Məhkəmə qərarları › İş №1(3-9)-131/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-9)-131/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan‑Respublikası‑adından Qərar Şirvan‑şəhəri İş‑№‑1(3-9)-131/2026 14.05.2026 ŞIRVAN‑APELLYASIYA‑MƏHKƏMƏSI Hakimlər Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Bəhmənov Habil Xanoğlan oğlu və Həşimov‑Yaşar‑Xanoğlan‑oğlundan‑ibarət‑tərkibdə, Zeynallı‑Aslan‑Ismayıl‑oğlunun‑katibliyi,‑‑ dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru X1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun‑vəkili‑X2‑iştirakları‑ilə ## ###### 1965-ci ildə Lənkəran rayonu, Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu, Şilavar kəndində qeydiyyatda olmaqla yaşayan MÜƏYYƏN E T D İ: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (sədrlik edən Anar Pənahov) Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Azərbaycan Respublikası CPM-nin 44.2.2-ci maddəsinə əsasən onun hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Hökmlə həmçinin, maddi sübutlar məsələsi də həll edilmişdir.‑ Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək, Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs ibtidai istintaq tərəfindən irəli sürülmüş ittiham üzrə, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə‑cəza‑təyin‑edilməklə‑yeni‑ittiham‑hökmü‑çıxarılmasını‑xahiş‑etmişdir. IŞIN HALLARI: Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham ondan ibarətdir ki, o, ## ### 2025-ci il tarixdə saat 16 radələrində Lənkəran rayonu, Şiləvar kəndində yaşadığı məhəllədə həmkəndlisi və qonşusu olan Lənkəran rayonu, Şiləvar kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gələrək dəmir darvazaya yumruq və təpiklərlə zərbələr endirərək onun və ailə üzvlərinin ünvanına nalayiq küçə söyüşləri söyməsinə Zərərçəkmiş şəxs küçəyə çıxaraq ona irad bildirməsi ilə əlaqədar aralarında yaranmış sözlü mübahisənin davamı olaraq, hər hansı bir səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq ifadələr şlətməklə, onu münaqişəyə sövq edib, təxminən 4 dəqiqə müddətində müstəsna dərəcədə aqressivlik nümayiş etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə qəbul olunmuş birgə yaşayış, ictimai yerdə davranış və əxlaq normalarına riayət olunmasına daha həssas yanaşılması tələblərinə müstəsna etinasızlıq nümayiş etdirərək, öz şəxsiyyətini digər insanların şəxsiyyətinin fövqündə qoyub. Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə kifayətlənməyib, onun üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, həmin vaxt - saat 16 radələrində üzərində olmuş dəmir materialdan hazırlanmış qıfılı və əlində olan istintaqla müəyyən edilməyən mətbəx bıçağını silah qismində istifadə edib, qeyd olunan dəmir qıfılla Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən ataraq onun sol gicgah nahiyəsinə və əlindəki bıçaqla sonuncunun sol əl nahiyəsinə qəsdən bir zərbə endirərək ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol əl nahiyəsində kəsilmiş yara, sol gicgah nahiyəsində qançırdan ibarət xəsarətlər yetirərək, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində‑zor‑tətbiq‑edilməsi‑ilə‑müşayiət‑olunan‑qərəzli‑hərəkətlər,‑yəni‑xuliqanlıq‑etmişdir. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Hökmdən‑apellyasiya protestinə‑qarşı‑yazılı‑etiraz‑verilməmişdir. PROSES IŞTIRAKÇILARININ ÇIXIŞLARI: Məhkəmə iclasında dövlət ittihamçısı X1 apellyasiya protestinin təmin edilməsini, Təqsirləndirilən şəxs ibtidai istintaq tərəfindən irəli sürülmüş ittiham üzrə, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək dövlət ittihamçısı dövlət ittihamçısı1 təklif etdiyi həddə azadlıqdan məhrum‑etmə‑növündə‑cəza‑təyin‑edilməklə,‑yeni‑ittiham‑hökmü‑çıxarılmasını‑xahiş‑etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tahir Gözəlov hər biri ayrı-ayrılıqda apellyasiya protestinin təmin edilməməsini, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını‑xahiş‑etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliyə uyğun olaraq məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını‑mümkün‑hesab‑etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 397.1 və 397.2-ci maddələrinə əsasən «Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya‑şikayətinin‑və‑ya‑apellyasiya‑protestinin‑dəlillərindən‑asılı‑olmayaraq‑yoxlanılır». Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə‑icraatı‑həqiqətin‑müəyyən‑edilməsini‑təmin‑etməlidir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə‑bəraət‑vermək‑məqsədi‑ilə‑ədalət‑mühakiməsini‑həyata‑keçirməkdən‑ibarətdir.‑ Məhkəmə kollegiyası apellyasiya protestini müzakirə edərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işin materiallarını nəzərdən keçirərək hesab ‑edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərinə‑münasibətdə‑aşağıdakıları‑qeyd‑edir. dövlət ittihamçısı apellyasiya protestində Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilmiş, şikayətini onun əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməli olması ilə‑əlaqələndirmişdir. “Azərbаycаn Respublikаsı CM-in 221.1-ci mаddəsinə görə xuliqanlıq - ictimai qаydаnı kobud surətdə pozаn, cəmiyyətə аçıqcа hörmətsizlik ifаdə edən, şəxslər üzərində zor tətbiq olunmаsı ilə və yа belə zorun tətbiq edilməsi hədəsi ilə, hаbelə özgənin əmlаkının məhv edilməsi,‑yаxud‑zədələnməsi‑ilə‑müşаyiət‑edilən‑hərəkətlərdir.‑ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 mаy 2011-ci il tаrixli qərаrındа xuliqanlıq cinayət əməlinin əlamətlərini аçıqlаyаrаq göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur... Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ‑törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, belə əməl CM-in 221.3-cü maddəsinin tərkibini yaradır. Xuliqanlıq cinayəti gedişində zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Bu zaman zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması CM-in 221-ci maddəsi ilə əhatə olunur, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda isə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmusu üzrə (yəni CM-in 221-ci maddəsi ilə yanaşı həm də CM-in müvafiq olaraq‑127‑və‑ya‑126-cı‑maddəsi‑ilə)‑tövsif‑edilməlidir.‑‑‑ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud‑başqa‑cinayətlərə‑görə‑məsuliyyət‑nəzərdə‑tutan‑müvafiq‑maddələri‑ilə‑tövsif‑olunur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs həmin əməli xuliqanlıq niyyəti ilə və ictimai yerdə, ictimai qaydanı pozmaqla həyata keçirdiyi təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun ailəsi arasında uzun illərdir ki, mübahisə mövcuddur. Onlar qonşudurlar. ## ### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə şəxsi mübahisə zəmnində olmuşdur. Münaqişə zamanı həmin hadisə baş verən ərazidə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa‑bir‑şəxs‑olmamış‑və‑həmin‑münaqişəni‑şəxsən‑görməmişlər. Beləliklə də birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi ilə‑razılaşmamışdır.‑ Belə ki, istintaq orqanının əməlin xuliqanlıq cinayəti kimi tövsif edilməsi zamanı istinad etdiyi yeganə hal hadisənin ictimai yer hesab edilə biləcək küçədə baş verməsi və hadisəyə bir neçə şəxsin şahid olması olmuşdur ki, bu hissədə məhkəmə qeyd etməyi zəruri bilir ki, hadisənin ictimai yer hesab ediləcək ərazidə baş verməsi, küçədən həmin vaxt heç kimin keçməməsi və şahid qismində dindirilmiş şəxslərin hadisəni birbaşa görməməsi və zərərçəkmiş şəxsin də ifadəsində mübahisə baş verən ərazidə Təqsirləndirilən şəxs və ondan başqa heç kəsin olmadığını bildirməsi xüsusilə nəzərə alınmaqla əməlin xuliqanlıq kimi qiymətləndirilməsi‑üçün‑mütləq‑yetərli‑əsas‑hesab‑edilə‑bilməz. Kollegiya qeyd edir ki, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir ki, bu zaman şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Xuliqanlıq əməlinin silah və silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ‑törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda, belə əməl CM-in 221.3-cü maddəsinin tərkibini yaradır. Xuliqanlıq cinayəti gedişində zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Bu zaman zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması CM-in 221-ci maddəsi ilə əhatə olunur, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda isə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmusu üzrə (yəni CM-in 221-ci maddəsi ilə yanaşı həm də CM-in müvafiq olaraq‑127‑və‑ya‑126-cı‑maddəsi‑ilə)‑tövsif‑edilməlidir.‑‑‑ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi‑ilə‑razılaşmamaqla‑düzgün‑nəticəyə‑gəlmişdir.‑ Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il ## #### tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə ...” ## ###### 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə,‑əməl‑xuliqanlıq‑kimi‑qiymətləndirilə‑bilməz.‑ Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və‑xuliqanlıq)‑kimi‑qiymətləndirilməməlidir.‑ Hazırkı işin də faktiki halları Təqsirləndirilən şəxs cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. Ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlini xuliqanlıq kimi qiymətləndirməsi isə aşkar surətdə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri ilə uzlaşmayan subyektiv mülahizə kimi təzahür edir. Xuliqanlıq niyyətinin və xuliqanlıq davranışının olmaması Təqsirləndirilən şəxs ictimai-təhlükəli qəsdinin ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə (ictimai qaydaya) zərərin vurulmadığını göstərir. Kollegiya hesab edir ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs arasında hadisədən əvvəl mövcud olmuş şəxsi münasibətlər və qonşuluq zəminində narazılıqlar olmuş, baş vermiş hadisə də həmin münasibətlərin davamı kimi mövcud şəxsi münasibətlərin təsiri ilə yaranmış mübahisə nəticəsində baş vermişdir. Iş materialları ilə təqsirləndirilən şəxsin davranışının ictimai qaydanı nümayişkaranə surətdə kobud pozmağa, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməyə, yaxud qeyri‑müəyyən şəxslər dairəsinə təsir göstərməyə yönəlməsi müəyyən edilmir. Hadisənin küçədə baş verməsi öz‑özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün kifayət etmir. Mübahisə lokal xarakter daşımış, iştirakçı dairəsi məhdud olmuş, hadisə nəticəsində ictimai asayişin real pozulması və ya vətəndaşların normal fəaliyyətinə ciddi maneənin yaranması sübuta yetirilməmişdir. Belə olan halda təqsirləndirilən şəxsin əməlində CM‑in 221.3‑cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş xuliqanlıq motivi və ictimai qaydanın‑kobud‑surətdə‑pozulmasına‑yönəlmiş‑birbaşa‑qəsd‑müəyyən‑edilmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında baş verən yuxarıda qeyd edilən hadisələr şəxsi münasibətlər zəminində baş verdiyindən Təqsirləndirilən şəxs əməlində qərəzli xuliqanlıq‑cinayətinin‑tərkibi‑mövcud‑deyildir.‑ Məhkəmə kollegiyası hesab edir ki, şərh olunan vəziyyətdə Təqsirləndirilən şəxs əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsinə dair dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya‑protestinin‑dəlilləri‑əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin “apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışına dair yekun məhkəmə qərarı” adlanan 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən saxlanması barədə‑qərar‑qəbul‑edə‑bilər. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyib və apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü‑apellyasiya‑protestinə‑münasibətdə‑dəyişdirilmədən‑saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında (birinci instansiya məhkəməsində) məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı‑zamanı‑hər‑hansı‑kobud‑prosessual‑qanun‑pozuntusuna‑yol‑verilməmişdir.‑ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1,‑397.2,‑398.1.1‑və‑407-ci‑maddələrini rəhbər tutaraq,‑məhkəmə‑kollegiyası QƏRARA A L D İ: Apellyasiya‑protesti‑təmin‑edilməsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə‑dəyişdirilmədən‑saxlanılsın. Qərar‑elan‑olunduğu‑andan‑dərhal‑sonra‑qanuni‑qüvvəyə‑minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət‑Kollegiyasına‑kassasiya‑şikayəti‑və‑ya‑kassasiya‑protesti‑verilə‑bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar