Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-3457/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “televizorun yenisi ilə əvəz edilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “televizorun yenisi ilə əvəz edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldığı eyni televizorun yenisi ilə əvəz olunmasını, bu mümkün olmadıqda ödədiyi məbləğin ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə 1 il müddətinə zəmanəti olan dəyəri 1,449 manata olan “LG 49NANO866NA.AMCB” model televizor almışdır. Həmin televizor bir müddət işlədikdən sonra ekranında nasazlıq yaranmışdır. O, xx.xx.2021-ci il tarixdə, yəni zəmanət dövründə məhsulun təmir edilməsi üçün cavabdehin rəsmi servis mərkəzinə müraciət etmiş, lakin iki il müddət keçməsinə baxmayaraq, cavabdeh məhsulu təmir edib ona təhvil verməmişdir. Cavabdeh tərəfindən ona televizorun ekranın zədələnməsi bildirilsə də, lakin bununla bağlı ekspertiza rəyi ona təqdim edilməmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Məmmədov iddia tələbini qəbul etməyərək, tələbin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - zəmanət talonundan görünür ki, İddiaçı tərəfindən alınmış 1449 manat məbləğində olan “TV LG 49NANO866NA.AMCB” model televizor üçün 1 il müddətinə satış sonrası xidmət (zəmanət) müddəti təyin olunmuşdur (xx.xx.2021). - “Baku Service Company” tərəfindən verilmiş ******* №-li qəbzdə ekranın qırıq olması, qırılması səbəbinin dəqiqləşdirilməsi üçün diaqnostika keçirilməsi və texniki rəy yazılması qeyd edilmişdir (xx.xx.2021). - whatsapp yazışmalarından görünür ki, İddiaçı cavabdeh tərəfə televizorda qusur olması barədə məlumat verilmiş, lakin müsbət nəticə əldə etməmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1040 nömrəli ekspert rəyinə əsasən “TV LG 49NANO866NA.AMCB” markalı televizorun hər hansı bir müdaxilə-zədə aşkar edilməmişdir. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq, məhkəmə iddiaçının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “televizorun yenisi ilə əvəz edilməsi və s.” tələbinə qiymət verərək, belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Mülki Məcəllənin 582.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində satınının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verilməlidir. Həmçinin, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 5.3-cü maddəyə əsasən Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. - 5.4-cü maddəyə İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. - 6.1-ci maddəsinə əsasən İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. - 6.2-ci maddəsinə əsasən zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. - 6.4-cü maddəsinə əsasən zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. - 7.1-ci maddəsinə əsasən İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini tələb etmək hüququna malikdir və müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. - 7.2-ci maddəsinə əsasən Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. - İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. - 14.2.-ci maddəsinə əsasən zəmanət müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən İddiaçı alqı-satqı müqaviləsi üzrə təqdim edilmiş “TV LG 49NANO866NA.AMCB” model televizor zəmanət müddəti ərzində malın keyfiyyətinin itməsi səbəbindən alıcı əşyanın, həmin əşyaya uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini tələb etmək hüququna malikdir və tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Cavabdeh MMCdən aldığı “TV LG 49NANO866NA.AMCB” model televizor yenisi ilə əvəz edilməli (uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə), bu mümkün olmadığı təqdirdə televizorun dəyərinin əvəzi olaraq ödənilmiş 1449 manat pul məbləği iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Cavabdeh MMC-dən aldığı “TV LG 49NANO866NA.AMCB” model televizor yenisi ilə əvəz edilsin (uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə), bu mümkün olmadığı təqdirdə televizorun dəyərinin əvəzi olaraq ödənilmiş 1449 (bir min dörd yüz qırx doqquz) manat pul məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsümu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-3457/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-3457/2023
15.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver