Məhkəmə qərarları › İş №16(3-6)-583/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-6)-583/2026

14.08.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-583/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, ərizəçi Ərizəçi “müvəqqəti təminat tədbirinin tətbiqi barədə” ərizəsinə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadından Maraqlı şəxs şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Məhkəmə icraatı 1.Ərizəçi ilə Maraqlı şəxs Ilqar qızının nikahından iki uşaq doğulub: 1) ##.##.2019-cu il təvəllüdlü X1; 2) ##.##.2022-ci il təvəllüdlü X2. Tərəflərin nikahı pozulub, uşaqlar ananın yanında qalıb. Hazırda məhkəmənin icraatında atanın uşaqlarla ünsiyyət tələbi üzrə mülki iş var. 2.Müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizədə tələb olunub ki, ata ilə həmin uşaqlara ünsiyyət imkanı verilsin və ünsiyyət göstərilən qaydada həyata keçirilsin: 1) hər həfənin cümə günə saat 10:00-dan bazar günü saat 20:00-dək uşaqlar atanın yanında qalmaqla; 2) atanın və uşaqların ad günlərində uşaqlar atanın yanında qalmaqla; 3) bir gündən çox olan rəsmi bayram və tətil günlərinin ikinci günündə uşaqlar atanın yanında qalmaqla; 4) günün istənilən vaxtı telefonla danışmaq, habelə videogörüntülü danışmaq. 3.Sabunçu RM-nin ##.##.2026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qismən təmin edilsin, *(*-***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hər həftənin şənbə günü saat 11:00-dan 19:00-a qədər atanın uşaqlarla ünsiyyətdə olması təmin edilsin. 4.Uşaqların anası həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini tələb edib. 5.Sabunçu RM-nin 02.07.20026-cı il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilsin, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə qismən təmin edilsin, *(*-***)-****/**** nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hər həftənin şənbə günü saat 11:00-dan 15:00-a qədər atanın həmin uşaqlarla ünsiyyətdə olması təmin edilsin. 6.Uşaqların anası həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini tələb edib. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Məhkəmənin mövqeyi 7.Şikayət təmin edilə bilməz, qərardad mübahisələndirilən hissədə, yəni müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 8.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.1-ci maddəsinə görə, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna malikdir. Müvəqqəti təminat tədbiri tətbiq edilərkən ilkin sübutlar əsas götürülür, mübahisənin mahiyyətinə aid olan hallar iddiaya baxılarkən qiymətləndirilir. Hal-hazırda atada uşaqların tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı mənfi cəhət müəyyən olunmur. Odur ki, ataya həftədə 1 dəfə 4 saat uşaqlarla görüş imkanının verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin göstərişlərinə, habelə Ali Məhkəmə Plenumunun ##.##.2016-cı il tarixli qərarında verilən izahlara uyğundur. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli **(*-***)-***/**** nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar