Məhkəmə qərarları › İş №1(3-6)-688/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-688/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-688/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, ## #### 1991-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 228.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim İkram Kərimli) ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclas zalında dərhal həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib idarə etdiyi “Changan Qiyuan A05” markalı, Az **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 124 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə saat 10:30-da Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 124 ünvanının yaxınlığında idarə etdiyi həmin avtomobilin yanında saxlanılaraq avtomobillə birlikdə ünvan 1 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və idarənin həyətində həmin tarixdə saat 12:51-dən etibarən “Changan Qiyuan A05” markalı, Az **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünün razılığı və iştirakı ilə baxış keçirilən zaman avtomobilin yük yerindən ****** №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat hesab edilən 01 ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ümumi sayı 06 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nizami rayon məhkəməsinin ## ##### 2026-cı il tarixli hökmünün ona cəzanın həddi ilə bağlı edilmiş təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti qanunla dövriyyəsi qadağan olunmuş odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğularla davranış sahəsindəki ictimai münasibətlərdir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bütün xidməti və mülki silahların, o cümlədən odlu silahın dövriyyəsi ilə bağlı qadağan olunan hərəkətlərin dairəsi müəyyənləşdirilmiş, onun əldə edilməsi, eləcə də gəzdirilməsi və ondan istifadə edilməsi müvafiq icazənin alınması ilə şərtləndirilmişdir. Həmin Qanununun 2-ci maddəsinə əsasən silah-canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Həmin Qanununun 2-ci maddəsinin 4-cü bəndinə əsasən, döyüş silahı-qulluq vəzifəsinin və döyüş tapşırığının yerinə yetirilməsi üçün istifadə olunan silahdır. Həmin Qanunun 2-ci maddəsinin 8ci bəndinə əsasən odlu silah-barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahdır. Həmin Qanunun 9-cu maddəsinin 6-ci bəndinə əsasən vətəndaş xüsusi icazə ilə əldə edilmiş odlu ov və ya idman silahını iki həftə ərzində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirməlidir. Qeydiyyata alınmış silahın sahibinə vətəndaşın odlu ov və ya idman silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamə verilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işin konkret hallarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, sonuncunun şəxsiyyətini nəzərə almayaraq gəldiyi nəticəni hökmdə əsaslandırmamış və cəzanın məqsədini təmin etməyən ədalətsiz yüngül cəza təyin etmişdir Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq ****** №-li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, Kalaşnikov konstruksiyalı AK- 74 modelli avtomat hesab edilən 01 ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ümumi sayı 06 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı əldə edib idarə etdiyi avtomobildə saxlamaqla daşımışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı odlu silahın texniki göstəriciləri atəş üçün yararlı vəziyyətdədir. Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat döyüş silahı olmaqla, düşməni qısa və uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulmuş avtomatik fərdi hücum və müdafiə silahıdır. Bu cür odlu silahlar atəş məsafəsinin və təsir gücünün artmasına və ictimai təhlükəlilik dərəcəsinə görə yüksək təhlükə yaradır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs avtomobilində yüksək təhlükəliliyə malik odlu silah hesab edilən, yaxın və uzaq məsafələrdə hücum silahı xarakterinə malik alət olan atəşə yararlı avtomatı gəzdirməsi, onun sağlam həyat tərzi yaşamayaraq gələcək niyyətinin cəmiyyət üçün faydalı deyil, cinayətkar məqsədlərə xidmət edəcəyindən ibarət real ehtimal olmaqla, şəxsiyyətinin sosial təhlükəliliyi ilə xarakterizə olunur. Bütün bunlar Təqsirləndirilən şəxs əməlinin və şəxsiyyətinin yüksək ictimai təhlülkəliliyinə dəlalət edən haldır. Lakin, məhkəmə cəza təyin edərkən bu əhəmiyyətli hala xüsusi diqqət yetirməyərək cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etmişdir. Halbuki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair” işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2005-ci il tarixli qərarının 29-cu bəndinə əsasən məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2003-cü il tarixli qərarında göstərilmişdir ki, odlu silah soyuq silahdan təkcə hazırlanma, təyinat və istifadə edilmə qaydası ilə deyil, həm də cəmiyyət üçün son dərəcədə təhlükəliliyi ilə fərqlənir. Eyni zamanda, Təqsirləndirilən şəxs törətdiyi cinayət kifayət qədər aktual cinayətdir. Belə ki, statistikaya nəzər salsaq ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti odlu silah tətbiq edilməklə törədilir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatlarına əsasən 2024-cü il ərzində Azərbaycanda odlu silahın tətbiqi ilə 34 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 10-u qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd hadisəsində tətbiq edilmişdir. (https://www.stat.gov.az/source/crimes/ “Azərbaycanda hüquqpozmalar 2024”). Təqsirləndirilən şəxsin qanunsuz yolla odlu silah əldə edib üzərində gəzdirməsi, dövriyyəsi qanunla məhdudlaşdırılmış silahların dövlət nəzarətindən kənarda qalmasına səbəb olaraq, cəmiyyətin sabitliyi, ictimai asayişin qorunması, vətəndaşların həyat və sağlamlığının təhlükəsizliyi ilə bağlı münasibətləri pozur. Bu kimi əməllər təkcə konkret zərər nəticəsi yaratmasa belə, özündə yüksək təhlükə potensialı daşıyır və kriminal mühitin formalaşmasına zəmin yaradır. Silahların qanunsuz dövriyyəsi dövlətin hüquq-mühafizə siyasətinə, qanunvericiliklə müəyyən edilmiş ictimai təhlükəsizliyin təminatı sisteminə ciddi zərbə vurur. Odlu silahların qeyri-qanuni əldə edilməsi və daşınması faktı cinayətin ictimai təhlükəliliyini artıran mühüm göstəricilərdən olub, cəzanın fərdiləşdirilməsində və onun sərtliyinin müəyyən edilməsində əsas meyar kimi çıxış etməlidir. Qeyd edilməlidir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, ##.##.2025ci il tarixdə məhkəmənin hazırlıq iclasında müdafiə tərəfindən həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə verilmiş vəsatət məhkəmə tərəfindən təmin edilməmiş, lakin ##.##.2025-ci il tarixdə məhkəmə baxışı zamanı müdafiə tərəfinin yenidən verdiyi eyni məzmunlu vəsatət hər hansı bir əsas olmadan təmin edilərək təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, bu qərar nəticəsində Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixdək, yəni 4 ay 19 gün ev dustaqlığında olmuş, təyin olunmuş 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti ##.##.2026-cı il tarixdə bitdiyindən məhkəmə tərəfindən təyin olunmuş bu cəza aşağı həddə olmaqla, nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunvericiliyinin əsas prinsipi olan ədalət prinsipinə əməl etmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterini, işin hallarını nəzərə almadan ona ədalətsiz və cəzanın məqsədlərini təmin etməyən aşağı həddə cəza təyin etmişdir. Bununla da məhkəmə tərəfindən təyin edilən yekun cəza şəxsin islah olunması üçün yetərli hesab edilə bilməz. Göründüyü kimi, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu halda, sonuncuya işin hallarını tədqiq etmədən aşağı həddə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət hökmü çıxarılmasını, alternativ olaraq, apellyasiya instansiyası məhkəməsi bəraət hökmü çıxarılması üçün kifayət qədər əsas olmadığı qənaətinə gələrsə, hökmü ləğv edilərək işin yenidən, tam, hərtərəfli və obyektiv məhkəmə araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçsi müdafiəçi1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ittihamın əsasını təşkil edən sübutlar mahiyyətcə üç blokdan ibarətdir: polis əməkdaşlarının ifadələri, ilkin etirafedici ifadə və avtomobilə baxış protokolu. Bu sübutların hər biri ayrıca və birlikdə ciddi şübhə doğurur. Polis əməkdaşları iş üzrə əməliyyatın bilavasitə iştirakçılarıdır və onların ifadələri müstəqil, neytral mənbə kimi qəbul edilə bilməz. Məhkəmə iclasında onların ifadələrində əməliyyatın detalları, saxlanma şəraiti və sonrakı prosessual hərəkətlər barədə ziddiyyətlər olmuşdur. Buna baxmayaraq, məhkəmə həmin ziddiyyətləri aradan qaldırmamış, onları sadəcə ittihamı təsdiq edən sübut kimi qəbul etmişdir. İlkin etirafedici ifadəyə gəldikdə isə, Təqsirləndirilən şəxs sonradan müqaviləli müdafiəçinin iştirakı ilə verdiyi ifadədə əvvəlki ifadəsinin təzyiq altında alındığını açıq şəkildə bildirmişdir. Məhkəmə bu dəlilə ciddi yanaşmalı, ifadənin hansı şəraitdə verildiyini, tutulduğu andan müdafiəçi ilə təmin olunmasına qədər keçən müddətdə onun hüquqlarının necə təmin edildiyini, ailəsinə və seçdiyi müdafiəçiyə məlumat verilib-verilmədiyini, etirafın könüllü olub-olmadığını araşdırmalı idi. Lakin bu edilməmişdir. AİHM-in Jalloh v. Germany qərarında vurğulandığı kimi, qanunsuz və ya məcburi üsulla əldə edilmiş sübutların məhkəmədə istifadə edilməsi bütövlükdə prosesin ədalətliliyini şübhə altına ala bilər. Bundan başqa, AİHM-in Barberà, Messegué and Jabardo v. Spain qərarında ifadə etdiyi prinsipə görə, təqsirsizlik prezumpsiyası sübutetmə yükünün ittiham tərəfinin üzərində olmasını, məhkəmənin təqsirləndirilən şəxsin cinayəti törətməsi barədə əvvəlcədən formalaşmış yanaşma ilə çıxış etməməsini və hər bir şübhənin təqsirləndirilən şəxsin xeyrinə həll edilməsini tələb edir. Hazırkı işdə isə məhkəmə ittiham tərəfinin sübut etməli olduğu halları müdafiə tərəfinin təkzib etməli olduğu hallar kimi qiymətləndirmiş, yəni faktiki olaraq sübutetmə yükünü təqsirləndirilən şəxsin üzərinə keçirmişdir. Hökmdə “silahın istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və naməlum şəraitdə əldə edilməsi” göstərilmişdir. Bu ifadə özüözlüyündə ittihamın sübutetmə baxımından zəifliyini nümayiş etdirir. CM-nin 228.1-ci maddəsi üzrə şəxsin məsuliyyətə cəlb edilməsi üçün onun odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını qanunsuz əldə etməsi, saxlaması və ya daşıması faktı konkret, mötəbər və şübhə doğurmayan sübutlarla təsdiq edilməlidir. İttihamda isə silahın haradan, nə vaxt, kimdən və hansı şəraitdə əldə edilməsi müəyyən olunmamışdır. Belə vəziyyətdə şəxsin təqsirliliyi barədə nəticə ehtimala əsaslanır ki, bu da CPM-nin 351.2-ci maddəsinə ziddir. Məhkəmə həmçinin müdafiə tərəfinin əsas arqumentlərindən olan avtomobilə baxışın təkrar çəkilməsi, videoçəkilişin fraqmentar və prosessual baxımdan şübhəli olması, saxlanmadan baxışa qədər olan müddətdə avtomobilin qorunması və ona kənar müdaxilənin istisna olunması məsələlərinə cavab verməmişdir. AİHM-in Hirvisaari v. Finland qərarında qeyd olunduğu kimi, məhkəmələr qərarlarını əsaslandırmalı və tərəflərin işin nəticəsi üçün mühüm olan dəlillərinə cavab verməlidirlər. Hazırkı hökmdə isə müdafiənin əsas dəlillərinə cavab verilməmiş, yalnız ümumi və şablon ifadələrlə ittiham sübutlarının mötəbər olduğu bildirilmişdir. CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən, şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılmalıdır. Bu iş üzrə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi, yəni silahı məhz onun əldə etməsi, saxlaması və daşıması qanuni, mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamışdır. Ona görə də hökm ləğv edilməli və onun barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətinin dəlilərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməklə təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını, həmçinin dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, dövlət ittihamçısı İlkin Yusifov apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə məhkum olunmasına dair hökmün ona cəzanın həddi ilə bağlı edilmiş təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini və verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması mübahisələndirilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilsə də, birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməllərini CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası protestin dəlilləri ilə razılaşaraq hesab edir ki, protest qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, işin faktiki hallarını, Təqsirləndirilən şəxs daha ağır cəza təyin etmə tələbini nəzərə almamış, hökmdə cinayət və cinayət prosessual qanunvericiliyin normalarını sadalasa da, yuxarıda qeyd edilən hallara etinasız yanaşıb təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəza təyin etməsini kifayət qədər əsaslandırmayaraq yekun qənaətə gəlmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il və ## #### 2011-ci il tarixli qərarlar). Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin yuxarıda adı çəkilən Plenum qərarında əks olunmuş hüquqi mövqeyindən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq ****** №li, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1979-cu ildə istehsal olunmuş 5,45 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat hesab edilən 01 ədəd yivli odlu silah, zavod üsulu ilə istehsal edilmiş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan ümumi sayı 06 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı əldə edib idarə etdiyi avtomobildə saxlamaqla daşımışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı odlu silahın texniki göstəriciləri atəş üçün yararlı vəziyyətdədir. Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat döyüş silahı olmaqla, düşməni qısa və uzaq məsafədən məhv etmək üçün nəzərdə tutulmuş avtomatik fərdi hücum və müdafiə silahıdır. Bu cür odlu silahlar atəş məsafəsinin və təsir gücünün artmasına və ictimai təhlükəlilik dərəcəsinə görə yüksək təhlükə yaradır. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs avtomobilində yüksək təhlükəliliyə malik odlu silah hesab edilən, yaxın və uzaq məsafələrdə hücum silahı xarakterinə malik alət olan atəşə yararlı avtomatı gəzdirməsi, onun sağlam həyat tərzi yaşamayaraq gələcək niyyətinin cəmiyyət üçün faydalı deyil, cinayətkar məqsədlərə xidmət edəcəyindən ibarət real ehtimal olmaqla, şəxsiyyətinin sosial təhlükəliliyi ilə xarakterizə olunur. Bütün bunlar Təqsirləndirilən şəxs əməlinin və şəxsiyyətinin yüksək ictimai təhlülkəliliyinə dəlalət edən haldır. Lakin, məhkəmə cəza təyin edərkən bu əhəmiyyətli hala xüsusi diqqət yetirməyərək cəzanın məqsədini təmin etməyən yüngül cəza təyin etmişdir. Halbuki, “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair” işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2005-ci il tarixli qərarının 29-cu bəndinə əsasən məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2003-cü il tarixli qərarında göstərilmişdir ki, odlu silah soyuq silahdan təkcə hazırlanma, təyinat və istifadə edilmə qaydası ilə deyil, həm də cəmiyyət üçün son dərəcədə təhlükəliliyi ilə fərqlənir. Eyni zamanda, Təqsirləndirilən şəxs törətdiyi cinayət kifayət qədər aktual cinayətdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə cəza təyin edərkən, onun ilk dəfə cinayət əməli törətməsini, himayəsində 1 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halın olmamasını qeyd edərək ona yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu halda, sonuncuya işin hallarını tədqiq etmədən aşağı həddə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası təyin etməklə cinayət qanununun normasını düzgün tətbiq etməmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları, o cümlədən, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, şəxsiyyətini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın həddi ilə onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından, ona təqsirli bilindiyi CMin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş daha artıq həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Müdafiəçinin apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. CPM-nin 399.1.4-cü maddəsinə əsasən cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Odur ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməli, Təqsirləndirilən şəxs həmin hökmə əsasən təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumların hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və CPM-nin 193, 396, 397.1, 397.2, 399.1.2 və 405.1.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs həmin hökmə əsasən təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili İbrahimli Səid Şahniyar oğlu tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar