Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-415/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsrafilov Fuad Həsənağa oğlunun iştirakı ilə, ##.##.1963-cü il tarixdə Kirovabad (indiki Gəncə) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:*******), ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Akademik Lətif İmanov küçəsi, 558-566-cı məhəllə, ev 05, mənzil 10-da qeydiyyatda olan, X9 NyuYork şəhərində yaşayan, haqqında həbs qətimkan tədbiri seçilmiş, barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qiyabi hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qiyabi hökmü ilə aşağıdakılar hökm edilmişdir: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 281.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli hazırkı hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı İstintaq Təcridxanası müəyyən edilsin. Ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ## ###### 2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək X10 yaşadığı müddətdə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmək məqsədilə özünün ## ####### 2011-ci il tarixdə “youtube.com” video platformasında yaratdığı “Təqsirləndirilən şəxs kanalı” adlı kanalda 2023-cü ilin yanvar ayının istintaqa məlum olmayan tarixdə yaşadığı X9 Nyu-York şəhərində istintaqa məlum olmayan ünvanda 25 dəqiqə 15 saniyə müddətində davam edən videoçıxış hazırlayaraq Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edib “Dostlar, bu mübarizəni siz aparmasaz, biz aparmasaq, yəni hər birimiz aparmasaq heç kim bizim əvəzimizdən aparası deyil. Biz o qanuni mexanizmlərin cinayətkarlıqla mübarizə tətbiqinə yalnız o zaman nail ola bilərik ki, biz qüc göstərək. Toplum olaraq tələb edirik və bizim tələbimizə əməl olunmadıqda bunun çox ağır nəticələri ola bilər. Onda bizlə hesablaşacaqlar”, “Bizim mesajımız isə 2023-cü il üçün bu olmalıdır. Ya sizi buna məcbur edəcəyik və siz edəcəksiniz, ya da siz gedəcəksiniz! 3-cü yolu yoxdur” məzmunlu ifadələr işlədərək, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zər tətbiqi yolu ilə çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş, həmin videonu ## ###### 2023-cü il tarixdə özünün istifadəsində olan “Təqsirləndirilən şəxs kanalı” (@rstunoruclununkanal1209) adlı “youtube” kanalında “Arxada qalan il bizə nələri öyrətdi” başlığı altında (https://www.youtube.com/watch?v=PdztaSQIdP0) yerləşdirərək paylaşmış, bununla da bu cür məzmunlu video materialı qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə yaymışdır. Bundan başqa o, təkrarən eyni məqsədlə istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Qurban Məmmədov tərəfindən ## ###### 2018-ci il tarixdə “youtube.com” video platformasında yaradılmış “AzerFreedom TV” kanalında ## ####### 2024-cü il tarixdə aparılan canlı yayıma bağlanıb “Bu Azərbaycan xalqına qarşı müharibədir. MÜHARİBƏ! Bizə lazımdır xalq anlasın ki, o, döyüş meydanındadır və özü də silahsızdır. Onun yeganə silahı bu gün ələlə verib birləşib düşmənə qarşı döyüşməkdir. Sözün həqiqi mənasında döyüşmək. Sonra deyirlər ki, çağırış eləyir, nə bilim neynəyir, düşmənə qarşı neyləyərlər? Çağırış eləyərlər də”, “Biz xalq olaraq məhvə aparılırıq, bunu başa düşmək lazımdır. Yoxsa nə bilim hakimiyyətə xitab eləmək, nəsə ünvanlamaq, çağırmaq, qışqırmaq, söymək bunlar nəyisə anlayacaqlar. Heçnə anlayan deyillər. Amma biz anlamaq istəmirik ki, bizim üçün də düşmən onlardır. Müharibənin isə çox sadə qaydası var. Sənə qarşı olan düşməndi, düşmən məhv edilməlidir. Bunu başa düşmək lazımdır. Biz artıq terminologiyanı dəyişməliyik. Siyasi hakimiyyət yoxdur. Hakimiyyət yoxdur. Dövlət yoxdur. Döyüş meydanı var və düşmən var. Bitdi. Biz bunu dərk eləməyincə heçnə dəyişməyəcək. İnanın daha da pis olacaq. Daha da ağır olacaqdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, bu videonun “AzerFreedom TV” adlı “youtube” kanalında (https://www.youtube.com/watch?v=ZvZOAA3LIIY) həmin tarixdə yerləşdirilməsinə və paylaşılmasına nail olaraq, bu cür məzmunlu video materialı qeyriməhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Apellyasiya şikayətinin dəlilləri: Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qiyabi hökmünün ləğv edilməsini, barəsində CPM-nin 42-ci maddəsinə əsasən bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarını araşdırdıqda, eyni zamanda, Təqsirləndirilən şəxs elan olunmuş Cinayət Məcəlləsinin maddələrinə diqqət etdikdə məhkəmə tərəfindən onun barəsində seçilmiş qiyabi hökmün əsassız olduğunu, cinayət işinin hallarına və təqsirləndirilən şəxsin vəziyyətinə uyğun olmadığı açıq-aşkar görünür. Belə ki işin faktiki hallarına nəzər yetirdikdə görünür ki, məhkəmə tərəfindən bir sıra maddi və prosessual pozuntulara yol verilmişdir. Məhkəmə hökmü yalnız sübut edilmiş faktlara əsaslana bilər. Lakin təqsirləndirilən şəxsin kütləvi iğtişaşlarda fəal iştirakı konkret və inandırıcı sübutlarla təsdiq olunmamışdır. İttiham tərəfindən zor tətbiqi, dağıntı və ya hakimiyyət nümayəndələrinə müqavimət göstərilməsi barədə birbaşa sübutlar təqdim edilməmişdir. Sübutlar ehtimallara və ümumi qiymətləndirməyə əsaslanmışdır ki, bu da CPM-in 21-ci maddəsinə ziddir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qiyabi hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdə olan görüntüyə əsasən Təqsirləndirilən şəxs tərəfindən “https://www.youtube.com” video platformasında ##.##.2011-ci il tarixdə yaradılmış “Təqsirləndirilən şəxs kanalı” adlı və X3 tərəfindən həmin platformada ##.##.2018-ci il tarixdə yaradılmış “AzerFreedom TV” adlı “youtube.com kanallarında yerləşdirilmiş videogörüntülərə baxış zamanı “Təqsirləndirilən şəxs kanalı” (@rstunoruclununkanal1209) adlı “youtube” kanalında ## ###### 2023-cü il tarixdə “Arxada qalan il bizə nələri öyrətdi” başlığı altında yerləşdirilmiş (https://www.youtube.com/watch?v=PdztaSQIdPO) videogörüntünün 19:45-20:26-cı dəqiqələri arasında Təqsirləndirilən şəxs “Dostlar, bu mübarizəni siz aparmasaz, biz aparmasaq, yəni hər birimiz aparmasaq heç kim bizim əvəzimizdən aparası deyil. Biz o qanuni mexanizmlərin cinayətkarlıqla mübarizə tətbiqinə yalnız o zaman nail ola bilərik ki, biz güc göstərək. Toplum olaraq tələb edirik və bizim tələbimizə əməl olunmadıqda bunun çox ağır nəticələri ola bilər. Onda bizlə hesablaşacaqlar”, 21:43-22:07-ci dəqiqələri arasında “Bizim mesajımız isə 2023-cü il üçün bu olmalıdır. Ya sizi buna məcbur edəcəyik və siz edəcəksiniz ya da siz gedəcəksiniz! 3-cü yolu yoxdur” məzmununda çıxışlar etmişdir. Bundan başqa, “AzerFreedom TV” (@AzerFreedomTV) adlı “youtube” kanalında ## ####### 2024-cü il tarixdə aparılan canlı yayıma Təqsirləndirilən şəxs bağlanıb yayımın (https://www.youtube.com/watch?v=ZvZOAA3LIIY) 45:00-45:40-ci dəqiqələri arasında “Bu Azərbaycan xalqına qarşı müharibədir. MÜHARİBƏ! Bizə lazımdır xalq anlasın ki, o, döyüş meydanındadır və özü də silahsızdır. Onun yeganə silahı bu gün əl-ələ verib birləşib düşmənə qarşı döyüşməkdir. Sözün həqiqi mənasında döyüşmək. Sonra deyirlər ki, çağırış eləyir, nə bilim neynəyir, düşmənə qarşı neyləyərlər? Çağırış eləyərlər də”, 50:59-52.16-cı dəqiqələri arasında “Biz xalq olaraq məhvə aparılırıq, bunu başa düşmək lazımdır. Yoxsa na bilim hakimiyyətə xitab eləmək, nəsə ünvanlamaq, çağırmaq, qışqırmaq, söymək bunlar nəyisa anlayacaqlar. Heçnə anlayan deyillər. Amma biz anlamaq istəmirik ki, bizim üçün də düşmən onlardır. Müharibənin isə çox sadə qaydası var. Sənə qarşı olan düşməndi, düşmən məhv edilməlidir. Bunu başa düşmək lazımdır. Biz artıq terminologiyanı dəyişməliyik. Siyasi hakimiyyət yoxdur. Hakimiyyət yoxdur. Dövlət yoxdur. Döyüş meydanı var və düşmən var. Bitdi. Biz bunu dərk eləməyincə heçnə dəyişməyəcək. İnanın daha da pis olacaq. Daha da ağır olacaqdır” məzmununda çıxışlar etmişdir (İ cild, i.v.35-36; 130); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza mərkəzinin ##.##.2025-ci il tarixli, */*** nömrəli rəyinə görə “24.10.24_ Azərbaycan Xalq Parlamentinə seçkilərə dair suallara cavab veririk” və “Arxada qalan il bizə nələri öyrətdi” adlı videomateriallarda aşkar edilmiş və rəyin təsviri hissəsində göstərilən məlumatlarda hakimiyyətin zorla ələ keçirilməsinə, habelə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara yönələn açıq çağırışların və bu cür məzmunlu materialları yayma əlamətləri müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd ağ rəngli CD-R diskdə qeydə alınmış videomaterialların internet resurslarında, əsasən də, “youtube” videoplatformasında yayıldığı müəyyən edilir. Tədqiqatın dəyəri 400 manat təşkil edir (İ cild, i.v.126-129); “Elektron Prokurorluq İnformasiya Sistemi”ndən əldə olunmuş sərhədkeçmə məlumatlarına görə Təqsirləndirilən şəxs sonuncu dəfə ölkə hüdudlarını ##.##.2023-cü il tarixdə Türkiyə Respublikasının İstanbul şəhəri istiqamətində “X6 Aeroportu”ndan tərk etmişdir (İ cild, i.v.44-45); “Təqsirləndirilən şəxs barəsində axtarış elan etmək haqqında” ##.##.2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (İ cild, i.v.61- 62); “Sübutların qiymətləndirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarla baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokola əlavə edilmiş və “youtube” video platformasında Təqsirləndirilən şəxs istifadəsində olan “Təqsirləndirilən şəxs kanalı” (@rstunoruclununkanal1209) kanalında paylaşdığı https://www.youtube.com/watch?v=PdztaSQIdP0, “AzerFreedom TV” adlı “youtube” kanalında paylaşılan https://www.youtube.com/watch?v= ZvZOAA3LIlY linklərdəki, “Arxada qalan il bizə nələri öyrətdi” və “24.10.24_ Azərbaycan Xalq Parlamentinə seçkilərə dair suallara cavab veririk” kimi adlandırılan 2 videonun köçürüldüyü CD disk öz xüsusiyyətinə və əlamətlərinə, üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut hesab edilərək iş materiallarına əalvə edilmişdir (II cild, i.v.36-50); Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 18(001)- */**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində qiyabi icraat açılmışdır (II cild, i.v.19-27); Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 4(001)- ***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli onun tutulduğu andan hesablanması nəzərdə tutulmuşdur (İ cild, i.v.76- 81); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (II cild, i.v.05-06). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilir. Törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törətməsində təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 220.2-ci maddəsində nəzərdə tutulan əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi həmin Məcəllənin 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə, həmin Məcəllənin 281.2-ci maddəsi hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma kimi əməlləri təkrar və ya bir qrup şəxs tərəfindən törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. Hüquq ədəbiyyatına görə kütləvi iğtişaş dedikdə, ictimai əmin-amanlığın (dincliyin və sakitliyin) və təhlükəsizliyin kortəbii şəkildə toplanmış insanlar qrupu (kütlə) tərəfindən elə pozulması başa düşülür ki, bu zaman hakimiyyət orqanlarının fəaliyyəti iflic vəziyyətinə salınır və ictimai dincliyin bərpası üçün fövqəladə tədbirlər həyata keçirilir. Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar dedikdə kütləyə fitnəkar və təhrikedici müraciətlər etmə, vərəqələr paylama və digər formalarda, yəni kütləvi iğtişaş iştirakçılarının şüuruna, iradəsinə, emosiyalarına onları qeyd olunan ictimai təhlükəli əməlləri törətməyə sövq etmək məqsədi ilə təsir göstərmə başa düşülür. Çağırışın üsulları şifahi, radio, televiziya, mətbu nəşrlər vasitəsi ilə ola bilər. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, bir qayda olaraq, qeyriməhdud şəxslər dairəsinə yönəlir. Burada kütləvilik çağırışın məcburi ünsürü hesab olunur. Çağırışın kütləviliyini qiymətləndirərkən müraciətin yeri, üsulu, konkret şərait və s. nəzərə alınmalıdır. Hər bir halda kütləvilik əlamətinin mövcudluğu üçün çağırışın iki və ya daha çox şəxs tərəfindən qəbul edilməsi vacibdir. Televiziya, radio, səsgücləndirici vasitələrlə, vərəqələr yaymaqla, mitinqlər keçirməklə müraciət çağırışın kütləviliyinə nümunə ola bilər. Çağırışın açıqlığı təqsirli şəxsin bu cinayəti törədərkən kütləni aşkar surətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və s. qanunsuz hərəkətlər etməyə sövq edən yazılı və yaxud şifahi müraciətlərində olunur. Açıq çağırışlar, həmçinin, qanuni yolla seçilmiş və ya təyin olunmuş vəzifəli şəxsləri tanımamağa, onlara qarşı açıq itaətsizliyə, habelə onların bilavasitə özünə və ya yaxınlarına qarşı zor tətbiq etməyə yönəlmiş qanunsuz müraciətlərdə ifadə oluna bilər. Hakimiyyəti zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvalə etmə başa düşülür. Təqsirkar hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş elə hərəkətlərə yol verir ki, bu hərəkətlər hakimiyyətə yiyələnməyin konstitusion metodlarına və prinsiplərinə tamamilə ziddir. Hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş bu hərəkətlər həm fiziki, həm də psixi zorakılıq formasında qanuni səlahiyyətli hakimiyyət nümayəndəsinin həm bilavasitə özünə, həm də onun ailə üzvlərinə, yaxın qohumlarına münasibətdə icra oluna bilər. Konstitusiya quruluşunu zorla dəyişdirmə dedikdə, bu quruluşun Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş əsaslarının zorakılıqla dəyişdirilməsi başa düşülür. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünə məxsus internet informasiya resurslarında yerləşdirdiyi və qeyri məhdud şəxslər üçün əlçatan etdiyi videoçıxışlarda Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlara təşviq edən ifadələr işlətmişdir. O, həmin əməlləri təkrar və qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməklə bu cür məzmunlu materialları internet vasitəsilə yaymışdır. Onun əməlləri cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokola və ona əlavə edilmiş diskdə olan görüntülər, Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, */*** nömrəli rəyi və digər sübutlarla təsdiq olunur. Beləliklə də Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi müəyyən edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.2-ci, 281.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işinin materialları ilə sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 220.2-ci, 281.2-ci maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 220.2-ci, 281.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş materialları ilə sübuta yetirilmiş və apellyasiya baxışı zamanı təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qiyabi hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qiyabi hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə İsrafilov Fuad Həsənağa oğluna 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-415/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-415/2026
23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver