Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 1(3-8)-336/2026 17.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı nümayəndəsi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi2, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, Xüsusi ittihamçı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs arasında olan münasibətlər yaxşı olsa da, sonuncunun bibisi və bibisi oğlu ilə yaranmış mübahisədən sonra Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayaraq Xüsusi ittihamçı qeyriləri ilə birlikdə onun bibisi oğlunu öldürməkdə günahlandıraraq, onu ağır cinayətin törədiləməsində ittiham etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətdə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məhkəmədən xahiş edilmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə (hakim E.R.Teymur-Zadə) Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi müdafiəçi2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarının ləğv edilməsini və işin xüsusi ittiham qaydasında şikayətə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etməklə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı qanunsuz, əsassızdır və ləğv edilməlidir. Səhhətində yaranmış kəskin narahatlıqla bağlı “Ellab Diagnostic” klinikasında aparımış müayinə zamanı onda insulin müqaviməti və şəkərə meyillilik müəyyən edilərək müalicə təyin olunmuşdur. Təyin olunmuş preparatın yan təsirləri nəticəsində ##.##.2026-cı il tarixdə səhhətində qəfil yaranan fiziki narahatlığı və narahat halını nəzərə alaraq, məhkəmə iclasında iştirak etməyim mümkün olmamışdır. Məhkəmə idasında iştirak edə bilməyəcəyi barədə iclasdan əvvəl məhkəmə idas katibinə şifahi məlumat vermiş və kabinet (elektron sistem) vasitəsilə məhkəməyə müvafiq ərizə ünvanlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəblərin olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarılmasına məhkəməyə əsas verir. Göründüyü kimi, məhkəmə insan səhhəti ilə bağlı obyektiv və üzrlü halı, eləcə də əvvəlcədən rəsmi xəbərdarlıq etdiyini nəzərə almamış, qeyd edilən normanın tələblərini pozaraq şikayətin icraata qəbulundan imtina etmək barədə hüquqazidd və əsassız qərar çıxarmışdır. MÜDAFIƏÇININ ETIRAZI : Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin nümayəndəsi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi müdafiəçi2 tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etməklə etirazını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı qanuni və əsaslı olmaqla, həmin qərarda xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması üçün bir neçə müstəqil əsas göstərilmişdir. Belə ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmun etibarilə Azərbaycan Respublikası CPM-in 293.3.1–293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilmədiyini, həmçinin xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclaslarına üzrlü səbəb olmadan təkrarən gəlmədiyini müəyyən etmişdir. Buna baxmayaraq, apellyasiya şikayətində məhkəmənin qərarında göstərilmiş həmin əsaslardan şikayətin forma və məzmun tələblərinə uyğun olmaması məsələsinə münasibət bildirilməmiş, əsasən xüsusi ittihamçının hazırlıq iclasında iştirak etməməsinin üzrlü səbəblərlə bağlı olduğu irəli sürülmüşdür. Birinci instansiya məhkəməsi də məhz şikayətin forma və məzmun tələblərinə cavab verməməsini və xüsusi ittihamçının hazırlıq iclaslarına təkrar gəlməməsini icraata qəbuldan imtinanın əsasları kimi göstərmişdir. Xüsusi ittiham qaydasında təqdim edilmiş şikayət CPM-in 293.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə tam cavab verməmiş, o cümlədən irəli sürülmüş ittihamın faktiki əsasları və həmin halları təsdiq edən sübutlar lazımi qaydada əsaslandırılmamışdır. Xüsusi ittiham qaydasında cinayət təqibinin xüsusiyyətinə görə irəli sürülmüş ittihamın faktiki əsaslarını və onu təsdiq edən sübutları göstərmək vəzifəsi xüsusi ittihamçıya aid olduğu halda, Xüsusi ittihamçı tərəfindən Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsini, yəni yalan olduğunu bilə-bilə onu ağır və ya xüsusilə ağır cinayətin törədilməsində ittiham edən məlumatlar yaymasını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Xüsusi ittiham qaydasında şikayətdə istinad edilən ayrı-ayrı videoçıxışlarda işlədilmiş ifadələr ümumi kontekstdən ayrılaraq təqdim edilmişdir. Müdafiə tərəfinin mövqeyinə görə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs çıxışları bütövlükdə nəzərdən keçirildikdə onun əsasən Ağsu Rayon Polis Şöbəsinin bəzi əməkdaşlarının fəaliyyəti ilə bağlı tənqidi fikirlər söylədiyi, habelə Feyruz Zeynalovun itkin düşməsi ilə bağlı mövcud araşdırmalara və digər şəxslərin səsləndirdiyi məlumatlara istinad etdiyi görünür. Xüsusilə Ruqiyyə Zeynalovanın oğlunun itkin düşməsi ilə bağlı Xüsusi ittihamçı və digər şəxslərdən şübhələndiyini bildirməsi barədə məlumatın Qənbərov tərəfindən həmin şəxsin mövqeyi kimi çatdırıldığı, Qənbərovun özünün Xüsusi ittihamçı Feyruz Zeynalovun qətlə yetirilməsində iştirak etməsinə dair qəti fikir ifadə etmədiyi göstərilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs səsləndirdiyi məlumatların uydurma və həqiqətə uyğun olmadığını bilə-bilə yayması təsdiq edilməmiş, əksinə, həmin çıxışların Feyruz Zeynalovun itkin düşməsi ilə əlaqədar uzun müddət aparılan araşdırmalar, cinayət işinin başlanması, istintaqın davam etdirilməsi və həmin iş üzrə ayrı-ayrı şəxslərin dindirilməsi kimi faktiki hallarla əlaqəli olduğu göstərilmişdir. Bu səbəbdən müdafiə tərəfi CM-in 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin, xüsusilə məlumatın yalan olduğunu bilə-bilə yayılması əlamətinin mövcudluğunun xüsusi ittihamçı tərəfindən əsaslandırılmadığını hesab etmişdir. Bundan başqa, etirazda apellyasiya şikayətində göstərilən xüsusi ittihamçının səhhəti ilə bağlı dəlillərə də münasibət bildirilərək qeyd edilmişdir ki, iş üzrə ##.##.2026cı il saat 10:20-yə və ##.##.2026-cı il saat 16:00-a təyin edilmiş hazırlıq iclaslarının hər ikisində xüsusi ittihamçı iştirak etməmiş, onun həmin iclaslarda iştirak edə bilməməsinin üzrlü səbəbləri barədə hazırlıq iclasları keçirilməzdən əvvəl məhkəməyə lazımi qaydada məlumat verilməsi müəyyən olunmamışdır. Birinci instansiya məhkəməsi də xüsusi ittihamçının hər iki hazırlıq iclasında iştirak etmədiyini və üzrlü səbəb barədə əvvəlcədən məlumat verdiyinin müəyyən olunmadığını qərarında qeyd etmişdir. Xüsusi ittiham qaydasında cinayət təqibinin başlanması və davam etdirilməsi xüsusi ittihamçının şəxsi iradəsi ilə sıx bağlı olduğundan, onun hazırlıq iclaslarında iştirakı həmin iradənin davam edib-etmədiyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusi ittihamçının hazırlıq iclaslarına təkrarən gəlməməsi və üzrlü səbəblər barədə əvvəlcədən məlumat verməməsi qanunvericiliyin tələbləri baxımından ittihamdan imtina ilə eyni hüquqi nəticə doğurur. Birinci instansiya məhkəməsi də hazırlıq iclasında xüsusi ittihamçının şəxsi iştirakını onun ittiham iradəsinin mövcudluğunun müəyyən edilməsi baxımından mühüm prosessual şərt kimi qiymətləndirmişdir. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının qanunsuz və ya əsassız hesab olunması üçün əsas vermir, birinci instansiya məhkəməsi işin hallarına və cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun nəticəyə gəlmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI : Məhkəmə kollegiyasının iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı nümayəndəsi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun çıxış edərək izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə razı deyil və həmin qərardan verdiyi apellyasiya şikayətini müdafiə edir. Birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edərkən bir neçə hala əsaslanmışdır. Həmin hallardan texniki xarakter daşıyan nöqsanların aradan qaldırılaraq şikayətin yenidən məhkəməyə təqdim edilməsi mümkündür. Lakin məhkəmənin onun məhkəmə iclaslarına təkrarən üzrlü səbəb olmadan gəlməməsini şikayətdən imtinaya bərabər tutması ilə razı deyil. Hesab edir ki, belə yanaşma gələcəkdə həmin nöqsanları aradan qaldıraraq yenidən xüsusi ittiham qaydasında şikayət vermək hüququna mane ola bilər. Birinci təyin olunmuş məhkəmə iclasında başqa məhkəmədə işi olduğuna görə iştirak edə bilməmiş və bu barədə əvvəlcədən məhkəməyə ərizə təqdim etmişdir. Ikinci məhkəmə iclasında isə səhhəti ilə əlaqədar iştirak edə bilməmişdir. Belə ki, şəkərlə bağlı problemi olduğundan dərman qəbul edir və həmin gün dərmanı acqarına qəbul etməsi nəticəsində şəkəri aşağı düşmüş, özünü pis hiss etmişdir. Bununla əlaqədar məhkəmənin katibi ilə telefon vasitəsilə əlaqə saxlayaraq vəziyyəti barədə məlumat vermiş və evə getdiyini bildirmişdir. Səhhəti ilə bağlı vəziyyətini təsdiq etmək məqsədilə apellyasiya şikayətinə analiz nəticəsini də əlavə etmişdir. Təqdim etdiyi analiz məhz məhkəmə iclasının keçirildiyi tarixə aid olmasa da, həmin sənəd onun müvafiq sağlamlıq probleminin olduğunu göstərir. Həkimin ona metformin preparatı təyin etdiyini, həmin dərmanı acqarına qəbul etdiyinə görə özünü pis hiss etdiyini, telefonla həkimlə əlaqə saxladığını və həkimin məsləhəti ilə evə gedib dincəldiyini bildirdi. Birinci məhkəmə iclasına gəlməməsi ilə bağlı qeyd etdi ki, həmin tarixdə başqa məhkəmədə, o cümlədən ağır cinayət işi üzrə məhkəmə prosesində iştirakı zəruri olmuşdur. Məhkəməyə gəlməməsi barədə əvvəlcədən məlumat vermişdir. Hesab edir ki, həm birinci, həm də ikinci məhkəmə iclasına gəlməməsinin səbəbləri üzrlü olmuş və birinci instansiya məhkəməsi həmin hallara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin bildirdi ki, Cinayət-Prosessual Məcəlləsinin 293-cü maddəsi ilə əlaqədar şikayətdə olan texniki nöqsanları aradan qaldıraraq yenidən müraciət etməsinə etiraz etmir. Onun narazılığı əsasən məhkəməyə gəlməməsinin şikayətdən imtinaya bərabər tutulması ilə bağlıdır. Bu əsaslarla Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin əsassız olmasını vurğulayaraq izahatında bildirdi ki, apellyasiya şikayəti ilə razı deyil və onun təmin edilməməsini xahiş edir. Belə ki, bundan əvvəl də eyni xarakterli xüsusi ittiham şikayəti üzrə Abşeron Rayon Məhkəməsində ## #### 2026-cı il tarixdə qərar qəbul edilmişdir. Həmin qərarda verilmiş şikayətin Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü və 327-ci maddələrinin tələblərinə uyğun olmadığı göstərilmişdir. Bildirir ki, müdafiəçi2 xüsusi ittihamçı deyil, xüsusi ittihamçının nümayəndəsidir. Qanunvericiliyin tələblərinə əsasən xüsusi ittihamçının özü də məhkəməyə gəlməli, ona bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməlidir. Əlavə etdi ki, əvvəlki məhkəmə qərarından dərhal sonra yenidən Abşeron Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmiş və yeni iş üzrə iki dəfə məhkəmə iclası təyin edilmişdir. Buna baxmayaraq, xüsusi ittihamçı həmin iclaslarda iştirak etməmişdir. Qeyd etdi ki, qanun xüsusi ittihamçının təkrarən məhkəmə iclasına gəlməməsinin hüquqi nəticələrini müəyyən edir. Hazırkı halda xüsusi ittihamçının özünün məhkəmə iclaslarına gəlməməsi də nəzərə alınmalıdır. Bu səbəbdən apellyasiya şikayətini əsassız hesab etdiyini, onun təmin edilməməsini və Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs izahatında bildirdi ki, müdafiəçisi Umud Abdurahmanlının məhkəmə iclasında bildirdiyi mövqe ilə razıdır və həmin mövqeyi müdafiə edir. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə barəsində xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Xüsusi ittihamçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, CPM-nin 293.3.1-293.3.7-ci maddələrində xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin tələblərə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. CPM-nin 302.1.3 və 302.2.3-cü maddələrinin tələblərinə görə şikayətin məzmunu bu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli ** saylı Qərarının 11-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin Qərarın 3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qanunun bu tələbinə zidd olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətdə istinad olunan əməlin baş verdiyini, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyini, şikayət ərizəsində istinad olunan əməllərin məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslər tərəfindən istinad edilən maddələrin dispozisiyasında göstərilən qaydada törədildiyini təsdiq edəcək sübutlar təqdim edilməmiş və əsaslandırılmamışdır. Başqa sözlə desək, qanunvericilikdə xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblər qoyulmuşdur ki, Xüsusi ittihamçı nümayəndəsi tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu həmin tələblərə uyğun olmamışdır. Məhkəmə kollegiyası materialı nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarından görünür ki, Xüsusi ittihamçı nümayəndəsi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayətlə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə həmin şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını, o cümlədən, şikayətin Cinayət-Prosessual Məcəlləsinin 293.3.1–293.3.7-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsi, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin məhkəmənin hazırlıq iclaslarına təkrarən gəlməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətindən görünür ki, qərarın ləğv edilməsinin başlıca əsası kimi xüsusi ittihamçının nümayəndəsi müdafiəçi2 ## ###### 2026-cı il tarixli məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilməməsi göstərilmişdir. Apellyasiya şikayətində nümayəndə həmin tarixdə səhhətində qəfil narahatlıq yarandığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəmə iclas katibinə şifahi məlumat verdiyini və elektron sistem vasitəsilə məhkəməyə ərizə göndərdiyini bildirmişdir. Məhkəmə kollegiyası həmin dəlili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, hazırkı halda bir-birindən fərqləndirilməli olan iki prosessual subyekt mövcuddur: xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı və onun nümayəndəsi vəkil müdafiəçi2. Apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında irəli sürülən səhhətlə bağlı hallar nümayəndə müdafiəçi2 özünə aiddir. Halbuki birinci instansiya məhkəməsinin qərarında hüquqi nəticə doğuran hal xüsusi ittiham qaydasında şikayət vermiş Xüsusi ittihamçı özünün hazırlıq iclaslarına təkrarən gəlməməsi kimi müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 43.2-ci maddəsinin qərarda istinad edilmiş müddəalarına görə, xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. CPM-in 302.1.8-ci maddəsində də şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməməsi məhkəmə baxışının keçirilməsindən imtina edilməsinin əsaslarından biri kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq keçirilmiş hər iki hazırlıq iclasında iştirak etməmiş, eyni zamanda onun özünün üzrlü səbəbdən iştirak edə bilməməsi barədə məhkəməyə əvvəlcədən məlumat verdiyi müəyyən olunmamışdır. Apellyasiya instansiyasında da həmin faktı təkzib edən mötəbər məlumat təqdim edilməmişdir. Əksinə, xüsusi ittihamçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında birinci iclasa başqa məhkəmə prosesində iştirakı, ikinci iclasa isə öz səhhətində yaranmış narahatlıq səbəbindən gələ bilmədiyini bildirmişdir. Təqdim edilmiş tibbi məlumatın da məhz hazırlıq iclasının keçirildiyi tarixə aid olmadığını özü təsdiq etmişdir. Belə olan halda nümayəndənin digər məhkəmə prosesində iştirak etməsi və ya səhhətində narahatlığın yaranması xüsusi ittihamçının özünün hazırlıq iclaslarında iştirak etməməsinin üzrlü səbəbini təsdiq edən hal kimi qəbul edilə bilməz. Nümayəndənin şəxsinə aid hallar təmsil etdiyi şəxsin məhkəmə iclasına gəlməməsinə avtomatik olaraq şamil edilmir. Məhkəmə kollegiyası bu baxımdan birinci instansiya məhkəməsinin CPM-in 103.4cü maddəsinə verdiyi hüquqi qiymətləndirmə ilə də razılaşır. Belə ki, həmin normaya əsasən xüsusi ittihamçının nümayəndəsi cinayət işinə məhkəmə baxışında təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər. Birinci instansiya məhkəməsi haqlı olaraq hazırlıq iclası ilə işə mahiyyəti üzrə məhkəmə baxışı mərhələsini fərqləndirmiş və nümayəndəyə məhkəmə baxışında verilmiş əvəzetmə səlahiyyətinin hazırlıq iclasında xüsusi ittihamçının şəxsi iştirakının tələb olunduğu halları avtomatik olaraq aradan qaldırmadığı qənaətinə gəlmişdir. Xüsusi ittiham qaydasında cinayət təqibinin xüsusiyyəti də həmin nəticəni şərtləndirir. Bu icraat növündə cinayət təqibinin başlanması və davam etdirilməsi dövlət ittihamçısının deyil, bilavasitə zərər çəkdiyini iddia edən şəxsin prosessual iradəsinə bağlıdır. Buna görə hazırlıq iclasında xüsusi ittihamçının davranışı onun irəli sürdüyü ittihamı davam etdirmək iradəsinin mövcudluğunun müəyyənləşdirilməsi baxımından mühüm prosessual əhəmiyyət daşıyır. Qanunvericinin hazırlıq iclasına təkrar gəlməməyə ayrıca hüquqi nəticə bağlaması da həmin məqsədə xidmət edir. Bu səbəbdən apellyasiya şikayətində nümayəndənin məhkəmə iclası katibinə telefonla məlumat verməsi və ya öz səhhəti ilə əlaqədar elektron ərizə təqdim etməsi barədə dəlillər, həmin hallar mövcud hesab edilsə belə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin özünün hazırlıq iclaslarına təkrarən gəlməməsi faktının hüquqi nəticəsini aradan qaldırmır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsinin qərarı yalnız xüsusi ittihamçının hazırlıq iclaslarına gəlməməsi ilə əsaslandırılmamış, şikayətin forma və məzmununa dair qanunun imperativ tələblərinə riayət edilməməsi də ayrıca hüquqi əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında verilən müraciətdə qanunda sadalanmış məlumatlarla yanaşı, məlumatı vermiş şəxsin imzası da olmalıdır. Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” ## ###### 2014-cü il tarixli qərarının 11-ci bəndində də xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair həmin tələblərin gözlənilməsinin zəruriliyi göstərilmişdir. Hazırkı iş üzrə xüsusi ittiham qaydasında verilmiş sənədin imza hissəsindən görünür ki, həmin sənəd Xüsusi ittihamçı tərəfindən deyil, onun “etibarnamə üzrə nümayəndəsi” qismində çıxış edən vəkil tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi bunu yalnız formal və texniki çatışmazlıq kimi deyil, xüsusi ittiham qaydasında cinayət təqibinin başlanmasına dair şəxsi iradənin ifadəsi ilə bilavasitə bağlı prosessual məsələ kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində və apellyasiya baxışı zamanı həmin nöqsanların “texniki xarakterli” olması barədə bildirilən mövqeyi əsaslı hesab etmir. Xüsusi ittiham qaydasında konkret şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin tələb olunması adi prosessual müraciətdən fərqli olaraq cinayət təqibinin başlanmasına yönələn iradə ifadəsidir. Bu səbəbdən qanunla şikayəti vermiş şəxsin imzasının ayrıca məcburi rekvizit kimi nəzərdə tutulması təsadüfi xarakter daşımır. CPM-in 103.1-ci maddəsinin məzmunundan da göründüyü kimi, nümayəndə xüsusi ittihamçının hüquqlarını həyata keçirsə də, şəxsiyyətin ayrılmaz hüquqları bu səlahiyyətin hüdudlarından kənardadır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə konkret şəxs barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin başlanmasını tələb etmək və bu iradəni imza ilə təsdiq etmək məhz xüsusi ittihamçının şəxsi prosessual iradəsi ilə bağlıdır. Apellyasiya şikayətində həmin hüquqi mövqeyi təkzib edən və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğunu göstərən əsaslandırılmış dəlil irəli sürülməmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, apellyasiya şikayətində əsas diqqətin yalnız nümayəndənin ## ###### 2026-cı il tarixli iclasa gələ bilməməsinin səbəblərinə yönəldilməsi, birinci instansiya məhkəməsinin qərarında müəyyən olunmuş digər müstəqil prosessual əsasları aradan qaldırmır. Apellyasiya şikayətini verən tərəfin qərarda göstərilmiş əsaslardan yalnız biri ilə bağlı etiraz irəli sürməsi, qərarın digər qanuni əsaslarının mövcud olmadığı nəticəsinə gəlməyə əsas vermir. Bundan başqa, apellyasiya baxışı zamanı nümayəndə özü də CPM-in 293-cü maddəsi ilə əlaqədar şikayətdə olan nöqsanların aradan qaldırılmasının mümkün olduğunu bildirmiş, narazılığının əsasən məhkəmə iclasına gəlməməyin şikayətdən imtinaya bərabər tutulması ilə bağlı olduğunu qeyd etmişdir. Bu mövqe də özlüyündə birinci instansiya məhkəməsinin şikayətin qanunun forma və məzmun tələblərinə uyğun olmadığı barədə müəyyən etdiyi halları təkzib etmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi xüsusi ittiham qaydasında təqdim olunmuş şikayətin forma və məzmununu, şikayəti vermiş şəxsin hazırlıq iclaslarında iştirak edib-etməməsini, nümayəndənin prosessual səlahiyyətlərinin hüdudlarını və xüsusi ittiham qaydasında cinayət təqibinin xüsusiyyətlərini qarşılıqlı əlaqədə düzgün qiymətləndirmiş, nəticədə şikayətin icraata qəbul edilməsindən imtina edilməli olması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətində və apellyasiya baxışı zamanı göstərilən dəlillər birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları təkzib etmir, qərarın qanunsuz və ya əsassız olmasını təsdiq edən hallar müəyyən olunmur və həmin dəlillər qərarın ləğv edilməsinə səbəb ola biləcək prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu ilə bağlı tələblərə əməl edilməməsini əsas götürərək xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Xüsusi ittihamçı nümayəndəsinin xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-nin 300.1.3, 397 və 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə Xüsusi ittihamçı nümayəndəsinin xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Nümayəndə müdafiəçi2 apellyasiya şikayəti təmin olunmasın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-8)-336/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-8)-336/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver