Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-16(3-6)-761/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i:
1. Ərizəçi Ərizəçi (bundan sonra ərizəçi) müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri kimi Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 54 ünvanında yerləşən 0.5287 ha torpaq sahəsində tikinti-qazıntı işlərinin aparılmasının Cavabdeh (bundan sonra maraqlı şəxs) və üçüncü şəxslərə qadağan olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 54 ünvanında yerləşən 0.5287 ha torpaq sahəsində tikinti-qazıntı işlərinin aparılması Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi və müvəqqəti təminat tədbirinin ##.##.2026-cı il tarixdə qüvvədən düşməsi qərara alınmışdır.
3. Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2026-cı il tarixli e-16(5- 94)-***/**** №-li qərardadı ilə görülən müvəqqəti təminat tədbirinin tətbiqi məsələsinə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Rayon Məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mtt-nin tətbiqinin müddətinin uzadılması, Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, ##.##.2026-cı il tarixdən başlayaraq Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 54 ünvanında yerləşən 0.5287 ha torpaq sahəsində tikinti-qazıntı işlərinin aparılmasının Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsi qərara alınmışdır.
5. Maraqlı şəxsin ##.##.2026-cı il tarixli qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilmiş, rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, ərizəçinin mtt ərizəsi təmin edilməmişdir.
6. Maraqlı şəxsin ##.##.2026-cı il tarixli qərardaddan verdiyi şikayət rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilmiş, rayon məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilmiş, ərizəçinin mtt-nin tətbiqi müddətinin uzadılması barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
7. Ərizəçi sonuncu qərardaddan şikayət verərək, ##.##.2026-cı il tarixli qərardadın ləğvi barədə qərardadın ləğv edilməsini, mtt-nin tətbiqinin müddətinin uzadılmaıs barədə ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət belə əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış və ##.##.2026-cı ildə Bakı şəhəri * saylı Notariat ofisində reyestrdə 3M279 № ilə qeyd olunmaqla təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsinə əsasən MTK daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən icarə hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 54 ünvanında yerləşən 0.5287 ha torpaq sahəsinə (bundan sonra torpaq sahəsi) dair icarə hüququnu gələcəkdə maraqlı şəxsə satmaq və tərəflər öz aralarında gələcəkdə alqı-satqı müqaviləsi bağlamaq barədə razılığa gəliblər. Ilkin müqaviləyə görə torpaq sahəsinə dair icarə hüququnun dəyəri tərəflərin qarşılıqlı razılığına əsasən 200000 manat müəyyən edilib. Alıcı – maraqlı şəxs həmin məbləğdən 150000 manatı ilkin müqavilə əsasında notariusun depozit hesabı vasitəsilə MTK-ya ödəyib və qalan 50000 manatı isə alqı-satqı zamanı ödəməyi öhdəsinə götürüb (müqavilənin 1.1 bəndi). Müqavilənin 3.1 bəndinə görə tərəflər bu müqavilə notarial qaydada təsdiq olunduqdan sonra əsas müqavilənin rəsmiləşdirilməsi üçün qarşılıqlı razılıq əsasında 3 ay müddət müəyyən ediblər. Yəni tərəflərin razılaşmasına görə torpağa dair icarə hüququnun alqısatqı müqaviləsi ##.##.2026-ci ilədək bağlanmalı idi. Lakin bu müddət ərzində tərəflər arasında əsas müqavilə - alqı-satqı müqaviləsi bağlanmayıb və maraqlı şəxs qalan 50000 manatı MTK-ya ödəməyib. MM-nin 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi, ilkin müqavilənin 3.1-ci bəndinin tələbləri pozularaq həmin müqavilədə müəyyən edilmiş müddətdə əsas müqavilə bağlanmayıb, Maraqlı şəxs müqavilənin qalıq dəyəri olan 50000 manatı MTK-ya ödəməyib və bununla da MM-nin 402.5-ci maddəsinə uyğun olaraq tərəflərin ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilib. Maraqlı şəxs torpaq sahəsinin onun sahibliyinə verilməsindən sui-istifadə edərək əsas müqavilə bağlamadan və müqavilənin qalıq dəyərini ödəmədən torpaq sahəsində tikinti-qazıntı işləri aparmağa başlayıb ki, bu da müqavilənin 3.1-ci bəndinə ziddir. Həmin şərtə əsasən alıcı torpaq sahəsini əsas müqavilə bağlananadək olan müddətə tam yararlı vəziyyətdə saxlamağı öhdəsinə götürüb. Hesab edir ki, mtt tətbiq olunması torpaq sahəsinin təyinatı üzrə istifadəyə yararlılığını qorumağa və iddia təmin olunacağı halda MTK-nın daha yüksək məbləğdə zərərə uğramasının qarşısını almağa xidmət etmiş olar. MTT tətbiq etmədən bu məqsədə nail olmaq mümkün deyil.
9. Rayon məhkəməsinin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə ərizəçinin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
12. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər.
14. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir.
15. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər.
16. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir.
17. "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018ci il ## #### tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin, Mülki Prosessual Məcəllənin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olubolmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
18. Hazırkı iş materiallarında olan birinci tərəf Ərizəçi MTK ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış ##.##.2026-cı il tarixli Ilkin alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmeti ünvan 1 ünvanda yerləşən 0.5287 ha torpaq sahəsinin dəyəri tərəflərin razılığı ilə 200000 manata qiymətləndirildi. Alıcı həmin məbləğdən 150000 manatı ilkin müqavilə əsasında notariusun bankda açılmış depozit hesabı vasitəsilə satıcıya ödəyir, qalan 50 000 manatı alqı-satqı zamanı ödəməyi öhdəsinə götürür, satıcı həmin pulu qəbul edir.
19. Maraqlı şəxsin iş materiallarına əlavə etdiyi ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, 150 000 manat ərizəçinin hesabına ödənilmişdir. Eləcə də ##.##.2026-cı il tarixli qəbzdən görünür ki, qalan 50 000 manat da ərizəçinin hesabına ödənilmişdir.
20. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi, 54 ünvanında yerləşən 0,5287 ha torpaq sahəsi üzərində icarə hüququ Cavabdeh adına ##.##.2026-cı il tarixdə qeydiyyatdan keçmişdir. Yüklülüyün müddəti ##.##.2026-cı ildən ##.##.2031-ci ilədəkdir. Məhkəmə ərizəçinin şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, ərizəçi ilkin alqısatqı 21. müqaviləsinin qalıq dəyəri olan 50.000 (əlli min) manatın maraqlı şəxs tərəfindən ödənilmədiyini qeyd etsə də, maraqlı şəxsin öz şikayətinə əlavə etdiyi qəbzdən də göründüyü kimi həmin məbləğin ##.##.2026-cı il tarixdə ödənildiyi müəyyən olunur. Iş materiallarında olan çıxarışdan isə müəyyən olur ki, həmin torpaq sahəsi ##.##.2026-cı il tarixdə maraqlı şəxsin adına icarə hüququ əsasında ##.##.2031-ci ilədək yüklü edilmişdir. Bununla da ərizəçinin şikayətinin dəlillərinin əsassız olduğu, hazırkı halda mtt-nin tətbiqi üçün əsasların olmadığı müəyyən edilir.
22. Göstərilənlərə əsasən, Məhkəmə ərizəçinin şikayətini təmin etməyən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsi ilkin mərhələdə doğru olmayan məlumatlar əsasında qəbul etdiyi mtt-nin tətbiqi barədə öz qərardadını ləğv etməkdə və mtt ərizəsini təmin etməməkdə haqlı tam olmuşdur, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
24. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
25. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
26. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı:
Ərizəçi Ərizəçi MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin **(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.