Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 1(3-10)-154/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Anar Əlifağa oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, R dövlət ittihamçısı2, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.4, 120.2.9 və 228.5-ci maddələri ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 1(091)-298/2025 ( sədrlik edən şahid10) nömrəli hökmü ilə, ## ###### 1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli hökmü ilə CM-in 178.3.2-ci maddəsilə təqsirli bilinib, 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Şəki rayonunun Cəyirli kəndində qeydiyyatda olmaqla, Zaqatala şəhərində qeyrimüəyyən ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4, 120.2.9 və 228.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-in 120.2.4 və 120.2.9-cu maddələrilə on altı il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.5-ci maddəsilə yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılması və Təqsirləndirilən şəxs on yeddi il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-in 66.5-ci maddəsinə uyğun olaraq, həmin cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsilə təyin edilmiş 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanması və ona cinayətlərin məcmusu üzrə qəti olaraq on səkkiz il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasl, iş üzrə maddi sübut olub, Şəki Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan X4 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd çəhrayı rəngli parça şalvar və bir ədəd qırmızı rəngli trusik, o cümlədən hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş Zəhra Əliyevaya məxsus bir ədəd ağ rəngli jilet, bir ədəd qara rəngli qısaqol kofta, bir ədəd qara rəngli parça şalvar, onun dırnaq və tük nümunələri, hadisə baş verən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd göy rəngli köynək, bir ədəd göy rəngli trusik, bir ədəd qara rəngli kəmər, cinayətin aləti olan bir ədəd bıçaq, nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilərək götürülmüş bir ədəd bıçaq, hadisə yerindən götürülmüş iki ədəd üzərində qanabənzər ləkələr olan pambıq nümunələr, bir ədəd plastik su butulkası, bir ədəd döşək üzü və iki ədəd ədyalın məhv edilməsi, hadisə yerinə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş 01 ədəd “X1 14”, 01 ədəd “Samsung” və 01 ədəd “Xioami Redmi 9” markalı mobil telefon aparatları zərərçəkmiş şəxsin hüquqi varisi X8, “Samsung J3 Pro” markalı mobil telefon aparatı şahid10, “Xiaomi Redmi 11” markalı mobil telefon aparatı isə Təqsirləndirilən şəxs qaytarılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ona görə təqsirləndirilir ki, o, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qəsdən qanunsuz olaraq soyuq silahı əldə edib, gəzdirmiş və qəsdən, xüsusi amansızlıqla, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, qəsdən, qanunsuz olaraq milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları olmadan istintaqa məlum olmayan mənbədən 2025-ci ilin may ayının sonlarında, günü istintaqa məlum olmayan vaxtda “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əməl olunmadan, qanunsuz olaraq, ümumi uzunluğu 230 mm, tiyəsinin uzunluğu 105 mm, maksimal eni 16 mm, qalınlığı 2,9 mm, dəstəyinin uzunluğu 125 mm, orta hissəsindən eni 19 mm ölçülü, orta hissədə qalınlığı 13 mm, dəstəyi bənövşəyiboz-yaşıl rəngli metal materialdan olan zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olmaqla, soyuq silah hesab edilən ov bıçağını əldə edib, gəzdirmiş, ## #### 2025-ci il tarixdə, saat 03:05 radələrində Şəki rayonunun Şəki kəndi ərazisində magistral yolun kənarında Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq üzərinə baxış keçirilən zaman həmin soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüş, bununla da o, qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə (CM-in 228.5-ci maddəsi) cinayət əməlini törətmişdir Bundan başqa, o, qəsdən, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı əsasında barəsində həbs qətimkan tədbirinin seçilməsi və axtarış elan olunması ilə əlaqədar cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq məqsədilə Zaqatala şəhərində ayrı-ayrı ünvanlarda gizlənməsi səbəbindən ondan ayrı, Şəki rayonunun Cəyirli kəndində valideynlərinin yanında yaşayan arvadı X4 mütəmadi olaraq telefon zənglərinə cavab verməməsi, mobil telefonunun çox vaxt məşğul olması səbəbindən onun başqa kişilərlə əlaqəsinin olması və ona xəyanət etməsindən şübhələnmiş, Zəhra Əliyevanın yanında yaşayan azyaşlı, ##.##.2013-cü il təvəllüdlü oğlu şahid10 ilə mobil telefonla danışıqlarında Zəhra Əliyevanın ayrıayrı kişi cinsli şəxslərlə tez-tez mobil telefon vasitəsi ilə danışmasını sonuncunun sözlərinə əsasən dəqiqləşdirmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış oğlu şahid10 onu Zəhra Əliyevanı qəsdən öldürməyə sövq etməyə yönəlmiş “qeyrətin varsa, gəl öldür, yoxsa mən özüm iki ilə öldürəcəm” deməsi nəticəsində qısqanclıq zəminində Zəhra Əliyevanı qisas alıb, qəsdən öldürmək qərarına gəlmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış oğlu şahid10 Zəhra Əliyevanın öldürülməsinə kömək məqsədi ilə onlarla birgə yaşayan baba və nənəsinin ##.##.2025-ci il tarixdə, səhər saatlarında evdən çıxaraq xəstəxanaya gedəcəkləri barədə ##.##.2025-ci il tarixdə verdiyi məlumatlara əsasən, cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etməklə gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik olmaqla soyuq silah hesab edilən ov bıçağını üzərində gizlətməklə ##.##.2025-ci il tarixdə, səhər saatlarında taksi ilə Şəki rayonunun Cəyirli kəndinə gəlmiş, kəndə daxil olduqdan sonra bir qədər gözləmiş, Zəhra Əliyevanın valideynləri evdən çıxdıqdan sonra həmin tarixdə, saat 07 radələrində əvvəlcə həyətə, oradan isə yataq otağına daxil olmuş, həmin otağın qapısını arxadan bağladıqdan sonra öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək, ictimai təhlükəli nəticələrini qabaqcadan görməklə belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə, qəsdən çarpayıda yatdığından müqavimət göstərmək imkanından məhrum olmaqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Zəhra Əliyevaya «çön, Zəhra, yalvar, Zəhra» deyə qışqıraraq, həmin otaqda olan ##.##.2022-ci il təvəllüdlü, sonuncunun yaxın qohumu hesab edilən azyaşlı oğlu Hüseyn Əliyevin gözləri qarşısında, həmçinin həmin vaxt evin həyətində olan Zəhra Əliyevanın bacısı şahid9 baş verənləri eşitməsi ilə onlara xüsusi iztirab və əzab verdiyini dərk edərək, müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə, cinayətkar qəsdini həyata keçirməklə qəsdən öldürmək məqsədilə özü ilə gətirdiyi soyuq silah hesab edilən ov bıçağı ilə Zəhra Əliyevanın bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vurmaqla, ona xüsusi ağrılar verməklə ağırlıq dərəcəsinə görə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid olan sol döş vəzinin içəri yuxarı səthində (sol döş qəfəsini ön sağ səthi) ürəyin zədələnməsi ilə döş qəfəsinin daxilinə dəlib keçən əlavə kəsiyi olan bir ədəd, ağırlıq dərəcəsinə görə qəsdən sağlamlığa yüngül zərər vurmaya aid olan sağ çiyin qurşağında bir ədəd, sol çiyin qurşağında iki ədəd, sol çiyin oynağının bayır səthində bir ədəd, sol döş vəzinin üstündə bir ədəd, döş sümüyünün orta 1/3-nin sağ tərəfində bir ədəd, sol orta qoltuqaltı xətt üzrə iki ədəd, sol saidin üç ədəd olmaqla, cəmi 12 ədəd kəsilmiş-deşilmiş yaralar kimi xəsarətlər yetirməklə həmin xəsarətlərdən ağırlıq dərəcəsinə görə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid olan ürəyin zədələnməsi ilə döş qəfəsinin daxilinə dəlib keçən yara xəsarətindən inkişaf edən kəskin daxili və xarici qanaxma nəticəsində hadisə yerində ölməsinə səbəb olmuş, bununla da o, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X4 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin edilmiş cəza qyri-humanistdir Prosessual normalar əhəmiyyətli dərəcədə pozulmuşdur. Onun əməli CM-in 120.1-ci maddəsinə tövsif edilməlidir Himayəsində azyaşlı övladı var və anası vəfat etmişdir. Ona cəza təyin edilən zaman cəzası yüngülləşdirən hallar nəzərə alınmalıdır. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün qismən ləğv edilməsini və əməlinin CM-in 120.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı2 hökmün qanuni, əsaslı və ədalətli olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi hökmün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, digər işilə bağlı məhkəməyə getmədiyinə görə, keçən ilin oktyabr ayının 18- i axtarışa verilmişdir. Uşaqları atasıgilə qoymuş və hər gün uşaqlarla danışmışdır. Bir gün Zəhra, Mingəçevirə gedəsi olmuş və ona oğlu ilə getməsini tapşırdıqda, “Problem deyil, gedərəm” deyə, cavab vermişdir. Səhər oğlu ilə Mingəçevirə getmişdir. Bir-iki saatdan sonra oğlu ona zəng etmişdir. Ona anası ilə birlikdə getdiyini soruşduqda, oğlu bildirmişdir ki, anam məni aparmadı. Günorta gələndə ona sual vermişdir ki, Rzanı niyə aparmadın? Demişdir ki, mənə lazım deyil. Bundan bir müddət sonra oğlu Rza ona demişdir ki, vəziyyət bildiyin kimi deyil. Bir neçə dəfə Zəhranın özünə sual vermiş, lakin boynuna almamışdır. Bir gün səhər saat 06:00-a qədər zəng etmiş, lakin telefonu açmamışdır. Sonra telefonu açdıqda ona “Zəhra, səni tanıyan şəxslər görür ki, sən görüntülü danışırsan” dedikdə, ona demişdir ki, hə, danışıram. Zəhraya demişdir ki, iki övladımız var, sabah onların cəmiyyət içinə çıxmağı var. Bunun axırı pis olacaq. Ona “Sən mənə heç nə edə bilməzsən” deyib, onu təhqir etməyə başlamışdır. Bir gün əvvəl oğlu ona demişdir ki, bunu etməsən, axırı pis olacaq. Zəhraya görüşdüyünü demiş və o da boynuna almışdır. 16 il bundan əvvəl onu sevib, ailə qurmuşdur. Ailəsi buna heç razı olmamışdır. Atası bu gün də ona görə ondan üz döndərmişdir. Səhər tezdən gəlib öldürmüşdür. Həmin gün, saat 00:00-dan səhər saat 05:26-ya qədər Zəhranı yığmış, o, lakin telefonu açmamışdır. Əgər telefonu açılsaydı, bəlkə də bu hadisə olmaz, övladları həm atasız, həm də anasız qalmazdı. Gecə saat 04:30-da Zaqataladan çıxıb, Xaldana gəlmiş, oradan da başqa maşına oturub, kəndə gəlmişdir. Səhər saat 07 radələrində həyətə girmiş, öldürüb çıxmışdır. Özünə də qəsd etmiş, amma ölməmişdir. Həyətə girəndə, Zəhranın bacısı çöldə olmuşdur. Salam verib, keçib evə girmiş və görmüşdür ki, qapı açıqdır. Rzanı çölə çıxarmış, ona isə “Zəhra, gəldim” deyə, səslənmişdir. Bundan sonra Zəhra durub, oturmuşdur. Ona “Zəhra, səhərə qədər sənə yalvardım, telefonumu açmadın” demişdir. Zəhra qışqırmağa başlamış, o da Zəhranı vurmuşur. Ona “Nə edirəm, zor edirəm. Mənə heç nə edə bilməzsən, səndən qorxmuram” demişdir. Çölə çıxıb, 5 metr getməmiş, özünü vurmuşdur. Şəkəri var deyə, ağızı qurumuş, su içmək istəyəndə yıxılmış və qolu qırılmışdır. İbtidai istintaq zamanı qolu 40 gün gipsdə qalmışdır. Uzanıb yenidən özünə iki dənə də bıçaq zərbəsi vurmuşdur. Ayılanda, gecə saat 00:00 radələri olmuşdur. Ancaq su axtarmışdır ki, içsin. Təqsirləndirilən şəxs daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, 15 il birlikdə yaşamışlar. 8 ay axtarışda olduğu müddətdə birlikdə yaşamamışlar. Zəhranın 15 il ərzində səhv hərəkəti olmamışdır. İlk dəfə oğlu ona məlumat vermişdir. Saat 19:30-da anası kənardan demişdir ki, sabah atanla həkimə gedəcəyik. Özünə sual vermişdir ki, atan da gedəcək? Ona “Yox” deyə, cavab vermişdir. Yarım saatdan sonra Rza ona demişdir ki, babam da gedəcək, evdə heç kim olmayacaq. Rza ona demişdir ki, öldürməsən, 15 yaşım olanda özüm öldürəcəm. Zəhra “Veysəloğlu MMC”-də işləmişdir, işini Mingəçevirə bərpa etmək istəmişdir. Oğlu Hüseynə görə analıq məzuniyyətinə çıxmışdır. Taksi onu gözləməmiş, onu qoyub, getmişdir. Evdə Zəhranın bacısı və Rzadan başqa heç kimi görməmişdir. Rza evdə olmuş, onu otaqdan çıxarıb, özü girmişdir. Otağa girəndə, Zəhra yatmışdır. Ona “Çön, yalvar” deməmişdir. Yazıb, oxumağı bacarır, ali təhsillidir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxumuşdur. İfadəsində “Çön, yalvar” sözü olmuşdur. Ona təyziq olunmamışdır. İfadəsindəki “Çön, yalvar” sözlərinə əhəmiyyət verməmişdir. Zəhra durub qışqıranda, onu vurmuşdur. O zaman Zəhra kömək çağırmaq istəmiş, heç nə deyə bilməmişdir. Ancaq bıçağı görüb qışqırmışdır. Bıçaq açılıb qatlanan bıçaq olmuşdur. Yadında qalan 3 bıçaq zərbəsi vurmuşdur. İbtidai istintaqda 13 bıçaq vurduğu qeyd olunmuşdur. Zərbələri ürəyinə vurmuşdur. Həmin vaxt Arzu həyətdə olmuşdur. Qapını bağladığı üçün otaqda heç kim olmamışdır. O, bıçaq zərbəsi vurmuş, Zəhra isə sakit dayanmış, ona müqavimət göstərməmişdir. Oğlu Hüseyn həmin vaxtı yatılı olmuşdur. Hüseyn Zəhra ilə eyni çarpayıda yatmışdır. Hadisə vaxtı Hüseyinin 3 yaşı tamam olmamışdır. Hüseyn səs-küyə oyanmamışdır. Rza ilə nənəsi məktəbə getdiyi vaxt ona “Nənə, anam görüntülü telefonla danışır” dedikdə nənəsi “Qoy danışsın, mən icazə vermişəm” demişdir. Zəhraya demişdir ki, sənə səhərə kimi yalvardım ki, telefonu aç, amma açmadın. Sürücü ondan əvvəl evə girməmişdir. Arzuya salam verib, çıxıb getmişdir. Rza ona “sən öldürməsən, mən öldürəcəm” deməsəydi də, yenə onu öldürəcəkdi. Çünki, Zəhra başqasını sevdiyini etiraf etmişdir. Zəhra ona oğlunun yanında sevdiyi adamla gəzdiyini demişdir. Zəhraya demişdir ki, sən bu gün bu hərəkəti edirsən, amma sabah sənin uşaqlarına pis şeylər deyəcəklər. O da cavab vermişdir ki, camaata deyəcəm ki, mənim uşaqlarıma pis söz deməyin. Ona görüntülü danışdığını deyəndə boynuna almamışdır, lakin hadisəyə bir həftə qalmış boynuna almışdır ki, görüşürəm, yaxşı edirəm. Evə girəndə əlində bıçaq olmamışdır. Həyətə girəndə Arzu çöldə olmuşdur. Onunla salamlaşıb, evə girmişdir. Hüsenlə Zəhra bir çarpayıda, Rza isə başqa çarpayıda olmuşlar. Rzanı çölə çıxardıb, qapını bağlamışdır, Hüseyn isə yatılı olmuşdur. Zəhraya demişdir ki, sənə səhər saat 05:20-yə qədər zəng etdim, açmadın. Mesajda da yazmışdım ki, qurban olum, telefonu aç, söz deyəcəm. Telefonumu açsaydı, onu öldürməyəcəkdim. Zəhraya “Gəldim, dur” deyə səsləndikdə, o, çarpayıda oturmuşdur. Ona səhərə qədər yalvardığını bildirmişdir. Zəhra qışqırmağa başlamışdır, ona cavab versəydi, onu danışdıracaqdı. Hüseyn yatılı olmuş və axırı kimi oyanmamışdır. Hadisədən sonra Hüseyni öpüb çıxmış, dərmanı qəbul edib, qutusunu evə tullamışdır. Bıçağı özü ilə gətirmişdir. Bıçağı vuranda, Zəhra Rzanın çarpayısına dəyib yerə yıxılmışdır. Başının üstündə dərmanı qəbul edib çıxmışdır. Bıçaq zərbələri sinəsində olmuşdur, zərbəni ürəyinə vurmuşdur. O, heç bir müqavimət göstərməmişdir. Onu vuranda arxaya tərəf getmiş, üzərinə gələ bilməmişdir. Birinci zərbəni ürəyinə və ardıcıl vurmuşdur. İlk zərbəni vurduğu andan onun yerə yıxılması bir dəqiqə belə çəkməmişdir. Niyyəti onu öldürmək olmuşdur. Özünü qismən təqsirli bilir. Əməlindən peşmandır və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis bildirmişdir ki, həmin gün, gecə saat 00:00-a kimi hamısı bir yerdə olmuşlar. Səhər saat 07:10-da evdən çıxmışdır. Həyətin darvazasından təxminən 20 metr keçmiş, maşın gəlmişdir. Yoldaşına demişdir ki, bu maşın bizim ərazinin maşınına oxşamır. Maşının içi görünməmişdir. Fikirləşmişdir ki, taksidir, kimisə aparmağa gəlmişdir. Amma maşının üzərində taksi işarəsi də olmamışdır. Su dəyirmanına kimi getdikdən sonra maşın görünməmişdir. Avtobus dayanacağı ilə evlərinin arasında 300 metr məsafə vardır. Arxın körpüsündən keçib 10 metr uzaqlaşmışlar ki, maşın kanalın üstü ilə getmişdir. Yoldaşına maşının qayıtdığını demişdir. Yoldaşına mağazanın yanındakı borunun üzərində oturmağı təklif etmişdir. Oğlu Rəşad zəng edib, Zəhraya nəsə olduğunu demişdir. Gəlin zəng etmiş və “Zəhraya nəsə olubdu. Getməmisinizsə, özünüzü çatdırın” demişdir. Yoldaşı ondan 100-150 metr qabağa düşüb, qonşunun maşınına minib getmiş, o isə yavaş-yavaş getmişdir. Evə girəndə, yoldaşı demişdir ki, təcili tibbi yardım maşını çağırmışıq, gəlir. Heç nə olmadığını, sadəcə ağrıdığını bildirmişdir. Əlini onun sinəsinə vuranda, əlinin qırmızı olduğunu görmüşdür. Təcili tibbi yardım maşını da gəlmişdir. Hadisə yerində biri xidməti formada, digəri isə mülki geyimdə olan iki nəfər uşağı kənara çəkib, danışdırdıqlarını görüb, yanlarına getmişdir. Hələ də qızımın öldüyündən xəbəri olmamışdır. Şəxslərdən biri ona “Əmi, bizə icazə ver” demişdir. Uşaqdan bir neçə kəlmə soruşub, uzaqlaşmışlar. Mərhumu ekspertə aparmışlar, onlar isə prokurorluğa getmişlər. Abbas müəllim uşağın izahatını almış, mütəxəssis müəllim də gəlmişdir. Abbas müəllim uşaqdan hadisənin necə olduğunu soruşduqda, o, “Anam oyandı, qışqırmaq istəyəndə 3 dəfə bıçaq vurduğunu gördüm. Qapını açıb, məni çölə çıxartdı. Qapının ağzında dayandım, eşitdim deyir ki, mən sənə çox yalvarmışam, indi də sən mənə yalvar.” Sonra onlar dəfinə getmişlər. Növbəti dəfə Abbas müəllim uşağı danışdıranda onu içəri buraxmamışdır, çöldə gözləmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Mərhumun 4 ədəd telefonu aşkar olunmuş və telefondakı şəkillər və yazışmalarla bağlı heç bir məlumatı yoxdur. Ona bir şəkil göstərilmişdir ki, orada telefonda Qədirlə danışmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Daha sonra Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən şahid şahid8 bildirmişdir ki, səhər qayınatası, qayınanası və yoldaşını yola salıb, evə qayıdaraq, yatmağa hazırlaşarkən, birdən çığırtı səsi eşitmişdir. Baldızı Arzu “Zəhra”, mərhumun oğlu Rza isə “Ata, sən nə etdin” deyə çığırmışlar. Hadisə olan otağa getmiş və mərhuməni yerdə görmüşdür. Həmid isə onun başının üzərində dayanmışdır. Uşaqlarını götürüb, yoldaşının əmisigilə qaçmaq istədikdə, yenidən öz otağına girmişdir. Uşaqları yanına alıb, yoldaşının əmisigilə qaçmışdır. Amma mərhumun balaca oğlunu otağa girib, götürə bilməmişdir. Yoldaşının əmisini çağırmışdır. Evə qayıdanda, Həmid oranı tərk etmişdir. Şahid daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, səhv etmirsə, hadisə səhər saat 8-ə işləmiş olmuşdur. Həmid otaqda mərhumənin başının üzərində dayanmışdır. Onun əlində butulka olmuşdur. Onların ailə işlərinə qarışmamışdır deyə, hadisənin nə üçün törədildiyini bilmir. Səs eidəndən sonra əynini geyinib tez çıxmış və iki-üç dəqiqəyə ora çatmışdır. Baldızı Arzunun səsinə oyanmışdır. Otağa daxil olmamışdır, Zəhranın otağının qapısı açıq olmuşdur. Öz otağından zala çıxmışdır, onların balaca otağının qapısı açıq olmuşdur. O, otaqdan çıxanda Arzu və Rza zalda olmuşlar. Arzunun hadisəni görübgörmədiyini bilmir. Arzu mərhumun yerdə qanın içində uzandığını görüb qışqırmışdır. Mərhumun yanında Həmidi və oğlu Hüseyni görmüşdür. O zaman Hüseynin çarpayıda sakit oturub baxdığını görmüşdür. O, qorxusundan otağa girə bilməmişdir ki, uşağı götürüb qaçsın. Həmidin evə girməsini görməmişdir. Həmidi yan tərəfdən görmüşdür, tam görə bilməmişdir. Həmid nalayiq ifadələr işlətmişdir, amma tam eşidə bilməmişdir. Səsindən tanımışdır ki, o, Həmiddir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən şahid şahid9 bildirmişdir ki, Nuranəni tanıyır, həmin gün darvaza açılmış, kimsə həyətə daxil olmuşdur. Sonra görmüşdür ki, o şəxs Həmiddir. Həmid evə gəlmiş, onu görmüş və “sus yoxsa bıçağı sənə soxacam” demişdir. Onun əlində bıçaq olmuşdur. Həmid yanından keçib, Zəhra olan otağa girmişdir. Sonra qapını açmış, Həmid ona baxaraq, gülmüş və “Arzu, qapını bağla, çölə çıx” demişdir. Həmid gəlmiş və onun əlini bərk tutmuşdur. Hadisəni görmüşdür. Həmidin qarşısını ala bilmədiyini görüb Nuranəni və babası, yəni əmisini çağırmağa başlamışdır. Sonra babası (əmim Mustafa) gəlmiş, olanları demişdir. Həmid qaçmış, o, isə donub, qalmışdır. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Nuranə qardaşının yoldaşıdır. Onu çağırmışdır. Nuranəni çağırandan sonra o, əmisini çağırmaq üçün getmişdir. O, Zəhra olan otağa baxmışdır. Həmid ona söyüş söyməmişdir. Həmid qapını açmış, içəri girmişdir. Otaqda Həmidi görmüşdür. Qan da olmuşdur. Həmidin əlində şüşə və parça olmuşdur. Həmidin əlində bıçaq olmuşdur. Onların oğlu Rza çölə çıxmışdır. Balaca uşaq isə yatağın üstündə olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid şahid9 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, ##.##.2025-ci il tarixdə, saat 07 radələrində yaşadığı evin həyətində gəzərkən qəflətən həyət darvazasının açıldığını və həyətə bir kişinin girdiyini görmüşdür. Həmin kişi onun qabağına gəlib, əli ilə “sus” işarəsi vermişdir. Onun başında papaq (kepka), üzündə günəş eynəyi və qara rəngli tibbi maska olsa da, onu tanımışdır. O, Həmid olmuşdur. Həmin vaxt Həmidin əlində bıçaq da olmuşdur. Həmid onun yanından keçib, birbaşa Zəhranın yatdığı otağa girib, qapını arxadan kilidləmişdir. O, tez içəri keçib, Zəhranın yatdığı otağın qapısını açmağa çalışsa da, bunu edə bilməmişdir. Rza həmin vaxt içəridən qapını açıb dəhlizə çıxmışdır. O, Həmidin qarşısını ala bilmədiyini görüb, qışqırıb gəlinləri Nuranəni oyatmış və onlar uşaqları götürüb, qonşuluqda yaşayan əmisi Mustafagilə getmişlər. Onlar əmisi Mustafaya hər şeyi danışdıqdan sonra birlikdə öz evlərinə qayıtmışlar. Zəhranın yatdığı otağa girəndə Zəhranın döşəmənin üstündə qan içində can verdiyini görmüşlər. Həmin vaxt Zəhranın 3 yaşlı uşağı Hüseyn yatağın üstündə uzanmış vəziyyətdə ağlamışdır. Onların qışqırığına qonşular gəlmiş və onlar tez təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat vermişlər. Biraz sonra gələn təcili tibbi yardım əməkdaşları bacısı Zəhranın artıq vəfat etdiyini bildirmişlər. Onlar Həmidin hadisədən sonra hara qaçıb getdiyini bilməmişlər. Həmin vaxt Həmidin əynində göy rəngli köynək, göy rəngli cins şalvar, başında ağ rəngli papaq, üzündə isə qara rəngli günəş eynəyi və qara rəngli tibbi maska, əllərində isə ağ rəngli əlcək olmuşdur. ##.##.2025-ci il tarixdə axşam saatlarında Rza atası Həmidlə telefonda danışan zaman baba və nənəsinin, yəni onun ata və anasının Şəki şəhərində yerləşən xəstəxanaya gedəcəklərini deyib, atasını onların evinə çağırmışdır. Həmid Rzanın verdiyi məlumat əsasında ata və anasının evdə olmayacağını, Həmidə mane ola biləcək kiminsə evdə olmayacağını bilmiş və ##.##.2025-ci il tarixdə, saat 07 radələrində onların evinə gələrək Zəhranı öldürmüşdür. Zəhra Həmidlə boşanma ərəfəsində olduqları dövrdə, əsasən də öldürülməmişdən əvvəlki 15- 20 gün ərzində Həmidi vecinə almamağa, onunla danışmamağa başlamış, boşanacaqları üçün əlaqəni kəsmək istəmişdir. Həmid ola bilsin ki, Zəhranın bu münasibətinə əsəbləşərək hadisə törətmişdir (II cild, i/v 177-179) Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid şahid3 bildirmişdir ki, atı qoşub, sahəyə gedərkən, “Opel” markalı, kül rəngli maşının aşağıya doğru getdiyini görmüşdür. Maşına çox fikir verməyib, evə getmişdir. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, qışqırıq səslərini sonradan eşitmiş, lakin hadisə yerinə getməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir Şahid şahid3 ibtidai istintaq zamanı ifadə verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır. X4 qonşuları olduğu üçün uzun müddətdir tanıyır. O, Zəhranın ərdə olduğunu bilsə də, sonuncunun kiminlə evli olduğunu, harada yaşadığını bilməmişdir. O 2023-cü ilin oktyabr ayında hərbi xidmətə gedən zaman Zəhra ər evində olmuşdur. 2025- ci ilin aprel ayında hərbi xidmətdən tərxis olunub, yaşadığı evə gələndə Zəhranın ata evində yaşadığını görmüşdür. ##.##.2025-ci il tarixdə, təxminən saat 07 radələrində qonşusu şahid2 onun yaşadığı evə gələrək, ot biçmək üçün otbiçəni işə salmış və onlar həyətdən yola tərəf çıxmışlar. Elə bu vaxt həyətlərinin qarşısından boz gümüşü (metallik) rəngli, “Toyota Corolla” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobilin onların evini keçib sola tərəf döndüyünü görmüşdür. Bundan sonra həmin maşının hara getdiyini, həmin avtomobilin kimə məxsus olduğunu, kimin idarə etdiyini bilməmişdir. Onun evi Zəhragilin evindən təxminən 50 metr aralıda, solda yerləşir. Onlar otbiçəni qoşub işlədiyini gördükdən sonra onu çölə, yol tərəfə qoyub, yenidən həyətə qayıtmışlar və quzularla olan işlərini görməyə başlamışlar. Təxminən 20-25 dəqiqə sonra Zəhragilin həyətindən uşaqların qışqırıq səslərinin gəldiyini eşitmişlər. Onlar tez Rəşadla birlikdə Zəhragilin həyətinə getmişlər və həmin vaxt Zəhranın əmisi Mustafanın həyətdə olduğunu görmüşlər. Həmin vaxt evdən çıxan şəxslər Zəhranın bıçaqlanaraq öldürüldüyünü demişlər. Sonradan həyətdə olan danışılanlara əsasən, öyrənmişdir ki, Zəhranı öz əri Həmid adlı şəxs bıçaqlayıb öldürmüşdür. Bunu eşitdikdən sonra düşünmüşdür ki, Həmid elə səhər saat 07 radələrində Zəhragilin həyətlərinin yolu istiqamətindən gəlib, onların həyətini keçib, sola tərəf dönmüş “Toyota Corolla” markalı avtomobillə kəndə gəlmişdir. Çünki, o, həmin avtomobili heç vaxt kənddə görməmişdir (İ cild, i/v 88-89). Daha sonra birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid şahid2 bildirmişdir ki, onlar sahəyə ot biçməyə gedəndə maşı görmüşlər. Başqa heç nə görməmişlər. Maşın alüminium tozu rəngdə olmuşdur. Maşına fikir verməmişdir. Onlar hadisə yerinə gedəndə, xanım dünyasını dəyişmişdir. Ürəyi dözmədiyi üçün içəriyə girməmişdir. Sonra yas yerinə getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid şahid2 ibtidai istintaq zamanı şahid şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid şahid1 bildirmişdir ki, səhər saat 06:45-də evdən çıxıb, Xanabada işə getmişdir. Saat 07:20-də yoldaşı ona zəng edib demişdir ki, Zəhranı bıçaqlayıblar. O, bıçaq sözünü eşidib, ona demişdir ki, gözlə, gəlirəm. İş yoldaşları ondan nə olduğunu soruşduqda, bilmədiyini demişdir. Evə gəlmiş və görmüşdür ki, Zəhra yerdədir. 102 xidmətini yığıb, məlumat vermişdir. Hadisənin nə üçün törədildiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ##.##.2025-ci il tarixdə, saat 06:45 radələrində yaşadığı evdən çıxıb, işə getmək üçün Şəki rayonu, Cəyirli kəndinin mərkəzinə getmişdir. Həmin yerdən şirkətin servisi onları götürüb, Yevlax rayonu, Xanabad kəndində yerləşən iş yerinə aparır. Həmin gün onun atası və anası da xəstəxanaya getmək üçün saat 07 radələrində evdən çıxıb, avtobus dayanacağına gedib gözləmişlər. O, kəndin mərkəzi hissəsində iş servisini gözləyərkən, saat 07:20 radələrində boz metallik rəngli, “Toyota Corolla” markalı, dövlət qeydiyyat nişanını görmədiyi avtomobil onun yaşadığı ev istiqamətindən gələrək, sağa dönüb, Şəki rayonu, Turan qəsəbəsi istiqamətində hərəkət etmişdir. O, həmin avtomobili kəndlərində ilk dəfə gördüyü üçün bu hal ona şübhəli gəlmişdir. Elə bundan bir neçə dəqiqə sonra arvadı Nuranə ona zəng edərək, nəsə demiş, o, Nuranənin sözlərindən yalnız “Zəhra” və “bıçaq” sözlərini eşitmiş və tez yaşadığı evə tərəf qaçmışdır. Evə daxil olduqda Zəhranın yatdığı otaqda döşəmənin üzərində qanlar içində ölü vəziyyətdə uzandığı görmüşdür. Həmin vaxt evdə olan Nuranə və Zəhranın oğlu Rzanın deməsinə görə Təqsirləndirilən şəxs üzündə maska və qara rəngli günəş eynəyi ilə yaşadıqları evə daxil olaraq, Zəhranı bıçaqlayıb, öldürmüşdür. O, həmin gün Həmidi görməmişdir. Onun fikrincə, Həmidin ##.##.2025-ci il tarixdə onun, eləcə də onun ata və anasının yaşadıqları evdən çıxıb gedəcəyi barədə məlumatı olmamışdır. Atası xəstə olduğuna görə həmişə evdə olmuş, anası isə səhərlər işlədiyi məktəbə getmişdir. Sadəcə olaraq son 2-3 gün ərzində atasının xəstəliyinə görə atası və anası səhərlər xəstəxanaya müayinə və müalicəyə getmişlər. Həmidin bu barədə məlumatının olub-olmadığını dəqiq bilmir. O, özü həmin vaxt evdə olmasa da, həmin vaxt evdə olmuş arvadı Nuranə, eləcə də Zəhranın oğlu Rza Həmidi evdə Zəhranı bıçaqlayan zaman görmüşlər. Təqsirləndirilən şəxs onun bacısı Zəhra Əliyevanı nə səbəbə və məqsədlə öldürməsi barədə məlumatı yoxdur ( İ cild, i/v 83-85). Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid şahid4 bildirmişdir ki, Zaqatala şəhərinin mərkəzində taksi fəaliyyəti ilə məşğul oluram. Yeraltı keçid olan ərazidə dayanıram. Gecə saat 19-21 radələri olardı, bu şəxs yaxınlaşıb, məndən onu Xaldana apara biləcəyimi soruşdu və ona dedim ki, hə, apararam. Saat neçədə getmək istəməsi ilə maraqlandıqda, bildirdi ki, səhər saat 04:00-da. Razılaşdıq, nömrəmi götürdü və əlaqə saxlayacağını bildirdi. Saat 23:00-da həmin şəxs zəng edib, dedi ki, səhər saat 04:00-da gedəcəyik. Şəhərin mərkəzinə getdim, o, keçidə yaxın ərazidə qalırdı. Onu və bir-iki dənə balaca çantanı da götürüb, Xaldan dairəsi istiqamətinə sürdüm. Aramızda bəzi söhbətlər olub, kişikişi ilə necə söbət edirsə, elə. Deyəsən, adının Həmid olduğunu demişdi. Haradan olması, evli və ya subay olması ilə maraqlandım. Şəkər xəstəsi olduğunu bildirdi. Söhbət etdik, dərdləşdik. Ailə problemlərinin olduğunu, uşaqları görməyə getdiyini və yoldaşından boşanmaq istədiyini bildirdi. Ona “Yaxşı deyil, evlənmisən. Uşaqların var, onları böyüdəssən” dedikdə, o, “İşimiz boşanmağa doğru gedir, indi yoldaşımı görməyə gedirəm” dedi. Yolda olarkən ona bir-iki dəfə zəng gəldi, yəqin tanışı idi. Xaldan dairəsində onu düşürdüm, çantalarını verdim. Sonra Zaqatala şəhərinə getdim. İki saat keçməmiş Zaqatala RPŞ-nın əməkdaşları evimizə gəlib, “Sizdə qonaq var?” deyə, soruşdular. Hansı qonaq olması ilə maraqlandım, çünki evə gələn qonaqdan xəbərimin olacağını bildirdim. Mənə “Bu gün qətl hadisə törədilib, həmin şəxs qaçıb gizlənib. Ola bilsin ki, sizdədir?” dedi. Taksi sürücüsü olduğumu, onu dediyi ərazidə düşürdüyümü bildirdim. Məni Zaqatala RPŞ-ya, oradan da Şəki Şəhər-Rayon Polis Şöbəsinə apardılar. İzahatımı verdim. O, daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, şəxs mənə yoldaşını öldürəcəyi barədə heç nə deməyib. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid şahid5 bildirmişdir: - Həmidi Zaqatalada birlikdə olan zaman tanımışam. Mən bazarda kiçik ticarətlə məşğulam. Orada çox adam, dost-tanış olur. Onun da bir tərəfi Laçınlıdır, mənim də. Yerli olaraq münasibətimiz yarandı. Aradabir gəlirdi, çay içirdik. Ondan heç bir pislik görməmişəm, ailəsində də vəziyyət normal idi. Sonra ailəsində problemlər olduğunu bildirdi, böyük oğlu deyib ki, anası xəyanət edir. Mən də uşağın sözünə inanmamağı, bu işi dəqiqləşdirməsini tapşırdım. Dedi ki, əgər belədirsə, onu öldürməkdən başqa nə etməliyəm? Boşanmağını bildirdim. Özü də mənə demişdi ki, boşanma işi məhkəmədədir. Ona “Belə bir işə inanma. Əgər belədirsə, boşan. İş də məhkəmədədir. Sən niyə bu işi törədəsən ki?” dedim. Belə bir əməl törədəcəyinə inanmamışam. Şahid daha sonra verilən suallara cavab olaraq bildirmişdir ki, Həmid mənə demişdi ki, oğlum deyib ki, anam yad kişi ilə danışır. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında şahid şahid10 bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, əvvəlki ifadəsinə bəzi şeyləri düz danışmamış, ona görə də əvvəlki ifadəsini təsdiq etmir. İndi isə həqiqəti danışacağına söz vermişdir. X4 onun doğma anası, Təqsirləndirilən şəxs isə doğma atasıdır. Onun 3 yaşında Hüseyn adında qardaşı da var. Mingəçevir şəhərində anadan olsa da, o, körpə olarkən atası yaşadıqları evi satmış və Bakı şəhərinə köçmüş və təxminən 8-9 il Bakı şəhərində kirayədə yaşadıqdan sonra, təxminən 2023-cü ildə Bərdə şəhərinə köçərək, orada kirayə yaşamağa başlamışlar. Təxminən 8 ay əvvəl, 2024-cü ilin noyabr ayında atası evə gəlib, onlara Bərdə şəhərindən qaçıb gedəcəyini, onlarla əlaqə saxlaya bilməyəcəyini dediyi üçün anası 2022-ci il təvəllüdlü qardaşını da götürüb, Şəki rayonunun Cəyirli kəndində yaşayan öz ata evinə, yəni onun babasıgilin evinə gətirmişdir. O, onsuz da 2024-cü ilin sentyabr ayında məktəbə görə babasıgilin evinə gətirilmiş, anasıgil gələnə kimi babasıgildə yaşamışdır. Bildiyi qədərilə atası hansısa cinayətə görə qaçıb gizlənməli olmuşdur. Bundan sonra atası qaçıb gizlənsə də onlar tez-tez telefon vasitəsilə əlaqə saxlamışlar, həm adi zənglə, həm də görüntülü zənglə danışmışlar. Sonradan anası atasından boşanmaq üçün məhkəməyə müraciət etmiş, bir neçə dəfə məhkəməyə gedib gəlmişdir. Lakin 2025-ci ilin may ayında anası atasına qarşı soyuq davranmağa başlamış, “Tik-tok” sosial şəbəkəsində tanış olduğu bir nəfərlə görüntülü zəng vasitəsilə danışmağa başlamışdır. Anası bunu açıq-aşkar onun və qardaşı Hüseynin gözü qabağında etmiş və bu, onun heç xoşuna gəlməmişdir. Atası da anası ilə görüntülü zəng vasitəsilə danışan zaman anası atasına qarşı soyuq və kobud davranmış, hətta onun üzünə telefonu bağlamışdır. O da bütün bunları görüb, atası ilə bir neçə dəfə görüntülü zənglə danışaraq, kənardan anasının bir nəfər kişi ilə telefonda danışdığını göstərmiş, anasının atasına xəyanət etdiyini bildirmiş və atasından gəlib, anasını cəzalandırmasını xahiş etmişdir. Lakin o, uşaq olduğu üçün atasının gəlib, anasını öldürəcəyini heç vaxt düşünməmişdir. O, düşünmüşdür ki, atası gəlib, anasını döyüb, onları öz yanına aparacaq. O, əgər atasının anasını öldürəcəyini bilsəydi, atasına heç vaxt anasının kiminləsə danışması barədə məlumat verməz, atasını anasını cəzalandırması üçün çağırmazdı. O, atası ilə danışanda anasının atasına etdiyi hərəkətlərə görə gəlib, anasını cəzalandırmasını, onları yanına aparmasını xahiş etmişdir. ##.##.2025-ci il tarixdə, axşam saatlarında atası Həmidlə telefonda adi zənglə danışan zaman atası evlərində qonaqların olduğunu eşitmiş və kimlərin gəldiyini soruşmuşdur. Həmin vaxt nənəsinin bacıları onlara qonaq gəlmişlər. Anası da qonaqları bəhanə edib, atası ilə danışmaqdan imtina etmişdir. O da bunu görüb, atası ilə telefonda danışıb, ona sabah saat 7- də nənəsi ilə babasının xəstəxanaya gedəcəyini bildirmişdir. Atası da bunu eşidib, həmin vaxt onların yaşadıqları evə gələcəyini demişdir. O, artıq atasının səhəri gün onlara gələcəyini bilmişdir. ##.##.2025-ci il tarixdə, saat 07 radələrində məktəbə getməsi üçün nənəsi gəlib, onu oyatmışdır. Babasıgilin evində o, anası və qardaşı ilə birlikdə eyni yataq otağında yatmışdır. O da əynindəki məktəbli forması ilə öz çarpayısına uzanıb, telefonla oynamağa başlamışdır. Təxminən 5-6 dəqiqə sonra, saat 07:20 radələrində qəflətən üzünə koronovirus maskası və gözünə qara rəngli günəş eynəyi taxmış atası Həmid onların yatdığı otağa daxil olub, qapını arxadan kilidləmişdir. O, atasının evə gələcəyini bilsə də, atasını görəndə şoka düşmüşdür. O, telefondan başını qaldırıb, qapının səsinə tərəf baxdıqda atası artıq qapını kilidləyib, anasının yatdığı çarpayıya gedərək, Zəhranın üstünə hücum çəkmiş və cibindən bıçaq çıxartmışdır. O, gördüklərindən qorxub, tez qapıya tərəf qaçaraq, qapının kilidini açıb, dəhlizə çıxmışdır. Bu vaxt anası səs-küyə oyanmamış, yatmış vəziyyətdə olmuşdur. Atası əlindəki bıçaqla anasının üstündə dayanıb, hirsli səslə “çön, Zəhra, yalvar, Zəhra, yalvar” deyə, qışqırmış və əlindəki bıçaqla anasına təxminən 3 dəfə xəsarət yetirmişdir. O, atasının anasına bıçaqla vurmasını gözləri ilə görməsə də, səsdən hər şeyi başa düşmüşdür. Anası da aldığı bıçaq zərbələrindən qışqırmağa başlamış və həmin vaxt 3 yaşlı qardaşı da səsə oyanıb, qışqırmağa başlamışdır. Həmin vaxt onlarla eyni evdə yaşayan dayısı arvadı Nuranə səs-küyə çıxıb, Həmidin Zəhranı öldürdüyünü görüb, özünün 3 azyaşlı uşağını və onu götürüb, evdən çölə qaçmışlar. O, həmin vaxt atasının anasını bıçaqladıqdan sonra dayanıb, su içdiyini görmüşdür. Gəlinbacısı Nuranə tez onu da qolundan tutub, onları qonşu həyətdə yaşayan babasının qardaşı Mustafa babagilin həyətinə aparmış, lakin o, həmin həyətə daxil olmayıb, yenidən öz evlərinə qayıtmışdır. Bu zaman artıq atasının evdə olmadığını görmüş və atasının çıxıb getdiyini bilmişdir. O, tez anasının yanına getmiş və onun yataq otağında taxta döşəmənin üstündə qan içində uzanıb, can verdiyini görmüşdür. Həmin vaxt azyaşlı qardaşı çarpayının üstündə uzanıb, ağlamış və Hüseynin üstünə qan sıçramışdır. Səs-küyə qonşular onların evinə gəlmiş və anasının vəziyyətini görüb, tez azyaşlı qardaşını götürüb, evdən aparmışlar. Biraz sonra isə təcili tibbi yardım əməkdaşları gələrək, anasının rəhmətə getdiyini demişlər. Atası boşanma ərəfəsində olan anasını yaşadıqları Şəki rayonunun Cəyirli kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında bıçaqlayaraq, öldürmüşdür. Atası anasını bıçaqladıqdan sonra bıçağı da özü ilə aparmışdır. Sonradan onlarla eyni evdə yaşayan əqli qüsurlu xalası Arzunun deməsinə görə atası Həmid evə daxil olarkən birinci onunla qarşılaşmış və hətta onun üstünə bıçaq çəkərək “səsini çıxartma, yoxsa səni də öldürərəm” demiş, Arzu da atasının əlindəki bıçağı görüb, qorxduğu üçün tez öz otağına getmişdir. O, atasının anasını öldürəcəyini heç vaxt düşünmədiyi üçün atası ilə telefonda danışan zaman atasına gəlib anasını cəzalandırmasını, anasının ona xəyanət etməsinin qarşısını almasını demiş, xahiş etmiş, yalvarmışdır. O, heç vaxt atasına gəlib, anasını öldürməsini deməmişdir. Həmin vaxt atasının üzündə tibbi maska və günəş eynəyi olsa da, o, atasını səsindən tanımışdır. Atası ağır çəkili, qarınlı kişidir, saçları tünd qara rənglidir. Həmin vaxt atasının əynində göy rəngli düyməli köynək (rubaşka) və qara rəngli cins şalvar və qara rəngli tufli olmuşdur. Atası anasının ona xəyanət etdiyini görüb, onu öldürmüşdür. Bu işdə onun da səhvi vardır, o, bu işin gəlib bura çıxacağını bilmədiyi üçün anası öldürülmüşdür. Atasına gəlib anasını cəzalandırması üçün təkid etdiyinə görə çox peşmandır. O, həmin vaxt yataq otağından dəhlizə qaçmış, buna görə də atasının anasına bıçaqla zərbə endirməsini gözləri ilə görməmiş, lakin həmin zərbələrin səsini, eləcə də anasının qışqırıqlarını eşitmişdir. Atası anasını yatdığı yerdə bıçaqlamışdır. Anası oyanıb, döşəməyə yıxılandan sonra da atası anasına bıçaqla zərbələr vurmuşdur (II cild, i/v 168-170) Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadə verən digər şahid şahid7 bildirmişdir ki, mənə zəng gəldi, onu kəndə aparmağımı istədi. Ona görə onu kəndə düşürüb, qayıtmışam. İşə gəldikdən sonra, saat 11-12 radələrində polislər məni apardılar. Mənim heç nədən xəbərim olmayıb. Onunla söhbət etməmişəm. Tələsirdim ki, işə gecikməyim. Şahid daha sonra ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu Xaldandan götürüb, kəndə aparmışam. Maşında çantası olub. Maşından düşəndə çantasının orada qalmasını və mənimlə əlaqə saxlayacağını bildirdi. Yolda dedi ki, evə gedirəm. Şəkinin Cəyirli kəndində düşəcəyini bildirdi. Onu kəndə aparıb, düşürdüm. Kəndə nə məqsədlə getməsi barədə mənə heç nə deməyib. Maşından düşməmişəm. Şəxsi düşürüb, işə getmişəm. İbtidai istintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Birinci instansiya məhkəməsinin məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş şahid şahid6 ibtidai istintaq zamanı ifadə verərək, bildirmişdir ki, 2011-ci ildə X15 ilə ailə həyatı qurmuş, bu nikahdan 13 yaşlı oğlu Yusif, 11 yaşlı qızı Arzum və 7 yaşlı qızı Yağmur dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs, ümumiyyətlə tanımır. X4 isə “Sevda” adı ilə “Tik-tok” sosial şəbəkəsindən tanımışdır. Təxminən 2 ay əvvəl, 2025-ci ilin aprel ayında o, “Tik-tok” sosial şəbəkəsində “yarasa” adlı profili ilə tanımadığı bir nəfərlə canlı yayım zamanı “PK” adlı oyun oynayarkən qalib gəlməyi üçün ona jeton lazım olmuşdur. O da canlı yayımı izləyənlərdən kimin jeton satdığını soruşmuş və “Sevdayeraz” adlı profilin jeton satmasına dair rəy yazdığını görmüşdür. O, həmin profilə müraciət edərək, ona 20 manatlıq jeton göndərməsini xahiş etmiş, pulunu oyundan sonra göndərəcəyini demişdir. Həqiqətən də həmin şəxs ona 20 manat dəyərində jeton göndərmiş və canlı yayım bitdikdən sonra o, həmin şəxsin onun mesaj qutusuna göndərdiyi kart hesabına 20 manat pul göndərmişdir. Bundan sonra həmin “Sevdayeraz” adlı profillə ünsiyyəti yaranmış və onlar dost kimi danışmağa başlamışlar. Təxminən 1 ay əvvəl, 2025-ci ilin may ayında mesajlaşma zamanı həmin şəxs ona adının “Zəhra” olduğunu və özünün Şəki rayonundan olduğunu demişdir. O, həmin şəxsə ilk gündən özünü öz adı ilə təqdim etmişdir. Bundan sonra onlar həftədə 2-3 dəfə votsap üzərindən görüntülü zənglə danışmağa başlamışlar. Sonuncu dəfə Zəhra ilə ##.##.2025-ci il tarixdə, saat 23 radələrində telefonla zəng vasitəsilə, təxminən 5- 10 dəqiqə danışmışdır. O, Zəhranı heç vaxt görməmiş, Zəhra ilə heç vaxt heç harda qarşılaşmamışdır. Zəhranın harada və kimlərlə yaşadığını bilmir. ##.##.2025-ci il tarixdə, günorta saatlarında o, Zəhraya jeton göndərməsi üçün zəng etmiş, lakin telefona cavab verən olmamışdır. ##.##.2025-ci il tarixdə bir nəfər polis əməkdaşı ona zəng edərək, Zəhranın qətlə yetirildiyini, bu məsələ ilə bağlı Şəki şəhərinə gələrək, izahat verməli olduğunu bildirmişdir. O, Zəhranın əri tərəfindən bıçaqlanaraq öldürüldüyünü həmin vaxt bilmişdir (II cild, i/v 29-30). Baxış aparılması haqqında ## #### 2025-ci il tarixli protokol və ona əlavə edilmiş foto cədvəllə. Həmin protokolda qeyd olunmuşdur ki, hadisə yeri Şəki rayonu, Cəyirli kəndində yerləşən X4 yaşadığı fərdi yaşayış evidir. Fərdi yaşayış evinin qarşısındakı yolun orta hissəsindən su kanalı keçir. Fərdi yaşayış evinin həyətinə yanlara doğru açıq vəziyyətdə olan 2,3 x 4,2 metr ölçülü dəmir darvazadan daxil olundu. Darvazadan daxil olan kimi həyətin sol hissəsində mal-qara tövləsi, sağ hissəsində isə yarımtikili vardır. Darvazadan təxminən 25 metr şimal istiqamətində fərdi yaşayış evi yerləşir. Həmin evin X4 övladları ilə birlikdə yatdığı yataq otağına daxil olundu. Otağın eni 3,4 metr, uzunluğu 4,3 metr, hündürlüyü isə 3 metrdir. Otağa təktaylı taxta qapı açılır. Qapıdan otağa daxil olan kimi otağın orta hissəsində xalça üzərində üzəri mələfə ilə örtülmüş meyit vardır. Baxış iştirakçısı M.Baləmmədov döşəmənin üzərindəki meyiti əli ilə göstərərək, həmin meyitin mərhumə X4 meyiti olduğunu bildirdi. Meyit şərti olaraq “1” rəqəmi ilə işarələndi. Mələfə götürüldükdə, üzü yuxarı vəziyyətdə, üzərində qanabənzər ləkələr olan Zəhra Əliyevanın meyiti müəyyən edildi. Meyitin üzərində ağ rəngli, qolsuz, üzərində qanabənzər ləkələr olan mayka və çəhrayı rəngli, üzərində gül bəzəkləri olan parça şalvar vardır. Meyitin ilkin xarici müayinəsi zamanı sinə nahyəsində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər olduğu müəyyən edildi. Otağın giriş qapısının olduğu divardan meyitə qədər olan məsafə 1,7 metr, giriş qapısından sağ divardan meyitə qədər olan məsafə 1,8 metr, qarşıdakı divardan olan məsafə 1,1 metr, sol divardan olan məsafə isə 1,5 metrdir. Meyitin olduğu hissədə, döşəmənin üzərindəki xalçanın üstündə qanabənzər ləkələr olduğu müəyyən edildi. Həmin ləkələr şərti olaraq “2” rəqəmi ilə işarələndi. Xalçanın həmin hissəsindən qanabənzər ləkələrə pambıq hopdurulmaqla, nümunə götürülərək, müvafiq qaydada qablaşdırıldı. Baxış zamanı müəyyən edildi ki, həmin otağa qapıdan daxil olan kimi sağda paltar şkafı, yanında 2 ədəd stul var. Giriş qapısından sağ küncdə 1 nəfərlik çarpayı üzərində yorğan, döşək, ədyal səliqəli vəziyyətdədir. Giriş qapısından qarşı divarda digər otağa açılan qapı var, həmin qapının qarşısında yerdə 4 ədəd oyuncaq və 2 ədəd tumba var. Girişdən sol tərəfdə dördgözü olan kiçik tumba və içərisində səliqəli formada yığılmış paltarlar, həmin tumbanın solunda isə 2 ədəd paltar şkafı var. Otağın giriş qapısından sol uzaq küncdə 1 nəfərlik 0,9 x 2,0 metr ölçülü çarpayı və çarpayının üzərində dağılmış vəziyyətdə döşək, ədyal, yorğan, mələfə var. Həmin çarpayının üzərindəki döşək və ədyal üzərində qanabənzər ləkələrin olduğu müəyyən edildi. Qeyd edilən döşək və ədyal müvafiq qaydada şərti olaraq “3” və ”4” rəqəmləri ilə işarələndi. Giriş qapısından sağda yerləşən bir ədəd taxta stul üzərində 03 ədəd mobil telefon aparatının olması müəyyən edildi və həmin telefonlar şərti olaraq “5” rəqəmi ilə işarələndi və araşdırma üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Baxış iştirakçısı H.Balammədov mərhum Z.Əliyevanın oyandıqdan sonra geyindiyi ağ rəngli jileti, qara rəngli qısaqol koftanı və qara rəngli parça şalvarı təqdim etdi və həmin paltarlar şərti olaraq “6” rəqəmi ilə işarələndi və müvafiq qaydada qablaşdırılaraq götürüldü. Daha sonra meyit xarici və daxili müayinə olunması məqsədilə hadisə yerindən götürüldü. Bunun ardınca meyitin olduğu hissədə (meyit yatağında) döşəmə üzərində hopmuş qanabənzər ləkələr olduğu müəyyən edildi və həmin ləkələr şərti olaraq “7” rəqəmi ilə işarələndi və həmin ləkələrə pambıq hopdurulmaqla nümunələr götürülərək müvafiq qaydada qablaşdırıldı. Bundan sonra həmin otağa baxış keçirilən zaman giriş qapısından sağ tərəfdəki çarpayının altında üzərində qanabənzər ləkələr olan plastik su butulkası müəyyən edilərək, müvafiq qaydada qablaşdırılmaqla götürüldü. Daha sonra həmin fərdi yaşayış evinin bütün otaqlarına, həyətyanı sahəyə ətraflı baxış keçirildi, lakin yuxarıda qeyd olunanlardan başqa araşdırma üçün əhəmiyyət kəsb edən digər hər hansı iz, predmet, ləkə, odlu və ya soyuq silah və. s aşkar edilmədi (İ cild, i/v 3-7). Həmin fotoşəkillərdən müəyyən olunur ki, Şəki rayonunun Cəyirli kəndində yerləşən fərdi yaşayış evinin otağında X4 arxası üstə meyiti vardırdir. Meyitdə, onun paltarında xəsarətlər və qan izləri, çarpayıda olan döşəyin üzərində və adyalda da qan izləri vardır. Zəhra Əliyevanın əynində ağ rəngli, qolsuz, üzərində qanabənzər ləkələr olan mayka və çəhrayı rəngli, üzərində gül şəkilləri olan parça şalvar vardır (İ cild, i/v 8-16). Meyitə baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli digər protokol və ona əlavə edilmiş foto şəkillərdən müəyyən olunur ki, təşrih masası üzərində X4 arxası üstə meyit qoyulmuşdur. Əynində ağ rəngli, yaxası açıq, qolsuz mayka, çəhrayı rəngli, üzərində gülləri olan parça şalvar və qırmızı rəngli, üzərində ağ rəngli nöqtəvari bəzəklər olan trusik vardır. Ağ rəngli mayka üzərində zədələr vardır, qana bulaşmışdır. Meyit düzgün bədən quruluşludur. Dərialtı piy toxuması zəif inkişaf etmişdir. Meyit nisbətən soyumuşdur. Sifəti avazımışdır. Meyit qacıması müayinə olunan bütün qrup əzələlərdə zəif inkişaf etmişdir. Dəri örtüyü avazımışdır. Saçları şabalıdı rəngdədir. Əllədikdə kəllə tağı sümükləri tamdır. Göz qapaqları qapalıdır, göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir. Bəbəklər bərabər diametrdə olub, ölçüləri təxmindən 0,5 sm-dir, buynuz qişa şəffafdır. Əllədikdə üz və burun sümükləri tamdır. Xarici burun dəlikləri və xarici qulaq keçəcəkləri sərbəst keçiricidirlər. Ağızı yarıaçıq vəziyyətdədir, dili diş xəttinin arxasındadır. Dodaqlarında xəsarətlər aşkar olunmur. Damaqlarında və dilində xəsarət aşkar olunmur. Boyunu bədənə mütənasib formadadır. Patoloji hərəkətlilik yoxdur. Döş qəfəsi slindirik formadadır, əllədikdə qabırğalar tamdır, qarını döşü səviyyədədir. Xarici cinsiyyət üzvüləri qadın cinsli normal inkişaf etmişdir. Arxa keçəcək təmiz və ətraf dərisi zədəsizdir. Ətraflarında patoloji hərəkətlilik yoxdur. XƏSARƏTLƏR: Sağ çiyin qurşağının yuxarı orta 1/3-də köndələn-çəp istiqamətdə 1,3x0,2 sm ölçüdə, sol çiyin qurşağının yuxarı orta 1/3-də iki ədəd 0,6x0,2 sm ölçüdə, sol çiyin oynağının bayır səthində ücbucaq formalı 2,5x1,0 sm ölçüdə, sol döş vəzinin içəri yuxarı səthində bir ədəd köndələn çəp istiqamətdə 1,8x0,4 sm ölçüdə, sol döş vəzinin üstündə köndələn istiqamətdə 1,9x0, 3 sm ölçüdə, döş sümüyünün orta 1/3-nin sağ tərəfində köndələn çəp istiqamətdə əlavə kəsiyi olan 2,0x0,3 sm ölçüdə, sol orta qoltuqaltı xətt üzrə VIII və IX qabırğa səviyyəsində köndələn-çəp istiqamətdə bir ədəd 1,7x0,3 sm ölçüdə, XI qabırğa proyeksiyasında köndələnçəp istiqamətdə bir ədəd 1,7x0,3 sm ölçüdə, sol saidin içəri orta 1/3-də boylama istiqamətdə yuxarı hissəsi dərin, aşağı hissəsi səthi 6,0x0,8 sm ölçüdə, sol saidin yuxarı-bayır 1/3-də köndələn istiqamətdə 1,7x0,4 sm ölçüdə, orta-arxa 1/3-də 1,8x0,4 sm ölçüdə kənarları hamar, bir bucağı iti, bir bucağı küt yaralar vardır. Yaraları zondla yoxladıqda döş qəfəsinin ön sağ səthində olan bir ədəd yara döş qəfəsinin daxilinə keçir. Sağ budun ön aşağı 1/3-də 3,0x2,0 sm ölçüdə, sağ baldırın ön-orta 1/3-də 3,0x1,5 sm ölçüdə, sol baldırın ön-orta 1/3-də 3,0x2,5 sm ölçülərdə göyümtül-sarımtıl rəngdə qançırlar vardır. Meyitin xarici müayinəsi zamanı digər xəsarətlər aşkar edilmədi. Meyitin əynində olan mayka, şalvar və trusik müvafiq qaydada qablaşdırılaraq götürüldü (İ cild, i/v 17-30) Baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli digər protokol və ona əlavə edilmiş foto şəkillərdən müəyyən olunur ki, şahid7 ##.##.2025-ci il tarixdə idarə edərək, Təqsirləndirilən şəxs Şəki rayonu, Cəyirli kəndinə gətirdiyi “Toyota Corolla” markalı **-HT- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış iştirakçısı şahid7 baxışa başlamazdan əvvəl bildirmişdir ki, ##.##.2025-ci il tarixdə, saat 07 radələrində həqiqətən də Təqsirləndirilən şəxs həmin avtomobillə Şəki rayonunun Cəyirli kəndinə gətirib, düşürmüş və bundan sonra çıxıb, Mingəçevir şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs həmin kəndə hansı məqsədlə getməsindən tam xəbərsiz olmuşdur. Qeyd edilən avtomobil boz-gümüşü rəngdədir, üzəri az çirklidir. Həmin avtomobilin sürücü oturacağına və daha sonra arxa sərnişin oturacaqlarına baxış keçirilmişdir. Bu zaman arxa sərnişin oturacaqlarının üzərində bir ədəd qara rəngli kurtka, içərisində yeməklər olan iki ədəd sellofan torba müəyyən edilmişdir. Baxış iştirakçısı qeyd edilən əşyaların və yeməklərin onun özünə məxsus olduğunu bildirmişdir. Daha sonra həmin avtomobilin qabaq sağ sərnişin oturacağına və həmin oturacağın qarşısındakı saxlanc yerinə (bardoçok) baxış keçirilmiş və bu zaman həmin hissədə dəftər, sellofan torba və sairlə birlikdə “Xiaomi Redmi 11” markalı mobil telefon aşkar edilmişdir. Baxış iştirakçısı şahid7 həmin mobil telefon aparatının Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin mobil telefon aparatı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra qoltuqaltı saxlanc yeri deyilən hissəyə baxış keçirilmiş, lakin oradan istintaq üçün əhəmiyyət kəsb edən hər hansı predmet, iz və sair aşkar edilməmişdir. Ardınca həmin avtomobilin baqaj hissəsinə baxış keçirilmiş və baxış iştirakçısı şahid7 bildirmişdir ki, həmin baqaj hissədə 02 ədəd böyük həcmli çantalar Təqsirləndirilən şəxs məxsus çantalardır, həmin çantalardan başqa həmin hissədə digər əşyalar isə onun özünə məxsusdur. Bundan sonra baqaj hissədəki hər iki çanta götürülərək, içindəkilərə baxış keçirilmişdir. Əvvəlcə, qara rəngli çantanın içinə baxış zamanı bir ədəd bıçaq, bir ədəd qara rəngli parça papaq, bir ədəd qara rəngli jaket, bir ədəd boz rəngli kofta, bir ədəd ağımtıl-bozumtul kofta, bir ədəd ağ rəngli kofta, bir ədəd qara rəngli idman şalvarı, bir ədəd göy rəngli kofta, bir ədəd qara rəngli papaq (kepka), bir ədəd qara rəngli trusik, iki ədəd qara rəngli pulqabı, bir ədəd qara rəngli kiçik ölçülü çanta, bir ədəd təsbeh, bir ədəd qızılı rəngdə qol saatı, bir ədəd dırnaqtutan, üç ədəd telefon kabeli, bir ədəd sellofan torbada olan çoxsaylı konfetlər, bir ədəd “Redmi” markalı poverbank, bir ədəd eynək və bir ədəd eynək qabı olduğu müəyyən edilmişdir. Aşkar edilmiş bıçaq, qara rəngli çanta və içindəkilər istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra göy rəngli, üzərindən müxtəlif rəngli zolaqlar keçən digər çantaya baxış keçirilmiş və həmin çantanın içində bir ədəd qara rəngli kurtka, bir ədəd qəhvəyi rəngli kurtka, bir ədəd qırmızı rəngli kofta, bir ədəd boz rəngli cins şalvar, bir ədəd namaz xalçası, bir ədəd sellofan torbada olan 3 cüt corab, bir ədəd çəhrayı dəsmal, bir ədəd içərisi boş olan telefon qabı, bir ədəd qara rəngli kiçik ölçülü bloknot, bir ədəd qəhvəyi rəngli pulqabı, bir ədəd qara rəngli kiçik ölçülü çanta, içərisində alt paltarları olan 02 ədəd sellofan torba, iki ədəd lampanın olması müəyyən edilmişdir. Qeyd olunan çanta və içindəki əşyalar istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra həmin avtomobilə baxış keçirilsə də qeyd edilənlərdən başqa istintaq üçün əhəmiyyət kəsb edən predmet, iz, ləkə və sair aşkar edilməmişdir (İ cild, i/v 104-116). Mobil telefona baxış keçirilməsi haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilməsi zamanı aşkar edilərək götürülmüş 01 ədəd “X1 14”, 01 ədəd “Samsung” və 01 ədəd “Xioami Redmi 9” markalı olmaqla, ümumilikdə 03 ədəd mobil telefon aparatına baxış keçirilmişdir. Əvvəlcə “X1 14” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Həmin mobil telefon aparatı Şəki Rayon Prokurorluğunun zərflər üçün möhürü ilə möhürlənərək qablaşdırılmış vəziyyətdədir, mobil telefon aparatı qablaşdırmadan çıxarıldıqdan sonra ona baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Mobil telefon aparatı açıq yaşıl rənglidir, işlək vəziyyətdədir, arxa tərəfində “Redmi” yazısı vardır. Mobil telefonda 01 ədəd SİM kart vardır. Mobil telefon aparatının sağ tərəfindəki düymə sıxılmış və ekran açılmışdır. Mərhumun yaxınlarının deməsinə görə həmin mobil telefon aparatının ekran kilidi “4444” şifrəsi ilə açıldığından, qeyd olunan şifrə daxil edilmiş və mobil telefon aparatı açılmışdır. Mobil telefonun menyusu azərbaycan dilindədir. Tarix və saat real vaxt rejiminə uyğundur. Bundan sonra mobil telefonda olan “WhatsApp” mobil tətbiqinə baxılmışdır. Həmin mobil tətbiqdə müxtəlif şəxslərlə yazışmalar mövcud olsa da, mesajlar 24 saat müddətində silinmə funksiyası aktiv edildiyindən yaddaşda qalmamışdır. Həmin yazışmalara baxış keçirilən zaman “Q Z” adı ilə qeydiyyata alınmış “051-412-66-66” mobil nömrə ilə danışığın baş tutduğu müəyyən edilmişdir. Həmin nömrə ilə olan yazışmadan ##.##.2025-ci il tarixdə, saat 21:15-də 12 saniyə baş tutan zəng olduğu müəyyən olunmuşdur. Bundan sonra “WhatsApp” mobil tətbiqində “Zənglər” hissəsinə keçid edilmiş və həmin hissədə “Q Z” adı ilə qeydiyyata alınmış “051-412-66-66” mobil nömrə ilə ##.##.2025-ci il tarixdə və əvvəlki tarixlərdə çoxsaylı zənglərin baş tutduğu müəyyən edilmişdir. Qeyd edilənlərdən başqa “WhatsApp” mobil tətbiqində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı digər məlumat, mesaj, zəng və sair aşkar olunmamışdır. Daha sonra həmin mobil telefonda “Fotolar” adlı bölməyə daxil olduqda və baxış zamanı Zəhra Əliyevanın “WhatsApp” mobil tətbiqindəki yazışmaların bəzilərindən ekran görüntüsü aldığı müəyyən edilmişdir. Həmin ekran görüntülərinə baxış zamanı Zəhra Əliyevanın “Q Z” adı ilə qeydiyyata alınmış “051-412-66-66” mobil nömrə ilə yazışmalarında tərəflərin bir-birinə “aşkım”, “ömrüm” kimi xitablardan istifadə etmələrindən onların “sevgili” münasibətində olması müəyyən edilmişdir. Ekran görüntülərinin birində Zəhra Əliyevanın “Q Z” adı ilə qeydiyyata alınmış “051- 412-66-66” mobil nömrə ilə gecə saat 01:45 radələrində görüntülü zəng vasitəsilə danışdığı müəyyən edilmişdir. Ekran görüntülərinə baxış zamanı Zəhra Əliyevanın “Q Z” adı ilə qeydiyyata alınmış “051-412-66-66” mobil nömrəni istifadə edən kişi cinsli şəxslə görüntülü zənglə danışan zaman hər ikisinin vizual göründüyü ekran görüntüsünün olduğu müəyyən edilmişdir. Qeyd edilənlərdən başqa, “Fotolar” bölməsində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı digər məlumat, fotoşəkil, video və sair aşkar edilməmişdir. Bundan sonra həmin mobil telefon aparatında “Tik-Tok” mobil tətbiqinə baxılmışdır. Həmin mobil tətbiqdə “Profil” hissəsinə baxış zamanı Zəhra Əliyevanın “SEVDA YERAZ” adı ilə qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. Həmin mobil tətbiqdə “Mesaj qutusu” hissəsinə və digər hissələrə baxış keçirilmiş, lakin istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, mesaj və sair aşkar edilməmişdir. Daha sonra həmin mobil telefonda “Zənglər”, “Mesajlar” və digər bölmə və proqramlara baxış keçirilmiş, lakin “Zənglər”, “Mesajlar” bölmələrində, habelə digər bölmə və proqramlarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş, bununla “X1 14” markalı mobil telefon aparatına baxış başa çatmışdır. Bundan sonra “Samsung” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Həmin mobil telefon aparatı Şəki Rayon Prokurorluğunun zərflər üçün möhürü ilə möhürlənərək qablaşdırılmışdır, mobil telefon aparatı qablaşdırmadan çıxarıldıqdan sonra baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Mobil telefon aparatı mavi rəngli və işlək vəziyyətdədir, arxa tərəfində “Samsung” yazısı vardır. Mobil telefonda 02 ədəd SİM kart vardır. Mərhumənin yaxınları həmin mobil telefon aparatının ekran kilidi şifrəsinin nə olduğunu bilmədikləri üçün telefonu açıb, baxış keçirmək mümkün olmamışdır. Bununla da “Samsung” markalı mobil telefon aparatına baxış başa çatmışdır. D Daha sonra “Xiaomi Redmi 9” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Həmin mobil telefon aparatı Şəki Rayon Prokurorluğunun zərflər üçün möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Mobil telefon aparatı qablaşdırmadan çıxarıldıqdan sonra baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Mobil telefon aparatı qara rənglidir, işlək vəziyyətdədir, arxa tərəfində “Redmi” yazısı vardır. Mobil telefonda SİM kart yoxdur. Mobil telefon aparatının sağ tərəfindəki düymə sıxılaraq ekran açılmışdır. Mərhumənin yaxınlarının deməsinə görə, həmin mobil telefon aparatının ekran kilidi “3333” şifrəsi ilə açıldığından, qeyd edilən şifrə daxil edilmiş və mobil telefon aparatı açılmışdır. Mobil telefonun menyusu türk dilindədir. Tarix və saat real vaxt rejiminə uyğundur. Həmin mobil telefonda “Zənglər”, “Mesajlar”, “Fotoğraflar” və digər bölmə və proqramlara baxış keçirilmiş, lakin “Zənglər”, “Mesajlar”, “Fotoğraflar” bölmələrində, habelə digər bölmə və proqramlarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Həmin mobil telefonda “WhatsApp” mobil tətbiqinin istifadə olunmadığı müəyyən edilmişdir. Bununla da mobil telefon aparatlarına baxış başa çatmışdır (İ cild, i/v 196-213). Mobil telefona baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X4 və onun oğlu şahid10 istifadəsində olmuş “Samsung J3 Pro” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Mobil telefon aparatı Şəki Rayon Prokurorluğunun zərflər üçün möhürü ilə möhürlənərək qablaşdırılmış vəziyyətdədir, mobil telefon aparatı qablaşdırmadan çıxarıldıqdan sonra baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir. Mobil telefon aparatı boz rənglidir, işlək vəziyyətdədir, ön və arxa tərəfində “SAMSUNG” yazısı vardır. Mobil telefonda 01 ədəd SİM kart vardır. Mobil telefon aparatının sağ tərəfindəki düymə sıxılmaqla ekran açılmışdır. Mobil telefonun menyusu türk dilindədir. Tarix və saat real vaxt rejiminə uyğundur. Bundan sonra mobil telefonda olan “Zənglər” bölməsinə baxış keçirilmişdir. Baxış zamanı ##.##.2025-ci il tarixdə və əvvəlki tarixlərdə yalnız “BB” adı ilə qeydiyyata alınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş “055-679-32-20” mobil nömrə ilə olan zənglərin olduğu müəyyən edilmişdir. Həmin bölmədə qeyd olunanlardan başqa istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat, zəng və sair aşkar edilməmişdir. Daha sonra həmin mobil telefonda olan “WhatsApp” mobil tətbiqinə baxılmışdır. Həmin mobil tətbiqdə hər hansı mesajlaşmanın, kiminləsə mesaj formasında yazışmanın olmadığı müəyyən edilmişdir. Ardınca həmin mobil tətbiqdəki “Aramalar” hissəsinə keçid edilmiş və burada ##.##.2025-ci il tarixdə və əvvəlki tarixlərdə “BB” adı ilə qeydiyyata alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş 055- 679-32-20 mobil nömrə ilə olan zənglərin olması aşkar edilmişdir. ##.##.2025-ci il tarixdə, saat 21:01-də Təqsirləndirilən şəxs istifadəsində olmuş 055-679-32-20 mobil nömrəsinə zəng olunması, lakin zəngin cavablandırılmaması müəyyən olunmuşdur. Həmçinin, ##.##.2025-ci il tarixdə, saat 22:32-də 055-679-32-20 mobil nömrə ilə 54 dəqiqə 31 saniyə müddətdə baş tutan danışıq olduğu müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi, ##.##.2025-ci il tarixdə oğlu şahid10lə danışması faktı öz təsdiqini tapmışdır. Göstərilənlərdən başqa, həmin mobil telefondakı “WhatsApp” mobil tətbiqində istintaq üçün əhəmiyyət kəsb edən hər hansı digər məlumat, zəng, mesaj və sair aşkar edilməmişdir. Daha sonra həmin mobil telefonda “Mesajlar”, “Qalereya” və digər bölmə və proqramlara baxış keçirilmiş, lakin “Mesajlar”, “Qalereya” bölmələrində, habelə digər bölmə və proqramlarda istintaq üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (İ cild, i/v 230-241). Şəki ŞRPŞ-nın Sarıca polis bölməsinin məsul növbətçisi Mətləb Həbibillayevin həmin bölmənin rəisinə yazdığı ## #### 2025-ci il tarixli raportda göstərilir ki, ## #### 2025-ci il tarixdə, saat 07:32-də Şəki rayonu, Cəyirli kənd sakini şahid1 DİN “102” xidmətinə 099-755- 45-44 mobil nömrəsindən zəng edərək, bacısı X4 əri Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə məlumat vermişdir (II cild, i/v 50). Şəki ŞRPŞ-nın Sarıca polis bölməsinin məsul növbətçisi İlkin Şirinovun həmin bölmənin rəisinə yazdığı ## #### 2025-ci il tarixli raportda göstərilir ki, ## #### 2025-ci il tarixdə, saat 09:05-də Şəki rayonu təcili tibbi yardımdan həkim X2 ŞRPŞ-nın Sarıca polis bölməsinə telefonla zəng edərək, Şəki rayonunun Cəyirli kənd sakini ##.##.1991-ci il təvəllüdlü X4 çoxsaylı bıçaq yarasından ölməsi barədə məlumat vermişdir. Əri tərəfindən bıçaqlanıb (II cild, i/v 51). Şəki ŞRPŞ-nın Sarıca polis bölməsinin məsul növbətçisi İlkin Şirinovun həmin bölmənin rəisinə yazdığı ## #### 2025-ci il tarixli digər raportda göstərilir ki, ## #### 2025ci il tarixdə, saat 04:26-da Şəki RMX-dan həkim Vəfa Kərimova tefonla zəng edərək, Şəki rayonunun Cəyirli kənd sakini 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “qarın divarının açıq yarası” xəsarətilə tibbi yardım göstərilməsi barədə məlumat vermişdir. Özünün həkimə deməsinə görə özünə xəsarət yetirmişdir Tel: 055-231-00-32 (II cild, i/v 53). Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, 6/2280; */**** nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs və X4 məxsus olduğu qeyd edilən geyim əşyalarının və 02 ədəd bıçaqların səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X4 məxsus olduğu qeyd edilən şalvarın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin səthi üzərindən aşkar edilmiş açıq çəhrayı təbii pambıq lifləri rənginə və təbiətinə görə X4 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 02 ədəd bıçağın səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və X4 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarında dəmir əsaslı ərintidən hazırlanmış əşya ilə təmasdan qalmış metal hissəcikləri vardır. Lakin aşkar edilmiş dəmir mikrohissəciklərinin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin təqdim olunmuş 02 ədəd bıçaqdan və ya digər dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün olmadı (II cild, i/v 86-92). Həmin mərkəz tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli 3/703, 3/711, */*** nömrəli digər rəylə. Qeyd olunan rəydə göstərilir ki, təqdim edilmiş 02 ədəd bıçağın üzərində papilyar naxış izlərinin ayrı-ayrı fragmentləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından eyniləşdirmə tədqiqatı üçün yararsızdır. Tədqiqata üzərində "...Cinayət aləti 01 ədəd bıçaq..." yazı qeydləri olan zərfdə təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Tədqiqata üzərində "...Nəqliyyat vasitəsinə baxış kecirilməsi zamanı aşkar edilərək götürülmüş..." yazı qeydləri olan zərfdə təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin və X4 məxsus maykanın üzərində rəyın təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Həmin paltarların üzərində olan zədələr öz formasına, quruluşuna, və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bir predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş 02 ədəd bıçağın tiyəsi də aiddir. Tədqiqata təqdim edilmiş X5 məxsus 02 ədəd şalvar, 01 ədəd kofta, 01 ədəd jaket, 01 ədəd alt paltarı və Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd kəmər və 01 ədəd alt paltarı üzərində hər hansı bir trasoloji zədənin olması aşkar edilmədi. - Ekspertizaya təqdim edilmiş mərhum X4 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd çəhrayı rəngli parça şalvar və bir ədəd qırmızı rəngli trusik, o cümlədən hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş Z.Əliyevaya məxsus bir ədəd ağ rəngli jilet, bir ədəd qara rəngli qısaqol kofta üzərində olan zədələr mərhumun meyitinin üzərində olan xəsarətlərlə üst-üstə düşürmü?" sualı Məhkəmə Tibbi Ekspertizasının rəyi verilmədiyi üçün cavablandırılmadı (II cild, i/v 96-98) Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ####### 2025-ci il tarixli, */**** nömrəli rəyinə əsasən, tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin ##.##.2025-ci il tarixli ** nömrəli ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlərlə təqdim edilmiş X4 əynində olmuş qolsuz maykanın üzərində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən "sol döş vəzinin içəri yuxarı səthində....." xəsarətləri ilə təqdim edilmiş X4 əynində olmuş qolsuz maykanın üzərində olan zədələr yerləşmə sahəsinə görə nisbi uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür (III cild, i/v 248-250). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanmasına dair ## ###### 2025-ci il tarixli protokol və ona əlavə edilmiş disklə. Həmin protokoldan və diskdə olan video çəkilişdən müəyyən edilir ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə ##.##.2025-ci il tarixdə ifadələrinin yerində yoxlanılması istintaq hərəkət keçirilmiş və o, ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, əyani şəkildə göstərmişdir (II cild, i/v 108-112). Məhkəmə tibbi ekspertizasının meyitin ekspertizasına dair ##.##.2025-ci il tarixli ** nömrəli rəyində göstərilmişdir ki, X4 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olundu: - sağ çiyin qurşağında bir ədəd, sol çiyin qurşağında iki ədəd, sol çiyin oynağının bayır səthində bir ədəd, sol döş vəzinin içəri yuxarı səthində bir ədəd, sol döş vəzinin üstündə bir ədəd, döş sümüyünün orta 1/3-nin sağ tərəfində bir ədəd, sol orta qoltuqaltı xətt üzrə iki ədəd, sol saidin üç ədəd. Cəmi 12 ədəd kəsilmiş-deşilmiş yaralar, kəsici-deşici əşyanın ola bilsin bıçağın iəsirindən əmələ gəlmişlər, yetirmə müddətləri qərarda göstərilən ##.##.2025ci il tarixə uyğundurlar, xəsarətlər həyatidirlər, ölümündən bir qədər əvvəl yetirilmişdir. Ağırlıq dərəcələrinə görə, ürəyin zədələnməsilə döş qəfəsinin daxilinə dəlib keçən əlavə kəsiyi olan bir ədəd kəsilmiş deşilmiş yara sağlam şəxslər üçün götürdükdə yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞIR zərər vurmaya aiddir. X4 bədinində aşkar olunan digər ksilmiş-deşilmiş yaralar YÜNGÜL xarakterli xəsarətlər qrupuna aiddirlər. Sağ budunda, sağ baldırında və sol baldırında qançırlar, küt əşyanın təsirindən əmələ gəlmişlər, yetirilmə müddətləri meyitin meyitxanadakı müayinəsindən 2-4 gün əvvəl əmələ gəlmişdir, xəsarətlər həyatidirlər, yəni ölümündən əvvəl yetirilmişdir, ağırlıq dərəcələrinə görə yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər. Mərhum X4 bədən səthində aşkar edilmiş kəsilmişdeşilmiş xəsarətlər eyni bir bıçağın təsirindən əmələ gələ bilərdilər. Meyitdə aşkar edilmiş xəsarətlər ekspertizaya təqdim edilmiş paltarlardakı zədələrə uyğundurlar. Mərhum X4 meyiti üzərində olan xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. Mərhum X4 meyiti üzərində olan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Mərhum X4 cinsiyyət orqanlarında hər hansı xəsarət, həmçinin zorlamaya xarakterik əlamətlər aşkar olunmadı. Mərhum X4 ölümünün səbəbi ürəyin açıq zədələnməsi nəticəsində inkişaf edən kəskin daxili və xarici qanaxma olmuşdur, ölüm meyitin meyitxanadakı müayinəsindən 3-6 saat əvvəl baş vermişdr. X4 uşaqlıq yolu möhtəviyyatı ilə olan 01 ədəd tamponun məhkəmətibbi tədqiqi zamanı spermatozoidlər aşkar olmuşdur (II cild, i/v 120-124). Canlı şəxsin ekspertizasına dair ## #### 2025-ci il tarixli *** nömrəli rəydən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər (qarın nahiyəsində üç ədəd qarın boşluğunu dəlib keçməyən yara deşici-kəsici əşyanın (alətin) ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir. Sol bazu sümüyünün qapalı sınığı yıxılma nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qarının ön divarında olan yaralar sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol bazu sümüyünün sınığı sağlamlığa uzun müddət müvəqqəti pozduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir (II cild, i/v 180-182). Maddi sübutların ekspertizasına dair ##.##.2025-ci il tarixli ***-****/MTKŞ nömrəli rəydə göstərilir ki, mərhum X4 meyitinin bədəni üzərində müəyyən edilmiş deşilmiş-kəsilmiş xəsarətlərdən sol orta qoltuqaltı xətt üzrə iki ədəd xəsarət ona məxsus olmuş maykanın arxa səthində aşkar edilmiş iki ədəd zədə ilə; meyitin bədəni üzərində müəyyən edilmiş digər sol döş vəzinin içəri yuxarı səthində bir ədəd, sol döş vəzinin üstündə bir ədəd, döş sümüyünün orta 1/3-nin sağ tərəfində bir ədəd deşilmiş kəsilmiş xəsarətlər isə ona məxsus olmuş maykanın ön səthində müəyyən edilmiş beş ədəd zədələrin üç ədədi ilə yerləşmə nahiyələrinə görə, nisbi olaraq uyğun gəlirlər, digər iki ədəd zədələrin bədən səthində öz əksini tapmaması zədə yetirilən anda maykanın zədələnmiş nahiyələrində materialın qatlanması ilə izah oluna bilər Mərhum X4 meyitinin bədəni üzərində müəyyən edilmiş sağ çiyin qurşağında bir ədəd, sol çiyin qurşağında iki ədəd, sol çiyin oynağının bayır səthində bir ədəd və sol saidin üç ədəd yaraları ona məxsus olmuş və tədqiqatı aparılmış maykanın üzərində öz əksini tapmamışdır, bu da, onun bədən səthinin xəsarət almış nahiyələrinin mayka ilə örtülməməsi ilə izah oluna bilər. Mərhum X4 məxsus olmuş maykanın üzərində aşkar edilmiş zədələrin lokalizasiyasına əsasən, demək olar ki, həmin zədələrin yetirildiyi alətin (alətlərin) zədə yetirilmə anında alətin (alətlərin) daxil olma səviyyəsində eni 15 mm-ə qədər olmuşdur və iz törədən alət zədə nahiyələrinə doğru istiqamətlənmiş vəziyyətdə olmuşdur. Mərhum X4 meyitinin bədəni üzərində müəyyən edilmiş xəsarətlərin yerləşmə nahiyələrinə əsasən, demək olar ki, xəsarət alarkən, X4 xəsarət yetirmiş şəxslə müxtəlif qarşılıqlı duruş vəziyyətində, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni şübhəli şəxsin ayaq üstə, zərərçəkmiş şəxsin isə çarpayıda uzanmış vəziyyətdə olmalarının mümkünlüyü istisna olunmur. Ekspertiza qarşısında qoyulan 1-4 və 8-* №-li suallar Azərbaycan Respublikası ƏNnin MEM-də tərtib edilmiş 3/703, 3/711, */*** saylı, ##.##.2025-ci il tarixli ekspert rəyində tərtib edilərək cavablandırıldığı üçün həmin suallar hazırki ekspert rəyində cavablandırılmadı (II cild, i/v 184-189) Səhiyyə Nazirliyinin “xxxx” X9 ##.##.2025-ci il tarixli, ***/****-MTKŞ nömrəli rəyində göstərilir ki: 1.X4 AB0 sistemi üzrə qan qrupu: A beta (ll).
2. Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu: Abeta (II). Məhkəmə tibbi-bioloji ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə baş verən zaman əynində olmuş şalvar, köynək, X4 meyitinə baxış zamanı onun əynində olmuş alt şalvar, trusik, qolsuz mayka, hadisə yerindən götürulmüş iki ədəd mələfə və bir ədəd örtük, plastik su butulkası, iki ədəd pambıq topalarına keçirilmiş maddələr, X4 5 ədəd sağ əl və üç ədəd sol əl barmaq dırnaq kəsikləri, onun başışın alın, ənsə, sağ və sol tərəfindən götürülmüş tük nümunələri, həmçinin cinayət aləti olan qatlanın bıçağın tiyəsi və tiyə yuvanının divarları üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrində qanın qrupu AB0 sistemi üzrə təyin olunan zaman antigen qismində «A» antigeni, aqqlyutinin qismində isə bəzi ləkələrdə həmçinin «beta» aqqlyutinini də alındı. Əsas antigen kimi alınmış «A» antigeni tək halda, həmçinin də «beta» aqqlytinini ilə birlikdə AB0 sistemi üzrə A-beta (II) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən bu qan ləkələrinin birmənalı olaraq həmin qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar. Bu halda həmin qan ləkələri AB0 sistemi üzrə eyni, yəni A- beta (ll) qan qruplu şəxs (mərhum) X4 məxsus ola bilər 3.Qərarın təsvir hissəsində şübhəli şəxs Təqsirləndirilən şəxs hadisə zamanı əlində və hadisədən sonra qarın nahiyəsində bıçaqla yetirilmiş xəsarətlərin olması barəsində qeydi və hadisənin dinamikada gedişatını, həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs da AB0 sistemi üzrə eyni A-beta (ll) qan qruplu şəxs olmasını nəzərə alsaq ləkələrdə onun da qanının və ya Z.M.Əliyevanın qanı ilə qan qarışığının olması inkar oluna bilməz.
4. Ekspertizaya təqdim edilmiş nəqliyyat vasitəsindən götürülmüş qatlanan bıçağın tiyəsi, tiyə yuvası, tutacağı, cinayət aləti olan bıçağın tutacağı, kəmər, Z.M.Əliyevaya məxsus jaket, onun bir ədəd sol əl barmaq dırnaq kəsiyi, onun başının təpə nahiyəsindən götürülmüş tüklər üzərində olan ləkə və maddə hissəciklərində qan, H.M. Əliyevə məxsus hadisə vaxtı əynində olmuş trusik, Z.M.Əliyevaya məxsus qara rəngli idman şalvarı (finka) və qara rəngli qısaqol mayka (kofta) üzərində baxış zamanı qana şubhəli hər-hansı bir ləkə aşkar olunmamışdır. (II cild, i/v 191-210). İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən apellyasiya instansiyasına verilmiş vəsatətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 18 il müddətdə azadlıqdan məhrumetmə cəzasının azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatlarını tam, hərtərəfli və obyektiv araşdırıraq hesab edir ki, təqsirləndiirlən şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqsirləndirilən şəxs apellyasiya məhkəməsinə verdiyi son vəsatətində törətdiyi əməli mübahisələndirməsə də, məhkəmə kollegiyası məhkəmə prosesinin qanunilik, ədalətlilik və obyektivlik prinsiplərini rəhbər tutaraq Təqsirləndirilən şəxs ittiham olunduğu əməlin hüquqi tövsifi ilə bağlı məsələyə qiymət verməyi zəruri hesab edir. Təqsirləndirilən şəxsin apellyasiya şikayətindən bəlli olur ki, sonuncu əməlinin CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə) maddələrindən CM-in 120.1ci maddəsinə tövsif olunması və cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Lakin məhkəmə kolleegiyası təqsirkarın sadalanan dəlillərini tam əsassız hesab eedir. Çünki, bu dəlillər işdə olan obyektiv faktiki hallar, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» ## ###### 2002-ci il tarixli Qərarının müddəaları ilə kökündən təkzib olunur. Ali Məhkəmənin Plenum Qərarının 13-cü bəndinə və cinayət hüququ nəzəriyyəsinə əsasən, təqsirkar zərərçəkmişin huşsuz, yatmış və ya çətin vəziyyətdə olmasını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyət kimi nəzərə alaraq, onun müqavimət göstərə bilməyəcəyini dərk edərək qəsdən öldürərsə, əməl CM-in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır. Aşkar surətdə köməksiz vəziyyət dedikdə, zərərçəkmiş şəxsin fiziki və ya psixi vəziyyətinə görə özünü müdafiə etmək, təqsirkarın hücumuna adekvat müqavimət göstərmək və ya təhlükədən yayınmaq imkanından məhrum olması və bu halın təqsirkar şəxsə öncədən məlum olması başa düşülür. İş materiallarından müəyyən edilir ki, zərərçəkmiş Zəhra Əliyeva cinayət törədilən anda öz yataq otağında dərin yuxuda olmuşdur. Şəxsin yuxuda olması onun xarici aləmdə baş verən təhlükələri adekvat qavramasını və müdafiə olunmasını fiziki olaraq imkansız etmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs gecə yarısı, öncədən hazırladığı maska və eynəyi taxaraq mənzilə daxil olmuş, zərərçəkmişin özünü müdafiə etməsinə imkan vermədən qəfildən hücum etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişin məhz öz evində, yatağında köməksiz və müdafiəsiz vəziyyətdə olduğunu əvvəlcədən bilmiş və bu vəziyyətdən istifadə edərək cinayətkar niyyətini reallaşdırmışdır. Bu səbəbdən, zərərçəkmişin hücum anında köməksiz vəziyyətdə olması və Təqsirləndirilən şəxs bu halı bilərək istifadə etməsi onun əməlində CM-in 120.2.9cu maddəsinin tərkib əlamətlərini tam müəyyən edir. Ali Məhkəmənin Plenum Qərarının 8-ci bəndinə əsasən, xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu (zərərçəkmişə çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı vermə), həm də təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında, onlar üçün xüsusi mənəvi əzab verəcəyini dərk etdiyi halda öldürməsində ifadə olunur. İş üzrə dindirilmiş azyaşlı şahid şahid10, şahid şahid9, şahid şahid8 ifadələrindən, eləcə də Məhkəmə-tibbi ekspertizasının rəyindən müəyyən edilir ki, zərərçəkmiş Zəhra Əliyevanın bədəninə 12 kəsilmiş-deşilmiş bıçaq zərbəsi vurulmuşdur. Vurulmuş zərbələrin sayı, yerləşmə nahiyələri və intensivliyi Təqsirləndirilən şəxs zərərçəkmişə həddindən artıq fiziki ağrı və əzab verdiyini nümayiş etdirir. Bununla yanaşı, cinayət əməli zərərçəkmişin azyaşlı övladının gözləri qarşısında törədilmişdir. Zərərçəkmişin öz övladının gözü qarşısında bıçaqlanması və azyaşlı uşağın anasının öldürülməsinə şahidlik etməyə məcbur edilməsi cinayətin mənəvi baxımdan müstəsna amansızlıqla törədildiyini sübut edir. Bu faktlar əməlin CM-in 120.2.4-cü maddəsi ilə tövsif olunmasının mütləqliyini göstərir. Bundan əlavə, Plenum Qərarının 4-cü bəndinə görə, CM-in 120.1-ci maddəsi yalnız Məcəllənin 120.2-ci maddəsində göstərilən tövsifedici əlamətlər olmadıqda tətbiq edilə bilər. İş üzrə CM-in həm 120.2.4, həm də 120.2.9-cu maddələrinin tərkib əlamətləri tam sübuta yetirildiyi üçün əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsi mümkün deyildir. İş materiallarına daxil edilmiş məhkəmə-kriminalistik ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bıçaq zavod üsulu ilə hazırlanmış ov bıçağıdır və soyuq silah kateqoriyasına aid edilir. Təqsirləndirilən şəxsin həmin bıçağı müvafiq icazə olmadan qanunsuz olaraq əldə edib üzərində gəzdirməsi və cinayət aləti kimi tətbiq etməsi onun əməlində CM-in 228.5-ci maddəsinin tərkibini tam yaradır. Beləliklə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində CM-in 120.1-ci maddəsi deyil, ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə (CM 120.2.4 və 120.2.9) və soyuq silahı qanunsuz gəzdirmə (CM 228.5) cinayətlərinin tərkibi tam mövcuddur və birinci instansiya məhkəməsi əməlin hüquqi tövsifində heç bir maddi-hüquqi norma pozuntusuna yol verməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin apellyasiya şikayətində ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə olan dəlilləri tam əsassızdır və işin materialları ilə təsdiq edilən faktiki hallara uyğun gəlmir. CM-in 58.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının cəza təyin etmə qaydalarına həsr olunmuş tövsiyələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinənlərə ədalətli cəza təyin edilməlidir. Cəza təyin edilərkən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, təqsirkarın şəxsiyyəti, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin yaşam şəraitinə təsiri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilərkən onun törətdiyi əməllərin xüsusilə ağır cinayətlər kateqoriyasına aid olması, cinayətin cəmiyyət üçün böyük ictimai təhlükə kəsb etməsi, cinayətkar niyyətin dərəcəsi və onun reallaşdırılma üsulu düzgün qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs cinayəti öncədən planlaşdıraraq gecə vaxtı, maska və eynəklə mənzilə daxil olmaqla, öz yatağında köməksiz vəziyyətdə olan zərərçəkmişə azyaşlı övladının gözləri qarşısında 12 kəsilmiş-deşilmiş bıçaq zərbəsi vurmaqla xüsusi amansızlıqla öldürməsi onun şəxsiyyətinin yüksək dərəcədə ictimai təhlükəliliyini nümayiş etdirir. Cəzanın ağırlaşdırıcı halları müəyyən edilərkən birinci instansiya məhkəməsi CM-in 61-ci maddəsinin tələblərinə tam riayət etmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər də analoji ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunmuş, lakin bundan müvafiq nəticə çıxarmayaraq, hüquq-mühafizə organları tərəfindən axtarışda olduğu dövrdə növbəti xüsusilə ağır cinayəti törətmişdir. Bu hal onun əməlində nəinki retsidivin mövcudluğunu göstərir, eyni zamanda onun islah olunma meyillərinin olmadığını və qanuna qarşı açıq-aşkar etinasızlıq nümayiş etdirdiyini subut edir. İş materiallarında təqsirləndirilən şəxsin barəsində CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hər hansı müstəsna hal müəyyən edilməmişdir. CM-in 66-cı maddəsinin qaydalarına uyğun olaraq, müxtəlif cinayət tərkiblərinə görə təyin olunmuş cəzaların qismən və ya tam toplanılması yolu ilə yekun cəzanın müəyyən edilməsi hüquqi baxımdan tam əsaslıdır. Beləliklə, Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza sosial ədalətin bərpası, təqsirkarın islah olunması və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə xidmət edir. Təyin edilmiş cəza törədilmiş cinayət əməllərinin xarakterinə, xüsusi amansızlıq dərəcəsinə və təqsirkarın şəxsiyyətinə tam mütənasib olduğundan, apellyasiya şikayətinin cəzanın yüngülləşdirilməsinə dair hissəsinin də təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. CM-nin 4-cü maddəsinə əsasən Cinayət Məcəlləsi qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır — cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Ədalət» anlayışı bu kontekstde proporsionallıq ideyasını özündə daşıyır: cəza nə artıq yüngül, nə də artıq ağır olmamalıdır. CM-nin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın bu üç məqsədi — sosial ədalət, islah, xəbərdarlıq — bir-biri ilə üzvi bağlılıqda olub, məhkəmənin cəza seçərkən nəzərə almalı olduğu fundamental tələbləri müəyyən edir. CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinde nəzərdə tutulmuş hədlerde ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi bu tələblərin hamısına riayət etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cinayət törətmiş şəxs barəsinde daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud məhkəmənin istinad etdiyi ağırlaşdıran hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini artıran hallara aid olmasın. Halbuki bu işdə belə bir vəziyyət mövcud deyildir. Bütün bu əsaslara görə məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir.
Nəticəvi hissə
Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq
Qərara aldı:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəki Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 məhkəmədə iştirak edərək müdafiə üçün sərf etdiyi hər iş saatına 11 AZN hesab edilməklə müdafiəçi1 9(doqquz) saat üçün 99(doxsan doqquz” manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəki Regional Vəkil Bürosunun “UNİBANK” KB ASC Şəki filialındakı AZ**UBAZ**************AZN*** saylı hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsinde nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
.