Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 16(3-6)-599/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abdullayev Elşən Uğur oğlunun məruzəsi ilə, hakimlər Cəfərov Səməd Fəxrəddin oğlu və X1 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə müvəqqəti təminat tədbirinin görülməsinə dair “xxxx” ASC tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxıb, Müəyyən etdi: 1.İddiaçı Ərizəçi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən O********* saylı, ##.##.2023-cü il tarixli Alqı-satqı müqaviləsi üzrə 119.235,16 AZN əsas borc, 53755,60 AZN dəbbə pulu; O********* saylı, ## ##### 2024-cü il tarixli Xidmət müqaviləsi üzrə 45754,5 AZN əsas borc, 19798,30 AZN dəbbə pulu; AZE-LEAS_AZ- ****-**** saylı, ##.##.2025-ci il tarixli icarə müqaviləsi üzrə 29854 AZN əsas borc məbləğlərinin və dövlət rüsumunun ödənilməsinə görə 559 AZN pulun tutularaq iddiaçı xxxx ASC-yə ödənilməsi, Cavabdeh MMC-nin qarşılıqlı iddiası üzrə 87776,43 manat tələbinə onun xxxx ASC-yə olan 194843,66 AZN əsas borcunun 87776,43 manat hissəsi ilə əvəzləşdirilərək xitam verilməsi, qarşılıqlı iddianın 10000 cərimə və ödənilmiş 383,40 manat dövlət rüsumunun ödənilməsi tələbinin təmin edilməməsi, 107067,23 AZN əsas borc məbləğinin, hesablanmış 73533,9 AZN cərimə məbləğinin, dövlət rüsumuna görə ödənilmiş 559 AZN pulun Cavabdeh MMC-dən tutularaq Holcim Azərbaycan ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Daha sonra “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Ərizəçi qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 87.776,43 manat əsas borcun və Mülki Məcəllənin 445-ci maddəsinə əsasən, gecikdirilmiş vaxt üçün 1000 manat faizlərin və ödənilmiş 383,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** nömrəli ## ### 2026-cı il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmişdir. 4.Həmin qətnamədən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Kommerisya Kollegiyasının ## #### 2026-cı il tarixli *-*(*-*)-***/**** nömrəli qərardadı ilə icraata qəbul edilmiş, məhkəmə iclası ## ######## 2026-cı il tarixə, saat 10:20-yə təyin edilmişdir. 5.Hazırda “xxxx” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin banklarda mövcud olan hesablarındakı pul vəsaitlərinin üzərinə işçilərinin əmək haqqlarının verilməsi, dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) aparılmasına və xxxx ASC-nin bank hesablarına ödəniş etməsinə məhdudiyyət qoyulmadan 194843,66 manat həddində həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 6.Məhkəmə kollegiyası hesab edir ki, ərizə geri qaytarılmalıdır.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. ...
Maddə 69. Nümayəndə vasitəsi ilə işin aparılması ... 69.2. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir.
Maddə 73. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. ... 73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. ...
Maddə 159. Müvəqqəti təminat tədbirləri haqqında ərizəyə baxılması ... 159.4. Məhkəmə aşağıdakı hallarda müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir: ... 159.4.2. ərizə imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. 159.5. Bu Məcəllənin 159.4.1-159.4.3-cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər.
8. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə elektron kabinet vasitəsi ilə təqdim edilmiş, ərizə Asif Qafarlı adlı şəxs tərəfindən elektron imza ilə imzalansa da, onun səlahiyyətlərinin təsdiq edən sənədlər əlavə edilməmişdir. 9.Ərizə fiziki olaraq Devran Abdullayev tərəfindən imzalanmış və onun səlahiyyətlərini təsdiq edən etibarnamə iş materiallarına əlavə edilmişdir. 10.Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, kommersiya mübahisələri üzrə ərizələr “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, ərizəçinin (və ya onun nümayəndəsinin) elektron kabinetindən göndərilməli və gücləndirilmiş elektron imza ilə təsdiqlənməlidir. Bu baxımdan, ərizənin səlahiyyəti müəyyən olmayan Asif Qafarlı tərəfindən təqdim edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. 11.D.Abdullayevin imzaladığı ərizənin bu formada təqdim olunması onun həqiqiliyinin müəyyən edilməsini, eləcə də ərizənin məhz səlahiyyətli şəxs tərəfindən imzalanıb təqdim edildiyini texniki baxımdan təsdiq etməyi qeyri-mümkün edir. 12.Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizə qanunvericilikdə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən həmin ərizəyə baxılması mümkün deyildir.
13. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 159, 365, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
İlkin iddia üzrə iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə müvəqqəti təminat tədbirinin görülməsinə dair “xxxx” ASC adından verilmiş müvəqqəti təminat tədbiri barədə ərizə geri qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.