Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-285/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiq edilməsinə dair ərizəsi üzrə qəbul edilmiş Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, # ##### 2026cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında müqavilə öhdəliklərinin icrası ilə bağlı mübahisəyə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək, cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələri ilə bağlı hər hansı hərəkətlərin edilməsi, o cümlədən özgəninkiləşdirilməsi, girov qoyulması, icarəyə verilməsi, yenidən rəsmiləşdirilməsi və ya həmin torpaq sahələri üzərində istənilən digər hüquqi və faktiki hərəkətlərin həyata keçirilməsi, habelə həmin torpaq sahələrinə girişi və orada istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılması, eləcə də torpaq sahələrindən istifadə ilə bağlı ərizəçiyə maneələr yaradılmasının qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin tətbiq olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən müxtəlif əmlaklar əldə edilmiş, həmin əmlaklardan gəlir əldə edilməsi məqsədilə istifadə olunmuşdur. Müxtəlif dövrlərdə obyektiv səbəblərdən bəzi əmlaklar müvəqqəti olaraq üçüncü şəxslərin adına rəsmiləşdirilmişdir. Həmin əmlakların bir hissəsi Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahələridir. Belə ki, o, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə 3000 kv.m, ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə 3300 kv.m və ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə 550 kv.m torpaq sahələri əldə etmişdir. Lakin həmin dövrdə sənədləşmə müvəqqəti olaraq Cavabdeh adına aparılmışdır. Qeyd olunan sənədləşmə yalnız formal xarakter daşımış, torpaq sahələri ayrıldığı vaxtdan etibarən faktiki olaraq onun mülkiyyətində, istifadəsində və idarəçiliyində olmuşdur. Həmin torpaq sahələrindən ərizəçi uzun illər ərzində istifadə etmiş, onları müxtəlif şəxslərə icarəyə verməklə gəlir əldə etmişdir. Daha sonra 2023-cü ildə ərizəçi ilə onun keçmiş tərəfdaşları arasında müxtəlif əmlaklarla bağlı mübahisə yaranmışdır. Mübahisələrin artıq başlaması və vaxt məhdudiyyəti səbəbindən sözügedən torpaq sahələrinin birbaşa ərizəçinin adına rəsmiləşdirilməsi faktiki olaraq mümkün olmamışdır. Bu səbəbdən tərəflər qarşılıqlı razılığa gələrək ##.##.2023-cü il tarixində müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən, mübahisə dövründə torpaq sahələrinə dair sənədlərin cavabdehin adına qalması ilə razılaşılmış, məhkəmə mübahisəsi də formal olaraq cavabdehin adına olan sənədlər əsasında aparılmışdır. Məhkəmə mübahisəsinin aparılması üçün cavabdeh tərəfindən müqavilənin imzalandığı gün onun vəkilinə etibarnamə verilmiş, həmçinin hüquqi yardım müqaviləsi bağlanmışdır. Məhkəmə işi ilə bağlı çəkilən xərclər, o cümlədən nümayəndəlik və digər prosessual xərclər ərizəçi tərəfindən ödənilmişdir. Məhkəmə mübahisəsi Ali Məhkəmənin ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə ərizəçinin xeyrinə yekunlaşmışdır. Başqa sözlə, sənədlər formal olaraq cavabdehin adına olsa da, həmin mübahisə onun maddi və faktiki maraqları naminə aparılmış və müsbət nəticələnmişdir. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilənin 3-cü bəndinə əsasən, məhkəmə mübahisəsi ərizəçinin xeyrinə qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə yekunlaşdıqdan sonra cavabdeh müqavilənin 1-ci bəndində göstərilən torpaq sahələrinin onun və ya onun göstərəcəyi üçüncü şəxsin adına rəsmiləşdirilməsi üçün bütün zəruri sənədləri imzalamağı, dövlət və bələdiyyə orqanlarına tələb olunan müraciətləri etməyi, habelə bunun üçün tələb olunan digər hüquqi və faktiki hərəkətləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Ərizəçi müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etmiş, o cümlədən cavabdehə aylıq ödənişləri icra etmiş və müqavilənin digər şərtlərinin yerinə yetirilməsinə hazır və razı olduğunu dəfələrlə bildirmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra üzərinə götürdüyü müqavilə öhdəliklərini icra etməkdən imtina etmişdir. Bundan əlavə, cavabdeh yalnız müqavilənin icrasından yayınmaqla kifayətlənməmiş, ərizəçiyə məxsus olan torpaq sahəsinə gələrək onun fəaliyyətinə maneələr yaratmağa başlamışdır. Cavabdehin bu hərəkətləri ərizəçinin faktiki sahiblik və istifadə hüquqlarına qanunsuz müdaxilə olmaqla yanaşı, onun həmin ərazidə həyata keçirdiyi sahibkarlıq fəaliyyətinə və yaratdığı əmlak kompleksinə real təhlükə yaradır. Hazırda tərəflər arasında yaranmış mübahisənin həlli məqsədilə məhkəməyə iddia ərizəsi təqdim edilmişdir. Eyni zamanda, onun hüquq və qanuni mənafelərinin effektiv müdafiəsi, mövcud faktiki vəziyyətin qorunması və gələcək məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə müvəqqəti təminat tədbirinin tətbiqi zərurəti yaranmışdır. Belə ki, cavabdehin qanunsuz hərəkətlərinin davam etməsi halında onun faktiki istifadəsində olan torpaq sahəsində yerləşən əmlaka, orada yaradılmış təsərrüfat və sahibkarlıq fəaliyyətinə zərər vurulması, həmin əmlakın məhv edilməsi və ya istifadəsinin mümkünsüz hala salınması, habelə qəbul edilməsi yüksək ehtimal olan məhkəmə qərarının icrasını qeyri-mümkün etməyə yönəlmiş hərəkətlər etməsi real ehtimaldır. Bu isə gələcəkdə iddianın təmin ediləcəyi halda məhkəmə qərarının icrasını ya mümkünsüz edər, ya da xeyli dərəcədə çətinləşdirə bilər. Cavabdehin onun fəaliyyətinə bu cür müdaxilələri tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə, hüquqi müəyyənlik prinsipinə, müqaviləyə sadiqlik prinsipinə, habelə qanunvericiliyin tələblərinə açıq şəkildə ziddir. Beləliklə, cavabdehin hazırkı davranışı onun qanuni maraqlarına ciddi zərər vurmaqla yanaşı, iş üzrə gələcək məhkəmə qərarının səmərəli icrasını təhlükə altına qoyur. Bu səbəbdən, işin mahiyyəti üzrə yekun məhkəmə aktı qəbul edilənədək mövcud faktiki vəziyyətin saxlanılması və cavabdehin mübahisəli torpaq sahəsinə, onun oradakı fəaliyyətinə və əmlakına müdaxilə etməsinin məhdudlaşdırılması zəruridir. Göstərilənlərə əsasən, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək və həmin qərar qanuni qüvvəyə minənədək cavabdehin mübahisəli əraziyə, onun faktiki istifadəsində olan əmlaka və onun sahibkarlıq fəaliyyətinə hər hansı müdaxilə etməsinin qadağan olunması zərurəti yaranmışdır Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli # ##### 2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələri ilə bağlı hər hansı hərəkətlərin edilməsi, o cümlədən özgəninkiləşdirilməsi, girov qoyulması, icarəyə verilməsi, yenidən rəsmiləşdirilməsi və ya həmin torpaq sahələri üzərində istənilən digər hüquqi və faktiki hərəkətlərin həyata keçirilməsi, habelə həmin torpaq sahələrinə girişi və orada istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılması, eləcə də torpaq sahələrindən istifadə ilə bağlı ərizəçiyə maneələr yaradılması qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadının ləğv edilməsi və verilmiş icra vərəqəsinin (##.##.2026-cı il tarixli) icrasının dayandırılması barədə qərardad qəbul edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandrılmışdır ki, ona Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri ərazisində Biləcəri Bələdiyyəsinin 3 ayrı qərarı ilə sahibkarlıq fəaliyyəti üçün torpaq sahələri ayrılmışdır: ##.##.2005-ci il tarixli, **a nömrəli qərar ilə 3000 kv.m; ##.##.2005-ci il tarixli, *** nömrəli qərar ilə 3300 kv.m; ##.##.2005-ci il tarixli, *** nömrəli qərar ilə 550 kv.m — cəmi 6850 kv.m. Torpaq sahələrinin dəyəri tam ödənilmiş, alğı-satqı aktları bağlanmışdır. Bu torpaq sahələrinə olan mülkiyyət hüququ üç məhkəmə instansiyasında araşdırılmış və təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qəti Qərarı ilə kassasiya şikayəti rədd edilmiş və torpaq sahələrinə onun mülkiyyət hüququ bir daha təsdiq olunmuşdur. Bu qərar qətidir, yenidən baxılması mümkün deyildir və res judicata (hökm olunmuş məsələ) qüvvəsinə malikdir. Buna baxmayaraq, ərizəçi Ərizəçi ##.##.2026-cı il tarixdə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, guya ##.##.2023-cü il tarixli "öhdəlik müqaviləsi"nə əsaslanaraq torpaq sahələrinin əslində onun mülkiyyətində olduğunu, sadəcə sənədlər üzrə formal olaraq adına rəsmiləşdirildiyini iddia etmiş və müvəqqəti təminat tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Ərizəni təmin edilərək, ona və onunla əlaqəli digər şəxslərə torpaq sahələri ilə bağlı bütün hərəkətlərin — özgəninkiləşdirmə, girov, icarə, tikinti, söküntü, montaj, demontaj və sair hər cür hüquqi və faktiki hərəkətlərin qadağan edilməsi barədə qərardad qəbul etmişdir. Qərardad dərhal icra yönəldilmiş və ##.##.2026-cı il tarixdə icra vərəqəsi verilmişdir. Bu qərardad əsaslı surətdə qanunsuz və ədalətsizdir. Ali Məhkəmənin qəti qərarı (res judicata) nəzərə alınmamışdır: Ali Məhkəmənin ##.##.2026-cı il tarixli qəti qərarı ilə cavabdehin torpaq sahələrinə olan mülkiyyət hüququ artıq həll olunmuş hüquqi məsələdir. Birinci instansiya məhkəməsi bu qərarı nəzərə almadan, əslində Ali Məhkəmənin qəti qərarını sual altına qoyan müvəqqəti təminat tədbiri tətbiq etmişdir. Ali Məhkəmənin qərarında (bənd 9) açıq şəkildə müəyyən edilmişdir ki, Biləcəri bələdiyyəsi tərəfindən torpaq sahələri ona qanuni qaydada ayrılmışdır. Eyni qərarda, həm də məhkəmə Ərizəçi şahid ifadəsinə istinad edərək qeyd etmişdir ki, Yaqubov torpağı onun atasından almışdır — yəni əraziyə sonradan gəlmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi eyni şəxsin indi həmin torpaq üzərində mülkiyyət iddiası ilə müraciət etməsini qəbul etmişdir. Ziddiyyətli davranışın qadağan olunması prinsipinin pozulması: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Hüquqdan sui-istifadəyə yol verilmir. Həmin Məcəllənin 560.3.4-cü maddəsində birbaşa göstərilir ki, "digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi" hüquqdan sui-istifadənin xüsusi halı hesab edilir və buna qanunla yol verilmir. Ərizəçi Bakı Apellyasiya Məhkəməsinə ##.##.2024-cü il tarixdə şahid qismində çağırılmış və ##.##.2024-cü il tarixli yazılı izahatında aşağıdakıları etiraf etmişdir: — Onlar (Yaqubov və Möhsümov) Biləcəri ərazisində biznes məqsədləri üçün yer axtararkən bələdiyyə sədri İlham Xəlilovun yanına getmişlər; — Orada iki yer təklif edilmişdir, biri çıxarışlı, digəri bələdiyyə sənədli idi; — Hər iki yer Cavabdeh və onun atasının adına sənədli idi; — 2008ci ildə Cavabdeh atası Rizvan Yusubovdan çıxarışlı torpaq sahəsini almışlar; — Sonradan digər torpaq sahəsini də almaq istəmiş, lakin Yusubovlar satmayacaqlarını, amma istifadə üçün icarəyə verə biləcəklərini bildirmişlər; — Bələdiyyə sədri İlham Xəlilov onlara 2007-ci il tarixli bələdiyyə sənədi vermişdir, lakin sənədlər yalnız qərardan ibarət idi, alqı-satqı yox idi — sədrin izahatına görə yeni qaydalar qəbul olunub, ona görə köhnə tarixə sənəd verə bilir. Ərizəçi Bakı Apellyasiya Məhkəməsində ## ###### 2024-cü il tarixdə şahid qismində verdiyi rəsmi ifadəsində açıq şəkildə etiraf etmişdir ki, onlar torpaq axtararkən həmin yerin Rizvan Yusubovun mülkiyyətində olduğunu bilirdilər və sənədləri bələdiyyə sədri vasitəsilə qanunsuz yolla əldə etmişdilər. Lakin indi o, məhkəməyə saxta ##.##.2023-cü il tarixli "Öhdəlik müqaviləsi" təqdim edərək iddia edir ki, guya torpaq əslində onun imiş və «Sizin adınıza yalnız formal rəsmiləşdirilibmiş». Əvvəl "torpaq Yusubovundur" deyib, sonra "torpaq mənimdir" demək vicdansızlıqdır və hüquq bu ziddiyyəti qorumur. Ərizəçi verdiyi bu ifadə açıq şəkildə göstərir ki, Ərizəçi torpaq sahələrinin Yusubov ailəsinə məxsus olduğunu bilirdi, əraziyə sonradan gəlmişdi və torpağı almaq istəyəndə Yusubovlar rədd etmişdi. İndi isə həmin şəxs torpağın əslində özünə məxsus olduğunu iddia edir. Bu, estoppel (ziddiyyətli davranışın qadağan olunması) prinsipinin açıq pozulmasıdır — şəxs əvvəlki rəsmi ifadəsi ilə ziddiyyət təşkil edən mövqe tutaraq digər tərəfin zərərinə hərəkət edə bilməz. Ali Məhkəmənin qəti qərarında da (bənd 9) Yaqubovun bu ifadəsinə birbaşa istinad olunmuş və torpaq sahələrinin Yusubovlara məxsus olduğunu təsdiq edən dəlil kimi qiymətləndirilmişdir. Belə ki, Ali Məhkəmənin qərarında qeyd edilmişdir: "Ərizəçi adında şəxs izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında Rizvan adlı şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsini 2008-ci ildə Nazim ilə şərikli qaydada almışdır". Bu, torpağın Yusubovlara məxsus olduğunu birbaşa təsdiq edir. O, torpaq sahələrinin qanuni mülkiyyətçisidir — bu, Ali Məhkəmənin qəti qərarı ilə təsdiq edilmişdir. Tətbiq olunan müvəqqəti təminat tədbiri isə mülkiyyətçini öz mülkiyyətinə girişdən, ondan istifadədən, ona dair sərəncam verməkdən tamamilə məhrum edir. Mülki qanunvericiliyə əsasən, mülkiyyətçi ona mənsub olan əmlaka öz mülkünə sahiblik, ondan istifadə və ona dair sərəncam vermək hüququna malikdir. Qərardad isə mülkiyyətçinin bu üç əsas hüququnu — sahiblik, istifadə və sərəncam — tamamilə məhdudlaşdırır. Bu, Konstitusiyanın 29-cu maddəsinin IV hissəsinə əsasən yalnız qanunla müəyyən edilmiş hallarda və qaydada mümkündür. Ərizəçi Ərizəçi iddiasını ##.##.2023-cü il tarixli "öhdəlik müqaviləsi" ilə əsaslandırır. Bu müqaviləyə əsasən, guya torpaq sahələri əslində Yaqubova məxsus imiş və onun adına yalnız formal olaraq rəsmiləşdirilmişdir. O belə bir sənədə imza etməmiş, belə bir razılıq aralarında mövcud olmamış, bu məzmunda hər hansı şifahi və ya yazılı razılığa gəlinməklə müqavilə tərtib edilməmişdir. Ərizəçi istinad etdiyi bu «müqavilə» aşağıdakı səbəblərə görə hüquqi əsasa malik deyildir: a) Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən, müqavilə qanuna, digər normativ hüquqi aktlara və ya əxlaqa zidd ola bilməz. Daşınmaz əmlakın saxta sənədləşdirilməsi barədə razılıq qanunazidd əqddir; b) Torpaq sahələri bələdiyyə qərarları ilə ona ayrılmış, dəyəri Yusubov ailəsi tərəfindən ödənilmişdir. Bu, dövlət qeydiyyatı sənədləri, bələdiyyə qərarları və alğı-satqı aktları ilə təsdiq olunur. Əgər torpaq həqiqətən Yaqubova məxsus olsaydı, onun dəyərini nəyə görə Yusubovlar ödəyib? c) Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əldə edilir. Yaqubovun torpaq sahələri üzərində dövlət reyestrində heç bir qeydiyyatı yoxdur; d) Yaqubov özü 2024-cü ildə verdiyi şahid ifadəsində torpağı Yusubovlardan aldığını etiraf edib — yəni torpaq Yusubovların mülkiyyəti idi. "Öhdəlik müqaviləsi" isə 2023-cü ildə, yəni bu etirafdan əvvəl bağlanıb. Müqavilənin məzmunu ilə Yaqubovun öz rəsmi ifadəsi bir-biri ilə tam ziddiyyətdədir; e) Qərardadda (bənd 6) göstərilir ki, müqavilənin 5-ci bəndinə əsasən, əgər rəsmiləşdirmə mümkün olmazsa, Yaqubova ən azı 2.450.000 AZN kompensasiya ödənilməlidir. Bu məbləğ və bu şərt göstərir ki, bu, normal mülkiyyət münasibəti deyil, əslində dələduzluq xarakterli razılıqdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-157.3-cü maddələrinə əsasən, maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Bu Məcəllənin 157.5-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı və iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Mülki-Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddələrinə görə müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. ...Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərardadı qismən – “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələrindən istifadə ilə bağlı Ərizəçi maneələr yaradılmasının cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə ərizə rədd edilməlidir. Belə ki, məhkəmə kollegiyası, qərardadın “cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələri ilə bağlı hər hansı hərəkətlərin edilməsi, o cümlədən özgəninkiləşdirilməsi, girov qoyulması, icarəyə verilməsi, yenidən rəsmiləşdirilməsi və ya həmin torpaq sahələri üzərində istənilən digər hüquqi və faktiki hərəkətlərin həyata keçirilməsi, habelə həmin torpaq sahələrinə girişi və orada istənilən tikinti, söküntü, qazıntı, montaj, demontaj, konstruksiya, dekonstruksiya, böyük miqdarda tikinti materiallarının daşınması, yeni təsərrüfat obyektlərinin qurulması, süni relyef dəyişiklikləri, kommunal və kommunikasiya xətlərinin dəyişdirilməsi, müxtəlif avadanlıqların və ağır texnikanın torpaq sahəsinə daşınması və ya çıxarılması, yeni tikililərin quraşdırılması, mövcud tikililərdə genişləndirmə və yenidənqurma işlərinin aparılması” hissəsi üzrə məhkəmənin gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, sadalanan təminat tədbirlərinin tətbiqi nəticəsində cavabdehin mövcud vəziyyətdə malik olduğu hüquqlar və digər maraqlar həddindən artıq yükə məruz qalmamışdır. Bu səbəbdən də, sözügedən məhdudiyyətlərin ədalətli balansın və mütənasibliyin pozulmasına səbəb olması qənaətinə gəlmək üçün əsaslar mövcud deyildir. Bununla belə nəzərə alınmalıdır ki, müvəqqəti təminat tədbirləri mülki iş üzrə cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmamasının və ya əhəmiyyətli dərəcədə çətinləşməsinin qarşısını almaq, o cümlədən çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Birinci instansiya məhkəməsi “torpaq sahələrindən istifadə ilə bağlı Ərizəçi maneələr yaradılmasının cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi” növündə müvəqqəti təminat tədbiri tətbiq etməklə daşınmaz əmlakın əvvəlki faktiki vəziyyətini (status-kvonu) dəyişdirmişdir. Halbuki, təminat tədbirləri tətbiq edilərkən tərəflərin hüquq və mənafeləri arasında ədalətli balans qorunmalı, müdaxilə mütənasib olmalıdır. Müvəqqəti təminat tədbirləri mövcud faktiki vəziyyətin (status-kvonun) qorunmasına xidmət etməli, onu dəyişdirməməlidir. Nəzərə alınmalıdır ki, mütənasiblik prinsipi, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən, həmin tədbirin tələb olunan məqsədə çatmaq üçün lazımi və adekvat olmasını, yəni tətbiq olunan tədbirin iddia tələbi ilə proporsional olmasını tələb edən əsas hüquqi meyardır. Bu prinsip, hüquqların pozulmasının qarşısını almaq məqsədilə seçilən müdaxilə vasitəsinin həmin məqsədlə müqayisədə daha ağır nəticələr doğurmamasını nəzərdə tutur. Başqa sözlə, müvəqqəti təminat tədbiri yalnız mümkün zərərin qarşısının alınması üçün zəruri olan həddə tətbiq edilməli, həddindən artıq və əsassız məhdudiyyətlərə yol verilməməlidir. Belə ki, mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində möhkəmlənmişdir və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən tətbiq edilmiş tədbir cavabdeh tərəfindən yaradılması ehtimal edilən maneələrin aradan qaldırılması formasında olmaqla, faktiki olaraq mövcud vəziyyətin dəyişdirilməsinə gətirib çıxarmışdır. Bu isə müvəqqəti təminat tədbirinin mahiyyətinə uyğun olmayaraq mübahisənin həllini qabaqlayan nəticə doğurmuşdur. Nəticə etibarilə, tətbiq olunmuş tədbir cavabdehin qeyrimütənasib şəkildə əmlak hüquqlarına müdaxilə yaratmış və tərəflər arasında ədalətli balansı pozmuşdur. Bu baxımdan, hazırkı iş üzrə bu növ müvəqqəti təminat tədbirinin tətbiqi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmadığı qənaətinə gəlinir. Belə ki, hazırda baxış predmeti olan müvəqqəti təminat tədbiri ilə tətbiq edilməsi nəzərdə tutulan müdaxilə vasitəsi, ərizə ilə güdülən məqsədə çatmaq üçün məhkəmə kollegiyası tərəfindən zəruri hesab edilmir. Yuxarıda sadalanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16(5-93)-164/2026 saylı # ##### 2026-cı il tarixli qərardadı qismən – “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələrindən istifadə ilə bağlı Ərizəçi maneələr yaradılmasının cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə ərizə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 157, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı # ##### 2026-cı il tarixli qərardadı qismən – “Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **a nömrəli qərarı ilə ayrılmış 3000 m², ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 3300 m², eləcə də ##.##.2005-ci il tarixli, *** nömrəli qərarı ilə ayrılmış 550 kv.m torpaq sahələrindən istifadə ilə bağlı Ərizəçi maneələr yaradılmasının cavabdeh Cavabdeh və onunla əlaqəli digər şəxslərə qadağan edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə ərizə rədd edilsin. Qərardad digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №16(3-6)-285/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-285/2026
28.04.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver