Məhkəmə qərarları › İş №1(3-6)-418/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-418/2026

13.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-418/2026 13.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 İsaməddin oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 İsaməddin oğlunun verdikləri apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər: X2 (sədrlik edən), Rüstəmov Elmin İltizam oğlu və X3 ibarət tərkibdə) ## #### 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 201 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 və ## #### 2000-ci il tarixdə Qəbələ rayonu, Əmirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “Shaurma №*” restoranlar şəbəkəsində xəzinədar-operator vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Əmirvan kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Bakı istintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barələrində 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən, təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması, onların cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri, barələrində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmış, maddi sübutlar və məhkəmə xərci ilə bağlı məsələlər və həll edilmişdir. İşin halları: Həmin məhkəmə hökmü ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 214-1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişlər ki,: - təqsirləndirilən şəxs2 əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərini şəxsi istifadəsində olmuş “xxxx” ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı vasitəsilə 2023-2024-cü illər ərzində öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və ya tanışlarından guya maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası CM-in 214-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası CM-in 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və belə qrupa rəhbərlik etmə cinayət əməllərinin şəxs və qrup tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsinin, terrorçunun və ya terrorçu qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən toplayıb ünvan 1 ünvanında yerləşən “xxxx” ASC-yə məxsus bank terminalından məxaric edib ABŞ dolları əskinaslarına konvertasiya etməklə ayrı-ayrı vaxtlarda Bakı şəhəri Xətai rayonunda yerləşən “xxxx” ASC-nin Əhmədli filialından “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi vasitəsilə öz adından konvertasiya tarixlərinə uyğun ## ######## 2023-cü il tarixdə 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Abdenafaa Lalouani” adlı şəxsin, ## ###### 2023cü il tarixdə 175 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Hicham Amzgane” adlı şəxsin, ## ###### 2024-cü il tarixdə isə 105 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “İbrahim MM Albanna” adlı şəxsin hesabına köçürərək qeyd olunan pul vəsaitlərini həmin şəxslər vasitəsilə Suriya Ərəb Respublikası ərazisində terrorçuluq və Azərbaycan Respublikası hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma cinayətləri törətməkdə ittiham olunmaqla hazırda Azərbaycan Respublikası CM-in 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli qeyrisinə verilməsini təmin etməklə təkrarən terrorçuluğu maliyyələşdirmişdir. - Bundan başqa, təqsirləndirilən şəxs2 tanışı təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək əvvəlcədən əldə olunmuş razılığa əsasən bir qrup şəxs halında əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərini şəxsi istifadəsində olmuş “xxxx” ASC-yə məxsus “4098 5844 9297 0270” nömrəli bank kartı vasitəsilə 2023-2024-cü illər ərzində öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və ya tanışlarından guya maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası CM-in 214-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası CM-in 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və belə qrupa rəhbərlik etmə cinayət əməllərinin şəxs və qrup tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsinin, terrorçunun və ya terrorçu qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən təkrar toplayaraq həmin bank kartında olan 175 manat pul vəsaitini # ###### 2024-cü il tarixdə təqsirləndirilən şəxs1 şəxsi istifadəsində olmuş “xxxx” ASCyə məxsus “4098 5844 5099 2985” nömrəli bank kartına göndərmiş, sonuncu isə həmin pul vəsaitini həmin tarixdə, saat 09:07-də “xxxx” ASC-nin Q.Qarayev küçəsi 66 ünvanında yerləşən bank terminalından məxaric etməklə # ###### 2024-cü il tarixdə şəxsi istifadəsində olmuş “xxxx” ASC-yə məxsus “4169 7388 7309 5529” nömrəli bank kartının balansına ödəmə terminalı vasitəsi ilə mədaxil edib, guya Türkiyədə yaşayan dostuna pul göndərmək adı altında həmin cinayətlə əlaqəsi olmayan tanışı İbrahimov Fariz İbrahim oğlunun “Whatsapp” mobil tətbiqi vasitəsi ilə fotoşəklini atdığı İbrahimova Rəhilə Şaiq qızının şəxsi istifadəsində olan “xxxx” ASCyə məxsus “4169 7388 3309 9116” nömrəli bank kartına “Mobil Bankçılıq” proqramı vasitəsilə qeyd edilən tarixdə həmin pul vəsaitini göndərib sonuncunun vasitəçiliyi ilə ABŞ dolları əskinasına konvertasiya etməklə “xxxx” MMC-nin Qəbələ rayon Mərkəzi poçt şöbəsindən “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi üzərindən 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Amiri Khalid” adlı şəxsin hesabına köçürülməsini və qeyd olunan pul vəsaitini həmin şəxs vasitəsilə Suriya Ərəb Respublikası ərazisində terrorçuluq və Azərbaycan Respublikası hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma cinayətləri törətməkdə ittiham olunmaqla hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli qeyrisinə verilməsini təmin etməklə təkrarən terrorçuluğu maliyyələşdirmişdir. - Bundan başqa, təqsirləndirilən şəxs1 əldə olunma mənbəyindən asılı olmayaraq pul vəsaitlərini “Whatsapp” sosial şəbəkəsində yaradılmış “Əhli sünnə vəl cəməat” adlı qrupda ona məxsus +*** ** *** ** ** mobil telefon nömrəsi vasitəsi ilə paylaşdığı öz şəxsi istifadəsində olmuş “xxxx” ASC-yə məxsus “4098 5844 5099 2985” nömrəli bank kartı vasitəsilə 2023-2024-cü illər ərzində öz şəxsi gəlirlərindən, eləcə də sosial şəbəkələr vasitəsilə və ya tanışlarından guya maddi ehtiyacı olan şəxslərə “sədəqə” - yardım adı altında tamamilə və qismən, bilavasitə və dolayısı ilə Azərbaycan Respublikası CM-in 214-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, həmçinin Azərbaycan Respublikası CM-in 283-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin, yəni Azərbaycan Respublikası vətəndaşlarını dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və belə qrupa rəhbərlik etmə cinayət əməllərinin şəxs və qrup tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsinin, terrorçunun və ya terrorçu qrupun üzvlərinin maliyyələşdirilməsi üçün istifadə olunacağını bilərək qəsdən təkrar toplayıb ## #### 2024-cü il tarixdə, saat 15:32-də "xxxx” ASC-nin Q.Qarayev küçəsi 66 ünvanında yerləşən bank terminalından 180 manat pul vəsaitini məxaric edib həmin tarixdə “xxxx” ASC-nin Neftçilər filialında ABŞ dolları əskinasına konvertasiya etməklə “Western Union” beynəlxalq sürətli pul köçürmə sistemi üzərindən 100 ABŞ dolları pul vəsaitini Türkiyə Respublikasına “Oualid Hadef” adlı şəxsin hesabına köçürərək qeyd olunan pul vəsaitini həmin şəxs vasitəsilə Suriya Ərəb Respublikası ərazisində terrorçuluq və Azərbaycan Respublikası hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma cinayətləri törətməklə ittiham olunmaqla hazırda Azərbaycan Respublikası CM-in 214.2.1, 214.2.6 və 283-1.3-cü maddələri ilə beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşı “İdris” dini ləqəbli qeyrisinə verilməsini təmin etməklə təkrarən terrorçuluğu maliyyələşdirmişdir. Müdafiəçilər müdafiəçi1 və müdafiəçi2 İsaməddin oğlu (bundan sonra – müdafiəçilər) verdikləri apellyasiya şikayətlərində həmin məhkəmə hökmünün ləğv edilməsini, müvafiq olaraq hüquqlarını müdafiə etdikləri təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 (bundan sonra – təqsirləndirilən şəxslər) barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətlərinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ibtidai istintaq orqanına ifadələri fiziki və psixi təsirə məruz qalmaqla verdiklərini nəzərə almamışdır. Təqsirləndirilən şəxslərə yalnız ehtimallar əsasında ittiham elan edilmiş, onların əməlində Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsinin tərkib əlamətinin olması mötəbər sübutlarla sübuta yetirilməmişdir. Belə ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 Nizaimi oğlunun silah və digər qadağan olunmuş predmetlərlə çəkilmiş fotoşəkillərinin mövcud olduğu “İdris” dini ləqəbli X5 məxsus olduğu iddia edilən “instagram” sosial şəbəkəsindəki hesabı izləməsi və ya “WhatsApp” mobil tətbiqində onunla konkret olaraq terror fəaliyyətini maliyyələşdirməyə yönələn hərəkətlərin edilməsini ehtiva etməyən danışıqların olmasını, onun məişət xarakterli müzakirlərinin nəticəsi olaraq “İdris” ləqəbli şəxsə maddi yardım göstərməsini terrorçuluğun maliyyələşdirilməsi niyyətinin sübutu kimi qiymətləndirilməsi əsassızdır. Kamran Şıxəliyevin terrorçu olduğu halda, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 bu faktı bilməsinə dair iş materiallarında sübut mövcud deyildir. Hökmdə müdafiə tərəfinin dəlillərinə münasibət bildirilmədən, təqsirləndirilən şəxsin məhkəmə iclasında sərbəst və könüllü şəkildə verdiyi ifadələri nəzərə alınmadan, yalnız ibtidai istintaq zamanı təzyiq altında, müdafiə hüququ pozulmaqla verdiyi ifadələrə əsaslanılmış, ittihamı təkzib edən sübutlar nəzərə alınmamışdır. Müdafiəçi müdafiəçi2 İsaməddin oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 maliyyə yardımı göstərdiyi “İdris” adlı şəxsin terrorçuluq fəaliyyəti ilə məşğul olması barədə məlumatı olmadığına, beləliklə onun əməlində cinayət tərkibinin subyektiv cəhəti yaranmadığına, “İdris” dini ləqəbli Suriya Respublikasının yeni hökumətində rəsmi sənədlər əsasında hərbiçi kimi fəaliyyət göstərən X5 ümumiyyətlə terrorçu olması faktı sübuta yetirilmədiyindən ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassızdır. Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri apellyasiya şikayətlərinin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətlərinin dəlillərini birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməsi, təqsirləndirilən şəxslərin təqsirli bilindikləri cinayət əməllərinə münasibətdə təqsirlərini sübuta yetirməməsi, beləliklə də Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslərin məhkəmə hökmü ilə təqsirli bilindikləri cinayət əməllərini törətmələri birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutmaq və həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanmaqla, hər hansı qanun pozuntusuna yol verilmədən cinayət işi materiallarına əlavə edilmiş, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq etdiyi, tam, hərtərəfli və obyektiv şəkildə araşdırıb sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən,: - təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı hər hansı təsirə məruz qalmadan, müdafiəçisinin iştirakı ilə 14 mart, 15 mart, 04 aprel, 01 may, 16 oktyabr və ## ###### 2024-cü, ## ###### 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində dindirilərkən (İ cild, səh. 47-49, 149-151, II cild səh. 11-22; 72-74, IV cild, səh. 27-30, 73-81, 220, 221), barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimata ## #### 2024-cü il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında (həmin məhkəmənin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı əsasında - İ cild, səh. 162-164) və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələri, - təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 şəxsən yazdığı ## #### 2024-cü il tarixli ilkin izahatı (II cild, səh. 221-224), hər hansı təzyiqə məruz qalmadan, müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı 31 iyul, 14 avqust, 28 oktyabr, ## ###### 2024-cü il, 30 yanvar, ## ###### 2025ci il tarixlərdə dindirilərkən (III cild səh. 9-12, 90, 91, IV cild, səh. 42-45, 135-137, 150-163, 232, 233), barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatət və təqdimata ## #### 2024-cü il tarixdə Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən məhkəmə iclasında (həmin məhkəmənin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı əsasında - III cild, səh. 22-26) və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələri, - şahidlər şahid3, İbrahimov Fariz İbrahim oğlu və İbrahimova Rəhilə Şaiq qızının məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri, eləcə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş digər şəxslərin məhkəmə istintaqı zamanı elan edilmiş ifadələri, - “Baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokol (İ cild, səh. 15-17), “İnstagram” hesablarına baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər (İ cild, səh. 125-140), “Baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəllər, mesajlar və telefon nömrələri barədə məlumatlar (İ cild, səh. 170-257), “Kompakt diskə baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol (İ cild, səh. 267, 268), “Plastik bank kartına baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol (İ cild, səh. 269, 270), “Kompakt diskə baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol və orada göstərilmiş danışıqların mətni (İ cild, səh. 275-277), “Baxış keçirilməsi barədə” ## ##### 2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllər (II cild, səh. 57- 61), “Kompakt diskə baxış keçirilməsi barədə” # ### 2024-cü il tarixli protokol (II cild, səh. 62- 64), “Kompakt diskə baxış keçirilməsi barədə” ## ### 2024-cü il tarixli protokol (II cild, səh. 102), “Sənədlərə baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol (II cild, səh. 123-128), “Kompakt diskə baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol (II cild, səh. 141- 143), “Kompakt diskə baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol (II cild, səh. 227-238), “xxxx” MMC-dən daxil olmuş məktub və qoşmasına baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokol (II cild, səh. 239), ## #### 2024-cü il tarixli protokol (II cild, səh. 262), “Fotoşəkil üzrə tanıma” haqqında ## #### 2024-cü il tarixli protokol (II cild, səh. 263-265), “Plastik bank kartlarına baxış keçirilməsi barədə” # ###### 2024-cü il tarixli protokol (III cild, səh. 31-33), “Baxış keçirilməsi barədə” ## ###### 2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər (III cild, səh. 107-109), “Kompakt diskə baxış keçirilməsi barədə” ## ######## 2024cü il tarixli protokol (III cild, səh. 134, 135), “Kompakt diskə baxış keçirilməsi barədə” ## ######## 2024-cü il tarixli protokol (III cild, səh. 136, 137), “Kompakt diskə baxış keçirilməsi barədə” ## ######## 2024-cü il tarixli protokol (III cild, səh. 161), “Kompakt diskə baxış keçirilməsi barədə” ## ####### 2024-cü il tarixli protokol (III cild, səh. 285, 286), “Kompakt diskə baxış keçirilməsi barədə” ## ###### 2024-cü il tarixli protokolda (IV cild, səh. 114) müəyyən edilən məlumatlar, “Baxış keçirilməsi barədə” # ###### 2024-cü il tarixli protokol (IV cild, səh. 121-124), - məhkəmə-fonoskopik ekspertizasının # #### 2024-cü il tarixli, *-**-**/*-*/*** nömrəli rəyi (II cild, səh. 175-185), ## ######## 2024-cü il tarixli, */**** nömrəli rəyi (IV cild, səh. 8-14), məhkəmə kompüter-texniki ekspertizasının ## ###### 2024-cü il tarixli, */**** nömrəli rəyi (IV cild, səh. 115-120) (məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur) ilə müəyyən edilmiş hallar və maddi sübutlarla tam sübuta yetirilmişdir. Buna görə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmələri barədə düzgün nəticəyə gəlmiş, həmin nəticə işin faktiki hallarına uyğundur. Müdafiəçilərin verdikləri apellyasiya şikayətlərinin dəlilləri yuxarıda iş materiallarında olduğu qeyd edilən sübutlar və onlar əsasında müəyyən edilmiş işin faktiki halları ilə tam təkzib edildiyinə görə əsassızdır. Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsinin sanksiyasında müvafiq cinayət əməlinə görə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını qanunun yol verdiyi ən aşağı həddə təyin etdiyinə, onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxslər barəsində təyin etdiyi cəzanın növü və həddi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Bu səbəbdən məhkəmə hökmünün təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın növü və ya həddinə münasibətdə yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçilərin verdikləri apellyasiya şikayətləri təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 müdafiəçisi müdafiəçi1 və təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 müdafiəçisi müdafiəçi2 İsaməddin oğlunun verdikləri apellyasiya şikayətləri təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar