Məhkəmə qərarları › İş №1(3-1)-12/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-12/2026

02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-12/2026 02.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Ilqar Məhərrəm oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs, onun müdafiəçisi müdafiəçi1 və tərcüməçi Tərcüməçi iştirakları ilə ## ###### 1984-cü il tarixində Türkiyə Respublikası, Mersin şəhərində doğulmuş, evli, 4 uşaq atası, Türkiyə Respublikasının vətəndaşı, sürücü işləmiş, orta təhsilli, məhkum olunmamış, Türkiyə Respublikası, Mersin şəhəri, Toroslar rayonu, Səlçuklar məhəlləsi, 90054 küçəsi, ev 19, mənzil 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Istintaq Təcridxanasında saxlanılan Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(*-**)-*/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin (s.e X1) *(*-**)-*/**** nömrəli, ## ##### 2026cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qəti cəza təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1ci maddəsinə müvafiq olaraq cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, onun məhkumluğu ödənilənə və ya götürülənədək Azərbaycan Respublikasına gəlmə hüququnun məhdudlaşdırılması, cinayət işi üzrə mülki iddianın və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmamasının nəzərə alınması hökm edilmişdir. Məhkəmənin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və güclü təsir edən dərman preparatını əldə etmiş, saxlamış, daşımış və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə qaçaqmalçılıq etmişdir. Bеlə ki, o, Iran Islam Respublikasında istintaqa məlum olmayan şəxsdən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq, satış məqsədi olmadan 1 bükümdə 36,422 qramdan artıq külli miqdarda metamfetamin psixotrop maddəsini və 3 ədəd konvalyutda 24 ədəd tramadol dərman preparatını əldə edib idarə etdiyi yük nəqliyyat vasitəsində gizlədib saxlayaraq daşımaqla, ##.##.2025-ci il tarixdə saat 09 radələrində Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun inzibati ərazisində yerləşən "Şahtaxtı" gömrük postu vasitəsilə Iran Islam Respublikasından gələrək Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına gedərkən idarə etdiyi 33AVL559/33ENF18 qeydiyat nişanlı "Volvo" markalı yük nəqliyyat vasitəsi ilə ölkəyə giriş etdikdə psixotrop maddəni, həmçinin narkotik vasitələrə və psixotrop maddəlıərə aid olmayan güclü təsir edən dərman preparatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmiş, həmin tarixdə saat 15: 30 dəqiqədə Naxçıvan Baş Gömrük Idarəsinin "Şahtaxtı" gömrük postunda onun idarə etdiyi yük nəqliyyat vasitəsində xidməti it tətbiq etməklə aparılmış gömrük yoxlaması zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun sol arxa tərəfində yerləşən dolabdakı sarı rəngli əlcəyin içərisində gizlədilmiş, 1 ədəd üzəri qara rəngli yapışqan bandla sarınmış şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 36,422 qram, külli miqdarda ağ rəngli kristal formada və toz şəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmçinin yük nəqliyyat vasitəsinin kabinində idarəetmə panelinin üst hissəsində yerləşən sensor qapağının altında gizlədilmiş üzərində “NAMADOL Tramadol Hydrochloride 225 mg” yazılmış 2 ədəd konvalyutda 19 ədəd və üzərində “X3 Tramadol Hydrochloride tabllets” yazılmış 1 ədəd konvalyutda 5 ədəd olmaqla ümumilikdə 24 ədəd tramadol dərman preparatı (təsiredici maddəsinin ümumi miqdarı 4,775 qram) aşkar edilərək götürülmüşdür. Hökmlə razılaşmayan Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına müraciət edərək Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 01aprel 2026-cı il tarixli,*(*-**)*/**** nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyaları daxilində minimum həddə cəza təyin edilməsini kollegiyadan xahiş etmişdir. müdafiəçi1 apellyasiya şikayətində qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2 vе 234.1-1-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin cəza ilə aşağıdakı əsaslara görə raşılaşmır. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı törətdiyi əməli səmimi olaraq etiraf etmiş, əməlindən peşmançılıq hissi keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs tutulduğu andan əməlini səmimi olaraq etiraf etmiş, istintaq orqanına etdiyi əməli ətraflı şəkildə açıqlayaraq istintaqın aparılmasında yaxından köməklik etmişdir. Bu da onun sözdə deyil, həqiqətən də əməlindən səmimi olaraq peşmançılıq hissi keçirdiyinə dəlalət edir. Əksər hallarda bu və buna bənzər cinayət işlərində təqsirləndirilən şəxslər əməllərini etiraf etmir, istintaqın aparılmasında böyük əngəllər törədirlər. Lakin onlardan fərqli olaraq Təqsirləndirilən şəxs çox səmimi şəkildə əməlləni tam və detaylı şəkildə etiraf etmişdir ki, bu da istintaqın aparılmasını xeyli yüngülləşdirmişdir. Sosial ədalətin bərpası cinayətin törədilməsi ilə pozulan mənafelərin (şəxsi ictimai və dövlət mənaelərinin) bərpası nəzərdə tutur. Ədalətlilik prinsipi təkcə cəzanın ağırlığına deyil, həm də cinayəti törədənin şəxsiyyətinə, təhlükəliliyinə, cinayətin törədilməsi hallarına uyğun olmasını tələb edir. Məhkumun islah edilməsi onun yeni cinayətlər törətməkdən çəkindirə bilən zərərli sosial psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur və nəticədə şəxsin yeni cinayətlər törətməsinin qarşısını alır. Məhkəmənin Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi əməli səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində dörd yetkinlik yaşına çatmamış övladlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qeyd etsə də bunun sadəcə formal xarakterli olduğu düşüncəsindəyik. Verilən cəzanın ağır olduğu qənaətindəyik. Hesab edir ki, məhkəmə kollegiyası göstərilən xüsusatları nəzərə alaraq daha obyektiv, daha ədalətli qərar çıxaracaqdır. Apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası CM-nin 41-ci və 58-ci maddələrinə istinad edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə istinad edərək məhkəmə baxışı iclasında apellyasiya şikayətini müdafiə etməklə şikayətin təmin olunması və Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 01aprel 2026-cı il tarixli,*(*-**)*/**** nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyaları daxilində minimum həddə cəza təyin edilməsi barədə qərar qəbul olunmasını kollegiyadan xahiş etdilər. Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R dövlət ittihamçısı1 verilmiş apellyasiya şikayətində göstərilənləri qəbul etməyərək həmin dəlillərlə razılaşmadığını bildirməklə çıxışında birinci instansiya məhkəməsinin hökmünün əsaslı olduğunu, apellyasiya şikayətinin təmin edilməməsini və sözügedən hökmün dəyişdirilmədən saxlanılmasını kollegiyadan xahiş etdi. Kollegiya apellyasiya şikayəti ilə əlaqədar cinayət prosesi iştrakçılarının çıxışlarını dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya şikayətinin hüdudlarında, Azərbaycan Respublikası Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb, bütün bunlara hüquqi qiymət verərək verilmiş apellyasiya şikayətinin təmin olunmaması qənaətinə gəlir və bununla bağlı qeyd edir ki, istər ibtidai istintaq, istərsə də birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmədən öncə onu qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticə verməklə həmin əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə tövsif etmişdir. Həmçinin kollegiya qeyd edir ki, apellyasiya şikayətində də işin faktiki halları və əməlin hüquqi tövsifi deyil, yalnız hökmün cəza hissəsi mübahisələndirilmiş və təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddələr üzrə sanksiya daxilində minimum həddə cəza təyin edilməsi xahiş edilmişdir. Kollegiya apellyasiya şikayəti üzrə dəlilləri müzakirə edərək qeyd olunanları əsassız hesab edir. Belə ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(*-**)-*/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi, törətdiyi əməli səmimi olaraq etiraf etməsi və peşman olması, himayəsində 4 azyaşlı övladının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməklə nəzərə alınmışdır. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində yüngülləşdirici hallar kimi göstərilən əsaslar işə birinci instansiya məhkəməsində baxılan zaman nəzərə alınmış, təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün apellyasiya qaydasında işə baxılarkən yeni əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi hökmünü yüngülləşdirici halları nəzərə almaqla əsaslandırmış, cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58 və 59-cu maddələrinə müvafiq olaraq, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * №-li qərarının tövsiyələrinə əməl etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın həm təqsirləndirilən şəxs, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almış və təqsirləndirilən şəxsə cəzanın məqsədlərini təmin edə bilən, ədalətli, qanuni, əsaslı, təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində təyin edilmiş cəzanın yüngülləçdirilməsi barədə qərar qəbul edilməsi xahiş edilsə də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi barədə əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Yuxarıda göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş və məhkəmə hökmü cinayət işinin materiallarına uyğun çıxarılmışdır. Buna görə də, kollegiya Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi müvafiq cəza cəzanın məqsədlərinin təmin edilməsi üçün tam əsaslıdır. Belə olan halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və cəza təyin edilməsinin ümumi əsaslarına uyğun olduğundan verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsas təşkil etmir. Yuxarıda qeyd olunan əsaslara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə görə kollegiya belə hesab edir ki, Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(*-**)-*/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(*-**)-*/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 407.2, 408.2.4, 410 və 412.1-ci maddələrini rəhbər tutaraq kollegiya qərar v e r d i: Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(*-**)-*/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin *(*-**)-*/**** nömrəli, ## ##### 2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla, 30 saat üçün cəmi 330 (üç yüz otuz) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410 və 412-ci maddələrinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar