Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 1(5-137)-2/2026 02.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, xüsusi ittihamçı X9 və nümayəndəsi Nümayəndə olunun iştirakı ilə, xx.xx.2002-ci ildə Qəbələ rayonu, Cığatelli kəndində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, Qəbələ rayonu Cığatelli kəndində yaşayan X10 barəsində AR CM-nın 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətə hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: X10 barəsində ondan ötrü xüsusi ittiham qaydasında şikayət edilmişdir ki, o, X5 “şərəf və ləyaqətini alçalda həqiqətə uyğun olmayan məlumatları yaymışdır. Xüsusi ittihamçı X9 izahatında göstərmişdir ki, o, ailəsi ilə boşanmış və Qəbələ rayonu Cığatelli kəndində valideynləri ilə birlikdə yaşayır. X10 ilə qonşu və qohumdur. 2023-cü ilin avqust ayında rəfiqəsi X13 onun yaşadığı evə gəlmiş və ondan X10 ilə “instaqram” sosial şəbəkəsində yazışması, onunla sevgili olması və sonuncu ilə işlədiyi bərbərxanada görüşərək yaxın münasibətdə olması barədə deyilənlərin düzgün olub olmadığı barədə soruşmuş və həmin məlumatı X2 aldığını bildirmişdir. Qəbələ rayon prokurorluğunda aparılan araşdırma zamanı X6 və X14 həmin məlumatın onlara X10 tərəfindən bildirildiyi barədə izahat vermişdir. Həmin məlumatların yayılması onu insanlar arasında hörmətdən salmaq və adını ləkələmək məqsədi daşıdığı üçün mənəvi əzab və sarsıntılar keçirməsinə səbəb olmuşdur. Ona görə də, X10 böhtana və təhqirə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. X10 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Cığatelli kəndində yaşayır və 2019-cu ildə kənd ərazisində bərbərxana açaraq fərdi qaydada bərbər işləyir. X9 ilə qohumudur və münasibətləri yaxşı olmuşdur. X3 yaşca çox kiçik olduğu üçün həmişə onun hörmətini saxlamış və heç vaxt yanında artıq-əskik ifadələr işlətməmişdir. 2023-cü ilin qış aylarında “instaqram” sosial şəbəkəsi vasitəsilə istifadə etdiyi mobil telefona “rəqsanə şərifli” adlı profildən yazı gəlmiş və onu izləyiciləri sırasına əlavə etdiyini bildirilmişdir. Bundan qabaq dostu X8 da bərbərxanaya gəlib Rəqsanənin “instaqram” sosial şəbəkəsi vasitəsilə yazaraq ondan xoşu gəldiyi, görüşmək istədiyi, onunla birlikdə olmaq istədiyi barədə bildirmişdir. 2024-cü ilin yanvar ayında “instaqram” sosial şəbəkəsi vasitəsilə istifadə etdiyi mobil telefonda olan “qismət 36” profilinə “raksana” adlı profildən yazı gəlmiş, ondan xoşu gəldiyi , görüşmək istədiyi, bərbərxanaya gəlmək və onunla birlikdə olmaq istədiyi bildirilmişdir. Ona “bu nə sözdü danışırsan, qardaşın Fəridə deyəcəyəm” yazmış və profilini bloklamışdır. Həmin vaxtdan sonra Rəqsanə ilə bir neçə dəfə görümşüş, lakin onun hərəkətlərindən başqa bir şey hiss etmədiyi üçün ona bu barədə heç nə deməmişdir. X9 ilə bərbərxanada görüşməsi və ya mesajlaşması barədə həqiqətə uyğun olmayan məlumatlar yaymamış, bu barədə heç vaxt, heç yerdə danışmamışdır. Qəbələ rayon prokurorluğunun icraatında olan 92C-25 nömrəli materiallara əsasən 2025-ci ilin iyul-avqust aylarında X1 Rəqsanə Şahin qızının X10 ilə “instaqram” sosial şəbəkəsində yazışması, onunla sevgili olması və sonuncu ilə işlədiyi bərbərxanada görüşərək yaxın münasibətdə olması barədə X11 demiş və dediklərini X4 eşitdiyini bildirmişdir. Həmin məlumatların həqiqətəuyğun olması və X10 tərəfindən yayıldığına dair heç bir sübut təqdim edilməmiş, bildirilən hallar X10 tərəfindən inkar edilmişdir. AR CM-nın 148-ci madəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma nəzərdə tutulur. Həmin Məcəllənin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma nəzərdə tutulur. AR CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Məhkəmə hesab edir ki, X5 X10 ilə “instaqram” sosial şəbəkəsində yazışması,onunla sevgili olması və sonuncu ilə işlədiyi bərbərxanada görüşərək yaxın münasibətdə olması barədə X6 tərəfindən X11 deyilənlərin həqiqətəuyğun olması və X10 tərəfindən bildirildiyinə dair dair heç bir sübut olmadığından X10 barəsində AR CM-nın 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən ə Azərbaycan Respublikası CPM-nin 302.1.3 və 302.1.7ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X10 barəsində AR CM-nın 147.1 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №1(5-137)-2/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №1(5-137)-2/2026
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver