəxsin hoppanıb-düşdüyünü, həmin video onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini, dövlət İttihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxsin paylaşdığı videonu çox yerlərdə gördüyünü, istintaq ifadəsi zamanı təzyiq olunmadığını, istintaqda təqsirləndirilən şəxsin radikal olduğunu demədiyini, həmin videoda radikalizm kimi şeylər görmədiyini bilirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxsi təxmini 1-2 ildir ki, tanıyır, verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamadığını, istintaq zamanı təqsirləndirilən şəxsin paylaşdığı videonu göstərdiklərini, telegram kanalında Orxanın səhifəsinin olduğunu, onun barəsində radikal desələrdə elə bir şeyin olmadığını, onun dini təbliğ etmədiyini, onunla görüşdükdə dindən danışdıqlarını bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, təqsirləndirilən şəxslə 2020-ci ildən tanışdılar. Ramada Plaza otelində bir yerdə çalışmışlar. Sıx-sıx görüşməsələrdə arada bir görüşürdülər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin telegramda paylaşdığı videoya əhəmiyyət verməmiş, telegram proqramından güclü anlayışı olmadığı üçün sadəcə yazışmaq üçün istifadə etmiş, onunla görüşdükdə ekstrimist söhbətlər olmamış, onun dövlət əleyhinə qarşı zidd bir ifadəsini görməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, işə gedərkən DTX-nin əməkdaşı yaxınlaşıb hal şahidi kimi iştirak etməli olduğunu bildirmiş, Dövlət ittihamçısının suallarına cavab olaraq hal şahidi kimi hadisə zamanı evə daxil olduqda Orxanın qolunun qandallı olduğunu, əməkdaşlar tərəfindən telefonların və bank kartlarını götürüldüklərini, təxminən 2 və ya 3 telefon götürüldüyünü görmüşdür. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid6 ifadəsində hadisə vaxtı evin yaxınlığında iş görərəkən DTX əməkdaşları tərəfindən hal şahidi kimi dəvət olunduğunu, hadisə baş verən zaman təqsirləndirilən şəxsin evindən 30-a yaxın dini kitablar, noutbuk, tir tüfəngi və personal kompyuterin keysinin götürüldüyünü, təqsirləndirilən şəxsin qolunun açıq olduğunu görmüşdür. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirdi ki, hadisə zamanı hal şahidi kimi iştirak etmiş, ayın tarixi dəqiq yadında deyil. Axşam üstü saat 6-7 radələri olardı və hava yağışlı idi. Sədrlik edənin suallarına cavab olaraq hadisə zamanı təqsirləndirilən şəxsin evində tir tüfəngi, noutbuk, köhnə bir kitab və 30-a yaxın kitab olmuş, hadisə zamanı təqsirləndirilən şəxsin vəziyyəti normal idi, evin içində hərəkət edirdi, ona qarşı hər hansı bir təzyiqin olduğunu görməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, keçən il işə gedən zaman DTX-nin əməkdaşları yaxınlaşıb hal şahidi kimi iştirak etməli olduğunu bildirmişlər, həmin vaxt yanında iş yoldaşı Fərid də olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq hadisə vaxtı bank kartlarının olduğunu görmüş, götürülən telefonların işlək vəziyyətdə olub-olmamasına fikir verməmişdir. O, bildirmişdir ki, Orxanın əli qandallı olmuş və sonuncu barmağının ağrıdığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 18 iyun 2025-ci il tarixli “cinayət işinin başlanılması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə cinayət işi başlanılmış və cinayət işi üzrə ibtidai istintaqın aparılması məqsədilə DTX İstintaq baş idarəsinin mühüm işlər üzrə baş müstəntiqi ədliyyə kapitanı Nicat Məmmədov, müstəntiqləri ədliyyə leytenantı Fərrux Qazıyev, Ramin Sadıxov, Kənan Məmmədli və Nurlan Əhmədovdan ibarət istintaq qrupu yaradılmışdır (cild İ, i.v.1); - 18 iyun 2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə cinayət işi başlanılaraq dərhal ibtidai istintaq başlanılmışdır (cild İ, i.v.4) - 02 oktyabr 2024-cü il tarixli “baxış protokol”undan görünür ki, Azərbaycan Respublikası DTX əməkdaşı mayor Rəsul Hacıyev tərəfindən Təqsirləndirilən şəxs yaşayış evindən ona məxsus “HP” markalı masa üstü kompüter, 01 ədəd “Vento A8” markalı sistem bloku, 01 ədəd Rusiya istehsalı olan “MP 512 Cal” 4.5 mm, **********8 nömrəli Tir tüfəngi, 01 ədəd Meqafon 4S markalı Stasionar internetə qoşulan qurğu, 14 adda 14 ədəd dini məzmunlu ədəbiyyatlar, 13 adda 23 ədəd boşürlar müvafiq qaydada götürülərək qablaşdırılmışdır (cild İ, i.v.11-13); - Məhkəmə ekspertiza Mərkəzinin 11 avqust 2025-ci il tarixli 4 /1239 nömrəli rəyinin ç bəndindən görünür ki, Dinşünaslıq ekspertizasına təqdim edilmiş adları aşağıda qeyd edilən kitablar və bröşürlərdə dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyəti zəruriliyinə bəraət qazandıran məlumatlar aşkar edilmişdir:

1. Enver el-Evlaki. “Cihadı desteklemenin 44 yolu”. Küreselkitab. İstanbul 2013.

2. islam və demokratıya. 2023. (kserosurət)

3. X38 Atik. “Müşriklərin ve mürtədlərin dost edinmekten kurtulma yolları”. (kserosurət)

4. Müşriklərin təkfirinin dinin əslindən olmasının isbatı. (kserosurət)

5. X31. “Milleti İbrahim”. (kserosurət)

6. Quran və şiəlik. (kserosurət) (cild İ, 16-44); - 18 iyun 2025-ci il tarixli “baxış protokol”undan görünür ki, Azərbaycan Respublikası DTX əməkdaşı Bilal Səfərov tərəfindən Təqsirləndirilən şəxs yaşayış evindən ona məxsus 1 ədəd “İphone 13 Pro Max”, 1 ədəd “İphone 5S”, 1 ədəd “Samsung Galaxy J7 Neo” markalı mobil telefonlar, 1 ədəd “ABB”, “Leobank”, “Kapital Bank” hesab kartları və şəxsiyyət vəsiqəsi götürülmüşdür (cild İ, i.v.100-102); - 18 iyun 2025-ci il tarixli “tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-də Bakı şəhərində DTX-nin əməkdaşları tərəfindən tutulmuşdur (cild İ,115); - 19 iyun 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 167-3.1 və 283.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild İ,130); - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-313/2025 saylı, 19 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (cild İ,152-154); - 20 iyun 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, 1) Təqsirləndirilən şəxs məxsus “İphone 13 Pro Max” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı telefonun “qalereya” bölməsində iş üzrə əhəmiyyət kəsb edən heç bir fotoşəkil aşkar olunmamış, “Whatsapp” ani mesajlaşma tətbiqi, “Telegram” və “İnstagram” sosial şəbəkələrində iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. 2) Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy J7 Neo” markalı mobil telefonda “Whatsapp” ani mesajlaşma tətbiqindən “X26” adı və 055 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən danışıq və məlumat aşkar olunmamış, “Telegram” sosial isə Təqsirləndirilən şəxs məxsus “@AGGRESSORL1 FE” adlı səhifə olduğu müəyən edilmiş, o, həmin səhifədən “X26” adı və 055 *** ** ** mobil nömrə ilə qeydiyyatdan keçmiş, ’’AGGRESSORL1FE” adlı səhifədə onun hicama müalicə üsulu ilə məşğul olmasına dair və dini məzmunlu videolar paylaşmışdır. Həmin səhifədə Təqsirləndirilən şəxs tərəfindən 23 iyul 2024-cü il tarixdə paylaşılan başlıqda “Rafizilər” sözü qeyd edilmiş dini mövzuda olması ehtimal edilən 1 video aşkar edilmiş, həmin video “Telegram” sosial şəbəkəsində açıq rejimdə yerləşdirilmiş və istənilən istifadəçi tərəfindən baxıla bilər. Videonun məzmunu: Rafizilərin dinini qəbul etməyin, çünki onlar gülünc bir qövüm və şeytanın müttəfiqləridir. Həqiqətən, rafizilər yeri ayaqlayanların ən pisidirlər. Hər danışan insan və cindən peyğəmbərə ağızları ilə hörmət edərlər, onun səhabələrinə xəyanət edərlər. Səhabələri haqsızlıq və pislikdə ittiham edirlər. Onlar onun ailəsinə sevdiklərini iddia edərək, səhabələrini təhqir edirlər. Allah bir-birinə zidd olan iki mövqe peyğəmbərin ailəsi və səhabələrin nümunəsi: iki bədəndən ibarət tək bir ruh. 3) Təqsirləndirilən şəxs məxsus “İphone 5S” markalı mobil telefonun “Whatsapp” ani mesajlaşma tətbiqindən “X26” adı və 055 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş, iş üzrə əhəmiyyət kəsb edən danışıq və məlumat aşkar edilməmişdir. Daha sonra “Telegram” sosial şəbəkəsində ona məxsus “@AGGRESSORL1 FE” adlı səhifə olduğu müəyyən edilmiş və o, həmin səhifədən “X26” adı və 055 *** ** ** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş, 23 iyul 2024-cü il tarixdə paylaşılan “Rafizilər” başlıqlı video aşkar edilmişdir (cild İ,162-164); - Azərbaycan Respublikası DİN-in ƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild İ,172); - Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə məlumat daxil olmamışdır (cild İ,181); - 17 iyul 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus şıxsiyyət vəsiqəsinə, bank kartlarına (ABB, Kapital Bank və Leobank), 4G “Megafon” markalı stasionar internetə qoşulma qurğusuna və evdən aşkar olunaraq götürülmüş tir tüfənginə baxış keçirilmiş və baxış zamanı tüfəng Rusiya istehsalı olan MP572 CAL 45 mm **********8 nömrəli müəyyən edilmişdir (cild İ,189-191); - 21 iyul 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ”HP” markalı noutbuka baxış zamanı “Orxan” adlı faylda təqsirləndirilən şəxsin “Makarof” tipli odlu silahla çəkilmiş müxtəlif fotoşəkillər aşkar olunmuş, digər fayllarda iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir (cild İ,198-201); -15 iyul 2025-ci il tarixli Respublika Narkoloji Mərkəzindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə qeydiyyatda durmur (cild İ,202); - 21 iyul 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki,

1. Təqsirləndirilən şəxs məxsus Eş-şeria” adlı dini məzmunlu kitab. Kitab 3 cilddən ibarətdir. 1-ci cild 827, 2-cild 767, 3-cücild 792 vərəqdən ibarətdir. Kitabın üzərində Muhammad b.el-Huseyn və el-Acurri adları qeyd edilmiş, kitabın 1-ci vərəqində müəllifin X27 el-Acurri olduğu qeyd edilmişdir. Göründüyü kimi 2023-cü il tarixdə “X32” LTD-də çap edilmişdir. 2.“Etiqadın Parıltısı” adlı dini məzmunlu kitab. Kitab 131 vərəqdən ibarətdir. Kitabın üzərində müəllif X18 Qüdamə Əl-Məqdisi Əl-Hənbəli qeyd edilmişdir. 3.“Korku ve Ümit” adlı dinli məzmunlu kitab. Kitab 143 vərəqdən ibarətdir. Kitabın üzərindən və 1-ci səhifəsindən müəllifin İmam Gazzali olduğu görünür. 4.“Peyğəmbərin Xislətləri” adlı dini məzmunlu kitab. Kitab 576 vərəqdən ibarətdir, kitabın üzərində müəllif X40 X35 İbn Sovrə ət-Tirmizi qeyd edilmişdir. 5.“Hanımlara Fetvalar” adlı dini məzmunlu kitab. Kitab 454 vərəqdən ibarətdir. Kitabın üzərində müəllif İbn Teymiyye adı ilə qeyd edilmişdir. Kitab 2021-ci il tarixdə “X32” LTD-də çap edilmişdir. 6.“Otuz Risale” adlı dini məzmunlu kitab. Kitab 427 vərəqdən ibarətdir. Kitabın üzərində müəllif Ebu Muhammed el-Makdisinin adı qeyd edilmişdir. Baxış zamanı kitabın 2019-cu il tarixdə “X32” LTD-də çap edildiyi müəyyən edilmişdir. 7.“X19” adlı dini məzmunlu kitab. Kitab 103 vərəqdən ibarətdir. Kitabın üzərində müəllif Ebu Muhammed el-Makdisinin adı qeyd edilmişdir. Baxış zamanı kabın “Ravza Yayıncılık ve Matbaacılık” da çap edildiyi müəyyən edilmişdir. 8.“Quranı Kərim və Hədislərdə İslam və İmanın dayaqları” adlı dini məzmunlu kitab. Kitab 48 vərəqdən ibarətdir. Kitabın üzərində müəllif X28 Zeyni adı qeyd edilmişdir. 9.“Hanımların için 1000 fetva” adlı dini məzmunlu kitab. Kitab 256 vərəqdən ibarətdir. Kitabın üzərində müəllif Halid El-Huseynan adı qeyd edilmişdir. Baxış zamanı kitabın “Ravza Matbaacılık” tərəfindən çap edildiyi görünür. 10.“Dilimize nasıl sahip çıka biliriz?” adlı dini məzmunlu kitab. Kitab 128 vərəqdən karətdir. Kitabın üzərində müəllif İmam Gazallının adı qeyd edilmişdir. Baxış zamanı kitabın Ravza Matbaacıhk” tərəfindən çap edildiyi görünür. 11.“X12” adlı dini məzmunlu kitab. Kitab 576 vərəqdən ibarətdir. Üzərində müəllifin Abdurrahman Refet el-Başa olduğu qeyd edilmişdir. Baxış zamanı “X33” LTD-də çap edildiyi müəyyən edilmişdir. 12.“İbadət Tövhidi” mövzusunda Əhli-sünnə ilə İmamilər arasındakı müştərək hədislər adlı dini məzmunlu kitab. Kitab 137 vərəqdən ibarətdir. 13.“Akademimiz Budur” adlı dini məzmunlu kitab. Kitab 57 vərəqdən ibarətdir. Üzərində müəllifi Ebu Muhammed el-Makdisi adı qeyd edilmişdir. Baxış zamanı kitabın 2014-cü il tarixdə “Alagöz” mətbəəsi tərəfindən çap edildiyi müəyyən edilmişdir. 14.“Cihadı Desteklemenin 44 yolu" adlı dini məzmunlu kitab. Kitab 88 vərəqdən ibarətdir. Kitabın müəllifinin Enver el-Evlaki olduğu görünür. Baxış zamanı “X32” LTD-də çap edildiyi müəyyən edilmişdir. 15.“X34 Şəhadət Kəlməsi” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 41 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin X17 müəyyən edilmişdir. 16.“X13 Eden Haricilere ve Bidetçilere Reddiye” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 75 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin Tuveyli et-Turki olduğu müəyyən edilmişdir. 17.“Azirin təkfir edilməsinin illətləri” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 23 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin Abu Xattab olduğu müəyyən edilmişdir. 18.“X3 İfşası” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 31 vərəqdən ibarətdir. Baxış zamanı müəllif adı müəyyən edilməmişdir. 19.“Tağutun mənası” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 19 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin Şeyx Ət-Təmimi Ən-Nəcdi olduğu müəyyən edilmişdir. 20.“Kitab ve Sünnete davet yayınlan” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 92 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin X1 müəyyən edilmişdir. 21.“X23” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 43 rəqdən ibarətdir. Baxış zamanı müəllif adı müəyyən edilməmişdir. 22.“Cahiliyyət Məsələləri” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 41 rəqdən ibarətdir. Baxış zamanı müəllifin X29-Vahhab olduğu müəyyən edilmişdir. 23.“X24 X4 Sözlərinə əlavə” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 104 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin Şeyx Ali X6 müəyyən edilmişdir. 24.“Altı əsas” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 4 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin Muhamməd ibn Abdul-Vahhab olduğu müəyyən edilmişdir. 25.“Sünnətin Əsasları” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 13 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin İmam Əhməd ibn Hənbəl olduğu müəyyən edilmişdir. 26.“Tağutların yardımçılarına dair Şübhelerin Giderilmesi” adlı dini məzmunlu broşüra. göründüyü kimi broşüra 98 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin Ebu Muhamməd el- Makdisi olduğu müəyyən edilmişdir. 27.“Müşrikleri ve Mürtedleri dost edinmekten kurtulma yolları” adlı dini məzmunlu broşüra. Göründüyü kimi broşüra 67 vərəqdən ibarətdir. Baxış zamanı müəllifin X21 müəyyən edilmişdir. 28.“Tüm Gençlere bir mesaj” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 22 vərəqdən ibarətdir. X15 adlı müəllifin adı qeyd edilmişdir. 29.“Quran və Şiəlik” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 82 səhifədən ibarətdir. Müəllif və çap olunduğu yerlə bağlı məlumat əks etdirilməmişdir. 30.“Şübhələrin İfşası” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 172 səhifədən arətdir. Üzərində müəllif Şeyxul-İslam Muhamməd bin Abdul-Vahhəb və şərh edən Abdul- Əziz bin Abdullah bin Bəzin adları qeyd edilmişdir. 31.Rus dilində broşüra. Göründüyü kimi 52 vərəqdən ibarətdir. 32.“Millet-i İbrahim” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 116 vərəqdən ibarətdir. Üzərində müəllif X31 adı qeyd edilmişdir. 33.“Dörd qayda” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 9 vərəqdən ibarətdir. Üzərində müəllif X29-Vahhəbin adı qeyd edilmişdir. 34.“X9” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 51 vərəqdən ibarətdir. Üzərində müəllif Heysəm bin Muhamməd bin Cəmil Sərhanın adı qeyd idilmişdir. 35.“Müşriklərin Təkfirinin dininin əslindən olmasının isbatı” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 23 vərəqdən ibarətdir. Müəllif və çap olunduğu yerlə bağlı heç bir məlumat qeyd edilməmişdir. 36.“İmam Buharinin ve Şeyhlerinin itikadı” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 11 vərəqdən ibarətdir. Üzərində müəllif X20 adı qeyd edilmişdir. 37.“Tövhid Kitabı” adlı dini məzmunlu broşüra. Göründüyü kimi 136 səhifədən ibarətdir, müəllif X29-Vahhəb və tərcümə və redaktə edən Abdul-Lətifin adları qeyd edilmişdir (cild İ,219-222); - 09 iyul 2025-ci il tarixli, 545/KEŞ saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X16 daxil olmuş ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs mütəxəssis nevroloqun və MRT müayinələrinə əsasən, hazırda onun “Dağınıq skleroz” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmiş, qeyd edilən xəstəlik uzun sürən xroniki gedişli xəstəlikdir.Onun sağlamlıq durumu ilə bağlı həbsxana şəraitində saxlanılması mümkündür (cild İ,229-232); - 24 iyun 2025-ci il tarixli 2032 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsindən daxil olmuş rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Onun törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması müəyyən edilmir. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. X8 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-a maddələrinin təsiri altına düşmür (cild İ,233-235); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir(cild ll-i.v.8); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1239 nömrəli rəyində göstərilmişdir ki, dinşünaslıq ekspertizasına təqdim edilmiş adları aşağıda qeyd edilən kitablar və bröşürlərdə ölkədəki dini duruma mənfi təsir edə biləcək fikirlər: “Akidəmiz budur”, “Cihadı dəstəkləmənin 44 yolu”, “Qurani- Kərim və hədislərdə İslam və İmanın dayaqları”, “eş-Şeria”, “Böyük ortadoğu projesi”, Cahiliyyet meseleleri, X24 məsələsində imamlarının sözlərinə əlavə, X23, “Tevhid İmamı X14”,”Tağutun mənası”, “X3 ifşası” “Azirin təkfir edilməsinin illətləri”, “X13 edən haricilere ve bidatçilere reddiye”, “X34 şəhadət kəlməsi”, “Altı əsas”, “Tağutların yardımçılarına dair şübhelerin giderilməsi”, “Müşriklerin ve mürtedlerin dost edinmekten kurtulma yolları”, “Tüm gençlere bir mesaj”, “Tovhid kitabı”, “Dörd qayda”, “Milleti İbrahim”, “Quran və şiəlik”, “Şübhələrin ifşasırisaləsinin şərhi” və müvafiq razılıq olmadan istehsal və ya idxal edilmiş: “Korku ve Ümit, “Akidemiz budur”, “İbadət tövhidi”, “Cihadı desteklemenin 44 yolu”, Qurani-Kərim və hədislərdə İslamın dayaqları, “eş-Şeria”, “Böyük ortadoğu projesi”, “Dilimize nasıl sahib çıkabiliriz?”, “Tekfirde aşırılıktan sakındırma konusunda otuz risale”, “Hanımlara fetvalar”, “Cahiliyyət məsələləri”, X23, Kitab ve sünnete davet yayınları,” Tağutun mənası”, “X3 ifşası”, “Azirin təkfir edilməsinin illətləri”, “X13 edən haricilere ve bidatçilere reddiye”, “X34 şəhadət kəlməsi”, “Altı əsas”, “Sünnətin əsasları”, “Tağutların yardımçılarına dair şübhelerin giderilməsi”, “Müşriklerin ve mürtedlerin dost edinmekten kurtulma yolları”, “Tüm gençlere bir mesaj”, “İmam Buharinin ve şeyhlerinin itikadı”, “X9”, “Tovhid kitab”, “Dörd qayda”, “Milleti İbrahim”, “Quran və şiəlik”, “Şübhələrin ifşasırisaləsinin şərhi”, rus dilində kserosurət. (cild ll-i.v.9-26); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir(cild ll-i.v.39); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 4/1332 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Samsung Galaxy J7 Neo” və “İphone 5S” markalı mobil telefonlara yüklənmiş “Telegram” sosial şəbəkəsində “Ə”bdulqahhər Əbu Nuh" (t.me/“AGGRESSORL1FE”) adlı səhifədə 23 iyul 2024-cü il tarixdə paylaşılan “Rafizilər” başlıqlı videomaterialda dini nifrət və düşmənçilik vardır, bir dini qrupun təhqirinə və dini qarşıdurmaya çağırış edir, həmçinin dini ekstremist fəaliyyətə ideoloji əsas yaradır. Həmin “Rafizilər” başlıqlı videomaterialda və mətnlərdə aşkar surətdə dini nifrət və düşmənçiliyin salınmasına, dini mənsubiyyətindən asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilmişdir (cild ll-i.v.40-43) - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir (cild ll-i.v.45); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/794 nömrəli rəyində göstərilmişdir ki, 1) təqdim edilmiş obyektin sensor ekran və “Android 8.1.0” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “Samsung Galaxy J7 Neo” markalı “SM-J701F/DS” modelli “**********85981, **********85980” İMEİ kodlu mobil smartfon olması müəyyən edilmiş, təqdim edilmiş obyektin sensor ekran və “İOS 12.5.7” əməliyyat sistemi ilə təchiz olunmuş bir ədəd “İphone 5S” markalı “A1457” modelli “**********08307” İMEİ kodlu mobil smartfon olması müəyyən edilmişdir. 2) Təqdim edilmiş “Samsung Galaxy J7 Neo” markalı “SM-J701F/DS” modelli və “İphone 5S" markalı, “A1457” modelli mobil smartfonların yaddaşlarında “+994 55 535 88 97” abonent nömrəsi və "Ə”bdulqahhər Əbu Nuh” (t.me “AGGRESSORL1FE”) istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Telegram” sosial platformasına aid istifadəçi hesabı müəyyən olunmuşdur. Təhlil olunan “Ə”bdulqahhər Əbu Nuh” (t.me “AGGRESSORL1FE”) adlı “Telegram” hesabında xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində postların başqa telegram istifadəçiləri tərəfindən görülə bilən şəkildə paylaşılması müəyyən olunmuşdur. Aşkar olunmuş postlar arasında “Rafizilər” başlığı altında olan videomaterialın xx.xx.2024-cü il tarixdə paylaşılması müəyyən edilmişdir (cild ll-i.v.46-48); - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-485/2025 saylı, 13 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 02 ay , yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (cild İl,49-54); - 15 sentyabr 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Asus” markalı kompüterin sistem bloku “Dell” markalı kompüterə qoşularaq aktiv vəziyyətə gətirildikdən sonra sistem blokuna yüklənmiş faylların baxışı keçirilmiş, belə ki, yaddaşda “ето йени”, “Yusuf və Nəcəşi” qovluqların, “Kitab yeni”, “X23” adlı faylların mövcud olması müəyyən edilmiş, “X23” adlı faylda word formatında 43 səhifədən ibarət elektron dini məzmunlu kitab olması müəyyən edilmişdir. Elektron kitab giriş ön söz və əsas mövzu hissələrindən ibarətdir. Kitabın sonuncu səhifəsində “28 Ramadan 1444” və 19 aprel 2023 sözləri qeyd edilmişdir. Daha sonra “ето йени” qovluğunda “Kitab Yeni 2” adlı word formatında 3 fayl aşkar edilmiş, həmin faylda 75 səhifədən ibarət elektron dini məzmunlu eynilik təşkil edən kitablar olması məyyən edildi. Elektron kitablar giriş ön söz və əsas mövzu hissələrindən ibarətdir. Digər fayllara baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild lİ,54A); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir (cild ll-i.v.70); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/926 nömrəli rəyində göstərilmişdir ki, 1) Təqdim edilmiş üz hissəsində “Vento A8” yazısı olan “Windows 10” əməliyyat sistemi ilə təchiz olunmuş kompüter hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan kompüter sistem blokuna baxış keçirilən zaman onun tarix və zaman göstəricilərinin real tarix və zamana uyğun olmaması müəyyən edilmişdir. 2) Rəyin “Tədqiqat prosesinin təsvir” hissəsinin 2-ci bəndində göstərilənlərə əsasən tədqiq olunan 43 səhifədən ibarət olan “X23 kitabı və müsəlmanlara səsləniş" adlı və “ето йени” adlı qovluq daxilində yerləşən 75 səhifədən ibarət olan “Kitab yeni 2” adlı “docx” formatlı faylların yaradılma tarixlərinin dəqiq şəkildə müəyyən edilməsi mümkün olmamışdır. 3) Tədqiq olunan “docx” formatlı faylların yaradılma tarixlərinin dəqiq şəkildə müəyyən edilməsi mümkün olmadığından, həmin faylların metadatları əsasında qeyd olunan faylların hər hansı bir mənbədən yüklənib-yüklənməməsi tarixləri üzrə tədqiqat işinin aparılması mümkün olmamışdır (cild ll-i.v.71-73); - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)-628/2025 saylı, 13 noyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 02 ay, yəni xx.xx.2026-cı il tarixədək uzadılmışdır (cild İl,100-106); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 100 (yüz) manat müəyyən edilmişdir (cild ll-i.v.116); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli 4/1519 nömrəli rəyində göstərilmişdir ki, 1) Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsindən “Kompleks məhkəmə-linqvistik və məhkəmə-texniki ekspertizasının təyin edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə dinşünaslıq ekspertizasına təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus dini məzmunlu məlumat materiallarından “X23” və “Kitab yeni 2” adlı kitablarda dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran hərəkətlər mövcuddur. Həmin adı qeyd edilən kitablarda milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətdən asılı olaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilmişdir. Həmin adı qeyd edilən kitablar dini təyinatlı ədəbiyyat hesab olunur, satış və yayma məsədilə idxalına, satışına və yayılmasına müvafiq razılıq verilməmişdir (cild ll-i.v.117-121); - ********* nömrəli cinayət işi üzrə ittiham aktına əlavə edilmiş 3 saylı əlavədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Cihadı desteklemenin 44 yolu” (Küreselkitab. İstanbul 2013) adlı, X38 Atikin müəllifi olduğu 01 ədəd “Müşriklərin ve mürtedlerin dost edinmekten kurtulma yolları” (kserosurət), X25 müəllifi olduğu 01 ədəd “Milleti İbrahim” (kserosurət), 01 ədəd “Müşriklərin təkfirinin dinin əslindən olmasının isbatı” (kserosurət), 01 ədəd “X23” (kserosurət), 01 ədəd “Quran və şiəlik” (kserosurət) adlı ümumilikdə 06 ədəd dini məzmunlu kitab və broşüralar, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Vento A8” markalı sistem blokundakı dini məzmunlu elektron kitablar, həmçinin istifadəsində olmuş “Samsung Galaxy J7 Neo” və “İphone 5S” markalı mobil telefonlar maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir (cild ll-i.v.182);

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1-cü maddəsinə əsasən, dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yaymaya görə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulmuş əməllər dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətin obyekti milli, irqi, sosial və ya dini hüquq bərabərliyi və bu sahədə Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş əsas hüquq və azadlıqlardır. Bu cinayət obyektiv cəhətdən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı otaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlərdə ifadə olunur. Milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salınmasına yönələn hərəkətlər bu məqsədlə edilmiş hər hansı bir hərəkətin (millətlərə, dinlərə və irqlərə qarşı, onların adətənənələrinə, həyat tərzinə, məişətinə qarşı aşkar hörmətsizlik, nifrət ifadə edən ideyaların təbliğat və təşviqatının aparılması, irqçilik təbliğatının aparılması, xalqların milli, dini rəhbərlərinin təhqir edilməsi, milli-mədəni və dini mərkəzlərin dağıdılması və s.) törədilməsini nəzərdə tutur. Milli ləyaqətin alçaldılması dedikdə, milli əlamətinə görə insanları hər hansı formada təhqir etmə, ələ salma, bu və ya digər millətə mənsub olan tarix, mədəniyyət, incəsənət abidələri üzərində vandalizm aktı törətmə, adət-ənənələri məsxərəyə qoyma və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmin maddənin İİ hissəsinə əsasən, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ hissəsinə əsasən, dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 44-cü maddəsinə əsasən, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin İİİ hissəsinə əsasən, irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. “Dini ekstremizmə qarşı mübarizə haqqında” 04 dekabr 2015-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə, dini ekstremizmin (dini ekstremist fəaliyyətin) əsas əlaməti onun dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində həyata keçirilməsidir. Həmin Qanunun 1.0.1.8-ci maddəsinə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində dini ekstremist materialların, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və ya yayılması dini ekstremizmin təzahür formalarındandır. Dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materiallar dedikdə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin törədilməsini, qanunsuz silahlı birləşmələrin və ya qrupların yaradılmasını, həmin birləşmə və ya qruplarda iştirakı, terror fəaliyyətinin həyata keçirilməsini, Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakı, milli, sosial və ya dini nifrətin salınmasını, milli ləyaqətin alçaldılmasını, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsini, şəxsin hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur edilməsini, habelə sadalanan fəaliyyətlərə açıq çağırışların edilməsini ehtiva edən kağız vərəqələr, kağız və ya elektron məktublar, internet infomasiya ehtiyatlarında sosial şəbəkələrdə yazılı, görüntülü, səsli paylaşımlar, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, bəyanatlar və sair bu kimi materiallar başa düşülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs və şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzib olunmaz sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, həmçinin yüngülləşdirici halı və ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalı, həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Belə ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 06 ədəd (01 ədəd “Cihadı desteklemenin 44 yolu” (Küreselkitab. İstanbul 2013) adlı, X38 Atikin müəllifi olduğu 01 ədəd “Müşriklərin ve mürtedlerin dost edinmekten kurtulma yolları” (kserosurət), X25 müəllifi olduğu 01 ədəd “Milleti İbrahim” (kserosurət), 01 ədəd “Müşriklərin təkfirinin dinin əslindən olmasının isbatı” (kserosurət), 01 ədəd “X23” (kserosurət), 01 ədəd “Quran və şiəlik” (kserosurət) adlı dini məzmunlu kitab və broşüralar, 01 ədəd “Vento A8” markalı sistem blokundakı din məzmunlu elektron kitablar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə “İphone 5S” və “Samsung Galaxy J7 Neo” markalı mobil telefonlar qanuni sahibinə qaytarılmalı və 4 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci ümumilikdə 500 (beş yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən (xx.xx.2025-ci il tarixli dəyişiklik nəzərə alınmaqla) vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin oan Cinayət Məcəlləsinin 167-3.1-ci maddəsi ilə 3 il müddətinə, Cinayət Məcəlləsinin 283.1-1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1 və 283.1-1-ci maddələri ilə təyin olunmuş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübutlar - Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağında saxlanılan 06 ədəd (01 ədəd “Cihadı desteklemenin 44 yolu” (Küreselkitab. İstanbul 2013) adlı, X38 Atikin müəllifi olduğu 01 ədəd “Müşriklərin ve mürtedlerin dost edinmekten kurtulma yolları” (kserosurət), X25 müəllifi olduğu 01 ədəd “Milleti İbrahim” (kserosurət), 01 ədəd “Müşriklərin təkfirinin dinin əslindən olmasının isbatı” (kserosurət), 01 ədəd “X23” (kserosurət), 01 ədəd “Quran və şiəlik” (kserosurət) adlı dini məzmunlu kitab və broşüralar, 01 ədəd “Vento A8” markalı sistem blokundakı din məzmunlu elektron kitablar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə “İphone 5S” və “Samsung Galaxy J7 Neo” markalı mobil telefonlar qanuni sahibinə qaytarılsın və dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar