Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-535/2026 09.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ##.##.1996-cı ildə Naxçıvan MR, Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmayan, Naxçıvan MR, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 103 ünvanında yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Tağıyev Azər Heydər oğlunun sədrliyi, X1, X6 ibarət tərkibdə,) ##.##.2026-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193- 1.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir, həmin Məcəllənin 193-1.2.3-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 313-cü maddəsi ilə 01 (bir) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş əlavə və əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmiş, Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Idarəsinə məlumat vermədən iş və daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin Idarəyə həvalə edilməsi hökm edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özü və qrup üzvləri üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. O, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, cinayətin törədilməsi yolu ilə əldə edildiyini bilə-bilə, öz qulluq mövqeyindən istifadə etməklə əmlakın əldə edilməsinin həqiqi mənbəyini, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə əmlakı konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirməklə leqallaşdırmışdır. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verib Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hökm çıxararkən prosessual və maddi pozuntulara yol vermiş, istintaq orqanının mülahizələrini əsas götürmüş və obyektiv sübutlara istinad etməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin hökmü ləğv edilməli və barəmdə bəraət hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnin 5-ci maddəsində təsbit olunmuş “Qanunçuluq prinsipi” kobud şəkildə pozulmuşdur. Belə ki, CMnin 5.2-ci maddəsinə əsasən, cinayət qanununun analogiya üzrə tətbiq edilməsinə yol verilmir. Məhkəmə, onun fəaliyyətinin sosial xarakterli olmasını əsas gətirərək, əldə olunan vəsaiti qrant kimi tövsif etmişdir. Lakin “Qrant haqqında” AR Qanununa görə qrantın yeganə meyarı onun yönəldiyi sahə (sosial, humanitar və s.) deyil, həm də həmin vəsaitin bu Qanunla nəzərdə tutulmuş qaydada (müqavilə, qeydiyyat, xüsusi hüquqi rejim və s.) verilməsidir. Məhkəmənin “hər bir sosial fəaliyyət üçün alınan vəsait qrantdır” məntiqi hüququn “cins və növ” münasibətlərinin təhrif olunmasıdır. Hər bir qrant sosial fəaliyyətə yönələ bilər, lakin hər bir sosial fəaliyyət qrant layihəsi demək deyil. Bu cür genişləndirilmiş təfsir CM-nin 5.2-ci maddəsinin birbaşa pozulmasıdır. Azərbaycan Respublikasının Mülki Məcələsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcələdə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki hüquq münasibətlərində tərəflər qanunla qadağan olunmayan hər hansı bir fəaliyyət növü üçün öz aralarında razılaşdırdıqları müqavilə modelini (məsələn, xidmət müqaviləsini) seçə bilərlər. Məhkəmənin tərəflərin iradəsini əvəz edərək müqavilənin qrant müqaviləsi kimi bağlanmalı olduğuna hökm etməsi tərəflərin azad iradəsinə və təsərrüfat müstəqiliyinə qanunsuz müdaxilədir. Məhkəmə yalnız o halda müqavilənin növünü məcburi müəyyən edə bilər ki, qanunvericilikdə həmin fəaliyyət üçün müstəsna norma müəyyən edilsin. Azərbaycan Respublikasının qanunvericiliyində sosial layihələr və ya ictimai fəaliyyətin yalnız qrant vasitəsilə həyata keçirilməsi kimi məhdudlaşdırıcı və ya qadağanedici norma mövcud deyil. Təqsirləndirilən şəxs 2019-cu və 2022-ci ilərdə X15 Bakı ofisinin benefisiarları üçün təlimlər keçmiş, 2020-ci və 2024-cü i lərdə isə BMT-nin Qadınlara qarşı Ayrı-seçkiliyin X8 üzrə Konvensiyasının müvafiq maddələri üzrə alternativ hesabatlarının hazırlanmasında ekspert qismində çalışmışdır. BMT-nin rəsmi internet səhifəsində, eləcə də sosial media hesablarında yuxarıda qeyd edilən işlərlə bağlı elanlar paylaşılmış, işin təsviri, eləcə də bu iş qarşılığında ödəniləcək qonorarın məbləği qeyd edilmişdir. O, digər namizədlər kimi onlayn qaydada iş üçün müraciət etmiş və işə qəbul olunmuşdur. Göstərəcəyi xidmət BMT-nin iş təsnifatında “hüquqi konsultasiya” kateqoriyasında sayıldığı üçün konsultant/ekspert kimi BMT ilə xidmət müqavilələri bağlamış və bu müqavilələr əsasında fəaliyyət göstərib qonorar almışdır. Qonorar əvəzsiz verilməmiş, təhvil verilən konkret xidmətlərin qarşılığında ödənmişdir. Beləliklə məhkəmənin sözügedən vəsaitlərin qrant vəsaiti olması ilə bağlı hökmü əsassızdır. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqalaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakın leqalaşdırılması cinayətinin predmeti qismində CM-də təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yola əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyrimaddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər çıxış edir. CM-in 193-1.1.1 və 193-1.1.2-ci maddələrinin dispozisiyalarına əsasən leqalaşdırma birbaşa qəsdlə törədilən cinayətdir. Cinayətin subyektiv cəhətinin mütləq əlamətləri qismində təsbit edilən halar – şəxsin əmlakın cinayət yolu ilə əldə edilməsini bilməsi və CM-in 193-1.1.1, 193.1.1.2-ci maddələrində təsbit edilən hərəkətləri həmin əmlakın həqiqi mənbəyini gizlətmək məqsədilə törətməsi onun cinayət məsuliyyəti daşımasının zəruri şərtləri olmaqla, cinayət prosesi gedişində CPM-in 139.0.2-ci maddəsinə və digər müddəalarına əsasən sübuta yetirilməlidir. Bu tərkib, adətən, özündən əvvəl törədilmiş predikativ hüquq pozuntusu ilə müşayiət olunur. Ali Məhkəmənin mövqeyinə görə, predikativ hüquq pozuntusu birbaşa və ya dolayı yola qanunsuz gəlirlərin əldə edilməsi ilə müşayiət olunan, istər Azərbaycan Respublikasının ərazisində, istərsə də onun hüdudlarından kənarda törədilən, həm ərazisində törədildiyi dövlətin qanunvericiliyinə, həm də Azərbaycan Respublikasının CM-ə əsasən cinayət hesab edilən (ikiqat kriminalıq yaradan) qəsdən törədilən əməldir. Cinayətdən başqa digər hüquq pozuntusu, o cümlədən inzibati xəta kimi təsnif edilən əməl predikativ hüquq pozuntusu hesab edilmir. Qrant alınması haqqında qanunvericiliyin pozulması yalnız inzibati məsuliyyət yaradır. X12 432-ci maddəsi qrant alınması və verilməsi haqqında qanunvericiliyin pozulması ilə bağlı məsuliyyəti müəyyənləşdirir. Analoji maddə cinayət qanunvericiliyində nəzərdə tutulmur. Belə olan halda, predikativ hüquq pozuntusu və dolayı olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqalaşdırılması cinayətinin tərkibi yaranmır. Bu isə öz növbəsində, törədildiyi zaman mili və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hərəkətə görə şəxsin cinayət törətməkdə təqsirli hesab edilməsini qadağan edən Avropa Insan Hüquqları Konvensiyasının 7-ci maddəsinə, eləcə də həmin maddənin əsasında duran nulum crimen, nula poena sine lege prinsipinə ziddir. Hətta şərti olaraq qəbul edilsə ki, Qrant alınması haqqında qanunvericiliyin tələbi pozulub, bu da yalnız inzibati xəta məsuliyyətinə səbəb olur: QHT-lər haqqında Qanunun 24-2.2-ci maddəsinə əsasən, müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcələsinə əsasən məsuliyyət daşıyır. Ittihamda iddia olunur ki, Təqsirləndirilən şəxs aldığı qonorarları cinayət yolu ilə əldə olunmuş əmlak kimi leqalaşdırmış və bunu “öz quluq mövqeyindən istifadə etməklə” etmişdir. Bu iddia hüquqi əsassızdır: Təqsirləndirilən şəxs ödənilən vəsaitlər xidmət müqavilələri əsasında konkret işlərin icrasına görə ödənilmiş qonorar olmuşdur. Sözügedən müqavilələr Mülki Məcələnin 390-cı maddəsində təsbit olunmuş müqavilə azadlığına uyğun olaraq bağlanmış və konkret xidmətlərin göstərilməsi mahiyyəti daşımışdır. “Qrant haqqında” Qanunun 1-ci maddəsinə əsasən qrant dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların hazırlanması və həyata keçirilməsi məqsədilə ayrılır. Təqsirləndirilən şəxs heç bir proqram hazırlamamış və həyata keçirməmişdir. Proqramların müəlifi və icraçısı BMT olmuşdur. Təqsirləndirilən şəxs BMT üçün yalnız ekspert və təlim xidmətləri göstərmişdir. Buna görə ödənişlər qrant yox, xidmət qarşılığında ödənən qonorar xarakteri daşıyır. Pul vəsaitləri şəxsin öz bank hesabına qəbul edilmiş, eyni bank daxilində cari hesabdan kart hesabına köçürülərək şəffaf şəkildə şəxsi məqsədlərə xərclənmişdir. Əmlakın mənşəyi gizlədilməmiş, əksinə, bank çıxarışlarında aydın görünmüşdür. Bu köçürmə qanuni maliyyə əməliyyatı olmuş, əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi mahiyyəti daşımamış, bu niyyəti göstərən heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, * nömrəli qərarının 18-ci bəndinə əsasən məhkəmədə şəxs barəsində ayrıca olaraq CM-in 193-1-ci maddəsi ilə irəli sürülmüş ittihama baxıldıqda, əmlakın cinayətdən başqa digər yola əldə edilməsinin istisna olunması barədə nəticə əsaslı şübhədən kənar sübut etmə standartına uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsip və şərtlərinə, habelə CPM-in sübutlar və sübut etməyə dair müddəalarının tələblərinə müvafiq surətdə əldə edilmiş, yoxlanılmış və qiymətləndirilmiş sübutlar gətirilməklə əsaslandırılmalıdır. Lakin istintaq orqanı öz ittihamında daxil olan vəsaitin hətta qrant mahiyyəti daşısa belə qrant müqaviləsi vasitəsilə leqal yola əldə edilməsinin mümkünlüyünü qəbul etmişdir. Beləliklə, əmlakın cinayətdən başqa digər yola əldə edilməsinin istisna olunmaması, yəni leqal yola əldə edilməsinin mümkünlüyü 193-1-ci maddə üzrə ittihamı əsassız edir. Təqsirləndirilən şəxs cari hesabındakı vəsaiti kart hesabına köçürmək üçün xxxxnın mobil applikasiyasından istifadə etmiş, bu sadə maliyyə əməliyyatını icra etmək üçün quluq mövqeyi tələb edən heç bir xüsusi tələb olmadığından quluq mövqeyindən istifadə etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, * nömrəli qərarının 28-ci bəndində bu məsələ belə izah olunur: “Cinayət Məcələsinin 193-1.2.3-cü maddəsində nəzərdə tutulmuş «şəxs tərəfindən öz quluq mövqeyindən istifadə etməklə» leqalaşdırma cinayətinin törədilməsi əlaməti təfsir edilərkən nəzərə almaq lazımdır ki, yalnız təqsirkarın tutduğu vəzifə ilə törədilən əməl arasında cinayət hüquqi əhəmiyyətli bağlılıq olduqda, yəni leqalaşdırma üzrə hərəkətlər məhz həmin vəzifənin təqsirkara verdiyi səlahiyyətlər və yaxud funksional imkanlar sayəsində törədilə bildikdə, şəxsin bu və ya digər vəzifəni tutması, müəyyən quluq mövqeyində olması (quluq mövqeyindən istifadə etmə) əməlin hüquqi tövsifini müəyyənləşdirən (tərkib yaradıcı) əlamət kimi nəzərdən keçirilə və təqsirkarın əməli həmin əlamət üzrə tövsif edilə bilər. Hətta şəxsin “vəzifəli şəxs” olması belə, əgər həmin vəzifə leqalaşdırma prosesini təşkil edən bu və ya digər hərəkətin yerinə yetirilməsi üçün hər hansı səlahiyyət vermirsə, onun əməlinin CM-in 193-1.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsas ola bilməz.” Təqsirləndirilən şəxs icra etdiyi bank köçürməsi adi mobil bank xidmətidir və bu proseslə hər hansı quluq mövqeyi arasında belə bağlılıq mövcud deyil. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, * nömrəli qərarının 8-ci bəndində konversiya və köçürülmə ifadələri aydınlaşdırılmışdır: 8.1. Konversiya dedikdə, cinayət yolu ilə əldə olunmuş əmlakın başqa aktivlərə (məsələn bir valyutada pulun başqa valyutada pula, qiymətli kağızlara) çevrilməsi ehtiva olunur. 8.2. Köçürülmə dedikdə, əmlakın başqasının adına keçirilməsi (o cümlədən, başqasının adına keçirilməsi görüntüsünün yaradılması) və yaxud rəsmi və ya qeyrirəsmi yolarla, nağd və ya nağdsız xaricə çıxarılması başa düşülür. Təqsirləndirilən şəxs qanuni xidmət qarşılığında ona ödənmiş vəsaiti başqa aktivə çevirməmiş, başqa valyutaya çevirməmiş, başqasının adına keçirməmiş və xaricə çıxarmamışdır. Nəticə etibarilə, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcələsinin 193-1.2.3-cü maddəsi üzrə ittiham əsassızdır. Çünki bu əməlin baş verməsi üçün ilk növbədə “cinayət yolu ilə əldə olunmuş vəsait” olmalı idi, daha sonra isə həmin “vəsaitin leqalaşdırılması” həyata keçirilməli idi. Təqsirləndirilən şəxs isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Xidməti Müqavilə” bağlayaraq xidmət həyata keçirmiş, nəzərdə tutulan xidməti (Hesabat hazırlanması) yerinə yetirərək Sifarişçiyə təhvil vermiş və Müqavilə şərtlərinə uyğun olaraq ona ödənilməli məbləği rəsmi qaydada – bank hesabı vasitəsilə almış, vergilərini ödəmiş, şəxsi bank hesabından şəxsi kart hesabına köçürərək, şəxsi ehtiyaclarına sərf etmişdir. Yuxarıda qeyd etdiyi bütün xüsusatlarla bağlı sübutlar tərəfindən təqdim edilmiş və ya istintaqın özünün əldə etdiyi və iş materialarına əlavə edilmişdir. Bu sübutlara BMT-nin Azərbaycan Ofisinin xidmətin göstərilməsi üçün Vakansiya Elanı, Sifarişçi ilə bağlanmış Müqavilə, hazırlanmış Hesabat, Bank hesablarından çıxarışlar və s. aiddir. Məhkəmə hökmünün “Məhkəmənin hüquqi dəyərləndirilməsi” hissəsində yer alan 57, 58 və 59 və 60-cı bəndlərdə Təqsirləndirilən şəxs əməlində CM 308.1-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsinin tərkib əlamətləri olduğu qeyd edilmişdir. Lakin sözügedən bəndlərdə qeyd olunan ittihamlar həmin maddənin dispozisiyası ilə uyğun gəlmir və onu qismən əhatə edir. Belə ki, məhkəmə onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə hökm etdiyi halda, bu aktın dövlətin yaxud cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması ilə bağlı ittihama münasibət bildirmir, bununla bağlı hər hansı qərar vermir. CM 308.1-ci maddəsinin dispozisiyası qapalı və maddi tərkiblidir. Yəni maddə vəzifə səlahiyyətlərindən sui-istifadə etməyi təkbaşına cinayət hesab etmir. Əgər şəxs hətta öz vəzifə səlahiyyətlərindən sui-istifadə etsə belə bu əməl hər hansı mühüm zərərlə nəticələnmirsə, deməli bu əməldə cinayət tərkibi yoxdur. CM 3-cü maddəsinə əsasən yalnız bu Məcələ ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Odur ki, məhkəmənin onu cəmiyyətin və ya dövlətin qanunla qorunan maraqlarına hər hansı mühüm zərər vurmaqda təqsirli bilmədiyi halda ona CM 308.1-ci maddəsi ilə hökm elan etməsi prosessual və maddi pozuntudur. Həmçinin, istintaq materialarında göstərilir ki, Təqsirləndirilən şəxs guya öz quluq mövqeyindən sui-istifadə edərək dövlət və ya cəmiyyət maraqlarına mühüm zərər vurmuşdur. Lakin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcələsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Plenum qərarında qeyd edilir ki, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. O, iddia olunan hərəkətləri zamanı hər hansı şəxs üçün hüquq münasibəti əmələ gətirməmiş, dəyişməmiş yaxud xitam verməmişdir. Beləliklə o, bu kontekstdə vəzifəli şəxs hesab olunmadığı üçün sözügedən maddənin subyekti deyildir. Istintaq orqanı tərəfindən iddia olunan zərərlərin (ölkənin maliyyə sistemində şəffaflıq prinsiplərinin zədələnməsi ilə əhali arasında bank sektoruna etibarlılığın zəifləməsi, ölkədə investisiya mühitinə ziyanın vurulması, fiziki və hüquqi şəxslərin qeyri-qanuni yola maliyyələşməsi ilə onların donor təşkilatlarından asılı vəziyyətə gətirilməsi, Azərbaycan Respublikasında qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı hüququn aliliyinin zədələnməsi yolu ilə dövlət orqanlarının nüfuzunun aşağı salınması) tamamilə şəxsi mülahizədir və istintaq materialarında bu xüsusatları təsdiq edən mötəbər sübut, ekspert rəyi, yaxud mühüm zərər vurulduğu iddia olunan hər hansı hüquqi yaxud fiziki şəxsin bəyanı yoxdur. Hüquqlara və qanuni mənafelərə vurulmuş zərərin mühümlüyü haqqında məsələni qeyd edərkən zərərçəkmiş vətəndaşların sayı, idarənin, müəssisənin və ya təşkilatın normal işinə vurulan mənfi təsirin dərəcəsi, vurulmuş maddi ziyanın həcmi və s. müəyyənləşdirilməmişdir. Istintaq orqanının hansı faktlar əsasında sözügedən mühüm zərərin mövcudluğu qənaətinə gəldiyi məlum olmamışdır. Təqsirləndirilən şəxs hansı vəzifə səlahiyyətlərindən, yaxud quluq mövqeyindən hansı formada suiistifadə etməsi göstərilməmiş və bununla bağlı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcələsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Plenum qərarında qeyd edilir: Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs quluq səlahiyyətlərindən quluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Lakin məhkəmə onun mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan gördüyünə, yaxud bu nəticələrin baş verməsini arzu etdiyinə və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiyinə dair qənaətə gəlməmiş, Təqsirləndirilən şəxs öz təlimlərində və ekspert fəaliyyətində dövlət qurumları ilə əməkdaşlıq etdiyini və buna görə də hər hansı bir mühüm zərəri proqnozlaşdıra bilməyəcəyini nəzərə almamışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli, * nömrəli qərarının 28-ci bəndində göstərilir ki, CM-in 193-1.2.3-cü maddəsi vəzifəli və ya digər şəxsin quluq mövqeyindən istifadə etməklə leqalaşdırma üzrə hərəkətləri törətməsini (həm də quluq mənafeyinə qəsd etdiyi üçün) cinayəti ağırlaşdırmaqla daha ciddi cəzanın təyin edilməsinə əsas yaradan əlamət kimi xüsusi nəzərdə tutduğundan, bu halda bir tərəfdən CM-in 193-1.2.3-cü maddəsi (xüsusi norma), digər tərəfdən CM-in 308-ci maddəsi (ümumi norma) arasında yaranan rəqabət CM-in 17.4-cü maddəsinə müvafiq olaraq həl edilməli və əməl cinayətlərin məcmusu qaydasında və yaxud CM-in 308-ci maddəsi ilə deyil, yalnız 193-1.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcələsinin 17.4-cü maddəsində cinayətlərin məcmusu qaydası aşağıdakı kimi nəzərdə tutulmuşdur: 17.4. Bu Məcələnin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Buna görə də Cinayət Məcələsinin 308.1-ci maddəsi üzrə çıxarılmış hökm əsassızdır. Cinayət Məcələsinin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əmələr tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi başa düşülür. Ittihamda Təqsirləndirilən şəxs rəsmi sənədləri saxtalaşdırdığı göstərilir. Lakin: Müqavilə və digər sənədlər sifarişçi – BMT tərəfindən hazırlanmışdır. Təqsirləndirilən şəxs bu sənədə sadəcə imza atmışdır. Müqavilələri hazırlayan tərəfin əməkdaşları məhkəməyə şahid qismində cəlb olunmamış, məhkəmənin göndərdiyi sorğuya cavab verməmişdir. Cinayət Məcələsinin 313-cü maddəsi üzrə vəzifə saxtakarlığının predmeti yalnız dövlət və ya yerli özünüidarəetmə orqanlarının, habelə dövlət və ya bələdiyyə müəssisələrinin verdiyi rəsmi sənədlər ola bilər. Dövlət və ya yerli özünüidarəetmə orqanı, yaxud dövlət və ya bələdiyyə müəssisəsi hesab edilməyən kommersiya və ya qeyrikommersiya strukturları tərəfindən verilən sənədlər bu cinayətin predmeti hesab edilmir. Müqavilələr BMT tərəfindən hazırlanmış şablon xarakterli forma olmuş, Təqsirləndirilən şəxs müqavilədən kənar heç bir öhdəlik götürməmişdir. Istintaq orqanı müqavilələrin “xidmət müqaviləsi adı altında sosial layihə icrası” kimi pərdələnməsi barədə iddiasını sübuta yetirə bilməmişdir. Buna görə də Cinayət Məcələsinin 313-cü maddəsi üzrə verilən hökm hüquqi əsasdan məhrumdur. Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, bəraət hökmü çıxarılmaqla apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun əldə etdiyi vəsaitlər tam qanuni şəkildə əldə edilmiş, heç bir qrant mahiyyəti olmamışdır. Belə ki, o, müxtəlif vaxtlarda BMT-nin müxtəlif orqanlarında ekspert və təlim xidməti göstərmək üçün müqavilələr bağlamışdır. Bu iş üzrə ondan əvvəl də çağırılanların olduğu öyrənəndə onda belə bir təsəvvür formalaşmışdır ki, istintaq orqanı hər hansı beynəlxalq təşkilatla müqavilənin olmasını pərdələnməklə qrant vəsaiti əldə etmə kimi qiymətləndirir. Məhz bunu aydınlaşdırmaq məqsədi ilə də hələ ilk dəfə şahid qismində istintaq orqanına çağırılan zaman müqavilələri və gördüyü işləri, bununla bağlı iş elanlarını, sosial media paylaşımlarını istintaq orqanına təqdim etmişdir. Bununla da o, ekspert təlimçi kimi fəaliyyət göstərdiyini, fəaliyyətində qrantdan söhbət gedə bilməyəcəyini əsaslandırmışdır. Istintaq zamanı müstəntiq onun hansı sənədi saxtalaşdırması, hansı vəzifəsindən sui-istifadə etdiyini, sənədlərə hansı yanlış məlumatı daxil etdiyini ona izah etməmişdir. Onun istintaqa təqdim etdiyi sənədlərdə müqavilə bağlayan tərəflərin, qurumların adları olmasına baxmayaraq o, istintaqın hansı səbəbdən aid olmayan şəxslərlə əlbirlik etməsi barədə iddialar irəli sürdüyünü anlamamış, ittiham aktında da bununla bağlı fakt görə bilməmişdir. O, pul vəsaitini öz bank hesabına qəbul etmiş və həmin pulu xərcləmək üçün eyni bankın daxilində başqa kartına köçürüb xərcləmişdir. Bütün bunlar isə adi bank əməliyyatı olduğundan ona qarşı əmlakın leqallaşdırılması ilə bağlı ittihamın hansı əsasla verildiyini anlamamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində bildirmişdir ki, 2019-cu ildə BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə “gender bərabərliyi” mövzusunda təlimlər keçirilməsi üçün xidmət müqaviləsi bağlamış, müqavilə çərçivəsində yadında qalmayan tarixlərdə Bakı şəhərində gənclərə müxtəlif təlimlər keçmişdir. Müqaviləyə əsasən onun “xxxx” ASC-də ******************** nömrəli dollar ekvivalenti ilə olan hesabına BMT tərəfindən ## ####### 2019-cu il tarixdə 7.760 ABŞ dolları məbləğində, ## ###### 2020-ci il tarixdə isə 1.940 ABŞ dolları məbləğində pul vəsaitləri köçürülmüşdür. Hər iki məbləğ eyni xidmət müqaviləsi üzrə ödənmişdir. Həmin məbləğlərin ABŞ-ın X16 tərəfindən göndərilməsinin səbəbini bilmir. Qeyd olunan vəsait qrant vəsaiti hesab olunmadığına görə həmin müqavilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməmişdir. Bundan başqa, təxminən 2020-ci ildə BMT-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkədəki platformasında iş elanının yerləşdirildiyini gördükdə onlayn qaydada həmin nümayəndəliyə müraciət edərək, BMT-nin konvensiyaları üzrə alternativ hesabatın hazırlanması üçün müstəqil ekspert kimi həmin nümayəndəliklə müqavilə bağlamışdır. Müqaviləyə əsasən Azərbaycan üzrə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın 2, 7 və 15-ci maddələri üzrə hesabat hazırlayacağını öhdəsinə götürmüşdür. Daha sonra yadında qalmayan tarixdə qeyd olunanlarla bağlı hesabat tərtib edərək nümayəndəliyin elektron ünvanına göndərmişdir. Həmin hesabatı tərtib etməsi ilə əlaqədar müqavilənin şərtlərinə əsasən xxxxnda adına olan ****************** nömrəli hesabına BMT-nin Inkişaf Proqramının Azərbaycan nümayəndəliyinin bank hesabından hissə-hissə olmaqla, ## #### 2020-ci il tarixdə 1.476,39 manat, ## #### 2020-ci il tarixdə 4.429,17 manat, ## ###### 2020-ci il tarixdə 1.476,39 manat pul vəsaitləri daxil olmuş və həmin vəsaitləri şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin müqavilə də xidmət müqaviləsi olduğundan, vəsait qrant vəsaiti olmadığından müqaviləni ƏN-də qeydiyyatdan keçirməmiş, buna zərurət görməmişdir. Daha sonra, 2022-ci ildə BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə internet üzərindən “Erkən nikahlarla mübarizə mövzusunda tamaşaların hazırlanması üçün təlimlər keçirilməsinə dair” layihə üzrə müqavilə bağlamış, həmin müqavilə çərçivəsində Bakı şəhərində yerləşən “Qlobus” adlanan mərkəzdə tələbələrə təlimlər keçmiş və buna görə də müqaviləyə əsasən ## ###### 2022-ci il tarixdə BMT-nin Inkişaf Proqramının Azərbaycan nümayəndəliyi tərəfindən onun bank hesabına 1.300 manat vəsait köçürülmüşdür. Həmin vəsaiti də şəxsi ehtiyacları üçün xərcləmiş, qeyd olunan həmin vəsait qrant vəsaiti hesab olunmadığına görə müqavilənin ƏN-də qeydiyyatdan keçirilməsinə zərurət görməmişdir. Həmçinin, 2024-cü ildə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi internet səhifəsində iş elanının yerləşdirildiyini görmüş, həmin elanda yenə əvvəlki kimi BMT-nin bütün konvensiyaları bağlı Azərbaycan üzrə hesabatların hazırlanması üçün müstəqil ekspert axtarılırdığı göstərilmişdir. Yenə də internet üzərindən BMT-nin Azərbaycandakı nümayəndəliyinə müraciət etmiş və əvvəl, yəni 2020-ci ildə təqdim etdiyi hesabatın eynisini, ancaq 6-cı periodik baxış üçün təqdim edəcəyini bildirmiş və onunla 2024-cü ilin may ayında BMT-nin Isveçrədəki Baş Ofisi arasında onlayn qaydada xidmət müqaviləsi bağlanmışdır. Bundan sonra yenə eyni qaydada Azərbaycanla bağlı “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın 2, 7 və 15 ci maddələri üzrə 6-cı periodik baxış üçün hesabat hazırlayıb, 2024-cü ilin iyun ayında BMT-nin Azərbaycandakı nümayəndəliyinin elektron ünvanına göndərmişdir. Həmin xidmət müqaviləsinə görə, yəni hesabat hazırlamağa görə BMT-nin Isveçrədə yerləşən Baş Ofisi tərəfindən onun “xxxx” ASC-də olan bank hesabına hissə-hissə olmaqla, ## ### 2024-cü il tarixdə 1.584 ABŞ dolları, ## #### 2024-cü il tarixdə isə 3,696 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitləri də daxil olduqları tarixlərdə qeyd olunan bankdakı digər ********************* nömrəli hesabına köçürüb, şəxsi ehtiyacları üçün xərcləmiş, qeyd olunan müqavilə də xidmət müqaviləsi olduğundan, əldə etdiyi vəsait qrant vəsaiti hesab olunmadığından müqavilənin ƏN-də qeydiyyatdan keçirilməsinə zərurət olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, BMT-nin Azərbaycanda olan nümayəndəliyi, BMT-nin inkişaf proqramı ilə 2019, 2020, 2022 və 2024-cü illərdə əməkdaşlıq etmişdir. Belə ki, BMT-nin insan haqları qurumunun Azərbaycanda paylaşdıqları iş elanlarına online təqdim edilən formanı dolduraraq müraciət etmiş və işə götürülmüş, birinci dəfə müqaviləni BMT-nin “X9 Programme” ilə, yəni Inkişaf Proqramı, daha sonra isə BMT-nin Cenevrə ofisi ilə bağlamışdır. Müraciətləri link vasitəsi ilə ingilis dilində qeydiyyatdan keçməklə etsə də, təlimləri Azərbaycan dilində keçmiş, ödənişlər təlimdən əvvəl və sonra olmuşdur. Müqavilədə işin konkret müddəti göstərilmiş, o da məhz həmin müddət üzrə ekspert kimi fəaliyyət göstərmiş, adlığı vəsaitlərin vergilərini ödəmişdir. Layihələr qrant layihələri olmadığından o, “Qrant haqında” Qanuna əsasən qeydiyyatdan keçməmişdir. Iş materiallarında müxtəlif qurumlarla əməkdaşlıq etməsi görünsə də, əslində elanları eyni qurum vermiş, o, məhz eyni quruma müraciət etmiş, lakin pulu hansı qurumun köçürməsinə bağlı olaraq onun müqavilə bağladığı qurumlar fərqli olmuşdur. O, həmin qurumlarla xidmət müqaviləsi bağlamış, müqavilə bağladığı müddətdə müqavilənin qeydiyyatdan keçirilməsi ilə bağlı bir öhdəlik olmamış, hər müqavilə üzrə aldığı maaşlar fərqli olmuş, ümumilikdə isə 35.000 manata yaxın pul əldə etmişdir. O, VÖEN əsasında fəaliyyət göstərmiş, elanda ödəniləcək məbləğ göstərilmiş, müqavilə bağlayarkən pulun ödəniləcəyi bank hesabını qeyd etmişdir. Onun əlaqədə olduğu şəxslər BMT-nin Insan Haqları ofisinin nümayəndəliyindən Kamran müəllim və müdafiəçi2 və olmuşdur. Onun müqavilə bağladığı qurumlar fərqli olsa da, 2019-cu ildən əməkdaşlıq etdiyi şəxslər eyni olmuş, vəsaitlər ABB-dəki bank hesabına köçürülmüş, daha sonra o, pulu həmin hesabdan debet hesabına köçürmüşdür. O, həmin qurumlara gender bərabərliyi ilə bağlı müraciət etmiş, “Qadınlara qarşı ayrı-seçkiliyin X8 haqqında Konvensiya" dair alternativ hesabat hazırlamışdır. Belə ki, BMT-də bu Konvensiyaya qoşulan hər bir ölkənin hökumət və vətəndaş cəmiyyəti adından alternativ hesabat təqdim edilməsi ilə öhdəliyi var, BMT-nin hər bir ölkədəki nümayəndəliyi bu hesabatların gedib çatması üçün məsuliyyət daşıyır, hökumət hesabat verir, həm də müxtəlif maddələr üzrə vətəndaş cəmiyyətindən rəy alınır. O, hesabatın hazırlanması üçün məlumatları dövlət qurumlarına sorğu göndərməklə, həmçinin mediadan əldə etmişdir. O yazdığı konvensiya üzrə hesabatı Ombusman aparatının rəhbəri Aydın Səfixanlıya vermiş, sonuncu düzəliş və təkliflərini edib təsdiqlədikdən sonra BMT-nin Azərbaycan nümayəndəliyinə vermişdir. Ombusman aparatının rəhbəri eyni layihənin içərisində supervayzer olmuş, sonuncu ona rəhbər kimi təyin edilmişdir. Bundan başqa BMT-nin 75-ci illiyi münasibəti ilə o, BDU-nun sabah qruplarının tələbələrinə erkən nikahlarla bağlı təlimlər keçmiş, həmin təlimdə bir sıra dövlət qurumlarının nümayəndələri olmuş, bununla bağlı görüntüləri sosial şəbəkə hesablarında da paylaşmışdır. Daha sonra barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işində olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (II cild i\v 11-13). ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (II cild i\v 23-24). Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzaəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (IV cild i/v 27-32). ##.##.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş bank çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xxxx" Açıq Səhmdar Cəmiyyətində ABŞ dolları ekvivalenti üçün fiziki şəxs kimi adına açılmış ******************** nömrəli bank hesabına ABŞ-ın X16nin X13 Nyu-York şəhərində yerləşən "CITI" bankdakı hesabından ## ####### 2019-cu il tarixdə 7.760 ABŞ dolları, ## ###### 2020-ci il tarixdə 1.940 ABŞ dolları, cəmi 9.700 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur və həmin vəsait müxtəlif vaxtlarda, müxtəlif formalarda nağdlaşdırılmışdır. Təqsirləndirilən şəxs "xxxx” Açıq Səhmdar Cəmiyyətində fiziki şəxs kimi adına açılmış ******************** nömrəli bank hesabına BMT Inkişaf Proqramının ("X9 Programme") Azərbaycan Respublikasında rəsmi qaydada fəaliyyət göstərən nümayəndəliyinin AZ**KABA******************** nömrəli bank hesabından ## #### 2020-ci il tarixdə 1.476.39 manat, ## #### 2020-ci il tarixdə 4.429.17 manat, ## ###### 2020-ci il tarixdə 1.476.39 manat, ## ###### 2022-ci il tarixdə 1.300 manat, cəmi 8.681.95 manat məbləğində vəsait daxil olmuşdur və həmin vəsait müxtəlif vaxtlarda, müxtəlif formalarda nağdlaşdırılmışdır. Təqsirləndirilən şəxs “xxxx” ASC-də ABŞ dolları ekvivalenti üçün adına açılmış ******************** nömrəli bank hesabına Birləşmiş Millətlər Təşkilatının ABŞ ın Nyu-York şəhərində yerləşən "CITI" bankdakı hesabından ## ### 2024-cü il tarixdə 1.584 ABŞ dolları, ## #### 2024-cü il tarixdə 3.696 ABŞ dolları olmaqla, cəmi 5.280 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur və həmin vəsait eyni tarixlərdə ******************** nömrəli ABŞ dolları valyutasında olan hesabına köçürərək, müxtəlif vaxtlarda müxtəlif formalarda nağdlaşdırılmışdır (II cild i/v 220-250, III cild i/v 1-66). Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Mütəxəssis təhlilləri şöbəsinin ## ######## 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs “xxxx” ASC-nin Səbail filialında AZ**IBAZ******************** nömrəli ABŞ dolları hesabına “US DISBURSING OFC SYMBOL 8768 US EMBASSY, 95 WIRELESS RD BANGKOK 10330, THAILAND” tərəfindən ## ####### 2019-cü il tarixdə 7760,0 ABŞ dolları, ## ###### 2020ci il tarixdə 1940,0 ABŞ dolları olmaqla ümumilikdə 9700,0 ABŞ dolları məbləğində pul vəsaiti daxil olmuş və həmin vəsait müxtəlif məişət təyinatları üzrə ödənmişdir. Təqsirləndirilən şəxs “xxxx” ASCnin Gənclik filialında olan AZ**IBAZ******************** nömrəli AZN hesabına BMT-nin Inkişaf Proqramının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ## #### 2020-ci il tarixdə 1476,39 manat, ## #### 2020-ci il tarixdə 4429,17 manat, ## ###### 2020-ci il tarixdə 1476,39 manat, ## ###### 2022-ci il tarixdə 1300,0 manat olmaqla, ümumilikdə 8681,95 manat pul vəsaiti daxil olmuş və həmin vəsait müxtəlif məişət təyinatları üzrə ödənmişdir. BMT tərəfindən Təqsirləndirilən şəxs “xxxx” ASC-nin Gənclik filialında olan ******************** nömrəli ABŞ dolları hesabına ## ### 2024-cü il tarixdə 1584,0 ABŞ dolları, ## #### 2024-cü il tarixdə isə 3696,0 ABŞ dolları, cəmi 5280,0 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur. Daxil olan həmin pul vəsaitləri daxil olduqları tarixlərdə Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus “xxxx” ASC-nin Müştəri xidməti departamentindəkı ******************** nömrəli ABŞ dolları valyutasında olan digər hesabına köçürülmüş və “IBA MOBILE” mobil tədbiq vasitəsi ilə müxtəlif maliyyə əməliyyatlarına xərclənmişdir (III cild i/v 84-117). ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2018-ci il tarixdə Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (keçmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyi) Bakı şəhəri X4 Departamentində fiziki şəxs kimi ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) ilə qeydiyyata alınmışdır. Vergi ödəyicisinin əsas fəaliyyət növü poçt və ya internet ilə sifarişləri yerinə yetirən firmalar vasitəsilə pərakəndə satış aparmaq olmuşdur. Təqsirləndirilən şəxs vergi ödəyicisi kimi adına “xxxx” AZ49IBAZ41040019442426036206 ASC-də nömrəli, ABŞ manat dolları valyutasında valyutasında AZ**IBAZ******************** nömrəli hesablarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs işəgötürən kimi hər hansı fiziki şəxslə əmək müqaviləsi bağlaması və elektron qaimə əsasında maliyyə əməliyyatları aparması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı müəssisənin rəhbəri və təsisçisi olması barədə vergi orqanında məlumat yoxdur (II cild i/v 114). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin ## ######## 2025-ci il tarixli, 3/6-5/2 **- ****/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrində məlumat aşkar edilməmişdir (II cild i/v 166). BMT adından həmin təşkilatın X10 X2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış ## ### 2024-cü il tarixli “Müstəqil məsləhətçi və ya fərdi podratçı xidməti üçün” adlı ********** nömrəli müqavilədən görünür ki, BMT tərəfindən podratçıya müqavilə üzrə göstərdiyi xidmətlərin tam əvəzinə 5.280 ABŞ dolları ödəniş edilməsi nəzərdə tutulmuşdur (İ cild i/v 49-50). X17 Sistemindən götürülmüş ## ######## 2025-ci il tarixli məhkumluq məlumatlarından görünür ki, DIN-in Vahid məlumat axtarış sistemində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (III cild i/v 67). Naxçıvan Muxtar Respublikasının Culfa Rayon Icra Hakimiyyəti Culfa şəhər Mənzil Istismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Sonuncunun əvvəllər yaşadığı məhəllənin sakinləri Təqsirləndirilən şəxs Culfa şəhərində yaşadığı müddətdə özündən böyüklərə hörməylə yanaşması, şəhərdə özünü mədəni və tərbiyəli aparması, keçirilən ictimai tədbirlərdə yaxından iştirak etməsi barədə bildirmişlər (II cild i/v 70). Naxçıvan Muxtar Respublikasının Culfa Rayon Icra Hakimiyyəti Culfa şəhər Mənzil Istismar Sahəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamış, ailə tərkibi atası-X5 (1966), anası X3 (1972) ibarət olmuşdur (II cild i/v 71). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 193-1.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi mütəxəssis rəyi, bank çıxarışları, müqavilə, baxış protokolları, eləcə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 193-1.2.3, 308.1 və 313-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi, eləcə də ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cavan, ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, həmin Məcəllənin 61-ci maddəsinə əsasən onun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşara və apellyasiyya şikayətinin dəlillərinə qiymət verərək, qeyd edir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Qrant — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını (qrant istisna olmaqla) təşkil edən vəsait istisna olmaqla, qrant müqaviləsi (qərarı) olmadan bələdiyyələr, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz. 38.Maddə 2. Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. 39.Maddə 4. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın (təşkilatların) və ya siyasi xadimin (xadimlərin) seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında” ## ###### 2023-cü il tarixli Qərarının 28-ci bəndinə əsasən CM-nin 193-1.2.3-cü maddəsində nəzərdə tutulmuş “şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə” leqallaşdırma cinayətinin törədilməsi əlaməti təfsir edilərkən nəzərə almaq lazımdır ki, yalnız təqsirkarın tutduğu vəzifə ilə törədilən əməl arasında cinayət-hüquqi əhəmiyyətli bağlılıq olduqda, yəni leqallaşdırma üzrə hərəkətlər məhz həmin vəzifənin təqsirkara verdiyi səlahiyyətlər və yaxud funksional imkanlar sayəsində törədilə bildikdə, şəxsin bu və ya digər vəzifəni tutması, müəyyən qulluq mövqeyində olması (qulluq mövqeyindən istifadə etmə) əməlin hüquqi tövsifini müəyyənləşdirən (tərkib yaradıcı) əlamət kimi nəzərdən keçirilə və təqsirkarın əməli həmin əlamət üzrə tövsif edilə bilər. Hətta şəxsin “vəzifəli şəxs” olması belə, əgər həmin vəzifə leqallaşdırma prosesini təşkil edən bu və ya digər hərəkətin yerinə yetirilməsi üçün hər hansı səlahiyyət vermirsə, onun əməlinin CM-in 193-1.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsas ola bilməz. CM-in 193-1.2.3-cü maddəsi vəzifəli və ya digər şəxsin qulluq mövqeyindən istifadə etməklə leqallaşdırma üzrə hərəkətləri törətməsini (həm də qulluq mənafeyinə qəsd etdiyi üçün) cinayəti ağırlaşdırmaqla daha ciddi cəzanın təyin edilməsinə əsas yaradan əlamət kimi xüsusilə nəzərdə tutduğundan, bu halda bir tərəfdən CM-in 193-1.2.3-cü maddəsi (xüsusi norma), digər tərəfdən CMin 308-ci maddəsi (ümumi norma) arasında yaranan rəqabət CM-in 17.4 cü maddəsinə müvafiq olaraq həll edilməli və əməl cinayətlərin məcmusu qaydasında və yaxud CM-in 308-ci maddəsi ilə deyil, yalnız 193-1.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003 cü il tarixli * saylı Qərarında qeyd edilir ki, məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qərarın 25-ci bəndində qeyd edilmişdir ki, şərti məhkum etmə, haqlarında yalnız CM-in 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Birinci intansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda göstərilən cinayət əməllərini törətməsini etiraf etməsə də, mütəxəssis rəyi, bank çıxarışları, müqavilə, baxış protokolları, eləcə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Birinci intansiya məhkəməsində Təqsirləndirilən şəxs qadınların, gənclərin maarifləndirilməsi, informasiya proqramlarının hazırlanması və sair mövzularla əlaqədar olan sosial xarakterli qrant layihələri üzrə xarici donor təşkilatları tərəfindən ona ödənilən vəsaitləri ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə, Azərbaycan Respublikası ərazisində açdırdığı bank hesabları vasitəsilə əldə edərək cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma əməlini törətməsi müəyyən edilmişdir. Belə ki, ##.##.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş bank çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xxxx" Açıq Səhmdar Cəmiyyətində ABŞ dolları ekvivalenti üçün fiziki şəxs kimi adına açılmış ******************** nömrəli bank hesabına ABŞ-ın X16nin X13 Nyu-York şəhərində yerləşən "CITI" bankdakı hesabından ## ####### 2019-cu il tarixdə 7.760 ABŞ dolları, ## ###### 2020-ci il tarixdə 1.940 ABŞ dolları, cəmi 9.700 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur və həmin vəsait müxtəlif vaxtlarda, müxtəlif formalarda nağdlaşdırılmışdır. Təqsirləndirilən şəxs "xxxx” Açıq Səhmdar Cəmiyyətində fiziki şəxs kimi adına açılmış ******************** nömrəli bank hesabına BMT Inkişaf Proqramının ("United Respublikasında rəsmi Nations qaydada Development fəaliyyət Programme") göstərən Azərbaycan nümayəndəliyinin AZ**KABA******************** nömrəli bank hesabından ## #### 2020-ci il tarixdə 1.476.39 manat, ## #### 2020-ci il tarixdə 4.429.17 manat, ## ###### 2020-ci il tarixdə 1.476.39 manat, ## ###### 2022-ci il tarixdə 1.300 manat, cəmi 8.681.95 manat məbləğində vəsait daxil olmuşdur və həmin vəsait müxtəlif vaxtlarda, müxtəlif formalarda nağdlaşdırılmışdır. Təqsirləndirilən şəxs “xxxx” ASC-də ABŞ dolları ekvivalenti üçün adına açılmış ******************** nömrəli bank hesabına Birləşmiş Millətlər Təşkilatının ABŞ-ın Nyu- York şəhərində yerləşən "CITI" bankdakı hesabından ## ### 2024-cü il tarixdə 1.584 ABŞ dolları, ## #### 2024-cü il tarixdə 3.696 ABŞ dolları olmaqla, cəmi 5.280 ABŞ dolları məbləğində vəsait daxil olmuşdur və həmin vəsait eyni tarixlərdə ******************** nömrəli ABŞ dolları valyutasında olan hesabına köçürərək, müxtəlif vaxtlarda müxtəlif formalarda nağdlaşdırılmışdır (II cild i/v 220- 250, III cild i/v 1-66). Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sosial xarakterli qrant layihələri üzrə fəaliyyət göstərərək cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin layihələr üzrə ona ödənilən məbləğləri ölkədaxilindəki bank hesabı vasitəsilə əldə edib istifadə etməklə maliyyə əməliyyatlarını və ya digər əqdləri həyata keçirmişdir və onun qeyd olunan əməlində Azərbaycan Respublikasının CM-in 193-1.2.3-cü madddəsinin tərkib əlamətləri mövcuddur. Bundan başqa ittihamın digər epizodu üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, yəni əvvəlkinin adına olan ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vəzifəli şəxs olaraq tamah niyyətilə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etmək üçün 2019, 2020 və 2024-cü illərdə məzmuna görə qrant müqavilələri hesab edilən müqavilələri dövlət qeydiyyatından gizlədərək xidmət müqaviləsi kimi pərdələməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi müəyyən edilmişdir. Belə ki, Birləşmiş Millətlər Təşkilatı adından həmin təşkilatın X10 X2 ilə Təqsirləndirilən şəxs arasında ## ### 2024-cü il tarixdə qrant müqaviləsi baxladığı halda “Müstəqil məsləhətçi və ya fərdi podratçı xidməti üçün” adlı ********** nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Birləşmiş Millətlər Təşkilatı tərəfindən podratçıya müqavilə üzrə göstərdiyi xidmətlərin tam əvəzinə 5.280 ABŞ dolları ödəniş edilməsi nəzərdə tutulmuşdur. Həmçinin təqsirləndirilən şəxsin dindirilməsi protokollarından görünür ki, o, 2019, 2020 və 2024cü illərdə müvafiq olaraq “gender bərabərliyi”, Azərbaycan üzrə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyanın 2, 7 və 15-ci maddələri üzrə hesabatın hazırlanması, “Erkən nikahlarla mübarizə mövzusunda tamaşaların hazırlanması üçün təlimlər keçirilməsinə dair” sosial xarakterli layihələrin, hesabatların hazırlanması, təlimlərin keçirilməsi barədə müqavilələr bağladığını, həmin müqavilələri qrant müqaviləsi hesab etmədiyindən qeydiyyatdan keçirməyə ehtiyac görmədiyini bildirmişdir (III cild i/v 68-71, 151 154). Birinci instansiya məhkəməsi göstərilən xüsusatla bağlı təqsirləndirilən şəxsin ali təhsilli olmasını, kifayət qədər uzun (2019-2024) illər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsini, həmin təşkilatların tapşırıqlarının dəqiq yerinə yetirilməsi kimi işin diqqətəlayiq hallarını nəzərə alaraq hesab etmişdir ki, sonuncunun fəaliyyətində istənilən qeyri-qanuni əməli “bilmədən” törətməsi halı inandırıcı olmamaqla heç bir iş materialı ilə də təsdiq edilmir və Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsinə əsasən Qanunu bilməmək məsuliyyətdən azad etmir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin əməlində Azərbaycan Respublikasının CM-in 308.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur. Birinci instansiya məhkəməsində həmçinin müəyyən edilmişdir ki, ittihamın digər epizodu üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “vəzifə saxtakarlığı”, yəni əvvəlkinin xarici donor təşkilatları ilə bağladığı müqavilələrin məzmununda sosial layihələrin icra ediləcəyinin qeyd edilməsinə baxmayaraq, həmin müqavilələri “xidmət müqaviləsi” adı altında tərtib edərək sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı əməlini törətmişdir. Belə ki, müəyyən edilmişdir ki, BMT adından həmin təşkilatın X10 X2 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış ## ### 2024-cü il tarixli “Müstəqil məsləhətçi və ya fərdi podratçı xidməti üçün” adlı ********** nömrəli müqavilə məzmun etibarilə sosial xarakterli qrant müqaviləsi hesab edilməklə, həmçinin BMT tərəfindən podratçıya müqavilə üzrə göstərdiyi xidmətlərin tam əvəzinə 5.280 ABŞ dolları ödəniş edilməsi nəzərdə tutulmuşdur (İ cild i/v 49-50). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məzmun etibarilə sosial xarakterli qrant müqavilələrini “xidməti” müqavilə adı altında tərtib etməklə bilə-bilə rəsmi sənədə yalan məlumatları daxil etdiyindən sonuncunun qeyd edilən əməlində Azərbaycan Respublikasının CM-in 313-cü maddəsinin tərkib əlamətləri mövcuddur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 193 1.2.3, 308.1 və 313-cü maddələri ilə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.2.3, 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.2.3, 308.1 və 313cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 35 (otuz beş) saat üçün cəmi 385 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-535/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-535/2026
09.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver