Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-327/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, Elbəyli Vüsalə Rasim qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Sübhan Məmmədov və partnyorları” Vəkil Bürosunun vəkili İsgəndərli Aqil Səhman oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CMin) 120.2.4 və 157.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi İsgəndərli Aqil Səhman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə (hakimlər İlham Cəfərzadə (sədrlik edən), Nahid Mirzəyev və Nurəddin Hüseynli) ##.##.2002-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, Şamaxı Rayon Polis X2 Xidməti Bölməsinin polis nəfəri vəzifəsində işləmiş, Şamaxı rayonu Quşçu kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 157.1-ci maddəsi ilə 01 (bir) il müddətə islah işləri cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzası CM-in 68.1.3-cü maddəsinə əsasən islah işlərinin 04 (dörd) günü bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək, təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ###### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları : Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in 120.2.4 və 157.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, rəsmi nikahda olduğu arvadı, ##.##.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onunla münasibətləri pozulmasından sonra anası Hüquqi varis məxsus evdə yaşadığı dövrdə arvadının açıq-saçıq paltarlar geyinməsini gördükdən sonra ona xəyanət etməsini düşünərək *** №-li əvəzedici kartla ona təhkim olunmuş və həmin gün xidmətdə olduğu üçün üzərində olan 9x19 mm kalibrli, “Zəfər-K” markalı, “125625” №-li xidməti tapançasını ## ###### 2025-ci il tarixdə saat 08 radələrində xidməti başa vurduqdan sonra təhvil vermək üçün Şamaxı RPŞ-nə qayıtmalı olduğu halda, iş yoldaşlarına dayısı uşağını məktəbə aparmaq bəhanəsi ilə yalan məlumat verərək həmin xidməti silahını və silahının patronlarını təhvil vermədən qayınanası Hüquqi varis məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, həyətə giriş qapısının bağlı olduğunu görüb, qapının açarlarını əvvəlcədən bildiyi yerdən götürüb, bağlı qapını açıb həyətə daxil olduqdan sonra mənzilin açıq halda olan giriş qapısından sonuncunun mənzilinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə daxil olaraq Zərərçəkmiş şəxs və sonuncunun bacısı şahid6 yatdığı otağa daxil olmuş, Zərərçəkmiş şəxs və şahid6 hər ikisinin yuxudan oyanmasını gördükdən sonra Zərərçəkmiş şəxs ondan çıxıb getməsini tələb etdiyi üçün, arvadına onu sonuncu dəfə görmək üçün gəldiyini deyərək üzərində olan həmin yivli odlu döyüş silahını kaburasından çıxardıb, atəşə hazır vəziyyətə gətirib Zərərçəkmiş şəxs tərəf yaxın məsafədən, yəni təxminən 40 sm-dən 1 metrədək məsafədən zərərçəkmiş şəxsin bacısı şahid6 gözləri qarşısında, müstəsna dərəcədə rəhmsizlik göstərib sonuncuya xüsusi əzab verdiyini dərk edərək həmin silahdan üç dəfə atəş açıb Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön səthində döş sümüyü proyeksiyası üzrə boşluğa keçib, ürəyi (aşağı uc hissəsini) zədələyən sol orta körpücük xətti üzrə aşağı hissədən bayıra çıxan bir ədəd, döş qəfəsində orta xətt üzrə boşluğa nüfuz edib, dalağın cırılması ilə nəticələnən qoltuqaltı xətt üzrə qarın nahiyəsindən bayıra çıxan bir ədəd, döş qəfəsinin ön səthindən azacıq sağda boşluğa nüfuz edib sağ döş qəfəsinin aşağı tərəfindən keçib sağ bazunu zədələyən bir ədəd sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin Hüquqi varis mənzil toxunulmazlığını pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün təqsirləndirilən şəxsin əməlinin CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilməsi və cəzanın həddi hissəsində dəyişdirilməsini, CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş «xüsusi amansızlıq» tövsifedici əlaməti sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs əməli CM-in 120.1-ci maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyası daxilində, bütün yüngülləşdirici hallar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsini, CM-in 157.1-ci maddəsi üzrə nəticə saxlanıldığı halda, CM-in 66-cı maddəsinə əsasən qəti cəza yeni tövsif və yeni əsas cəza nəzərə alınmaqla yenidən müəyyən edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş «xüsusi amansızlıq» əlaməti ilə tövsifinin hüquqi və faktiki cəhətdən sübut olunmamasını, CM-in 157.1-ci maddəsi üzrə mənzil toxunulmazlığını pozma cinayətinin tərkibinin ümumiyyətlə olmamasını nəzərə almamış və qanunsuz, əsassız və aşkar ədalətsiz cəza təyin etmişdir. Ali Məhkəmə Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» ## ###### 2002-ci il tarixli * nömrəli Qərarının 8-ci bəndinə (## ###### 2024-cü il tarixli ** nömrəli Qərarla edilmiş dəyişikliklər nəzərə alınmaqla) əsasən, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən təqsirkarın qəsdinin xüsusi amansızlığı əhatə etməsi müəyyən olunmalıdır. Zərərçəkmişin yaxın adamının yanında öldürülməsi yalnız təqsirkarın həmin yaxın adama xüsusi əzab verdiyini dərk etdiyi halda bu tövsifə əsas yaradır. Belə ki, şahid6 sadəcə evdə və ya hətta otaqda olması kifayət deyil. İttiham sübut etməlidir ki, Təqsirləndirilən şəxs onun hadisəni bilavasitə qavradığını görmüş, bacısının öldürülməsinin ona xüsusi mənəvi əzab verəcəyini dərk etmiş və bu nəticəni arzulamış, yaxud ona şüurlu surətdə yol vermişdir. Lakin, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli törədilən zaman zərərçəkmiş şəxsin bacısı şahid6 xüsusi mənəvi əzab vermək niyyəti olmamış və bunu arzu etməmişdir. İstintaq zamanı da Pərvizin niyyətinin sırf Gültəkini öldürməyə yönəlməsi kifayət qədər sübuta yetirilmişdir. Plenum Qərarının 4-cü bəndi CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-in 121-123-cü maddələrindəki yüngülləşdirici hallar olmadan, o cümlədən qısqanclıq, qisas və şəxsi münasibətlər zəminində törədilən qəsdən adam öldürmənin CM-in 120.1-ci maddəsi ilə tövsif olunmasını tələb edir. İş üzrə məhkəmə istintaqı zamanı Gülay Zeynalova ifadə verən zaman, dövlət ittihamçısının Təqsirləndirilən şəxs tərəfindən qətl icra edilən zaman onun və ya bacısının Pərvizə yalvarması, xahişlər etməsi, aman dilməsi kimi xüsusatların olub-olmaması barədə sualına da, Gülay belə bir hadisənin baş vermədiyini bildirən cavab verməklə kifayətlənmişdir. X5 8-ci bəndinin mətni göstərilsə də, həmin meyar işin konkret hallarına tətbiq edilməmişdir. Məhkəmə şahid6 otaqda olmasını qəbul etdikdən sonra avtomatik olaraq xüsusi amansızlıq nəticəsinə gəlmişdir. Hökm Təqsirləndirilən şəxs Gülayı hadisəni izləməyə məcbur etməsi, çıxmasına mane olması, ona hədə yönəltməsi, onun iztirabını məqsəd kimi seçməsi və ya bacısının gözü qarşısında qətli məhz ona əzab vermək vasitəsi kimi istifadə etməsi barədə heç bir konkret hərəkət müəyyən etməmişdir. Əksinə, qəbul edilmiş faktlara görə bütün hərəkətlər yalnız Gültəkinə yönəlmiş, hadisə saniyələr içində baş vermiş və Pərviz dərhal oranı tərk etmişdir. Habelə şahid6 silahın lüləsində təxminən 15 santimetrlik qara qurğu gördüyünü və atəş səslərinin çox zəif olduğunu bildirmişdir. Lakin maddi sübutlar sırasında susdurucu, adapter, dəyişdirilmiş lülə və ya başqa lülə əlavəsi yoxdur. Müdafiə birinci instansiyada silaha susdurucu quraşdırılmasının texniki mümkünlüyü, silahda adapter və ya dəyişiklik izlərinin olub-olmaması, habelə susdurucusuz üç atəşin qapalı otaqda akustik təsiri üzrə əlavə ballistik-akustik ekspertiza keçirilməsini və ekspertin dindirilməsini xahiş etmişdir. Hökm bu vəsatətin mahiyyəti üzrə niyə əhəmiyyətsiz və ya əsassız olduğunu izah etmir. Hesab edir ki, həlledici sübutun yoxlanılması üçün real imkan yaradılmadan həmin sübutun qeyd-şərtsiz mötəbər sayılması natamam məhkəmə istintaqıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs ifadəsinin atəş açmasını təsdiq edən hissəsini etiraf kimi qəbul etmiş, Gülayın otaqdan çıxmasına dair hissəsini isə əlavə yoxlama aparmadan müdafiə taktikası adlandırmışdır. Heab edir ki, sübutun ittihama sərf edən hissəsinin qəbul, müdafiəyə sərf edən hissəsinin formal ifadə ilə rədd edilməsi CPM-in 145-ci maddəsində tələb olunan tam və obyektiv qiymətləndirmə ilə uzlaşmır. Habelə Təqsirləndirilən şəxs subyektiv amacı mənzil toxunulmazlığını pozmaq, mənzilə qanunsuz sahiblənmək olmamış, rəsmi həyat yoldaşı ilə münaqişəni danışmaq olmuşdur. Ailəməişət münaqişələri zəminində tərəflərin bir-birinin evinə danışmaq üçün daxil olması CM-in 157.1ci maddəsi ilə cinayət tərkibi yaratmır. Belə ki, CM-in 157-ci maddəsi bilavasitə mənzil toxunulmazlığını pozma qəsdini (dolus directus) tələb edir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olmuşdur və həmin tarixdə rəsmi boşanma baş verməmişdir. Mənzilin həyət qapısının açarı işıq sayğacının üzərində olmuşdur. Həm zərərçəkmişin hüquqi varisi Hüquqi varis, həm də Təqsirləndirilən şəxs təsdiq etmişdir ki, bu açar ailə tərəfindən həmişə oraya qoyulurdu və Təqsirləndirilən şəxs bu evin kürəkəni kimi açarın yerini əvvəlcədən bilirdi. Təqsirləndirilən şəxs mənzilə daxil olarkən qapını qırmamış, güc tətbiq etməmişdir. Mənzilin giriş qapısı örtülü, lakin kilidsiz olmuşdur.Heas edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs bu maddə üzrə bəraət verilməlidir. Birinci instansiya məhkəməsi müdafiənin qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti barədə arqumentini və CM-in 122-ci maddəsinin tətbiq imkanını mahiyyəti üzrə müzakirə etməmişdir. Həmçinin işdə əvvəlcədən yaranmış öldürmək qərarına dair etirafedici məlumatlar olduğundan CM-in 122-ci maddəsinin tətbiqi ayrıca ciddi sübut yoxlaması tələb edir. Lakin məhkəmə bu alternativ tövsifin niyə tətbiq edilmədiyini konkret əsaslandırmalı idi. Heab edir ki, ən azı hadisənin şəxsi münasibətlər və qısqanclıq zəminində baş verməsi Plenum Qərarının 4-cü bəndi baxımından CM-in 120.1-ci maddəsi ilə tövsif məsələsini zəruri edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 apellyasiya şikayətinə etiraz verərək, birinci instansiya məhkəməsində iş üzrə şahidlərin dindirilmiəsini, sübutlar araşdırılmasını, təqsirləndirilən şəxsin müxtəlif mərhələlərdə verdiyi ifadələr arasındakı ziddiyyətlər müəyyən edilməsini və onun ilkin ifadəsinin videoyazısı məhkəmə iclasında nümayiş etdirilməsini, həmçinin müdafiə tərəfinin apellyasiya şikayətində həmin sübutların yenidən fərqli şəkildə qiymətləndirilməsinə cəhd göstərilməsinin hökmün qanunsuz və ya əsassız olması hesab olunmamasını, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin iş üzrə araşdırılmış sübutların məcmusuna əsaslandığını qeyd edib, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. Proses iştirakçılarının çıxışları: Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 120.2.4-cü maddəsilə məhkum olunduğu əməlinin CM-nin 120.1-ci maddəsinə tövsif edilməklə həmin maddə ilə təqsirli bilinməsi və həmin maddənin sanksiyası daxilində bütün yüngülləşdirici hallar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsini, əməlində CM-in 157.1-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün həmin maddə üzrə ona bəraət verilməsini xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəillərini müdafiə etdiyini bildirərək, şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsində dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinin əsassız olmasını qeyd edərək onu da vurğuladı ki, Təqsirləndirilən şəxs əməli istintaq zamanı toplanılmış və məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilmiş sübutlarla təsdiq edildiyindən törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-nin 120.2.4 və 157.1-ci maddələri ilə tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanın ailəsinə təsirini nəzərə alaraq qanuni və ədalətli cəza təyin etmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsas kimi qəbul oluna bilməməsi səbəbindən birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər : Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai araşdırma zamanı cinayət işi üzrə qanuni üsullarla toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 326-334-cü maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında tədqiq edərək yoxlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-in 397.1 və 397.2ci maddələri). Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünün qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Bu həm CPMin 397.1 və 397.2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarına uyğundur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını yoxlayıb, hökmün dəyişdirilməklə, Təqsirləndirilən şəxs əməlinin təqsirli bilindiyi CM-nin 120.2.4-cü və 157.1-ci maddələrindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi barədə təqsirləndirilən şəxsin və müdafiəçisinin, eləcə də apellyasiya şikayətinin təmin edilməməsi, hökmün dəyişdirilmədən saxlanması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasının yekunu üzrə qərar qəbul edərkən CPM-nin 349-351-ci maddələri ilə müəyyən edilən normaları əsas götürür. Həmin maddələrlə müəyyən edilmişdir ki, hökm Azərbaycan Respublikası Konstitusiyasına, cinayət və cinayət-prosessual qanunlara riayət edilməklə çıxarıldıqda, habelə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda qanuni və əsaslı sayıla bilər(CPM-nin 349.4 və 249.5-ci maddələri). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bəraət hökmünə bəraət verilən şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.(CPM-nin 350.3 və 351.2-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməkdə özünü ibtidai istintaq zamanı təqsirli bilmiş, məhkəmədə qismən təqsirli bilmişdir. Onun əməli qismən etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin (zərərçəkmiş şəxsin hüquqi varisinin), şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Təqsirləndirilən şəxin əməlində Cinayət Məcəlləsinin 120.2.4-cü və 157.1-ci maddələrinin tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünün müdafiəsi üçün göstərdiyi dəlilləri məhkəmə istintaqında dindirilmiş zərəçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri ilə, həm də istintaq materialları ilə təkzib edilməsinə və müdafiə xarakteri kimi qiymətləndirilməsinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə vermiş olduğu ifadələri tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi, hadisənin baş vermə yeri və şəraiti barədə özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu zərərçəkmiş şəxsin hüququ varisinin, şahidlərin verdikləri ifadələri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Mən gecə növbəsində xidmətdə idim. Həmiz zaman kənddə yaşayırdım. Evə avtobus ilə gedirdim və saat 11-12 arası evə çatırdım. Bir gün mən evə tez getmişdim və Gültəkinin telefon ilə danışdığını gördüm. Məni gördükdən sonra yataq otağına qaçdı və otağın qapısını bağladı. Mən yumruqla qapının şüşəsini sındırdım və içəri daxil oldum. Ona bir-iki şillə vurdum və etiraf etdi ki, mənim danışdığım bir şəxs var. Telefonla anası Vüsaləni çağırdım və Vüsalə dayım ilə birlikdə gəldi. Həmin zaman mən 5-6 ədəd əsəb dərmanı qəbul etmişdim. Gültəkin mənə belə etməməyim ilə bağlı yalvarırdı. Mən ondan boşanacağımı bildirdim. Gültəkin anasıgil ilə birlikdə getdi. 5-6 gün sonra telefonla Gültəkin ilə danışdım. Mən ondan boşanacağımı bildirdim, o isə məni biabır edəcəyini bildirdi. Daha sonra işimlə əlaqədar boşanmağımız bir qədər uzandı. 2025-ci ilin ########ın #-i “Asan” xidmətə boşanmağa getdik. Daha sonra onlar məndən mənim onları polis olmağım ilə əlaqədar hədələdiyim ilə bağlı polisə şikayət verdilər. Polis bölməsində qeyd olunan hərəkətləri etmiş olsam, polis orqanlarından xaric olunacağım deyildi. Guya, mən boşanmağa gedən zamanonların üstünə maşın sürmüşəm. Mən Qəbələ rayonuna ezam olunduğumdan boşanmaq ilə bağlı imza çəksin deyə bibimoğluna etibarnamə verəcəkdim. Daha sorna bibimoğlu mənə zəng vuraraq Gültəkinin boşanma ərizəsini geri götürdüyü dedi, səbəbi isə bizdə qızıl-zinət əşyalarının qaldığı imiş. Daha sonra mən onu öldürmək qərarına gəldim. Bir gün Gültəkini anası və qohumu ilə yolda gördüm. Anası və qohumu marketə girsə də, Gültəkin çöldə qaldı və saçını oynatdı. Həmin yerdə taksi sürücüləri və başqa oğlanlar var idi. Mən onu öldürmək qərarına gəldim ki, bu öldürülməlidir, başqa yolu yoxdur. Hadisədən əvvəl mən gecə növbəsində idim. Səhər saat 8 radələrində Gültəkingilin evindən anasının, qardaşının və bir qızın çıxdığını gördüm. Daha sonra mən evə yaxınlaşdım. Qapının bağlı olduğunu gördüm, işıq sayğacının üzərindən açarı tapıb qapını açıb içəri daxil oldum. Silahı hazır vəziyyətə gətirdim. İçəridə heç kəs yox idi. Daha sonra çıxış qapısı ilə üzbəüz otağa baxdım və ikisinin də, yəni Gülay və Gültəkinin orada olduğunu gördüm. Mən otağa daxil olanda ikisi də yuxuda idi. Gültəkini yuxudan oyatdım və məndən niyə boşanmadığını, niyə belə etdiyini dedim. Həmin zaman Gülay ayağa qalxdı və necə içəri daxil olduğumu, Vüsaləyə zəng vuracağını dedi. Gülay otaqdan çıxdı, mən silahı çıxarıb Gültəkinə 3 dəfə atəş açdım və qaçıb getdim.” Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Ölməsindən əmin olmaq üçün 3 dəfə atəş açdım. Birinci dəfə atəş açandan sonra reaksiya vermədi, daha sonra ölməsindən əmin olmaq üçün 2 dəfə də atəş açdım. Atəşlər arasında dəqiqələr keçmədi, ardıcıl oldu. Gülay həmin zaman hadisənin qarşısını almaq üçün üstümə gəlmədi. Onun səsini çölə çıxan zaman eşitdim. Gülayın qışqırıq səsini eşitdim. Mən Gültəkini vuran zaman otağın qapısı mənim sol arxa tərəfimdə idi. Mən Gültəkinə atəş açan zaman Gülay otağın qapısının ağzında dayansa idi, mən onu görməzdim. Gülay otaqdan çıxan kimi, təxminən 1 dəqiqə sonra mən atəş açdım. Gülay çöl qapısından çıxdı, hamam otağı tərəfə getdi. Yataq otağının qapısı və çöl qapısı üzbəüzdür. Gültəkin ilə sözlü mübahisəmiz şiddətlənirdi. Həmin zaman Gülay qayıdıb bizi sakitləşdirməyə çalışmırdı. Birinci dəfə atəş açandan sonra Gülayın qışqırıq səsini eşitmədim, mən çölə çıxandan sonra Gülayın qışqırıq səsini eşitdim. Mən atəş açanda Gülay yataq otağına yaxınlaşmadı. Gültəkini qısqanclıq zəminində öldürmüşəm. Elektrik sayğacı çox hündürdə yerləşmir, baxanda açarın üstündə olması görünürdü. Digərlərinin evdən çıxmasını gözləyirdim, çünki Gültəkinin evdə tək qalmağını gözləyirdim. Sözlü mübahisəmiz zamanı Gültəkin mənə “şərəfsiz” dedi, mən “eybi yox, şərəfsizəmsə, səni öldürərəm, görərsən” dedim. Gülay oyanan zaman biz mübahisə edirdik. Gülay anasına telefon ilə zəng edəcəkdi. Telefonu əlində idi.” Lakin, birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o həmin ifadəsində əsasən göstərmişdir ki, o hadisə günü təxminən 07:50-də Gültəkinin yaşadığı Hüquqi varis məxsus evin qarşısına gəlib çatmışdır. Əvvəldən evin həyətinin giriş qapısının açarlarının qapının ağzındakı işıq sayğacının üstündə olduğunu bildiyindən oradan açarı götürüb qapını açmışdır. Həyətdə heç kim olmamışdır. Evin giriş qapısı örtülü halda olmuş, kilidi açıq olmuşdur. O, heç kimi çağırmadan, heç kimə bu barədə məlumat vermədən və heç kimdən icazə almadan sakitcə evə daxil olmuşdur. Evə girəndə giriş qapısı ilə üzbəüz sağ tərəfdə olan otaqda Zərərçəkmiş şəxs və bacısı şahid6 yatdığını görmüşdür. Belə ki, həmin otağda olan iki nəfərlik çarpayıda (taxtda) Zərərçəkmiş şəxs, otağa giriş qapısından sağ tərəfdə yerləşən tək nəfərlik çarpayıda isə şahid6 yatmışlar. Onun içəri daxil olmağını Gültəkin və Gülay bilməmişlər. O, Gültəkin yatdığı taxtın kənarında əyləşmiş, Gültəkini əli ilə sirkələyərək oyatmışdır. Zərərçəkmiş şəxs oyanıb onu görəndə “cəhənnəm ol, çıx get burdan” demişdir. O, Gültəkinə açıqsaçıq geyinməməyi, onu biabır etdiyini, boşandıqdan sonra nə istəsə edə biləcəyini, onun adını batırdığını demişdir. Zərərçəkmiş şəxs isə açıqsaçıq geyinəcəyini, adını batıracağını, Şamaxı rayon polis şöbəsində onu biabır edəcəyini, başını aşağı salacağını demişdir. Zərərçəkmiş şəxs səsinə şahid6 da yuxudan ayılmış, onun niyə gəldiyini soruşmuşdur. O, Gültəkinin onu biabır etdiyini Gülaya da demiş, Gültəkinə isə “sənə axırıncı dəfə deyirəm, belə hərəkət etmə” demiş və çıxıb getmək üçün ayağa qalxmışdır. Gülay sakit dayanmış, Gültəkin isə “eləyəcəm, yaxşı eləyəcəm“ demişdir. Gültəkin həmin sözləri deyəndə o, ayaq üstə olmuş, qapıya tərəf getməyə hazırlaşmış, silahı isə kaburasında olmuşdur. Lakin Gültəkinin sözlərindən sonra hirslənmiş, sağ əli ilə silahını kaburasından çıxartmış, silahı sağ əlində tutub sol əli ilə atəşə hazır vəziyyətə gətirmiş, Zərərçəkmiş şəxs tərəf tuşlayıb təxminən 2 metr məsafədən öldürmək üçün ona tərəf üç dəfə atəş açmışdır. Açdığı atəşlər nəticəsində atılmış güllələrin üçü də Gültəkinə dəymişdir. Həmin vaxt Gülay onun atəş açmağını görmüş, ayağa qalxmışdır. O, üçüncü atəşi açdıqdan dərhal sonra qaçaraq evdən çıxmışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi (zərərçəkmiş şəxs) qismində dindirilmiş Hüquqi varis ifadəsində göstərmişdir ki, “Hadisə günü saat 8-ə qalmış işə getmişəm. İşdə iş paltarlarımı geyinən zaman Gülay mənə zəng vuraraq “Pərviz Gültəkini öldürdü” dedi. Saat 9-a 20 dəqiqə işləmiş evə gəlmişəm və Gültəkinin öldüyünü görmüşəm. Pərviz hadisəyədək bizim ailəmizi təhdid edirdi. Gültəkini ailə evimizə gətirməyimizin səbəbi o idi ki, onların toyunu birlikdə etmişdik, toydan sonra borcları olduğundan onlara 4500 manat vermişdim, Pərviz mənə zəng vuraraq Gültəkinin huşunu itirdiyini, ayılda bilmədiyini dedi və Gültəkini aparmağımı istədi, sonra isə Gültəkinin 10 ədəd dərman içdiyini dedi. Mən onların evinə getdim və Gütəkini öz evimizə gətirdim. Gültəkin gələn zaman Pərvizdən öz telefonunu istəsə də, Pərviz telefonu vermədi. Gültəkinin bizim evdə olduğu zaman telefonu olmamışdır. Gültəkinin bizim evə gəlməyindən bir həftə sonra Pərviz mənə yalvarırdı ki, Gültəkin ilə onu barışdırım. Daha sonra mənim də anama zəng vuraraq Gültəkin ilə onu barışdırmağını istəmişdir. Pərviz mənə tez-tez mesajlar yazırdı. Daha sonra boşanmaları ilə bağlı məsələlər olmuşdur, daha sonra isə hadisə baş vermişdir. Şikayətçiyəm”. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi (zərərçəkmiş şəxs) ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “Hadisə ilə bağlı Gülay mənə məlumat vermişdir. Mən evə gələnədək Dəmirov Fərhad və Eynalov Nihad orada olmuşdurlar. Onlara da Gülay məlumat vermişdir. Mən evə çatanda Gültəkinin yanında Gülay var idi. Pərviz ilə Gültəkin evlənənədək aralarında münasibət olmuşdur. Mən onların evlənməyinə razı deyildim, Gültəkin mənə Pərvizin onu onunla evlənməsə öldürəcəyi ilə bağlı təhdid etdiyini demişdir. Nişanları da qayıtmışdır, həmin zaman da Pərviz onu öldürməklə təhdid edirdi. Nişanları Pərvizin xəyanətlərinə görə qayıtmışdır. Qızımın Pərvizdən başqa şəxs ilə münasibəti olmamışdır. Gültəkinin dərman içib özünə qəsd etmək istəməsinin səbəbi olaraq mənə demişdir ki, Pərviz başqa bir qız ilə danışıb, Gültəkin həmin yazışmaları öz telefonuna çəkmişdi, həmin şəkilləri dayısına göstərmək istəyirdi. Gültəkin ilə 27 gündür ki, evli olmağına baxmayaraq Gültəkinə xəyanət etmişdir. Gültəkin hamilə olmamışdır. Gültəkini Pərviz o qədər döymüşdür ki, qarın bölgəsində təpik izləri var idi. Barışmamışam, şikayətçiyəm.” Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, “Anam və qardaşım işə getmişdi. Bacım və mən eyni otaqda yatmışdıq. İkimiz də bir səs ayıldıq, gördüm ki, Pərviz polis formasında işdən çıxıb gəlib, bacımın yatdığı taxtın üstündə oturub. Bacıma qəribə şəkildə baxırdı, heç nə demirdi. Bacım ona “çıx get buradan” dedi. Bu zaman Pərviz ayağa qalxıb “son dəfə görməyə gəlmişəm, gedirəm” dedi. Daha sonra silahını qabından çıxardıb hazır vəziyyətə gətirdi, atəş açdı və qaçdı. Tam yadımda qalmayıb, 3-4 dəfə atəş açmışdı. Mən bacımı ayıltmağa çalışırdım, anama zəng vurdum. Daha sonra mətbəxdən su gətirdim, bacımın üzünə vurdum. Anama zəng vuran zaman digər qohumlarıma da zəng etmişdim. Daha sonra bacımı xəstəxanaya apardılar”.Birinci instansiya məhkəməsində şahid şahid6 ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “Pərviz silahı bacımın ürək nahiyəsi tərəfə tuşlamışdı. Mən Pərvizə heç nə demədim. Pərviz və bacım bir-birilərinə nalayiq ifadələr demədilər. Silah balaca, qara idi, Pərviz silahı yan hissəsindən çıxardı. Pərviz bacıma atəş açan zaman bacım heç nə deyə bilmədi. Mən heç bir hərəkət edə bilmədim. Mən öz çarpayımda idim. Silahdan səs gəlmədi. Hadisədən sonra anama və s. zəng vurdum, hüquq mühafizə orqanlarına zəng etmədim”. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, “Hadisələr elan olunan ifadəmdəki kimi olmuşdur. Pərvizin ifadəmdəki kimi susturucuya bənzətdiyim 10 sm-lik bir şeyi silaha taxdığını görmüşəm. Silahdan heç səs çıxmadı, sanki oyuncaq silah kimi səs gəldi. Pərvizin ifadəsi həqiqətə uyğun deyil. Onunla aramda heç bir dialoq keçməmişdir. Pərvizin atəş açmasını görmüşəm. Təxminən 3-4 dəfə atəş açdı. Səsboğucu cihaz əvvəlcə görməmişəm. Silahın səsi çıxmadığı üçün belə təxmin etdim.” Həmçinin cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” ##.##.2025ci il tarixli protokoldan görünür ki, hadisə Şamaxı şəhər sakini Hüquqi varis məxsus, Şamaxı şəhəri Qurban Namazəliyev küçəsində yerləşən fərdi yaşayış evinin yataq otaqlarından biridir. Evin həyətinə giriş qapısı iki taylı dəmir materialdan olmaqla tünd bənövşəyi rənglidir. Giriş qapısının sağ tərəfində, divarda qara lövhə üzərində ağ rənglə “5” rəqəmi yazılmışdır. Ev bir mərtəbəli olmaqla mişar daşdan inşa edilmiş, üzəri boz rəngli şiferlə örtülmüşür. Həyətin yerinə beton qatı çəkilmiş, üzəri talvarla örtülmüşdür. Evin qarşısında bağça vardır. Evin giriş qapısı dörd pilləli pilləkən üzərində olmaqla tünd qəhvəyi rəngli, iki taylı dəmir materialdandır. Evin giriş qapısının hər iki tayı açıq şəkildədir. Ev bir qonaq otağı, iki yataq otağı və bir mətbəxdən ibarətdir. Evin giriş qapısından bir başa qonaq otağına daxil olunur. Giriş qapısından sağ tərəfdə mətbəx, giriş qapısı ilə üzbəüz isə iki yataq otağı yerləşir. Evin giriş qapısı ilə üzbəüz, sağ tərəfdə yerləşən yataq otağının qapısı şüşəlidir və taxta materialdandır. Qapıdakı şüşələrdən biri yoxdur. Yataq otağının eni 4 m, uzunluğu 4.5 mdir. Yataq otağının divarları şərti olaraq 1 (giriş qapısından sol tərəf), 2 (giriş qapısı ilə üzbəüz), 3 ( (giriş qapısından sağ tərəf), 4 (giriş qapısı olan tərəf) adlandırıldı. Giriş qapısının qarşısında * nömrəli divara birləşik, 2x1.5 m ölçüdə, baş tərəfmə taxt başlığı qoyulmuş, dəmir materialdan olan iki nəfərlik kravat vardır. Həmin kravatdan başqa otaqda üzərində döşəkçələr yığılmış 4 ədəd tək nəfərlik kravatlar da vardır ki, həmin kravatlardan ikisi * nömrəli divarın, biri * nömrəli divarın, biri isə * nömrəli divarın yanındadır. Kravatların arasında yerə döşək qoyulmuş, döşəmə üzərində yataq yeri salınmışdır. Döşəmə üzərində salınmış yataq yeri səliqəsizdir, yatağın üzərində ədyal vardır. Giriş qapısının qarşısında olan kravatın üstü dağınıq haldadır. Həmin kravatın üzərində olan döşəkçənin üzlüyü qırmızı rənglidir. Döşəkçə üzlüyünün üzərində 65x60 sm və 65x24 sm ölçülərdə iki ədəd tünd qırmızı, qanabənzər ləkələr olan sahələr vardır. Hadisə yerinə baxış zamanı üç ədəd giliz və üç ədəd güllə aşkar edildi. Hadisə yerində 1 rəqəmi ilə nömrələnmiş güllə ikinəfərlik kravatın üstündəki qırmızı rəngli döşəkçənin üzərində, 65x60 sm-lik qanabənzər ləkə olan sahədən 2 sm aralıda yerləşir. Həmin güllə * nömrəli divardan 72 sm aralı məsafədə yerləşir. Hadisə yerində 2 rəqəmi ilə nömrələnmiş giliz yataq otağında döşəmə üzərində salınmış yataq yerinin üzərindəki ədyalın arasındadır. Həmin giliz * nömrəli divardan 146 sm aralı məsafədə yerləşir. Hadisə yerində 3 rəqəmi ilə nömrələnmiş giliz * nömrəli divarın yanında olan, giriş qapısı ilə üzbəüz, sağ tərəfdə qoyulmuş tək nəfərlik kravatın altında yerləşir. Həmin giliz * nömrəli divardan 75 sm aralı məsafədə yerləşir. Hadisə yerində 4 rəqəmi ilə nömrələnmiş giliz giriş qapısının qarşısında * nömrəli divara birləşik, 2x1.5 m ölçüdə, baş tərəfinə taxt başlığı qoyulmuş, dəmir materialdan olan iki nəfərlik kravatın sağ tərəfində olan dəmir qolun üzərindədir. Həmin giliz * nömrəli divardan 89 sm aralı məsafədə yerləşir. Hadisə yerində iki nəfərlik kravat giriş qapısına tərəf çəkildikdən sonra 5 rəqəmi ilə nömrələnmiş güllənin olduğu yer aşkar edildi. Həmin güllə * nömrəli divara bitişik, * nömrəli divardan 85 sm aralıda, * nömrəli divarın yanında olan, giriş qapısı ilə üzbəüz yerləşən təknəfərlik kravatın baş tərəfində yerdədir. Hadisə yerində 6 rəqəmi ilə nömrələnmiş, bitişik zədələrin ölçüləri 1x2 sm və 2x4 sm-dir. Həmin zədələr taxt başlığının süngərli hissəsindən 7 sm aşağıda yerləşən güllə zərbəsinin təsiri nəticəsində yaranmış zədələrdir. Həmin zədələr * nömrəli divardan 189 sm aralıda yerləşir. Hadisə yerində 7 rəqəmi ilə nömrələnmiş güllə 5 rəqəmi ilə nömrələnmiş güllədən 90 sm aralı məsafədə, * nömrəli divara bitişik, taxt başlığının arxa tərəfində yerləşir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək üç ədəd giliz, üç ədəd güllə, 1 ədəd qırmızı rəngli, üzərində qanabənzər ləkələr olan döşək üzlüyü qablaşdırılmaqla protokola əlavə edildi. Cinayət işinin materiallarında olan “Meyitə baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, meyit üzərindəki paltarlar çıxarıldıqda aşağıdakılar müəyyən edildi: Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Boyunun uzunluğu 165 sm-dir. Dəri örtüyü avazımışdır, əllə yoxladıqda meyit bədən səthində, qoltuqaltı çuxurlarda və qasıq büküşlərində soyuqdur. Meyit ləkələri zəif inkişaf etmişdir, bədənin arxa səthində çəhrayımtıl-bənövşəyi rəngdə olmaqla nəzərə çarpır. Barmaqla təzyiq etdikdə itir və tez əvvəlki vəziyyətini alır. Meyit ləkəsi fonunda xırda qansızmalar yoxdur. Meyit qacıması yoxlanılan əzələ qruplarında zəif inkişaf etmişdir. Meyitdə çürümə dəyişikliyi yoxdur. Başının tükləri qara rəngdə olub uzunluğu 30 sm-dir. Başın tüklü hissəsi xəsarətsizdir.Gözləri örtülüdür. Göz qapaqlarının selikli qişasında xırda qansızmalar yoxdur. Buynuz qişası şəfafdır. Bəbəklər hər iki gözdə dairəvi formadadır, genişlənmiş, diametrləri 5 mm-dir. Əllə yoxladıqda burun sümükləri və qığırdaqları tamdırlar. Qulaq seyvanları adi formada və vəziyyətdədirlər, xəsarətsizdirlər. Xarici qulaq keçəcəkləri və burun keçəcəkləri sərbəstdirlər. Ağzı örtülüdür. Dişləri təbiidir. Dili dişlər arxasında söykənmiş vəziyyətdədir. Boynu adi uzunluqda və qalınlıqda olub, meyit qacıması fonunda hərəkətlidir, xəsarətsizdir. Döş qəfəsi silindirik formada olub, simmetrikdir. Əllə yoxladıqda qabırğalarda pataloji hərəkətlilik yoxdur. Qarnı döş qəfəsi səviyyəsindədir. Döş qəfəsinin ön səthində xəncərəbənzər çıxıntı proyeksiyası üzrə orta xəttdən bir qədər sola, 7x6 sm sahədə 5 ədəd, ikisi sıyrılma olmaqla nisbətən dairəvi formalı yaralar müəyyən edilir. Həmin yaralardan üçü boşluğa tam keçir, digər ikisi boşluğa keçmir. Döş qəfəsinin sol yarsmda orta qoltuqaltı xətt üzrə qarın nahiyəsində piy toxuması bayıra çıxmış 1.5x1 sm, döş qəfəsinin sol yarısında qolqutaltı xətt üzrə 9-10-cu qabırğalar səviyyəsində 1.5x3 sm yaralar, döş qəfəsinin sağ yarısında, sağ döş giləsindən 8 sm arxada 1x0.9 sm, sağ bazunun orta 1/3-də 3x1.5 sm ölçülərdə səthi yaralar vardır. Aralıq nahiyyəsi və anal dəliyi ətrafı sahə təmizdir. Xarici cinsiyyət üzviləri qadın tiplidir. Sidik kanalının xarici dəliyindən sidik xaric olması qeyd olunmur. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir, əllə yoxladıqda sümükləri tamdırlar, xəsarətsizdirlər. Meyitin bədən səthində başqa xəsarət aşkar olunmadı.Meyitə baxış zamanı hər hansı digər xəsarətlər aşkar edilmədi. Cinayət işinin materiallarında olan -“Baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş iki ədəd A4 formalı vərəqlər mobil telefonun şəkillərinin kserosurətləridir. Hər iki şəkildə mobil telefonun kontaktında “Gül” sözü yazılmış, ardınca ay işarəsi qoyularaq qeyd edilən şəxsə məxsus “050-325- 87-13” mobil nömrəsi ilə “Whatsapp” mobil tətbiqində aparılmış danışıqlar və media bölməsi əks edilmişdir. Baxış zamanı “050-325-87-13” mobil nömrəsindən Hüquqi varis “Whatsapp” mobil tətbiqi üzərindən ##.##.2025-ci il tarixdə yalnız bir dəfə, saat 08:22də zəng edilməsi müəyyən edilir. Baxış zamanı Hüquqi varis həmin mobil nömrənin qızı şahid6 məxsus olmasını bildirərək qızının ##.##.2025-ci il tarixdə saat 08:22-də zəng edib artıq Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs odlu silahla vurması barədə məlumat verdiyini, həmin gün şahid6 ona başqa vaxt, eləcə də həmin zəngdən əvvəl zəng etmədiyini bildirdi. Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, birinci videogörüntü 59 saniyədən ibarətdir. Həmin videogörüntüdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü videoya çəkərək deyir;”Bilirəm, bu videoya baxanda artıq mən həyatda olmayacam, amma mən bu yolu seçdim də, nə olur olsun. Çünki mən özümüzə bu ləkəni gətirə bilmərəm ki, Pərvizin arvadı hələ boşanmayıb belə hərəkət edir, filankəslə danışır, bəhmənkəslə danışır, filankəslə nəysə... Ona görə də mən heç vaxt, heç vaxt, nə özümüzə, nə də Tağıyevlərə heç vaxt bu ləkəni gətirmərəm, heç vaxt. İmkan vermərəm. Ona görə də bilirəm, hamınız üçün çətindi, mənim gedişim, ancaq bu 100% məcburiyyətdi. Çünki bu ləkədi, ləkə silinməlidi.” ikinci adlı videogörüntü 37 saniyədən ibarətdir. Həmin videogörüntüdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü videoya çəkərək deyir; “Ata, ana, bacılarım, qardaşım, qohum, dostlar, tanışlar, hamısı bilir ki, mən heç kimə qarşı pis olmamışam, heç kimə qarşı. Hamınız haqınızı halal edin. Mənim də əgər haqqım varsa halal xoşunuz olsun. Axrıncı videomdu, məndən bu qədər. Özünüzə yaxşı baxın.” Üçüncü adlı videogörüntü 19 saniyədən ibarətdir. Həmin videogörüntüdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşağıdakı məzmunda bir bəndlik şeir deyir; “Məni yaz ağlayın, qışı çıxardıb yaz ağlayın,Yazarsınız baş daşıma, bəxtsiz Pərviz yaz ağlayın.” Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi ekspertizasının ** №-li, ##.##.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol ön səthində döş sümüyü proyeksiyası üzrə boşluğa keçib, ürəyin ( aşağı uc hissəsini) zədələyən, sol orta körpücük xətti üzrə aşağı hissədə bayıra çıxan bir ədəd, döş qəfəsində orta xətt üzrə boşluğa nüfuz edib, dalağın cırılması ilə nəticələnən, qoltuqaltı xətt üzrə, qarın nahiyyəsindən bayıra çıxan bir ədəd, döş qəfəsinin ön səthindən azacıq sağda boşluğa nüfuz edib, sağ döş qəfəsinin aşağı tərəfindən keçib, sağ bazunu zədələyən bir ədəd yara ( cəmi üç ədəd güllə yaraları) yaxın məsafədən, 06.11,2025-ci il tarixdə kənar şəxs tərəfindən tapança tipli odlu silahdan açılmış atəşlər nəticəsində törənmişdirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs qızma açılan atəşlər açıq yaralardır. Onda kor güllə yarası yoxdur, meyitin bədənində müəyyən olunmuş xəsarətlər eyni tipli silahla yetirilmişdir. Zərərçəkmiş şəxs qızma atəşlər açılarkən bədənin arxa və yan səthləri yerdə olduğundan, atəşin açılma ardıcıllığı barədə dəqiq fikir söyləmək mümkün deyildir. Atəşlər öndən arxaya, soldan sağa, sağdan sola açılmışdır. Zərərçəkmiş şəxs almış olduğu güllə yaraları həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Onun ölümünə səbəb odlu silahdan açılmış atəşlər nəticəsində ürəyin və dalağın cırılması, daxilə və xaricə kütləvi qanitirmə, hemotravmatik şok olmuşdur. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər özü tərəfindən yetirilməyə xarakterik deyildirlər, onun bədənində güllə yaralarından başqa digər xəsarrətlərin (sıyrıq, qançır, yara) olmaması deməyə əsas verir ki, qarşılıqlı mübarizəyə uyğun gələn xəsarətlər yoxdur. Zərərçəkmiş şəxs paltarlarındakı xəsarətlər, bədənindəki xəsarətlərin yerlərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs həmiləlik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qanında məhkəmə kimyəvi tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Kompleks məhkəmə-ballistik və məhkəmə-kimyəvi ekspertizasının ##.##.2025-ci il tarixli, 3/1298 və */**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bır) ədəd silah zavod usulu ilə istehsal olunmuş, 9x19 mm kalibrli, “Zəfər-K” markalı, ”125625” №-li tapançadır - yivli odlu döyüş silahı hesab edilir. Həmin silah sazdır və təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər aşkar edilməmişdir. Həmin tapançadan sandıqçada dolu olan patronların hamısını fasiləsiz ardıcıl olaraq atmaq üçün şəraitdən aslı olaraq minimal (sandıça tapançanın içində olduğu halda silahı atəşə hazır vəziyyətə gətirilməsi də daxil olmaqla) təxminən 7-8 saniyə müddət tələb olunur. “Zəfər-K” markalı tapançadan atılan patronun gilizi şəraitdən asılı olaraq sürgü pəncərəsindən sağa, yuxarı doğru istiqamətdə 3-5 metrə qədər məsafəyə düşür. Xüsusi ədəbiyyatda göstərilən texniki məlumatlara əsasən “Zəfər-K" markalı tapançadan atılmış güllənin başlanğıc sürəti 340±10 m/s-dir. Silahdan nişanalma məsafəsi - 75 metrdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet "Zəfər-K” markalı, yivli tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 15 ədəd 9x19 mm kalibrli patron tutumuna malik olan, zavod usulu ilə hazırlanmış sandıqçadır və təyinatı üzrə istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 12 (on iki) ədəd predmet “Zəfər K”, “Mətin’, “Parabellum”, “Mauser", “Waiter P.38”, 1935-cı il modelli 'Browning'. “Colt Commander' və digər konstruksiyan tapancalarda, STEN МкГ, "Sterling L2A3” , “Bergmann МР34-Г”, "Erma”, “Schmeisser JR 18-1", “MP-382”, “MP-40", “Uzr” markalı tapança-pulemyotlarda və “Zəfər К”, “Mətin”, “LUGER P08' («PARABELLUM») konstruksiyalı və s. uyğun kalibrli silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod usulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən 9x19 mm-lik kalibrli patrondur, təyinatı üzrə istifadəyə (atəşə) yararlıdır. Tədqiqata “2” , “3” və “4” rəqəmi ilə işarələnmiş 03 (üç) ədəd predmet, zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Zəfər K", “Mətin", “Parabellum", “Mauser", "Waiter P.38", 1935-cı il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyalı tapançalarda, “STEN Mkl”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma", “Schmeisser JR 18-T’, “МР-38”, “MP-40”, “UZİ" markalı tapança-pulemyotlarda və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəş prosesində ayrılmış hissəsidir gilizidir. Həmin gilizlər təqdim edilmiş 9x19 mm kalibrli “Zəfər-K” markalı, “125625” №-li tapançadan atılmışdır. Tədqiqata “1”, “5" və “7” rəqəmləri ilə işarələnmiş 03 (üç) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 9x19 mm kalibrli olmaqla, həmin kalibrə malik “Zəfər K", “Mətin", “Parabellum", “Mauser", "Waiter P.38", 1935-cı il modelli “Browning”, “Colt Commander” və digər konstruksiyan tapançalarda, “STEN Mkl”, “Sterling L2A3”, “Bergmann MP34-1”, “Erma", “Schmeisser JR 18-T’, “MP- 38”, “MP-40”, “UZİ" markalı tapançapulemyotlarda və s. yivli odlu silahlarda döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəş prosesində ayrılmış hissəsidir-güllədir. Həmin güllələr təqdim edilmiş 9x19 mm kalibrli, “Zəfər-K" markalı, “125625" №-li tapançadan atılmışdır. Tədqiq edilən gilizlərin və güllələrin üzərində gilizlərin daxilindən gilizlərin daxilində isə güllələrin səthindən qalmağa xarakterik izlər qalmadığından güllələrin atılmamışdan əvvəl gilizlərin hansı ilə vahid bütövlük təşkil etdiyini müəyyən etmək mümkün deyil. Təqdim edilən güllələr nisbətən deformasiyaya uğrasa da ilkin forma və ölçüləri əsasən qalmışdır, üzərlərində rikoşet izləri müşahidə olunmur. Tədqiqata təqdim edilmiş bir ədəd “Zəfər-K” markalı “AZTKC 1256 25” nömrəli tapançanın lülə kanalından atəşin əlavə faktoru olan tam yanmamış, tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən həmin tapançadan sonuncu dəfə təmizlənmədən sonra atəş (atəşlər) açılmışdır. Tədqiqata təqdim edilmiş Gültəkin Tağıyevə məxsus olduğu qeyd edilən bir ədə papaqlı köynək, bir ədəd bustqalterin üzərində olan zədələrin ətrafında mis metal izini və atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərin aşkar edilməsinə, zədələrin formasına ölçülərinə, morfoloji quruluşuna əsasən zədələr yivli odlu silahdan açılmış üç atəş nəticəsində- bir atəş papaqlı köynəyin ön yuxarı orta hissəsindəki zədəsinə giriş, köynəyin ön sağ yan, yuxarı hissəsində olan “c” zədəsi çıxış olmaqla soldansağa doğru istiqamətdə, digər atəş köynəyin ön, yuxarı orta hissəsində olan “b” zədəsinə doğru giriş, köynəyin arxa, sol yan aşağı hissəsində olan bır-birinin davamı “f’, “g” zədəsi çıxış olmaqla öndən- arxaya doğru istiqamətdə, digər atəş isə köynəyin sağ qolunun, ön yuxarı üst hissəsindəki, “ə” zədəsinə doğru giriş həmin zədədən aşağıda sağ qolun önünə doğru bir-birinin davamı olan üst-üstə düşən "d”’, "e” çıxış zədəsi olmaqla yuxarıdan-aşağıya doğru istiqamətdə bir ədəd bustqalterin ön sağ yan hissəsində olan zədə köynəyin üzərindəki giriş zədəsinin davamı olmaqla öndən-arxaya doğru istiqamətdə təxminən 40 smdən 1 metrədək məsafə daxilində, diametri 9 mm, tərkibində mis metalı olan güllələrin təsirindən yetirilməyə xarakterikdir. Bu zədə təqdim edilmiş silahdan açılan atəşlər nəticəsində və təqdim edilmiş güllələrin təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən bir ədəd papaqlı köynək, bir ədəd cins şalvarın, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd xidməti polis gödəkçə, bir ədəd xidməti polis köynək bir ədəd belində kəməri olan xidməti polis şalvarı, bir cüt çəkmə bir ədəd silah qabı və qabın kəmərinin səthindən tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən bir ədəd bustqalter, bir ədəd alt tuman, bir ədəd tünd qırmızı rəngli jaketin üzərindən atəşin əlavə faktoru oaln tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən bir ədəd jaket, bir ədəd cins şalvar, bir ədəd alt tumanın səthində və təqsirləndirsən şəxs Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən bir ədəd silah qabı və qabın kəməri, bir ədəd xidməti polis gödəkçəsi, bir ədəd ədəd xidməti polis köynəyi, bir ədəd belində kəməri olan xidməti polis şalvarı, bir cüt çəkmənin üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan Mobil telefona baxış keçirilməsi haqqında” ##.##.2025-ci il tarixdli protokoldan görünür ki, mobil telefonun “Zənglər” bölməsinə daxil olduqda ##.##.2025-ci il tarixdə saat 08:25, 08:26, 08:26, 08:29, 08:39, 08:50, 08:51-də “Elyar b.k” adı ilə kontaktda qeyd edilmiş 055-960-11-15 mobil nömrəsindən daxil olmuş zənglərin rədd edilməsi, 08:51-də daxil olmuş zəngin isə cavabsız qalması, “077-710-05-05” mobil nömrəsindən saat 08:51-də daxil olmuş zəngə cavab verilməsi və 01 dəqiqə 24 saniyə zəngin davam etməsi, “050-477-04- 91” mobil nömrəsindən saat 09:14-də daxil olmuş zəngə cavab verilməsi və 42 saniyə zəngin davam etməsi, “070-599-25- 24” mobil nömrəsindən saat 09:46-da daxil olmuş zəngə cavab verilməsi və 31 saniyə zəngin davam etməsi, digər zənglərə cavab verilməməsi müəyyən edildi. Cinayət işinin materiallarında olan Kompleks komisyon məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələn və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində, psixi- emosional vəziyyətində hər hansı dəyişiklik aşkar olunmur. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs qərarda təsvir olunan ictimai təhlükəli əməli törədərkən onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək imkanına malikdir. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, inadkarlıq, çılğınlıq, kobudluq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində hirslilik, qıcığa qarşı həssaslıq yaranmış, həmin halın yaranması fərdipsixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi kriminalistik ekspertizasının ##.##.2026-cı il tarixli, ***/MTKŞ-**** saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs qızma məxsus paltarların (büstqalterin və kapyuşonlu köynəyin ön səthində sağda) bir ədəd, kapyuşonlu köynəyin ön səthində bir qədər sağda bir ədəd, köynəyin arxa səthində solda iki ədəd, sağ qolun yuxarı nahiyəsində üç ədəd və köynəyin ön səthində sağda bir ədəd dəlibkeçən zədələr aşkar olundu. Bu zədələrin forma, xarakteri, morfoloji əlamətlərinə və onların üzərindən rəngli əksalma üsulu ilə alınmış kontaktoqrammalaranın nəticələrinə əsasən demək olar ki, köynəyin ön səthində bir qədər sağda olan iki ədəd (onlardan biri büstqalterdə olan bir ədəd zədə ilə üst-üstə düşür) və sağ qolun ön səthinin ən yuxarıdakı zədə odlu silah zədələnməsinin giriş dəlikləri, köynəyin arxa səthində solda iki ədəd və köynəyin ön səthində sağda bir ədəd zədələr isə çıxış dəlikləridirlər. kapyoşonlu köynəyin sağ qolunda olan üç ədəd və ön səthində sağda olan bir ədəd dəlib-keçən zədələr bir odlu silah zədələnməsi kimi qiymətləndirildi. Zərərçəkmiş şəxs qızma məxsus paltarlarda aşkar edilmiş odlu silah zədələnmələri mis örtüklü (tərkibli) mərmi (güllə) ilə, o cümlədən ekspertizaya təqdim edilmiş güllələri ilə doldurulmuş odlu silahdan açılmış üç atəş nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus paltarların (büstqalter və kapyuşonlu köynək) üzərində aşkar edilmiş odlu silah zədələnmələri onun bədənində olan eyni xarakterli xəsarətlərlə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlir. Odlu silahdan atəşlər açılarkən zərərçəmiş Zərərçəkmiş şəxs xəsarətləri yetirən şəxslə qarşılıqlı münasibətdə müxtəlif vəziyyətlərdə ola bilərdi, o cümlədən, zərərçəkmişin bədəni üzərində olan yara nahiyyələri odlu silahın lüləsinin sonluğuna doğru yönəlmiş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs məxsus alt tumanında, şalvarda və jaketdən əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş X3 məxsus bir cüt çəkmələrdə, şalvarda, xidməti köynəyində, xidməti gödəkçədə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Cinayət işinin materiallarında olan Məhkəmə-tibbi bioloji ekspertizasının ##.##.2026-cı il tarixli, ***/TBŞ-**** saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu ABO sistemi üzrə: 0(1). Ekspertizaya təqdim olunmuş döşək üzlüyü, Zərərçəkmiş şəxs məxsus papaqlı köynək, tuman, bustqalter, şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antingeni alındı. H antigeni 0(1) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə 0(1) qruplu bir şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus jaket, P.F.Tagıyevə məxsus xidməti köynək, 02 ədəd polis serjant rütbəsi (poqon), xidməti şalvar, kəmər, xidməti gödəkçə, 01 cüt uzunboğaz çəkmə, silah qabı, qabın kəməri üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş 03 ədəd güllə üzərində qan aşkar olunmadı. Hal-hazırda ekspertiza təcrübəsində tətbiq olunan elmə əsaslandırılmış metodlar olmadığından qan ləkələrinin əmələ gəlmə müddəti barəsində fikir söyləmək mümkün olmadı. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndiriməsi haqqında” ## ###### 2026-cı il tarixli qərardan görünür ki, 01 ədəd “Zəfər-K” markalı, “AZTKC 1256 25” №-li, 9xl9mm-lik tapança, həmin tapançanın darağı, tapançanın darağında olan 07 ədəd patron, hadisə yerinə baxış keçirilən zaman götürülmüş 3 ədəd giliz iş üzrə yekun qərar qəbul edilənədək Şamaxı rayon polis şöbəsinin maddi sübutlar otağında, üzərində qanabənzər ləkələr olan 3 ədəd güllə, meyitə baxış zamanı götürülmüş 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd üzərində qanabənzər ləkələr olan, yaşıl rənglə “explore more@” yazısı yazılmış bənövşəyi rəngli papaqlı köynək, 01 ədəd üzərində “Ghlain Kluin” yazılmış çəhrayı rəngli tuman, 01 ədəd üzərində qanabənzər ləkələr olan ağ rəngli bustqalter, qırmızı rəngli jaket, hadisə yerindən götürülmüş 01 ədəd üzərində qanabənzər ləkələr olan qırmızı rəngli döşək üzlüyü, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd göy rəngli, uzunqol xidməti köynək, həmin köynəyin hər iki çiyinlərində DİN-ə məxsus R rütbəsi (poqon), bir ədəd tünd göy rəngli xidməti şalvar, şalvarın bel hissəsində qara rəngli yapışqan kəmər, bir ədəd tünd göy rəngli ön tərəfdən zəncirlə bağlanan xidməti forma olan gödəkcə, bir cüt qara rəngli uzun boğaz çəkmələr və bir ədəd plastik materialdan olan silah qabı və qabın kəməri, 01 ədəd təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon cinayət işi üzrə maddi sübut qismində tanınaraq iş üzrə yekun qərar qəbul edilənədək Şamaxı rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərində və həmçinin apellyasiya baxışı zamanı müdafiə tərəfinin çıxışında qeyd etdiyi onun zərərçəkmişi xüsusi amansızlıqla öldürmək niyyətində olmamasına dair dəlillərini əsaslı saymır və bunu məsuliyyətdən yayınmaq məqsədi kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlar Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi xüsusi amansızlıq əlaməti olmadan, qəsdən həyatdan məhrum etməsi barədə nəticəyə gəlməyə əsas vermir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.2.4-cü maddəsindən həmin məcəllənin 120.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, CM-in 120.2.4-cü maddəsinin tövsüfedici əlamətindən aydın olur ki, sözügedən əlamətlə cinayətin törədilməsi barədə şəxsə qarşı ittihamın irəli sürülməsi üçün onun qəsdinin zərərçəkmiş şəxsə və yaxud hadisəni görən onun yaxınlarına məhz xüsusi əzab və iztirab verməyə yönəlməsi, yəni onun birbaşa qəsdlə hərəkət edib onlara xüsusi əzab və iztirab verməyi arzu etməsi tələb olunmur. Yəni qəsdin forması barədə düzünə göstəriş olmadığından təqsirkar istər birbaşa, istərsə də dolayı qəsdlə hərəkət edə bilər. Bu səbəbdən təqsirkarın öz hərəkətlərinin həmin şəxslərə xüsusi əzab, iztirab verməsi kimi əlamətlərlə müşayiət olunduğunu dərk edib buna şüurlu surətdə yol verməsi, yəni həmin əlamətlərə münasibətdə dolayı qəsdin mövcudluğu kifayətdir ki, onun əməli xüsusi amansızlıqla törədilən qəsdən adam öldürmə kimi tövsif edilsin (təbii ki, cinayət tərkibinin digər əlamətləri də müəyyən edildiyi təqdirdə). Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2002-ci il tarixli * saylı qərarında əksini tapmış hüquqi mövqeyə də uyğundur. Belə ki, həmin Plenum qərarının 8-ci bəndində qeyd olunur ki, “Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” Plenum qərarının həmin müddəalarına və Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin zərərçəkmiş şəxsin yaxın adamlarının yanında törədilməsi özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Vacibdir ki, təqsirkar şəxslərin qohumluq münasibətindən məlumatlı olsun, eyni zamanda onun niyyəti seçdiyi üsulla zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirməklə öldürmək olsun (xüsusi iztirab yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin (həmçinin özünə) yaxınlarına xüsusi iztirab yetirdiyini dərk etsin və şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara (zərərçəkmişin, onun yaxınlarının xüsusi əzab çəkməsinə) münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Eyni zamanda nəzərə alınmalıdır ki, törədilən cinayətin yeri, vaxtı, üsulu, şəraiti, iştirakçıların sayı və sair əlamətlər təqsirkarın qəsdinin istiqamətinə təsir edən amil kimi çıxış edir. Cinayət işinin qeyd edilən məsələ ilə əlaqədar müəyyən olunmuş hallarından görünür ki, təqsirləndiirlən şəxs zərərçəkmiş şəxsi yaxın qohumu bacısının yanında öldürməklə, şahid6 xüsusi iztirab verdiyini dərk etmiş, bunu arzu etməsə də, seçdiyi üsulun zərərçəkmiş şəxsin bacısına xüsusi iztirab yetirdiyini dərk edib, şüurlu surətdə buna yol vermişdir. Məhz bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətini dəlillərinə tənqidi yanaşır və onlarla razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri, həmçinin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi təqsirləndirilən şəxsin müdafiəsinə yönəlməklə onun məsuliyyətdən yayınması məqsədi daşıyır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə CM-nin 157.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, CM-in 157.1-ci maddəsində nəzərdə tutlmuş mənzil toxunulmazlığı hüququnu pozma mənzilə elə daxil olmanı nəzərdə tutur ki, bu Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutlmuş əsaslar olmadan mənzildə yaşayanların da iradəsinə zidd olaraq həyata keçirilmiş olsun. Mənzilə kənar şəxslərin daxil olması mənzildə yaşayanın iradəsi (razılığı) əsasında, həmçinin belə razılıq olmasa da qanunvericiliklə müəyyən edilmiş əsaslarla baş vermişdirsə bu maddə ilə cinayət məsuliyyəti istisna olunur. Cinayət işinin müəyyən edilmiş hallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin iradəsinə zidd, yəni onun razılığı olmadan mənzilə daxil olmuşdur. Belə olan halda onun əməli düzgün olaraq CM-in 157.1-ci maddəsi ilə tövsif edilmişdir. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd etmişdir ki, belə ifadə əvvəlcədən hazırlanmış müdafiə taktikasıdır, istintaq zamanı özündə olmaması barədə verdiyi ifadəsi cinayət işinin materiallarında olan kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının ##.##.2025-ci il tarixli, **** saylı rəyi ilə inkar edilir və məhkəmə onun bununla bağlı bildirdiklərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirmişdir Bu səbəblərdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs verilmiş ittihamı sübut olunmuş hesab edir və iş üzrə çıxarılmış hökmün ləğv olunması, yaxud dəyişdirilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi onun Azərbaycan Respublikası CM-nin 120.2.4-cü və 157.1-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməsi barədə düzgün nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmış, bu hallara, məhkumun şəxsiyyətinə, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsini əks etdirən hallara düzgün qiymət verərək Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində tələblərinə uyğun qanuni və ədalətli cəza təyin etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 157.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-327/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-327/2026
15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver