Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-407/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsi ilə bağlı icraat üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Iddiaçı Ərizəçi müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizəsinə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı Ərizəçi cavabdeh Cavabdeh qarşı “əqdin etibarsızlığı və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, H.Əliyev pr-ti 193-da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 3 otaqlı mənzilin cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* və həmin mənzilə məxsus qarajın cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* (hər iki sənəd Razılaşma №* adlanır) etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin yenidən iddiaçıya qaytarılması, Cavabdeh ucbatından batmış təyyarə biletlərinin dəyərlərinin 97,95 avro və 82,37 avronun Azərbaycan manatı ilə, hüquqi xidmətə görə ödədiyi 300 manat pulun, 100 manat dövlət rüsumunun və lombarda ödədiyi 25.000 avronun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, H.Əliyev pr-ti 193da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 3 otaqlı mənzilin cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* və həmin mənzilə məxsus qarajın cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* (hər iki sənəd Razılaşma №* adlanır) etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin yenidən iddiaçıya qaytarılması, cavabdeh Cavabdeh ucbatından batmış təyyarə biletlərinin dəyərlərinin 97,95 avro (195,31 manat) və 82,37 avronun (164,25 manat) Azərbaycan manatı ilə, hüquqi xidmətə görə ödədiyim 300 manat pulun, 100 manat dövlət rüsumunun və lombarda ödədiyi 25.000 avronun (49.850 manat), X1 Olimpik yaşayış kompleksin kassasına ödədiyi 8.738,88 manat pulun və 267 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil/Nümayəndə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, H.Əliyev pr-ti 193da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 3 otaqlı mənzilin cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* və həmin mənzilə məxsus qarajın cavabdeh Cavabdeh adına keçirməsinə dair olan ##.##.2025-ci il tarixli Razılaşma №* (hər iki sənəd Razılaşma №* adlanır) etibarsız hesab edilərək ləğv edilməsi, həmin mənzilin yenidən iddiaçıya qaytarılması, cavabdeh Cavabdeh ucbatından batmış təyyarə biletlərinin dəyərlərinin 97,95 avro (195,31 manat) və 82,37 avronun (164,25 manat) Azərbaycan manatı ilə, hüquqi xidmətə görə ödədiyi 300 manat pulun, 100 manat dövlət rüsumunun və lombarda ödədiyi 25.000 avronun (49.850 manat), X1 Olimpik yaşayış kompleksin kassasına ödədiyi 8.738,88 manat pulun və 247 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia tələbi rədd edilmişdir.
5. Iddiaçı Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Hazırda iddiaçının nümayəndəsi və vəkili müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə ilə məhkəməyə müaciət edərək göstərmişdir ki, iddiaçı ailəsi ilə birlikdə Almaniyada yaşayır. Təxminən 2024-cü ilin aprel-may aylarında tanışı Cavabdeh onlara gələrək küllü miqdarda pul və qızıl əşyaları olduğunu bildirərək həmin əşyaları banka qoymaqda ona kömək etməyini xahiş etmişdir. Ona yardım etmiş, Günayın adına bank hesabı açılmışdır. Sonradan həmin pullar və qızıl-zinət əşyaları oğurlandığına görə Günay həmin əşyaları onlardan tələb etməyə başladı. Baş vermiş hadisə ilə əlaqədar Almaniyada polisə müraciət etmişdir. Hal-hazırda orada iş gedir. Bundan sonra, o, ##.##.2025-ci il tarixdə Bakı şəhərinə gələrkən hava limanında saxlanıldı və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirildi. Orada məlum oldu ki, Cavabdeh onun sərhəddi keçməyinə qadağa qoydurub. Bundan sonra, o, vəkili vasitəsilə müxtəlif orqanlara, eləcə də 102 xidmətinə və BMCMI-nə dəfələrlə müraciət edərək qoyulmuş qadağaya dair sənədlə, eyni zamanda Cavabdeh guya barəsində yazmış olduğu ərizə ilə tanış olmaq istədiyini bildirsə də, bunun bir nəticəsi olmadı. 2025-ci ilin iyun ayının 19-da geri dönüş üçün aldığı bilet də batdı. Belə ki, ##.##.2025-ci il tarixdə o, yenidən Almaniyaya qayıtmaq üçün hava limanında olanda yenidən saxladılar. Bundan sonra, BMCMI-də ondan ona məxsus, Bakı şəhəri, H.Əliyev pr-ti 193-da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5-ci mərtəbəsindəki ** saylı 4 otaqlı mənzili Cavabdeh adına keçirməyini tələb etdilər və o, qorxudan razılaşaraq üzərinə qoyulmuş qadağanın götürülməsi və eyni zamanda Azərbaycandan çıxa bilməyindən ötrü həmin mənzilin Cavabdeh adına keçirilməsinə etiraz etmədi. Hətta təzyiqlərdən qorxduğu üçün BMCMI-nin müstəntiqi Ramil Məmmmədova mənzilini Günaya verəcəyini və sonuncu tərəfindən barəsində qoyulmuş qadağanın götürüləcəyinə dair razılığa gəldiyinə dair ərizə də yazdı (həmin ərizəni və poct qəbzini əlavə edir). Bundan sonra, ##.##.2025-ci ildə o, H.Əliyev prospektindəki mənzili və qarajı Günay Məsimmovanın adına keçirtdi və ##.##.2025-ci il tarixə bilet aldı. Həmin bilet də batdı, belə ki, qadağa ayın 21-də götürüldü və o, ##.##.2025-ci ildə ölkəni nəhayət ki, tərk edə bildi. Bütün bunları təsdiq edən səs yazıları da mövcuddur. Hal-hazırda Cavabdeh həmin mənzili təcili olaraq özgəninkiləşdirməyə çalışır. Odur ki, Cavabdeh ona hədə-qorxu gəlmək yolu ilə adına keçirdiyi Bakı şəhəri, H.Əliyev pr-ti 193-da yerləşən X1 Olimpik yaşayış kompleksindəki 5-ci korpusun 5 ci mərtəbəsindəki ** saylı 4 otaqlı mənzilin iş üzrə yekun məhkəmə aktı çıxarılana qədər özgəninkiləşdirilməsinin Cavabdeh və üçüncü şəxslərə qadağan edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur.
7. Ərizəyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq normaları
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 157.1. Maraqlı şəxslərin və ya arbitraj mübahisəsi tərəfinin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Maddə 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin, arbitraj mübahisəsi tərəfinin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində, habelə mübahisənin arbitraj məhkəməsi tərəfindən həll edilməsi üçün arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı verilə bilər. Maddə 159.1. Müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan, lakin sonrakı iş günündən gec olmayaraq ayrıca icraatda baxılır Maddə 159.2. Hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Maddə 158.1. Aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər: 158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; 158.1.2. müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək. Maddə 160.1. Müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. Maddə 162.4. Iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Maddə 236. Məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası ərizəni və mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, müvəqqəti təminat tədbiri olaraq cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 193 ünvanında inşa edilən X1 Olimpik yaşayış kompleksində 5-ci korpusun 5-ci mərtəbəsində yerləşən ** saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilməlidir.
10. Belə ki, Ərizəçi iddia tələbi daşınmaz əmlakların cavabdeh Cavabdeh adına keçirilməsinə dair Razılaşmaların etibarsız hesab edilərək ləğv edilməsi, mənzilin yenidən iddiaçıya qaytarılması və pul tələbindən ibarətdir.
11. Iş materiallarında iddiaçının ona məxsus olmuş mənzilin cavabdehin adına rəsmiləşdirilməsinə dair razılıq ərizəsi, mənzilə dair hüquq və vəzifələrin ötürülməsinə dair razılaşma əlavə edilmişdir.
12. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri cavabdehin hərəkətləri nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq, habelə məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir.
13. Məhkəmə kollegiyası hesab edir ki, hazırda müvəqqəti təminat tədbirinin tətbiq edilməməsi gələcəkdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı ilə nəticələnə bilər.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsi təmin edilsin. Cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 193 ünvanında inşa edilən X1 Olimpik yaşayış kompleksində 5-ci korpusun 5-ci mərtəbəsində yerləşən ** saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: