Məhkəmə qərarları › İş №2(001)-5616/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5616/2020

02.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5616/2020 02.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi ilə, İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşyış sahəsinə aid olan payına düşən torpaq sahəsinin üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün payına düşən torpağın bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə iddia ərizəsinin mümkünlüyünə baxaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki-Prosessual Məcəllənin 151.2-ci maddəsində qeyd olunmuşdur ki, zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məlumatlandırılmasına baxmayaraq, iddiaçı iddia ərizəsinin mümkünlüyü barədə məsələyə baxılması ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iddiaçının iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 149.2-ci maddəsində iddia ərizəsində göstərilməli olan məlumatlar qeyd olunmuşdur (ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı). Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsindən görünür ki, ərizədə cavabdeh, onun barədə məlumatlar göstərilməmiş, ümumiyyətlə yönələn tələb dəqiq müəyyən edilmir. Odur ki, iddia ərizəsi ümumiyyətlə MPM-nin 149-cu maddəsinin tələblərinə əməl edilməklə məhkəməyə verilməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı MPM-nin 149-cu maddəsinin tələblərinə əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu səbəbdən iddiaçı tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş xx.xx.2020-ci il tarixli dövlət rüsumu barədə qəbzin əsli də iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlər və iddia qaldırılması üçün ödənilmiş xx.xx.2020-ci il tarixli dövlət rüsumunun əsli geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar