Məhkəmə qərarları › İş №2(001)-2318/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-2318/2021

14.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-2318/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi, hərracın nəticələrinin, protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə yeni çıxarış verilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında, Bakı şəhərində baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5-yə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 ona məxsus ipoteka ilə yüklü edilmiş mənzilin hərracdan satılması barəsindəki qərarının iddia verilməsi ilə və iş üzrə apellyasiya şikayəti verilməsilə əlaqədar ləğv edilməsi, ona məxsus mənzilin qiymətləndirilməsinə dair "xxxx" MMC-nin hesabatının etibarsız hesab edilməsi, ona məxsus mənzilin satılması ilə əlaqədar "xxxx" MMC ilə hərracı udan şəxs arasında bağlanmış “Hərracın yekunları barədə” müqavilə qüvvəsinə malik protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında müvafiq çıxarışın ləğv edilməklə, həmin mənzilə onun adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən yeni çıxarış verilməsi, Cavabdeh5-nə qanunsuz keçirilmiş hərracın qalibi kimi ipoteka predmeti olan mənzilin hərracdan satılması və alınması ilə əlaqədar ödədiyi pul vəsaitinin Cavabdeh5-nə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)-175/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-nin ondan 33748,72 ABŞ dolları əsas borc, 5346,2 ABŞ dolları faiz borcu, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 %-lə hesablanmış 4077,97 ABŞ dolları olmaqla, cəmi 43172,89 ABŞ dolları borc və 30 manat məbləğində dövlət rüsumunun ləğv prosesində olan Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185,15 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, cavabdehin və ailə üzvlərinin həmin evdən çıxarılması və onun satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş və ondan 29881,88 ABŞ dolları əsas borc, müqavilə müddətindən sonrakı dövr üçün illik 5 % hesablanmış 4047,5 ABŞ dolları borcu, cəmi 33929,38 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə tutularaq Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi və tələbin ipoteka predmeti olan onun mülkiyyətindəki Bakı şəhəri, Binəqədi şossesi, ev 185,15 saylı mənzilə yönəlməsi, mənzilin ilkin satış qiymətinin 123320 manat müəyyən edilməklə açıq hərracda satılması, satışından əldə olunacaq məbləğ hesabına Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-yə olan borcun təmin edilməsi və onun geci bir ay ərzində həmin mənzili tərk etməsi qət edilmişdir. Bundan başqa dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun 20 manatının ondan tutularaq Cavabdeh5 Bank Olmayan Kredit Təşkilatı ASC-yə ödənilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli, 2(001)-175/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş və qətnamə ona göndərilmədiyi üçün qətnamədən kassasiya şikayəti verilməmişdir. Cavabdeh5-yə hərracın qalibi olması ilə əlaqədar ipoteka predmeti olan mənzilin hərracdan satılması və alınması ilə əlaqədar ödədiyi məbləğ onun özünə geri qaytarılmalıdır. 05 avqust 2020-ci ildə Binəqədi İcra və Probasiya şöbəsində icra işinin başlanması haqqında qərar 13 iyul 2020-ci ildə ona poçt vasitəsilə çatdırıldıqdan sonra Bakı şəhəri Apellyasiya məhkəməsinin qətnaməsindən xəbərdar olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin barəsindəki qətnamənin ona rəsmi qaydada verilməsi ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(103)-548/2020 saylı icra məmuru Məhəmməd Qaragözov tərəfindən 13 iyul 2020-ci tarixli qərarı ilə əsassız olaraq icraat işi başlanmışdır. İcra qrumuna qarşı Bakı inzibati məhkəməsinə qərarın ləğv edilməsi barədə iddia ərizəsi verilmiş və qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edilmişdir ki, həmin məhkəmə baxışı Bakı şəhər Apellyasiya Məhkəməsində 2- 1(103)-2347/2020-001 iş üzrə 04.03.2021-ci il saat 11:55-ə hakim Aida Hüseyn tərəfindən təyin edilmişdir. Qanuna müvafiq olaraq, icra işi üzrə icra hərəkətləri ümumiyyətlə iş üzrə icraatın məcburi dayandırılmalı olduğu halda, göstərilən qanuna zidd icra qurumu Hərrac və qiymətləndirmə keçirilməsi barədə qanunsuz hərəkətlər etmiş, nəticədə də məcburi dayandırılmalı olan icra işi üzrə qanunazidd hərraclar və qiymətləndirmə keçirilmiş, əmlakı qanunsuz olaraq satılmışdır. İcra hərəkətlərindən, hərrac və qiymətləndirmədən, onun iştirakını təmin etmədən əmlakının satılmasından heç bir xəbəri olmamışdır və bununla da ona qarşı qanunsuz hərəkətlər edilmiş, əmlakı qanunlara zidd olaraq özgəsinə satılmışdır ki, bununla da qanunun tələbləri kobud surətdə pozulmuşdur. Hərrac və qiymətləndirmə xidmətləri hüquqi şəxs olaraq hərrac və qiymətləndirməni ədalətli keçirilməsini öz öhdəsinə götürürlər. Digər tərəfdən borclu şəxsin əmlak maraqları nəzərə alınmalı və həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmamalıdır. Ona məxsus mənzil xəbəri olmadan likvid qiymət əsas götürülməklə dəyərindən aşağı qiymətə qanunsuz olaraq tələm-tələsik satılmışdır ki, buna əsas olan İcra və Probasiya şöbəsinin qanunsuz qərarları ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi və vəkili X4 isə məhkəmə iclasında ərizə verərək, işə mahiyyəti üzrə baxılmasını və tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi (vəkili) izahat verərək bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı Cavabdeh5, cavabdeh Nəzifə Kəngərlidən onun xeyirinə 33.748 müddətindən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 4077,97 ABŞ dolları olmaqla, cəmi 43.172,89 ABŞ dolları borc və 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka pretmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, ilkin iddia üzrə cavabdehin və ailə üzvlərinin həmin evdən çıxarılması və onun satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Kəngərli Nəzifədən 29.881,88 ABŞ dolları əsas borc, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%- lə hesablanmış, 4047.5 ABŞ dolları borc, cəmi 33.929.38 ABŞ dollarının ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə tutularaq iddiaçı Cavabdeh5-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Nəzifə Kəngərlinin mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 123.320 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına Cavabdeh5-yə olan borcun ödənilməsi və cavabdehin geci 1 ay ərzində həmin mənzili tərk etməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın 20 manat hissəsinin Nəzifə Kəngərlidən tutularaq Cavabdeh5-yə ödənilməsi, aparılmış ekspertiza tətqiqatlarının dəyərinin 200 manatının Nəzifə Kəngərlidən, 100 manatın isə Cavabdeh5-dən tutularaq dövlət nəfmə ödənilməsi qət edilmişdir. Cavabdeh Nəzifə Kəngərli, həmin qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddiaçıya olan borcunun düzgün hesablanaraq yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən işin faktiki halları araşdırılaraq, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-175/2019 saylı iş üzrə 22 iyul 2019-cu il tarixli qətnaməsi, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%-lə tutulmalı olan borcun məbləği və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti hissələrində dəyişdirilməsi; X3 Cavabdeh5-nin xeyrinə tutulan, müqavilə müddətindən sonrakı dövr üçün illik 5% məbləği 3664, 60 (üç min altı yüz altmış dörd manat, altmış qəpik) ABŞ dolları (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə) müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şosesi, ev 185, 15 saylı mənzilin ilkin satış qiymətinin 183.000 (bir yüz səksən üç min) manat müəyyən edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmışdır. Hal-hazırda X1 Rayon Məhkməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidməti 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1 və Cavabdeh5-yə qarşı qiymətləndrilmənin ləğv edilməsi, hərracın nəticələrinin, protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə yeni çıxarış verilməsi, icra qərarlarının etibarsız sayılması, hərracla əlaqədar ödənilmiş məbləğin hərracın qalibinə qaytarılması" tələbinə dair iddia qaldırmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)548/2020 saylı, 19.02.2020 tarixdən etibarən qanuni qüvvəyə minən qətnaməsi mövcud olmuş və bununla bağlı X8 tərəfindən kassasiya şikayəti verilməmişdir. İddiaçı iddia tələbində qeyd etmişdir ki, guya Apelyasiya Məhkməsinin qətnaməsindən xəbərdar olmaması və hərracın tələm-tələsik həyata keçirilməsi səbəbilə kassasiya şikayəti verməsi mümkün olmamışdır. Halbuki, sözügedən hərrac 24.11.2020-ci il tarixdə həyata keçirilmiş və qətnamənin qəbul olunması ilə hərracın keçirilməsi arasında 9 ay müddət keçmişdir. Bu 9 ay ərzində X5 işin gedişatmdan xəbərinin olmamasının mümkün olmadığı qənaətindədirlər. Bununla yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Binəqədi Rayon İcra Şöbəsi tərəfindən işin icarsı ilə əlaqədar X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzili hərracda qalib gəlmiş "xxxx" ASC-nə Ns51/103 saylı, 24.11.2020-ci il tarixli protokol əsasında satılması ilə əlaqədar "xxxx" ASC-nin adma rəsmiləşdirilməsinə dair göstəriş verilməsi barədə 13.04.2021-ci il tarixli məktub ünvanlanmnışdır. İddiaçı X1 Rayon Məhkəməsinin 2(001)- 175/2019 saylı, 22 iyul 2019-cu il tarixli qətnaməsindən verdiyi şikayətdə Cavabdeh5-yə olan borcunun düzgün hesablanmaması səbəbindən yenidən hesablanmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi 2(103)548/2020 saylı, 19.02.2020 tarixli qətnaməsində borcun məbləği və ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti hissələrində Bakı şəhər Binəqədi Rayon Məhkməsinin qətnaməsininin dəyişdirilməsini qət etmişdir. Yani əslində, X5 apelyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin olunmuşdur. Lakin, iddiaçı tərəfindən bu ümumiyyətlə diqqətə alınmamışdır. İddiaçı X8 tərəfindən cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh4, Azərbaycan Respublikası ƏMDK yanında DƏDR Xidməti 1 saylı Bakı Ərazi İdarəsi, Cavabdeh1 və Cavabdeh5-yə qarşı qiymətləndrilmənin ləğv edilməsi, hərracın nəticələrinin, protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə yeni çıxarış verilməsi, icra qərarlarının etibarsız sayılması, hərracla əlaqədar ödənilmiş məbləğin hərracın qalibinə qaytarılması" tələbinə dair verilən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh1 məhkəmə iclasına nümayəndələrini göndərməmişlər və iclasda iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdeh "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 548/2020 saylı, 19 fevral 2020-ci il tarixli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, cavabdeh İddiaçı 29.881,88 ABŞ dolları əsas borc, müqavilə müddətindən sonrakı dövr üçün illik 5%-lə hesablanmış 3664,60 ABŞ dolları borc, cəmi 33.546,48 ABŞ dolların (ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla manat valyutası ilə), dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manat hissəsinin tutularaq iddiaçı Cavabdeh5-yə ödənilməli, tələb ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 183.000 (bir yüz səksən üç min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunacaq məbləğ hesabına Cavabdeh5yə olan borcun ödənilməsi təmin edilməli və İddiaçı geci 1 ay ərzində həmin mənzili tərk etməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri kimi 200 (iki yüz) manat İddiaçı, 100 (bir yüz) manat Cavabdeh5-dən tutularaq dövlət büdcəsinə (Məhkəmə Ekspertizası Mərkəzinin hesabına), 150 (bir yüz əlli) manat isə İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarından aydın olur ki, qeyd edilən icra vərəqəsinin icrası proseduruna başlanılmış, Cavabdeh1 21 sentyabr 2020-ci il tarixli sifarişi əsasında "xxxx" MMC tərəfindən hərraca çıxarılmış, həmin MMC tərəfindən sözügedən əmlakla bağlı 16 oktyabr 2020-ci il və 02 noyabr 2020-ci il tarixlərdə hərraclar keçirilmiş, həmin hərraclar baş tutmamış elan edildiklərindən əmlakı təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə - yəni, 116662,50 manata alması "xxxx" BOKT ASC-yə ünvanlanmış 05.11.2020ci il tarixli məktubla təklif olunmuşdur. Bakı şhəri Binəqədi Rayon İcra Şöbəsinin AR ƏMDK DƏDRX-nin Bakı şəhər ərazi idarəsinə ünvanladığı 13.04.2021-ci il tarixli məktubundan görünür ki, X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzil hərracda qalib gəlmiş "xxxx" BOKT ASC-nə №51/03 saylı, 24.11.2020-ci il tarixli protokol əsasında satıldığından həmin mənzilin hərracda qalib gəlmiş "xxxx" BOKT ASC-nin adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. İddiaçı, hərracın qanun pozuntuları ilə keçirildiyini iddia edərək hazırkı iddia tələblərini irəli sürmüşdür. Bu mənada məhkəmə, ipoteka predmetinə tutma yönəldilməsi, müqavilənin hərracda bağlanması və etibarlılığı ilə əlaqədar bəzi məsələlərin təhlil olunmasını zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinə tutmanın yönəldilməsinin həm məhkəmədən kənar, həm də məhkəmə qaydası nəzərdə tutulmuşdur (Qanunun 35-39-cu maddələri). Qanunun 39.3.3-cü maddəsində tutmanın məhkəmə qaydasında yönəldildiyi təqdirdə ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə qərarında göstərilməsi də nəzərdə tutulmuşdur. Qanunda məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi prosedurunun icra məmuru tərəfindən həyata keçirilərək ipoteka predmetinin hərracda satılması, icra məmurunun hərracın keçirilməsini əmtəə birjasının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verməsi, sifarişin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunmaqla və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirməsi, hərracın isə açıq auksion formasında keçirilməsi öz əksini tapmışdır (Qanunun 41.2-ci, 41.3-cü və 41.5-ci maddələri). Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsində isə göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. "xxxx" MMC tərəfindən məhkəməyə göndərilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilin hərracda satılmasına dair sənədlərdən aydın olur ki, Cavabdeh1 21 sentyabr 2020-ci il tarixli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzilin hərraca çıxarılaraq satılması "xxxx" MMC-yə üçün sifariş verilmiş, mənzilin satılması ilə əlaqədar 16 oktyabr 2020-ci il tarixdə birinci, 02 noyabr 2020-ci il tarixdə təkrar hərrac keçirilmiş, birinci hərracla bağlı iddiaçıya (yaşadığı həmin ünvana) 22.09.2020-ci il tarixdə bildiriş göndərilərək mənzilin 183000 manat ilkin qiymətlə, təkrar hərracla bağlı isə 20.10.2020-ci il tarixdə bildiriş göndərilərək mənzilin 155550 (birinci hərracdakı ilkin satış qiymətindən 15% daha ucuz) ilkin qiymətlə hərraca çıxarılacağı, hərracın keçiriləcəyi tarix və vaxt barədə məlumat verilmiş, birinci hərraca dair bildiriş 29.09.2020-ci il tarixdə “Kəngərli” soyadı, təkrar hərraca dair bildiriş isə 22.10.2020-ci il tarixdə “Əsədov” soyadı qeyd edilib imzalanmaqla qəbul edilmişdir. Eyni zamanda “Atribut” qəzetinin №24(367) 22-28 sentyabr 2020-ci il sayında birinci, “Birja yenilikləri” qəzetinin №219(219) 19 oktyabr 2020ci il tarixli sayında isə təkrar hərracla bağlı elanlar yerləşdirilmişdir. “İpoteka haqqında” Qanunun 43.7 və 43.8-ci maddələrinə müvafiq olaraq bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Hərraclarla bağlı toplanmış sənədlərdə olan “Birja yenilikləri” qəzetinin №219(219) 19 oktyabr 2020-ci il sayında dərc edilmiş məlumatdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 185 saylı evin 15 saylı mənzilinin satılması ilə bağlı təkrar hərrac baş tutmamışdır. İşdə olan "xxxx" MMC-nin Sifarişçi- Cavabdeh1nə, tələbkar – Cavabdeh5-yə, borclu İddiaçı və "xxxx" MMC-yə göndərilmiş 05.11.2020-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair Təklifindən görünür ki, borclu İddiaçı məxsus ipoteka yüklü Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 185 saylı evin 15 saylı mənzilinin təkrar hərracları baş tutmadığından “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 116.662,50 (bir yüz on altı min altı yüz altmış iki manat 50 qəpik) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin AR ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 13.04.2021-ci il tarixli məktbu ilə isə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 185, 15 saylı mənzil hərracda qalib gəlmiş "xxxx" BOKT ASC-nə №51/03 saylı, 24.11.2020-ci il tarixli protokol əsasında satıldığından həmin mənzilin hərracda qalib gəlmiş "xxxx" BOKT ASC-nin adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən İddiaçı məxsus əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən, əksinə hərracın keçirilməsinə dair prosedur “İpoteka haqqında” Qanunun tələblərinə riayət edilməklə keçirildiyindən iddia tələblərinin təmin edilməsi üçün əsas mövcud deyidir. Məhkəmə iddiaçının iddia tələbinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-548/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və sözügedən qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda iddiaçı Bakı şəhəri Cavabdeh1 icraata başlamaq haqqında 13 iyul 2020-ci il tarixli qərarının ləğv edilməsi tələbi ilə Bakı İnzaibati Məhkəməsinə müraciət etsə də, həmin iddia Bakı İnzibati Məhkəməsinin 19.10.2020-ci il tarixli qərardadına əsasən mümkün sayılmamışdır. Tərəflərin izahatlarından isə, həmin qərardadın apellyasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanıldığı müəyyən olunmuşdur. “İpoteka haqqında” qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi, hərracın nəticələrinin, protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə yeni çıxarış verilməsi və s” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Kоnstitusiyаsının 127-ci mаddəsinin İİ hissəsində ədаlət mühаkiməsinin həyаtа kеçirilməsinin əsаs prinsipləri kimi işlərə qərəzsiz, ədаlətlə, tərəflərin hüquq bərаbərliyinə, fаktlаrа əsаsən və qаnunа müvаfiq bаxılmаsı təsbit еdilmişdir. Аzərbаycаn Rеspublikаsı MPM-nin 9.1-ci mаddəsində göstərilir ki, ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа kеçirilir. Həmin Məcəllənin 9.3-cü mаddəsində göstərilir ki, məhkəmə bütün hаllаrdа prоsеsin çəkişmə prinsipini təmin еtməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə еtdiyi dəlillərlə, оnlаrın vеrdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh1nə və Cavabdeh5-yə qarşı “qiymətləndirmənin ləğv edilməsi, hərracın nəticələrinin, protokolların etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi ilə yeni çıxarış verilməsi və s” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar