Məhkəmə qərarları › İş №1(3-6)-442/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-442/2026

22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-442/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X35 katibliyi, xüsusi ittihamçı Xüsusi ittihamçı nümayəndəsi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 oğlunun, məhkum edilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs, müdafiəçi – “Arbitrium” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ### 1968-ci il tarixdə Balakən rayonunun Talalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 8, inzibati binada qeydiyyatda olan və faktiki Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 1 ünvanında yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## ####### 2024-cü il tarixdə “Tik-Tok” sosial şəbəkədə onun və atası Tağı Əhmədovun şəklini qoyaraq barəsində “dədən maşennikdir, özün maşenniksən, sən bu işdə tiksən, dədənlə sən birsiz, ağıldan da kəmsiz axmağ oğlu axmağ, axmağ oğlu axmağ” mahnısım qoyaraq şərəf və ləyaqətini nalayiq formada alçaldaraq onu təhqir etmişdir. Bundan başqa Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tik-Tok” sosial şəbəkədə onun şəklini qoyaraq, şəklinin üzərində “Nizami Rayon hakimi rauf ehmedov tağı oğlu sahibkar loğman zülfüqarldan rüşvet alaraq qazi atasının əlehinə qerar verdi şerefsiz” sözlərini yazaraq onu ağır cinayətdə ittiham etməklə ona böhtan almışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu təhqir etdiyinə və ağır cinayətdə ittiham etməklə böhtan atdığına görə o da hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müracət etməli olmuşdur. Məhkəmənin diqqətinə onu da çatdırır ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ## ###### 2017-ci il tarixdə, saat 22 radələrində, yaşadığı Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ** saylı evin ** saylı mənzilində oğlu X3 ilə aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı, əli ilə taxta oturacaqla və bıçağın küt hissəsi ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona sağ baldırın qançırı, oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ əlin II barmağının şişkinliyi, burun kökünün şişkinliyi, onurğanın döş nahiyəsinin qançırı və səthi əzilmiş yarası, gicgah təpə nahiyəsinin şişkinliyi və qançırı (hematoması) kimi xəsarətlər yetirərək, zərərçəkmişin sağlamlığına, dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində olan cinayət işinə baxılması onun icraatına verilmişdir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs X3 atası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2017-ci il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona. qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza ləyin edilmişdir. X4 atası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs qarşı “kompensasiya ödənilməklə mənzilə yaşayış və istifadə hüququnun itirilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2018-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək X4 tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 10000 (on min) manat məbləğində kompensasiya verilməklə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Bakı şəhəri Nizami rayonunun Bəkir Çobanzadə küçəsindəki ** saylı evin ** saylı mənzilindən yaşayış və istifadə hüququna xitam verilmişdir. X2 atası Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hərəkətlərinə görə öz soyadını dəyişərək özünə Həsənov soyadı götürmüşdür. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs cavabdeh "xxxx" ASC-ə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X9 Xidməti cəlb olunmaqla, "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Mülki işin baxılması onun icraatına verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2020-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsinə əsasən, iddiaçı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs cavabdeh "xxxx" ASC-ə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X9 Xidməti cəlb olunmaqla, "əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edimişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Tik-Tok” sosial şəbəkədə onun şərəf və ləyaqətini ləkələyən məlumatları yayaraq böhtan atmış, habelə onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış və onu rüşvət almaqda ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Görünüdüyü kimi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs onu təhqir edərək, eyni zamanda onu ağır cinayətdə ittiham etməklə ona böhtan almış, yəni yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları ## ####### 2024-cii il tarixdə “Tik- Tok” sosial şəbəkədə yaymışdır. ## ### 1968-ci il tarixdə Balakən rayonun Talalar kəndində doğulmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi. * nömrəli inzibati binada qeydiyyatda olmaqla yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə və 148-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünə əsasən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona aylıq qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki gününü azadlığın məhdudlaşdırılmasının bir gününə bərabər tutmaqla hesablayaraq 01 il müddətinə islah işləri cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmuş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla ona qəti olaraq 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Bəhruz ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bakı şəhər Probasiya Idarəsinə həvalə edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində başqa yerə getmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi, məhkəmə xərcləri məsələləri də həll edilmişdir. Iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** saylı hökmündən məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət tərkibinin əsas elementi olan qəsd sübut edilməmişdir. Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən böhtan və təhqir cinayətinin mövcudluğu üçün məlumatın bilə-bilə və qəsdən yayılması sübut edilməlidir. Iş materiallarında Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məlumatları qəsdən və bilərəkdən yaymasını sübut edən kifayət qədər sübut təqdim edilməmişdir. Bu səbəbdən cinayət tərkibinin mövcudluğu şübhə doğurur. Paylaşımın konteksti və yaranma səbəbi araşdırılmamışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs uzun müddət çalışdığı müəssisədə əmək münasibətləri ilə bağlı problemlər yaşadığını bildirmişdir. Onun sözlərinə görə, iş saatları normadan artıq olmuş artıq işlədiyi saatların əmək haqqı ödənilməmiş rəhbərlik tərəfindən qəbul edilməmişdir. Bu səbəbdən, müxtəlif dövlət orqanlarına müraciət etmiş, lakin cavab ala bilmədiyini bildirmişdir. Məhkəmə bu halları araşdırmamış və hadisənin yaranma səbəblərinə hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi kimi * saylı Vəkil Bürosunun vəkili X5 iştirak etmişdir. X6 həmin vəkili qəbul etməmiş, onunla hüquqi yardım barədə müqavilə bağlamamış və vəkil orderinə imza atmamışdır. Cinayət Prosessual Məcəlləyə əsasən, təqsirləndirilən şəxs müdafiəçidən imtina etmək hüququna malikdir. Xüsusi ittiham qaydasında baxılan cinayət işlərində isə dövlət ittihamçısı (prokuror) iştirak etmir və təqsirləndirilən şəxs öz müdafiəsini şəxsən həyata keçirə bilər. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs tərəfindən vəkildən imtina edilməsinə baxmayaraq həmin vəkil müdafiəçi kimi göstərilmiş və məhkəmə prosesi onun iştirakı ilə aparılmışdır. Bu hal müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə baxışı zamanı müdafiə tərəfi tərəfindən təqdim edilmiş vəsatətlərə məhkəmə tərəfindən baxılmamış və onların təmin olunması və ya rədd olunması barədə qərar qəbul edilməmişdir. Bu isə Cinayət Prosessual Məcəllənin tələblərinə ziddir. Müdafiə tərəfi tərəfindən məhkəmə iclasının protokolunun verilməsi barədə vəsatət təqdim edilmişdir. Lakin məhkəmə həmin vəsatətə baxmamış və protokol təqdim edilməmişdir. Bu hal müdafiə tərəfinin apellyasiya hüququndan tam istifadə etməsinə mane olmuşdur. Sübutlar birtərəfli qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi sübutları qiymətləndirərkən yalnız ittiham tərəfinin təqdim etdiyi materiallara üstünlük vermiş və iş üzrə bütün halları tam araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək hökmün ləğv edilməsini, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında xüsusi itithamçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Birinci instansiya məhkəməsində xüsusi ittihamçının nümayəndəsi müdafiəçi2 xüsusi ittiham qaydasında şikayəti müdafiə etdiyi bildirərək xüsusi ittiham qaydasında şikayət verildikdən sonra yenidən “tik-tok” sosial şəbəkəsində Xüsusi ittihamçı şəklini paylaşaraq üzərində “sahibkar loğman zülfüqarlıdan rüşvət alaraq qazi atasının əleyhinə qərar verdi Xüsusi ittihamçı qazi atasına hədə qorxu gəldi, utanmaz utanmaz qazi atasını məhkəməyə verdi” sözlərini qeyd etmişdir. Bu isə bütün əvvəlki paylaşımların da onun özü tərəfindən edildiyini bir daha sübut edir. Ekspertin rəyində də xüsusi ittiham qaydasında şikayətdə göstərilənlər öz təsdiqini tapmışdır. Böhtan hər hansı şəxsin barəsində bilərəkdən yalan və əsassız ittiham yaymaq, onu günahlandırmaqdır. Yəni insanın etmədiyi bir işə görə onu günahlandırmaq şərəf və nüfuzuna xələl gətirmək, ona böhtan atmaq sayılır. Təqdim edilən videogörüntüdən və sosial şəbəkədə paylaşılan digər yazılardan da görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Xüsusi ittihamçı barəsində təhqir və böhtan xarakteli məlumatları yaymışdır. O, fərdi qaydada da Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bildirmişdir ki, yaxınlaşıb Xüsusi ittihamçı üzrxahlıq edib barışsın, lakin Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs əksinə deyir ki, Xüsusi ittihamçı özü gəlsin, mənim şikayətimi təmin etsin, ərizəmə baxsın, ondan sonra baxaram. Insan öz davranışları ilə islah olunduğunu göstərmir. Əksinə, bütün vasitələrlə digər işləri bura qatmaqla etdiyi əməllərə haqq qazandırmağa çalışır. Ona görə də hesab edir ki, ona sərt cəza verilməlidir ki, digərləri üçün də örnək olsun. Hakimlər Azərbaycan dövlətinin adından qərarlar qəbul edir, Ölkə Prezidenti tərəfindən vəzifəyə təyin olunub, vəzifədən azad olunurlar. Azərbaycan Respublikasının Konstitusiyasında hakimlərin toxunulmazlığı nəzərdə tutulub. Şəxsin məhkəmə qərarından narazı qalması halında onun apellyasiya instansiyası, kassasiya instansiyası məhkəməsinə şikayət vermək hüququ qanunvericilikdə nəzərdə tutulub. Hakimin qərarından narazı qalan hər bir şəxsin hakimi təhqir etməsinə, onun şərəf və ləyaqətini alçaltmasına, nüfuzdan salmasına yol verilməməlidir. Təkcə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs sosial şəbəkədə təhqir və böhtan xarakterli məlumatları paylaşması ilə məsələ bitmir, orada şərhlərdə hər kəs istədiyini pis formada yazır, bütün bunlar da hakimlərin nüfuzuna, ümumilikdə məhkəmə sisteminin nüfuzuna ciddi xələl gətirir. Ona görə də hesab edir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bunun nəticəsində ilk növbədə özü islah olunacaq, öz səhvini başa düşəcək, həmçinin digər insanlar da hakimlərin nüfuzuna xələl gətirən hərəkətlərdən çəkinəcəkdir. Birinci instansiya məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bildirmişdir ki, Nizami Rayon Məhkəməsinin hakimi Xüsusi ittihamçı əsassız və qanunsuz olaraq onun işə bərpa olunmasına dair tələbini təmin etməmişdir. 3 ildir ki o, işsizdir. Dəfələrlə apellyasiya məhkəməsinə, Ali Məhkəməyə şikayətlər etmişdir. Hazırda Konstitusiya Məhkəməsinə şikayət etmişdir. O, bu paylaşımları da qanunsuz olaraq işdən çıxarıldığı üçün etmişdir. Xüsusi ittihamçı şikayətində onun ailə sirrini təşkil edən məlumatları qeyd etmişdir, hansı ki ailə sirrinin yayılması da bir cinayətdir, ona görə də Xüsusi ittihamçı özü məhkəmə iclasında iştirak etməlidir, o da ondan şikayətçidir. Şəklin üzərində yazılan yazı və mahnıya gəldikdə həmin şəkil “Google” da var, şəkli oradan əldə etmiş, mahnını isə bir nəfər tanış uşaq ona demişdir ki, şəkilə bir qəşəng mahnı qoysun, çoxlu bəyənmə yığılsın, hansı mahnını qoyacağından məlumatı olmamışdır. Həmin mahnı sosial şəbəkələrdə var, oradan götürülüb, o səs onun səsi deyil. Telefonunda internet meqabaytı bitdiyi üçün həmin vaxt baxa bilməmişdir. Sonra necə mahnı olmasına baxmış və onu silməmişdir. Həmin videoyazı çoxlu “bəyənmə” yığmışdır. Həmin paylaşım hazırda silinib. Xüsusi ittihamçı şəkli paylaşılıb yazılan ifadələri isə o, işdən çıxarılmasından, maddi vəziyyətinin pis olmasından dolayı etmişdir. Həmin fotoşəkil və səsyazısının paylaşıldığı “Tik-Tok” sosial şəbəkəsində “qazi atası” səhifəsi ona məxsusdur. Onun həmin materialları paylaşmaqla şərəf və ləyaqəti alçaltmaq niyyəti olmamışdır. Sadəcə 3 ildir işsiz olduğu üçün, cənab Ali Baş Komandana bu halı çatdırmaq istəmişdir. Loğman Zülfüqarlının və Xüsusi ittihamçı sayəsində o, 3 ildir işsizdir. Onun ailə, maddi vəziyyəti nəzərə alınmalı və işə bərpa olunmalı idi, o, ailəsini dolandıra bilmir. Işə bərpa tələbi təmin olunmadığı üçün burada maraq olduğunu düşündüyündən belə bir paylaşım etmişdir. Bununla bağlı hər hansı sübutu yoxdur. Onun maddi vəziyyəti, ev şəraiti olduqca acınacaqlı vəziyyətdədir. 4 ildir ki, o hüquqlarını bərpa edə bilmir, işə bərpa olunmamışdır. Üç uşağını itirmişdir, oğlunun biri qazidir. Özü iki dəfə əməliyyat olunmuşdur, dərmanlarla yaşayır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Iş materiallarında olan xüsusi ittiham qaydasında şikayətə əlavə olunmuş diskdəki videogörüntülərdən və fotoşəkildən görünür ki, “Tik-Tok” sosial şəbəkəsində “qazi atası” adlı səhifədə xüsusi ittiham qaydasına şikayət ərizəsində göstərilən ifadələr işlədilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin səhifənin ona məxsus olduğunu və tərəfindən istifadə olunduğunu bildirmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli */**** saylı rəydən görünür ki, ekspertizaya təqdim edilən materiallarda işlədilən (“dədən maşennikdir, özün maşenniksən, sən bu işdə tiksən, dədənlə sən birsiz...”, “Nizami Rayon hakimi rauf ehmedov tağı oğlu sahibkar loğman zülfüqarlıdan rüşvet alaraq qazi atasının əlehinə qerar verdi...”) söz, söz birləşməsi və ifadələr xidməti fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında onun barəsində mənfi rəy yaratdığından böhtan olduğu təqdirdə Xüsusi ittihamçı şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən və ətrafdakıların yanında nüfuzdan salan məlumatlar hesab edilir. Təqdim edilən materiallardakı məlumatların böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən linqvist-ekspertin səlahiyyətinə aid deyildir. Ekspertizaya təqdim olunmuş məlumatlarda işlədilmiş (“axmağ oğlu axmağ”, “ağıldan kəm” və “şərəfsiz”) ifadələri Xüsusi ittihamçı şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, şəxsiyyətini mənfi qiymətləndirən və ətrafdakıların yanında nüfuzdan salan söz və ifadələr, məlumatlar hesab edilir. Iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ######## 2017-ci il tarixli hökmündən görünür ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona qazancından dövlət nəfinə 15% faiz məbləğində pul tutulmaqla, 01 il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, “təqsirləndirilən şəxs məlumatların həqiqətə uyğun olmasına dair hər hansı sübutunun olmadığını, işə bərpa tələbinə dair iddiası hakim tərəfindən təmin olunmadığı üçün burada maraq olduğunu düşündüyündən onun barəsində həmin məlumatları “Tik-tok” sosial şəbəkəsində ona məxsus səhifədə paylaşdığını bildirmişdir. Yəni bu təqsirləndirilən şəxsin heç bir mötəbər sübuta dayanmayan ehtimalı olmuşdur. Görüntülərdən görünür ki, yuxarıda göstərilən ifadələr “Tik-Tok” sosial şəbəkəsində təqsirləndirilən şəxsə məxsus səhifədə paylaşılmış, hətta özünün bildirdiyi kimi çoxsaylı “bəyənmə” yığmışdır. Bunlar isə məsuliyyətin yaranması üçün zəruri olan olan əlamətin mövcud olmasını, yəni böhtan xarakterli məlumatın kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasını təsdiq edir”. Birinci instansiya məhkəməsi həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli rəyinə istinad edərək gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, ekspertizaya təqdim olunmuş məlumatlarda işlədilmiş (“axmağ oğlu axmağ”, “ağıldan kəm” və “şərəfsiz”) ifadələri Xüsusi ittihamçı şərəf və ləyaqətini ləkələyən, nalayiq formada qəsdən alçaldan, şəxsiyyətini mənfi qiymətləndirən və ətrafdakıların yanında nüfuzdan salan söz və ifadələr, məlumatlar hesab edilir. Ekspert rəyinin tədqiqat hissəsində qeyd edilmişdir ki,”...Bu ifadələr faktoloji məlumat vermir, subyektiv, emosional və kobud qiymətləndirmə xarakteri daşıyır. Təkrar və intensivləçdirilmiş formada işlədilməsi adresatı qəsdən alçaltmaq niyyətini gücləndirir. Nəticə etibarilə həmin ifadələr şəxsin ləyaqətini alçaldır, onun mənəvi-əxlaqi və intellektual keyfiyyətlərini mənfi qiymətləndirir və təhqiredici xarakterə malikdir. Ekspertizaya təqdim olunan tədqiqat materialında verilmiş məlumatlar, söz və ifadələr bir-biri ilə əlaqəli şəkildə işlənərək ümumi neqativ məzmun yaratmışdır. Materiallarda hər hansı ehtimal, sual, tərəddüd xüsusiyyətli fikirlər müşahidə edilmir. Məlumatlarda emosionallıq yaradan qiymətləndirici ekspressiyalardan istifadə olunmuşdur. Materiallarda işlədilmiş “axmağ oğlu axmağ”, “ağıldan kəm”, “şərəfsiz” və “maşennik” ifadələri sürətli tezlikdə istifadə olunmuşdur. Ifadələrin neqativ məna yükü tamlıqla ümumi məzmunun üzərinə düşür. Verilmiş informasiyanın məna-məzmun təhlili deyilənlərin tam olaraq ittiham aspektindən irəli sürüldüyünü aşkar edir. Beləliklə məhkəmə ekspert rəyinin əsaslandırıcı hissəsində ekspertin hər bir söz və ifadə ilə bağlı gəldiyi qənaəti ətraflı, tam təfərrüatı ilə əsaslandırdığını nəzərə alaraq müvafiq ekspert rəyi ilə razılaşır və yuxarıda qeyd edilən söz və ifadələri təhqir kimi qiymətləndirir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin Xüsusi ittihamçı şərəf və ləyaqətini alçaltmaq niyyətinin olmadığına və ona məxsus “Tik-Tok” hesabında yayımlanan videonun onun tərəfindən deyil, başqa şəxs tərəfindən paylaşılması ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd etmişdir ki, həmin videonun “Tik-Tok” sosial şəbəkəsində məhz təqsirləndirilən şəxsə məxsus “qazi atası” adlı səhifədə paylaşılması, həmin videonu silməməsi, məhkəməyə xüsusi ittiham qaydasında şikayət verildikdən sonra yenidən özünə məxsus yuxarıda qeyd edilən səhifədə böhtan xarakterli yazı paylaşması onun gətirdiyi dəlillərin özünümüdafiə xarakteri daşıdığını, onun niyyətinin kütləvi nümayiş etdirilərək internet informasiya ehtiyatında Xüsusi ittihamçı şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılmasına yönəldiyini göstərir. Həmçinin təqsirləndirilən şəxs mahnının paylaşıldığı fotoşəkli özünün əldə etdiyini etiraf etmişdir. Birinci instansiya məhkəməsi fotoşəkli və oxudulan manhının məzmununda işlədilən ifadələri nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs məhz xüsusi ittihamçının şərəf və ləyaqətini alçaltmaq niyyətini reallaşdırmaq məqsədilə fotoşəklin üzərində bu niyyətinə xidmət edən mahnı yerləşdirərək sosial şəbəkədə paylaşmışdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin işə bərpa tələbinə dair iddiasının hakim tərəfindən rədd edilməsi səbəbindən xüsusi ittihamda qeyd edilən məlumatları paylaşmasına dair mövqeyinə isə münasibət bildirərək qeyd etmişdir ki, şəxsin qəbul edilmiş məhkəmə qərarı ilə razılaşmaması ona həmin qərardan yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ verir, hakimin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirilərək internet informasiya ehtiyatında yaymağa, onun şəxsiyyətini nalayiq formada alçaltmağa əsas vermir və buna haqq qazandırıla bilməz”. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi qənaəti kifayət qədər əsaslandırmış və dəlillərə münasibət bildirilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ###### 2014-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən, hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, “Informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasınınnın Qanununa əsasən “internet informasiya ehtiyatı” dedikdə - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı başa düşülür. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırması ilə razılaşaraq iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən və işdə olan sübutları bir daha təhlil edərək belə yekun nəticəyə gəlir ki, işdə olan sübutlar Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Birinci instansiya məhkəməsinin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar məhkəmənin hökmündə ətraflı şərh edilmişdir. Müdafiə tərəfi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirsiz olmasını iddia edərək ona bəraət verilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, habelə məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və məhkum edilmiş şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə tövsif etmişdir. Işin apellyasiya baxışı zamanı Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində cinayət təqibini istisna edən və bəraətin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39-cu və 42-ci maddələrində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə, həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırkı iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı iş üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə hədddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs cəza təyin edərkən cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizm nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyasında nəzərdə tutulan cəza növü təyin edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarı, həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklərə əsasən dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Vəkil müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən “Arbitrium” Vəkil Bürosunun hesabına 110 (bir yüz on) manat pul köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar