Məhkəmə qərarları › İş №2(001)-5683/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5683/2020

02.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5683/2020 02.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın satışından əldə olunmuş gəlirin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Binəqədi Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın satışından əldə olunmuş gəlirin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri AZ ** OM *** dövlət qeydiyyat nişanlı, “Qazel” yük markalı avtomobilinin satışından əldə olunmuş gəlirin ½ hissəsinin və evin təmirinə xərclədiyi 5.000 manat pulun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2001ci ildə 268K 1 nömrəli akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahlarından üç övladları var. Binəqədi Rayon Məhkəməsində xx xxxx 2019-cu ildə, 2(001)-5364/2019 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra onun xəbəri olmadan cavabdeh birgə nikah dövründə ümumi vəsaitləri hesabına alınmış AZ ** OM *** dövlət qeydiyyat nişanlı, “Qazel” yük markalı avtomobili satmışdır. Bundan başqa yaşadıqları ev cavabdehin atasının adına onların pulu ilə alınmış, evin təmir işləri onun hesabına görülmüşdür. O, təmir üçün 5.000 manat pul xərcləmişdir. O, üç övladı ilə cavabdehdən ayrı yaşayır. xx xxxxxx 2001-ci il təvəllüdlü oğlu X9 Baş Səhiyyə İdarəsi X19-Əsəb Dispanserində qeydiyyatdadır. O, onu uzun müddətli tək evdə qoyub çıxa bilmir. Belə qərara gəlmişdir ki, Binəqədi Rayon Məhkəməsinə müraciət edib haqqını tələb etsin. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, ev onun atasının adınadır. Evi satıb uşaqlara görə müəyyən məbləğdə pul ödəmək fikri var ki, özlərinə ev alsınlar. Lakin, hələ evi sata bilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 5364/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2001-ci il tarixdə 268K1 nömrəli akt qeydi ilə X3 vilayəti Verxnyaya Pışma şəhəri VVAQ şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx xxxxxxx 2001-ci il təvəllüdlü X4, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 anaları İddiaçı yanında saxlanmaları, xx xxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxxx 2001-ci il təvəllüdlü X4, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxxxx 2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 160 manat, cəmi 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X14 xx xxxxxx 2020-ci il tarixli məktubuna əlavə edilmiş avtomobillərin qeydiyyat hərəkətləri barədə məlumatların kompyuter çıxarışından görünür ki, “Qaz 3302 111” yük markalı, ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx xxxxxx 2019-cu il tarixdən, alqı-satqı müqaviləsi əsasında X5 mülkiyyətindədir. Həmin məktuba əlavə edilmiş xx xxxx 2016-cı il tarixli “Nəqliyyat vasitəsinin alqısatqı” müqaviləsindən görünür ki, X10 “Qaz 3302” yük markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5.000 manata Cavabdeh satmışdır. Həmin məktuba əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli “Nəqliyyat vasitəsinin alqısatqı” müqaviləsindən görünür ki, Cavabdeh “Qaz 3302 111” yük markalı, ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 13.100 manata X2. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, tərəflər xx xxxxxx 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxxx 2001ci il təvəllüdlü X9, xx xxxxxxxx 2010-cu il təvəllüdlü X11 və xx xxxxxx 2011-ci il təvəllüdlü X12 doğulmuş, tərəflərin rəsmi nikahı isə məhkəmənin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqların ananın yanında saxlanılması qərara alınmışdır. Birgə nikah dövründə “Qaz 3302 111” yük markalı, ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına rəsmiləşdirilmiş, xx xxxxxx 2019-cu il tarixdə isə həmin avtomobil cavabdeh tərəfindən 13.100 manata X1. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; -32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir; -32.3-cü maddəsinə görə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir; -35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. -36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir; -36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; -37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə iddia tələbinin “Qaz 3302 111” yük markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş gəlirin ½ hissəsinin iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisəli avtomobil tərəflərin ümumi birgə mülkiyyəti olmuş və ailə qanunvericiliyinə əsasən həmin əmlakdakı tərəflərin payları bərabər hesab edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, “Qaz 3302 111” yük markalı, ** OM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin satışından əldə edilmiş 13.100 manat məbləğində vəsaitin yarısı, yəni 6.550 manat məbləğində vəsait Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “iddiaçı tərəfindən evin təmirinə xərclənmiş 5.000 manat məbləğində vəsaitin cavabdehdən alınması” hissəsi ilə əlaqədar isə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı evin təmirinə 5.000 manat məbləğində vəsait xərclədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcüdluğundan və ya təkzib edilmiş oxşar fakt ehtimalarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Qeyd olunanlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6.550 manat məbləğində vəsait alınaraq İddiaçı ödənilməli, digər hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, işdə olan ödəniş qəbzinə əsasən iddiaçı məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən təmin edildiyindən 30 manat dövlət rüsumunun 17 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6.550 (altı min beş yüz əlli) manat məbləğində vəsait və ödənilmiş dövlət rüsumunun 17 (on yeddi) manatı alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar