Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-278/2024 22.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X5 və vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi, ev 79, mənzil 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci və 264-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmışdır. Belə ki, o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqəsində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməyərək 10 avqust 2023-cü il tarixdə saat 20:48 radələrində ayıq vəziyyətdə sürücülük hüququ əsasında idarə etdiyi “Opel Meriva” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə üzü “Sovxoz Nizami”nin dairəsi istiqamətində saatda 70 kilometr sürətlə idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkəti ücün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və va hərəkətsizliyi ilə diqər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda həmin tələblərə əməl etməyərək ünvan 1 ünvanında yerləşən “Dost qapısı” restoranının bərabərliyində idarəetməni itirərək əvvəlcə yolun sağ kənarına, daha sonra isə düzünə hərəkət edərək ünvan 2 ünvanının bərabərliyində dayanmış vəziyyətdə olan “Ekskavator Hyundai R-200W” markalı 32-T-157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılmış, nəticədə “Opel Meriva” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sağ almacıq-göz yuvası suturda ayrışma, gicgah sümüyünün almacıq qövsünün, göz yuvasının lateral divarının, əng sümüyünün aşağı-bayır divarının sınıqları ilə müşahidə olunan alın-almacıq, sağ qaş nahiyəsinin, sağ yanağın əzilmişcırılmış yaraları, sağ mil sümüyünün sınığı ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi zamanı zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda həmin tələblərə əməl etməyərək qeyd olunan yol-nəqliyyat hadisəsi törətdikdən sonra oradan getməklə hadisə yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs oğlu, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-1-ci və 264-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək və mülki iddianı qəbul etməyərək ifadəsində göstərmişdir. ki, o, hadisə olan vaxt müşdərisi Zərərçəkmiş şəxs işə aparırdı. Hadisə “Dost qapısı” yaxınlığında olmuşdur. Hadisə olan zaman o, avtomobilini 60-70 kilometr surətlə idarə etmişdir. Hadisə baş verən yolda lent çəkilmişdir. Hava qaranlıq olduğu üçün o, kənara diqqət yetirə bilməmişdir. Lenti keçən kimi traktor onun qabağına çıxmış o, yolun sağa çıxmaq istəsə də artıq gec olmuşdur. Qəza olduğu zaman o arxaya baxdığı zaman Qızılgülün huşunu itirdiyini görmüşdür. O, avtomobildən düşərək kömək isdəmiş və bir nəfər şəxs ona kömək etmək isdəmiş, lakin bu zaman təcili tibbi yardım köməyə gəlmişdir. O, Qızılgül ilə birlikdə xəstəxanaya getmişdir. Xəstəxanada onunda təzyiqini ölçüb ona dərman vermişlər. Hadisədən bir gün sonra o, xəstəxanaya gedib barmağı çıxdığı üçün həkimə göstərmiş və əli gipsə salınmışdır. Hadisə olan vaxtı o, barmağının çıxdığını hiss etməmişdir. O. hadisə yerindən qaçmamışdır. Mülki iddianı maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini qeyd edərək məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, xəstəxanaya getdiyi zaman ona ilk olaraq sadəcə dərman vermişlər və o, evinə qayıtmağı planlaşdırmış özünü yaxşı hiss etmədiyi üçün əvvəlcə parka getmiş sonra evinə getmək istəmiş binanın qabağına getdiyi zaman yuxarı çıxa bilməmiş və dostuna zəng etmiş, dostu gəlib onu öz evinə aparmışdır. Hadisədən sonrakı gün xəstəxanaya getmiş, polis əməkdaşları da xəstəxanada olmuşdur. O, şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. Hadisədən təxmini 5 gün sonra o, xəstəxanaya gedərək Qızılgülün aləsinə 1000 manat köməklik etmək isdəmiş, lakin qardaşları 3500 manat xərc çəkdiklərini və 1000 manat pulu qəbul etməyəcəklərini bildirmişlər. Hadisə zamanı onun əli və burnu qanamışdır. Zərərçəkmiş şəxs 28 oktyabr 2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş və ifadəsində göstərmişdir ki, o, hadisəni xatırlamır. Sadəcə hadisə baş verdiyi günü bacısıgilə getdiyi onun yadında qalmışdır. Qəzanın necə olması və nələr baş verdiyi onun yadında deyil, hadisəni xatırlamır. O, səhhəti ilə əlaqədar növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, məhkəmə hökmünün çıxarılmasını xahiş etmiş və bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Sonda o, ona dəymiş olan maddi ziyanı tələb etdiyini ziyan ona ödənilməyəcəyi halda şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmiş, o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, gündəlik olaraq Gəncə şəhəri, Ş.İ.Xətai prospektindəki Fizuli parkında yerləşən çörək sexində çörəkçi kimi işləyərək qazanc əldə edir. Həftənin 4 günü hər gün saat təxminən 05 radələrində işə gedib təxminən saat 18-19 radələrində işdən çıxır. İşə getdiyi saatlarda sərnişin avtobusu olmadığından məcbur taksi ilə işə getmişdir. Bu məqsədlə “Maxi” taksi şirkətinə zəng edərək avtomobil sifariş etmişdir. Təxminən 2022-ci ilin yay aylarında yenə taksi sifarişlərin birində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Meriva” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu iş yerimə aparmışdır. Təqsirləndirilən şəxs gündəlik səhərlər taksi ilə işə getdiyini öyrənərək ona taksi xidmətinin nömrəsinə zəng edib sifariş etdikdə ondan əlavə haqq çıxıldığını, nə zaman taksi lazım olarsa ona zəng etməyini deyərək mobil nömrəsini ona vermişdir. Bundan sonra taksi lazım olarkən Saleh Eyvaza zəng edərək onun taksi xidmətindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə istirahət günü olduğuna görə işə getməmişdir. Ağciyərində yaranan nasazlıqla bağlı qərar vermişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan bacısı Səringülün evinə gedərək orada sistem qoşdurmuşdur. Bu məqsədlə günorta saatlarında yaşadığı evdən çıxaraq avtobusla Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayan bacısı Səringülün evinə gedərək sistem qoşdurmuşdur. Həmin sistemdən sonra axşam bacısıgilin evindən çıxmışdır. Daha sonra isə nə baş verməsini xatırlamır. Xəstəxanada ayıldıqdan sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi idarə etdiyi “Opel Meriva” markalı **-HL- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində hərəkətdə olarkən idarəetməni itirərək ekskavatora çırpılmış və nəticədə xəsarət almışdır. Həmin hadisədən sonra Təqsirləndirilən şəxs ona baş çəkməmiş, onu xəstəxanada qoyub qaçmış və dəyən ziyanı ödəməmişdir. Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti, düşmənçilyi, borcu olmamışdır. Hadisədən əvvəl Təqsirləndirilən şəxs sadəcə adını bilmiş, şəxsiyyəti barədə ətraflı məlumatı olmamışdır. Başından aldığı xəsarətləri ilə əlaqədar həmin avtomobilə nə zaman minməyini, hadisənin necə baş verməsini xatırlaya bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X5 ifadəsində bildirmişdir ki, hadisənin baş verməsi ilə bağlı ona zəng gəlmiş və o, hadisə yerinə getmişdir. Hadisə yerinə getdiyi zaman artıq onun bacısı xəstəxanaya aparılmışdı. Hadisə yerində bacısının telefonu qalmış, onu götürərək Gəncə şəhəri, 3 nömrəli xəstəxanaya getmişdir. Bacısını ordan Memorial xəstəxanasına göndərmişlər. Onlar ordan Beynalxalq xəstəxanaya getmişlər. Ordan onları təkrar 3 nömrəli xəstəxanaya göndərmişlər. Onlar təqsirləndirilən şəxsin heç bir köməkliyini görməmişlər. Sonda məhkəmədən təqsirləndirilən şəxsin cəzalandırılmasını xahiş etmişdir. Qanuni nümayəndə X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsin qohumları onların evinə gedərək onlara 1000 manat pul təklif edərək barışmaq isdədiklərini bildirmişlər. Qızılgülün hazırda vəziyyəti yaxşı deyildir, evdəkilərin köməkliyi ilə hərəkət edir. Onun psixoloji vəziyyətidə yaxşı deyildir, hər şeyə əsəbləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə olan günü qardaşı ona zəng edərək hadisə haqqında ona məlumat vermişdir. O, xəstəxanaya getmişdir. O, xəstəxanada təqsirləndirilən şəxsi əlil arabasında sarıqlı vəziyyətdə görmüş, lakin əvvəlcə onun kim olduğunu bilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı 3 nömrəli xəstəxanada polis əməkdaşları olmuşdur. O, Salehi xəstəxanaya girdiyi zaman görsədə, sonra onu görməmişdir. Salehin qohumu Orxan orda olmuşdur. Orxan Salehə zəng etmiş saleh ona bildirmişdir ki, gedib nə iş görürlərsə görsünlər. Onlar bacısının müalicəsi ilə bağlı ilkin olaraq 3000 manat xərc çəkmişlər. Saleh maddi cəhətdən onlara heç bir köməklik etməmişdir. Onlara barışmaq üçün 1000 manat pul təklif olunmuş, lakin onlar qəbul etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onlar şirkətlə müqavilə bağlamışdır. Onlar su kanalizasiya sistemində işləyirlər. Lenti işçilər yola çəkmişdir. O, şirkətdə operator kimi fəaliyyət göstərir. Şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin yola lent çəkilib, lakin lenti çəkən şəxslərin adını xatırlamır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Opel Meriva” markalı avtomobil ona məxsus olmuşdur. Təqsirləndirilən şəxs onun avtomobilini ona verilən etibarnaməyə əsasən idarə etmişdir. Onun avtomobilinə dəymiş ziyanla bağlı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, Qızılgülü hadisə yerində gördüyü zaman onun öldüyünü hesab etmişdir. O, hadisəni tam olaraq xatırlamadığını bildirmişdir. Hadisə yerində sürücünündə təcili tibbi yardıma mindiyini görmüşdür. Maşını onlar hadisə yerindən aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki,hadisə olduğu vaxt onlar xidmətdə olmuşlar.Onlara yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat verilmiş və onlar dərhal hadisə yerinə getmişlər. Onlar hadisə yerinə getdikləri zaman artıq hadisə baş vermişdi. Sürücü və zərərçəkmiş şəxs hadisə yerində olmuşdur.Onlar hadisə yerinə getdikdən bir neçə dəqiqə sonra təcili tibbi yardım hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs də zərərçəkmiş şəxslə birlikdə xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxsin telefonu hadisə yerində qalmış, onlar telefonu zərərçəkmiş şəxsin qardaşına vermişlər. Şahid qismində dindirilmiş Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş və təqsirləndirilən şəxsləri görməmişdir. O hadisə yerinə getdiyi zaman artıq hadisə baş vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, cinayət işi üzrə ibtidai istintaqı o, aparmışdır. Hadisə yerinin müayinəsini aparmışlar. O, 3 nömrəli xəstəxanaya getmiş və zərərçəkmiş şəxsin Memorial xəstəxanasına aparıldığını öyrənmiş və oraya getmişlər. Onlar təqsirləndirilən şəxsin orda olacağını düşünmüşlər, lakin o, orda olmamışdır. Sonra zərərçəkmiş şəxsi Beynəlxalq xəstəxanaya aparmışlar. Onlar təqsirləndirilən şəxsin bacısı oğlu ilə danışmış və sürücünün gəlib ifadə verməsini bildirmişlər. Təqsirləndirilən şəxs bir gün sonra əməliyyatçılar tərəfindən Baş İdarəyə aparılmış, orada onun sənədləşdirilməsi aparılmışdır. Orada şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət təqbibi üzrə araşdırma zamanı hadisənin görüntüsünü özündə əks etdirən videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:48 radələrində “Opel Meriva” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil “Dost qapısı” restoranının bərabərliyində sağ tərəfə sükanını döndərərək diaqonal şəkildə hərəkət edir. Yolun sağ tərəfinə çıxır, daha sonra düzünə hərəkət edərək dayanmış vəziyyətdə olan “Ekskavator Hyundai R-200W” markalı 32-T-157 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılır. -Sərxoşluq hallarının bütün növlərinin təyin edilməsi məqsədilə aparılan tibbi müayinənin nəticəsinə dair Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2073/2023 nömrəli protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. -məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3016/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. -məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 1738 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ almacıq-gözyuvası suturda ayrışma, gicgah sümüyünün almacıq qövsünün, göz yuvasının lateral divarının, əng sümüyünün aşağı-bayır divarının sınıqları ilə müşahidə olunan alın-almacıq, sağ qaş nahiyəsinin, sağ yanağın əzilmiş-cırılmış yaraları, sağ mil sümüyünün sınığı küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilirlər. - məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 6 oktyabr 2023-cü il tarixli 8/2848 nömrəli rəyinə əsasən: -İstintaq tərəfindən təqdim olunmuş məlumatlara görə “Opel Meriva” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətdən artıq sürətlə, yəni yüksək 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. -"xxxx" istehsalat birliyi "xxxx" Gəncə Müəssisəsinin xx.xx.2023-cü il tarixli 968 nömrəli qüsur aktına əsasən “Opel Meriva” markalı **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4580 manat maddi ziyan dəymişdir. -DİN-in BDYPİ-nin Gəncə RQİTBŞ-yə verilmiş sorğuya cavabda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs adına AE 137291 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Opel Mariva” markalı, **-HL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən Şahid1 adına qeydiyyata alınmışdır. Həmçinin sözügedən avtomobilin istifadəsi üçün Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək etibarnamə verilmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-in (köhnə red.) 144cü maddəsi ilə təqsirli bilinərək 03 il şərti azadlıqdan məhrum edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. -Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi, “Savxoz Nizami” dairəsi istiqamətində baş vermişdir. - Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi Gəncə Memorial hospitalın “Əl-əl biləyi iki proyeksiyalı rentgen” müayinəsindən görünür ki, xəstə Təqsirləndirilən şəxs: proksial-distal interfalengeal oynaq səviyəsində və 1-3 korpometakarpal oynaqlar səviyyəsində degenerasiya və sümüklərdə osteopenia ilə uyğun görünüm mövcuddur. 3-cü barmaq proksimal falanqasının bazisində lineer görünümdə və həfif yerdəyişmə göstərən qırıq izlənmişdir. Digər səviyyələrdə sümük quruluşlarında, oynaqlarda və ətraf yumşaq toxumalarda gross patologiya izlənməmişdir. - Təcili tibbi yardım xidmətinə müraciətlərin elektron qeydiyyat sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs təcili tibbi yardıma 10 avqust 2023-cü il tarixdə müraciət etmişdir. - Müdafiə tərəfindən təqdim edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, həmin DVD diskdə təqsirləndirilən şəxs tərəfindən hadisə baş verən gün hadisə yerinin görüntülərinin lentə alındığı aşkar edilmişdir. Həmin videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini lentə alaraq həmin ərazidə təmir işlərinin həyata keçirilməsinə dair hər-hansı nişanın quraşdırılmadığını diqqətə çatdırır. -Təqsirləndirilən şəxs adına verilmiş AE137291 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək etibarlıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1 və 264cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi zərərçəkmiş şəxsin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.1-1 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə özünü təqsirli bilməmiş, yəni qəzanı törətdikdən sonra qaçmamışdır. O, şəxsiyyətini təsdiq edən sənədi xəstəxanada müstəntiqə təqdim etmiş, onun şəxsiyyət vəsiqəsi bugünə qədər geri qaytarılmamışdır. Bu məsələni aydınlaşdırmaq üçün ibtidai istintaqı aparan müstəntiq X6 məhkəmə iclasına dəvət edilmiş və o, ifadəsində təqsirləndirilən şəxsi hadisə olan vaxt görmədiyini, hətta əlaqə saxlayaraq onu tapa bilmədiklərini, əməliyyatçılar tərəfindən Şöbəyə gətirildiyini bildirmişdir. Eyni zamanda şahidlərdə onu xəstəxanada görmədiklərini bildirmişdir. Beləliklə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış, məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.1-1 və 264-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələbə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aid edilməsini, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 2.1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası CM-nin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarkterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələbinə görə cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263.1-1ci və 264-cü maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddəsinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamağı və üzərində qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin 22 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək nəqliyyat vasitəsini idarə etmə hüququnda məhrum etmə cəzasının əvvəli Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri “həbs” qətimakn tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalıdan dərhal həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə hesab edir ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətlərinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən sübut qismində tanınmış “Opel Meriva” markalı **-HL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil və “Ekskavator Hyundai R-200W” markalı 32-T-157 dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin öz sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 128 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 210 (iki yüz on) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun sağlamlığına vurulmuş ziyanın bərpa edilməsi üçün xərclənmiş 8100 manat və iddia ərizəsi üçün ödənilmiş 101 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs alınaraq ona verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki iddiaçı müalicəsi üçün 8100 manat xərc bu barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Mülki iddiaçının təqdim etdiyi X4 arayışından və ödəniş qəbzlərindən görünür ki, onun müalicəsi üçün 4297 manat ödəniş edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs 4297 manat pul və ödənilmiş dövlət tüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 101 manat dövlət rüsumunun 62 manat 98 qəpik hissəsi mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib 01(bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altna vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut qismində tanınmış “Opel Meriva” markalı **-HL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil və və “Ekskavator Hyundai R-200W” markalı 32-T-157 dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş cəmi 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, MüxbirhesabAZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 4297 (dörd min iki yüz doxsan yeddi) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun 62 manat 98 qəpik hissəsi tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-278/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-278/2024
22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver