Məhkəmə qərarları › İş №1(3-6)-485/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-485/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-485/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən müafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim A.H.Əliyeva, hakimlər E.İ.Rüstəmov və V.E.Quliyevdən ibarət tərkibdə) ## #### 2026-cı il tarixli qiyabi hökmü ilə, ## ###### 1991-ci il tarixdə Zərdab rayonu, Yuxarı Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ##.##.2017-ci il tarixdə C******** nömrəli Azərbaycan Respublikasının ümumi vətəndaş pasportu ilə Heydər Əliyev adına X14 Respublikasının Praqa şəhəri istiqamətində ölkə ərazisini tərk etmiş, hazırda Isveçrə Konfederasiyasının ərazisində yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanması müəyyən edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin qiyabi hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara çağırışlar etmiş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş və bu cür məzmunlu materialları təkrarən yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs ## ######## 2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini Çexiya Respublikasının Praqa şəhəri istiqamətində tərk etdikdən sonra Isveçrə Konfederasiyasına gedib Azərbaycan Respublikasının vətəndaşları X6, X4 və istintaqa şəxsiyyətləri məlum olmayan qeyriləri ilə istintaqa məlum olmayan tarixdə və yerdə görüşüb Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşdırılmış və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən fəaliyyət göstərən hakimiyyətin zorla ələ keçirilməsini, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini təbliğ edən açıq çağırışlar etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişlər. Daha sonra Təqsirləndirilən şəxs qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə əsasən cinayətkar qrupun üzvləri Süleyman Süleymanlı, Mehman Məmmədov və qeyriləri tərəfindən Isveçrə Konfederasiyasının Cenevrə şəhərində Palace of Nations, Av. de la Paix 8-14, 1211 ünvanında yerləşən Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yaxınlığında eyni cinayətkar məqsədlə insanların gedişgəlişi çox olan ictimai yerdə təşkil olunmuş piketdə iştirak etməklə, orada cinayətkar qrupun üzvləri tərəfindən quraşdırılmış səsucaldıcı qurğu vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə əvvəlcədən əldə edilmiş sövdələşməyə əsasən, Mehman Məmmədov və digərləri “Diktatoru ... devirməkdən ötəri neynəmək lazımdır? Inqilab eləmək lazımdır! Yalnız inqilab eləmək! Mən hamını belə deyərdim ki, inqilaba çağırıram. Yəni, çalışsınlar, vuruşsunlar, qismən də olsa, başsız da olsa ayağa qalxsınlar! Yəni, bu rejim devrilməsə, bu rejim getməsə başqa cür mümkün deyil... Azərbaycan xalqı həmişə belə kötü gündə olacaq, həmişə belənçinə zəif gündə olacaq, yəni, Azərbaycan xalqının diktator rejiminə son, son, bir də son!” məzmunlu çıxışlar edib Azərbaycan xalqını inqilab etməyə səsləmiş, hakimiyyətin qeyri-leqal yolla, yəni zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, əvvəlcədən razılaşdırıldığı kimi cinayətkar qrupun üzvü olaraq Təqsirləndirilən şəxs tərəfindən həmin çağırışlar istintaqa markası və modeli məlum olmayan mobil telefonun kamerası ilə videolentə alınaraq ümumi cinayətkar niyyətə uyğun olaraq insanların sərbəst surətdə daxil olub izləyə biləcəkləri, ## ###### 2019-cu il tarixdə Təqsirləndirilən şəxs tərəfindən yaradılmış “Diktator Tv” adlı youtube kanalında ## ###### 2022-ci il tarixdə yerləşdirib canlı yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları mövcud hakimiyyətə qarşı qanunsuz yollarla çıxmağa təşviq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları internet resursları vasitəsi ilə yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında qeyri-məhdud sayda insan kütləsinə səslənərək ##.##.2023-ci il tarixdə yayımladığı “Baxın Ölkənin mafiya qanunları ilə idarə olunması sübut olundu. Xalq gecə üsyana qalxmalı idi” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=tCjEsQfutjk) videomüraciətində ”.............biz də polisə qarşı hərəkət etməliyik, digər polislər baxsın, gözləri qorxsun......... burda yazılmamış qanunlar həyata keçirilməlidir ki, digər polislər baxsın, otursun yerinə........” məzmunlu ifadələr işlədib Azərbaycan Respublikasında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən Azərbaycan Respublikası Konstitusiyasının 2-ci maddəsinin “Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsi ilə həyata keçirir”, Konstitusiyanın 58-ci maddəsinin 4-cü bəndinin “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır” kimi tələblərinə zidd olaraq insanların təfəkküründə aşkar surətdə çaşqınlıq yaratmaqla, dinc sakinləri Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa - təşviq edən “Youtube.com” video internet platformasında qeyri-məhdud sayda insanların hər hansı məhdudiyyət olmadan daxil olub izləyə biləcəyi “Diktator tv” internet kanalında ##.##.2023-cü il tarixdə “Saatlı rayonu ayağa qalxdı. Polis dəstələri yeridildi. Yaralananlar var. Ayağa qalxmağın zamanı gəldi” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=ei_gq7NoYQ0&rco=1) videomüraciətində “Azərbaycan xalqı, bu terrorist rejimdən artıq qisasımızı almaq lazımdır. Ayağa qalx Azərbaycan, ayağa qalxın artıq. ......üsyana qalx Azərbaycan xalqı, nəyi gözləyirsən?........ bu rejimə dur demək lazımdır. Azərbaycan xalqı, nə qədər yatacaqsan, ....... bunlardan qisas almalıyıq, ya yox. Rədd edin də, bu............polis rejimi yaradıblar, insanların üstünə 200-300 nəfər polis tökürlər” məzmunlu ifadələr işlədərək insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2023-cü il tarixdə “Təqsirləndirilən şəxs Azərbaycan xalqına çağırış edir. Diktator ............ rejimi üçün sonun başlanğıcı” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=6FPQaLAjIzI) videomüraciətində “........bu rejimin bir sonu var, Azərbaycan xalqı qorxmaq lazım deyil, .......ən böyük qüvvə xalqdır, əgər biz xalq olaraq bir yerə toplansaq, yumruğu bir yerə vursaq, hədəfimiz bir olsa, inanın Azərbaycan xalq, heç kim bizim qarşımızda dayana bilməz. .......qorxmadan çəkinmədən səsinizi çıxardın.........biz hamımılıqla əl-ələ verib hakimiyyətin üzərinə getməliyik. Ona görə qorxmaq lazım deyil....... artıq hərəkətə keçməyin vaxtıdır, bunların üstünə getməyin vaxtıdır. ........artıq hakimiyyətin üzərinə yerimək lazımdır, hakimiyyət qorxur. Xalq ayağa qalxdıqda, ardı gələcək, inanın mənə Azərbaycan xalqı, min nəfər, yüz nəfər ayağa qalxdı, onlarda onlara qoşulacaq, sadəcə bu partlayışı etmək lazımdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2023-cü il tarixdə “2 May Diktator.............rejimi Bloggeri Türkiyədə qətlə yetirdi. Unutmayaq. Qisas almalıyıq” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=7zCVThieVGA) videomüraciətində “Bir gün qisas alınacaq..... ölkənin 50 faizi nankordur......öləndə də gəlin kişi kimi ölün, kişi kimi ölmək lazımdır, daha qorxaq kimi yox, Bayram kimi ölmək lazımdır....” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2023-cü il tarixdə “Əsgər Anaları videonu diqqətlə izləyin-Diktator ............ rejimi və daha bir əsgərimiz. Susmayaq” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=JDK2XW0xXls) videomüraciətində “.... Ay Azərbaycan valideynləri bir dəfəlik üsyana qalxın.....nə vaxta kimi susacaqsınız? .......Əsgər anaları, əsgər valideynləri, gələcəkdə əsgər valideynləri olacaq şəxslər sözüm sizədir, artıq susmayın............rejmin terroruna, ...........yığışında, bu .......ailəni, rejmi ......edin, getsin. ..........üsyana qalxın” məzmunlu ifadələr işlədərək yayımlamaqla Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2023-cü il tarixdə “Halaldı Gədəbəydə insanlar dayanmır. Həbs olunanlar var. Təcili Rayonlar Gədəbəyə dəstək verin” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=IFrQ3oAaXA8) video müraciətində “............... Polis sizə qarşı belə şərəfsizlik edibsə, siz ona beş qatını etməlisiniz, çünki bu hakimiyyət bunu haqq edir, çünki bu hakimiyyət terror hakimiyyətidir, Azərbaycan xalqı başa düşürsünüzmü, hər rayondan 5 dənə, 10 dənə Yunis Səfərovlar meydana çıxmalıdır. 1-2 dənəsi o icra başçısının təpəsindən qoymadısa, düzələsi deyil, qoymaq lazımdır. Vətəndaş inqilabına başlamaq lazımdır, üsyana qalxmaq lazımdır, bu terrorist rejimi rədd etməyin artıq vaxtı çatıb Azərbaycan xalqı. Ayağa qalx, bu Gədəbəy camaatına dəstək verin. Üsyana qalxmaq lazımdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən eyni məqsədlə “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2024-cü il tarixdə “Kürd ............ M@fiyası və Kürd Azərin elədiyi qəddarlıqlar” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=ancKVoulNY8) video müraciətində “.........ey mənim talış qardaş və bacılarım, sizlərə səslənirəm, ancaq ümid sizlərədir, ancaq rejimə qarşı siz səsinizi çıxara bilərsiniz. Qoymayın haqqınızı, bu rejim alsın, ayağa qalxmaq vaxtıdır, öz səsinizi çıxarın, talış milləti, talış xalqı həmişə mərd cəsur olubdur....... Azərbaycanda yaşayan digər millətlər, özünüzü sübut eləməlisiniz” məzmunlu ifadələr işlədərək yayımlamaqla təkrarən Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2024-cü il tarixdə “Xəmir yumruğun şəhidə verdiyi dəyər. Oyan Bazarvaycan toplumu. Diktatorun Oyunlarına getmiyin” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=uj5W5O_O0rc) video müraciətində “..........bilmirəm, nə deyim, nə danışım ki, xalq üsyana qalxsın. Bu müharibə zad ..... üçün oyundur, bir şoudur, camaatı yatızdırmaq üçün, insanların başını qarışdırmaq üçün, hakimiyyətin devrilməsinin qarşısını almaq üçün bir oyun idi. Oyanın ay kasıblar oyanın, gözünüzü açın” məzmunlu ifadələr işlədərək yayımlamaqla Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn təkrarən açıq çağırışlar etmiş, eləcə də həmin məzmunlu materialları, yəni çağırışları internet informasiya resurslarında təkrarən yayılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2024-cü il tarixdə “Təcili Qazilərə göstəriş- Məmurları, Dövlət binalarına hücum edin, onları y@ndırın” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=VdSJbXEBWHg) video müraciətində “.........mən burdan özünü yandıran qazilərimizə səslənirəm, birinci özünü yandırma deyirəm, mən buna qarşıyam, ikincisi də özünü yandırırsan Daşkəsən icra hakimiyyətinin qarşısında, ayə birinci benzini tök icra hakimiyyətinin binasına, yandır oranı, sonra özünü yandır, gedən ayağı özünlə birini apar. Özünüzü yandırmaq istəyirsinizsə, gedin Milli Məclisi yandırın, gedin daş-qalaq edin də, oranı, gedin deputatları yandırın, Prezident aparatını yandırın, Icra hakimiyyətinin özünü yandırın, bir iki dəfə belə edin, xalq da sizə dəstək verəcəkdir. ......... sizə hörmət etmirlərsə, siz bu hakimiyyətə niyə hörmət etməlisiniz, gedin dövlət binalarına od qoyun da. Eşidirsiniz qazi qardaşlar, bunu edin............” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2024-cü il tarixdə “Dünən gəbərdilən Politləri daha yaxından tanıyaq. Rövşənlər ortaya çıxacaq, xalqın qisasını alacaq” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=5137m5-rM6E) video müraciətində “........ Azərbaycan polisi it kimi gəbərəcəksiniz, Rövşən kimi oğlanlar Milli qəhrəmandır....... belə itləri də gəbərtmək lazımdır” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyriməhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2025-ci il tarixdə “Imişlidən Təcili-Internet kəsilb. Rayon əhalisi Polis bölməsinin qarşısında toplaşıb. 4 uşaq ölüb” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=z9KmDo178HI), “Hakimiyyət Imişlidə baş verən qəzanın videogörüntülərini paylaşdı” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=7bzX7VsGe8A) və “Cinayət törədən Polis sərxoş olub. Nazirliyin saxtalaşdırdığı videonun orginalı. Dəhşətli görüntülər” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=Y-R_kwdv5eI) videomüraciətlərində “Bax belə, vur dağıdın, vurun aşırın polis maşınını, başqa variant buraxmayıb bu hakimiyyət bizdə......... ayağa qalxın. .......ay millət üsyana qalxın, üsyan, üsyan, üsyan. Ancaq bu, başqa variant yoxdur, bax belə üsyana qalxmaq lazımdır, digər rayonlar da üsyana qalxmalıdır, bu bandit rejimdən xilas olmaq lazımdır. Ancaq hərbə-zorba, zorakılıq...... Ədaləti bərpa etmək özümüzün əlindədir. Azərbaycanda polisdən qanundan heç nə gözləmə. Üsyana qalxanlara dəstək vermək lazımdır. ............ona görə ay millət üsyana qalxmaq lazımdır, bu rejim artıq bütün qırmızı cizgiləri keçibdir. ......... ayağa qalxın, üsyana qalxın, vurun polis bölmələrini dağıdın, polis maşınlarını vurun aşırdı”, “.......... dəstək olun da o rayonlara, çeviriliş edin də, bu rejimi. Üsyana qalxın ay millət, üsyana qalxın. ....... ayağa qalx, gecə ilə ayağa qalxın rayonlar, üsyana qalx”, “......... üsyana qalxmaq lazımdır, bu polislər camaatı yığıblar boğaza ............ üsyana qalx, ay millət üsyana, gecəliklə üsyana. ə digər rayonlar qalxmalıdır. .........” məzmunlu, ##.##.2025-ci il tarixdə “Imişlidən son məlumat-Hakimiyyət qorxusundan Imişliyə qoşun yeritdi. Baxın e rejim xalqdan necə qorxur” başlıqlı (link- https://www.youtube.com/watch?v=Xh4Dqo-7I_k) video müraciətində “..........bu xalq özünə güvənməlidir, bir gün çəkmədi, görürsünüz?, hakimiyyət necə ordu yeridib ora. .............. özümüzə inanmaq lazımdır, adi bir Imişlidə 300-500 adam, görsünüzmü polisin maşınını necə aşartdı. Istəsək eliyə bilirik, bunu digər rayonlarda da etmək lazımdır. Özünüzə güvənin, Imişliyə, bax, həmin o həbsdə olan, polis maşınlarını aşıran o qəhrəmanları azad etmək üçün əlinizə balta, yava, tüfəng alın, xilas edin onları, başa düşün, qeyrətə gəlin, bezib xalq bu hakimiyyətdən, üsyan edin.” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyriməhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2025-cü il tarixdə “......... rejimi Azərbaycanda yaşayan millətlərə qarşı haqsızlıq etməkdə davam edir” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=e3VHDcPkfV0) video müraciətində “........... bu rejim silahlı üsyandan başqa, silahlı inqilabdan başqa bir şey buraxmayıbdır. Bunun bir çarəsi var, oda ki, evinizdəki silahları, tüfəngləri, tüfəng olmadıqda baltanızı, yavanızı götürürsünüz, gecə ilə bütün polis bölmələrinə, icra başçılarına hücum edirsiniz, silahı olan da güllələməlidir, başqa variantı yoxdur...... silahlı üsyana qalxın da....... silahı əlinə al, güllələ bu rejimi, başqa variant yoxdur” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2025-ci il tarixdə “................. bənzəyən, Xalqına zülm edən Diktatorun acı sonu. Hardadı DTX Polisi” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=L138UOqxFUI) videomüraciətində “........özünüzə güvənmək lazımdır, polisdən qorxmaq lazım deyil, .............devirmək, xalqda böyük qüvvə yoxdur, polisdən qorxmaq lazım deyil, əgər polis sənə necə davranırsa, sən də polisə eləcə davranmalısan. Polis sənə qarşı dubinkadan istifadə edir, sən də əlinə dəmir götür, armatur götür, vur polisin təpəsinə, qorxma. Bu dünyada, bu həyatda məğlub edilməz heç kim yoxdur, devrilməyəcək heç kim yoxdur. Hər kəs devrilə bilər, elə ...... də devrilə bilər. ..... Azərbaycan xalqı özünə güvən, qruplaşmaq vaxtıdır, rayonlarda, kəndlərdə, Bakının kəndlərində vatsap qrupları yaradın, etiraz qrupları yaradın, təşkilatlanın, beləcə, yavaşyavaş, qorxmaq lazım deyildir. ........” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2025-ci il tarixdə “Günün günorta vaxdı evə basqın edin, dağıtdılar. Diktator rejimə qarşı Silahlı üsyan” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=nY18vkq9CFQ) videomüraciətində “.......bu rejim sənə necə davranırsa, sən də elə davranmalısan. Sənin evini uçurur, sən də get Prezident Aparatını uçur, Milli Məclisdə otur, zatən Milli Məclis bir..... yaramır. Bu rejim sənə qarşı silahdan istifadə edirsə, sən də silahdan istifadə et. Əgər bu rejim sənə qarşı bulduzerdən istifadə edirsə, sən də bir bulduzer götürüb gedib Milli Məclisin üstünə sürməlisən, Prezident Aparatına girməlisən. Bunun bir yolu var, silahlı üsyan, qardaş bu hakimiyyət silah yolu ilə hakimiyyətə gəlibdirsə, silah yolu ilə də getməlidir. Bunun ikinci bir adı yoxdur. .....silahlı üsyana qalx, topunu, tüfəngini, makarını, yavanı, baltanı, əlində nə varsa, götürüb çıxmalısan, bu rejimə qarşı, bunun polisinə qarşı, iri buynuzlu məmuruna qarşı istifadə etməlisən....... silahlanmaq, başqa variantı yoxdur, balta, yava, çəkic götürün, kəndlilər kəndli üsyanına başlamalıdır, bunun başqa variantı yoxdur” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2025-ci il tarixdə “Azərbaycan polisinə ürək sözlərim” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=Fls8aYdEaRc) videomüraciətində ” ........... rejimə qarşı üsyana qalxmaqdan başqa çarə yoxdur ........ Bu rejimdən xilas olmaq lazımdır ....... Bu rejimə qarşı üsyan, başqa variant yoxdur. Qana-qan lazımdır, bu rejimə qarşı konkret qana-qan lazımdır, bunun başqa adı yoxdur, Azərbaycan xalqı....... bu rejimə, bu ölkənin polisinə sadəcə və sadəcə nifrət eləməliyik, harda polis gördün, “işverən” gördün özün bas döy, başına ......, videosunu çək” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara təkrarən açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyri-məhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs eyni məqsədlə təkrarən “Youtube.com” video internet platformasında “Diktator tv” internet kanalında ##.##.2025-ci il tarixdə “DiqqətKürdəmirdə əhali yolu bağladı. Polislər vətəndaşdan rüşvət ala bilmədiyi üçün d.öydülər” başlıqlı (linkhttps://www.youtube.com/watch?v=V7K7Eqs9FlI) video müraciətində “...........bunun bir yolu var, üsyana qalxmaq ............ ortalıq qarışıbdır, bundan istifadə etmək lazımdır. Rayonlar, kəndlər polislərə qarşı üsyana qalxmalıdır, başqa variantı yoxdur........” məzmunlu ifadələr işlədərək yayımlamaqla ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan hakimiyyət orqanlarının fəaliyyətlərini iflic vəziyyətə salmağa, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə qarşı çıxmağa təşviq etməklə təkrarən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və təkrarən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və zorakılıqla müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etmiş, həmçinin bu cür məzmunlu video materialları qeyriməhdud sayda şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrarən yaymışdır. Qiyabi hökmdən, müafiəçi müdafiəçi2 apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilməsinə səbəb olan çıxışlardan sonra respublikada baş verən hər hansı bir iğtişaş və ya digər qanunsuz fəaliyyətlərin baş verməsi sübut olunmur. Bundan başqa, hər kəsə məlum olduğu kimi, sosial şəbəkələrdə iş materiallarında adıçəkilən Təqsirləndirilən şəxs videomüraciətləri sosial şəbəkə istifadəçiləri tərəfindən daha çox qeyri-ciddi və gülüş formasında başa düşüldüyü və ictimai təhlükəli olmadığı üçün bu paylaşımlara yumoristik məzmunda şərhlər yazılır. Təqsirləndirilən şəxs videomüraciətləri cəmiyyətdə ictimai təhlükəli qəbul olunmadığından dövlət üçün təhlükəli hesab edilməməlidir. Müraciətin ünvanlandığı subyektlər, yəni Azərbaycan cəmiyyətinin bu videomüraciətlər əsasında hər hansı iğtişaşlar və ya digər qanunsuz fəaliyyətlər törətməsi hazırki vəziyyətdə real deyil. Məhkəmə Ekspertiza Mərkəzi rəydə Təqsirləndirilən şəxs qeyd edilən videopaylaşımlardakı çıxışlarda, həmçinin videopaylaşımlarla nümayiş olunan yazılarda, habelə videopaylaşımların adlarında hakimiyyətin zorla ələ keçirilməsinə, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqļarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə yönələn açıq çağırışlar və bu cür məzmunlu materialları yaymasını göstərsə də, faktiki olaraq ekspert rəy verərkən nədən bu nəticəyə gəlməsinin metodik əsaslarını rəydə göstərməmişdir. Buna görə də, həmin rəy sübut növü kimi tanınmaqla qanunsuzluğa yol verilmişdir. Məhkəmə iclasında, müdafiəçi müdafiəçi1, hüquqlarını müdafiə etdiyi şəxsin mənafeyinə aid hissədə verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında, dövlət ittihamçısı X5, verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qiyabi hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq qiyabi hökmün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakıları qeyd edir. Müdafiəçi müdafiəçi2, işin faktiki halları ilə bağlı, birinci instansiya məhkəməsində istinad etdiyi halları, sonradan apellyasiya qaydasında mübahisələndirərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını iddia etmişdir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X15 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qiyabi hökmündən və iş üzrə toplanmış istintaq materiallarından görünür ki, müdafiə tərəfin apellyasiya şikayətinin yuxarıda qeyd olunan dəlilləri təsdiq olunmur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsiri, istintaq orqanı tərəfindən iş üzrə toplanmış, biri digərinə kifayət qədər uyğun gələn, əldə olunma mənbəyi məhkəmədə heç bir şübhə doğurmayan, mötəbərliyi və mümkünlüyü məhkəmədə tədqiq olunaraq yoxlanılmış və işin faktiki hallarına uyğun qaydada qiymətləndirilmiş sübutların məcmusu, habelə maddi sübutlar və digər iş materialları ilə müqayisədə tam sübuta yetirilmiş və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün mümkün hallar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş və sübutların hansına əsaslanıldığı hökmdə göstərilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, onlarda olan məlumatlara əsaslanmış, mövqeyini (gəldiyi nəticəni) hökmdəki sübutlara, işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, müdafiə tərəfin şikayətin dəlilləri bu nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir, habelə iş materialları ilə əlaqəli olan məlumatlara da uyğun deyildir. Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, məhkəməyədək icraat zamanı qanuni üsullarla toplanılmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv araşdırılaraq tədqiq olunmuş, əldə olunması, mənsubiyyəti, mümkünlüyü və mötəbrliyi məhkəmə qaydasında yoxlanılmış, biri digərinə kifayət qədər uyğun gələn və işin faktiki halları ilə heç bir ziddiyyət təşkil etməyən sübutların məcmusu ilə müqayisədə əsassız sayır və birinci instansiya məhkəməsinin müəyyən etdiyi məqamların işin faktiki hallarına uyğun gəldiyini nəzərə alaraq qeyd edir ki, bu xüsusda məhkəmənin gəldiyi nəticənin mübahisəsi əhəmiyyətsizdir. Belə ki, məhkəmə araşdırması zamanı törədilmiş cinayətdə faktiki iştirakı müəyyən edilmiş və nəzərə alınmış təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi, təqsirlilik məsələsi və törədilmiş cinayətlərə münasibətdə mübahisəli halların olduğu apellyasiya şikayətində iddia olunsa da, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticə üzrə mübahisəyə heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu mövqeyini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna, həmçinin müdafiə tərəfin apellyasiya şikayətinin dəlillərində istinad olunan məlumatların təkzibinə rəğmən qətiləşdirir. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsində bütün qanuni üsullardan istifadə edilməklə, təqsirləndirilən şəxsə münasibətdə, işin həqiqi halları ətraflı araşdırılmış, törədilmiş cinayətdə faktiki iştirakı və rolu müəyyənləşdirilmiş, bununla bağlı toplanmış sübutlar məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş və müdafiə xarakterli məlumatların mötəbərliyi işin müəyyən olunmuş faktiki hallarına uyğun qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsi bu xüsusda qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşdırdığı hüquqi mövqeyi və vahid məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qərarlarının hüquqi tövsiyyəsini nəzərə almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan mötəbər sübutların məcmusu təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun təqsirinin təsdiq edilməsi barədə yekun nəticəyə gəlməyə imkan verir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-in 836-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Hakimlər cinayət məhkəmə icraatında qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Birinci və apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə araşdırmalarının nəticəsi olaraq, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. Bunu nəzərə alan məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və bu xüsusda birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə materialda olan sənədlərə, qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun olduğu üçün razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Belə ki, həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya şikayətində, birinci instansiya məhkəməsi tərəfindən mötəbərliyi və mümkünlüyü şübhə doğuran sübutlar əsasında ittiham hökmünün çıxarıldığı iddia olunsa da, şikayətin qeyd olunan dəlilləri məhkəmə icraatı ilə müqayisədə təsdiq olunmamış, əksinə apellyasiya qaydasında yoxlanılmış sübutlara münasibətdə təkzib olunmuş və mülahizə xarakterli şikayətin dəlilləri, təqsirləndirilən şəxsin barəsində qəbul olunmuş qiyabi hökmün ləğv edilməsinə heç bir vəcdlə əsas ola bilməz. Odur ki, yuxarıda qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, iş üzrə toplanmış sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməllərinin Azərbaycan Respublikası CMnin 220.2 və 281.2-ci maddələri ilə tövsif etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ona görə ki, məhkəmədə tədqiq edilmiş subutların analizi göstərir ki, işin həqiqi hallarını müəyyən edən istintaq orqanı, yəni ittiham tərəfin təqdim etdiyi sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, onların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilinməsinə əhəmiyyətli dərəcədə təsir göstərə biləcək və ona qarşı irəli sürülmüş ittihamın törədilməsində təqsirsizliyini təsdiq edə biləcək konkret hallar iş üzrə müəyyən edilməmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsi zamanı müdafiə tərəfin təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü dəlillər ittiham tərəfin təqdim etdiyi mümkün və mötəbər sübutların məcmusu ilə müqayisədə təkzib edilmişdir. Odur ki, iş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması haqqında müdafiə tərəfin iddiası əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli qərarının və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** №-li qərarının hüquqi tövsiyyələri nəzərə alınmışdır. Apellyasiya baxışının nəticələrinə əsasən, birinci instansiya məhkəməsinin qiyabi hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil və bu xüsusda verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsində maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yolverilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qiyabi hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mənafeyinə aid hissədə müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli qiyabi hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-410-cu maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar