Azәrbaycan Respublikası adından Qərar Şәki şәhәri İş № 1(3-10)-100/2026 02.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Şükürov İmanverdi Hәşimxan oğlu (sәdrlik edәn vә mәruzәçi), Sәmәdov Xәqani Hacı oğlu vә Tahirov Zamin Cәbrayıl oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclas katibi Mabudov Faiq Əlәşrәf oğlunun katibliyi, dövlәt ittihamçısı, Azәrbaycan Respublikası Baş Prokurorluğu Dövlәt İttihamının müdafiәsi üzrә idarәnin prokuroru, R dövlәt ittihamçısı2, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi1 iştirakları ilә, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra mәtndә CM-in) 149.2-1.1-ci maddәsi ilә tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә qapalı mәhkәmә iclasında baxaraq, müəyyən etdi: Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, 1(091)-264/2025 ( sәdrlik edәn T.Əfәndizadә) nömrәli hökmü ilә, ##.##.1986-cı il tarixdә Bakı şәhәrindә doğulmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, subay, işsiz, natamam-orta tәhsilli, әvvәllәr mәhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Yevlax rayonu, Duzdağ qәsәbәsindә yaşamış, barәsindә seçilmiş hәbs qәtimkan seçilmiş Təqsirləndirilən şəxs CM-in 149.2-1.1-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinmәsi vә ona 11 (on bir) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmәsi, hәbsdә saxlanıldığı müddәt cәza müddәtinә daxil edilmәsi vә cәzanın әvvәli onun tutulduğu vaxtdan, yәni ## #### 2025-ci il tarixdәn hesablanması, cәzasını ciddi rejimli cәzaçәkmә müәssisәsindә çәkmәsi, barәsindә seçilmiş hәbs qәtimkan tәdbiri hökm qanuni qüvvәyә minәnәdәk dәyişdirilmәdәn saxlanılması hökm edilmişdir. İşin halları: Tәqsirlәndirilәn şәxs Xalәtdin oğlu ## ##### 2025-ci il tarixdә saat 23 radәlәrindә alkoqol sәrxoşluğu vәziyyәtindә Yevlax rayonu, Duzdağ qәsәbәsindә qeyri-rәsmi әr-arvad münasibәtindә yaşadığı şahid2 mәxsus olan fәrdi yaşayış evindә olarkәn Arzu Bayramovanın evdә olmamasından istifadә edәrәk öz cinsi ehtirasını pozğun formada tәmin etmәk mәqsәdilә Arzu Bayramovanın yetkinlik yaşına çatmayan qızı, ##.##.2010-cu il tәvәllüdlü Zәrәrçәkmiş şәxs ilә cinsi әlaqәyә girmәklә onu zorlamaq qәrarına gәlmiş, bu cinayәtkar niyyәtini hәyata keçirmәk mәqsәdi ilә evin digәr yataq otağında qardaşlarını yatırdıqdan sonra yatmaq üçün öz otağına gәlmiş Zәrәrçәkmiş şәxs sәslәyәrәk evin cücәlәri saxladıqları digәr otağına cücәlәri yemlәmәk adı ilә gәlmәsini demiş, Zәrәrçәkmiş şәxs hәmin otağa gәldikdәn sonra o, otaqda Zәrәrçәkmiş şәxs bilәk nahiyәsindәn tutaraq onunla cinsi әlaqәdә olmağı tәklif etmiş, lakin Zәrәrçәkmiş şәxs ona rәdd cavabı vermәsindәn sonra o, Zәrәrçәkmiş şәxs otaqdan çıxıb qaçmaması üçün otağın qapısını arxasından bağlayaraq Zәrәrçәkmiş şәxs qarşı qәsdәn zor tәtbiq edib sonuncunun qollarından tutaraq otağın mәrkәzinә doğru gәtirib öz qanunsuz hәrәkәtlәrini davam etdirәrәk Zәrәrçәkmiş şәxs iradәsinә zidd olaraq otağın taxta döşәmәsinin üstünә yıxmış, Zәrәrçәkmiş şәxs kömәk üçün qışqıraraq vә ona müqavimәt göstәrәrәk әllәri ilә onu özündәn kәnarlaşdırmaq istәsә dә, lakin fiziki cәhәtdәn daha güclü olan Tәqsirlәndirilәn şәxs bәdәni ilә Zәrәrçәkmiş şәxs zor tәtbiq etmәklә döşәmәyә tәrәf sıxıb onun müqavimәtini qıraraq әllәri ilә sonuncunun әynindә olan şalvarını vә alt paltarını aşağı çәkmiş, özü dә şalvarının qabağını açıb cinsi orqanını şalvardan çıxardıb hәr iki әllәri ilә Zәrәrçәkmiş şәxs qollarını zor tәtbiq edәrәk fiziki ağrı yetirmәklә döşәmәyә tәrәf sıxaraq onun müqavimәtini tamamilә qırdıqdan sonra Zәrәrçәkmiş şәxs iradәsinә zidd olaraq özünün gәrilmiş vәziyyәtdә olan cinsiyyәt orqanını zәrәrçәkmişin cinsiyyәt orqanına daxil etmәklә qәsdәn yetkinlik yaşına çatmayan Zәrәrçәkmiş şәxs qarşı fiziki ağrı yetirmәklә zor tәtbiq edәrәk onunla cinsi әlaqәdә olmuş, yәni onu zorlamışdır. İş üzrә yuxarıda qeyd edilәn mәhkәmә aktı qәbul edilmişdir. Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmündәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn apellyasiya şikayәti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs verdiyi apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, himayәsindә xәstә atası vә yataq xәstәsi anası vardır. İlk dәfә cinayәt törәtmişdir vә әmәlindәn peşmandır. Odur ki, barәsindә әdalәtli qәrar qәbul edilmәsini xahiş etmişdir. Hökmdәn apellyasiya protesti, elәcә dә digәr proses iştirakçıları tәrәfindәn apellyasiya şikayәti verilmәmişdir. Verilmiş apellyasiya şikayәtinә qarşı yazılı etiraz verilmәmişdir. Mәhkәmә kollegiyasının iclasında apellyasiya şikayәtinin dәlillәri ilә bağlı fikrini bildirәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayәtinin mәzmununa uyğun oxşar mәzmunda izahat verәrәk şikayәtin tәmin edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyasının iclasında çıxış edәn tәqsirlәndirilәn Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi1 apellyasiya şikayәtini müdafiә edәrәk şikayәtin tәmin edilmәsini mәhkәmәdn xahiş etdi.. Mәhkәmә kollegiyasının iclasında çıxış edәn dövlәt ittihamçısı dövlәt ittihamçısı2 hökmün qanuni vә әsaslı, tәyin edilmiş cәzanın isә әdalәtli olduğunu göstәrәrәk şikayәtin tәmin edilmәmәsini, Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)- ***/**** nömrәli hökmünün isә dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Mәhkәmә iclasının yeri vә vaxtı barәdә mәlumat verilmәsinә baxmayaraq, zәrәrçәkmiş şәxs vә onun qanuni nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Mәhkәmә kollegiyası işә onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin (bundan sonra mәtndә CPM) 397.1-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanunun vә CPM-in normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә Cinayәt Prosessual Mәcәllәsinin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddәsinә әsasәn apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarının dәyişdirilmәdәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin isә tәmin etmәdәn saxlamaq haqqında qәrar qәbul edә bilәr. Mәhkәmә kollegiyası iş materiallarını, apellyasiya şikayәtinin dәlillәrini proses iştirakçılarının çıxışları ilә birlikdә araşdıraraq hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli hökmündәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin hökmü tam qanuni, әsaslı vә әdalәtli olduğu üçün dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, birinci instansiya mәhkәmәsi işin faktiki hallarını hәrtәrәfli, tam vә obyektiv araşdıraraq hüquqi cәhәtdәn düzgün nәticәyә gәlmişdir. Müәyyәn edilmişdir ki, Tәqsirlәndirilәn şәxs ## ##### 2025-ci il tarixdә, saat 23 radәlәrindә alkoqol sәrxoşluğu vәziyyәtindә, Yevlax rayonu, Duzdağ qәsәbәsindә yerlәşәn fәrdi yaşayış evindә yetkinlik yaşına çatmayan, ##.##.2010-cu il tәvәllüdlü zәrәrçәkmiş şәxs Zәrәrçәkmiş şәxs kömәkli vә aciz vәziyyәtindәn xüsusi metodlarla istifadә edәrәk, onun iradәsinә zidd olaraq zor tәtbiq etmәklә cinsi әlaqәyә girmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn toplanmış vә mәhkәmә istintaqı zamanı birbaşa araşdırılmış mötәbәr sübutlar — zәrәrçәkmiş şәxsin, şahidlәrin ifadәlәri, iş üzrә keçirilmiş mәhkәmә-tibbi, mәhkәmә-bioloji vә mәhkәmә-psixoloji ekspertizalarının rәylәri, elәcә dә hadisә yerinә baxış protokolları ilә tәqsirlәndirilәn şәxsin әmәli tam subuta yetirilmişdir. Mәhkәmә kollegiyası hesab edir ki, toplanmış sübutlar cinayәtprosessual qanunvericiliyin tәlәblәrinә uyğun olaraq әldә edilmişdir vә onların tәqsirliliyin sübuta yetirilmәsi baxımından yetәrliliyi şübhә doğurmur. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs әmәli CM-in 149.2-1.1-ci maddәsi ilә (yetkinlik yaşına çatmayan şәxsә qarşı zorlama törәtmәk) tam düzgün tövsif edilmişdir. Hüquqi analiz göstәrir ki, cinayәtin törәdildiyi tarixdә zәrәrçәkmiş Zәrәrçәkmiş şәxs 14 yaşı tamam olsa da, onun hәlә 18 yaşı tamam olmadığı üçün o, qanunvericiliyin mәnasına görә yetkinlik yaşına çatmayan şәxs statusundadır. Cinayәt qanunvericiliyi yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığını vә normal mәnәvi-psixoloji inkişafını xüsusi obyekt kimi mühafizә edir vә bu obyektә qarşı yönәlmiş hәr hansı zorakı xarakterli cinsi qәsdi ağırlaşdırıcı hal kimi tövsif edir. Birinci instansiya mәhkәmәsi cinayәt qanununun normalarını düzgün tәtbiq edәrәk, әmәlin tәrkib әlamәtlәrini vә tövsif xüsusiyyәtlәrini tam dәqiqliyi ilә hökmdә әks etdirmişdir. Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs apellyasiya şikayәtindә himayәsindә xәstә atasının vә yataq xәstәsi olan anasının olduğunu, ilk dәfә cinayәt törәtdiyini vә әmәlindәn sәmimi peşman olduğunu bildirәrәk barәsindә tәyin edilmiş cәzanın yüngüllәşdirilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyası şikayәtin bu dәlillәrini araşdıraraq qeyd edir ki, CM-in 58.3-cü maddәsinin tәlәbinә görә, mәhkәmә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Birinci instansiya mәhkәmәsi cәza tәyin edәrkәn tәqsirlәndirilәn şәxsin әvvәllәr mәhkum olunmamasını cәzanı yüngüllәşdirәn hal kimi nәzәrә almışdır. Lakin törәdilmiş cinayәtin xarakteri, onun cәmiyyәtin mәnәvi әsaslarına vurduğu ağır zәrbә, xüsusilә dә azyaşlı qurbanın şәxsiyyәti vә keçirdiyi dәrin psixoloji travma fonunda, şikayәtdә göstәrilәn halların cәzanın daha da azaldılması üçün әsas formalaşdırmadığı qәnaәtinә gәlinmişdir. CM-in 8.1-ci maddәsindә tәsbit olunmuş әdalәt prinsipinә görә, cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza әdalәtli olmalı, yәni cinayәtin xarakterinә, ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. Eyni zamanda, CM-in 41.2-ci maddәsinә әsasәn, cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. Hazırkı iş üzrә tәqsirlәndirilәn şәxsә CM-in 149.2-1-ci maddәsinin sanksiyası daxilindә 11 (on bir) il müddәtinә azadlıqdan mәhrum etmә cәzasının tәyin edilmәsi yuxarıda qeyd olunan prinsiplәrә tam adekvatdır. Sosial әdalәtin bәrpası yalnız tәqsirkarın deyil, ilk növbәdә cinayәt nәticәsindә hüquqları vә fiziki-mәnәvi bütövlüyü geridönmәz şәkildә pozulmuş azyaşlı zәrәrçәkmiş şәxsin mәnafelәrinin qorunmasını vә dövlәtin bu qәsdә qarşı sәrt hüquqi reaksiyasını tәlәb edir. Mәhkәmә kollegiyası xüsusilә vurğulayır ki, cinayәt hüququnda humanizm prinsipi (CM-in 9-cu maddәsi) birtәrәfli xarakter daşımır vә yalnız tәqsirlәndirilәn şәxsin vәziyyәtinin yüngüllәşdirilmәsi kimi şәrh edilә bilmәz. Əsl humanizm hәm dә zәrәrçәkmiş şәxsin pozulmuş hüquqlarının müdafiәsini, cәmiyyәtin mәnәvi sağlamlığının qorunmasını vә gәlәcәk nәsillәrin zorakılıqdan tәcrid olunmasını ehtiva edir. 15 yaşlı uşağın seksual xarakterli ağır zorakılığa mәruz qalması onun bütün gәlәcәk şәxsi, sosial vә psixoloji hәyatına tәsir göstәrәn, silinmәz izlәr qoyan bir travmadır. Belә bir şәraitdә tәqsirkarın subyektiv ailә vәziyyәtinә istinad edәrәk cәzanın azaldılması cәmiyyәtdә vә zәrәrçәkmiş tәrәfdә әdalәt mühakimәsinә olan inamı sarsıda bilәr ki, bu da cinayәt-hüquqi mәcburiyyәt tәdbirlәrinin mahiyyәti ilә ziddiyyәt tәşkil edir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyә görә, mәhkәmә aktının qanuni vә әsaslı olmasının ilkin şәrti onun cәmiyyәtdә әdalәt hissini bәrqәrar etmәsidir. Azadlıqdan mәhrum etmә cәzası tәkcә bir sanksiya deyil, hәm dә ümumi vә fәrdi prevensiyanı (yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınmasını) tәmin edәn mühüm rıçaqdır. Xüsusilә azyaşlıların cinsi toxunulmazlığına qarşı törәdilәn cinayәtlәrdә cәzanın çәkindiriciliyi cәmiyyәtin digәr üzvlәri üçün bir xәbәrdarlıq funksiyasını yerinә yetirir. Cәzanın hәr hansı әsassız yüngüllәşdirilmәsi potensial cinayәtkar meylli şәxslәrdә cәzasızlıq vә ya mülayim cәza illüziyası yarada bilәr ki, bu da dövlәtin cinayәtkarlıqla mübarizә strategiyasına ziddir. Mәhkәmә kollegiyası apellyasiya baxışı zamanı hәmçinin Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq hüquqi sәnәdlәrin, o cümlәdәn 1989-cu il BMTnin "Uşaq Hüquqları Konvensiyası"nın vә "Uşaqların cinsi istismardan vә cinsi zorakılıqdan müdafiәsi haqqında" X1 (Lanzarote Konvensiyası) müddәalarını rәhbәr tutur. Hәmin sәnәdlәrin tәlәblәrinә görә, uşaqların seksual istismar vә zorakılığın bütün formalarından qorunması mәqsәdilә daxili mәhkәmәlәr tәrәfindәn tәtbiq edilәn cәza tәdbirlәri effektiv, mütәnasib vә çәkindirici olmalıdır. Avropa İnsan Hüquqları Mәhkәmәsinin presedent hüququ da tәsdiq edir ki, dövlәtlәrin uşaqların fiziki vә mәnәvi bütövlüyünü qorumaq üçün pozitiv öhdәliklәri vardır vә bu öhdәliyin sәmәrәli icrası ağır cinayәtlәrә görә adekvat cәza siyasәtinin yeridilmәsini zәruri edir. Bu baxımdan, Tәqsirlәndirilәn şәxs tәyin edilmiş 11 il azadlıqdan mәhrum etmә cәzası qeyd olunan beynәlxalq standartlara vә dövlәtin pozitiv öhdәliklәrinә tam uyğundur. CPM-in 397.1-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә CPM-in normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. Aparılmış yoxlamalar nәticәsindә mәhkәmә kollegiyası müәyyәn etmişdir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn hәm maddi cinayәt hüququnun, hәm dә cinayәt-prosessual hüququnun normalarının pozulması hallarına yol verilmәmişdir. Tәyin edilmiş cәzanın növü (azadlıqdan mәhrum etmә) vә cәzaçәkmә müәssisәsinin növü (ciddi rejimli cәzaçәkmә müәssisәsi) Cinayәt Mәcәllәsinin 56.1.3-cü maddәsinin tәlәblәrinә tam uyğun olaraq düzgün müәyyәn edilmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, tәyin edilmiş 11 il müddәtinә azadlıqdan mәhrum etmә cәzası tәkcә bir sanksiya deyil, hәm dә dövlәtin uşaq hüquqlarının müdafiәsinә dair verdiyi "sosial zәmanәtdir". On sәkkiz yaşına çatmayan şәxslәrә qarşı törәdilәn cinsi zorakılıq aktları cәmiyyәtin gәlәcәyinә vә mәnәvi sağlamlığına qәsddir. Belә bir әmәl üçün daha yüngül cәzanın tәyin edilmәsi zәrәrçәkmiş tәrәfdә vә cәmiyyәtdә әdalәtә olan inamı sarsıda bilәr ki, bu da "sosial әdalәtin bәrpası" mәqsәdi ilә ziddiyyәt tәşkil edәrdi. Cinayәt hüququnda humanizm prinsipi (CM-in 9-cu maddәsi) tәkcә tәqsirkar şәxsә münasibәtdә deyil, hәm dә zәrәrçәkmişә vә bütövlükdә cәmiyyәtә münasibәtdә tәtbiq olunmalıdır. Tәqsirlәndirilәn şәxs üçün cәzanın yüngüllәşdirilmәsi, azyaşlı zәrәrçәkmişin ömür boyu daşıyacağı psixoloji travma qarşısında "qeyri-humanist" yanaşma olardı. Cәzanın mütәnasibliyi ondan ibarәtdir ki, törәdilmiş qәsdin ağırlığı tәyin edilmiş mәhrumiyyәtin dәrәcәsindә tam әks olunmalıdır. Mәhkәmә kollegiyası vurğulayır ki, cәza tәyin edilәrkәn yalnız tәqsirkarın hüquqları deyil, zәrәrçәkmişin pozulmuş hüquqlarının bәrpası da nәzәrә alınmalıdır. 15 yaşlı uşağın mәruz qaldığı xәsarәtlәr vә keçirdiyi ağır psixoloji sarsıntı onun bütün gәlәcәk hәyatına tәsir edә bilәcәk travmalardır. Bu baxımdan,11 il müddәtinә azadlıqdan mәhrum etmә cәzası, azyaşlının mәruz qaldığı "geridönmәz mәnәvi vә fiziki zәrәr" qarşısında dövlәtin әdalәtli vә adekvat reaksiyasıdır. Xüsusilә azyaşlılara qarşı törәdilәn cinsi cinayәtlәrdә cәzanın ağırlığı "ictimai prevensiya" (başqalarını çәkindirmә) funksiyasını daşıyır. Cәmiyyәtdә "uşaqların toxunulmaz olduğu" vә "onlara qarşı edilәn hәr hansı zorakılığın ağır nәticә doğuracağı" barәdә sarsılmaz inam olmalıdır. Cәzanın yüngüllәşdirilmәsi bu inamı sarsıda vә oxşar cinayәtlәrә meyilli şәxslәrdә cәzasızlıq mühiti yarada bilәr. Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı 1989-cu il BMT-nin "Uşaq Hüquqları Konvensiyası"nın 3-cü maddәsinә әsasәn, uşaqlar barәsindә hәyata keçirilәn bütün tәdbirlәrdә "uşağın mütlәq maraqları" hәr şeydәn üstün tutulmalıdır. Eyni Konvensiyanın 19 vә 34-cü maddәlәri dövlәtin uşaqları seksual istismar vә zorakılığın bütün formalarından qorumaq öhdәliyini müәyyәn edir. Mәhkәmә kollegiyası hesab edir ki, Tәqsirlәndirilәn şәxs tәyin edilmiş cәza yalnız bir sanksiya deyil, dövlәtin bu beynәlxalq öhdәliyi yerinә yetirmәk üçün tәtbiq etdiyi zәruri müdafiә mexanizmidir. Cәzanın yüngüllәşdirilmәsi uşağın "mütlәq maraqlarının" dövlәt tәrәfindәn kifayәt qәdәr qorunmaması kimi qiymәtlәndirilә bilәr. "Uşaqların cinsi istismardan vә cinsi zorakılıqdan müdafiәsi haqqında" X1 (Lanzarote Konvensiyası) müddәalarına görә, bu növ cinayәtlәr üçün nәzәrdә tutulan cәzalar "effektiv, mütәnasib vә çәkindirici" olmalıdır. Mәhkәmә kollegiyası vurğulayır ki, 15 yaşlı uşağa qarşı törәdilmiş seksual zorakılıq faktı üzrә tәyin edilmiş 11 il azadlıqdan mәhrum etmә cәzası mәhz bu üç kriteriyaya (effektivlik, mütәnasiblik vә çәkindiricilik) tam cavab verir. Beynәlxalq tәcrübә vә Avropa İnsan Hüquqları Mәhkәmәsinin (AİHM) presedentlәri (mәsәlәn, Stubbings vә başqaları Böyük Britaniyaya qarşı) uşaqların fiziki vә mәnәvi toxunulmazlığının qorunması mәqsәdilә dövlәtlәrin sәrt cәza siyasәti yürütmәsini legitim hesab edir. Avropa İnsan Hüquqları Mәhkәmәsinin (AİHM) presedent hüququna görә (mәsәlәn, X vә Y Niderlanda qarşı, M.C. Bolqarıstana qarşı), dövlәtlәr Avropa Konvensiyasının 3-cü (işgәncәlәrin qadağan edilmәsi) vә 8-ci (şәxsi hәyata hörmәt) maddәlәri üzrә uşaqları ağır zorakılıq hallarından qorumaq üçün pozitiv öhdәlik daşıyırlar. Bu öhdәlik tәkcә qanunların qәbul edilmәsini deyil, hәm dә bu qanunların effektiv tәtbiqini vә cinayәtkarlara qarşı adekvat cәzaların müәyyәn edilmәsini tәlәb edir. Mәhkәmә kollegiyası hesab edir ki, Tәqsirlәndirilәn şәxs qarşı müәyyәn edilmiş cәza dәrәcәsi dövlәtin azyaşlı zәrәrçәkmişin fiziki vә psixoloji bütövlüyünü qorumaq sahәsindәki beynәlxalq öhdәliyinin birbaşa icrasıdır. Cәzanın hәr hansı şәkildә yüngüllәşdirilmәsi bu öhdәliyin "effektiv tәtbiqi" prinsipini sual altına qoya bilәrdi. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 'Mәhkәmә hökmü haqqında' ## ###### 2021-ci il tarixli qәrarının tәlәblәrinә görә, cәza elә seçilmәlidir ki, o, yalnız mәhkumun islahına deyil, hәm dә cәmiyyәtdә qanunçuluq hissinin bәrpasına xidmәt etsin. Hazırkı işdә tәyin edilmiş cәza hәm fәrdi, hәm dә ümumi prevensiya baxımından mütәnasibdir. CM-in әdalәt prinsipindәn bәhs edәn 8.1-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza vә ya digәr cinayәt-hüquqi xarakterli tәdbirlәr әdalәtli olmalıdır, yәni cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmәsi hallarına vә cinayәt törәtmәkdә tәqsirli bilinәn şәxsin şәxsiyyәtinә uyğun olmalıdır. Cәzanın anlayışı vә mәqsәdindәn bәhs edәn CM-in 41.2-ci maddәsindә qeyd edilir ki, cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir. “Azәrbaycan Respublikasının bәzi qanunvericilik aktlarına әlavәlәr vә dәyişikliklәr edilmәsi barәdә” ## #### 2004-cü il tarixli 688-İİQD saylı Azәrbaycan Respublikası Qanununun 3-cü hissәsinin 9-cu bәndinin vә 4-cü hissәsinin 7-ci bәndinin Azәrbaycan Respublikası Konstitusiyasının 130-cu maddәsinin 9-cu hissәsinә uyğunluğunun yoxlanılmasına dair Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2005-ci il tarixli Qәrarının izahında qeyd olunur ki, istәnilәn mәhkәmә aktının qanuni vә әsaslı hesab olunması üçün mütlәq şәrtlәrdәn biri onun әdalәtli olmasıdır, çünki әdalәt mühakimәsinin hәyata keçirilmәsi ilә bәrabәr, әdalәtin bәrqәrar edildiyi dә aydın görünmәlidir. Mәhkәmә kollegiyasının fikrinә görә, cәzanın mәqsәdlәri vә cәza tәyin etmәnin ümumi әsasları baxımından tәqsirlәndirilәn şәxsә tәqsirlәndirildiyi cinayәt әmәlinin sanksiyasında nәzәrdә tutulmuş vә birinci instansiya mәhkәmәsi tәrәfindәn tәyin edilmiş cәzadan daha yüngül cәzanın tәyin edilmәsini, hәmçinin barәsindә CM-in 62 vә 70-ci maddәsinin tәtbiq edilmәsini әsaslandırmaq mümkün deyil, әks halda, bu, cinayәt qanunvericiliyinin fundamental prinsiplәrindәn olan, dövlәt mәcburiyyәt tәdbirlәrinә qәnaәt prinsipinә vә әdalәt prinsipinә zidd olardı. Oxşar münasibәtlәri tәnzimlәyәn Azәrbaycan Respublikası Konstitusiya mәhkәmәsinin “Azәrbaycan Respublikası CM-in 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının “9-cu maddәsinin 4-cü hissәsinә uyğunluğu haqqında” ## ###### 1999-cu il qәrarında göstәrilir ki, cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmә, tәrbiyәlәndirmә, habelә yeni cinayәt edilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 59.1.9 vә 60-cı maddәlәrinin bәzi müddәalarının şәrh edilmәsinә dair” ## ##### 2012-ci il tarixli qәrarında qeyd edilmişdir ki, cinayәt qanunvericiliyindә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halların müәyyәn edilmәsi mәhkәmә tәrәfindәn cәza hüdudları daxilindә cәzanın әdalәtli tәyin edilmәsinә vә tәyin edilmiş cәzanın hәr bir konkret halda fәrdilәşdirilmәsinә xidmәt edir. Belә ki, mәhkәmә cinayәt mühakimә icraatı zamanı ittiham hökmü ilә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunmuş cәzanın şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Bu baxımdan cәzanı yüngüllәşdirәn halların düzgün müәyyәn olunması xüsusi әhәmiyyәt kәsb edir. Qeyd olunan hüquq normalarının vә qәrarın mәnasına görә, cәza sosial әdalәtin bәrpası, mәhkumların islah edilmәsi vә cinayәtlәrin qarşısının alınması mәqsәdlәrinә xidmәt edir. Sosial әdalәtin bәrpası zәrәçәkmiş şәxslәrә münasibәtdә onun cinayәt nәticәsindә pozulmuş hüquqlarının vә qanuni mәnafelәrinin mühafizәsi yolu ilә hәyata keçirilir. Bu zaman cәza vurulmuş zәrәrin ödәnilmәsi imkanını vә onun mümkün hәddini, mәhkumun mәhrumiyyәtlәrini, hәmçinin hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasının cinayәt nәticәsindә zәrәrçәkmiş şәxsә vurulmuş zәrәrlә uyğunluğunu tәmin etmәlidir. Cәza tәtbiq etmәklә mәhkumun islah edilmәsi, müәyyәn mәhdudiyyәtlәr tәtbiq edilmәsi yolu ilә onun yeni cinayәt törәtmәsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması vә s. fiziki vә psixoloji amillәr xüsusi xәbәrdarlıq mexanizminin elementlәri kimi çıxış edir. Cәzanın xüsusi xәbәrdarlıq mәqsәdinә o vaxt nail olunur ki, mәhkum yeni cinayәt törәtmir. Cәzanın ümumi xәbәrdarlıq mәqsәdi konkret şәxsә, yәni cinayәt törәtmiş şәxsә cәza tәyin etmәklә cәmiyyәtin cinayәtә meyilli üzvlәrinә tәsir göstәrmәklә onları cinayәtdәn çәkindirmәyi nәzәrdә tutur. Yeni cinayәtlәrin qarşısının alınması cәzanın tәtbiq edilmәdiyi şәxslәrә qarşı yönәlir. Bu zaman cәza hәr hansı şәxs tәrәfindәn törәdilәcәk cinayәtә dövlәtin adekvat reaksiyası kimi qalır vә profilaktik xarakter daşımaqla, çәkindirici rol oynayır. Bu sәbәbdәn dә, mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt mühakimә icraatını hәyata keçirәn mәhkәmә tәrәfindәn qәbul edilәn qәrar cinayәt qanunu ilә mühafizә olunan ictimai münasibәtlәrin qorunması sahәsindә dövlәtin ictima tәsir gücüdü vә qanunçuluğun tәcәssümüdür. Cinayәtin törәdilmәsi sübut edildikdә, onun ardınca mәqsәdәuyğun cәzanın tәyin edilmәsi gәlmәlidir. Bu, güclü çәkindirici tәsirә malik olar. Əksinә, yüngül cәzaların tәyin edilmәsi yalnız cәzasızlıq mühütü yarada bilәr. Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 512.2 vә 519.0.4-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2012-ci il tarixli Qәrarında göstәrilir ki, CM-in 9-cu maddәsinin mәnasına görә cinayәt hüququ şәxsiyyәti, zәrәrçәkәnin hüquqlarını, cәmiyyәtin mәnafeyini qorumaqla yanaşı, öz әmәli ilә sadalanan dәyәrlәrә qәsd edәn tәqsirkar şәxs barәsindә dә humanist mövqedә durmalıdır. Humanizmin anlamı әmәlin kriminallaşdınlmasında vә mәsuliyyәtin differensiasiyasında әdalәt prinsipinin tәlәblәrinin gözlәnilmәsini, cinayәt tәrkibinin mәsuliyyәtin yeganә hüquqi әsası hesab edilmәsini, mәsuliyyәtin tәqsir dәrәcәsindәn asılı olaraq fәrdilәşdirilmәsini, cinayәt hüquqi tәsir tәdbirlәrinә qәnaәt edilmәsini, böyük ictimai tәhlükә törәtmәyәn әmәllәri edәn şәxslәrin qanunla müәyyәn edilmiş әsaslar olduqda mәsuliyyәtdәn vә cәzadan azad edilmәsini nәzәrdә tutur. Cinayәt hüququnda humanizm - cinayәt törәdәn şәxslәrә cәza tәyini zamanı, elәcә dә müxtәlif növ cәzadan şәrti vә şәrtsiz azad etmә institutlarının tәtbiqindә xeyirxahlıq münasibәtini ifadә edir. Azәrbaycan Respublikasının cinayәt qanununun bir sıra institutları mәhz bu prinsipә әsaslanır.” Digәr tәrәfdәn, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin “Azәrbaycan Respublikası CPM-nin 420.3-cü maddәsinә dair” ## ##### 2002-ci il tarixli qәrarında qeyd edilmişdir ki, cinayәt prosesindә zәrәr çәkmiş cinayәtin açılmasında, iş üzrә hәqiqәtin müәyyәn edilmәsindә, tәqsirlәndirilәn şәxsin ifşa olunmasında, onun әmәlinin düzgün tövsif edilmәsindә vә törәdilmiş cinayәtә görә әdalәtli cәzanın tәyin edilmәsindә maraqlı şәxs olmaqla yanaşı tәqsirlәndirilәn şәxsә qarşı duran tәrәf qismindә çıxış edir. Zәrәr çәkmiş şәxsin xüsusi marağı cinayәt törәdilmәsi nәticәsindә pozulmuş bütün hüquqlarının bәrpa edilmәsindәn, ona vurulmuş nәinki maddi, hәm dә mәnәvi zәrәrin ödәnilmәsindәn ibarәtdir. Hәmçinin, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin ##.##.2002-ci il tarixli “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 87.6.14, 89.4.12 vә 422.3-cü maddәlәrinә dair” Plenum qәrarında göstәrilmişdir ki, әdalәt mühakimәsinin obyektiv vә hәrtәrәfli hәyata keçirilmәsi yalnız mәhkumun maraqları ilә tamamlanmamalıdır. Burada hәm dә cinayәt hadisәsi ilә әlaqәdar mәnәvi, fiziki vә maddi ziyana mәruz qalmış tәrәf kimi zәrәr çәkmişin maraqları da nәzәrә alınmalıdır. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun bir sıra qәrarlarında göstәrilmişdir ki, hәr bir cinayәt ilә onun törәdilmәsinә görә tәtbiq olunduğu cәza arasında mәqsәdyönlü vә әsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddәsinin, CM-in 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsi haqqında Konstitusiya Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2004cü il vә ## #### 2011-ci il tarixli qәrarları) Mәhkәmә hökmü haqqında Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin ## ###### 2021-ci il tarixli ** nömrәli qәrarının 24-cü bәndindә qeyd edilir ki, Mәhkәmәlәr cәza tәyini zamanı tәqsirkara hәm yüngüllük, hәm dә ağırlıq baxımından açıq-aşkar әdalәtsiz cәza tәyin edilmәsi hallarına yol vermәmәlidirlәr. CM-in 58.3-cü maddәsinә әsasәn mәhkәmә cәza tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә cәzanın onun islah olunmasına vә ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almalıdır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahәdә fәaliyyәtin tәkmillәşdirilmәsi, cәza siyasәtinin humanistlәşdirilmәsi vә cәmiyyәtdәn tәcridetmә ilә әlaqәdar olmayan alternativ cәza vә prosessual mәcburiyyәt tәdbirlәrinin tәtbiqinin genişlәndirilmәsi barәdә” Azәrbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sәrәncamının 133 vә 13.4-cü bәndlәrindә mәhkәmәlәrә tövsiyyә edilmişdir ki, cәzanın növü vә hәddini müәyyәn edәrkәn cәzanın sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә yeni cinayәtlәrin törәdilmәsinin qarşısının alınması mәqsәdilә tәtbiq edildiyi әsas tutulmalı, cәzanın tәyin edilmәsi әsaslarına dair Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 58.1-ci maddәsinin tәlәblәrinә riayәt olunmasına xüsusi diqqәt yetirilmәlidir. Belә olan halda, mәhkәmә kollegiyası Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü ilә bağlı apellyasiya şikayәtinin dәlillәrini әsaslı hesab etmir. Mәhkәmә kollegiyası bu fikirdәdir ki, birinci instansiya mәhkәmәsi tәqsirlәndirilәn şәxsin törәtdiyi cinayәt әmәlinin tövsifini, onun barәsindә cәzanın növünü vә hәddini müәyyәn edәrkәn, maddi vә prosessual qanunvericiliyin müddәalarını, cәzanın tәyin edilmәsinin ümumi әsaslarını rәhbәr tutaraq, törәtdiyi cinayәtin xarakterini vә ictimai tәhlükәlilik dәrәcәsini, tәqsirkarın şәxsiyyәtini, o cümlәdәn cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları, habelә tәyin olunacaq cәzanın tәqsirlәndirilәn şәxsin islah olunmasına vә onun ailәsinin hәyat şәraitinә tәsirini nәzәrә almış vә bu sәbәbdәn dә, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәyin edilmiş cәzanın növü vә hәddi qanuni, әsaslı vә әdalәtli hesab olunmalıdır. Qeyd edilәnlәrә әsasәn mәhkәmә kollegiyası bu nәticәyә gәlir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәmәli, Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, hәmçinin hesab edir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs hüquqlarının mәhkәmә iclaslarında müdafiә xәrclәri CPM-in 193.2 vә 193.3-cü maddәlәrinә, habelә Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qәrarına әsasәn (hәmin qәrara ## ##### 2025-ci il tarixli, *** saylı dәyişikliklәr nәzәrә alınmaqla) dövlәt büdcәsindәn ödәnilmәlidir. Mәhkәmә kollegiyası göstәrilәnlәrә әsaslanaraq vә CPM-in 394, 397, 398, 407, 410cu maddәlәrini rәhbәr tutaraq, Qərara aldı: Tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Şәki Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Tәqsirlәndirilәn şәxs göstәrilmiş hüquqi xidmәtә görә Şәki Regional Vәkil Bürosunun vәkili müdafiәçi1 mәhkәmәdә iştirak edәrәk müdafiә üçün sәrf etdiyi hәr iş saatına 11 AZN hesab edilmәklә 4 (dörd) saat üçün 44 (qırx dörd) manat Azәrbaycan Respublikası Dövlәt büdcәsi hesabından müdafiәçi1 işlәdiyi Şәki Regional Vәkil Bürosunun “UNİBANK” KB ASC Şәki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qәrar elan olunduğu vaxtdan qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası CPM-nin 410-cu maddәsindә nәzәrdә tutulmuş müddәtdә vә qaydada Şәki Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-10)-100/2026
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-10)-100/2026
02.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver