Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-762/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi və həmin Məcəllənin 221.2.1-ci maddəsi üzrə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X2) ## #### 1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 63, mənzil 59 ünvanında yaşayan Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddələrindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi və təqsirli bilinməsi, ona həmin maddə ilə 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən təyin edilmiş cəzadan azad edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2 ci maddəsinə əsasən bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, cinayət işi üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması nəzərə alınması hökm edilmişdir. Işin halları: Ittiham orqanı tərəfindən elan edilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs şahid4 və şəxsiyyəti istintaqla araşdırılan digər şəxslərlə bir qrup şəxs halında ## ###### 2024-cü il tarixdə gecə saat 05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 127/131 ünvanında yerləşən "Publika" restoranında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməsindən sonra aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özlərini ətrafdakılara qarşı qoyub, ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona burun sümüyünün ikili yerdəyişən sınıqlarından ibarət az ağır zərər vurmaya aid və digər dərəcələri təyin edilməyən xəsarətlər yetirib, xuliqanlıq etmişdir. Ibtidai istintaq tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş ittiham irəli sürülmüşdür. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarət yetirməklə qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə gecə saat 05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 127/131 ünvanında yerləşən “Publika” restoranında Zərərçəkmiş şəxs restoranda olan digər müştəriləri narahat etməsi səbəbindən ondan obyekti tərk etməsini xahiş etməsindən sonra, sonuncunun bundan imtina edərək ona qarşı nalayiq ifadələr işlətməsindən qəzəblənərək, aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə qəsdən vuraraq burun sümüyünün ikili yerdəyişən sınıqlarından ibarət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə dərəcələrinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarət yetirməklə, qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəyə tövsif etmiş və 221.2.1-ci maddə üzrə Təqsirləndirilən şəxs bəraət vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməklə ittihamedici hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməmiş, heç bir xuliqanlıq hərəkəti etmədiyini, narazılığın başlamasına səbəb isə Fidanın Mahirəni təhqir etməsi olmuşdur. Ümumi hadisə isə 30 dəqiqə davam etmişdir. Hadisənin davam etmə müddətindən də görünür ki, Təqsirləndirilən şəxs əməlini dayandırmamış, bu cür hərəkətlərinə davam edərək, xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələrini, məhkəmə-tibbi ekspertizasının rəyinin araşdırılmasını göstərsə də, göstərilən ittihamın sübutlarını düzgün tədqiq etməmiş iş üzrə əsassız nəticəyə gəlmiş, həmin ifadələrlə bağlı ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışmış, lakin bu əsaslandırma işin faktiki haları ilə ziddiyyət təşkil etmişdir. Halbuki, iş üzrə toplanmış mötəbər sübutlarla kifayət qədər sübuta yetirilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini törətmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinə şübhə ilə yanaşması, şahidlərin ziddiyyətli ifadələrini sübut kimi qəbul etməsi, ittihamın sübutları olan məhkəmə-tibbi ekspertizasının rəyini, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, habelə digər sənədləri hökmdə tədqiq etməməsi, onlara ümumiyyətlə münasibət bildirməməsi əsassız olmuşdur. Bundan başqa, cinayət işinin materialarından göründüyü kimi hadisə ictimai yer hesab edilən Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 127/131 ünvanında yerləşən “Publika” restoranıdır. Belə ki, Təqsirləndirilən şəxs ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərərək Zərərçəkmiş şəxs qarşı qərəzli xuliqanlıq etmişlər. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2004-cü il tarixli, * saylı Qərarının 2-ci bəndinə əsasən, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Bundan başqa, həmin Qərara əsasən, xuliqanlığın cəmiyyətə açıqca hörmətsizlik etmə əlaməti bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərində ifadə olunur. Bundan başqa məhkəmə bu nəticəyə gələrkən nəzərə almamışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə küçədə mübahisə etmişlər, habelə mübahisə edərkən tanımadıqları başqa şəxslər və digər müştərilər də orada olmaqla sonuncuları sakitləşdirərək ayırmışlar. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli verdiyi ifadəsini hökmdə tədqiq etməmiş, onu digər sübutlarla təhlil etməyərək münasibət bildirməmişdir. Hökmdən aydın deyil ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin hansı hissəsini sübut kimi qəbul etmiş, hansı hissəsini isə rədd etmişdir. Bundan əlavə, məhkəmə hökmdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yetirilən xəsarətlərin məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiq olunduğu halda, ittihamın sübutu olan bu ekspertiza rəyinə münasibət bildirməmiş, onu hökmdə sadalamaqla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi barədə nəticəyə gələrkən nəzərə almamışdır ki, qeyd olunan cinayətin obyekti ictimai qayda və ictimai təhlükəsizliyi təmin edən ictimai münasibətlərlə yanaşı əlavə obyekt qismində insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Habelə, məһkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcələnin 127.1-ci maddəsinə tövsif etməklə yanlış nəticəyə gəlmişdir. Halbuki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının 5-ci bəndinə əsasən xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Hökmdən təqsirləndirilən şəxs, müdafiəçi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Apellyasiya şikayətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinməklə məhkum edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi hökmünü onunla əsaslandırmışdır ki, xuliqanlıq motivinin əsasını "bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək" təşkil edir. Işin faktiki halarından isə görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri bu motivlərlə deyil, məhz şəxsi qəzəb və intiqam hissi ilə, zərərçəkmiş şəxsin onun anasına qarşı yönəlmiş nalayiq ifadələrinin bilavasitə təsiri ilə şərtlənmişdir. Belə ki, xuliqanlıq zamanı təqsirkarın hərəkətləri adətən şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman tanımadığı və ya təsadüfən rastlaşdığı şəxsə qarşı yönəlmiş olur. Hazırkı işdə isə tərəflər arasında əvvəldən tanışlıq, obyekt sahibi ilə müştəri münasibəti mövcud olmuşdur. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, ekspert rəyi əsasında belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini və xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi az ağır zərər vurmanın xuliqanlıq niyyəti ilə törədilməsini ağırlaşdırıcı tərkib əlaməti kimi nəzərdə tutur. Bu əlamətin tətbiqi üçün əməlin motivinin xuliqanlıq niyyəti olması, yəni təqsirləndirilən şəxsin hərəkətlərinin ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" ## #### 2004-cü il tarixli, * nömrəli Qərarının 3-cü bəndində izah olunmuşdur ki, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində törədilən zorakı hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar birmənalı şəkildə təsdiq edir ki, hadisədən əvvəl tərəflər arasında tanışlıq olmuş və münaqişə onların şəxsi münasibətləri zəminində, o cümlədən zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmışdır. Belə ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin bacısı şahid4 icarəyə götürüb idarə etdiyi "Publika" restoranına əvvəllər də gəlmiş və sonuncunun, o cümlədən şahidlərin məhkəmə iclasında verdikləri ifadələrə görə əvvəlki gəlişlərində də hadisə törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin ziddiyyətli məqamlarına baxmayaraq, bütün tərəflərin təsdiqlədiyi ortaq fakt ondan ibarətdir ki, münaqişənin birbaşa səbəbi zərərçəkmiş şəxsin obyektdə digər müştərilərə sataşması, obyekti tərk etməkdən imtina etməsi və təqsirləndirilən şəxsin anasına qarşı nalayiq ifadələr işlətməsidir. Həm təqsirləndirilən şəxsin, həm də şahidlər şahid4, X6, şahid3 və şahid2 ifadələri təsdiq edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin digər müştəriləri narahat etməsi ilə bağlı narazılıq əsasında əvvəlcə zərərçəkmiş şəxsdən obyektdən çıxmasını mehriban formada, xahiş edərək istəmişdir. Zərərçəkmiş şəxs isə "məni burdan heç kim çıxara bilməz" deyə bildirib, daha sonra isə Təqsirləndirilən şəxs anasına qarşı təhqir işlətmiş və bununla təqsirləndirilən şəxsi qəzəbləndirmişdir. Bu fakt isə göstərir ki, təqsirləndirilən şəxsin hərəkətləri cəmiyyətə və ya qeyri-müəyyən şəxs dairəsinə deyil, bilavasitə zərərçəkmiş şəxsin şəxsiyyətinə qarşı yönəlmişdir. Məhkəmə qeyd etmişdir ki, xuliqanlıq motivinin əsasını "bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək" təşkil edir. Işin faktiki hallarından isə görünür ki, təqsirləndirilən şəxsin hərəkətləri bu motivlərlə deyil, məhz şəxsi qəzəb və intiqam hissi ilə, zərərçəkmiş şəxsin onun anasına qarşı yönəlmiş nalayiq ifadələrinin bilavasitə təsiri ilə şərtlənmişdir. Belə ki, xuliqanlıq zamanı təqsirkarın hərəkətləri adətən şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, çox zaman tanımadığı və ya təsadüfən rastlaşdığı şəxsə qarşı yönəlmiş olur. Hazırkı işdə isə tərəflər arasında əvvəldən tanışlıq, obyekt sahibi ilə müştəri münasibəti mövcud olmuşdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə ## ###### 2006-cı il tarixli Qərarında da vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Hazırkı işdə bu niyyətin mövcudluğu sübuta yetirilməmişdir. Buna əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin tövsifedici əlaməti olan "xuliqanlıq niyyəti" mövcud deyildir. Onun əməli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməlidir, çünki törədilmiş əməl zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarət yetirməklə qəsdən sağlamlığa az ağır zərər vurmadan ibarətdir. Həmçinin, Ali Məhkəmə Plenumunun "Məhkəmə hökmü haqqında" ## ###### 2021 ci il tarixli, ** nömrəli Qərarının 40-cı bəndində izah olunduğu kimi, tövsif dəyişdirilərək ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə aid olan maddəyə keçirildikdə, işdə zərərçəkmiş şəxsin ərizəsinin (şikayətinin) olması kifayətdir ki, məhkəmə ittiham hökmü çıxara bilsin. Hazırkı işdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs şikayəti əsasında cinayət təqibi başlanılmışdır və o, məhkəmə baxışında da təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını istədiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən yalnız qəsdlə törədilə bilər. Qəsdin mövcudluğunu müəyyən etmək üçün məhkəmə təqsirləndirilən şəxsin öz əməlinin ictimai təhlükəli xarakterini dərk etməsini, onun nəticələrini qabaqcadan görməsini və bu nəticələrin baş verməsini arzu etməsini (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verməsini (dolayı qəsd) araşdırmalıdır. Işin halları göstərir ki, təqsirləndirilən şəxs mübahisə zamanı zərərçəkmiş şəxsin sifət nahiyəsinə əli ilə şillə vurmuşdur. Təqsirləndirilən şəxsin özü bunu həm ibtidai istintaqda, həm də məhkəmə baxışında etiraf etmişdir. Zərbənin sifət nahiyəsinə yönəldilməsi təqsirləndirilən şəxsin öz hərəkətinin zərərçəkmişin sağlamlığına zərər vura biləcəyini qabaqcadan dərk etdiyini və bu nəticənin baş verməsini ən azı şüurlu surətdə arzu etdiyini göstərir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs qəsdi məhz zərərçəkmiş şəxsə fiziki zərər yetirməyə yönəlmişdir. Məhkəmə-tibbi ekspertizasının ## ###### 2024-cü il tarixli *** saylı və ## ###### 2024cü il tarixli **/*** saylı rəyləri ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş burun sümüyünün ikili yerdəyişən sınıqları küt əşyanın təsirindən törənmişdir, ##.##.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə iclasında dindirilmiş ekspert şahid1 həmin rəylərin düzgünlüyünü təsdiq edərək, burundakı sınığın mütləq şəkildə yeni sınıq olduğunu, köhnə sınıqlarda mazollaşma əmələ gəldiyini, həmçinin sınığın şillədən yaranmasının istisna edilmədiyini, bu zaman vuran tərəfin bədən quruluşunun əhəmiyyət kəsb etdiyini bildirmişdir. Ekspert eyni zamanda, zərərçəkmiş şəxsin başında şiş olması barədə iddiasını təkzib etmişdir. Təqsirləndirilən şəxsin müdafiə mövqeyi, yəni zərərçəkmiş şəxsin burnunu sındırmadığını iddia etməsi, ekspert rəyi ilə və özünün dolayı etirafı ilə tam şəkildə təkzib olunmuşdur. Ekspertin məhkəmə iclasındakı izahına əsasən, burun sümüyünün sınığı küt əşyanın, o cümlədən şillənin təsirindən yarana bilər, sınığın yeni olduğu tibbi baxımdan təsdiq edilmişdir. Bundan başqa, polis əməkdaşları X4 və Ibrahim-zadə Rüfət Əhliman oğlunun ifadələrindən görünür ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxsin üzündə qanabənzər izlər, sıyrıqlar mövcud olmuş və zərərçəkmiş əli ilə burun nahiyəsini tutmuşdur. Iş materiallarında olan sərxoşluğun müayinə protokoluna əsasən, zərərçəkmiş şəxs hadisə zamanı yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur ki, bu hal onun davranışını müəyyən dərəcədə izah edir, lakin təqsirləndirilən şəxsin əməlinin hüquqi qiymətləndirilməsinə təsir etmir. Məhkəmənin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi üzrə bəraətin əsaslandırılması aşağıdakı kimidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin dispozisiyası xuliqanlıq cinayətini digər əməllərdən fərqləndirən əlamətləri müəyyən edir ki, bunlar ictimai qaydanı kobud surətdə pozmaq qəsdi və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətidir. Ali Məhkəmə Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Qərarının 3cü bəndində məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmiş və izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Yuxarıda ətraflı təhlil edildiyi kimi, sözügedən münaqişə zərərçəkmiş şəxsin təşəbbüsü ilə yaranmış, şəxsi münasibətlər zəminində baş vermiş və konkret şəxsə qarşı yönəlmişdir. Təqsirləndirilən şəxsin qəsdinin formalaşmasında zərərçəkmiş şəxsin nalayiq ifadələr işlətməsi və təhqiramiz davranışı həlledici rol oynamışdır. Xuliqanlığın subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilməsi, təqsirkarın ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməsi və bunu arzu etməli olması nəzərə aldıqda, təqsirləndirilən şəxsin hərəkətlərinin xuliqanlıq niyyəti ilə deyil, şəxsi münasibətlər və qəzəb zəminində törədilməsi tam təsdiq edilir. Bu cinayətin motivi qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu təsdiq etmək deyil, konkret şəxsin təhqirlərinə qarşı reaksiyadır. Cinayətin xuliqanlıq kimi tövsifi üçün onun subyektiv cəhəti ilə yanaşı, obyektiv cəhətinin də bütün əlamətlərinin mövcud olması mütləqdir. Ali Məhkəmə Plenumunun həmin qərarının 2-ci bəndində izah olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hadisənin tərəflərin bilavasitə münaqişəsi ilə məhdudlaşdığı, nəqliyyatın, müəssisə və ya təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olmadığı, ictimai asayişdə uzunmüddətli pozuntu yaratmadığı məhkəmə tərəfindən müəyyən edilir. Zərərçəkmiş şəxs özü ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində hadisə yerində kənar şəxslərin az olduğunu bildirmiş, lakin məhkəmə baxışında çoxlu sayda şəxsin olduğunu qeyd etmişdir. Ifadələrindəki bu əhəmiyyətli ziddiyyət Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələbləri çərçivəsində onun bu xüsusda göstərdiklərinə şübhə ilə yanaşmağa əsas vermişdir. Hadisənin baş verdiyi yer restoran kimi ictimai yer hesab edilsə də, münaqişənin özünün lokal xarakter daşıması, kənar şəxslərə yönəlməməsi, təqsirləndirilən şəxsin ətrafdakılara hər hansı hörmətsizlik nümayiş etdirməməsi əməlin "ictimai qaydanı kobud surətdə pozması" və "cəmiyyətə açıqca hörmətsizlik" kimi qiymətləndirilməsinə hüquqi əsas vermir. Bundan əlavə, hadisənin ictimai yerdə baş verməsi ümumiyyətlə əməlin birbaşa xuliqanlıq kimi tövsif edilməsi üçün əsas vermir. Qeyd olunduğu kimi, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini dərk etməkdir. Istintaq orqanı tərəfindən ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə, yəni xuliqanlığın bir qrup şəxs tərəfindən törədilməsi ilə elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1-ci maddəsinə əsasən əməl qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədildikdə bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur. Iş materiallarından görünür ki, şahid4 və digər şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ayrıca ********* nömrəli cinayət işi ayrılmışdır. Lakin, hazırkı işdə Təqsirləndirilən şəxs digər şəxslərlə birgə və eyni vaxtda zərərçəkmiş şəxsə qarşı xuliqanlıq hərəkətləri törətdiyini təsdiq edən kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir. Həm təqsirləndirilən şəxsin, həm şahidlərin ifadələri yalnız bir zərbənin (şillənin) Təqsirləndirilən şəxs tərəfindən vurulduğu təsdiq edilir. Birgə icraçılığın mövcudluğu hazırkı işdə sübuta yetirilməmişdir. Ümumiyyətlə, əməldə bir qrup şəxs tərəfindən törədilmiş xuliqanlıq cinayətinin müəyyən edilməsi üçün, əməlin özünün xuliqanlıq cinayəti olubolmaması aydınlaşdırılmalıdır ki, ağırlaşdırıcı tövsifedici əlamətlərə daha sonra hüquqi qiymət verilsin. Lakin, hazırkı halda Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkib əlamətləri müəyyən edilməmişdir. Yuxarıda aparılmış təhlilə əsasən, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin tərkib əlamətləri, yəni nə subyektiv cəhəti (xuliqanlıq niyyəti), nə obyektiv cəhəti (ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik) mövcud deyildir. Ali Məhkəmə Plenumunun qərarlarında və tövsiyə xarakterli məktublarında dəfələrlə qeyd olunduğu kimi, şəxsi münasibətlər zəminində yaranan və konkret şəxsə qarşı yönələn zorakı hərəkətlər, ictimai asayişi pozmaq məqsədi daşımadıqda, şəxsiyyət əleyhinə olan cinayətlər kimi tövsif edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı cəmiyyətə açıqca hörmətsizlik etməmiş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməmiş, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməmişlər. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş və xuliqanlıq niyyəti onun əməlində hərəkətverici amil rolunu oynamamış, təqsirləndirilən şəxsin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə münasibətdə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına az ağır xəsarət yetirsə də, onun həmin əməli xuliqanlıq niyyəti ilə törətməsi istisna olunduğundan onun həmin əməli əsaslı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmişdir. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsirsiz olması barədə məhkəmənin gəldiyi nəticə mübahisələndirilsə də, məhkəmə araşdırması zamanı alınmış ifadələr, digər sübutlara ifadələrə qərəzsiz və obyektiv qiymət verilmiş, tərəflərin həqiqi münasibətləri aydınlaşdırılmış, sübut əhəmiyyətli xüsusatlar araşdırılmışdır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına zərər vurmada ifadə olunur. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə törədilmiş cinayət kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, ya da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Xuliqanlıq niyyəti ilə törədilən əməl çox vaxt heç bir səbəb olmadan, yaxud da cüzi səbəbi bəhanə etməklə törədilir. Qanunvericiliyin tələbindən və yuxarıda sadalanan Plenum qərarlarından görünür ki, əməlin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi üçün ilk növbədə xuliqanlıq niyyətinin konkret cinayətin motivi kimi özünü biruzə verməsi, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla həmin cinayəti törətməsi, xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunması tələb olunur. Təqsirləndirilən şəxsin əməlində xuliqanlıq niyyətinin olmasına hüquqi qiymət verilərkən ən vacib məqam hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) və şəxsin məqsədinə lazımi əhəmiyyət verilməsidir. Məlumdur ki, niyyət sözünün mənası məqsəd, məram, xuliqanlıq sözünün mənası isə ictimai qayda, nizam-intizamın, əxlaqın normalarının pozulması, cəmiyyətə hörmət etməmə deməkdir. Belə olan halda şəxsin əməlinin xuliqanlıq niyyəti ilə tövsif edilməsi üçün ən önəmli meyar da onun cinayəti məhz xuliqanlıq məqsədi ilə törətməsinin müəyyən edilməsidir ki, hazırki iş üzrə məhkəmə düzgün və əsaslı olaraq iş materialları və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən onu həmin əməli törətməyə sövq edən amilin, yəni hərəkətverici qüvvənin xuliqanlıq niyyətinin olmaması və belə olan halda onun cinayəti də xuliqanlıq niyyəti olmadan, adi münaqişə səbəbi ilə törətməsi qənaətinə gəlmişdir. Onun əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmaması və ona bəraət verilməsi barədə məhkəmənin gəldiyi qənaət işin faktiki halları ilə uyğun gəlir. Yekunda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xuliqanlıq niyyəti və xuliqanlıq cinayəti ilə bağlı mövqeyini geniş və ətraflı şəkildə qeyd etdiyini bildirir və şikayətin dəlilinin əksinə olaraq işin faktiki halları, ifadələr, məntiqi mühakimə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin mövqeyi haqlı, əsaslı və qanunidir. Nəticə olaraq da hüquqi tövsiflə bağlı gəldiyi qənaət də əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi və həmin Məcəllənin 221.2.1-ci maddəsi üzrə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsi və həmin Məcəllənin 221.2.1-ci maddəsi üzrə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2026-cı il tarixli hökmü zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-762/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-762/2026
11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver