Məhkəmə qərarları › İş №1(3-6)-500/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-500/2026

04.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-500/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X21 (sədrlik edən məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X12 ibarət tərkibdə, Məhkəmə iclası katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər X2 və X4 ibarət tərkibdə) ## ###### 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi sahibkarlıq fəaliyyətini həyata keçirən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.2.3, 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 193-1.2.3-cü maddəsi ilə 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi, ona təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələrinin qoyulması, təyin edilmiş dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama və məhkmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilir ona görə ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özü və qrup üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, cinayətin törədilməsi yolu ilə əldə edildiyini bilə-bilə, öz qulluq mövqeyindən istifadə etməklə əmlakın əldə edilməsinin həqiqi mənbəyinin, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə əmlakı konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırmışdır. Belə ki, o, ## #### 2022-ci il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş Idarəsində ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti subyekti kimi qeydiyyatdan keçdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin qeydinə əsasən vəzifəli şəxs olaraq, “Sahibkarlıq fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək və digər xidməti vəzifələrinin icrası ilə əlaqədar tamah niyyətilə, qanunsuz qrant almaqla özü və digərləri üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq, yəni həmin Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş işçiləri işə qəbul etmək və işdən azad etmək, öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək, məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək, xarici iqtisadi münasibətlərdə iştirak etmək, valyuta əməliyyatları aparmaq və digər səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmək üçün Rumıniya Respublikasının paytaxtı Buxarest şəhərində fəaliyyət göstərən X18 X3 Regional Əməkdaşlıq üçün X7 Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan Azərbaycan Respublikası üzrə nümayəndəsi kimi fəaliyyət göstərən Şahid, tanışı X5 və şəxsiyyətləri müəyyən edilməmiş qeyriləri ilə 2022-ci ildən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmişdir. Aralarındakı cinayətkar sövdələşməyə əsasən fiziki şəxs kimi X18 X3 Regional Əməkdaşlıq üçün X7 “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 4-cü maddələrinin, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.2, 1.3, 1.4, 1.4-1, 1.5, 1.7, 1.8 və 1.10-cu bəndlərinin tələblərinə zidd olaraq dövlət qeydiyyatından gizlədilməklə, yəni Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmadan və Azərbaycan Respublikası Maliyyə Nazirliyindən qrantın maliyyəiqtisadi məqsədəmüvafiqliyinə dair rəy almadan, xidmət müqaviləsi kimi pərdələməklə qrant vəsaitlərinin alınması razılaşdırılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydasfnın 1.7-ci bəndi - qeydə alınmayan qrant müqavilələri (qərarları) üzrə bank və hər hansı digər əməliyyatlar aparıla bilməz və 1.8-ci bəndinin - bank əməliyyatlarının müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər tələblərindən yayınmaq üçün əlbir olduğu şəxslərlə qarşılıqlı razılıq əsasında dəqiq məlum olmayan tarixdə, yerdə və məzmunda “müqavilə” və digər sənədlər tərtib etmişdir. Planlaşdırılmış cinayətin davamı olaraq Təqsirləndirilən şəxs “xxxx” Açıq Səhmdar Cəmiyyətində ## #### 2022-ci il tarixdə adına ABŞ dolları ilə açılmış AZ**AZEN******************** nömrəli hesabına X18 X3 Regional Əməkdaşlıq üçün X7 məxsus bank hesabından ## #### 2022-ci il tarixdə 42.396,08 manata bərabər 24.938,87 ABŞ dolları məbləğində qrant vəsaitinin köçürülməsinə nail olmaqla vahid niyyətlə Şahid, X5 və qeyriləri ilə birlikdə ölkənin maliyyə sistemində şəffaflıq prinsiplərinin zədələnməsi ilə əhali arasında Bank sektoruna etibarlılığın zəifləməsi, ölkədə investisiya mühitinə ziyanın vurulması, fiziki və hüquqi şəxslərin qeyriqanuni yolla maliyyələşməsi ilə onların donor təşkilatlarından asılı vəziyyətə gətirilməsi, Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı hüququn aliliyinin zədələnməsi yolu ilə dövlət orqanlarının nüfuzunun aşağı salınması və bu üsulla cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Daha sonra, Təqsirləndirilən şəxs vəzifə səlahiyyətindən sui-istifadə etmə cinayətinin törədilməsi yolu ilə əldə etdiyi qrant, yəni hesabına mədaxil olunmuş 42.396,08 manata bərabər 24.938,87 ABŞ dolları məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini biləbilə həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyinin, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının örtbasdır edilməsi və gizlədilməsi məqsədilə ümumi cinayətkar niyyətdən kənara çıxaraq, təkbaşına öz qulluq mövqeyindən istifadə etməklə yuxarıda qeyd edilən layihənin icrası ilə bağlı “xxxx” ASC-dən ##.##.2022-ci il tarixdə 1.870 manata bərabər 1.100 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1.700 manata bərabər 1.000 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 2.550 manata bərabər 1.500 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1.700 manata bərabər 1.000 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 510 manata bərabər 300 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1.445 manata bərabər 850 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 850 manata bərabər 500 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1.700 manata bərabər 1.000 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 255 manata bərabər 150 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 2.550 manata bərabər 1.500 ABŞ dolları, ##.##.2022- ci il tarixdə 1.700 manata bərabər 1.000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2.550 manata bərabər 1.500 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2.550 manata bərabər 1.500 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 1.700 manata bərabər 1.000 ABŞ dolları, ##.##.2023- cü il tarixdə 3.400 manata bərabər 2.000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 3.400 manata bərabər 2.000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 3.400 manata bərabər 2.000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 6.293,4 manata bərabər 3.702 ABŞ dolları olmaqla, cəmi 40.123,40 manata bərabər 23.602 ABŞ dolları vəsaiti nağdlaşdırmış, 85 manata bərabər 50,15 ABŞ dolları, 44.04 manata bərabər 25,98 ABŞ dolları, 23 manata bərabər 13,57 ABŞ dolları, 15 manata bərabər 8,85 ABŞ dolları, 66,13 manata bərabər 39,01 ABŞ dolları, 2,73 manata bərabər 1,61 ABŞ dolları, 32,15 manata bərabər 18,91 ABŞ dolları, 1218 manata bərabər 718,58 ABŞ dolları, 109,98 manata bərabər 64,88 ABŞ dolları, 5 manata bərabər 2,95 ABŞ dolları olmaqla, cəmi 1601,4 manata bərabər 944,73 ABŞ dolları məbləğində vəsaiti müxtəlif istiqamətlərə (kommunal ödənişlər, mobil operatorlara ödənişlər və s.) köçürərək, ümumilikdə 41.724,8 manata bərabər 24.546,73 ABŞ dolları məbləğində maliyyə əməliyyatları aparmaqla, yəni nağd ödənişlər və köçürmələr yolu ilə həmin vəsait hesabına dəqiq məlum olmayan digər əqdlər həyata keçirtməklə leqallaşdırmışdır. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında olan işin faktiki hallarına və bir sıra qanunvericilik aktlarına istinadlar edilərək göstərilmişdir: Təqsirləndirilən şəxs X3 ictimai və sosial xidmətlər üçün müəyyən məbləği almış, fond dövlət tərəfindən tanınmış, fəaliyyətinə icazə verilmiş və cinayət fəaliyyəti ilə məşğul deyildir (istər ABŞ və istərsə də Azərbaycan baxımından). Hətta Fondun nümayəndəsi məhkəmədə qeyd etmişdir ki, sosial xidmətlərin göstərilməsi üçün edilən pul yardımları məhz hökümətin tövsiyyəsi ilə həmişə mülki müqavilə ilə rəsmiləşdirilmişdir. Ödəniş mülki müqavilə əsasında həyata keçirilmişdir. Ödənişdə Azərbaycan Maliyyə Monitorinq Xidməti (FIU) əməliyyatda problem görməmişdir. Pul yuma cinayəti üzrə tələb olunan obyektiv (məbləğin cinayət gəliri olması) və subyektiv (leqallaşdırma məqsədi-niyyət) tərkiblərinin Aygülün hazırki iş üzrə hərəkətlərində mövcud deyildir. Əgər bu tərkiblər mövcud deyilsə, Aygülün cinayət məsuliyyətinə cəlb edilməsi qanunsuzsuzdur. Prokurorluq Aygülə qarşı cinayət ittihamını sübuta yetirmək üçün məbləğin cinayət gəliri olduğunu və Aygülün leqallaşdırma məqsədilə hərəkət etdiyini konkret və etibarlı sübutlarla isbat etməlidir. Əgər Aygülə qarşı tətbiq edilən cinayət tərkibi müvafiq qaydada müəyyən edilə və onun fakta görə konkret şəkildə qanuni və qətiləşdirilmiş olmadığı və ya ittiham məzmunu məhkəmə-məntiqi əsasla dəstəklənmədiyi halda, bu, AIHK 7-ci maddəsinə ziddiyyət təşkil edə bilər. Xüsusilə, əgər milli orqanlar məbləğin cinayət gəliri olmadığı barədə kifayət qədər sübut və ya FIU qərarına baxmayaraq cinayət məsuliyyətinə cəlb etmişlərsə, bu maddə üzrə hüquq pozulması iddia oluna bilər. Mövcud faktlar sübut edir ki, Aygülün hərəkətində pul yuma cinayətinin obyektiv və subyektiv tərkibləri mövcud deyil, ona görə də cinayət təqibi qanunsuz və əsasızdır. “Aygülə qarşı irəli sürülən pul yuma ittihamı üçün zəruri hüquqi elementlər - məbləğin cinayət yolu ilə əldə edilməsi və leqallaşdırma niyyəti mövcud deyil. X3 alınan vəsait fondun qanuni fəaliyyəti nəticəsində verilmişdir, əməliyyat mülki müqavilə ilə əsaslandırılmışdır və FIU tərəfindən heç bir uyğunsuzluq aşkarlanmamışdır. Beləliklə, ittiham əsassız və AIHK-nın 7-ci maddəsinə ziddir. AR CM-nin 308-ci maddəsi ilə ona görə təqsirləndirilmişdir ki, güya o, fərdi sahibkar kimi öz qulluq mövqeyindən tamah niyyətilə istifadə etmiş və bunun nəticəsində pul yuma əməliyyatı etmişdir. Qeyd edilməlidir ki, hazırki bu ittiham da demək olar ki, AR CM-nin 193-1-ci maddəsinə yardımçı maddə olaraq əlavə edilmişdir. Sanki pul vəsaitlərinin yuyulması yönündə təqsirləndirilən şəxs tamahkarlıq edərək vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hazırki ittiham üzrə pul yuma əməliyyatının olmaması, təqsirləndirilən şəxsin əməlində cinayət hadisəsi olmadığı nəzərə alınsa, bu fakt AR CM-nin 308-ci maddəsi ilə qeyd edilən əməli da avtomatik olaraq istisna edir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmənin əvvəlki iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etmiş və apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünü ləğv edərək təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətlidir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili bəraət hökmünün çıxarılmasından ibarətdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onların əsasları və dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətində təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, işin halları ilə apellyasiya şikayətində qeyd edilənlər öz təsdiqini tapmır, əksinə təkzib edilir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə ona Aytac Ağazadə tərəfindən “Məişət zorakılığından əziyyət çəkən qadınlara dəstək” adlı yeni bir layihənin texniki tərəfində işləməyinə dair təklif gəlmişdir. Çətinlik çəkən qadınlara dəstək olmaq istədiyi üçün o da bu təklif ilə razılaşmışdır. O, Aytac Ağazadəni qadın hüquqlarının qorunması barəsində keçirilən sosial tədbirlərdən tanımışdır. “Məişət zorakılığından əziyyət çəkən qadınlara dəstək” adlı layihə səhv eləmirsə, 2022-ci ilin iyul ayından həyata keçirilməyə başlanmışdır. Həmin layihə ilə bağlı fəaliyyət bir il müddətində həyata keçirilmiş və o, layihəyə rəhbərlik etmiş, lakin layihəni həyata keçirən şəxs Aytac Ağazadə olmuşdur. Layihə ilə bağlı X18 X3 Regional əməkdaşlıq üçün X7 müraciət edilmişdir. Həmin layihə çərçivəsində qadınlara hüquqi və psixoloji yardım göstəriləcəyi nəzərdə tutulmuşdur. Layihə təsdiq edildikdən sonra, maliyyə ilə bağlı bütün hesablar onun adına açılmış, əməliyyatlar onun adından aparılmış, lakin bunların hamısını idarə edən Aytac Ağazadə olmuşdur, o, sadəcə texniki işləri görmüşdür. Bir müddət sonra o, artıq “xxxx” MMC şirkətində işləməyə başlamışdır. Məişət zorakılığından əziyyət çəkən qadınlara dəstək layihəsində fəaliyəti olmamışdır. O, sadəcə həmin layihə ilə əlaqədar pul gələndə həmin pulu çıxarıb Aytac Ağazadəyə vermişdir. Bu işdə onun yeganə marağı köməyə ehtiyacı olan qadınlara dəstək olmaq olmuş və bunun qarşılığında sadəcə maaş almışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq göstərmişdir ki, həmin layihə ilə bağlı sənədləşmə işləri onun tərəfindən aparılmışdır. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və bank hesabı onun adına açılmışdır. Ilkin olaraq layihə ilə bağlı sadəcə Aytac Ağazadəni tanımışdır. X3 ilə onun arasında xidmət müqaviləsi imzalanmışdır. X6 X17 Rəhimli ilə əlaqə saxlamışdır. Hesaba yatırılan pullardan maaşlara xərcləndiyini bilir, qalan pulun hara xərcləndiyi haqqında məlumatı olmamışdır. Aytac Ağazadə yatırılan pullarla bağlı hesabdan ona verəcəyi məbləği demiş, o da bank hesabından pulu çıxarıb Aytac Ağazadəyə verirmiş. Maaş alan işçilərdən biri özü olmuş, sosial isçi Sənubər Heydərova olmuşdur. Sənubər Heydərovanın işi köməyə ehtiyacı olan qadınları tapmaqdan ibarət olmuşdur. Aytac Ağazadə bu layihə üzrə onu məsləhət gördüyü üçün layihə ilə bağlı sənədlər onun adına olmuşdur. Bir müddət sonra layihə dondurulmuşdur. Onun heç bir vergi borcu yoxdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ## ###### 2025-ci il və ## ######## 2025-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində özünü təqsirli bilməyərək göstərmişdir ki, 2006-2010-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Coğrafiya” ixtisası üzrə bakalavr, 2010-2012-ci illərdə həmin universitetdə “Azərbaycanın Fiziki Coğrafiyası” ixtisası üzrə magistr təhsili almış, müxtəlif illərdə “Francebook” təhsil mərkəzi, “xxxx” Açıq Səhmdar Cəmiyyəti, “Bakı Britaniya Məktəbi” və “xxxx” MMC-də müxtəlif vəzifələrdə işləmiş, ##.##.2023-cü il tarixdə “xxxx” şirkətində işə qəbul edilmiş, hazırda da orada baş mütəxəssis işləyir. O, 2011-2013-cü illər ərzində aktivist kimi gender bərabərliyi mövzusunda mütəmadi çıxışlar etmişdir. Qeyri-hökümət təşkilatları ilə bağlı yalnız bir layihə icra etmiş, rəfiqəsi X5 təklifi ilə ehtiyacı olan qadınlara yardım edilməsini nəzərdə tutan layihə ilə bağlı ABŞ-ın X3 Regional Əməkdaşlıq üçün X7 müraciət etmişdir. Aytac Ağazadə ona həmin fondda işləyən, adını xatırlamadığı bir şəxslə razılaşdırdığını və “Məişət zorakılığından əziyyət çəkən qadınlara dəstək” adlı yeni bir layihə götürəcəyini qeyd etmiş və həmin layihənin icrasında ona köməklik etməsini xahiş etmişdir. Daha sonra Aytac Ağazadə ilə birlikdə sonuncuda əvvəlcədən mövcud olmuş bir layihədə kiçik dəyişikliklər edərək, xərc bölgüsü cədvəli ilə birlikdə layihənin məzmununu əhatə edən sənədləri elektron ünvan 1 şəxsi elektron poçt ünvanından fondun rəsmi, xatırlamadığı elektron poçt ünvanına göndərmişdir. Həmçinin dindirmə zamanı o, əvvəllər Dövlət Vergi Xidmətində sahibkarlıq fəaliyyəti subyekti kimi qeydiyyatının olmadığını, Aytacın məsləhəti ilə layihə üzrə daxil olacaq məbləği götürə bilmək üçün qeydiyyatdan keçdiyini, eyni zamanda vəsaiti qəbul edə bilmək üçün “xxxx” ASC-də dollar hesabı açdığını, fondla əlaqələrin əsasən Aytac tərəfindən idarə edildiyini, layihəyə may ayında başlanması planlaşdırılsa da, maliyyə vəsaiti gəlmədiyi üçün iyul ayına kimi aktiv iş aparılmadığı, iyul ayının sonunda onun “xxxx” ASC-də açdığı hesaba 24.938,87 ABŞ dolları məbləğində vəsait daxil olduqdan sonra, Aytac Ağazadə tərəfindən təşkilatı işlər həyata keçirilərək, ofis üçün yer axtarıldığını, eyni zamanda layihənin icrasında köməklik etməsi üçün Sənubər Heydərova adlı şəxsin işə cəlb edildiyini qeyd etmişdir. Sənubər sosial işçi kimi əmək haqqı almış, layihə çərçivəsində o, Aytac Ağazadə və Sənubər Heydərova ilə xidmət müqaviləsi bağlamışdır. Daxil olan vəsaitdən aylıq olaraq özü və Aytac 250 ABŞ dolları, Sənubər isə 350 ABŞ dolları məvacib almışdır. Layihə 12 ay davam etmişdir. Layihə üzrə dəstək olunacaq şəxslər Sənubər Heydərova tərəfindən müəyyənləşdirilmişdir. O, Aytac Ağazadənin tapşırığı ilə hissə-hissə vəsaiti bankdan nağdlaşdırmış və Aytaca vermiş, Aytac isə həmin vəsaiti aidiyyəti üzrə bölüşdürmüşdür. Layihə üzrə dəstək göstərilmiş şəxsləri və xidmət göstərmiş psixoloq, hüquqşünasları xatırlamadığını, layihə çərçivəsində təxmini olaraq 70 qadına hüquqi və psixoloji dəstək göstərdiklərini, təxminən 20 nəfərə hüquqi yardım göstərmək üçün vəkillər cəlb edildiyini, təxminən 50-60 nəfərə isə psixoloji yardım göstərildiyini bildirmişdir. Layihə çərçivəsində hesabat və zəruri alt sənədlər Aytac Ağazadə tərəfindən hazırlanaraq fonda təqdim edilmişdir. Layihə barədə özündə heç bir sənədin olmadığını, layihənin Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilməsi üçün müraciət etmədiyini, Şahid layihə çərçivəsində tanıdığını, onunla şəxsi münasibətlərinin olmadığını, layihə ilə bağlı xidmət müqaviləsi bağladığı üçün Dövlət Vergi Xidmətindən qeydiyyatdan keçdiyini demişdir. Həmçinin qeyd etmişdir ki, sözügedən fondun əsas tələblərindən birinin xidmət göstərən şəxsin VÖEN-in mövcud olması və eyni qaydada ölkə daxili qanunvericiliyə uyğun olaraq vergi ödəməsidir. Fondla 2022-ci ilin iyun ayında elektron poçt vasitəsilə müqavilə imzalamış, lakin həmin müqaviləni özündə saxlamamışdır. “xxxx” ASC-nin Bakı şəhəri, 28 may metrosunun yaxınlığında yerləşən filialından kassa məxaric orderi vasitəsilə vəsaitləri almış, həmçinin elektron qaydada ofisin kommunal, rabitə və digər ödənişlərini həyata keçirmişdir. Həmçinin o, layihə çərçivəsində Bakı-Sumqayıt şəhərlərində yaşayan şəxslərə dəstək göstərildiyini, fəaliyyət göstərdikləri ofisin Bakı şəhərində yerləşdiyini, lakin ünvanı dəqiq xatırlamadığını, Aytac Ağazadənin təşkilatçı kimi bütün proseslərə nəzarət etdiyini, layihə üzrə yaranan problemlərlə maraqlandığını, Sənubər Heydərovanın isə sosial işçi kimi fəaliyyət göstərdiyini, təşkilati işlərlə əlaqəsinin olmadığını, Şahid layihəni götürdükdən sonra tanıdığını, həmin dövrə qədər onunla əlaqəsinin olmadığını, layihəni götürdükdən sonra Aytac Ağazadə ilə birlikdə onunla görüşüb, layihənin hansı formada icra ediləcəyini qısa formada müzakirə etdiklərini, həmin görüş zamanı Mehriban Kərimlinin onlardan hər hansı sənəd və ya məlumat tələb etmədiyini, ümumi məlumatları öz təşəbbüsləri ilə təqdim etdiklərini, sonrakı müddətdə Şahid ilə daha görüşmədiyini, onunla əlaqələrin Aytac Ağazadə tərəfindən davam etdirildiyini, layihənin 2022-ci ilin iyun ayından 2023-cü ilin iyul ayına qədər davam etdiyini, Aytac Ağazadə və Sənubər Heydərovanın hazırda ölkədə olmadıqlarını, onlarla hazırda əlaqəsinin mövcud olmadığını, əlaqə yaradaraq layihə barədə məlumat almağa çalışdığını, lakin hər hansı nəticə əldə edə bilmədiyini qeyd etmişdir (iş vərəqə: cild İ, səh.65-68, 310-315). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ildə “Məişət zorakılığından əziyyət çəkən qadınlara dəstək” adlı layihə ilə bağlı ona təklif gəlmişdir. Həmin layihə üzrə Təqsirləndirilən şəxs idarə heyətində olduğu üçün onunla əlaqələri olmuşdur. Təqsirləndirilən şəxs layihənin icrasında birbaşa məsul olan şəxs olmamış, onun məsuliyyəti layihənin hesabatı ilə bağlı ona müraciət edilməsi ilə əlaqədar olmuşdur. Bu layihədə Təqsirləndirilən şəxs necə iş aldığı barədə heç bir məlumatı yoxdur. Lahiyə üzrə cəmiyyət qadın haqları ilə bağlı məlumatlandırılmalı, qadınlara hüquqi yardım göstərilməli idi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid Şahid daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, onda olan bütün layihələrin nəzarətini özü aparmışdır. 2014-ci ilə qədər layihələr üzrə “qrand” müqaviləsi bağlanılırmış. Lakin 2014dən sonra layihələr üzrə xidmət müqaviləsi bağlamışlar. “Məişət zorakılığından əziyyət çəkən qadınlara dəstək” adlı layihə təsdiqlənəndən sonra xidmət müqaviləsi bağlanılmışdır. Təqsirləndirilən şəxs sənəd üzrə “layihənin başında” olması o demək deyildi ki, məsulliyəti sadəcə o, daşıyır, formal olaraq rəhbər şəxs kimi komandadan Təqsirləndirilən şəxs seçilmişdir. Lakin məsuliyyəti bütün komanda daşımışdır. Təqsirləndirilən şəxs işi yekun və aralıq hesabatları təqdim etməkdən ibarət olmuşdur. Onda olan bütün hesabatları, müqavilələri istintaqa təqdim etmişdir. “Məişət zorakılığından əziyyət çəkən qadınlara dəstək” layihəsini həyata keçirmək üçün təşəbbüs qrupu yaradılmış və xidmət əsasında fəaliyyət göstərmişdir. Təmsilçisi olduğu təşkilatın ABŞ-da yerləşən bank hesabından xidməti müqaviləni kimlə bağlayırmışlarsa, həmin şəxsin bank hesabına köçürülməsi nəticəsində layihə maliyəşdirilməsi baş verirmiş. Bank hesabına gələn pulların təyinatı üzrə xərclənibxərclənməməsinin nəzarəti auditor tərəfindən həyata keçirilmişdir. Buxarestdə olan ofis tərəfindən layihənin hesabatları yoxlanılırmış. Hesabatlarla bağlı Təqsirləndirilən şəxs ilə təşkilatın arasında heç bir problem olmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid Şahid məhkəməyədək icraat zamanı daha da təfərrüatlı verdiyi ifadəsi elan edilərək tədqiq olunarkən müəyyən olunmuşdur ki, Şahid ## ######## 2025-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, X18 X3 baş qərargahı Vaşinqton şəhərində yerləşməklə, fondun Avropanın Berlin, Paris, Ankara, Buxarest, Brüssel, Varşava, Bratislava şəhərlərində ofisləri olmuş, Buxarest ofisi geniş mənada Qara dəniz hövzəsi ölkələrini əhatə etmiş, Cənubi Qafqaz ölkələri də həmin ofis tərəfindən idarə olunmuşdur. Təşkilatın əsas məqsədi Avropa və X18 arasındakı siyasi, iqtisadi, mədəni bağların gücləndirilməsindən ibarət olmuşdur. Fond ümumi məqsədini həyata keçirməkdən ötrü əhatə etdiyi ölkələrin vətəndaş cəmiyyətinə, yəni yerli QHT-lər, təşəbbüs qrupları və ayrı-ayrı fərdlərin həyata keçirmək istədiyi, cəmiyyət üçün faydalı layihələrə maliyyə dəstəyi ayırmışdır. O, 2008-ci ilin noyabr ayından etibarən fondun Buxarest ofisinin məsləhətçisi kimi çalışmağa başlamışdır. Azərbaycan vətəndaşı olduğuna görə, rəsmi qaydada işə götürülə bilmədiyi üçün onunla əmək müqaviləsi deyil, illik xidmət müqavilələri bağlanmışdır. Bu xidməti həyata keçirmək üçün 2008-ci ilin dekabr ayında «xxxx» ASC-də ********** nömrəli VÖEN üzrə adına USD bank hesabı açılmışdır. Qeyd edilən hesab yalnız göstərdiyi xidmət üçün ona ödənilən xidmət haqlarının qəbul edilməsi məqsədi ilə istifadə edilmişdir. Fondun özü 1975-ci ildə yaradılsa da, Buxarest ofisi 2007-ci ildən fəaliyyət göstərmişdir. Işlədiyi 2008- ci ildən etibarən Azərbaycanda bir çox QHT, təşəbbüs qrupu və ayrı-ayrı fərdlərə maliyyə yardımının göstərilməsində iştirak etmişdir. Xidməti - fondun özünə məxsus gmf.org adlı saytda yerləşdirdiyi layihə çağırışları ilə əlaqədar Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən QHT, təşəbbüs qrupu və ayrıayrı fərdlərdən Buxarest ofisinin rəsmi email adresi olan elektron ünvan 2 və onun rəsmi iş email adresi olan elektron ünvan 3 adreslərinə gələn layihələrə ilkin baxış keçirmək, onları analiz edib, müsbət və ya mənfi rəy ilə birlikdə ilk olaraq təşkilatın Buxarest ofisinin email adresinə geri qaytarmaqdan ibarət olmuşdur. Layihələrin dəyəri 25.000 ABŞ dollarından az olduqda, Buxarest ofisi tərəfindən layihələr onun rəyi ilə birlikdə fondun Vaşinqtonda yerləşən mərkəzi ofisinə göndərilmiş və mərkəzi ofisin ilkin idarə heyəti tərəfindən onun və Buxarest ofisinin işçiləri ilə birlikdə videokonfrans rejimində layihələr müzakirə edilmiş, həmin müzakirə nəticəsində layihə ya dəstəklənmiş, ya da ki, keyfiyyətli olmaması və ya maliyyə vəsaitinin kifayət qədər olmaması səbəbindən dəstəklənməsindən imtina edilmişdir. Layihə dəstəkləndikdə fondun Buxarest ofisinin direktoru (əvvəlcə Alenya Inaye, sonra isə Klara Volentiru) ilə resipiyentlər arasında müqavilə bağlanmış, müqavilələr Buxarest ofisində hazırlanmış və onlayn qaydada hər iki tərəf vasitəsilə imzalanmışdır. Bəzən resipiyentlər müqaviləni onun özünə, bəzən isə Buxarest ofisinə göndərmişlər. Lakin, Azərbaycanda olan resipiyentlər hər hansı sualları olanda onun özünə müraciət etmiş və onların Buxarest ofisində hər hansı şəxslə əlaqələri olmamışdır. Müqavilələr bağlandıqdan sonra artıq fondun Vaşinqtondakı maliyyə departamenti təxminən üç həftə ərzində maliyyə vəsaitinin Azərbaycan və Gürcüstan ərazisindəki resipiyentlərin VÖEN üzrə bank hesablarına köçürmüşdür. Layihənin dəyəri 25.000 ABŞ dollarından artıq olduqda isə Vaşinqtonda yerləşən mərkəzi ofisin üst idarə heyətinin də təsdiqinə ehtiyac olmuş, həmin müzakirədə yalnız Buxarest ofisinin direktoru iştirak etmişdir. Layihənin dəyəri resipiyent tərəfindən etdiyi müraciətində göstərilsə də, fond tərəfindən həmin məbləğin azaldıldığı hallar da olmuşdur. 2014-cü ilədək Buxarest ofisi ilə resipiyentlər arasında yalnız qrant müqaviləsi bağlanmış, bundan sonra Azərbaycan ərazisində fəaliyyətləri bir qədər məhdudlaşmışdır. Təxminən 2018-ci ilin əvvəllərində isə yenidən bərpa olunmuş və həmin vaxtdan etibarən resipiyentlər ilə bağlanmış xidməti müqavilələr əsasında maliyyə vəsaiti köçürülmüşdür. Bunun səbəbi Azərbaycan Respublikası qanunvericiliyində qrant vəsaitlərinin verilməsi ilə bağlı məhdudlaşdırıcı normaların olması, Ədliyyə Nazirliyində qrant layihələrinin qeydiyyata alınmaması olmuşdur. Hazırda bu məsələ ilə əlaqədar istintaq aparıldığına görə fondun rəhbərliyi tərəfindən onun bütün arxiv materiallarına giriş imkanına qadağa qoyulmuş, fəaliyyəti yalnız onlayn qaydada həyata keçirildiyi üçün özündə fiziki olaraq hər hansı sənəd heç vaxt olmamış, buna görə də istintaqa hər hansı sənəd və ya material təqdim edə bilməmişdir. O, Aytac Ağazadəni ilk dəfə qadın hüquqlarının müdafiəçisi kimi “Facebook” sosial şəbəkəsindən, Təqsirləndirilən şəxs isə fransız dili müəllimi kimi sosial şəbəkələrdən tanıdığını, təxminən 2020-2021-ci illərdə German Marşal fondunun Buxarest ofisi tərəfindən “Qadınların iqtisadi gücləndirilməsi” adlı layihə elan edildiyini və Aytac Ağazadənin öz layihəsini Buxarest ofisinə göndərdiyini, Təqsirləndirilən şəxs və Aytac Ağazadənin layihəsi təsdiqləndikdən sonra onlarla görüşdüyünü, layihə ilə bağlı söhbət apardığını, layihənin mövzusunun şiddət görmüş qadınlara sosial dəstək göstərilməsi ilə bağlı olduğunu, rəsmiləşmə və xidmət müqaviləsinin Təqsirləndirilən şəxs adına aparıldığını, əsas icraçı və təşkilatçının isə Aytac Ağazadə olduğunu, layihə ilə bağlı hesabatları və zəruri təqdimatların hazırlanması vəzifəsini Aytacın, vəsaitlərin əldə edilərək çatıdırılması vəzifəsini isə Təqsirləndirilən şəxs həyata keçirdiyini bildirmişdir (iş vərəqə: cild İ, səh. 203-206). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid Şahid məhkəməyədək icraat zamanı verdiyi həmin ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan: ## ######## 2025-ci il tarixli “baxış aparılması haqqında protokol”dan görünür ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi cinayətlərinin ibtidai araşdırılması baş idarəsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən təsis edilmiş sahibkarlıq subyektlərinə dair məlumatlar barədə «CD» diskə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına ##.##.2022-ci il tarixdə ********** saylı VÖEN mövcuddur. Həmin VÖEN Iqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş idarəsində sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs həmin VÖEN ilə “xxxx" ASC-də ##.##.2022-ci il tarixdə AZ**AZEN******************** saylı ABŞ dolları hesabı açmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi hər hansı başqa şəxslə əmək müqaviləsi bağlamamışdır (iş vərəqə: cild İ, səh. 137-152). «xxxx» ASC-dən daxil olmuş ##.##.2025-ci il tarixli, ***/***/****/**** nömrəli məktubdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus ********** saylı VÖEN-ə bağlı olan AZ**AZEN******************** saylı Biznes Visa USD (ABŞ dolları) və AZ76AZEN41010520417944105002 cari AZN hesabı mövcud olmuşdur. AZ**AZEN******************** saylı hesab üzrə əməliyyatlar ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək icra edilmiş, ABŞ-ın X3 Regional Əməkdaşlıq üçün X7 ##.##.2022-ci il tarixdə 42.396,08 manata bərabər 24.938,87 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Bu əməliyyata qədər kart üçün xidmət haqqı olaraq 19,99 manat vəsait məxaric edilmiş və fonddan vəsait daxil olduğu anda hesabda qalıq 0 olmuşdur. ##.##.2022-ci il tarixdən sonrakı dövrdə hesaba mədaxil olmamış, yalnız valyuta mübadiləsi ilə əlaqədar kurs fərqləri (##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2022, ##.##.2023, ##.##.2023, ##.##.2023, ##.##.2023-cü il tarixlərdə 0.01 AZN, ##.##.2023-cü il tarixdə 0.03 AZN, ##.##.2023-cü il tarixdə 0.02 AZN) ödənmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ##.##.2022-ci il tarixdə 1100 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1000 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1500 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1000 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 300 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 850 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 500 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1000 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 150 ABŞ dolları və 1500 ABŞ dolları, ##.##.2022-ci il tarixdə 1000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 1500 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 1500 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 1000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 2000 ABŞ dolları, ##.##.2023-cü il tarixdə 3702 ABŞ dolları məbləğində vəsaiti məxaric orderləri vasitəsilə nağdlaşdırmışdır (iş vərəqə: cild İ, səh. 164- 191). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin ## ######## 2025-ci il tarixli, ***-*/*-**-****/**** nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrində məlumat aşkar edilməmişdir. (iş vərəqə: cild İ, səh. 193). Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Mütəxəssis təhlilləri şöbəsinin ## ######## 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs “xxxx” ASC olan AZ**AZEN******************** nömrəli ABŞ dolları hesabına “X18 X3 Regional Əməkdaşlıq üçün X7" tərəfindən 24.938,87 ABŞ dolları (42.396,08 manat ekvivalenti) daxil olmuşdur. Daxil olmuş vəsaitdən 155,29 ABŞ dolları (268,60 manat ekvivalenti) bank komissiyasına silinmiş, 23.602,0 ABŞ dolları (40.123,40 manat ekvivalenti) nağd olaraq hesabdan çıxarılmış, 236,02 ABŞ dolları (401,23 manat ekvivalenti) pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutulmuş, azercell.az təyinatı ilə 50,15 ABŞ dolları (85 manat ekvivalenti), azerisiq.az təyinatı ilə 25,98 ABŞ dolları (44,04 manat ekvivalenti), azersu.az təyinatı ilə 13,57 ABŞ dolları (23 manat ekvivalenti), bakcell.az təyinatı ilə 8,85 ABŞ dolları (15 manat ekvivalenti), X1 təyinatı ilə 39,01 ABŞ dolları (66,13 manat ekvivalenti), Vita Aptek təyinatı ilə 1,61 ABŞ dolları (2,73 manat ekvivalenti), EXDC (kartla ödəniş) təyinatı ilə 18,91 ABŞ dolları (32,15 manat ekvivalenti), APUS Payment (elektron hökümət ödəniş portalından ödəniş) təyinatı ilə 718,58 ABŞ dolları (1218 manat ekvivalenti), hesab.az təyinatı ilə 64,88 ABŞ dolları (109,98 manat ekvivalenti), nar.az təyinatı ilə 2,95 ABŞ dolları (5 manat ekvivalenti) köçürülmüşdür. ##.##.2025-ci il tarixə hesabda 1,07 ABŞ dolları (1,82 manat ekvivalenti) qalıq qalmışdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Bundan başqa Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, məhkəmə kollegiyası qərarında əsas götürdüyü motivləri rəhbər tutmaqla yanakı sübutlarla əsaslandırılmış apellyasiya şikayətindəki digər dəlillərə münasibət bildirməyə lüzum görmür. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri ilə tövsif edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisinin apelyasiya şikayətinin dəlillərinin hər birini nəzərdən keçirib, buna müvafiq olaraq sübutların hər birini qiymətləndirərək müəyyən edir ki, apelyasiya şikayətinin dəlillərində qeyd edilən hallar ittihamın əsasını təşkil edən sübutların mümkünsüzlüyünə dəlalət etmir. Eyni zamanda məhkəmənin hökmündən görünür ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş və yekun nəticəyə gəlinmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından və icra işindən görünür ki, Təqsirləndirilən şəxs ## #### 2022-ci il tarixdə Iqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin Bakı şəhəri, Lokal Gəlirlər Baş idarəsində ********** saylı VÖEN ilə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmış, həmin VÖEN ilə “xxxx” ASC-də ## #### 2022-ci il tarixdə AZ**AZEN******************** saylı ABŞ dolları hesabı açmış, onun “xxxx” Açıq Səhmdar Cəmiyyətində olan AZ**AZEN******************** nömrəli ABŞ dolları hesabına “X18 X3 Regional Əməkdaşlıq üçün X7” tərəfindən 24.938,87 ABŞ dolları (42.396,08 manat ekvivalenti) daxil olmuş, həmçinin onun sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi hər hansı başqa şəxslə əmək müqaviləsi bağlamadığı və onun barəsində qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrində məlumat aşkar edilmədiyi təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, yəni cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, həmin Məcəllənin 193-1.1.2-ci maddəsinə əsasən isə cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının “Qrant haqqında Qanunu”nun 1-ci maddəsinə əsasən qrant humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün, maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada, təmənnasız olaraq verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və (və ya) başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə (qərara) əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. “Qrant haqqında Qanun”un 2 və 4-cü maddələrinə əsasən beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri («Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sazişi bağlamış xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri) Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər. Qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Qeydə alınmayan qrantın verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Qrant hesabına hazırlanan çap, audio, audio-vizual, kino və başqa materiallarda, keçirilən konfrans, seminar və digər ictimai tədbirlərdə bunların maliyyələşdirmə mənbəyi haqqında məlumat verilməlidir. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası»nın 1.2, 1.3, 1.4, 1.4-1, 1.5, 1.7, 1.8 və 1.10-cu bəndlərinə əsasən həmin qaydalar Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri, habelə xarici dövlətlərin qeyrikommersiya qurumlarının filial və ya nümayəndəlikləri tərəfindən qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların), o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla, Qanunun 1-ci maddəsinin 1-ci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların (bundan sonra - müqavilə (qərar) qeydə alınmasını tənzimləyir Müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən (bundan sonra – qeydiyyat orqanı) həyata keçirilir. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən qeydiyyat orqanına təqdim olunur. Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş xarici donorlar tərəfindən bağlanılmış qrant müqaviləsinin (qərarının) qeydə alınması ilə bağlı sənədlərin təqdim edilməsi və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi «bir pəncərə prinsipi» üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası»na uyğun həyata keçirilir. Müqavilə (qərar) bağlanıldığı (verildiyi) gündən 30 (otuz) gündən gec olmayaraq, qeydə alınması üçün qeydiyyat orqanına təqdim edilməlidir. Bank əməliyyatları müqavilənin (qərarın) qeydə alınmasını təsdiq edən bildiriş əsasında aparıla bilər. Qrant müqaviləsinin (qərarının) mahiyyəti (predmeti) xidmətlərin göstərilməsi və ya işlərin görülməsi məqsədi daşıyırsa, bu halda həmin müqavilə xidmət müqaviləsi kimi qeydiyyata alına bilər. Hazırki cinayət işi üzrə isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən layihə ilə bağlı xarici donor təşkilatı tərəfindən ödənilməsi nəzərdə tutulmuş vəsaiti ## #### 2022-ci il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X9 üzrə Baş Idarəsində qeydiyyata aldırdığı ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə, Azərbaycan Respublikası ərazisində açdırdığı bank hesabı vasitəsilə əldə etməsi müəyyən olunsa da, qeyd edilən layihələrin mövzularının və layihə çərçivəsində resipiyent tərəfindən göstərilən xidmətlərin sosial dəstəyə ehtiyacı olan qadınlara hüquqi və psixoloji xidmətlərin göstərilməsi ilə əlaqədar olması həmin layihənin sosial xarakteri daşımaqla qrant layihəsi olması və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən bu layihələr üzrə yuxarıda göstərilən qanunvericilik prosedurlarına əməl olunmaması tam təsdiq edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xidməti müqavilə adı altında faktiki olaraq qrant müqaviləsi bağlaması “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmuşdur. Həmin Qanunun tələbinə əsasən, qrant – sahibkarlıq fəaliyyəti hesab edilməyən və gəlir əldə olunmasına yönəlməyən yardımdır. Bu məzmundan irəli gələrək qrant yalnız ictimai faydalı məqsədlərə yönəldilə bilər və sahibkarlıq fəaliyyəti üçün istifadə edilə bilməz. Təqsirləndirilən şəxs qrant müqaviləsini xidmət müqaviləsi adı altında bağlamaqla həm qanuni qeydiyyat prosedurlarından yayınmış, həm də qrant vəsaitindən qanunvericiliyin yol vermədiyi şəkildə sahibkarlıq fəaliyyəti məqsədilə istifadə etmişdir. “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərancam vermə cinayətinə dair bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli * nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, “leqallaşdırma cinayətinin ictimai təhlükəliliyi onunla xarakterizə olunur ki, bu cinayət digər iqtisadi fəaliyyət sahəsində olan cinayətlər kimi iqtisadiyyatın normal fəaliyyətinə qəsd etməklə yanaşı, qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan «predikativ hüquq pozuntusu» (törədilməsi nəticəsində Cinayət Məcəlləsinin 193-1-ci və 194-cü maddələrinin obyekti olan pul vəsaitləri və ya digər əmlakın əldə edildiyi cinayətlər), yaxud «əsas cinayət» adlandırılan əməllərin aşkara çıxarılmasını, araşdırılmasını, cinayət törətmiş şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsini və həmin cinayətlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsini çətinləşdirir, cinayət yolu ilə əldə olunmuş əmlak hesabına digər cinayətlərin törədilməsinə şərait yaradır. Digər tərəfdən, leqallaşdırma nəticəsində qeyri-leqal əmlakın rəsmi iqtisadiyyata inteqrasiyası baş verir ki, bu da sosial ədalətsizliyə və qeyri-sağlam rəqabət mühitinin yaranmasına şərait yaradır”. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, “leqallaşdırma cinayətinin obyektiv cəhətini cinayət yolu ilə əldə olunmuş əmlakın həqiqi mənbəyini gizlətmək və ya predikativ cinayəti törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədi ilə, yəni cinayət yolu ilə əldə olunmuş gəlirlərə qanuni görkəm vermək üçün Cinayət Məcəlləsinin 193-1.1.1 və 193-1.1.2-ci maddələrində təsbit edilmiş aşağıdakı hərəkətlərin törədilməsi təşkil edir: konversiya; köçürülmə; predikativ cinayətin predmetindən istifadə etməklə maliyyə əməliyyatları və ya digər əqdlərin həyata keçirilməsi; predikativ cinayətin predmetinin həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi”. Şərh edilən xüsusatlar baxımından cinayət işinin materialları və iş üzrə yuxarıda təsvir edilən mötəbər sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs adına olan ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vəzifəli şəxs olaraq tamah niyyətilə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmək üçün Buxarest şəhərində fəaliyyət göstərən X18 X3 Regional Əməkdaşlıq üçün X7 Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərən Azərbaycan Respublikası üzrə nümayəndəsi vəzifəsində işləyən qeyriləri ilə 2022ci ildə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, faktiki olaraq qrant müqaviləsini dövlət qeydiyyatından gizlətməklə xidmət müqaviləsi kimi pərdələməklə fiziki şəxs kimi qrant vəsaitlərinin alınması razılaşdırılmışdır. Bundan sonra “xxxx” Açıq Səhmdar Cəmiyyətində ## #### 2022-ci il tarixdə adına açılmış ABŞ dolları hesabına ## #### 2022-ci il tarixdə 42.396,08 manata bərabər 24.938,87 ABŞ dolları məbləğində qrant vəsaitinin köçürülməsinə nail olmaqla qabaqcadan əlbir olduğu şəxsiyyətləri müəyyən edilməyən xarici donorların vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə ölkənin maliyyə sistemində şəffaflıq prinsiplərinin zədələnməsi ilə əhali arasında bank sektoruna etibarlılığın zəifləməsi, ölkədə investisiya mühitinə ziyanın vurulması, fiziki və hüquqi şəxslərin qeyri-qanuni yolla maliyyələşməsi ilə onların donor təşkilatlarından asılı vəziyyətə gətirilməsi, Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı hüququn aliliyinin zədələnməsi yolu ilə dövlət orqanlarının nüfuzunun aşağı salınması və bu üsulla cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləliklə də, göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bank hesabına X18 X3 Regional Əməkdaşlıq üçün X7 daxil olmuş 42.396,08 manata bərabər 24.938,87 ABŞ dolları məbləğində vəsaitin cinayət yolu ilə əldə edildiyini bilə-bilə bu vəsaitin 41.724,8 manata bərabər 24.546,73 ABŞ dollarını - əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının örtbasdır edilməsi və gizlədilməsi məqsədilə nağdlaşdıraraq və həmin vəsaitlər hesabına digər əqdlər həyata keçirməklə vahid niyyətlə leqallaşdırmışdır. Təqsirləndirilən şəxs tərəfindən qrant haqqında müqavilə qeydə alınması üçün qeydiyyat orqanına, yəni Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmamış, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın tələbləri pozulmaqla qeydə alınmayan qrant müqaviləsi üzrə bank əməliyyatları və digər əməliyyatlar aparılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin «Qeyd» hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vəzifəli şəxslər hesab olunur. Cinayət işi üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs adına olan ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vəzifəli şəxs olaraq tamah niyyətilə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmək üçün Buxarest şəhərində fəaliyyət göstərən X18 X3 Regional Əməkdaşlıq üçün X7 Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərən Azərbaycan Respublikası üzrə nümayəndəsi vəzifəsində işləyən Şahid və qeyriləri ilə 2022-ci ildə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, faktiki məzmunca qrant müqaviləsini dövlət qeydiyyatından gizlətməklə xidmət müqaviləsi kimi pərdələməklə fiziki şəxs kimi qrant vəsaitlərinin alınması razılaşdırılmışdır. Daha sonra isə «xxxx» Açıq Səhmdar Cəmiyyətində ## #### 2022-ci il tarixdə adına açılmış ABŞ dolları hesabına ##.##.2022-ci il tarixdə 42.396,08 manata bərabər 24.938,87 ABŞ dolları məbləğində qrant vəsaitinin köçürülməsinə nail olmaqla qabaqcadan əlbir olduğu şəxsiyyətləri müəyyən edilməyən xarici donorların vəzifəli şəxsləri və qeyriləri ilə birlikdə ölkənin maliyyə sistemində şəffaflıq prinsiplərinin zədələnməsi ilə əhali arasında bank sektoruna etibarlılığın zəifləməsi, ölkədə investisiya mühitinə ziyan vurulması, fiziki və hüquqi şəxslərin qeyri-qanuni yolla maliyyələşməsi ilə onların donor təşkilatlarından asılı vəziyyətə gətirilməsi, Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı hüququn aliliyinin zədələnməsi yolu ilə dövlət orqanlarının nüfuzunun aşağı salınması və bu üsulla cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “X19 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin CM-in 193-1.2.3 və 308.1-ci maddələri ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, ona həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli olması barədə müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini, həmçinin işin hallarını şübhə altına alan digər fikirlərini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq, işin hallarını təhrif etməyə cəhd etmək məqsədi ilə göstərdiyi fikirləri kimi qiymətləndirir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri ilə törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə münasibətdə cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi, cəzasını yüngülləşdirən halların olmaması, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri həddində azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddələrinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə ki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.2.3, 308.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, habelə onun şəxsiyyətini səciyyələndirən halları, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən qanunvericiliyin cəza təyini ilə bağlı tələblərini, törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, onun əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və məqsədəuyğun hesab etmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və onun müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.3 və 308.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar