Məhkəmə qərarları › İş №2(3-9)-1167/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-1167/2026

07.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-1167/2026 07.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Salyan Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “uşağın anadan alınıb ataya verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2012-ci il təvəllüdlü X1 atanın yəni iddiaçının himayəsində olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qətnaməsi ilə cavabdehlə aramızdakı nikah pozulmuş, ## ##### 2012-ci il təvəllüdlü X1 və ## ######## 2014-cu il təvəllüdlü X2 Aytən Kamal qızının yanında qalması, onların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ## #### 2022-ci ildən başlayaraq hər ay aylıq qazancının və başqa gəlirlərin 1/3 hissəsi və həmçinin hər ay hər uşaq üçün 45 manat aliment tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Hazırda ## ##### 2012-ci il təvəllüdlü X1 onun yanıma gəlmiş və onunla birlikdə yaşayır. Cavabdehin Ranar ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh Ranarın maddi, mənəvi və sosial durumu ilə qətiyyən maraqlanmır. X1 onun himayəsində qalmaqla bağlı istəyini özü də təsdiq edə bilər və bu məqsədlə onun məhkəmə baxışında iştirakını təmin edəcəyəm. Salyan Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “uşağın anadan alınıb ataya verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmişdir. Salyan Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə, Salyan Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı iş üzrə, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı qüvvəsində saxlanılmış, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qanuni qüvvədə olan Salyan Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında Salyan rayon Çuxanlı kənd inzibati ərazi nümayəndəliyində ## #### 2011-ci il tarixdə ** saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş ## ##### 2012-ci il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 iddiaçı Cavabdeh himayəsində saxlanılmış, tərəflərin birgə nikahlarından doğulmuş ## ##### 2012-ci il təvəllüdlü X1 və ##.##.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ##.##.2022-ci ildən başlayaraq hər ay aylıq qazancının və (və ya) başqa rət gəlirlərinin 1/3 hissəsi və həmçinin hər ay hər uşaq üçün 45 manat aliment tutularaq, cavabdeh Cavabdeh verilməsi qət edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində ##.##.2012-ci il təvəllüdlü X1 onun himayəsinə verilməsini tələb edir. Iddianın əsası ondan ibarətdir ki, X1 onun yanıma gəlmiş və onunla birlikdə yaşayır. Uşağın özü də onunla birlikdə yaşamaq istədiyini bildirir. Kollegiya iddiaçının uşaq tələbi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan və həmin qətnamənin tələbinə əsasən uşaq anaya verildiyindən və hal-hazırda yeni əsaslar yaranmadığından iddiaçının eyni tələb üzrə yenidən məhkəməyə müraciət etməsi prosessual baxımdan mümkün ola bilməz. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların icrasının təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, bu həm də ictimai maraq obyektidir. Cəmiyyət qanuni qüvvəyə minmiş məhkəmə qərarının şəksiz qəbul edilməsində və icra olunmasında maraqlıdır. Çünki, bütövlükdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının hüquqi qüvvəsinin tanınmasından, onların icrasının təmin edilməsindən asılıdır Qanunvericiliyin mübahisələrin həllinə bu cür yanaşmasının məqsədi tərəflərin əsassız məhkəmə çəkişməsinə şərait yaratmasının qarşısını almağa xidmət edir. Əks yanaşma, yəni iddiaçının iddia tələbinə yenidən baxılması və bu barədə qətnamə çıxarılması, az yaşlı uşaqların atadan alınıb anaya verilməsi, yaxud anadan alınıb ataya verilməsi barədə qətnamə qəbul edilməsi, qətnamə qəbul olunduqdan sonra bu halın dəfələrlə təkrar olunması, hər dəfə yeni iddia qaldırmaq yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməklə yeni qətnamə qəbul edilməsi, eyni tərəflər, eyni predmet, eyni əsasla əvvəllər qəbul edilmiş qətnamənin əhəmiyyətsizliyinə gətirib çıxara bilər ki, bu da qüvvəyə minmiş məhkəmə aktının xəyali bir sənədə, lazımsız kağız parçasına, boş bir illüziyaya çevirə bilər. Hansı ki, prosessual məcəllənin tələblərinə əsasən belə olan halda işə mahiyyəti üzrə baxılması deyil, eyni tərəf, eyni predmet və eyni əsasla verilmiş iddia kimi qiymətləndirilməklə ya iddia ərizəsi icraata qəbul edilməməli, qəbul olunduğu halda isə iddia üzrə icraata xitam verilməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunların və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2016-cı il tarixli qərarının 7.8-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah olunsun ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırmasına maneə olmur. Iddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, tərəflər arasında eyni predmet barəsində eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2,153.2.2-ci maddələrinə əsasən iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin məcəllənin 261.0,21.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə haqlı olaraq ##.##.2012-ci il təvəllüdlü X1 hal-hazırda atasının yanına getməsinin iddiaçı Anar Tağızadə tərəfindən məhkəmədə uşaq tələbi ilə bağlı yenidən iddia qaldırılması üçün yeni əsas hesab etməmişdir. Belə ki, məhkəmə qətnaməsi ilə ananın himayəsinə verilmiş uşaqların həmin vaxtdan sonra atanın yanına getməsi, onunla qalması məhkəmə uşaq tələbi ilə bağlı yenidən iddia qaldırılması üçün əsas kimi qəbul edilməməlidir. Valideynləri ayrı yaşayan uşaqların müəyyən müddətdə atanın yaxud ananın yanına getməsi uşağın himayəsinin bir valideyndən alınıb digər valideynə verilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının şikayətinin dəlilləri əsassız olmaqla Salyan Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 372, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar