Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-518/2021 19.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçıların nümayəndə və vəkilləri Vəkil iştirakı ilə, Həsənova Ofelya Baldadaş qızının, Abbasova Vüsalə Vahid qızının, Mirzəyeva Nərmin İlqar qızının, Əyyubov Tərlan Mahir oğlunun, Zülfüqarov Ülvi Vaqif oğlunun, Bağırov Azər Adil oğlunun, Abdullayev Elşən Fikrət oğlunun, Hacıyeva Lalə Tofiq qızının, Cəfərov Kənan Salman oğlunun, Əliyev Toğrul Mürsəl oğlunun, Kərimov Rəşad Sərdar oğlunun, Osmanova Aytən Etibar qızının, Əliyev Anar Yusif oğlunun, Həsənova Fidan Mövsüm qızının, Guseynova Elenanın, Babayeva Nərgiz Vaqif qızının, Hacıyeva Gülşən Zakir qızının, Saracev Murad Siracəddin oğlunun, Şərbətov Rövşən Rasim oğlunun, Bayramova Günel Etibar qızının və Abdulla Cavanşir Ənvər oğlunun “Xəzər Universiteti Dünya Məktəbi” MMC-yə qarşı “əmrin etibarsız hesab edilməsi, şagirdlərin təhsillərinin davam etdirilməsinin təmin olunması və s.” tələblərinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, Şərbətov Rövşən Rasim oğlu, İddiaçı1 və İddiaçı7 birgə iddiaçılar şəklində Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məktəbin Pedoqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarı, həmin tarixli 6 saylı əmri və məktəbin valideynlərə ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişlərin məktəb ilə 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqaviləyə zidd və qanunsuz hesab edilərək etibarsız sayılması, iddiaçıların övladlarının – şagirdlərin müqavilə şərtlərinə əsasən təhsilinin Dünya Məktəbində davam etdirilməsinin cavabdeh tərəfindən təmin olunması, cavabdeh məktəbdə onlyan qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə təqdim edilməsi vəsifəsinin cavabdehə həvalə edilməsi, cavabdehin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndə və vəkilləri Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçıların övladlarının təhsil aldıqları Cavabdeh (bundan sonra məktəb) tərəfindən xx xxxx 2020-ci il tarixdə bəzi valideynlərə onlayn qaydada aşağıdakı məzmunda bildiriş göndərilmişdir: “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarını və təsisçilərin tövsiyyələrini rəhbər tutaraq 25 iyun tarixli əmrə əsasən, Sizinlə Dünya Məktəbi arasında 2019/2020-ciil tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci il tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir.” Bildirişi almış valideynlər məktəbin həm elektron ünvanına, həm də poçt ünvanına yazılı müraciət ünvanlayaraq bildirişdə göstərilən Pedaqoji Şuranın 25 iyun tarixli onlayn qərarının və həmin tarixli əmrin surətlərinin valideynlərə təqdim edilməsini, habelə valideynlərlə bağlanmış müqavilənin uzadılmamasının səbəbləri və əsasları barədə rəsmi məlumat verilməsini tələb etsələr də, onlara heç bir cavab verilməmişdir. Valideynlərə göndərilmiş bildiriş müqavilə şərtlərinə zidd olmaqla tamamilə qanunsuzdur. Belə ki, valideynlərlə məktəb arasında 2019/2020-ci il tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanılmış müqavilənin tarixi və nömrəsi, bitmə tarixi və növbəti 2020/2021-ci il tədris ili üçün həmin müqavilənin uzadılmamasının nə müqavilə, nə də qanuni əsasları bildirişdə göstərilməmişdir. Digər tərəfdən, valideynlərlə məktəb arasında 2019/2020-ci tədris ili üçün bağlanmış müqavilənin 6.2-ci bəndinin tələblərinə əsasən, həmin “müqaviləni imzalayan hər iki tərəf müqavilə şərtləri ilə tam razı olarsa, müqavilənin bitməsinə 10 gün qalmış heç bir dəyişiklik təklif edilməzsə, müqavilə növbəti tədris ili üçün uzadılmış hesab edilir.” Nəzərə alsaq ki, tərəflər müqaviləyə rəsmi olaraq hər-hansı dəyişiklik təklif etməmişlər, belə vəziyyətdə müqavilənin müddətinin bitməsindən söhbət gedə bilməz. Bundan başqa, valideynlərlə məktəb arasında 2019/2020-ci il tədris ili üçün bağlanmış müqavilədə, ümumiyyətlə həmin müqavilənin uzadılmamasının əsasları nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyası və təhsil qanunvericiliyi ilə icbari hesab edilmiş ümumi orta təhsil hüququnun DÖvlət tərəfindən təmin edildiyini, qüvvədə olan qanunvericiliyin təhsil alanların hüquqlarının müdafiəsini müəyyən edən normalarını nəzərə alaraq, belə qənaətə gəlinir ki, məktəb tərəfindən yetkinlik yaşına çatmayan şagirdlərin, başqa sözlə, uşaqların, xüsusən pandemiya dövründə təhsildən kənarda qalmasına və bunun da nəticədə hazırki təhsil müəssisəsinə alınmış uşaqların ciddi psixoloji sarsıntı keçirmələrinə səbəb ola biləcək 25 iyun tarixli qərar və əmr qəbul edilməsi üçün ciddi əsasların olması tələb olunur. Bundan əlavə, məktəb ilə valideynlər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinin tələblərini və ölkədə lan edilmiş karantin vəziyyətini nəzərə alaraq valideynlər məktəbə müraciət edərək təhsil haqlarında güzəştlər edilməsini xahiş etmişlər. Məktəb valideynlərin bu müraciətlərini cavablandıraraq, təhsil haqlarının tam ödənilməsinin zəruriliyini bildirmiş, hətta növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləği tam ödəyərək şagirdlərin qeydiyyatdan keçməsinin təmin edilməsini tələb etmiş, əks halda qeydiyyatdan keçməyən şagirlərin məktəbin ümumi şagird siyahısına daxil edilməyəcəklərini bəyan etmişdir. Məktəbin göstərilən mövqeyi ilə bağlı iddiaçılar məktəbin həm elektron ünvanına, həm də poçt ünvanına yazılı müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz olduğunu bildirmiş, onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi xahiş olunmuşdur. Lakin, cavabdeh tərəfindən yazılı müraciətə heç bir cavab verilməmişdir. Cavabdehin ödənişlərlə bağlı yuxarıda göstərilən cavabı müqavilə şərtlərinə tamamilə ziddir. Belə ki, müqavilənin şərtlərindən görünür ki, tərəflər bir-birinə münasibətdə qarşılıqlı öhdəliklər götürmüş və bu öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehlik daşıyırlar. Məktəb 2020-ci ilin mart ayından etibarən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmir. Məsələn, müqavilənin 2-ci hissəsində məktəbin vəzifələri müəyyən olunmuşdur ki, onlardan şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, ibtidai sinif şagirdlərinin gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək, V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək, valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq, şagirdlərin psixoloji dəstəyini (lazım gələrsə) təşkil etmək, şagirlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləi həyata keçirək məktəbin vəzifələri kimim müəyyən olunmuşdur. Göstərilən vəzifələri isə məktəb mart ayından bəri yetinə yetirməmiş, təhsil yalnız onlayn qaydada aparılmışdır. Məktəb tərəfindən vəzifələrin icra edilməməsi karantinlə əlaqədar olsa da, karantin qaydaları yalnız məktəbə deyil, həm də valideynlərə də aiddir. Öhdəliklərini tam şəkildə icra etməyən məktəb valideynlərdən təhsil haqqını tam şəkildə ödəmələrini tələb etmişdir. Bu azmış kimi, məktəb valideynlərdən növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləği tam ödəyərək şagirdlərin qeydiyyatdan keçməsinin təmin edilməsini də tələb edir və əks halda qeydiyyatdan keçməyən şagirdlərin məktəbin ümumi şagird siyahısına daxil edilməyəcəklərini bəyan edir. Cavabdeh bu tələbləri irəli sürərkən nəzərə almamışdır ki, növbəti dərs ilikin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsini tələb etmək valideynlərlə bağlanmış müqavilədə nəzərədə tutulmamış və müqavilə şərtlərinə ziddir. Sonda Vəkil məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının iddiaçılara aid edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Cavabdeh tərəfindən valideynlərə ünvanlandırılmış xx xxxx 2020-ci il tarixli bildirişdə göstərilmişdir ki, “Hörmətli valideyn, nəzərinizə çatdırırıq ki, Dünya məktəbinin Pedaqoji Şurasının 25 iyun tarixli onlayn iclasının qərarını və təsisçilərin tövsiyyəsini rəhbər tutaraq 25 iyun tarixli 6 saylı əmrə əsasən, Sizinlə Dünya məktəbi arasında 2019/2020-ci tədris ili üçün “Ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilənin qüvvədə olma müddəti bitdiyinə görə növbəti 2020/2021-ci tədris ili üçün uzadılmaması barədə sərəncam verilmişdir.” - Cavabdeh tərəfindən valideynlərə ünvanlandırılmış elektron qaydada məktubda 2019/2020-ci dərs ili üçün ödəniolməsi olan məbləğin 15 iyun tarixinə kimi tam ödənilməsi tələb olunmuş, şagirdlərin qidalanmalarını təin etmək öhdəliyi məktəb tərəfindən yerinə yetirilmədiyindən ödənişlərə 300 manat güzəşt tətbiq edilmiş, borcun qalan hissəsi 15 iyun tarixədək ödənilmədiyi halda şagirdlərin sinifdən-sinfə keçirilmələrinin əmrləşdirilməyəcəyi göstərilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 12.2-ci maddəsinə əsasən, mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, ümumi təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla, öz nizamnaməsi əsasında həyata keçirilir. - 12.4-cü maddəsinə əsasən, ümumi təhsil müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır. - 15.4-cü maddəsinə əsasən, təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Publik hüquqi şəxslər haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunları, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. - 22.1-ci maddəsinə əsasən, ümumi təhsil sahəsində təhsilalanların hüquqları Azərbaycan Respublikasının Konstitusiyasına, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanuna, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müəyyən edilir. - 24.1 və 24.1.3-cü maddələrinə əsasən, ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək və s. kimi hüquqları vardır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. - 427.1-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. - 441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. - 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. İşin faktiki halları ilə müəyyən olunur ki, iş üzrə iddiaçılar Cavabdehndə təhsil alanların valideynləridir. Həmin valideynlərdən biri ilə cavabdeh arasında bağlanmış və məhkəməyə nümunə sübut kimi təqdim edilmiş “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” xx xxx 2019-cu il tarixli, 483 saylı müqavilənin şərtlərinə nəzər saldıqda müəyyən edilir ki, müqavilə 2019-2020-ci il tədris ili üçün bağlanmış, müqavilənin 2-ci bəndində məktəbin hüquq və vəzifələri qeyd olunmuşdur: - Vəzifələr:
1. Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək
2. İbtidai sinif şagirdlərini gün ərzində səhər yeməyi, günorta isti naharla və günün ikinci yarısı qəlyanaltı ilə təmin etmək
3. V-Xİ sinif şagirdlərini səhər çay saatı, günorta isə isti naharla təmin etmək
4. Valideynləri müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq
5. Şagirdlərə psixoloji dəstəyini (lazım gələrsə) təşkil etmək
6. Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirləri həyata keçirmək. Müqavilənin 4-cü bəndində təhsil haqqının ödənilməsi qaydaları göstərilmişdir ki, həmin qaydalarda təhsil haqqının hissəli ödəniş şəklində 20 faiz depozit ödənildikdən sonra qalan məbləğin 30 faizi 25 avqustadək, 50 faizinin isə 25 yanvar tarixinədək ödənilməsi göstərilmişdir. Müqavilənin 6-cı bəndinin 2-ci hissəsində qeyd olunmuşdur ki, müqaviləni imzalayan hər iki tərəf müqavilə şərtləri ilə tam razı olarsa, müqavilənin müddətinin bitməsinə 10 gün qalmış heç bir dəyişiklik təklif edilməzsə, müqavilə növbəti tədris ili üçün uzadılmış hesab edilir. Müqavilənin 7-ci bəndinin 2-ci , 2.1-ci və 3-cü hissələrində göstərilmişdir ki, təhsil haqqı və digər xərclər ödənilmədikdə məktəb birtərəfli qaydada məhkəməyə müraciət etmədən müqaviləyə xitam verə bilər. Tərəflərdən biri bu müqaviləni birtərəfli qaydada ləğv edərsə, digər tərəfə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verməlidir. Həmçinin, həmin müqavilənin 9.1-ci bəndinə əsasən, tərəflə bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. İddiaçıların nümayəndəsi izahatında valideynlərə ünvanlandırılmış xx xxxx 2020-ci il tarixli bildirişdə göstərilən Pedaqoji Şuranın 25 iyun tarixli onlayn qərarının və məktəbin bunun əsasında çıxardığı 6 saylı əmrin onlara təqdim olunmasını tələb etmələrinə baxmayaraq həmin sənədlərin iddiaçılara, yəni valideynlərə təqdim edilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar sözügedən qərarı və əmri ala bilmədiklərindən onların məhkəməyə təqdim edilməsini cavabdeh icra etməlidir, cavabdeh isə məhkəmə iclaslarının məhz onun səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi ilə bağlı təxirə salınmasına baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, iddia ərizəsinə münasibət bildirilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin şərtləri baxımından məhkəmə qeyd edir ki, həmin müqavilələrin qüvvədə olma müddətləri bitdiyinə görə müqavilə o halda uzadılmaya bilərdi ki, müqavilənin müddətinin bitməsinə 10 gün qalmış tərəflərdən hər-hansı biri müqavilənin şərtlərinə dəyişikliklər edilməsi ilə bağlı təklif irəli sürmüş olsun və bu təklif digər tərəfdən qəbul edilməsin. İşin halları ilə belə bir təklifin mövcud olması sübuta yetirilmir. Belə olan halda müqavilə uzadılmış hesab edilməli idi. Valideyn olan iddiaçılara müqavilənin uzadılmaması ilə bağlı göndərilmiş bildirişdə məhz müqavilənin qüvvədə olma vaxtının bitməsi əsas kimi göstərildiyindən məhkəmə müqavilənin uzadılmaması üçün digər hansısa əsas olubolmamasını araşdırmağı zəruri hesab etmir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən valideynlərə ünvanlandırılmış xx xxxx 2020-ci il tarixli bildirişdə “təsisçilərin tövsiyyəsi”nə istinad edilsə də valideynlərin və ya digər qanuni nümayəndələrin rəylərinin alınması iş üzrə sübut olunmur, halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 5.3-cü bəndinə əsasən ümumtəhsil məktəbinin idarə olunmasının demokratikliyini və şəffaflığını təmin etmək məqsədi ilə məktəbdə idarə və özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, elmi-metodiki, valideynlər, təhsilalanlar, valideyn şuraları) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ümumtəhsil məktəbinin nizamnaməsi ilə müəyyənləşdirilir. Həmin Qərarın 6.1ci və 6.1.3-cü bəndlərində valideynlər və ya digər qanuni nümayəndələr ümumtəhsil məktəbləri üzrə təhsil prosesinin iştirakçıları kimi müəyyən edilmişlər. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçılara ünvanlandırılmış xx xxxx 2020-ci il tarixli, 443 saylı bildirişdə göstərilənlər tərəflər arasında bağlanmış “ödənişli təhsil xidmətləri göstərilməsi haqqında” müqavilənin şərtlərinə, habelə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə zidd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə iddiaçıların cavabdeh hüquqi şəxsin onlyan qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğunun valideynlərə təqdim edilməsi, cavabdehin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən, məktəbə dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi, məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbinin etibarsız hesab edilməsi və həmin ödənişin müqavilə şərtləri üzrə həyata keçirilmə vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlı dəlilləri ilə razılaşaraq qeyd edir ki, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci və 24.1.3-cü maddələrinə əsasən təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin hüquqlarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”nın 3.1-ci bəndinə əsasən ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir. Təhsil müəssisəsinin fəaliyyətinin düzgün və səmərəli planlaşdırılması idarəetmənin keyfiyyətini təmin edən başlıca şərtlərdən biri hesab olunur. Həmin Qərarın 13.1-ci maddəsinə əsasən ümumi təhsil sistemində təlim-tərbiyə prosesinin təşkili öyrədənlərlə öyrənənlər arasında “subyekt-subyekt” prinsipinə uyğun qarşılıqlı əməkdaşlıq əsasında aşağıdakı tələblər nəzərə alınmaqla qurulur: (13.1.9.) məktəb-valideyn əlaqələrinin tənzimlənməsi - təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində valideynlərin rolunun təmin edilməsi. Lakin hazırkı halda cavabdeh tərəfindən ümumi təhsilin dövlət standartlarında nəzərdə tutulan “subyekt-subyekt” prinsipinə əməl etməsi iş üzrə müəyyən olunmur. Yuxarıda sadalanan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, onlayn qaydada keçirilən dərslərə görə cavabdeh tərəfindən çəkilən xərclərin nədən ibarət olmasını, yəni valideynlər tərəfindən cavabdehə edilən ödənişlərin onlayn tədris zamanı hansı istiqamətlərdə xərclənməsini bilmələri valideynlərin hüquqlarıdır və bu məlumatlar cavabdeh tərəfindən iddiaçılara təqdim edilməlidir. Digər tərəfdən, məhkəmə hesab edir ki, 2020-ci ilin mart ayından respublika ərazisində “Covid-19” pandemiyasının sürətlə yayılmağa başlaması nəticəsində tətbiq olunmuş karantin rejimində cavabdeh distant (məsafədən) təhsil növündə onlayn qaydada dərslər keçdiyindən valideynlərlə aralarında bağlanmış müqavilənin şərtlərində nəzərdə tutulmuş vəzifələrini tam olaraq icra etməmiş, bununla da valideynlərin cavabdehin müqavilə üzrə bütün vəzifələrinin icrası qarşılığında məktəbə ödəməli olduqları illik ödənişdən güzəşt hüquqları yaranmışdır. Belə ki, bu reallıqdır ki, məktəb onlayn tədris zamanı şagirdlərə adi halda çəkilməli olduğu xərcləri tam çəkmədiyi halda, yəni öz öhdəliklərini tam icra etmədiyi halda ödəniş haqlarını tam şəkildə ödənilməsini tələb etməsi mülki hüquq subyektlərinin bərabərliyi prinsipinə uyğun deyil. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh Pedaqoji Şurasının 25 iyun tarixli onlayn icrasının qərarı, 25 iyun tarixli 6 saylı əmri və Dünya Məktəbinin valideynlərə ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişlər etibarsız sayılmalı, iddiaçıların övladlarının – şagirdlərin “ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilə şərtlərinə əsasən təhsillərinin cavabdeh məktəbdə davam etdirilməsi cavabdeh tərəfdən təmin olunmalıdır. Həmçinin, xcavabdeh məktəbdə onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğu barədə cavabdeh tərəfindən iddiaçılara məlumat verilməli, cavabdeh məktəbin onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümldən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsi cavabdehə həvalə edilməli, bundan başqa, məktəbin pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbi etibarsız hesab edilməli, həmin ödənişlər müqavilə şərtləri üzrə həyata keçirilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrinİ rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Pedaqoji Şurasının 25 iyun tarixli onlayn icrasının qərarı, 25 iyun tarixli 6 saylı əmri və Dünya Məktəbinin valideynlərə ünvanladığı xx xxxx 2020-ci il tarixli bildirişlər etibarsız sayılsın. İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, Şərbətov Rövşən Rasim oğlu, İddiaçı1 və İddiaçı7 övladlarının – şagirdlərin “ödənişli təhsil xidmətinin göstərilməsi haqqında” bağlanmış müqavilə şərtlərinə əsasən təhsillərinin Cavabdehndə davam etdirilməsi Cavabdeh MMC tərəfindən təmin olunsun. Cavabdehndə onlayn qaydada keçirilən dərslərə görə xərclərin nədən ibarət olduğu barədə Cavabdeh MMC tərəfindən İddiaçı10, İddiaçı9, İddiaçı18, X2, İddiaçı21, İddiaçı3, İddiaçı20, İddiaçı5, İddiaçı15, İddiaçı12, İddiaçı13, İddiaçı8, İddiaçı17, İddiaçı19, İddiaçı11, İddiaçı6, İddiaçı14, İddiaçı4, Şərbətov Rövşən Rasim oğlu, İddiaçı1 və İddiaçı7 məlumat verilsin. Cavabdehndə onlayn qaydada keçirilən dərslərə görə xərclər və o cümlədən məktəbə pandemiya ilə bağlı dövlət tərəfindən edilmiş yardımlar nəzərə alınaraq, qalan məbləğlərin tam şəkildə güzəşt edilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Cavabdeh pandemiya ilə əlaqədar karantin dövründə növbəti dərs ilinin birinci yarımili üçün müəyyən edilmiş məbləğin tam ödənilməsi ilə əlaqədar tələbi etibarsız hesab edilsin, həmin ödənişlər müqavilə şərtləri üzrə həyata keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev