Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-1030/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxış keçirərək, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılması xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı şikayətini onunla əsaslandırmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Princessa Aytac” adlı hesabla şəxsin “İnstagram" sosial şəbəkəsində onun barəsində rəy bildirmişdir. “Sən onu tanımırsan, bilmirsən. Vaxtı ilə mən onun tibb bacısı olmuşam. Hər əməliyyatda o, burun sümüklərini o qədər qırıq-qırıq edirdi ki, digər həkimin həmişə qığırdaqlarını götürüb xəstələrinə qoyurdu. Rəsmən canidir. Hər xəstə ilə kobud davranırdı. Sizlər narkozda olursuz bilmirsiz.” Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bu paylaşımı - böhtandır. Qeyd olunan halları nəzərə alaraq, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məsuliyyətə cəlb edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərarının ləğv edilməsi və iş üzrə zəruri məlumatların və təqsirləndirilən şəxsin identifikasiya sənədlərinin əldə edilməsi üçün Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə rəsmi məhkəmə sorğusu verilərək məlumatlar alındıqdan sonra işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinin icraatına qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin sözügedən qərarı əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv olunmalıdır. Şəxsin kimliyi və ünvanı faktiki olaraq məlumdur: Şikayət etdiyi xanımın şəxsiyyəti və kimliyi tam şəkildə müəyyən olunmuşdur. Belə ki, qeyd olunan hüquqazidd əməllə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinin müvafiq qurumuna — Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunmuşdur. Polis bölməsində dindirilmə və etiraf faktı mövcuddur: Sözügedən şəxs 28-ci Polis Bölməsinə çağırılmış, orada dindirilmiş, şəxsiyyəti rəsmən müəyyən olunmuş və törətdiyi əməli (sosial şəbəkədə şər və böhtan xarakterli paylaşımlar etdiyini) etiraf etmişdir. Şəxsə dair bütün anket məlumatları, identifikasiya göstəriciləri və yaşayış ünvanı hazırda 28-ci Polis Bölməsinin icraatında olan materiallarda mövcuddur. Məhkəmənin qeyd etdiyi identifikasiyaedici məlumatları (şəxsiyyət vəsiqəsinin rekvizitləri, dəqiq təvəllüdü və qeydiyyat ünvanı) şikayətə əlavə etmək məqsədilə fərdi qaydada 28-ci Polis Bölməsinə müraciət etmiş, lakin fərdi məlumatların qorunması və təhlükəsizlik qaydalarına əsasən, polis bölməsi tərəfindən bu məlumatların ona, yəni özəl şəxsə birbaşa təqdim edilməsindən imtina olunmuşdur. Həmin fərdi məlumatlar yalnız rəsmi məhkəmə sorğusu əsasında təqdim oluna bilər. Xüsusi ittihamçının dövlət orqanları kimi qanunla tənzimlənən məxfi və fərdi məlumatları toplamaq səlahiyyəti yoxdur və qanunvericilik bu mexanizmi vətəndaş üçün qapalı saxlayır. Belə olan halda, obyektivliyin və ədalət mühakiməsinin təmin olunması məqsədilə birinci instansiya məhkəməsi 28-ci Polis Bölməsinə rəsmi sorğu göndərməklə həmin şəxsin məlumatlarını əldə edə bilərdi və etməli idi. Məhkəmə hazırlıq iclasında sübutların toplanması və tərəflərin hüquqlarının reallaşdırılması üçün bu imkandan istifadə etməyərək formal yanaşma nümayiş etdirmiş, onun üzərinə icrası hüquqi baxımdan qeyri-mümkün olan bir öhdəlik qoyaraq işin icraata götürülməsindən imtina etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi, xüsusi ittiham qaydasında təqdim etdiyi ərizəsinin icraata qəbul edilməsini xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsin identifikasiya məlumatları tam olmadığından ona məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri əsasında iş materiallarını araşdırıb, proses iştirakçısını dinləyərək, aşağıdakı əsaslara görə belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi ittiham qaydasında apellyasiya şikayətini qanunvericiliyin tələblər baxımından tədqiq edərək hesab edir ki, məhkəmə haqlı olaraq şikayətin icraata qəbul edilməsindən imtina etmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ona əlavə edilmiş iş materialları ilə birlikdə araşdırılan zaman müəyyən edilmişdir ki, Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 293-cü maddəsində göstərilən tələblərə riayət olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 293.3.3-cü maddəsinin tələbinə görə şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi, həmin şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri, habelə əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Barəsində şikayət verilən şəxsin şəxsiyyətinin müəyyən edilməməsi xüsusi ittiham qaydasında cinayət təqibinin həyata keçirilməsini, həmin şəxsin müdafiə hüququnun təmin olunmasını və məhkəmə baxışının predmetinin müəyyən edilməsini qeyri-mümkün edir. Digər tərəfdən şikayətdə ümumi formada Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi bildirilsə də, CM-nin 147-ci maddəsinin hansı bəndi ilə konkret olaraq məsuliyyət daşıması şikayətdə göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğunluğu ciddi şəkildə yoxlanılsın və həmin tələblərə cavab verməyən şikayətlər məhkəmənin icraatına qəbul edilməsin. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılmasını istisna edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1) şikayət həmin məhkəməyə aid olmadıqda; 2) şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3) şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4) cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5) barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 6) cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7) şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8) şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlardan birini qəbul edir: 1)şikayət həmin məhkəməyə aid olmadığı müəyyən edildiyi halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 2)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduğu halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 3)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildiyi; şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı; cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi; cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı; şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi; şikayəti vermiş şəxs şikayətindən imtina etməsi və təqsirləndirilən şəxslə barışması və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.1 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı xüsusi ittihamçı Xüsusi ittihamçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-1030/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-1030/2026
28.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver