Məhkəmə qərarları › İş №1(3-6)-593/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-593/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-593/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – Xüsusi ittihamçı iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət işi başlanması, şərəf və ləyaqətinə, eləcə də nüfuzuna ləkə vurduğuna görə hökm çıxarılaraq cəzalandırılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim Ülviyyə Şükürova) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları Həmin qərardan xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun nümayəndəsi Nümayəndə birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bu artıq eyni hakimin eyni ərizə üzrə 2-ci eyni məzmunlu qərarıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarı ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərar da hazırkı iş üzrə çıxarılmış qərarla eyni məzmunludur. Həmin qərardan tərəfimizdən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ləğv edilsin və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclası mərhələsinə qaytarılması qərara alınmışdır. Məhkəmənin "cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş" arqumenti idə açıq-aşkar qanunszu və qərəzlidir. Şəxs cinayət əməlini ATV televiziyasında canlı yayımda törədilmiş və müvafiq verilişin videosu diskdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə işi icraata qəbul edərək həmin diski tədqiq etmədən bu nəticəyə gələ bilməzdi. Məhkəmənin "bundan başqa xüsusi ittiham qaydasında şikayət ərizəsində ümumi formada qeyd edilib ki, “fırıldaq işlərlə məşğul olur” “narkotik , aludəçisidir” “dələduz”,,“həyat yoldaşı öləndə onu dəfn eləmədi, apardı qəbiristanlığa nənəmin ayağının altına atdı gəldi” “həyat yoldaşını infakt edib öldürüb” Lakin, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onların şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə məhz ona şərböhtan atmasını fərqləndirilməmişdir" arqumenti də qanunsuz və əsassızdır. Bu, məhkəmənin işə mahiyyəti üzrə baxaraq verməli olduğu qiymətdir. Birinci instansiya məhkəməsi şikayətin icraata götürülməsindən imtina edərkən qərarında qeyd etmişdir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar (qeydiyyat yeri və yaşayış yeri, məşğuliyyət növü və vəzifəsi) qeyd edilməmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmiş, bundan başqa xüsusi ittiham qaydasında şikayət ərizəsində ümumi formada qeyd edilib ki, “fırıldaq işlərlə məşğul olur”, “narkotik aludəçisidir”, “dələduz”, “həyat yoldaşı öləndə onu dəfn eləmədi, apardı qəbiristanlığa nənəmin ayağının altına atdı gəldi” “həyat yoldaşını infakt edib öldürüb”. Lakin, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onların şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə məhz ona şər-böhtan atmasını fərqləndirilməmişdir. Bundan başqa şikayətçi Rəna Quliyeva iddia edir ki, efirdə onun haqqında “fırıldaq işlərlə məşğul olur”, “narkotik aludəçisidir”, “dələduz”, “həyat yoldaşı öləndə onu dəfn eləmədi, apardı qəbiristanlığa nənəmin ayağının altına atdı gəldi” “həyat yoldaşını infakt edib öldürüb”. kimi ifadələr işlədib. Lakin, efirdə bu sözlərin onun barəsində deyildiyi sübut olunmayıb, çünki konkret olaraq Rəna Quliyevanın adı çəkilməklə ona heç bir fikir ünvanlanmamışdır. Bu məhkəmənin işə mahiyyəti üzrə baxaraq verməli olduğu qiymətdir. Həmçinin, məhkəmə ilkin sübut qismində xüsusi ittihamçı barədə ifadələrin qeyd olunduğu video elektron daşıyıcıda – disk formasında məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə yuxarıda qeyd olunan hallar mövcud deyil və birinci instansiya məhkəməsi şikayətin icraata qəbul edilməsindən imtinanı əsaslandıra bilməmişdir. Beləliklə, yuxarıda sadalanmış hallardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi hazırkı işlə bağlı yanlış nəticəyə gəlmiş və şikayəti formal əsaslarla geri qaytarmışdır. Onu dələduz, fırıldaq işlərlə məşğul olan adlandırması CM-in 147.1-ci maddəsinin tərkibini yaradır və o, həmin maddə ilə təqsirli bilinib maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəzaya məhkum edilməlidir. Onun və oğlanlarının narkotik satışı ilə məşğul olmasını deməklə isə, onu ağır cinayətdə ittiham etmişdir ki, bu da, CM-in 147.2-ci maddəsinin tərkibini yaradır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs apellyasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o həmin şikayətlə tanış olmuşdur və həmin şikayətdə irəli sürülən dəlillərlə razı deyil. Tamamilə əsassız hesab edir və məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, barəsində xüsusi ittiham qaydasında məhkəməyə şikayət etmiş bu şəxsin özü əslində ona qarşı bu ittihamın irəli sürülə biləcəyi subyektdir. Belə ki, məhkəməyə ünvanladığı şikayətində guya onun ünvanına böhtan xarakterli ifadələr işlətdiyini və onu ağır cinayətdə - narkotik satmaqda ittiham etdiyini bildirmişdir. Halbuki şikayətçinin qeyd etdiyi «ATV» kanalının «Bizimləsən» verilişində yayımlanan görüntülərdə Xüsusi ittihamçı şəxsən iştirak etmiş, o Xüsusi ittihamçı adını bir dəfə də olsun çəkməmiş və onun ünvanına belə sözlər işlətməmişdir. Əksinə Xüsusi ittihamçı milyonluq auditoriya-televiziya qarşısında onun ünvanına şərəf və ləyaqətini alçaldan ifadələr işlətmiş və o həmin verilişə qatıldığı üçün həmin sözləri birbaşa ona ünvanladığını izləyicilər də görmüş və eşitmişlər. Onun dediyi həmin sözlər özünün barəsində xüsusi ittiham qaydasında məhkəmədə ona qarşı şikayətlə müraciət etməsinə əsas verdiyi halda o özünü sığortalamaq üçün ona qarşı şikayətlə müraciət etmişdir. Hazırda onun Xüsusi ittihamçı qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə iş Bakı şəhər Səbail Rayon Məhkəməsinin icraatındadır. Xüsusi ittihamçı onunla bu cür rəftarı və dəfələrlə məhkəmə qərarları əsasında onun şikayətinin geri qaytarılmasına baxmayaraq o yenə də rahat buraxmaması onun babasına - şikayətçinin atası olan X3 sahib çıxması və onun hüquqları ilə bağlı məhkəmələrə müraciət etməsi olmuşdur. Belə ki, Xüsusi ittihamçı babasının yaşlı və xəstə olmasından istifadə edərək onun Sumqayıt şəhərində olan evini sataraq pulunu mənimsəmiş, bankda olan pullarını əlindən almış və atasını pis vəziyyətdə küçələrə salmışdır. Lakin o bu barədə xəbər tutan kimi babasını televiziya kanalına gətirmiş və onun məhkəmədə Xüsusi ittihamçı qarşı mülki qaydada iddia qaldırmasına köməklik göstərmişdir. Görünür, babanın əlindən çıxmış əmlaklarını onun köməkliyi ilə geri qaytarmaq istəməsi Xüsusi ittihamçı və onunla bu işdə əlbir olan digər şəxslərə - babasının əmlaklarından yararlananlara xoş gəlmədiyi üçün ondan qisas almaq məqsədi ilə bu əsassız şikayəti məhkəməyə təqdim etmişdir. Babası ona sağlığında vəsiyyətnamə vermiş və o həmin vəsiyyətnamə əsasında onun varisi olaraq bu gün babasının mülki tələblərini məhkəmə çərçivəsində davam etdirir. Əlbəttə ki, bu hərəkətin Xüsusi ittihamçı heç də xoş gəlmədiyi üçün o bu cür əsassız şikayətlərlə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş videogörüntülərə baxış keçirərkən məlum olmuşdur ki, onun efir zamanı səsləndirdiyi ifadələrdən həmin sözlərin konkret olaraq Xüsusi ittihamçı ünvanına deməsi sübut olunmamış və ümumiyyətlə həmin sözlər ümumi ifadələr formasında səslənmiş və çıxışında hər hansı ad və soyad qeyd etməmiş və ünvanlanan şəxsin kimliyi müəyyən edilməmişdir. Məhkəmə də iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab etmişdir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticəsi əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza təyin olunması barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə həmin şəxsin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya məhkəməsi öncə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi birinci istansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlarının qanuniliyi və əsaslılığının yoxlanılmasının apellyasiya icraatını müəyyənləşdirmişdir. Apellyasiya icraatı cinayət prosesinin müstəqil mərhələsi olmaqla şəxsiyyətin hüquq və azadlıqlarının qorunmasına, ədalət mühakiməsinin məqsəd və vəzifələrinin yerinə yetirilməsinə, birinci instansiya məhkəməsinin hökm və qərarlarının qanuniliyinin və əsaslılığının təmin olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.2-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi digər məsələlərlə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.2.5-ci maddəsinin tələbinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. İş materiallarına əsasən birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətini icraata qəbul etməkdən imtina etmişdir ondan ötrü ki, xüsusi ittihamçı qanunvericliklə üzərinə düşən vəzifləri icra etməyərək şikayəti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun tərtib etməmişdir. Məhkəmənin qənaətinə görə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-ci maddəsinin tələblərinə əsasən şikayət ərizəsində şikayət vermiş şəxs barədə məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri, məşğuliyyət növü və vəzifəsi) göstərilməlidir. Lakin iş materialları ilə müəyyən edilir ki, şikayət vermiş şəxs barədə məlumatlar tam və ətraflı qeyd olunmamış, onun məşğuliyyəti barədə məlumat göstərilməmişdir. Apellyasiya instansiya məhkəməsi bununla bağlı qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə xüsusi ittihamçı Xüsusi ittihamçı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs soyadı, adı, atasının adı, təvəllüdünü, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanını, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, eləcə də əlaqə nömrəsini göstərmişdir. Bundan artıq hansı məlumatların birinci instansiya məhkəməsinə tələb olunduğunu həmin məhkəmə öz qərarında göstərməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) tam olaraq göstərilməmişdir. Belə ki, şikayət vermiş şəxs şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada və nə vaxt törədilməsini qeyd etməmişdir. Apellyasiya instansiya məhkəməsi bununla da bağlı qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə xüsusi ittihamçı Xüsusi ittihamçı açıq-aydın göstərmişdir ki, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs ##.##.2025-ci il tarixdə “Azad Azərbaycan” (ATV) kanalında canlı yayımda yayımlanan “Bizimləsən” verlişində onu təhqir etmiş, böhtan atmış, şərəf və ləyaqətini alçaltmışdır. Həmçinin xüsusi ittihamçı öz şikayətində konkret sübutlar və dəlillər gətirməklə, təhqir və böhtanın hansı ifadələrlə ifadə olunmasını təsvir etməklə öz şikayətini əsaslandırmış, şikayətinin təsdiqi kimi müvafiq videogörüntüləri əks etdirin diski də iş materiallarına əlavə etmişdir. Birinci instansiya məhkəməsi öz qərarında həmçinin göstərmişdir ki,şikayət verən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, sonuncunun hansı əməllərinə görə həmin Məcəllənin 147.1, hansı əməllərinə görə 147.2-ci və hansı əməllərinə görə isə 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmişdir Birinci instansiya məhkəməsinin bu paraloqizmi ilə əlaqədar isə apellyasiya instansiya məhkəməsi qeyd edir ki, bu məsələ tövsif məsələsi olmaqla işin mahiyyəti üzrə baxılmasının hüquqi qiyməti ilə bağlıdır və şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə qəti şəkildə əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsi xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi əsaslarını müəyyən edir. Belə ki, həmin maddəyə əsasən: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilə bilər. Lakin hazırki işin materiallarından göründüyü kimi, Xüsusi ittihamçı tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətdə yuxarıda qeyd olunan hallar mövcud deyil və birinci instansiya məhkəməsi şikayətin icraata qəbul edilməsindən imtinanı əsaslandıra bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin bu yanaşmanı formal yanaşma kimi qəbul edərək hesab edir ki, bu kimi yanaşma tərəflərin mübahisəli iş üzrə yekun nəticəyə nail ola bilməmələrinə, bu səbəbdən də lüzumsuz surətdə yuxarı instansiya məhkəməsinə müraciət etmələrinə yol açmış olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.5-ci maddəsinə əsasən Cinayət- Prosessual Məcəlləsinin Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan həmin Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.9 və 391.9.2-ci maddələrinə əsasən həmin Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Göstərilənlərə əsasən məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, хüsusi ittiham üzrə şikayət vеrmiş şəхs və onun nümayəndəsi tərəfindən birgə verilmiş apelyasiya şikayəti qismən təmin еdilməli, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verdiyi şikayətin icraata qəbul olunmasından imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilməli, xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə toplanmış material hazırlıq iclasının keçirilməsi mərhələsində baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 391, 398.1.2-ci, 399.1.1, 399.1.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin. Xüsusi ittihamçı tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə toplanmış material hazırlıq iclasının keçirilməsi mərhələsində baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar