Məhkəmə qərarları › İş №1(3-9)-222/2026

Şirvan Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-9)-222/2026

06.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Şirvan şəhəri İş № 1(3-9)-222/2026 06.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), Sultanov Cavid Rizvan oğlu və Ağabəyov Nicat Rauf oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, R X1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi – Şirvan Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 İntiqam oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən cinayət işinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü (hakim Süleymanov Kamran Şakir oğlunun sədrliyi) ilə ##.##.1973-cü il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirsiz elan edilməsi, həmin ittiham üzrə ona bəraət verilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən onun cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması, ona qanunsuz olaraq şübhəli şəxs qismində tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanılması və məhkəməyə verilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququ və qaydasının izah edilməsi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işinin materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə yekun qərar qəbul edilmiş, həmçinin iş üzrə maddi sübutun taleyi və məhkəmə məsrəfi məsələsi həll edilmişdir. İŞİN HALLARI Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, səhər saatlarında Lənkəran rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,402 (sıfır tam mində dörd yüz iki) qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 14:20-də Lənkəran şəhəri Şirəli Axundov küçəsində, piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə, xeyli miqdarda olan həmin 0,402 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qeyd olunan hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protesti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai araşdırma və məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də, məhkəmə qanunsuz və əsassız olaraq bəraət hökmü çıxarmışdır. Məhkəmə hökmü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən və onun üzərində şəxsi axtarış aparılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verilmişdir ki, bu hallar da onun qanunla təminat verilən hüquqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırmasına səbəb olmuş, nəticədə isə şəxsi axtarışla bağlı prosessual hərəkət zamanı əldə olunmuş sübutların mümkünlüyü və mötəbərliyi şübhə altına alınmışdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs bəraət verərkən iş üzrə toplanmış sübutların məcmusunu deyil, subyektiv ehtimalları əsas götürmüş, nəticədə isə həm maddi, həm də prosessual hüquq normalarının tələblərini pozmaqla bəraət hökmü çıxarmışdır. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması cinayəti törətməsi özünün ibtidai istintaq zamanı vediyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri və iş üzrə toplanılmış, yuxarıda sadalanan digər materiallarla tam sübuta yetirilmiş, onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm polis əməkdaşları tərəfindən saxlanılan zaman, həm də cinayət işi üzrə ibtidai istintaqın bütün mərhələlərində üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan əldə etdiyini və özünə məxsus olduğunu etiraf etmiş, barəsində ibtidai istintaq zamanı polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, əgər şəxsin üzərində həmin vaxt psixotrop maddə olmamışdırsa və o, özünü təqsirsiz hesab edirdisə, şəxsin istintaq orqanının qərarından şikayət etmək üçün imkanları olmuş, barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməsinə baxmayaraq şikayət etməmişdir. Lakin Təqsirləndirilən şəxs nədənsə ibtidai istintaq zamanı deyil, məhz məhkəmə istintaqı zamanı “həmin vaxt üzərində psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən onun üzərinə narkotik qoyulması” kimi tam əsassız iddialar irəli sürmüşdür. Belə olan halda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinin həqiqiliyinə və mötəbərliyinə obyektiv olaraq ittiham tərəfində şübhələr yaranır və məhkəmə həmin ifadəni mötəbər və inandırıcı hesab etməkdə haqlı olmamışdır. Cinayət işinin materialları təqsirləndirilən şəxsin üzərində psixotrop maddə aşkar edilməsini, həmin maddənin ekspertiza ilə psixotrop maddə olması müəyyən edilmiş maddi sübut kimi rəsmiləşdirilməsini, şahid ifadələri və təqsirləndirilənin etirafedici ifadələri ilə birlikdə onun təqsirinin tam sübuta yetirildiyini göstərdiyi halda, məhkəmə bu sübutları əsassız olaraq kənara qoymuşdur. Məhkəmənin bəraət mövqeyi əsasən polis əməkdaşlarının guya psixotrop maddəni təqsirləndirilən şəxsin üzərinə qoyması, ona hər hansı formada psixi zor tətbiq edilməsi ehtimalına söykənmişdir. Halbuki, bu iddialar iş materiallarında heç bir obyektiv sübutla təsdiqini tapmamışdır. İbtidai istintaq zamanı alınmış şahid ifadələri və toplanmış sübutlar məhkəmə istintaqında toplanmış sübutlarla tam uyğunluq təşkil etdiyi halda, məhkəmənin onları nəzərə almaması CPM-nin sübutların məcmusu halında qiymətləndirilməsi prinsipinin kobud şəkildə pozulmasıdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməmiş və ibtidai istintaq orqanının müəyyən etdiyi hallar məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair ittihamın əsasını ancaq ittiham tərəfinin topladığı qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etmişdir və onun təqsirliliyinə dair hər hansı digər mötəbər sübutlar aşkar olunmamışdır. Belə ki, “xxxx” ASC-dən sorğu vasitəsilə əldə edilmiş, bankomat vasitəsilə qeydə alınmış videogörüntülərdən də müəyyən edilir ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə günorta saatlarında polis əməkdaşları ilə, ittihamda qeyd edildiyi kimi, Lənkəran şəhəri Şirəli Axundov küçəsində deyil, həmin vaxtdan daha əvvəl, saat 14:00-14:05 aralığında "xxxx” ASC-nin inzibati binasının qarşısında görüşmüş, polis əməkdaşları ilə eyni istiqamətdə piyada hərəkət etmişdir. İttiham tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair hərəkətləri özündə əks etdirən videogörüntü isə “xxxx” ASC-nin inzibati binasının qarşısında qeyd alınan görüntünün davamı olaraq (kəsintisiz) deyil, fərqli zamanda və məkanda qeydə alınmış görüntülərdir. Eyni zamanda, “xxxx” ASC tərəfindən bankomat vasitəsilə qeydə alınmış videogörüntülərdən də açıq-aşkar müəyyən olunur ki, Təqsirləndirilən şəxs və polis əməkdaşları həmin gün saat 14:00-da görüşdükdən sonra Təqsirləndirilən şəxs ortada, polis əməkdaşlarından biri ondan irəlidə, digəri isə onun arxasında eyni istiqamətdə hərəkət edirlər. Məhkəmə belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsə elan olunan ittihamda qeyd olunan xüsusatlarla məhkəmə araşdırması zamanı meydana gələn faktlar arasında yaranan ziddiyyətlər Təqsirləndirilən şəxs saxlanması, tutulması və üzərində şəxsi axtarış aparılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin qanunamüvafiq şəkildə aparıldığını şübhə altına alır və sübutların toplanması qaydası baxımından kobud prosessual pozuntu sayılır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs saxlanması, tutulması və üzərində şəxsi axtarış aparılması ilə bağlı ittiham tərəfinin sübut qismində məhkəməyə təqdim etdiyi disklərdə olan videogörüntülər, eyni zamanda, şahidlərin ziddiyyətli ifadələri təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın təsdiqi üçün mümkün və mötəbər sübut kimi qəbul edilə bilməz. Lakin məhkəmənin bu mövqeyi iş materialları və cinayət-prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır və hüquqi baxımdan əsassızdır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, eləcə də ilkin prosessual hərəkətlər zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması barədə şikayət etməmiş, bu barədə nə tutma protokolunda, nə şəxsi axtarış protokolunda hər hansı qeyd edilməmişdir. Sonradan artıq məhkəmə istintaqı zamanı onun üzərində psixotrop maddə olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur” iddialarının irəli sürülməsi onların müdafiə mövqeyinə uyğun formalaşdırıldığını və etibarlılıq dərəcəsinin aşağı olduğunu göstərir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs ittiham tərəfinin sübut qismində məhkəməyə təqdim etdiyi videogörüntülərdə əks olunan vaxtdan daha əvvəl və fərqli yerdə saxlanılmış, sübut qismində məhkəməyə təqdim edilmiş videogörüntülərdə əks olunanlar onun polis əməkdaşları tərəfindən digər əraziyə aparılmasından sonra qeydə alınmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında “xxxx” ASC-dən əldə olunmuş videogörüntülərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təzyiqə məruz qalması, saxlanılması müşahidə edilmir, o, könüllü surətdə polis əməkdaşlarından biri qarşısında, digəri isə arxasında olmaqla sərbəst hərəkət edir. Məhkəmə əsassız olaraq Təqsirləndirilən şəxs saxlanması, tutulması və üzərində şəxsi axtarış aparılması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin qanunamüvafiq şəkildə aparıldığını şübhə altına almış və sübutların toplanması qaydası baxımından kobud prosessual pozuntu hesab etmişdir. Belə ki, məhkəmənin gəldiyi əsas yanlış qənaətlərdən biri də ondan ibarətdir ki, hazırki iş üzrə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli raportda, Lənkəran ŞRPŞ-nin rəisinin ##.##.2025-ci il tarixli **/Ə***/** nömrəli əmrində və "Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarda dəqiq vaxt qeyd edilmədiyindən həmin raportun, əmrin və qərarın ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbiri həyata keçirildikdən daha əvvəl və ya sonra tərtib edildiyini də dəqiq müəyyən edilməsinin mümkün olmaması kimi, eləcə də əməliyyat qeydiyyat işinin açılmamasının əldə edilmiş sübutların qanunsuz olması kimi qiymətləndirmişdir. Lakin Qanun əməliyyat-qeydiyyat işinin açılmamasını təxirəsalınmadan keçirilmiş tədbirlərin qanunsuzluğu kimi qiymətləndirmir və bu hal öz-özlüyündə əldə edilmiş sübutların istisna edilməsinə əsas vermir. Eləcə də, Cinayət-Prosessual Məcəlləsi və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun müvafiq qərarın formal çatışmazlıqlarına görə cinayət prosesində sonradan aparılmış qanuni istintaq hərəkətlərinin sübut kimi istisna edilməsini nəzərdə tutmur. Bundan başqa, məhkəmə işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanmışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələrini könüllü olaraq deyil, tutularaq saxlanılan və artıq polisin nəzarəti altında olan şəxs kimi, polis əməkdaşları tərəfindən ona fiziki təsir və təzyiqlər olubolmamasından asılı olmayaraq, lakin belə bir təsirin real ola biləcəyi ehtimalını düşünərək qorxu, mənəvi-psixoloji təsir və təzyiq altında vermiş olması qənaətinə gəlməsi əsassız olmuşdur. İş materiallarından açıq şəkildə görünür ki, təqsirləndirilən şəxs saxlanıldıqdan sonra şəxsi axtarış hüquqi prosedura uyğun olaraq, videoçəkiliş vasitəsi ilə aparılmış, aşkar edilmiş psixotrop maddə dərhal protokolla rəsmiləşdirilmiş, qablaşdırılmış və möhürlənmişdir. Axtarışın keçirilməsi zamanı əldə edilmiş maddi sübutun mənşəyi, dəyişdirilməsi və ya sonradan əlavə edilməsi ilə bağlı heç bir real və əsaslı şübhə mövcud deyildir. Müdafiə taktikası kimi, istintaqın sonrakı mərhələsində Təqsirləndirilən şəxs tərəfindən irəli sürülən “psixotrop maddə üzərinə qoyulub” iddiası yalnız subyektiv bəyanat səviyyəsində qalmış, bu iddianı təsdiq edən heç bir obyektiv sübut təqdim edilməmişdir. Məhkəmənin ittiham sübutlarını tamamilə etibarsız sayması hüquqi baxımdan əsaslı deyil və faktiki olaraq narkotik cinayətləri üzrə məhkəmə təcrübəsinin məqsədinə zidd nəticə doğurur. Belə yanaşma narkotik cinayətlərinə qarşı barışmaz mövqenin formalaşdırılmasına deyil, əksinə, formal səbəblərlə cəzasızlığın yaranmasına xidmət edir və narkotik istifadəsinin cəmiyyətdə adiləşməsinə, bu cür əməllərin ictimai təhlükəliliyinin arxa plana keçirilməsinə real zəmin yaradır. Bu cür mövqe nə qanunvericinin iradəsinə, nə Ali Məhkəmənin Plenum qərarlarının hüquqi təbiətinə, nə də cinayət mühakiməsinin məqsədlərinə uyğundur. Əksinə, belə yanaşma narkotik cinayətləri ilə mübarizəni zəiflədir, cinayət məsuliyyətindən yayınmaq istəyən şəxslər üçün yeni “formal xilas mexanizmi” yaradır və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı barışmaz mövqenin formalaşmasına ciddi zərbə vurur. Bu səbəbdən də məhkəmənin Plenum qərarını bu şəkildə şərh etməsi və tətbiq etməsi hüquqi baxımdan əsassız olmaqla yanaşı, qəbul edilmiş bəraət hökmünün qanuni və əsaslı olmadığını bir daha təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi cəmiyyət üçün ən ağır və təhlükəli bəlalardan biridir. Narkotik asılılıq təkcə bir şəxsin sağlamlığını deyil, ailələrin dağılmasını, cinayətkarlığın artmasını, ictimai təhlükəsizliyin zəifləməsini şərtləndirən əsas amillərdəndir. Bu cür cinayət əməllərinə qarşı dövlətin və məhkəmələrin barışmaz mövqeyi formalaşmadıqda, narkotik istifadəsi adiləşir, xüsusilə risk qrupuna daxil olan şəxslər üçün cəzasızlıq hissi yaranır və narkotikdən istifadə cəmiyyətdə “normal davranış” kimi qəbul edilməyə başlayır. Belə bir yanaşma hüquq-mühafizə orqanlarının narkotiklə mübarizə sahəsində gördüyü işlərin mahiyyətini sarsıdır və ictimai təhlükəsizlik üçün real təhdid yaradır. Həmçinin vurğulanmalıdır ki, şahid ifadələrinin ziddiyyətli olması ittihamın sübuta yetirilməməsi demək deyildir. Məhkəmə polis əməkdaşlarının ifadələrində ziddiyyətlərin olduğunu əsas götürmüşdür. Lakin cinayət prosesi qanunvericiliyinə əsasən, şahid ifadələri ayrılıqda deyil, sübutların məcmusu ilə birlikdə qiymətləndirilməlidir. Polis əməkdaşlarının ifadələri əsas fakt üzrə - Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar edilməsi məsələsində bir-birini təkzib etmir. Texniki və ya terminoloji qeyri-dəqiqliklər isə sübutların etibarlılığını aradan qaldırmır. İş materiallarından açıq şəkildə görünür ki, psixotrop maddə şəxsi axtarış zamanı, videoçəkiliş altında aşkar edilərək götürülmüşdür. Maddi sübutun mövcudluğu, onun ekspertiza yolu ilə psixotrop maddə kimi tanınması və Təqsirləndirilən şəxs ilkin mərhələdə verdiyi ifadələrlə saxlanma faktının reallığını təsdiqləyir. Məhkəmənin bu halı sübutsuz hesab etməsi iş materiallarının düzgün qiymətləndirilməməsinin nəticəsidir. Xüsusi, vurğulanmalıdır ki, “Şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh edilməsi” prinsipi əsassız tətbiq edilmişdir. Konstitusiyanın 63-cü maddəsi yalnız aradan qaldırıla bilməyən və sübutlarla təkzib olunmayan şübhələrə şamil edilir. Hazırkı iş üzrə isə psixotrop maddənin saxlanılması faktı maddi sübutlar, ekspertiza rəyləri və prosessual sənədlərlə təsdiqləndiyi halda, məhkəmə əsassız olaraq mövcud sübutları görməzdən gələrək bu prinsipi tətbiq etmişdir ki, bu da cinayət-prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmənin şəxsi axtarışın guya tutulmadan “dərhal sonra” aparılmalı olması barədə mövqeyi Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun deyildir. Cinayət-Prosessual Məcəlləsində şübhəli şəxsin tutulmasından sonra şəxsi axtarışın məhz tutulduğu yerdə və saniyələr içərisində aparılmasını tələb edən norma mövcud deyildir. Şəxsi axtarış istintaq hərəkəti təhlükəsizlik, prosessual təminat və müdafiə hüququnun reallaşdırılması baxımından uyğun şəraitdə aparılmalıdır. Tutulma ilə şəxsi axtarış arasında yaranmış 20 dəqiqəlik zaman fərqi hüquqi baxımdan sübutun etibarlılığını aradan qaldıran hal hesab edilə bilməz. Məhkəmənin şəxsi axtarışın protokolda göstərilən vaxtdan daha gec aparılması ehtimalına dair mülahizələri ehtimal xarakterlidir və sübut kimi qəbul edilə bilməz. Bu da qeyd edilməlidir ki, cinayət iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları da məhkəmə tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə edilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Xalq Məhkəməsinin ##.##.2000-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 226-cı maddəsinin 1-ci hissəsi ilə 02 il müddətinə azadlıqdan məhkum edilərək barəsində məcburi müalicə təyin olunmuş, ##.##.2002-ci il tarixdə cəzası bitdiyinə görə azad olunmuş, Lənkəran Rayon Məhkəməsinin ##.##.2002-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ##.##.2004cü il tarixli hökmü ilə CM-nin 228.4, 126.2.4-cü maddələri ilə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ##.##.2002-ci il tarixli hökmlə təyin edilmiş cəzasının çəkilməmiş 3 ay 28 gün hissəsi həmin hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə qəti olaraq 9 il 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin ##.##.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, ##.##.2016-cı il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə ##.##.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzası 6 ay azaldılmış, ##.##.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sonuncu dəfə ##.##.2018-ci il tarixdə Astara Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 24 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, ##.##.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Tələbnamədən açıq görünür ki, o, bir neçə dəfə analoji və digər cinayətlərə görə məhkum olunmuş, barəsində cəza tətbiq edilmişdir. Buna baxmayaraq, cəzanın islah və tərbiyəvi təsirindən nəticə çıxarmamış, yenidən cinayət törətmişdir. Son mərhələdə isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməsi onun cinayətkar həyat tərzindən əl çəkmədiyini, islah olunmadığını və cinayət törətməyə davamlı meyilli şəxs olduğunu bir daha təsdiq edir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun keçmiş məhkumluqlarını, cinayət törətməyə davamlı meyilliliyini və sosial təhlükəliliyini nəzərə almadan, onu sanki təsadüfi və hüquqi prosedurları bilməyən bir şəxs kimi qiymətləndirmişdir. Halbuki, iş materialları göstərir ki, Təqsirləndirilən şəxs artıq formalaşmış cinayətkar şəxsiyyətdir, əvvəllər dəfələrlə qanunla üzləşmiş, lakin bundan nəticə çıxarmamışdır və bu səbəbdən də onun hər bir davranışı, verdiyi ifadələr xüsusi ehtiyatla, digər sübutlarla tutuşdurularaq qiymətləndirilməli idi. Hazırkı cinayət işi üzrə bəraət hökmü çıxaran məhkəmə yuxarıda sadalanan bilavasitə və düzünə sübutları nəzərə almamış, sırf özünü müdafiə xarakterli, obyektiv halları təhrif edən fikirləri digər sübutlarla müqayisə etməyərək həqiqət kimi qəbul etmişdir. Beləliklə, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri nəzərə alınmamış, onun məhkəmə baxışında ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. PROSES İŞTİRAKÇILARININ ÇIXIŞLARI Apellyasiya baxışı zamanı dövlət ittihamçısı X1 apellyasiya protestinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun çıxış etdi, birinci instansiya məhkəməsinin qanunsuz, əsasız və düzgün olmayan nəticəyə gəldiyini, Təqsirləndirilən şəxs törətdiyi cinayətin tam sübuta yetirildiyini, onlara bəraət verilməsi üçün heç bir əsasın olmadığını göstərib, apellyasiya protestinin təmin olunmaqla, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünun ləğv edilib, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə ittiham hökmü çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 İntiqam oğlu apellyasiya protestinin dəlilləri ilə razılaşmayaraq, birinci instansiya məhkəməsinin qanuni, əsaslı və düzgün nəticəyə gəldiyini göstərib, apellyasiya protestinin təmin edilmədən Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2009-cu il tarixli Qərarında qeyd etmişdir ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Plenum daha sonra qeyd etmişdir ki, qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinin əsassız olmasına dair məsələlərin mübahisələndirilməsini nəzərə alıb, CPM-nin 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılmasına dair tələblərini rəhbər tutaraq hesab edir ki, ilk növbədə bəraət almış şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsifinə, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cinayət və cinayətprosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib, habelə cinayət prosesinin iştirakçılarını apellyasiya baxışında dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, məhkəmənin bəraət hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalı olmasına dair yeni ittiham hökmü çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir, ona görə ki, o, ##.##.2025-ci il tarixdə, səhər saatlarında Lənkəran rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 0,402 (sıfır tam mində dörd yüz iki) qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 14:20-də Lənkəran şəhəri Şirəli Axundov küçəsində, piyada hərəkətdə olarkən saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümdə, xeyli miqdarda olan həmin 0,402 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmənin qənatinə görə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi mötəbər və kifayət qədər sübutlarla təsdiq olunmamış, onun saxlanılması və üzərində şəxsi axtarış aparılması zamanı prosessual qanunvericiliyin tələblərinin pozulması, şahid ifadələrində və videogörüntülərin qiymətləndirilməsində mövcud olan ziddiyyətlər, habelə əməliyyatqeydiyyat işinin açılmaması əldə edilmiş sübutların mümkünlüyünü və mötəbərliyini şübhə altına almışdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrin digər sübutların məcmusu ilə təsdiq olunmadığı qənaətinə gələrək, mövcud şübhələri onun xeyrinə təfsir etmiş və ittihamın sübuta yetirilmədiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti iş üzrə müəyyən olunmuş faktiki halları uyğun olmamış, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması və həmin maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması ilə bağlı iş üzrə mövcud olan sübutları düzgün qiymətləndirməmiş, həmin sübutların lazımi qaydada araşdırılmasını və tədqiq edilməsini təmin etməmiş, tədqiq etdiyi sübutların bir qrupunun qəbul, digər qrupunun isə rədd edilməsini hökmdə kifayət qədər əsaslandıra bilməmiş, sübutlar arasında müəyyən etdiyi ayrı-ayrı ziddiyyətləri onların digər sübutlarla qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməsindən təcrid olunmuş şəkildə əsas götürərək təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutların hüquqi əhəmiyyətini düzgün müəyyən etməmişdir. Beləliklə, bütün apellyasiya tələblərinin araşdırılması ilə əlaqədar məhkəmə kollegiyası işin faktiki hallarına müraciət etməyi və həmin halların Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibini yaradıb-yaratmadığına aydınlıq gətirməyi qərara almış, bu məqsədlə aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin6 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 24.1-ci maddəsinə görə əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmçinin, CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bu maddə ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Azərbaycan Respublikası CPM-nin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunmalı, bir-biri ilə müqayisə edilməli və əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. 145.1 və 145.2-ci maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 28.4.2-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə bəraət verən hallarla yanaşı onu ifşa edən halları da nəzərə almalıdır. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. 353.2.2-ci maddəsinin tələbinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri və bunun əsasları məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən iş üzrə toplanmış sübutları və işin obyektiv hallarını nəzərə almamış, iş üzrə digər sübutlarla müqayisəli təhlil etməmiş, faktiki olaraq yalnız işin obyektiv hallarına uyğun gəlməyən hallara əsaslanmaqla yekun nəticəyə gəlmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək, göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirli bilinib 5 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2023-cü ilin sentyabr ayında azadlığa çıxmışdır. Uzun müddətdir ki, psixotrop maddə olan metafetamini və narkotik vasitə heroini yandırıb tüstüsünü udmaqla qəbul edir. Bəzən isə inyeksiya yolu ilə narkotin vasitədən istifadə edir. Metafetamini Lənkəran rayonu ərazisində üzdən tanıdığı şəxslərdən alır. O, psixi və ya nevroloji dispanser qeydiyyatında deyildir. ##.##.2025-ci il tarixdə səhər saat 11 radələrində Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə, məscidin yaxınlığında olarkən, orada üzdən tanıdığı, adını bilmədiyi şəxslə söhbət əsnasında həmin şəxs onda şüşə, yəni metafetamin olduğunu və ona sata biləcəyini demişdir. O da şüşədən istifadə etdiyindən həmin şəxsə 10 manat verib bir bükümdə, təxminən yarım qrama yaxın metafetamini ondan almışdır. Həmin şəxsdən əvvəllər də bir neçə dəfə narkotik vasitə almışdır, lakin onun adını, telefon nömrəsini və yaşadığı ünvanı bilmir, həmin şəxs orta boylu, arıq, orta yaşlı birisi olmuşdur, başqa heç bir məlumatı yoxdur. Aldığı metafetamini üzərində saxlamışdır ki, istifadə etsin. Daha sonra Lənkəran şəhəri Şirəli Axundov küçəsində yolun kənarı ilə piyada gedərkən aldığı psixotrop maddə də əynində olan şalvarının sol yan cibində olmuşdur. Təxminən saat 14 radələrində Şirəli Axundov küçəsi ilə piyada hərəkətdə olarkən onunla üzbəüz gələn üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Lənkəran ŞRPŞ-nin işçiləri kimi təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhəli olduğu üçün onun üzərinə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləridən biri videokamera ilə onları görüntüyə almış, həmin vaxt o, polisin nəyə görə onu saxladığını başa düşmüş, buna görə də qaçmamışdır. Baxış zamanı Ruhid adlı polis işçisi tərəfindən ona üstündə qanunsuz əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. O da əynində olan şalvarın sol yan cibində saxladığı bir büküm psixotrop maddə metafetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkarlanmış bükümün ona məxsus olduğunu, bükümün içində “şüşə” deyilən metafetamin olduğunu, həmin bükümü Lənkəran şəhəri “Böyük bazar” ərazisində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra onu üstündə axtarış keçirilmişdir. Üzərindən cinayət xarakterli başqa heç bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkarlanmış sellofan bükümdə olan metafetamin onun iştirakı ilə elektron tərəzidə çəkilmiş və çəkisi 0.49 qram olmuşdur. Sonra götürülmüş büküm ekspertizaya göndərilməsindən ötrü zərfdə qablaşdırılaraq möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Sonra onu Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Orada protokol tərtib edilmişdir. O, da protokolu oxuyub imza etmişdir. Polis şöbəsində otaqların birində üzərindən aşkarlanmış bir bükümün qoyulduğu zərfə təhqiqatçı Vurğun adlı şəxs tərəfindən videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Sonra protokol tərtib edilmiş və o, protokolla tanış olub imza etmişdir. Təhqiqatçı Vurğun tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə İntiqam Hüseynovu hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi ona təqdim edildikdən sonra təhqiqatçının təyin etdiyi ekspertizalar barədə qərarlarla tanış olub izahat vermişdir. O, adətən narkotik vasitələri Lənkəran rayonu ərazisində tanımadığı şəxslərdən əldə edir. Lakin o, narkotik vasitələrin satışını həyata keçirmir, tapanda özü istifadə edir. Saxlanılarkən, üstü yoxlanılarkən və ya polis şöbəsində olarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir formada təzyiq olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. ##.##.2025-ci il tarixdə, təxminən saat 12:00-12:30 radələrində “xxxx” ASC-nin Lənkəran filialına özü üçün kart götürməyə gəlmişdir. Əvvəlcə “xxxx” ASC-nin Lənkəran filialının inzibati binasının içərisinə daxil olmuş, hava isti olduğu üçün su almaq üçün çölə çıxmışdır. Əvvəlcə həmin binanın qarşısında oturmuş, sonra su almaq üçün binanın qarşısında olan balaca mağazaya yaxınlaşmışdır. Bu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Onlardan biri onu tanıyan Ruhid adlı polis əməkdaşı ona demişdir ki, “Vüqar, sən çöldə çox qaldın”. O isə Ruhidə həbsdən təzə çıxdığını demişdir. Ruhid isə yenidən “Yox ey, sən çox qaldın çöldə” sözlərini demiş və onu götürüb “xxxx” ASC-nin Lənkəran filialının inzibati binasının yan tərəfinə aparmışlar. Orada polis əməkdaşları onu avtomobilə oturtmuş, Ruhid sellofan torbada “patı” deyilən psixotrop maddəni onun qarşısına qoyub ona aid olduğunu demişdir. O isə üzərində heç nə olmadığı halda, həmin maddənin nə səbəbə ona aid olduğunu soruşmuşdur. Polis əməkdaşları ona demişlər ki, əgər həmin psixotrop maddəni üzərinə götürməsə, evinə gedib oradan nə qədər lazımdır narkotik vasitə aşkar edə bilərlər. O da üzərinə daha çox narkorik vasitənin qoyulacağından qorxduğu üçün polis əməkdaşları ilə razılaşmışdır. Eyni zamanda, ##.##.2025-ci il tarixdə o, Lənkəran şəhərinin “Böyük bazar” adlanan ərazisinə getməmiş, onu polis əməkdaşları həmin gün, təxminən saat 12 radələrində “xxxx” ASC-nin Lənkəran filialının qarşısında olan balaca mağazanın yanında saxlamışlar. Sonra isə həmin binanın yan tərəfinə aparıb orada avtomobilə əyləşdirmişlər. Oradan Lənkəran şəhər İcra Hakimiyyətinin binasına tərəf çıxan yolda psixotrop maddəni onun üzərinə qoymuşlar. Bundan sonra polis əməkdaşları şəhərin Şirəli Axundov küçəsində onun üzərində şəxsi axtarış apararaq videoçəkiliş qeydə almışlar. Onun polis əməkdaşları tərəfindən saxlanıldığı yer ilə aparıldığı yer arasında 30 40 metr məsafə vardır. Bir daha qeyd edir ki, polis əməkdaşları tərəfindən saxlanılan vaxt üzərində heç bir narkotik vasitə, psixotrop maddə olmamış, o, cibinə narkotik vasitə qoyub şəhərə çıxmamış, həmin maddəni onun üzərinə polis əməkdaşları qoymuşdur. Ümumiyyətlə, həbsdən çıxandan sonra bir müddət narkotik vasitələrdən istifadə etməyə davam etsə də, son zamanlar, həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı ərəfədə narkotik vasitələrdən istifadə etməmişdir. Ona edilmiş psixoloji təsir və təzyiq nəticəsində, həmçinin polis əməkdaşları onun evindən nə qədər istəsələr narkotik vasitə çıxara biləcəklərini dedikləri üçün qorxduğuna görə istintaq zamanı həmin vasitənin özünə məxsus olduğunu deməyə məcbur olmuşdur. Apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, hadisə günü “xxxx”a daxil olub işini yekunlaşdırdıqdan sonra çölə çıxmış, bu zaman Lənkəran ŞRPŞ-nin əmədaşları ona yaxınlaşmış, Ruhid adlı polis əməkdaşı ona azadlıqda çox qaldığını demiş və öz üzərində olan narkotik vasitəni verib ona aid olduğunu bildirmişdir. Daha sonra onu Lənkəran ŞRPŞ-yə aparmışlar. Polislərin yaşadığı mənzilə narkotik vasitə atıb ailə üzvlərini həbs etmələrindən qorxmuş, buna görə də məcbur olub narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Səkkiz ilə yaxındır ki narkotik vasitələrdən uzaqdır. Ona təzyiq göstərilməmişdir. Həbs olunmaqdan qorxduğu üçün başqa yerə şikayət etməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və həmin ifadənin məzmununa uyğun ifadə vermişdir. Şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ##.##.2025-ci il tarixdə Lənkəran şəhəriinin sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat əldə etmişdir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən raportla Lənkəran ŞRPŞ-nin rəisinə müraciət olunmuş, məlumatın yoxlanılması şöbənin rəhbərliyi tərəfindən onun özünə həvalə edilmişdir. Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə polis şöbəsinin rəisi tərəfindən əməliyyat qrupu yaradılması barədə əmr verilmişdir. ##.##.2025-ci il tarixli qərara əsasən o özü qrupun rəhbəri, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri- şahid2 və şahid1 isə qrupun üzvləri olaraq birlikdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Həmin tarixdə Təqsirləndirilən şəxs ola biləcəyi yerlər müəyyən edilərək o, Lənkəran şəhəri Şirəli Axundov küçəsində müşahidəyə götürülmüş və saat 14:20-də Şirəli Axundov küçəsində yolun kənarı ilə piyada hərəkətdə olarkən onlar videoçəkiliş apara-apara Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Saxlanılma səbəbi Təqsirləndirilən şəxs bildirildikdən sonra ilk olaraq hüquq və vəzifələri ona izah olunmuş, daha sonra üstünün axtarılmasına başlanılmışdır. Axtraışa başlanmazdan əvvəl onun tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd büküm çıxarıb təqdim edərək bükümün içərisində “şüşə" olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində psixotrop maddə metafetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi elektron tərəzidə çəkilərək təxminən 0.49 qram olması müəyyən edilmiş, kütlə götürülərək ekspertizaya təqdim olunması üçün zərfdə qablaşdırılaraq zərfin üzəri möhürlənmişdir. Zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üstündə onun tərəfindən şəxsi axtarış aparılmış, lakin yoxlama zamanı onun üzərindən başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş kütlə metafetamindir, onun özünə məxsusdur. O, psixotrop maddə qəbul edir, təqdim etdiyi metafetamini də Lənkəran şəhərinin “Böyük bazar” ərazisində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün almışdır və satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayət və tələbi də olmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis işçiləri tərəfindən Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmişdir. Şöbəyə gətirildikdən sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair onun tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, Təqsirləndirilən şəxs da heç bir təzyiq olmadan tərtib olunmuş protokolla tanış olub onu imzası ilə təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs barəsində müvafiq qərar qəbul edilməsindən ötrü onun tərəfindən raport tərtib edilmişdir. Polis əməkdaşı şahid1 qeydə aldığı videogörüntünü bir ədəd diskə köçürərək ona təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd zərfdə olan bir bükümdə metafetamin və bir ədəd CD disk onun tərəfindən təhqiqatçı Vurğun Məmmədova təqdim edilərək təhqiqatçı tərəfindən həmin əşyaya baxış keçirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs vəkil siyahısı təqdim edilmiş, Təqsirləndirilən şəxs da həmin siyahıdan özünün hüquqlarını müdafiə etməsi üçün vəkil İntiqam Hüseynovu seçmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə psixotrop maddə metafetamini öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onun icraatına heç bir əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs öz üzərindən aşkar olunmuş psixotrop maddəni əldə etdiyi şəxsi ifşa etməmək üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin şəxsin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə, günorta vaxtı, təxminən saat 14:30-da Lənkəran şəhərinin Şirəli Axundov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs Şirəli Axundov küçəsində saxlamazdan əvvəl həmin gün onunla başqa yerdə rastlaşmamışlar. Şirəli Axundov küçəsi “xxxx” ASC-nin Lənkəran filialının inzibati binasına yaxındır. Belə ki, Şirəli Axundov küçəsi həmin binanın arxa küçəsi hesab edilir. Təqsirləndirilən şəxs saxlanılan vaxt ona qarşı hər hansı fiziki və ya psixoloji təsir və ya təzyiq olmamışdır. Onun üzərinə heç kim narkotik vasitə və ya psixotrop maddə qoymamışdır. Həmin vasitə Təqsirləndirilən şəxs özünün üzərindən aşkar edilmişdir. Bununla bağlı videoçəkilş də vardır və həmin görüntülərdə Təqsirləndirilən şəxs özü səmimi olaraq etiraf etmişdir ki, Psixotrop maddə onun özünə məxsusdur. Güman edir ki, Təqsirləndirilən şəxs həbs olunmaq istəmədiyi üçün məhkəmədə fərqli bir ifadə vermişdir. O, Təqsirləndirilən şəxs həmin hadisədən əvvəl də tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi kimi tanıyır. Həmin gün Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddənin əldə olunma mənbəyi ilə bağlı tədbirlər görsələr də, hələlik müsbət nəticə əldə olunmamışdır. Birinci instansiya məhkəməsində “xxxx” ASC tərəfindən bankomat vasitəsilə qeydə alınmış görüntülərin olduğu diskə baxış keçirildikdən sonra şahid şahid3 ona verilən suallara cavab olaraq göstərmişdir ki, “xxxx” ASC-nin inzibati binasının qarşısında qeydə alınmış video görüntülərdə olan şəxslərin o özü, şahid2 və Təqsirləndirilən şəxs olduqlarını etiraf edir. İndi xatırlayır ki, Təqsirləndirilən şəxs Şirəli Axundov küçəsində saxlamazdan əvvəl onu “xxxx” ASCnin inzibati binasının qarşısında görmüşlər. Həmin vaxt məlumat tam dəqiq olmadığı üçün, Təqsirləndirilən şəxs şübhələndirməmək məqsədi ilə yaxınlaşıb ondan əhəmiyyətsiz bir söz soruşmuşdur, daha sonra Təqsirləndirilən şəxs Şirəli Axundov küçəsi istiqamətində getmişdir. Onlar məlumatı dəqiqləşdirəndən sonra Təqsirləndirilən şəxs Şirəli Axundov küşəsində saxlamışlar. Təqsirləndirilən şəxs “xxxx” ASC-nin inzibati binasının qarşısında görəndə həmin vaxt ondan hazırda xatırlamadığı nə isə bir söz soruşub onu təqib etməkdə davam etmişlər. Təxminən, 20 dəqiqə sonra onu Lənkəran şəhəri Şirəli Axundov küçəsində saxlamışlar. “xxxx” ASC-nin Lənkəran filialının inzibati binasının qarşısı əhalinin sıx olduğu yer olduğuna görə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını həmin yerdə deyil, başqa ərazidə həyata keçirmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri şahid2 və şahid1 da ibtidai istintaq zamanı verdikləri ifadələrində şahid şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid şahid2 ona verilən suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi əvəllər tanımamışdır. Həmin gün, yəni ##.##.2025-ci il tarixdə onlar Təqsirləndirilən şəxs müşahidə edərək onu Lənkəran şəhəri Şirəli Axundov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs saxlanıldığı ana qədər onunla hər hansı bir şəkildə başqa bir yerdə görüşməmiş və onu görməmişlər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin gün polis əməkdaşları tərəfindən Şirəli Axundov küçəsində deyil, “xxxx” ASC-nin binasının qarşısında mağazada saxlanılıb aparıldığı, həmin vaxt onun üzərində narkotik vasitə olmadığı, Şirəli Axundov küçəsinə olarkən orada üzərinə Ruhid adlı polis əməkdaşı tərəfindən narkotik vasitə qoyulduğu və narkotik vasitəni üzərinə götürməsə, evindən daha çox narkotik vasitə aşkar ediləcəyi deyildiyi barədə bildirdikləri həqiqətə uyğun deyildir. Hesab edir ki, Təqsirləndirilən şəxs məsuliyyətdən azad olunmaq üçün bu sözləri demişdir. Eyni zamanda, “xxxx” ASC-nin inzibati binasının qarşısında qeydə alınmış video görüntülərdə olan şəxslərin o özü, şahid3 və Təqsirləndirilən şəxs olduqlarını etiraf edir. İndi xatırlayır ki, Təqsirləndirilən şəxs “xxxx” ASC-nin inzibati binasının qarşısında görəndə həmin vaxt ondan hazırda xatırlamadığı nə isə bir söz soruşub onu təqib etməkdə davam etmişlər. Sonradan onu Lənkəran şəhəri Şirəli Axundov küçəsində saxlamışlar. Birinci instansiya məhkəməsində şаhid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlayan saxlayan vaxtı onu döymək, söymək, hədə-qorxu gəlmək və sair bu kimi hallara yol verilməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra onun üzərindən aşkar edilmiş psixotrop maddənin kimə məxsus olduğunu soruşduqda, o, narkotik vasitə istifadəçisi olduğunu, həmin maddənin də özünə məxsus olduğunu və “Böyük bazar” adlanan ərazidən aldığını bildirdi. Təqsirləndirilən şəxs heç kim hədə-qorxu gəlməmiş, onun üzərinə narkotik vasitə qoyulmamışdır. Əgər elə bir hal olsaydı, o öz vəkilinə bildirirədi. Onlar Təqsirləndirilən şəxs şəhərin Şirəli Axundov küçəsində saxlamış, həmin yerdə də videoçəkiliş aparmışlar. Videoçəkilişi də o özü etmişdir. Əvvəlcədən onlara məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs Şirəli Axundov küçəsində hərəkətdədir. Onu həmin gün saat 14:20-də saxlamışlar. Ancaq həmin gün saat 14:00-a qədər özünün harada olduğu yadında deyildir. Təqsirləndirilən şəxs həmin saatlarda Ruhid və ya digər polis əməkdaşı tərəfindən saxlanılıb-saxlanılmaması haqda məlumatı yoxdur. Ola da bilər ki, Ruhid və ya digər polis əməkdaşı Təqsirləndirilən şəxs saxlamışdır, lakin o, bunu görməmişdir. Çünki o, həmin gün saat 14:00-dan etibarən Ruhidgillə birlikdə olmuşdur. Bundan başqa, iş materiallarında olan Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid3 Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli raportundan və Lənkəran ŞRPŞ-nin rəisinin ##.##.2025-ci il tarixli **/Ə***/** nömrəli əmrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə edib üzərində saxlaması və istifadəsi ilə bağlı məlumatların yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə şahid3 (qrupun rəhbəri), şahid2 və şahid1 (qrupun üzvləri) daxil edilmişlər. İş materiallarında olan “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsilə zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin qeyri mümkünlüyünü nəzərə alaraq ünvan 2 ünvanında qeydiyyatda olan, ##.##.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməklə onun yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, operativ şəkildə zəruri qabaqlayıcı tədbirlər görülmədiyi halda, Təqsirləndirilən şəxs tərəfindən özündə saxladığı narkotik vasitənin qısa müddət ərzində realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı olduğuna görə daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə, hakimin qərarı olmadan qanunverilicikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirləri həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsinin aparılması, tutulduqdan sonra polis orqanına gətirilərək üzərində şəxsi axtarış aparılması, zərurət olduqda, ondan aşkar edilmiş əşyalara baxış keçirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda, mövcud şəraitdən asılı olaraq "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə, qanunvericiliyə uyğun şəkildə tədbirlərin davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili şahid3 Lənkəran ŞRPŞ-nin rəhbərliyinə ünvanlanmış ##.##.2025-ci il tarixli digər raportunda Təqsirləndirilən şəxs həmin gün saat 14:20 radələrində Lənkəran şəhəri Şirəli Axundov küçəsində piyada hərəkətdə olan zaman saxlanıldığı, şəxsi axtarış aparılarkən üzərindən 0,49 qram psixotrop maddə olan metafetaminə bənzər kütlə aşkar olunduğu qeyd edilmişdir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” adlı ##.##.2025-ci il tarixli protokolda qeyd edilmişdir ki, həmin tarixdə saat 14:20-dən başlayaraq Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Ruhid Şərifov tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynində olan şalvarın sol yan cibindən içərisində metafetaminə bənzər kütlə olan bir ədəd sellofan bükülü, şalvarın sağ yan cibindən isə bir ədəd “İNOİ” markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd cib dəsmalı və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik vasitə olan metafetamin olduğunu, həmin narkotik vasitəni Lənkəran şəhəri “Böyük bazar” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş kütlə Təqsirləndirilən şəxs özünün iştirakı ilə elektron tərəzidə çəkilərək çəkisinin 0,49 qram olması müəyyən edilmiş, daha sonra həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatların olması ehtimal olunduğundan götürülmüş, digər əşyalar onun özünə qaytarılmışdır. Qeyd olunan hərəkətlər barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs özü də protokola imza etmişdir. İş materiallarında olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” adlı ##.##.2025-ci il tarixli protokola əlavə edilmiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair sübut növü kimi ibtidai araşdırma orqanı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş bir ədəd CD diskdə olan görüntülərin həmin protokoldakı qeydlərə uyğun olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında birinci instansiya məhkəməsi tərəfindən “xxxx” ASC-nə müvafiq qərar göndərilərək “xxxx” ASC-nin Lənkəran filialının inzibati binasının qarşısında olan müşahidə kameraları vasitəsilə qeydə alınmış, 16.07.20205-ci il tarixdə saat 11:00-dan 15:00 dək olan müddətə aid görüntulər “xxxx” ASC-nin Lənkəran filialından tələb olunaraq əldə edilmiş və iş üzrə maddi sübut kimi tanınmışdır. “xxxx” ASC tərəfindən bankomat vasitəsilə qeydə alınmış görüntülərin olduğu diskdən müəyyən edilmişdir ki, polis əməkdaşları şahid3 və şahid2 16.07.20205-ci il tarixdə saat 14:00-14:05 aralığında Təqsirləndirilən şəxsla “xxxx” ASC-nin Lənkəran filialının inzibati binasının qarşısında rastlaşmış, həmin anda onlar arasında qısa müddətli (bir neçə saniyəlik) dialoqdan sonra qarşıda Təqsirləndirilən şəxs, onun ardınca isə şahid3 və şahid2 hər üçü eyni istiqamətdə hərəkət etmişlər. İş materiallarında olan Lənkəran ŞRPŞ tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş ##.##.2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Lənkəran ŞRPŞ-də heç bir əməliyyat qeydiyyat işi açılmamış, lakin onun narkotik vasitələr qəbul etməsi barədə məxfi əməkdaşlardan məlumat daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin Lənkəran regional bölməsinin məhkəmə-kimyəvi ekspertizası üzrə ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyi və həmin tarixli aktla müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış bir ədəd bükümdə metafetaminə bənzər kütlə...” sözləri və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.402 qram olan ağ rəngli kristallardan ibarət maddə metafetamindir. Tədqiqat obyektinin 0.05 qramdan ibarət hissəsi tədqiqata istifadə olunduqdan sonra çəkisi 0.352 qram olan maddə qalığı bağlamaya qoyularaq möhürlənmiş və geri qaytarılmışdır (Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir). İş materiallarında olan Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi narkoloji tibbi yoxlamanın nəticələrinə dair ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan sübutları bir daha nəzərdən keçirib aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair mövqeyi ilə razılaşmır və hesab edir ki, apellyasiya protestinin dəlilləri əsaslıdır, iş materialları ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metafetamini əldə edib üzərində saxlayaraq daşıması və həmin əmələ görə təqsirli olması onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ##.##.2025-ci il tarixli raportlar, ekspert rəyləri, istintaq hərəkəti protokolları, habelə işdə olan digər sübutlar və işin faktiki halları ilə tam sübuta yetirilir. Ona görə də, apellyasiya protesti təmin olunmalı, birinci instansiya məhkəməsinin hökmü ləğv olunmalı və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə “xxxx” ASC tərəfindən təqdim edilmiş videogörüntülərə istinad etməklə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ittihamda göstərilən kimi Şirəli Axundov küçəsində deyil, daha əvvəl “xxxx” ASC-nin inzibati binasının qarşısında saxlanıldığı, sonradan isə həmin yerdən başqa əraziyə aparılaraq üzərində şəxsi axtarış aparıldığı qənaətinə gəlmiş və bunu şəxsi axtarış zamanı əldə edilmiş sübutların mümkünlüyünü və mötəbərliyini şübhə altına alan hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin həmin nəticəsi iş üzrə tədqiq edilmiş sübutların məzmununa və onların məcmu halında qiymətləndirilməsindən irəli gələn faktiki nəticələrə uyğun deyildir. Belə ki, “xxxx” ASC tərəfindən təqdim edilmiş videogörüntülərdən yalnız Təqsirləndirilən şəxs ilə polis əməkdaşları şahid3 və şahid2 ##.##.2025-ci il tarixdə saat 14:00-14:05 radələrində “xxxx” ASC-nin Lənkəran filialının inzibati binasının qarşısında görüşdükləri və qısa müddətli dialoqdan sonra eyni istiqamətdə hərəkət etdikləri müəyyən olunur. Həmin görüntülərdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı, tutulduğu, üzərində şəxsi axtarış aparıldığı və ya üzərinə hər hansı narkotik vasitə və ya psixotrop maddə qoyulduğu barədə hər hansı hal əks olunmur. Başqa sözlə, qeyd olunan videogörüntü təqsirləndirilən şəxsin məhz həmin məkanda saxlanılmasını deyil, onun polis əməkdaşları ilə əvvəlcədən rastlaşmasını və daha sonra eyni istiqamətdə hərəkət etməsini təsdiq edən sübutdur. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, polis əməkdaşlarının Təqsirləndirilən şəxs “xxxx” ASC-nin qarşısında gördüklərini sonradan bildirmələri həmin videogörüntülərin məzmunu ilə ziddiyyət təşkil etmir. Əksinə, şahid şahid3 məhkəmə istintaqının sonrakı mərhələsində verdiyi ifadə məhz həmin görüntülərdə müəyyən edilmiş halı izah etmişdir. Belə ki, şahid göstərmişdir ki, Həsənov Təqsirləndirilən şəxs “xxxx” ASC-nin inzibati binasının qarşısında gördükdən sonra ondan hazırda xatırlamadığı hər hansı bir söz soruşmuş, daha sonra onu müşahidə etməyə davam etmiş və təxminən 20 dəqiqə sonra Şirəli Axundov küçəsində saxlamışlar. Şahid şahid2 sonrakı ifadəsi də həmin xüsusatla uzlaşmış, o da “xxxx” ASC-nin qarşısında Təqsirləndirilən şəxs gördüklərini və daha sonra onu təqib etdiklərini bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin əsaslandığı videogörüntülərin polis əməkdaşlarının sonrakı ifadələri ilə ziddiyyət təşkil etməsi barədə nəticəsi öz-özlüyündə əsaslı deyildir. Çünki həmin görüntülər polis əməkdaşlarının Təqsirləndirilən şəxs ilk dəfə məhz “xxxx” ASC-nin qarşısında görmələrini və onunla qısa müddətli ünsiyyətdə olmalarını istisna etmir. Eyni zamanda, görüntülərdə onların Təqsirləndirilən şəxs arxasınca eyni istiqamətdə hərəkət etmələri də sonradan onun Şirəli Axundov küçəsində saxlanılması barədə ifadələrlə ziddiyyət təşkil etmir. Əksinə, görüntülərdəki hərəkət istiqaməti həmin şəxsin müşahidə edilməsini və sonradan saxlanılmasının mümkünlüyünü təsdiq edən obyektiv hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin “xxxx” ASC-nin qarşısında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı nəticəsinə gəlməsi isə həmin videogörüntülərin məzmununun genişləndirilməklə şərh edilməsinə əsaslanır. Belə ki, görüntüdə şəxslərin bir-biri ilə danışması və eyni istiqamətdə hərəkət etməsi həmin şəxsin prosessual mənada saxlanıldığını təsdiq edən hal deyildir. Saxlanılma faktının müəyyən edilməsi üçün şəxsin hərəkət azadlığının faktiki məhdudlaşdırılması, onun saxlanılma səbəbinin bildirilməsi və digər prosessual hərəkətlərin həyata keçirilməsi kimi halların mövcudluğu müəyyən edilməlidir. “xxxx” ASC-nin görüntülərində isə belə halların heç biri əks olunmamışdır. Bu baxımdan, həmin görüntülərin mövcudluğu ilə polis əməkdaşlarının Təqsirləndirilən şəxs Şirəli Axundov küçəsində saxlamaları barədə ifadələri arasında elə bir ziddiyyət yoxdur ki, sonuncunun saxlanılmasının həmin yerdə baş verməsini istisna etsin. Əksinə, görüntülər yalnız onu göstərir ki, Təqsirləndirilən şəxs saxlanılmasından əvvəl polis əməkdaşlarının müşahidəsində olmuş və həmin əməkdaşlarla “xxxx” ASC-nin qarşısında qısa müddətli təmasda olmuşdur. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin “xxxx” ASC-nin qarşısında əldə edilmiş görüntülərlə şəxsi axtarış zamanı çəkilmiş videogörüntünün bir-birinin davamı olmamasına xüsusi əhəmiyyət verməsini də əsaslı hesab etmir. Müxtəlif müşahidə kameraları ilə, müxtəlif vaxtlarda və müxtəlif məkanlarda qeydə alınmış görüntülərin bir-birinin kəsintisiz davamı olmaması həmin görüntülərdən sonrakı prosessual hərəkətin saxtalaşdırıldığı və ya şəxsi axtarış zamanı aşkar edilmiş maddənin Təqsirləndirilən şəxs üzərinə qoyulduğu nəticəsini doğurmur. Əks nəticəyə gəlmək üçün yalnız görüntülərin arasında fasilənin olması deyil, həmin fasilə ərzində konkret olaraq təqsirləndirilən şəxsin üzərinə psixotrop maddənin qoyulmasını təsdiq edən mötəbər sübutların mövcudluğu tələb olunur. İş materiallarında isə belə bir sübut yoxdur. Əksinə, Təqsirləndirilən şəxs Şirəli Axundov küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması, üzərindən sellofan bükümdə psixotrop maddəyə bənzər kütlənin aşkar edilməsi, həmin kütlənin onun iştirakı ilə elektron tərəzidə çəkilməsi, zərfə qablaşdırılaraq möhürlənməsi və sonradan ekspertizaya təqdim edilməsi ##.##.2025-ci il tarixli müvafiq protokolla, həmin hərəkətlərin videoçəkilişi ilə, maddi sübutla və ##.##.2025-ci il tarixli **/*** nömrəli məhkəməkimyəvi ekspertiza rəyi ilə təsdiq olunur. Ekspertiza nəticəsində isə həmin bükümdə təmiz çəkisi 0,402 qram olan maddənin metamfetamin olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən “xxxx” ASC-nin qarşısında saxlanılması və həmin vaxt üzərinə psixotrop maddə qoyulması barədə məhkəmə istintaqında irəli sürdüyü versiyanın özü də iş materiallarında olan obyektiv sübutlarla təsdiq edilmir. Əksinə, “xxxx” ASC-nin görüntülərində onun polis əməkdaşları ilə görüşdükdən sonra sərbəst şəkildə hərəkət etməsi, daha sonra isə Şirəli Axundov küçəsində saxlanılması barədə polis əməkdaşlarının ifadələri və həmin saxlanılma anından etibarən həyata keçirilmiş prosessual hərəkətlərin videoçəkilişlə qeydə alınması təqsirləndirilən şəxsin sonradan irəli sürdüyü versiyanın mötəbərliyini əhəmiyyətli dərəcədə zəiflədir. Bu səbəbdən birinci instansiya məhkəməsinin “xxxx” ASC-nin videogörüntülərinin şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin həqiqiliyini və reallığı əks etdirməsini şübhə altına alması düzgün nəticə deyildir. Həmin görüntülər arasında vaxt və məkan baxımından fasilənin olması sübutların saxtalaşdırılmasını və ya şəxsi axtarış zamanı psixotrop maddənin təqsirləndirilən şəxsin üzərinə qoyulmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, hətta Təqsirləndirilən şəxs polis əməkdaşları ilə “xxxx” ASC-nin qarşısında rastlaşması və sonradan Şirəli Axundov küçəsində saxlanılması ilə bağlı iş materiallarında müəyyən uyğunsuzluqların mövcudluğu qəbul edilsə belə, həmin halın özü cinayət təqibinin nəticəsinə təsir edən, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmasını və onun qanunsuz olaraq əldə edib üzərində saxlamasını təkzib edən hal deyildir. Belə uyğunsuzluğun sübutların mümkünlüyünə təsir edib-etməməsi onun formal mövcudluğu ilə deyil, konkret olaraq hansı hüquq və azadlığın hansı qaydada pozulduğunun, həmin pozuntunun sübutun əldə edilməsinə təsir göstərib-göstərmədiyinin və sübutun məzmununun etibarlılığına real şübhə yaradıb-yaratmadığının müəyyən edilməsi ilə qiymətləndirilməlidir. Hazırkı halda isə birinci instansiya məhkəməsi “xxxx” ASC-nin qarşısındakı görüntülərlə şəxsi axtarış zamanı çəkilmiş görüntülər arasında kəsintinin olmasını və polis əməkdaşlarının təqsirləndirilən şəxslə əvvəlcədən görüşməsini şəxsi axtarışın qanunsuz keçirilməsi və həmin zaman aşkar edilmiş maddənin təqsirləndirilən şəxsə aid olmaması ilə eyniləşdirmişdir. Halbuki, bu nəticə ilə həmin faktlar arasında zəruri səbəb-nəticə əlaqəsi mövcud deyildir. Sözügedən görüntülər şəxsi axtarış zamanı əldə edilmiş sübutun məzmununu təkzib etmir, əksinə, həmin sübutun qiymətləndirilməsi üçün digər sübutlarla birlikdə nəzərə alınmalı olan əlavə obyektiv məlumat xarakteri daşıyır. Odur ki, “xxxx” ASC-dən əldə edilmiş videogörüntülərin məzmunu Təqsirləndirilən şəxs üzərində psixotrop maddə aşkar edilməsini, həmin maddənin onun tərəfindən könüllü təqdim edilməsini və sonradan ekspertiza nəticəsində metamfetamin olduğunun müəyyən edilməsini təkzib etmədiyindən, həmin görüntülərin mövcudluğu şəxsi axtarış zamanı əldə edilmiş sübutların mümkünlüyünü və mötəbərliyini aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin bu sübutdan çıxardığı nəticə isə onun məzmunundan deyil, həmin görüntülərin hadisələrin sonrakı mərhələsi ilə bağlı ehtimal xarakterli şəkildə şərh edilməsindən irəli gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin polis əməkdaşlarının ifadələri arasında ziddiyyətlərin mövcud olması barədə nəticəsinə də münasibət bildirərək qeyd edir ki, həmin ziddiyyətlər əsasən hadisənin ayrı-ayrı təfərrüatlarına, vaxtın və hadisələrin ardıcıllığının xatırlanmasına dair texniki xarakterli məqamlara aid olmuş, Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar edilərək götürülməsi kimi cinayətin əsas və həlledici faktiki halını təkzib etməmişdir. Hadisədən müəyyən müddət keçdikdən sonra şəxslərin ayrı-ayrı təfərrüatları eyni dəqiqliklə xatırlamaması təbii olmaqla, bu hal öz-özlüyündə həmin şəxslərin ifadələrinin mötəbərliyini aradan qaldıran əsas kimi qəbul edilə bilməz. Əsas olan isə odur ki, polis əməkdaşlarının ifadələri hadisənin mahiyyəti və nəticəsi baxımından bir-birini tamamlayır və onlar vahid şəkildə Təqsirləndirilən şəxs saxlanıldığını, üzərində şəxsi axtarış aparıldığını və məhz həmin zaman onun əynində olan şalvarın cibindən metamfetamin aşkar edilərək götürüldüyünü təsdiq etmişlər. Bu xüsusat eyni zamanda şəxsi axtarış protokolu, həmin prosessual hərəkətin videoçəkilişi, götürülmüş maddi sübut və məhkəmə-kimyəvi ekspertizanın rəyi ilə də təsdiq olunur. Belə olan halda, ifadələrdə ayrı-ayrı ikinci dərəcəli təfərrüatlarla bağlı mövcud olan fərqliliklərin cinayətin əsas faktiki hallarını təsdiq edən sübutların məcmu qiymətləndirilməsinə və Təqsirləndirilən şəxs təqsirliliyinə şübhə yaratmasına əsas verə bilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası şəxsi axtarışın nəticələrinin mümkün və mötəbər sübut kimi qəbul edilə bilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə də razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi şəxsi axtarışın keçirilməsi zamanı cinayət-prosessual qanunvericiliyin konkret hansı tələbinin pozulduğunu göstərməmiş, yalnız təqsirləndirilən şəxsin hansı yerdə saxlanılması ilə bağlı iş materiallarında müəyyən edilmiş halları əsas götürməklə həmin prosessual hərəkətin nəticələrini bütövlükdə şübhə altına almışdır. Halbuki, şəxsi axtarışın nəticələrinin sübut kimi yolverilməz hesab edilməsi üçün onun keçirilməsi zamanı qanunun tələblərinin əhəmiyyətli şəkildə pozulduğu və bunun nəticəsində şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırıldığı konkret olaraq müəyyən edilməlidir. Hazırkı iş üzrə isə şəxsi axtarışın nəticələri yalnız polis əməkdaşlarının ifadələri ilə deyil, ##.##.2025-ci il tarixli şəxsi axtarış protokolu, həmin prosessual hərəkətin gedişini əks etdirən videoçəkiliş, aşkar edilmiş maddənin götürülməsi və qablaşdırılması, təqsirləndirilən şəxsin həmin protokolu imzalaması, habelə sonradan keçirilmiş məhkəmə-kimyəvi ekspertizanın rəyi ilə qarşılıqlı şəkildə təsdiq olunur. Bu sübutların heç birində şəxsi axtarış zamanı psixotrop maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsini şübhə altına alan obyektiv hal müəyyən edilməmişdir. Beləliklə, şəxsi axtarışın keçirildiyi yer və polis əməkdaşlarının təqsirləndirilən şəxslə bundan əvvəl rastlaşması ilə bağlı müəyyən edilən hallar, ən yaxşı halda, hadisənin gedişatının ayrı-ayrı detallarına münasibətdə sual doğura bilər. Lakin həmin hallar şəxsi axtarışın nəticəsini və ondan əldə edilmiş maddi sübutu avtomatik olaraq yolverilməz sübuta çevirmir. Əksinə, şəxsi axtarış protokolunun məzmunu, videoçəkiliş, aşkar edilmiş maddənin sonrakı ekspertiza nəticələri və digər sübutların bir-birini tamamlaması həmin sübutun mötəbərliyini təsdiq edən vahid sübutlar məcmusu yaradır. Odur ki, birinci instansiya məhkəməsinin şəxsi axtarışın nəticələrini yalnız saxlanmanın yeri və vaxtı ilə bağlı mübahisəli hallara əsaslanmaqla sübut kimi qəbul etməməsi iş üzrə sübutların ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməsi prinsipinə uyğun deyildir. Bundan başqa, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsinin də digər sübutlarla təsdiq olunmadığı qənaətinə gəlməsini əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm onun saxlanılması və üzərində şəxsi axtarış aparılması zamanı, həm də ibtidai istintaqın sonrakı mərhələlərində üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin özünə məxsus olduğunu və onu satış məqsədi olmadan əldə etdiyini etiraf etmişdir. Həmin ifadələrin hər hansı zor, hədə-qorxu, psixi təzyiq və ya digər qanunsuz təsir altında verilməsi barədə iş materiallarında obyektiv məlumat mövcud deyildir. Əksinə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə ifadə verməsi, həmin ifadələrdə və digər ilkin prosessual sənədlərdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ona qarşı zorakılıq və ya təzyiq göstərilməsi barədə hər hansı iradın əks olunmaması, eləcə də məhkəmə-tibbi ekspertizasının ##.##.2025-ci il tarixli rəyinə əsasən onun bədəni üzərində hər hansı xəsarətin aşkar edilməməsi belə bir ehtimalı təsdiq edən halların olmadığını göstərir. Eyni zamanda, şəxsi axtarış zamanı aparılmış videoçəkilişdə də Təqsirləndirilən şəxs qarşı zor və ya məcburetmə xarakterli hərəkətlərə yol verilməsi müşahidə edilmir. Bundan əlavə, təqsirləndirilən şəxs apellyasiya instansiyasında da ibtidai istintaq zamanı hər hansı təzyiqə məruz qalması barədə mövqe bildirməmişdir. Digər əhəmiyyətli hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilmiş, o, müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, təqsirləndirilən şəxsin hüquq və mənafelərini müdafiə etmək, ibtidai istintaq orqanının hərəkət və qərarlarından şikayət vermək üçün real imkanları olmuşdur. Buna baxmayaraq, o, həmin mərhələdə üzərinə psixotrop maddə qoyulması, zorakılığa və ya hər hansı təzyiqə məruz qalması barədə nə istintaq orqanına, nə prokurora, nə də digər səlahiyyətli orqana şikayət etmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Bu baxımdan, əgər həqiqətən Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmamış, həmin maddə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş və onun əvvəlki etirafedici ifadələri məcburetmə nəticəsində verilmiş olsaydı, onun üçün bu halları dərhal bildirmək və müvafiq qaydada mübahisələndirmək üçün kifayət qədər imkan mövcud idi. Lakin iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına peşəkar vəkillə təmsil edilməsinə, habelə faktiki azadlıqda olmasına baxmayaraq, istər onun özü, istərsə də vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişdir. Belə bir şikayətin edilməməsi, əksinə, ibtidai istintaqın müxtəlif mərhələlərində eyni məzmunlu etirafedici ifadələrin verilməsi, yalnız məhkəmə araşdırması zamanı əvvəlki mövqeyindən imtina edilərək psixotrop maddənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması barədə iddianın irəli sürülməsi həmin sonrakı izahatın mötəbərliyinə əsaslı şübhə yaradır. Üstəlik, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı irəli sürdüyü bu iddia iş üzrə hər hansı obyektiv sübutla təsdiq olunmamışdır. Əksinə, onun üzərində psixotrop maddənin aşkar edilməsi və həmin maddənin metamfetamin olması şəxsi axtarış protokolu, videoçəkiliş, ekspert rəyi və şahid ifadələri də daxil olmaqla bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq olunur. Buna görə də, təqsirləndirilən şəxsin yalnız məhkəmə araşdırması mərhələsində əvvəlki etirafedici ifadələrindən imtina etməsi, həmin ifadələrin hansı konkret qanunsuz təsirin nəticəsində verildiyini izah etmədən onların məcburiyyət altında alındığını iddia etməsi həmin ifadələrin mötəbərliyini aradan qaldırmır. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs ilkin mərhələdə verdiyi etirafedici ifadələrin guya digər sübutlarla təsdiqlənmədiyinə görə ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə mövqeyi də işin faktiki halları ilə uzlaşmır. Belə ki, həmin etiraf ayrıca və təcrid olunmuş sübut kimi deyil, şəxsi axtarış protokolu, videoçəkiliş, şahid ifadələri, ekspert rəyi ilə birlikdə qiymətləndirilməlidir. Bu sübutların hər biri digər sübutlarla əlaqəli şəkildə təhlil edildikdə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin məhz ona məxsus olması barədə nəticə kifayət qədər aydın və ardıcıl şəkildə təsdiqlənir. Odur ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrdən sonradan imtina etməsi və bunun əvəzinə obyektiv sübutlarla təsdiqlənməyən təzyiq və təsir iddiaları irəli sürməsi onun cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədli müdafiə mövqeyi kimi qiymətləndirilməli, həmin hal ibtidai istintaq zamanı könüllü şəkildə verdiyi və digər sübutlarla da təsdiqlənən etirafedici ifadələrin sübut əhəmiyyətini aradan qaldıran əsas kimi qəbul edilməməlidir. Bundan əlavə, hökmdən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işinin açılmamasını da əməliyyat-axtarış tədbirlərinin qanunsuz keçirildiyini təsdiq edən hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə də razılaşmağı mümkün hesab etmir. Belə ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində əməliyyat-qeydiyyat işinin başlanılması və qeydiyyata alınması nəzərdə tutulsa da, həmin normanın tələbinin pozulması öz-özlüyündə konkret əməliyyat-axtarış tədbirinin nəticələrinin cinayət-prosessual qaydada əldə edilmiş digər sübutlarla birlikdə qiymətləndirilməsini istisna edən və ya həmin sübutların avtomatik olaraq yolverilməz hesab edilməsini şərtləndirən norma kimi çıxış etmir. Əksinə, həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı iş üzrə isə əməliyyat-qeydiyyat işinin açılmaması faktının mövcudluğu ilə yanaşı, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əsas kimi ##.##.2025-ci il tarixli qərarın qəbul edildiyi, əməliyyat qrupunun yaradıldığı, tədbirin konkret məqsəd və istiqamətlərinin müəyyən edildiyi, sonrakı mərhələdə isə Təqsirləndirilən şəxs saxlanılması, üzərində şəxsi axtarış aparılması və aşkar edilmiş maddənin götürülməsi müvafiq prosessual sənədlərlə rəsmiləşdirilmişdir. Həmin hərəkətlərin nəticələri məhkəmə iclasında birbaşa tədqiq edilmiş, şəxsi axtarış videoçəkilişlə qeydə alınmış, aşkar edilmiş maddə ekspertiza olunmuş və onun metamfetamin olması müəyyən edilmişdir. Bu baxımdan, kollegiya hesab edir ki, hazırkı vəziyyətdə əməliyyat-qeydiyyat işinin açılmaması ilə bağlı hal, əməliyyat-axtarış fəaliyyətinin təşkilati və qeydiyyat qaydalarının pozulması kimi qiymətləndirilə bilər. Lakin birinci instansiya məhkəməsinin etdiyi kimi, bu haldan birbaşa olaraq Təqsirləndirilən şəxs üzərindən psixotrop maddənin aşkar edilməsi faktının mövcud olmadığı, yaxud həmin maddənin ona məxsusluğunu təsdiq edən sonrakı prosessual sübutların hüquqi qüvvəsini itirdiyi nəticəsinə gəlmək üçün kifayət qədər əsas yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsində isə sübutların yolverilməzliyinə səbəb olan konkret hallar müəyyən edilmişdir. Bu hallardan biri sübutun əldə edilməsi zamanı qanun pozuntusunun insan və vətəndaşların konstitusiya hüquq və azadlıqlarından məhrum edilməsinə və ya onların məhdudlaşdırılmasına səbəb olması və bunun sübutun həqiqiliyinə təsir göstərməsi və ya göstərə bilməsidir. Hazırkı işdə isə əməliyyat-qeydiyyat işinin açılmaması ilə Təqsirləndirilən şəxs müdafiə hüququnun və ya digər fundamental hüquqlarının pozulması, yaxud bunun nəticəsində onun üzərindən aşkar edilmiş maddənin həqiqiliyinə hər hansı təsirin göstərilməsi müəyyən edilməmişdir. Əksinə, şəxsi axtarışın keçirilməsi, aşkar edilmiş maddənin götürülməsi və sonradan ekspertizaya təqdim olunması ayrıca prosessual sənədlərlə rəsmiləşdirilmiş, həmin hərəkətlər videoçəkilişlə qeydə alınmış və əldə edilmiş maddənin metamfetamin olması ekspert rəyi ilə təsdiq edilmişdir. Belə olan halda, əməliyyat-qeydiyyat işinin açılmaması ilə bağlı formal xarakterli çatışmazlığın həmin maddi sübutun və onunla bağlı sonrakı prosessual hərəkətlərin hüquqi əhəmiyyətini tamamilə aradan qaldırması barədə nəticə qanunun məqsədi və sübutların qiymətləndirilməsi qaydaları ilə uzlaşmır. Odur ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-qeydiyyat işinin açılmaması ilə bağlı müəyyən edilmiş hal əməliyyat-axtarış fəaliyyətinin təşkilati-prosedur qaydalarına əməl olunmaması kimi qiymətləndirilsə belə, bu hal hazırkı iş üzrə əldə edilmiş sübutların yolverilməzliyinə və nəticə etibarilə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməməsinə əsas verən hüquqi hal hesab edilə bilməz. Bundan başqa, kollegiya qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəlki məhkumluqları da nəzərə alınmalı olan hallardandır. Doğrudur, şəxsin əvvəlki məhkumluğu özlüyündə onun hazırkı ittiham üzrə təqsirli olmasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz və əvvəlki məhkumluqdan hazırkı cinayətin törədilməsinə dair nəticə çıxarıla bilməz. Bununla belə, həmin hallar təqsirləndirilən şəxsin şəxsiyyətinin, narkotik vasitələr və psixotrop maddələrlə bağlı davranışlarının və işin digər halları ilə birlikdə onun verdiyi izahatların qiymətləndirilməsi baxımından əhəmiyyətsiz də hesab edilə bilməz. Belə ki, iş materiallarında olan tələbnamədən və hökmlərin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə analoji və digər cinayətlərə görə məhkum olunmuş və barəsində cəza tətbiq edilmişdir. Kollegiya qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluqlarının xarakteri, onların hazırkı cinayət işi üzrə araşdırılan əməllərlə əlaqəli olub-olmaması, habelə narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsi barədə iş materiallarında olan məlumatlar onun şəxsiyyətini səciyyələndirən hallardır. Bu hallar, xüsusilə də onun üzərindən metamfetamin aşkar edilməsi, həmin maddənin ona məxsus olduğunu ibtidai istintaq zamanı dəfələrlə etiraf etməsi və narkoloji müayinənin nəticələri ilə birlikdə qiymətləndirildikdə, ittiham üzrə digər sübutların məzmununu və qarşılıqlı əlaqəsini nəzərdən keçirərkən nəzərə alınmalı hallardan biridir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqı və məhkəməyədək araşdırma zamanı toplanmış və məhkəmə iclasında bilavasitə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşıması obyektiv sübutların məcmusu, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununun 1.0.9-cu bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının ## #### 2005-ci il tarixli Qanununa əlavə edilmiş II Siyahıda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 400 qram müəyyən edilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi 0,402 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmasını və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan şübhəli şəxsin tutulması barədə ##.##.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə saat 15:35-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon prokurorunun ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilmiş və o, müvəqqəti saxlama yerindən dərhal həbsdən azad edilmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin istintaq bölməsinin müstəntiqi Əlvan Məstiyevin ##.##.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli tələbnamədən, Astara Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmündən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə Astara Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2023 cü il tarixli qərarı ilə cəzadan 1 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş, ##.##.2023-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən həmin hökm üzrə onun məhkumluğu ödənilmişdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birgə yaşayır, ailə üzvləri arvadı Könül Həsənova və 2002-ci il təvəllüdlü qızı Nərmin Həsənovadan ibarətdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının * nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində yaşadığı ərazi üzrə nümayəndəliyə heç bir ərizə və ya şikayət daxil olmamışdır və o, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, Cinayət Qanununun yuxarıda sadalanan müddəaları cəza təyini zamanı məhkəmənin üzərinə vəzifə qoyur ki, təqsirkara elə cəza təyin etsin ki, bu cəzanın məqsədlərinə cavab versin, o cümlədən məhkumun islah edilməsini təmin etsin, sosial ədalətin bərpa etsin, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etsin. Cəzanın məqsədləri barədə Cinayət Qanununun müddəaları mövcud məhkəmə təcrübəsini əks etdirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında da öz əksini tapmışdır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Ali Məhkəmə Plenumunun ## #### 2003-cü il tarixli, * saylı Qərarının 1-ci bəndində tövsiyə olunmuşdur ki, «hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır». Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Kollegiya təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Odur ki, kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin normanın tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Kollegiya hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə ona təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı vaxtdan hesablamalıdır. Bundan başqa, iş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın ##.##.2025-ci il tarixli *** nömrəli rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış psixotrop maddə olan 0.352 qram çəkidə metafetamin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair bir ədəd disk və təqdim olunmuş əşyaya baxış keçirilən zaman videoçəkiliş aparıldığına dair bir ədəd disk, həmçinin “xxxx” ASC-nin Lənkəran filialından əldə edilmiş videogörüntülərin olduğu bir ədəd disk maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunmalı, Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, onun barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli ## ###### 2026-cı il tarixdən hesablanmalı, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut- Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0.352 qram çəkidə psixotrop maddə metafetamin məhv edilməli, ibtidai araşdırma orqanı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair bir ədəd disk və təqdim olunmuş əşyaya baxış keçirilən zaman videoçəkiliş aparıldığına dair bir ədəd disk, həmçinin “xxxx” ASC-nin Lənkəran filialından əldə edilmiş və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu bir ədəd disk- cəmi üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, cinayət işi üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.1.1, 401.2.2 və 401.2.3-cü maddələrinə əsasən məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir göstərdiyi halda, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda və öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə məhkəmənin gəldiyi həmin nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 397-399, 401, 404-405, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası HÖKM ETDİ: Dövlət ittihamçısı dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli ## ###### 2026-cı il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut- Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, tədqiqat və ekspertiza zamanı istifadə edildikdən sonra qalıq qalan 0.352 qram çəkidə psixotrop maddə metafetamin məhv edilsin. İş üzrə maddi sübut- ibtidai araşdırma orqanı tərəfindən sübut növü kimi məhkəməyə təqdim edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videoçəkiliş aparıldığına dair bir ədəd disk və təqdim olunmuş əşyaya baxış keçirilən zaman videoçəkiliş aparıldığına dair bir ədəd disk, həmçinin “xxxx” ASC-nin Lənkəran filialından əldə edilmiş və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu bir ədəd disk- cəmi üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına etap edilsin. Hökmün icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu gündən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə Şirvan Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Nicat Ağabəyov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar