Məhkəmə qərarları › İş №16(3-9)-119/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №16(3-9)-119/2026

16.09.2026 · Müvəqqəti təminat tədbirləri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 16(3-9)-119/2026 16.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, ərizəçi İsmayılova Billurə Atamoğlan qızının uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə müvəqqəti təminat tədbirinə dair iş üzrə Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından maraqlı şəxs İsmayılov Tural Sarif oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İsmayılov Tural Sarif oğlu ilə İsmayılova Billurə Atamoğlan qızı 2013-cü ildən rəsmi nikahda olmuş, bu nikahdan 2 uşaq - ##.##.2017-ci il təvəllüdlü Xanımzeynəb və ##.##.2020ci il təvəllüdlü Sarif doğulmuşdur. Hazırda İsmayılova Billurə Atamoğlan qızı məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə verərək, azyaşlı uşağı ##.##.2017-ci il təvəllüdlü İsmayılsoy Xanımzeynəb Tural qızı ilə həftənin 6 və bazar günləri valideynlərinin evində saat 10:00-dan saat 20:00-dək ünsiyyət hüququnun təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəçi чфршюштш onunla əsaslandırmışdır ki, ilk vaxtlarında cavabdehlə mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş və o, məcbur qalıb nikahın pozulması, uşaqların ana ilə qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmiş və uşaqları da götürərək valideynlərinin yanına getmişdir. O, məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh uşaqlar ilə maraqlanmamış, heç vaxt onları soruşmamışdır. Cavabdeh özü xəstədir və ona baxılmağa görə dövlət tərəfindən də pul ödənilir. O, valideynlərinin yanında olan müddətdə onun təkidi ilə uşaqlar ataları ilə görüşmüşlər. O, məhkəməyə müraciət etdikdən sonra alimentə görə Xanımzeynəb adlı uşağı yanında saxlamışdır. Dəfələrlə uşaqla bir ana kimi ünsiyyətdə olmaq və uşağı ilə görüşmək istəsə də cavabdeh hər dəfə müxtəlif bəhanələrlə buna imkan verməmişdir. İddia tələbinin araşdırılması müddətində uşağı Xanımzeynəbsiz yaşaya bilmir və hər gün onların xəyalı ilə yaşayırmış, azyaşlı qardaşı da bacısı üçün hər gün ağlayır. Cavabdeh isə uşağı ona göstərmir və onu müxtəlif bəhanələrlə aldadır. Ərizəyə baxılmış, Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Muxtarov) ## ###### 2026-cı il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri haqqında ərizə qismən təmin edilmiş, ərizəçi İsmayılova Billurə Atamoğlan qızının uşağı–##.##.2017-ci il təvəllüdlü İsmayılsoy Xanımzeynəb Tural qızı ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydası hər həftənin şənbə günləri saat 10:00-dan 17:00-dək uşaq onun yaşayış yeri üzrə cavabdeh İsmayılov Tural Sarif oğlu tərəfindən İsmayılova Billurə Atamoğlan qızına, həmin günlər saat 17:00-da isə eyni ünvanda İsmayılova Billurə Atamoğlan qızı tərəfindən İsmayılov Tural Sarif oğluna təhvil veriməsi, qeyd edilən müvəqqəti təminat tədbirinin Kürdəmir Rayon Məhkəməsinin icraatında olan *(*-***)- ****/**** saylı mülki işə mahiyyəti üzrə baxılıb qurtardıqdan sonra qüvvədən düşmüş hesab edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Qərardaddan maraqlı şəxs İsmayılov Tural Sarif oğlu şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini, müvəqqəti təminat tədbiri barədə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə müvəqqəti təminat tədbiri tətbiq edərkən nəzərə almamışdır ki, tərəflər uzun müddətdir ki, faktiki ayrı yaşayırlar. İddiaçı nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və aliment tələb etsə də, məhkəmə tərəfindən müvvəqəti təminat tədbiri qismən təmin edərkən, 10.00-17.00-dək uşaqla ünsiyyət təmin edilməsi daha ədalətsiz olar. Belə ki, Ailə Məcəlləsinin 67.5-ci maddəsinə əsasən valideynlik hüquqlarının bərpası uşağın mənafeyinə zidd olarsa, məhkəmə valideynlərin (onlardan birinin) valideynlik hüquqlarının bərpası iddiasını uşağın rəyini nəzərə almaqla rədd edə bilər. Həmçinin müəyyən edilmiş ünsiyyət vaxtı uşağın uzun müddət ərzində ata qayğısından məhrum olmasına səbəb olur. Düzdür, iddiaçının uşağı ilə ünsiyyətdə olmaq hüququ vardır. Lakin iddiaçının tələb etdiyi qaydada ünsiyyət vaxtının müəyyən edilməsi uşağın mənafeyinə uyğun deyil. Belə ki, Rayon Məhkəməsinin iddiaçının övladı ilə ünsiyyətdə olması üçün müəyyən etdiyi vaxt uşağın mənafeyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarına əsasən yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı(uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir. Məhkəmə qərardadı qəbul edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2020-ci il tarixli qərarında qeyd edilən minimal həddə görüş verilməsini və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmaması araşdırmamışdır. Billurə İsmayılova övladlarını heç bir səbəb olmadan dəfələrlə döyərək xəsarət yetirmişdir. O ailənin dağılmaması üçün Billurə İsmayılovanın valideyinlərinə bu barədə məlumat vermişdir. Məlumat versə də heç bir nəticəsi olmamışdır. Billurə İsmayılovanın uşaqları döyməsi səbəbindən aralarında dəfələrlə mübahisə baş vermişdir. 2026-cı ilin aprel ayında həyat yoldaşı İsmayılova Billurə Atamoğlan qızı ilə aralarında söz-söhbət olmuş və o, uşaqları da götürüb valideynlərinin evinə getmişdir. İsmayılova Billurə Atamoğlan qızı atası evində övladı Xanımzeynəb İsmayılsoya şiddət göstərərək, heç bir səbəb olmadan övladını döymüşdür. Övladı anası tərəfindən şiddət göstərilərək döyüldüyündən onun yanına gəlmiş və ağlaya-ağlaya anası tərəfindən şiddətə məruz qaldığını bildirmişdir. Bir ata kimi övladına anası tərəfindən şiddət göstərilməsindən narahatdır. Digər övladı Sarif anasının yanındadır. Övladı Sarifə anası tərəfindən şiddət göstərəcəyindən də narahatdır. Ərizəyə əlavə etdiyi CD-diskddən və fotoşəkillərdən də görünür ki, övladına anası tərəfindən şiddət göstərilmişdir. Şikayətə baxılmış, Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu ərizəçiyə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, müvəqqəti təminat tədbirinin tətbiqi barədə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Ərizəçi tələbində uşaqla ünsiyyət vaxtının və qaydasının müəyyən edilməsinə dair mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək ##.##.2017-ci il təvəllüdlü övladı İsmayılsoy Xanımzeynəb Tural qızı ilə müvəqəti təminat tədbiri kimi müvəqqəti ünsiyyətdə qaydasının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 157-ci maddəsinə əsasən: 157.1. Maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. 157.2. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.3. Müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. MPM-in 158.1-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbirləri görülə bilər. (MPM-in 158.1.2 və 158.1.3-cü maddələri) MPM-in 158.2-ci maddəsinə əsasən məhkəmə zəruri hallarda digər müvəqqəti təminat tədbirlərini də tətbiq edə bilər. İşin hallarından müəyyən edilir ki, iddiaçı İsmayılova Billurə Atamoğlan qızının cavabdeh İsmayılov Tural Sarif oğluna qarşı nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment tələbinə dair Kürdəmir Rayon Məhkəməsinin icraatında olan *(*-***)- ****/**** saylı mülki iş vardır. Ərizəçi həmin mülki işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək, yəni nikahın pozulması, uşaqların himayədə saxlanılması və aliment barədə işə mahiyyəti üzrə baxılıb yekun qərar qəbul edilənədək müvəqqəti təminat tədbiri kimi müvəqqəti olaraq uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini xahiş etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarında qeyd olunur ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, yanında uşaq olmayan tərəfin vəsatətinə əsasən onunla uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq uşaq yanında olan tərəfə digər tərəfin uşağı (uşaqları) ilə məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən uşağı tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olubolmamasına qiymət verilməlidir. Kollegiya qeyd edir ki, müvəqqəti təminat tədbiri müvəqqəti xarakter daşıyır və işi qabaqcadan həll etmir. Məhkəmə Kollegiyası, ərizəçi ilə hazırda ondan ayrı yaşayan uşağının arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə, anası (ərizəçi B.İsmayılova) ilə uşağının müvəqqəti görüşməsi və ünsiyyətlə bağlı müəyyən vaxtın verilməsini mümkün sayır. Kollegiya şikayətin təmin edilməsi, müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya hesab edir ki, hazırki müvəqqəti təminat tədbirinin görülməsi qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 397, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, **(*-***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar