Məhkəmə qərarları › İş №2(3-1)-176/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №2(3-1)-176/2026

15.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № 2(3-1)-176/2026 15.09.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı nikah dövründə ## ###### 2020-ci il tarixdə Kapital Bank ASC-dən ## ###### 2026-cı il tarixə qədər qaytarmaqla götürdüyü və indiyədək 10394,18 (on min üç yüz doxsan dörd manat on səkkiz qəpik) ödədiyi pul vəsaitinə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı İddiaçı ## #### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, cavabdeh Cavabdeh ilə birgə nikah dövründə ##.##.2024-cü il tarixdə Kapital Bank ASC-dən götürmüş olduğu kreditin qalıq məbləği olan 11304 manat pul vəsaitinə payların müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin təmin edilməsi və iddia tələbinə birgə nikah dövründə ##.##.2024-cü il tarixdə Kapital Bank ASC-dən iddiaçının götürmüş olduğu kreditin qalıq məbləği olan 11304 (on bir min üç yüz dörd) manat pul vəsaitinə payların müəyyən olunması həddində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Kapital Bank ASC ilə İddiaçı arasında bağlanmış ## #### 2024-cü il tarixli, GTKR*******B*** nömrəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilməli olan 15370 (on beş min üç yüz yetmiş) manat məbləğində pulun ödənilməmiş hissəsi olan 9168.45 (doqquz min yüz altmış səkkiz manat qırx beş qəpik) manat məbləğində kredit borcunun ödənilməsi ilə bağlı öhdəliyində cavabdeh Cavabdeh İddiaçı ilə bərabər payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun 41 (qırx bir) manat hissəsinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin ##.##.2026 tarixli, *(*-**)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəlləsinin 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357 (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360 (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümkünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyil və buna görə də apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki işin materialları ilə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya daxil olmuş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, hazırkı işdə apellyasiya şikayəti verilərkən dövlət rüsumu lazımi miqdarda ödənilmədiyindən apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı mülki iş üzrə iş materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin surətindən görünür ki, cavabdeh qanunvericiliyin tələbinə əsasən müəyyən edilmiş 100 ( bir yüz) manat miqdarında dövlət rüsumunun 50 faizi həcmində, yəni, 50 (əlli) manat miqdarında ödəməli olduğu halda, 25.60 (iyirmi beş manat altmış qəpik) məbləğində dövlət rüsumu ödəmiş, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən qanunvericiliyin bu və digər tələbləri nəzərə alınmayaraq, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin dövlət rüsumu ilə bağlı tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366.4, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara alır: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı kreditdə payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət iddiaçıya geri qaytarılması üçün mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar