Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(3-6)-36/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - Ibrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Eminov Azər Elçin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## ### 1979-cu ildə Ermənistanın Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsi, nömrəsiz yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli (sədrlik edən hakim S.A.Məmmədzadə, hakimlər R.N.Ələkbərli və A.Ə. Məcidovdan ibarət tərkibdə) hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128, 133.1 və 149.1-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2023-cü il tarixdən hesablanmışdır. Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs oğlu zərərçəkmiş şəxs2 vuraraq sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuş, Qanuni nümayəndə əzab vermiş və zorlamış, yəni mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və iztirablar verərək sonuncuya qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ## ######## 2023-cü il tarixdə, təxminən saat 13 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsində yerləşən nömrəsiz evdə olarkən, öz əməllərinin ictimai təhlükəli olduğunu dərk və arzu edərək, onun nəticələrini qabaqcadan görərək aralarında yaranmış mübahisə zamanı oğlu – ## #### 2013-cü il təvəllüdlü zərərçəkmiş şəxs2 qəsdən vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid sağ tərəfli travmatik perforativ otitküt xəsarətini yetirməklə, zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Bolluq” yaşayış massivi, Vaqif küçəsi nömrəsiz evdə 2023-cü ilin sentyabr, oktyabr və noyabr aylarında müxtəlif vaxtlarda boşandığı arvadı – ## ####### 1991-ci ildə Tərtər şəhərinin Yerevanlık kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsi, “Bolluq” yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Qanuni nümayəndə mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə sonuncuya güclü fiziki ağrı və ya psixi iztirablar verərək, Qanuni nümayəndə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazunun, sağ budun qançırları; sağ bazunun, hər iki bud nahiyəsinin qançırları və sağ diz nahiyəsinin sıyrığı; sağ bazunun, sol baldırın qançırları; sağ və sol budun qançırları; sağ baldırın qançırı xəsarətlərini yetirməklə əzab vermiş, həmçinin o, ## ###### 2023-cü il tarixdə təxminən saat 09 radələrində yaşadığı evdə Qanuni nümayəndə əllərindən, ayaqlarından və bədənindən tutub yapışmaqla, müqavimətini zəiflədərək ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən, sol bazu, sol baldır və sol süd vəzisinin qançırları xəsarətləri yetirib, zor tətbiq etməklə sonuncu ilə cinsi əlaqədə olmuş, yəni Qanuni nümayəndə zorlamışdır. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə uşaqlarla birlikdə Təqsirləndirilən şəxs məxsus evə köçdükdən sonra onunla ər-arvad kimi yaşamışdır. Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşını əvvəlki kimi sevmiş və qısqanmışdır. Qanuni nümayəndə isə həmişə ona qarşı saymamazlıq etmişdir. Onun hər dəfə içkili vəziyyətlərdə, ayrı-ayrı avtomobillərdə səhərə yaxın evə gəlməsi Təqsirləndirilən şəxs həmişə qıcıqlandırmışdır. O, bu hərəkətləri ilə keçmiş ərinə qarşı açıq şəkildə hörmətsizlik etmişdir. Bu səbəbdən onların ailəsində mütəmadi olaraq mübahisələr baş vermişdir. Mübahisələrin baş verməsi Qanuni nümayəndə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi demək deyildir. Qanuni nümayəndə bir neçə dəfə məhkəmə-tibbi ekspertizadan keçərək, keçmiş əri tərəfindən döyülməsini bildirmişdir. Lakin cinayət işinin materiallarda bu faktları təsdiq edəcək heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs doğma oğlu Eminin sağlamlığına qəsdən yüngül zərər vurması, keçmiş həyat yoldaşı Qanuni nümayəndə qızma əzab verməsi və onu zorlaması faktları təsdiqini tapmır. Təqsirləndirilən şəxs Qanuni nümayəndə tərəfindən qurulmuş çirkin plana əsasən, saxtalaşdırılmış ağır cinayətdə qanunsuz və əsassız ittiham olunaraq həbs edilmiş, birinci instansiya məhkəməsi tərəfindən onun barəsində ittihamedici hökm çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Emin Əliyev (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Zaur Hüseynov) ## ##### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarını ləğv edib, işin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2025-ci il tarixli, 1(102)-1916/2025 qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128, 133.1 və 149.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Işdə iştirak edən şəxslərin çıxışları: Qismən məhkəmə istintaqı ilə aparılmış apellyasiya məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərdi ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Göstərilənlərə əsasən barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qismən məhkəmə istintaqı ilə aparılmış apellyasiya məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmünün ləğv edilməsini, bəraət verilməsi barədə yeni hökmün çıxarılmasını xahiş etmişdir. Qismən məhkəmə istintaqı ilə aparılmış apellyasiya məhkəmə baxışı zamanı çıxış edən iş üzrə zərərçəkmiş şəxs və digər zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, vermiş oluduğu ifadəsində Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Qismən məhkəmə istintaqı ilə aparılmış apellyasiya məhkəmə baxışı zamanı çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə Idarəsinin prokuroru dövlət ittihamçısı1 oğlu verilmiş apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, qeyd etdi ki, hazırki apellyasiya icraatı zamanı həyata keçirilən istintaq hərəkətləri ilə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlində təqsirli olması tam sübuta yetirilmiş, əksi sübut olunmamışdır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən: a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; c) apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsi, məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi barədə yeni hökm çıxarılmasından ibarət olmuşdur. Işi yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət Kollegiyası ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında qeyd etmişdir ki, “məhkəmələr məhkumun zərərçəkmiş şəxs Qanuni nümayəndə qarşı Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsi barədə nəticəyə ziddiyyətli və ardıcıl olmayan sübutlara əsasən gəlmiş, sübutların yoxlanılması və qiymətləndirilməsi barədə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməmişlər. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə ittiham zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadəsi, məhkəmə-tibbi ekspertizalarının 27 noyabr və ## ###### 2023-cü il tarixli rəylərinə və CD diskdə olan videoyazısına əsasən irəli sürmüş, məhkəmələr də həmin sübutlara əsaslanaraq, onun barəsində həmin maddə ilə ittiham hökmü və həmin hökmün qüvvədə saxlanılması barədə qərar çıxarmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələr tədqiq edilsə də, məhkəmənin hökmündə həmin ifadələrə istinad edilməmişdir. Zərərçəkmiş şəxsin zorlama barədə ibtidai istintaq zamanı verdiyi ifadələrdən görünür ki, Qanuni nümayəndə məhkumun həmin cinayəti törətməsi barədə ziddiyyətli, ardıcıl olmayan və işin hallarına uyğun gəlməyən ifadələr vermişdir. Belə ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı (cinayət işi CM-in 128-ci maddəsi ilə başlanmışdır) zərərçəkmiş şəxs Qanuni nümayəndə ## ###### 2023-cü il tarixdə Xəzər rayon prokurorluğuna müraciət edərək məhkum Təqsirləndirilən şəxs tərəfindən evdə zorlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində zorlama ilə əlaqədar cinayət işinin başlanılmasını xahiş etmiş, zorlama cinayəti təsdiq edən videogörüntülərin olması və onun tərəfindən təqdim edilə biləcəyini göstərmişdir. Ərizə ilə əlaqədar prokurorluqda izahat verərək Qanuni nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs onu ərizə verdiyi gün – ## ###### 2023-cü il tarixdə saat 9 radələrində yaşadığı evdə zorlamış və bu səhnə kamera vasitəsi ilə qeydiyyata alınmışdır. Həmin gün ## ###### 2023-cü il tarixdə saat 16:30-da Qanuni nümayəndə ondan izahat almış prokurorluq işçisinə CD disk təqdim etmişdir. Bununla yanaşı cinayət işinin materiallarından görünür ki, Qanuni nümayəndə hazırkı cinayət işi üzrə ## ###### 2023-cü il tarixdə, saat 10:00-dan saat 10:50-dək Xəzər Rayon Polis Idarəsinin baş müstəntiq N.Şirinov tərəfindən zərərçəkmiş şəxs qismində dindirilmişdir. Ifadəsində Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs onu ## ######## 2023-cü il tarixdə saat 11 radələrində zorlanmış, onu əl və ayaqları ilə vuraraq xəsarətlər yetirmişdir.(cild 1 i.v. 82-83). Zərərçəkmiş şəxs Qanuni nümayəndə və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Qanuni nümayəndə öz ifadəsini təsdiq edərək ## ######## 2023-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs tərəfindən zorlanmasını bildirmişdir. ## ###### 2023-cü il tarixdə Xəzər rayon prokurorluğunun müstəntiqi T.Qəribov tərəfindən zərərçəkmiş şəxs qismində dindirilərkən Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs onu ## ###### 2023-cü il tarixdə saat 9 radələrində zorlamış və həmin tarixdə Təqsirləndirilən şəxs hərəkətləri videokamera vasitəsi ilə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan, habelə yuxarıda sadalanan və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş sənədlərdən və ifadələrdən görünür ki, Qanuni nümayəndə ona qarşı törədilmiş zorlama hadisəsindən təxminən bir saat sonra müstəntiq tərəfindən zərərçəkmiş şəxs qismində dindirilmişdir. Həmin dindirmə zamanı o, məhkuma qarşı şikayətçi mövqeyində olsa da, bir saat əvvəl Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş və videogörüntü ilə təsdiq edildiyi iddia olunan zorlama hadisəsi barədə heç bir məlumat verməmiş, yalnız bir ay əvvəl ona qarşı törədildiyini bildirdiyi zorlama hadisəsi barədə ifadə vermişdir. Bundan sonra Qanuni nümayəndə həmin gün Xəzər rayon prokurorluğuna ərizə ilə müraciət edərək, ## ###### 2023-cü il tarixdə? saat 9 radələrində Təqsirləndirilən şəxs tərəfindən zorlanıldığını bildirmiş, bu hadisəni təsdiq edən videogörüntünün olduğu SD diski təqdim etmiş və Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. Beləliklə, zərərçəkmiş Qanuni nümayəndə zorlama hadisəsi ilə bağlı verdiyi ifadələrin həm bir-biri ilə ziddiyyət təşkil etdiyi, həm də işin yuxarıda qeyd olunan halları ilə əlaqədar ciddi şübhələr doğurduğu aşkar görünür. Lakin, məhkəmələr bu ziddiyyətlərin və şübhələrin aradan qaldırılması istiqamətində heç bir tədbir görməmiş, ifadələrdə mövcud olan uyğunsuzluqlar, məntiqə sığmayan və inandırıcı olmayan məqamlar üzrə hər hansı araşdırma aparmadan Qanuni nümayəndə ifadələrini mötəbər sübut kimi qəbul etmiş, həmçinin həmin ifadələrdə ittihamın məzmunu ilə uzlaşmayan hallara münasibət bildirməmişlər. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə təqsirli olması təsdiq edən digər sübutlar məhkəmə-tibbi ekspertizalarının ## ###### 2023cü il tarixli **** nömrəli və ## ###### 2023-cü il tarixli *** nömrəli rəyləri və CD diskində olan videogörüntülər. Iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə E.R.Süleymanov tərəfindən zorlanıldığı barədə ərizə ilə müraciət etdikdən sonra müstəntiqin eyni tarixli qərarlara əsasən Qanuni nümayəndə barəsində həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin Xəzər Rayon Şöbəsində, həm “MTE və PA Birliyi”nin özündə iki məhkəmə-tibbi ekspertiza keçirilmiş və cinayət işi üzrə ayrı-ayrılıqda iki müstəqil rəy verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin Xəzər Rayon Şöbəsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, **** nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə ## ###### 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş, onun bədənində yalnız sağ baldırın orta üçdə birinin ön səthində qançır aşkar edilmişdir. Həmin xəsarətin müayinədən təxminən 1-2 gün əvvəl törəndiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin bədənində başqa hər hansı xəsarət aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin eksperti tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən isə görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə eyni tarixdə – ## ###### 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş, lakin bu rəyə əsasən onun bədənində sol bazu, sol baldır və sol süd vəzi nahiyələrində qançırlar aşkar edilmişdir. Rəyə görə, süd vəzi nahiyəsindəki qançır müayinədən 5–6 gün əvvəl, digər qançırlar isə müayinədən 1–2 gün əvvəl törənmişdir. Beləliklə, məhkəmə-tibbi ekspertiza rəylərində zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarətlərin sayı və lokalizasiyası ilə bağlı ciddi və aradan qaldırılmamış ziddiyyətlərin mövcud olduğu aşkar görünür. Lakin, birinci instansiya məhkəməsi öz hökmündə hər iki ekspertiza rəyinə istinad etməsinə baxmayaraq, həmin rəylər arasında mövcud olan bu ziddiyyətlərin aradan qaldırılması məqsədilə ekspertlərin dindirilməsi və ya ziddiyyətlərin səbəblərinin aydınlaşdırılması üçün hər hansı prosessual tədbir görməmişdir. Məhkəmə hər iki rəyi mötəbər sübut kimi qiymətləndirmiş və onların arasında mövcud olan ziddiyyətlərə hüquqi qiymət verməmişdir. CD diskdə olan videogörüntü ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CD diskdə saxlanılan videogörüntü 5 hissədən ibarət olmaqla, hər biri müstəqil fayl şəklində təqdim edilmişdir. Həmin faylların hər birinin davametmə müddəti təxminən 1–2 dəqiqə təşkil edir. Videogörüntülərin məzmunundan görünür ki, zərərçəkmiş şəxs qışqıraraq etiraz edir, təqsirləndirilən şəxsdən ona toxunmamasını və onu buraxmasını tələb edir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin açıq etirazına baxmayaraq onunla cinsi əlaqədə olmuşdur. Eyni zamanda videogörüntülərin təhlili göstərir ki, təqsirləndirilən şəxsin zərərçəkmişin bədənində aşkar edilmiş xəsarətlərin yaranmasına səbəb ola biləcək hər hansı fiziki zor tətbiq edilməsi və ya ona zərbələr vurması müşahidə edilmir. Qeyd olunmalıdır ki, göstərilən videogörüntülər qeyri-prosessual qaydada çəkilmiş, hadisəni bütövlükdə əhatə etməyən, fragmentar xarakter daşıyan materiallardır. Belə olan halda, həmin videogörüntülərin sübut kimi qiymətləndirilməsi zamanı onların əldə edilmə üsulu, bütövlüyü, dəyişdirilməməsi və işin digər sübutları ilə qarşılıqlı əlaqəsi xüsusi diqqətlə yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından isə görünür ki, məhkəmə aşağı instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilmiş prosessual pozuntulara əhəmiyyət verməmiş, sübutların yoxlanılmasını və onların arasında olan yuxarıda göstərilən ziddiyyətlərin araşdırılmasını təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurama olduğunu irəli sürürsə və bu barədə arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın.” Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə ilə 2010-cu ildə ailə qurmuş, Günelin anası onlara ev hədiyyə etmişdir. O, 3 ay ərzində həmin mənzilə 25.000 ABŞ dolları məbləğində pul xərcləmiş, 2011-ci ildə polis orqanlarından xaric olunmuş, xaric olunmağının səbəbi isə biznes fəaliyyəti ilə məşğul olmağı olmuşdur. Pulu olmadığı üçün Günelə anasına onlara 100 manat köməklik etməsini xahiş etməsini dediyinə görə anası gəlib qızını götürüb aparmışdır. Onlar 8 ay bir-birindən ayrı yaşamış, həmin müddət ərzində o, uşaqlarını görməmişdir. O, həmin ilin dekabr ayında dostları ilə şəhərdə olan zaman oğlu ona zəng edərək qapıda olduqlarını, nənələrinin onları evdən qovduğunu demişdir. Belə ki, anası Qanuni nümayəndə pozğunluq etdiyini görmüş və onu evdən qovmuşdur. O, gəlib qapını açmış, uşaqlarının xatiri üçün çox şeyi unutmuşdur. O, dəfələrlə Günelin xəyanətini görmüş, Günel dəfələrlə gecə saat 4-5 radələrində evə gəlmişdir. Onlar 5 il ailə kimi yaşamışlar. O, taksi fəaliyyəti ilə məşğul olmuş, lakin sonradan onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Günel 14 günün içində ona aliment ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. O, Günelin ona dəfələrlə xəyanət etməsini tutmuşdur. O, evdə kamera olduğunu bilməmiş, çəkiliş zamanı Günel özü onu çağırmış, həmin vaxt acsusuz olduğu üçün əlaqədə ola bilməmişdir. Daha sonra gedib uzanmış, Günel isə yenə onu yanına çağırmış və onu təhqir etmişdir. Yenidən əlaqədə olan zaman, axırda “sən bilmirsən ki, bu cinayətdir? Niyə belə edirsən?” demiş, o da cavabında onu özünün dəvət etdiyini bildirmişdir. Sonradan evdə kamera quraşdırıldığını görmüş, kameranı vurub sındırmaq istəyəndə Günel ondan kameranı sındırmamasını xahiş etmiş, buna görə Zaur adlı şəxsin onu cəzalandıracağını demişdir. Oğlu da həmin vaxt orada olmuş, o da özündən arxayın olduğu üçün kameranı kimə istəyirsə təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, övladını bir ata kimi vurmuş, Günel isə öz istəyi ilə onunla cinsi əlaqədə olmuş, o, istintaq zamanı videogörüntüləri izləmiş, həmin videogörüntülərdə zorlamaya aid heç bir görüntü olmamışdır. Onlar videodan əvvəl cinsi əlaqədə olmuşlar. Uşaqları saat 07:10-da taksi ilə məktəbə getmiş, uşaqlar gedəndən 5 dəqiqə sonra Günel onu cinsi əlaqədə olmaq üçün çağırmış, onlar 07:15-dən etibarən cinsi əlaqədə olmuşlar. O, zərərçəkmiş şəxsi heç bir halda zorlamamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun keçmiş əri olmuş, belə ki, onlar 2010-cu ildə ailə qurmuş, 2019cu ildə rəsmi olaraq boşanmışlar. Onların 2 övladı var. Keçmiş əri Elman ona və uşaqlarına işgəncə vermiş, dəfələrlə uşaqları onu qorumaq məqsədilə onlara yaxınlaşanda uşaqlara təzyiq göstərib, təhqir etmişdir. Boşandıqdan sonra o, 1 il müddətində valideynləri ilə birgə yaşamış, sonra isə artıq birlikdə inşa etdirdikləri mənzildə məhkəmə qətnaməsi ilə ona yaşamaq hüququ verildiyi üçün o, həmin evə köçmüşdür. Elman bir müddət onlara dəyməsə də, bir müddətdən sonra onlara problemlər yaratmağa başlamış, insanların içində təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs Qanuni nümayəndə ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadıqları mənzili birlikdə tikmişlər, belə ki, o, ailə qurduqdan sonra onun ailəsi onlara ev hədiyyə etmişdir. Onlar həmin evdə birlikdə yaşamışlar. Onların boşanmasının səbəbi təqsirləndirilən şəxsin onunla pis rəftar etməsi, səbəbsiz yerə dəfələrlə döyməsi olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər polis işləmiş, 2011-ci ildə işdən çıxmış, bir müddət taksi fəaliyyəti ilə məşğul olmuşdur. Birgə yaşadıqları dövrdə Elman heç yerdə işləməmiş, o özü isə Hava Limanında işləmişdir. Həmin ərəfədə Elmanın qida təminatını o təmin etmişdir. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, birgə yaşadıqları mənzilə məhkəmə qətnaməsi əsasında köçmüşdür. O, Elmandan ayrıldıqdan sonra 1 il müddətində valideynlərinin yanında qalmış, 1 ildən sonra isə Elmanla birlikdə inşa etdirdikləri evə köçmüşdür. O, başqa evdə yaşasa kirayə pulu ödəməli olmuş, buna isə maddi imkanı olmamışdır. Onun cehiz əşyaları da həmin evdə olmuşdur. O, özünü qorumaq məqsədi ilə təqsirləndirilən şəxsin qolunu və digər yerlərini dişləmiş, onun təqsirləndirilən şəxsə başqa heç bir zərəri dəyməmişdir. O, içkili vəziyətdə evə gəlməmişdir. Elman öz övladlarını gəzməyə aparan zaman da onların xərclərini o, ödəmişdir. Zərərçəkmiş şəxs həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs2 öz ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun atası, zərərçəkmiş şəxs Qanuni nümayəndə isə anasıdır. Atası bəzən anasını otağa salmış, anası da qışqırmışdır. Atası onlara otağın qapısını açmamış, söyüş söymüşdür. Bir dəfə isə atası qapını açmış, o anasını qorumaq istəyən zaman atası onun qulağından 3 dəfə vurmuşdur. Həmin zərbədən onun qulağına nə isə olmuş, bundan sonra zəif eşitməyə başlamışdır. Atası onunla yanaşı, qardaşını da döymüş və təhqir etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, atası ilə anası ayrılanda onlar nənəsinin evində yaşamışlar. Atasının evində yaşamaq üçün icazələri olmuş, onlar atası ilə bir yerdə yaşamaq istəməsələr də buna məcbur olmuşlar. Atası anasına təcavüz etmiş, otağa salıb, qapını bağlamışdır. Atası 2-3 dəfə evə bazarlıq etmiş, anası evdə olmayanda onlar üçün yemək bişirmiş, anası evə içkili vəziyyətdə gəlməmiş, atası isə bəzən evə içkili gəlmişdir. Anası hava limanında gecə növbəsində işləmiş, onun gözünün qarşısında atası anasını döymüşdür. Birinci instansiya məhkəməsində məhkəmə iclasında qanuni nümayəndəsinin və mütəxəssisin iştirakı ilə şahid qismində dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin övladı, yetkinlik yaşına çatamayan Şahid ifadəsində göstərmişdir ki, atası dəfələrlə anasını otağa aparmış və qapını arxadan bağlamışdır. Atası ilə anasının münasibətləri pis olmuş, atası anasına pis hərəkətlər etmişdir. Bir dəfə o, qardaşı ilə birlikdə baseyndə çimən zaman o, evə girmiş, anasının qışqırığını eşitmiş, otağa girəndə atasının anasına pis hərəkətlər etdiyini görmüşdür. Atası bununla bağlı qardaşını qulağından vurmuşdur. Şahid Şahid ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, anası ilə atası ayrıldıqdan sonra yenidən atasının yaşadığı evə köçmələrinin səbəbini xatırlamır, atasının onları gəzməyə aparması üçün anası onu çağırmış, axşamlar anası ilə atası dalaşmış, atası onların dərsi ilə 1 dəfə maraqlanmış, gözünün qarşısında atası anasını döymüş, amma nə vaxt olduğunu xatırlamır, evlərində əvvəldən kamera olmamış, sübut üçün evlərinə kamera quraşdırılmışdır. Iş materiallarında olan məhkəmə-tibbi ekspertizası üzrə verilmiş ## ######## 2023-cü il tarixli **** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – sağ tərəfli travmatik perforativ otit küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 07-08 (yeddisəkkiz) gün olmaqla, qərarda göstərilən ##.##.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu yüngül dərəcəli zərərvurmaya aid edilmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 14-16) Məhkəmə-tibbi ekspertizası üzrə ## ######## 2023-cü il tarixli **** saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun, sağ budun qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 3-4 (üç-dörd) gün əvvəl olmaqla, qərarda göstərilən ##.##.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 17-19) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli *** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə sağ bazunun, hər iki bud nahiyəsinin qançırları və sağ diz nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti müayinədən 03-04 (üçdörd) gün əvvələ uyğun gəlmişdir, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməmişdir. Qanuni nümayəndə qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 02 (iki) həftədən artıq olmuşdur, həmçinin cinsiyyət üzvlərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Qanuni nümayəndə arxa keçəcəyində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Qanuni nümayəndə arxa keçəcək dəliyi nahiyəsində hər hansı xəsarət (sıyrıq, qançır, çat) aşkar edilməmişdir. (cild İ, i/v: 67-70) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli **** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazunun, sol baldırın qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 02-03 (ikiüç) gün əvvələ uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 61-63) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli **** saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ saidin sıyrıqları küt əşya (ola bilsin, dişlənmə nəticəsində); sağ saidin, sağ və sol baldırın sıyrıqları, sol kürəyin, sol bazunun, sol dizin qançırları isə küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 01 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən ##.##.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 58-60) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli, **** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ və sol budun qançırları küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 01-02 (biriki) gün əvvələ uyğun gələ bilən olmaqla, qərarda göstərilən ##.##.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 64-66) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli **** saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol bazunun sıyrıqları küt əşya (ola bilsin, dişlənmə nəticəsində); sağ saidin səthi əzilmiş yarası və sıyrığı isə məhdud səthli əşya (alət) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 01 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən ##.##.2023cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 33-35) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli **** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ və sol saidin sıyrıqları küt əşya (ola bilsin, dişlənmə nəticəsində); sağ əlin kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət (ola bilsin, bıçaq)) təsirindən törənmişdir, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 01 (bir) gün əvvəl olmaqla, qərarda göstərilən ##.##.2023-cü il tarixə uyğun gələ bilən olmuşdur və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid olmuşdur. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır (cild II, i/v: 11-13) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli **** saylı (canlı şəxsin ekspertizası) rəyinə əsasən, Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ baldırın qançırları küt əşya təsirindən törənmişdir, törənmə müddətləri onun məhkəmətibbi müayinəsindən 01-02 (bir-iki) gün əvvələ uyğun gələ bilən olmuşdur və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməmişdir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Qanuni nümayəndə bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmamışdır. (cild İ, i/v: 164-166) Məhkəmə-tibbi ekspertizası üzrə ## ###### 2023-cü il tarixli *** saylı (canlı şəxsin ekspertizası) rəyində qeyd edilmişdir ki, Qanuni nümayəndə sol bazu və sol süd vəzisinin qançırları müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti süd vəzisində müayinədən 05-06 (beş-altı) gün əvvələ, digər qançırlar müayinədən 01-02 (bir-iki) gün əvvələ uyğun gəlmişdir, qərarda göstərilən tarixdə və şəraitdə əmələ gəlməsi inkar edilməmişdir, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməmişdir. Qanuni nümayəndə qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 02 (iki) həftədən artıq olmuşdur. Qanuni nümayəndə alkoqol sərxoşluğu vəziyyətinin olubolmaması haqqında (rəsmi məlumat) tibbi sənəd olmadığından bu sualın məhkəmə-tibbi meyarlarla cavablandırılmağı mümkün olmamışdır. Qanuni nümayəndə bədən səthində, həmçinin sifət nahiyyəsində postravmatik xarakterli dəyişiklik aşkar edilməmişdir. Qanuni nümayəndə arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Qanuni nümayəndə hal-hazırda hamiləliyi təsdiq edən tibbi məlumat olmamışdır. Qanuni nümayəndə uşaqlıq yolu möhtəviyyatından götürülmüş tampon və yaxmada spermatozoidlər aşkar olunmamışdır. (cild II, i/v: 33-37) Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası üzrə ## ###### 2024-cü il tarixli *** saylı rəyinə əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs “xroniki psixi xəstəlik”, “psixi fəaliyyətin müvəqqəti pozulması”, “əqli gerilik” və ya “sair psixi xəstəlik” müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və sonra öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən hadisəni törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində “anlaqlı” hesab edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Tibbi xarakterli məcburi müalicə tədbirlər”inin tətbiq edilməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi olmamışdır. Təqsirləndirilən şəxs cinayət törətdiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində”, “fizioloji affekt” halında olmamışdır. (cild II, i/v: 38-42) Azərbaycan Respublikası DIN-nin “Baş Əməliyyat və Statistik Informasiya Idarəsi”nin arayışında Təqsirləndirilən şəxs məhkumluğu barədə hər hansı məlumat olmamışdır. (cild İ, i/v: 75) Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə yuxarıda qeyd edilən mövqeyini nəzərə alan məhkəmə kollegiyası məhkəmə baxışını qismən məhkəmə istintaqı ilə keçirmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadəsində və verilən suallara cavab olaraq bildirdi ki, indiyə qədər verdiyi bütün ifadələri təsdiq edir. Ifadələrində heç bir zidiyyət ola bilməz. Şəxs cəzaçəkmə müəssisəsindən görüntülü zəng edərək onu hədələyir. Bu məsələnin aydınlaşdırılmasını xahiş edir. Cəzaçəkmə müəssisəsində ona zəng edərək deyir ki, “Buradan çıxdıqdan sonra başını kəsəcəm.” Videogörüntünü nə zaman istintaqa təqdim etdiyi tarixi xatırlamır. Videogörüntünü təqdim etdiyi gün, səhər-səhər övladları dərsə getdikdən sonra hadisə olub. Həmin gün də şikayət edib. Ondan əvvəl də dəfələrlə şikayəti və müraciətləri olmuşdur. Kamera da ekspertizaya göndərildi. Kameranın funksiyası belədir ki, ya cərəyana qoşulu olmalı və daimi çəkiliş getməidir, ya da ki xüsusi rejim quraşdırılmaqla yalnız fiziki şəkildə kameranın qarşısında kimsə keçdikdə, yəni nəsə bir kameranın qarşısında hərəkət olduqda aktiv olmalıdır. Video çəkiliş vaxtı heç bir söhbət olmayıb. Onsuz da həmişə belə olub ki, uzandığı, əyləşdiyi yerdə gəlib ona qarşı bu hərəkətləri edib. Uşaqlar dərsə getdikdən sonra olub. Bir neçə dəfə ekspertizadan keçmişdir. Onu də yoxlamışdılar. Hətta bir dəfə yay vaxtı uşaqlar hovuzda oynamaq istəyirdilər. Övlad ona dedi ki, “Qapını açıq qoyaq, əgər atam sənə nəsə etsə, qışqıraraq bizi çağırarsan”. Həmin vaxt təqsirləndirilən şəxs qapı və pəncərələri bağlayaraq bu hərəkətləri etdi. Daha sonra yay tətili bitdi və uşaqlar məktəbə yollandıqları zaman bu hallar baş verirdi. Hadisə vaxtı heç nə demir. Onsuz da ona heç bir fərqi yox idi. Uzandığı yerdə onu götürüb yerə çırpıb bu cür hərəkətləri edirdi. Videoda olan akt baş verən zaman xəsarətlər almışdır. Xəzər rayonunda ekspertizadan keçdiyi zaman həkimə tam göstərərək məlumat vermişəm. Xəzər rayonunda yoxlama olan zaman səthi olaraq baxdılar. Onu soyundurub tam yoxlamadılar. Lakin, şəhərdə yoxlandığı zaman isə tam olaraq soyundu və bütövlükdə yoxlama həyata keçirildi. Ən son akt videogörüntüsü olandır. Dəqiq tarixi telefonunu yoxlayaraq tapa bilər. Görüntülər hissə-hissə olmasına səbəb kameranın funskiyasının belə olmasıdır. Ekspertizaya gedən kamera həmin kamera idi. Fləş kart idi. Axtarıb tapa bilər. Onun uşaqlarının həmin evdə haqqları var. Məhkəməyə müraciət etmiş, məhkəmə də onun həmin evdə olan yaşayış hüququnu təsdiq edib. Kirayə ev axtarırdı, şəxsiyyət vəsiqəsi və digər sənədləri yoxa çıxdı. Elman götürürdü. Hətta prokurorluqda da bu barədə məlumat vermişdir. Elman ona dedi ki, “Hara gedirsən get, onsuz da harada olsan da gəlib səni tapıb sənə problem yaşadacam”. Səs yazıları da var. Şəxsiyyət vəsiqəsini tələb etdikdə ona deyirdi ki, “Gəl məni filan-filan şeyləri edək, o zaman sənədlərini qaytaracam”. Polis idarəsinə də həmin səs yazılarını təqdim etmişdir. Polis əməkdaşları da bunu bilir. Zorlanma prosesi təqribən 4-5 ay davam edib. Həmin zaman hava limanında işləyirdi. Maddi asılacağı yox idi, özü işləyirdi. Sadəcə orada işlədiyi zaman kirayə xərcləri qarşılayacaq durumda deyildi. Boşanmaq qərarı aldıqda ailəsi də istəmirdi ki, ayrılalar. “102” xidmətinə zəng edərək yalnış məlumatlar verirdi. Bununla da bağlı cərimələnmişdi. Təqribən 7-8 il birlikdə olmuşlar. O dövrdə də şiddət olurdu, ancaq buna zorlama demək olmaz. Anasıgildə qalanda Elman onu provakasiya edirdi. Artıq anası da yorulmuşdu. Münasibətlər də yaxşı deyildi. Ona görə də məcbur qərar verdi ki, getsin uşaqlarını həmin evdə saxlasın. Həmin kameranın yaddaş kartı evdə olmalıdır. Sadəcə ədalətli qərar qəbul edilməsini istəyir. Ekspertiza rəyinin iki dənə olmasının səbəbi onun dəfələrlə zorlanmağıdır. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək ifadəsində və ona verilən suallara cavab olaraq bildirdi ki, cəzaçəkmə müəssisəsində Günelə zəng edərək hədə-qorxu gəlməyi barədə deyilənlər hamısı yalandır. Əgər onu “zorlayırdırsa” niyə gedib o biri evdə yaşamırdı? Əgər həqiqətən də onun dediyi kimi əzab verərək belə əməllər törədirdisə? Anası onlara toy qabağı ev vermişdi. Həmin evə 25 000 pul xərcləyib təmir etmişdi. Əgər Güneli zorlayırdısa, niyə Günel ora köçüb rahat yaşamırdı? Boşanandan sonra anası Güneli gecə evdən qovmuşdu. Uşaq ona zəng etdi və dedi ki, “Nənə bizi anaya görə evdən qovub”. Həmin vaxt Salyan rayonunda işləyirdi. Gecə ilə gəldi, evin açarını onlara verdi və qayıtdı. Soruşun görün gecə anası tərəfindən niyə evdən qovulub? Əxlaqsızlıq və pozğunluğa görə qovulub. Günel bacısı ilə birlikdə hava limanında işləyirdi. Əxlaqsızlıqla məşğul olurdular. Əgər yalan danışırsa, ikiqat cəza verin. Bu şəxsi anası hava limanında işlədiyi zaman əxlaqsızlıq etdiyinə görə evindən qovub. Gecə saatlarında içkili şəkildə evə qayıtdığı üçün. Hətta gedibgəldiyi avtomobillərin nömrəsinə qədər deyə bilər. Günedə deyirdi ki, “Etmə belə, ən azından iki oğlumuza görə.” Elə oldu ki, bunu hava limanından da işdən çıxardılar. Qonşular da bunu təsdiq edə bilər. Çünki, bu hamının gözü qarşısında olan bir işdir. Günel deyir ki, “maddi durumum pis olduğu üçün kirayə yaşamırdım”. Əgər pulu yox idisə 3500 manatlıq telefonu necə alırdı? Onun istəyi ilə əlaqədə olmuşlar. Tarixləri xatırlamır. Etiraf edir ki, Günel ona deyirdi ki, bu cür əlaqədə olmaq ona daha xoşdur. Deyirdi ki, “Mən qışqırsam da Sən fikir vermə”. Videogörüntüdən 21 gün qabaq elə bir izahat verməmişdir. Uşaqlar dərsə getdikdən sonra Günel onu əlaqədə olmaq məqsədilə yanına çağırdı. Video mətbəxdə çəkilib. Diş izləri ona aid deyil. Sadəcə zərərçəkmiş şəxs əxlaqsız bir həyat yaşayırdı. Güneldə olan xəsarətlərin ona aidiyyatı yoxdur. Təqribən 3-4 ay birlikdə yaşamışlar. Həmişə Günel deyirdi ki, “Mən belə həzz alıram”. “Bu formada əlaqədə olaq”. Açıq etiraf edir ki, Güneli çox sevirdi. Onu məcbur edirdilər ki, video çəkərək belə şeylər etsin. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X4 Mərkəzi MTE şöbəsinin rəisi X6 ifadəsində və verilən suallara cavab olaraq bildirdi ki, Xəzər Rayon Polis Idarəsi tərəfindən ekspertiza təyin edilib. Müayinə aparılıb. Hər bir xəsarət ayrı-ayrılıqda dəyərləndirilib və qeydiyyat aparılıb. Xanımın özünün deməsinə görə keçmiş həyat yoldaşı tərəfindən təbii yolla dəfələrlə zorlanıb. Ginekoloji stolda da baxış keçirilib. Xəsarətlər elədir ki, əgər aşkar olunursa mütləq və birmənalı olaraq qeyd olunur. Sadəcə olaraq xəsarətlərin alınma tarixini təqribən müəyyən etmək həmin xəsarətlərin ölçüsü, rəngi və s meyarlar əsasında həyata keçirilir. Söhbət ##.##.2023-cü il tarixli *** nömrəli rəydə gedir. Ümumilikdə, ekspert qarşısında 21 sual qoyulmuşdur. Bazu, süd vəzisində xəsarətlər aşkar edilib və qeydə alınıb. Xəsarətin sağ və sol hissədə olduğuna gəldikdə isə mən qeyd etmək istərdim ki, ümumilikdə verdiyim rəylərin hamısını təsdiq edirəm. Çünki komission şəkildə yoxlama aparılır. Nə xəsarət varsa da qeyd olunur. Başqa cür ola bilməz. Hər hansısa bir zaman kəsiyində xəsarətin rənginin növünün və ölçüsünün dəyişməsi istisna edilmir və təkzibolunmazdır. Qançır və hematoma tamamilə fərqli anlayışlardır. Qadının özəlliklə bədən nahiyyələrində xəsarətlərin rəngləri də hər bir anatomiyada dəyişə bilər. Bunun da bir sıra səbəbləri var. Dərialtı yağ və s misal gətirmək olar. Cinsi istismarla bağlı mütləq şəkildə mərkəzdə yoxlama komission şəkildə aparılır. Şəxs özü də göstərir və bizim tərəfimizdən də baxış keçirilir. Süd vəzisində olan xəsarət təqribən 5-6 gün qabağa uyğun gəlirdi. 22.11 tarixində iş daxil olub. Dərhal baxış həyata keçirilib. Hər bir halda xanım tibb işçisi olub. Bu qaçılmazdır. Ola bilər ki, Xəzər rayonunda yoxlama aparılan zaman xanım xəsarəti göstərməyib və yaxud başqa hal olub. Ilkin yoxlama ilə komission yoxlama arasında fərq çoxdur. Biz 3 nahiyyədə aşkar etmişik və qeyd də etmişik. Sol tərəf yazmışamsa sol hissədə olduğu üçün bu cür yazmışam. Sağ olsa idi sağ yazardı. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X4 Bakı şəhər şöbəsinin rəisi X2 ifadəsində və verilən suallara cavab olaraq bildirdi ki, rəyini təsdiq edir. Sol bazu, sol süd vəzisi, sol baldır qançırı. Bərk küt əşya ilə törədilib. Süd vəzisi təqribən 5-6 gün digərləri 1-2 gün əvvələ uyğun gəlir. Dərəcələri təyin edilmir. Qızlıq pərdəsinin tamlığı pozulub. 2 həftədən artıqdır. Qeyri-təbii yolla cinsi əlaqə aşkar edilmədi. Hamiləlik aşkar olunmadı. Uşaqlıq yolunda spermatazoid aşkar olunmadı. Şəxs bizə 22.11 tarixində təqdim edilib. Şöbə həftənin 5 günü fəaliyyət göstərir. Tam müayinə etmişdir. Əgər xəsarəti görürlərsə, qeyd edirlər. Birbaşa xəsarətləri göstərməyə məcbur edə bilmirik. Ginekoloji stola çıxdıqda onsuz da aşkar şəkildə yoxlama aparılır. Ola bilər ki, xanım imtina etsin və məcbur etmək olmur. Milli dəyərlər də nəzərə alınır. Xanımın maneçilik törətməsi ilə bağlı xatirimdə heçnə qalmayıb. Əgər ciddi maenə olsa idi prosessual fəaliyyətə rəhbərlik edən şəxsə məlumat veririk. Öz verdiyi rəyə cavabdehdir. Xanımlar adətən müayinə zamanı çəkinir. Hematoma və qançır fərqli anlayışdır. Çünki, ola bilər ki, qan kütləsi həmin an toplanmasın. Qan toxumalarının səthə hopması məsələsi elə şəxslər olur ki, onlarda olmur. Piy toxumaları buna imkan vermir. Elə olur ki, ümumiyyətlə şəxs zorakılığa məruz qalsa belə 24 saat ərzində bədəndə vizual heçnə görsənmir. Xəzər Rayon Ekspertin verdiyi rəylə bağlı ola bilər ki, uyğunsuzuq olsun. Bu təbiidir. Çünki, ola bilər ki, xanım rayon şöbəsində bədəninin başqa hissəsini göstərib və yaxud ancaq ağrı hiss etdiyi səthi göstərib və s. Bu məsələlərdə adətən qəti fikir söyləmək mümkün olmur. Sağ və sol məsələsinə gəldikdə isə ümumiyyətlə biz ekspert qarşısında qoyulan sualları köməkçiyə təqdim edirik və rəy köməkçi tərəfindən tərtib olunur. Mümkündür ki, texniki və yaxud mexaniki bir səhv olsun. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X4 Xəzər rayon şöbəsinin rəisi X7 ifadəsində və verilən suallara cavab olaraq bildirdi ki, müayinə aparılıb. Hər bir xəsarət ayrı-ayrılıqda dəyərləndirilib və qeydiyyat aparılıb. Xəsarətlər elədir ki, əgər aşkar olunursa mütləq və birmənalı olaraq qeyd olunur. Sadəcə olaraq xəsarətlərin alınma tarixini təqribən müəyyən etmək həmin xəsarətlərin ölçüsü, rəngi və s meyarlar əsasında həyata keçirilir. Nə xəsarət aşkar olunubsa onu da qeyd etmişik. Xanım dəfələrlə bizim yoxlamalarda olub, tanış gəldi, yadıma düşdü. Bizdə xanım ekspertin olmaması səbəbindən xanım hansı nahiyyəni göstəribsə həmin nahiyyəyə baxış keçirmişik. Digər ekspertlər olmadıqda özü şəxsən baxış keçirir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin Cinayət Məcəlləsinin 149-cu maddəsi ilə bağlı müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əleyhinə olan sübutların mənbəyi, mötəbərliliyi və mümkünlüyü şübhə doğurur. Məhkəmə kollegiyası qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 149.1-ci maddəsi ilə ittiham zərərçəkmiş şəxs Qanuni nümayəndə ifadəsi, məhkəmə-tibbi ekspertizalarının 27 noyabr və ## ###### 2023-cü il tarixli rəylərinə və CD diskdə olan videoyazısına əsasən irəli sürmüş, məhkəmə də həmin sübutlara əsaslanaraq, onun barəsində həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Zərərçəkmiş şəxsin zorlama barədə ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrdən görünür ki, Qanuni nümayəndə məhkumun həmin cinayəti törətməsi barədə ziddiyyətli, ardıcıl olmayan və işin hallarına uyğun gəlməyən ifadələr vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı (cinayət işi CM-in 128-ci maddəsi ilə başlanmışdır) zərərçəkmiş şəxs Qanuni nümayəndə ## ###### 2023-cü il tarixdə Xəzər rayon prokurorluğuna müraciət edərək məhkum Təqsirləndirilən şəxs tərəfindən evdə zorlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində zorlama ilə əlaqədar cinayət işinin başlanılmasını xahiş etmiş, zorlama cinayəti təsdiq edən videogörüntülərin olması və onun tərəfindən təqdim edilə biləcəyini göstərmişdir. Ərizə ilə əlaqədar prokurorluqda izahat verərək Qanuni nümayəndə bildirmişdir ki, Təqsirləndirilən şəxs onu ərizə verdiyi gün, yəni ## ###### 2023-cü il tarixdə saat 9 radələrində yaşadığı evdə zorlamış və bu səhnə kamera vasitəsi ilə qeydiyyata alınmışdır. Həmin gün ## ###### 2023-cü il tarixdə, saat 16:30-da Qanuni nümayəndə ondan izahat almış prokurorluq işçisinə CD disk təqdim etmişdir. Bununla yanaşı cinayət işinin materiallarından görünür ki, Qanuni nümayəndə hazırkı cinayət işi üzrə ## ###### 2023-cü il tarixdə, saat 10:00-dan saat 10:50-dək Xəzər Rayon Polis Idarəsinin baş müstəntiq N.Şirinov tərəfindən zərərçəkmiş şəxs qismində dindirilmişdir. Ifadəsində Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs onu ## ######## 2023-cü il tarixdə saat 11 radələrində zorlanmış, onu əl və ayaqları ilə vuraraq xəsarətlər yetirmişdir. (cild 1 i.v. 82- 83). Zərərçəkmiş şəxs Qanuni nümayəndə və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Qanuni nümayəndə öz ifadəsini təsdiq edərək ## ######## 2023-cü il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs tərəfindən zorlanmasını bildirmişdir. ## ###### 2023-cü il tarixdə Xəzər rayon prokurorluğunun müstəntiqi T.Qəribov tərəfindən zərərçəkmiş şəxs qismində dindirilərkən Qanuni nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs onu ## ###### 2023-cü il tarixdə saat 9 radələrində zorlamış və həmin tarixdə Təqsirləndirilən şəxs hərəkətləri videokamera vasitəsi ilə qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan, habelə yuxarıda sadalanan və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş sənədlərdən və ifadələrdən görünür ki, Qanuni nümayəndə ona qarşı törədilmiş zorlama hadisəsindən təxminən bir saat sonra müstəntiq tərəfindən zərərçəkmiş şəxs qismində dindirilmişdir. Həmin dindirmə zamanı o, məhkuma qarşı şikayətçi mövqeyində olsa da, bir saat əvvəl Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş və videogörüntü ilə təsdiq edildiyi iddia olunan zorlama hadisəsi barədə heç bir məlumat verməmiş, yalnız bir ay əvvəl ona qarşı törədildiyini bildirdiyi zorlama hadisəsi barədə ifadə vermişdir. Bundan sonra Qanuni nümayəndə həmin gün Xəzər rayon prokurorluğuna ərizə ilə müraciət edərək, ## ###### 2023-cü il tarixdə, saat 9 radələrində Təqsirləndirilən şəxs tərəfindən zorlanıldığını bildirmiş, bu hadisəni təsdiq edən videogörüntünün olduğu SD diski təqdim etmiş və Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. Beləliklə, zərərçəkmiş Qanuni nümayəndə zorlama hadisəsi ilə bağlı verdiyi ifadələrin həm bir-biri ilə ziddiyyət təşkil etdiyi, həm də işin yuxarıda qeyd olunan halları ilə əlaqədar ciddi şübhələr doğurduğu aşkar görünür. Iş materiallarından görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə E.R.Süleymanov tərəfindən zorlanıldığı barədə ərizə ilə müraciət etdikdən sonra müstəntiqin eyni tarixli qərarlara əsasən Qanuni nümayəndə barəsində həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin Xəzər Rayon Şöbəsində, həm “MTE və PA Birliyi”nin özündə iki məhkəmə-tibbi ekspertiza keçirilmiş və cinayət işi üzrə ayrı-ayrılıqda iki müstəqil rəy verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin Xəzər Rayon Şöbəsi tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, **** nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə ## ###### 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş, onun bədənində yalnız sağ baldırın orta üçdə birinin ön səthində qançır aşkar edilmişdir. Həmin xəsarətin müayinədən təxminən 1-2 gün əvvəl törəndiyi müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin bədənində başqa hər hansı xəsarət aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi”nin eksperti tərəfindən verilmiş ## ###### 2023-cü il tarixli, *** nömrəli məhkəmə-tibbi ekspertiza rəyindən isə görünür ki, zərərçəkmiş şəxs Qanuni nümayəndə eyni tarixdə – ## ###### 2023-cü il tarixdə tibbi müayinədən keçirilmiş, lakin bu rəyə əsasən onun bədənində sol bazu, sol baldır və sol süd vəzi nahiyələrində qançırlar aşkar edilmişdir. Rəyə görə, süd vəzi nahiyəsindəki qançır müayinədən 5–6 gün əvvəl, digər qançırlar isə müayinədən 1–2 gün əvvəl törənmişdir. Beləliklə, məhkəmə-tibbi ekspertiza rəylərində zərərçəkmiş şəxsin bədənində aşkar edilmiş xəsarətlərin sayı və lokalizasiyası ilə bağlı ciddi və aradan qaldırılmamış ziddiyyətlərin mövcud olduğu aşkar görünür. CD diskdə olan videogörüntü ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CD diskdə saxlanılan videogörüntü 5 hissədən ibarət olmaqla, hər biri müstəqil fayl şəklində təqdim edilmişdir. Həmin faylların hər birinin davametmə müddəti təxminən 1–2 dəqiqə təşkil edir. Videogörüntülərin məzmunundan görünür ki, zərərçəkmiş şəxs qışqıraraq etiraz edir, təqsirləndirilən şəxsdən ona toxunmamasını və onu buraxmasını tələb edir. Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin açıq etirazına baxmayaraq onunla cinsi əlaqədə olmuşdur. Eyni zamanda videogörüntülərin təhlili göstərir ki, təqsirləndirilən şəxsin zərərçəkmişin bədənində aşkar edilmiş xəsarətlərin yaranmasına səbəb ola biləcək hər hansı fiziki zor tətbiq edilməsi və ya ona zərbələr vurması müşahidə edilmir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, çəkiliş zamanı Günel özü onu çağırmış, həmin vaxt ac-susuz olduğu üçün əlaqədə ola bilməmişdir. Daha sonra gedib uzanmış, Günel isə yenə onu yanına çağırmış və onu təhqir etmişdir. Yenidən əlaqədə olan zaman, axırda “sən bilmirsən ki, bu cinayətdir? Niyə belə edirsən?” demiş, o da cavabında onu özünün dəvət etdiyini bildirmişdir. Onlar videodan əvvəl də cinsi əlaqədə olmuşlar. O, zərərçəkmiş şəxsi heç bir halda zorlamamışdır. Zərərçəkmiş şəxs tərəfində təqdim edilmiş CD diskdə olan videogörüntülər onun tərəfindən məhkəməyə təqdim edilmiş kamera vasitəsi ilə deyil, digər kamera ilə çəkilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş videogörüntülər ## ###### 2023-cü il tarixə aid deyil, həmin tarixdən əvvəl çəkilmişdir. O, zərərçəkmiş şəxsin xahişi ilə cinsi əlaqədə zamanı özünü kobud aparmışdır. Videoya tam, yəni zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş fraqmentlərdən əvvəl və onlardan sonra olan yazılara baxış keçirməklə müəyyən etmək olar ki, SD diskə yazılmış səhnələr zərərçəkmiş şəxsin xahişi və razılığı əsasında olmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında birinci instansiya məhkəməsinin məhkəmə iclasında keçirilmiş məhkəmə kompüter-texniki ekspertizasının ## ###### 2024-cü il tarixli rəyindən görünür ki, zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş video kameranın yaddaş kartı olmadığındanekspertlər qarşısında qoyulmuş suallara cavab vermək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş videogörüntülərin üzərində yazılan tarix və vaxt onların qeydə alındığı cihazın parametrlərinin nizamlanmasından asılıdır və faylın həqiqi yaranma tarixinə uyğun olmaya bilər. Apellyasiya şikayətinin dəlillərdən biri də ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş həmin videogörüntülərdən də görünür ki, qeyd edilən videogörüntü hissəvi görüntü olmaqla tam görüntü deyil. Müdafiə tərəfinin başlıca dəlili onun şərlənməsi həmin videogörüntülərin tam şəkildə deyil, hissəvi şəkildə istintaqa təqdim edilməsini təsdiq etməsidir. Zərərçəkmiş şəxsə videoyazısı qeydə alan kameranın yaddaş kartının məhkəməyə təqdim edilməsi də təklif edilmiş, lakin həmin yaddaş kartı məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiya məhkəməsində qismən məhkəmə istintaqı ilə aparılan məhkəmə baxışı zamanı dəfələrlə iş üzrə zərərçəkmiş şəxs Qanuni nümayəndə təqdim etdiyi vedeogörüntüləri tam olaraq təqdim etməsi və videçəkilişin həyata keçirlidiyi kameranın yaddaş kartının məhkəməyə təqdim olunması təklif edilsə və məhkəmə iclasları bununla bağlı təxirə salınsa da, Qanuni nümayəndə həmin kartı və ya videogörüntünün davamlı olaraq çəkildiyi faylları məhkəməyə təqdim etməmişdir. Apellyasiya məhkəmə kollegiyası işin bu xüsusatı ilə bağlı Ali Məhkəmənin qərarında qeyd olunan halları yoxlayaraq belə nəticəyə gəlir ki, həmin videogörüntülər verilən ittihamı əhatə etməməklə, fraqmentar xarakter daşıyan materiallardır. Həmin vedeogörüntülər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası iş üzrə tərəflər arasında keçmiş ər-arvad kimi mülki mübahisələrin (boşanma, əmlak bölgüsü və mənzilə köçmə və sair) olmasını nəzərə alaraq hesab edir ki, həmin vieogörüntülər fraqmentlər olmaqla qeyd olunan zorlama cinayətinin törədilməsi ilə bağlı sübut növü kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, həmin hissəvi fraqmentlərdən görünür ki, həmin vaxt sadəcə Qanuni nümayəndə tərəfindən guya Təqsirləndirilən şəxs tərəfindən zorlanma ilə bağlı görüntü yaradılması cəhdi olmuşdur. Qanuni nümayəndə tərəfindən kameranın yaddaş kartının və ya qeyd olunan videogörüntülərin tam olaraq istintaqa, hazırda isə məhkəməyə təqdim olunmaması məqsədli şəkildə olmuşdur ki, burada da məqsəd digər hissələrdə olan görüntülərin və danışıqların məzmununu gizlətmək olmuşdur. Digər tərəfdən Qanuni nümayəndə bildirir ki, həmin kamera yalnız hərəktliliyi qeydə alır. Məhkəmə kollegiyası bu arqımenti də qəbul etmir, çünki təqdim olunan videogörüntülər o şəkildə hissəvi qeydə alına bilməzdi. Təqdim olunan videogürüntülərdən aşkar surətdə görünür ki, Qanuni nümayəndə ilə Təqsirləndirilən şəxs arasında həmin vaxt çəkilmiş videogörüntülərin bəzi fraqmentləri bilərəkdən təqdim olunmamışdır. Eyni zamanda məhkəmə kollegiyası Ali Məhkəmənin Qərarında qeyd olunan məhkəmə-tibbi ekspertiza rəylərində Qanuni nümayəndə bədənində aşkar edilmiş xəsarətlərin sayı və lokalizasiyası ilə bağlı olan ciddi və aradan qaldırılmamış ziddiyyətlərlə bağlı qismən məhkəmə istintaqı aparmış və bu nəticəyə gəlmişdir ki, həmin ziddiyyətlər hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə qiymətləndirilməlidir. Belə ki, apellyasiya instansiyası zamanı həmin müxtəlif pəyləri vermiş olan ekspertlərin ifadələrindən görünür ki, həmin ekspertlər Qanuni nümayəndə tibbi müayinədən keçirən zaman eyni tarixə müxtəlif xəsarətlər aşkar etmişlər və bu xəsarətlər həm xəsarətlərin olduqları nahiyyələrə, həm xəsarətlərin dərəcələrinə görə bir-birlərindən kəskin olaraq fərqlənirlər. Belə ki, eyni gündə rəy verən ekspertin biri Qanuni nümayəndə sağ baldırında qançır aşkar olunmasını, digər ekspert isə sol baldır və digər nahiyyələrdə xəsarətlərin aşkar edilməsi barədə rəy vermişdir. Apellyasiya məhkəmə kollegiyası hər iki rəyləri vermiş ekspertləri dindirən zaman da həmin ekspertlər bir-birindən fərqli ifadələr verməklə, işin hallarını fərqli şəkildə təqdim etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işin bu halları da şübhəli hallar kimi qiymətləndirilməklə təqsirləndirlən şəxsin xeyrinə həll olunmalıdır. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001- VII)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 149.1-ci maddəsi ilə bəraət verilməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi həmin Məcəllənin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulmuşdur. Bu fəsildə nəzərdə tutulan cinayətlərin obyekti qadının cinsi azadlığı, obyektiv cəhəti zərərçəkmiş şəxsə (onun iradəsinə zidd və ya iradəsi əleyhinə) və ya başqa şəxslərə qarşı fiziki zor tətbiq etmə və ya belə zor tətbiq etməklə, öldürmə ilə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma, subyektiv cəhəti, təqsirin birbaşa qəsd növü ilə xarakterizə olunur. Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma yaradır. Zorlama cinayətinin obyektiv cəhəti iki elementdən ibarətdir: cinsi əlaqə və zorakılıq və ya zorakılıq hədəsi və ya qurbanın köməksiz vəziyyətindən istifadə etmə. Göstərilən obyektiv cəhətin elementlərindən birinin olmaması zorlamanın olmaması deməkdir. Zorlama cinayəti onun nəticəsindən asılı olmayaraq cinsi əlaqə aktı başlayan andan başa çatmış sayılır. Zərərçəkmiş şəxsə fiziki zor tətbiq etməklə onu zorlama dedikdə şəxsin, onun yaxın qohumlarının, habelə zorlama cinayətinin törədilməsinə mane ola bilən hər hansı kənar şəxsin əl-qolunu, ayaqlarını bağlamaqla, döyməklə, bədəninin müxtəlif hissələrinə zərbələr endirməklə, habelə sair fiziki ağrı yetirməklə zərərçəkmiş şəxslə cinsi əlaqədə olma başa düşülür. Zorlamada fiziki zor tətbiq etmə zərərçəkmişin müqavimətini qırmağa yönəldilir. Deməli, təqsirləndirilən şəxsə istinad olunan əməlin baş verməsi üçün cinsi əlaqə aktı, seksual xarakterli hərəkətlər və həmin hərəkətlərin zərərçəkmiş şəxsə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə (hazırkı işdə öldürməklə hədələmə) müşayət olunması faktının eyni vaxtda mövcud olması sübut edilməlidir. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Beləki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin zərərçəkən şəxsi zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olması faktını sübuta yetirə bilməmişdir. Ona görə hazırkı iş üzrə təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılmalıdır. Göründüyü kimi xüsusi bilik tələb edən və ancaq ekspertiza keçirmək yolu ilə müəyyən edilməli hallarla (maddi sübutlar üzərində sperma izlərinin olması, qeyri-təbii yola cinsi əlaqədə olma faktının təsdiqi) bağlı da birmənalı rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin II hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Insan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Insan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo Ispaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə ##.##.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə ##.##.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının ## #### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ######## 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq Cinayət- Prosessual Məcəlləsinin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi mövcud qanunvericiliyin tələblərinə zidd olaraq bu cinayət işinə CPM ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında ədalətlə baxmamışdır. Ədalət mühakiməsini həyata keçirərkən təqsirsiz şəxsə - Təqsirləndirilən şəxs bəraət vermək istiqamətində cinayət mühakimə icraatının vəzifəsini layiqincə yerinə yetirməmişdir. Sübutların tədqiqində şübhəlı hallar dəqiqləşdirilməmiş, əksinə onlara üstünlük verilmişdir. Şübhələr əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsinə yol verilmişdir. Birinci instansiya məhkəməsi bu iş üzrə ədalət mühakiməsini həyata keçirərkən, ibtidai araşdırmada gəlinmiş nəticələri yoxlamadan, şəksiz (“aksioma” kimi) qəbul etmişdir. Ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin ziyanına, əleyhinə həll edilmişdir. Başqa sözlə, şübhələr Təqsirləndirilən şəxs xeyrinə həll olunmamışdır. Nəticədə, cinayət törədilməsində təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin izah və tələblərinə əsasən isə: - cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir (maddə 8.0.5); - şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. (maddə 21.2); - cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (maddə 21.3); - məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər (maddə 25.2); - məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (maddə 28); - hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. (maddə 33.4); - ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir (maddə 127.3); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3); - cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (maddə 146.1); - məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (maddə 351.2); Məhkəmə onu qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut apellyasiya icraatı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilənlərə, cinayət prosessual qanunvericiliyinin və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenum qərarının tələblərinə əasən məhkəmə kollegiyası aşağıdakı nəticələrə, qənatə gəlir: 1). Göstərilənlərə əsasən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ləğv edilməlidir. 2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin Təqsirləndirilən şəxs belə bir cinayət törətməkdə təqsirlı olması sübuta yetirilmədiyinə görə cinayət-prosessual qanunvericiliyin “bəraətin əsasları”ndan bəhs edən müddəalarının tələbəri baxımından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona həmin maddə ilə məhkəmənin hökmünə əsasən bəraət verilməlidir. Belə ki, CPM-in 42-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş cinayətin törədilməsinə aidiyyəti olmaması və ya onun təqsirliliyi sübuta yetirilməməsi aşkar edildikdə həmin şəxsin təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Başqa sözlə, CPM-in 42.1.3-cü maddəsində (cinayətin törədilməsinə aidiyyəti olmadıqda) nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə bəraət hökmü çıxarılır. CPM-in 42.1.4-cü maddəsində (təqsirliliyi sübuta yetirilmədikdə) nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə də bəraət hökmü çıxarılır. CPM-in 55-ci maddəsinin (şəxsin bəraət qazanması) tələblərinə əsasən isə “məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz.” 3). Təqsirləndirilən şəxs “vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun tanınmalı”, həmçinin vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ ona izah edilməlidir. Belə ki, CPM-in 61-ci maddəsinin (vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun tanınması) və 62-cı (vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi) tələblərinə əsasən “cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə tanınır. Bəraət hökmü çıxarmış məhkəmə, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə, həmin şəxs olmadıqda isə CPM-in 60.2-ci maddəsində nəzərdə tutulmuş digər şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.” Belə ki, CPM-in 350-ci maddəsinin (məhkəmənin bəraət hökmü) tələblərinə əsasən “bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra CPM-in müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir (maddə 360.4). 5). Məhkəmə, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxararkən CPMin məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı və nəticəvi hissələrindən bəhs edən 353.3-cü və 353.5-cı maddələrinın də tələblərini rəhbər tutmalıdır. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 353.5-ci maddəsinin tələbinə əsasən bəraət hökmünün nəticəvi hissəsində: - təqsirləndirilən şəxsin soyadı, adı, atasının adı və ona bəraət verilməsi haqqında qərar; - məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi; - məhkəmə hökmü çıxarılanadək mülki iddianın və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi üzrə tədbirlər görüldükdə görülmüş tədbirlərin ləğv edilməsi; - mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə ödəməsi); - maddi sübutların həlli; - məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və ondan şikayət verilmə qaydasının izahı göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət təqibini istisna edən hallardan bəhs edən 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.2-ci (təqsirliliyi sübuta yetirilmədikdə) maddəsində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1-ci maddəsində göstərilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sözügedən Məcəllənin 42.1.1-ci maddəsində hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılması nəzərdə tutulmuşdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli, ** saylı Qərarındə göstərilir ki, «Cinayət-Prosessual Məcəllənin 42.1ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Cinayət-Prosessual Məcəllənin 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş «cinayət hadisəsinin olmaması» təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Məhkəmə hesab edir ki, cinayət işinin materiallarına və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, məhkumun təqsirini təsdiq edən sübutları araşdıraraq müəyyən etmişdir ki, həmin sübutlar məhkumun zərərçəkmiş şəxslərə qarşı Azərbaycan Respublikası CM-in 128-ci və 133.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq edilmiş biri-digərinə uyğun gələn mötəbər sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri və iş üzrə toplanmış digər sübutlarla müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmiş və tədqiq edilmiş mümkün sübutlara əsaslanaraq gəldiyi nəticəni təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-nin 128 və 133.1-ci maddələri ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, məhkumun məhkəmə hökmündə təsvir edilmiş hallarda zərərçəkmiş zərərçəkmiş şəxs2 sağlamlığına qəsdən yüngül zərər vurması, habelə zərərçəkmiş Qanuni nümayəndə mütəmadi olaraq döyməklə ona fiziki ağrı yetirməsi zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahid X3 ifadəsi və məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə təsdiq olunur. Göstərilən sübutlar məhkəmə iclasında tədqiq edilmiş, bir-biri ilə uyğunluq təşkil etmiş və onların mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkumun Azərbaycan Respublikası CM-in 128ci və 133.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməməsi və həmin maddələrlə təqsirli bilinməsinə dair ittiham hökmünün əsassız olması barədə apellyasiya şikayətində irəli sürülmüş dəlilləri əsaslı hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 128 və 133.1-ci maddələri ilə törətdiyi cinayət hadisələri 2023-cü il tarixdə baş vermiş, onun törətdiyi əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər olmaqla, hər bir epizod üzrə cinayət əməllərinin törədildiyi vaxtdan iki ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2 və 44.2.1-ci maddəsinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda - təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa Insan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, 2023-cü il tarixində törətdiyi cinayət əməllərinə görə iki ildən artıq müddət keçdiyindən və müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədiyindən (təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 128 və 133.1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməkdə özünü təqsirli bilmir) iş üzrə ittiham hökmü çıxarılmalı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 133.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddələrinə əsasən barəsində cəza təyin edilməməlidir. Göstərilənlərə, cinayət prosessual qanunvericiliyinin və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021-ci il tarixli Plenum qərarının tələblərinə əasən məhkəmə kollegiyası belə qənatə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 133.1 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 75.1.1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən cəza təyin edilməməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə məhkəmə məsrəfi - 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42, 55, 350.2, 397.1, 397.2, 398.1.2 və 407.2-ci maddələrini rəhbər tutaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası HÖKM ETDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1 və 149.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 133.1 maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 75.1.1-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclası zalından dərhal həbsdən azad edilsin. Iş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Iş üzrə məhkəmə məsrəfi - 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində göstərilən müddətlərdə, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-36/2026
Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-6)-36/2026
26.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver