Məhkəmə qərarları › İş №1(3-1)-14/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №1(3-1)-14/2026

03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 1(3-1)-14/2026 03.06.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Ilqar Məhərrəm oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, R Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və tərcüməçi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti vermək məqsədilə buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarından təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış keçirərək müəyyən etdi: Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarı ilə Naxçıvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmündən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair verilmiş vəsatətin rədd edilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli sözügedən qərarından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək ötürülmüş müddətin bərpa edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətini əsaslandıraraq şikayətində natamam orta təhsilli olduğunu, hüquqi savadının olmadığını, apellyasiya şikayətinin verilməsi üçün bir müddətin olduğunu bilmədiyini, dövlət orqanlarına qarşı heç vaxt yalan danışmadığını, müddətin bərpasını istəmə səbəbinin şikayətçilərlə barışmaq olduğunu, kollegiyadan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına köməklik göstərilməsini xahiş etdiyini göstərmişdir. Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini tam müdafiə edərək, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini məhkəmədən xahiş etdilər. Dövlət ittihamçısı Dövlət ittihamçısı Naxçıvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmdən apellyasiya şikayətinin müddət ötürülməklə verildiyini, müddətin bərpa edilməsi üçün isə heç bir üzürlü səbəb və əsas olmadığını, göstərərək verilmiş apellyasiya şikayətinin təmin edilməyib qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkum olunduğu Naxçıvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti ilə əlaqədar kollegiya qeyd edir ki, şikayətdə göstərilən dəlillər ziddiyyətlidir və müvafiq şikayətin təmin olunması üçün əsas təşkil etmir. Iş üzrə araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, elan olunmuş və müvafiq qaydada təqsirləndirilən şəxsə çatdırılmış hökmdə apellyasiya şikayətinin müddəti aydın şəkildə ifadə olunmuşdur.Hüquqi savadının olmaması və yaxud natamam orta təhsilli olması vaxtında apellyasiya şikayətinin verilməsi üçün maneə təşkil etməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət işinin materiallarından görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2025-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə elan edilmiş, hökm elan edilərkən proses iştirakçılarına hökmdən şikayət vermək hüququ və müddəti izah edilmiş, bu məsələlər hökmün nəticəvi hissəsində də öz əksini tapmış və hökmün surəti də məhkum Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə təqdim edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən imzalanmış buraxılmış müddətin bərpasina dair vəsatət və apellyasiya şikayəti isə ##.##.2026-cı tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuş və həmin tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi, apellyasiya şikayəti verilmə müddətindən üzrsüz səbəbdən 6 aya yaxın müddət keçmiş və məhkumun bu müddət ərzində apellyasiya şikayəti vermək imkandan məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş hökmdən uzun müddət keçdikdən sonra apellyasiya şikayəti vermə müddətinin bərpası son nəticədə hüquqi müəyyənlik prinsipinin pozuntusu ilə nəticələnəcəkdir. Beləliklə, məhkəmə kollegiyası məhkum tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəblərə görə buraxmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.3.3-cü maddəsini rəhbər tutaraq kollegiya qərar v e r d i: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən apellyasiya şikayəti vermək məqsədilə buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılması barədə Naxçıvan Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla, 2 saat üçün cəmi 22 (iyirmi iki) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 410 və 412-ci maddələrinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar