Məhkəmə qərarları › İş №16(3-6)-383/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-383/2026

10.06.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-383/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ərizəçi Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi üzrə qərardaddan şikayətlər ilə bağlı icraat üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından iddiaçı və cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş şikayətlərə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbiri” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə baxılıb yekun məhkəmə aktı çıxarılanadək mülkiyyətində olan (çıxarış əsasında) Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən ** saylı fərdi yaşayış evinin qarşısında Cavabdeh MMC tərəfindən aparılan tikinti, təmir və quraşdırma işlərinin dayandırılmaqla, Cavabdeh MMC-yə və digər şəxslərə qadağan olunması və onun evinə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadı ilə ərizə qismən təmin edilmişdir.

3. Qərardaddan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda şikayətlər verilmişdir.

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

5. Ərizəçi və Cavabdeh MMC elektron kabinet vasitəsilə ərizələr təqdim edərək aralarında razılıq əldə olunduğundan, verdikləri şikayətlərin geri qaytarılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Göründüyü kimi, hazırda tərəflər verdikləri şikayətdən imtina etmələri barədə iradə ifadələrini bildirmişlər. Beləliklə, hazırda onların şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının davam etdirilməsi üçün prosessual əsaslar yoxdur.

8. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina olunması barədə ərizələr təmin edilməli, iş üzrə apellyasiya icraatına xitam verilməlidir.

9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, **(*-**)-***/**** nömrəli qərardadından iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərdən imtinalar qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar