Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5169/2020 11.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi Cavabdeh qarşı müstəntiqin hərəkət və hərəkətsizliyi barədə iddia ərizəsini araşdırıb MÜƏYYƏN ETDİM İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi Cavabdeh qarşı müstəntiqin hərəkət və hərəkətsizliyi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.2.-ci maddəsinə əsasən, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi Cavabdeh hərəkət və hərəkətsizliyinə dair müraciətinə mülki məhkəmə icraatı qaydasında baxılmasını xahiş edir. Azərbaycan Respublikası CPM-nin 442.1.-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyataxtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: 442.2.1. hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; 442.2.2. cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. Həmin Məcəllənin 449.1.-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: 449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); 449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; 449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; 449.1.4. müstəntiqin; 449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. Həmin Məcəllənin 449.2.-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. İstinad olunan normalardan müəyyən olunur ki, İddiaçı müstəntiqin hərəkət və hərəkətsizliyindən məhkəmə nəzarəti qaydasında Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçının hazırkı iddia ərizəsi, iddia tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmasına yolverilməməsi əsası ilə qəbul edilməkdən imtina edilməlidir. İddiaçıya müstəntiqin hərəkət və hərəkətsizliyindən Azərbaycan Respublikası CPM-nin tələblərinə əsasən məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququnun olması izah olunur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 153.2., 153.2.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon X1 şöbəsinin müstəntiqi Cavabdeh qarşı müstəntiqin hərəkət və hərəkətsizliyi barədə iddia ərizəsi qəbul edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-5169/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5169/2020
11.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver