Məhkəmə qərarları › İş №2(3-6)-2699/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2699/2026

30.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2699/2026 30.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: aliment ödəməkdən azadetmə, aliment üzrə borcları ödəməkdən azad edilmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, Iddiaçı Iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə iştirakları ilə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(009)-2559/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Iddiaçının oğlu Səlimov Ceyhun Əbülfət oğlu ilə cavabdeh Cavabdeh ##.##.2014cü il tarixdə nikaha daxil olmuşlar, birgə nikahdan ##.##.2014 cü il təvəllüdlü X7 doğulmuşdur.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə nikah pozulmuş, birgə nikahdan doğulmuş uşağın ananın yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Səlimov Ceyhun Əbülfət oğlundan hər ay 193 manat məbləğində aliment tutulması qət edilmişdir.

3. Səlimov Ceyhun Əbülfət oğlu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

4. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh cavabdehlər Iddiaçı və X8 qarşı “aliment” tələbinə dair iddiası təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmuş, Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin cavabdeh Iddiaçı münasibətdə qismən təmin edilməsi, cavabdeh Iddiaçı ##.##.2014-cü il təvəllüdlü X7 üçün ##.##.2024-cü il tarixdən hesablanmaqla sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (250/345=0,72) 0,72 misli həddində sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh xeyrinə tutulması, iddia tələbinin qalan hissədə və cavabdeh X8 münasibətdə təmin edilməməsi qət edilmişdir.

6. Bakı şəhəri Səbail rayon Icra şöbəsinin ##.##.2026-cı il tarixli məktubundan belə məlum olur ki, borclu Iddiaçı alimentlə bağlı borcu 3.414 manat təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial 7.Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə ##.##.2025-ci il tarixli arayışına əsasən Iddiaçı müayinə edilərək “E11.2. Insulindən asılı olmayan şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, 18.5 Xroniki böyrək xəstəliyi V mərhələ, Xroniki böyrək xəstəliyi A mərhələ (terminal)” diaqnozu ilə ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmiş, ümumi xəstəlik səbəbindən əlavə istirahət saatı (və ya günləri) ilə yüngül işlərdə işləyə bilməsi müəyyən edilmişdir.

8. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən Iddiaçı ##.##.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması, hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. ##.##.2024-cü il tarixə olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki məlumata əsasən vergi borc məbləği müəyyən edilməmişdir.

9. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Elektron Vergi Xidmətləri Portalından çıxarılmış Fərdi sahibkara aid qeydiyyat məlumatlarından müəyyən olunur ki, Iddiaçı ##.##.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınmış (əsas fəaliyyət növü - Torpaq işləri: torpağın ekskvasiyası, tikinti sahələrinin hamarlanması və dərəcələrlə bölünməsi, qazıntılar, daşların kənar edilməsi, partlayış işləri və sair, əlavə fəaliyyət növü - Sair ixtisaslaşdırılmış tikinti işləri olan) sahibkarlıq fəaliyyəti ##.##.2026-cı il tarixdən etibarən dayandırılmışdır.

10. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi * saylı X2 Mərkəzinin ##.##.2026-cı il tarixli məktubuna əsasən * saylı X2 Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun “Daşınar Əmlakın rəsmi reyestri kitabı”nda X5 adında heç bir texnika dövlət qeydiyyatına alınmamışdır.

11. Azərbaycan Respublikası DIN-nin Baş Dövlət Yol Polisi Idarəsinin ##.##.2026-cı il tarixli məktubundan müəyyən olunur ki, DIN Baş Dövlət Yol Polisi Idarəsi Qeydiyyat-imtahan Idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ##.##.1965-ci il təvəllüdlü Iddiaçı adında ##.##.2022-ci il tarixdən "Kia Sorento" markalı **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

12. “Elektron Məhkəmə” informasiya sistemindən olan çıxarışlara əsasən Iddiaçı 300 və 250 manat olmaqla, cəmi 550 manat məbləğində pensiya alır.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli arayışına əsasən müəyyən olunur ki, Səlimov Ceyhun Əbülfət oğlu ##.##.2022-ci il tarixdən ##.##.2025ci il tarixinədək Azərbaycan Respublikası Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir.

14. “Elektron Məhkəmə” Informasiya Sistemindən əldə edilmiş məlumata əsasən cavabdeh Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində aparıcı mütəxəssis (kargüzar) vəzifəsində işləməklə 830 manat məbləğində əmək haqqı alır.

a) Birinci instansiya məhkəməsində icraat

15. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı aliment öhdəliyinə xitam verilməsi və yaranmış aliment borcunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

16. Iddiaçı yuxarıda göstərilən işin hallarına istinad etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, o, ağır dializ xəstəsidir, birinci dərəcəli böyrək çatışmamazlığından əziyyət çəkir. Diaqnoz ona 2025 ci ilin yanvar ayından qoyulmuşdur. Bu xəstəlikdən TSEK-in ##.##.2025-ci il tarixli qərarı ilə ona birinci dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda müddətsiz birinci dərəcəli əlildir. Sağlamlığını və əmək qabiliyyətini 95% faiz itirmişdir. Daima kənar şəxslərin köməyinə ehtiyacı var. Xəstəliyi ilə əlaqəli daima müayinələrdən keçirərək müalicələr alır. Birinci dərəcəli əlillikdən aldığı sosial müavinət özünü tam təmin etmir və ehtiyaclarını ödəmir. Ona görə də alimenti ödəyə bilmir. Azyaşlı nəvəsi anası - cavabdeh Cavabdeh ilə yaşayır. Oğlu tutulandan nəvəsinə daima köməklik etmişdir. Lakin sağlamlığını itirdikdən sonra işləyə bilmir, ona görə də alimenti ödəmək üçün zəruri vəsaiti yoxdur. Göstərilənləri nəzərə alaraq aliment öhdəliyinin aradan qaldırılması və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə bağlı cavabdeh Cavabdeh olan aliment borcunun tamamilə ləğv edilməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

17. Cavabdeh iddia ərizəsinə qarşı etiraz verərək belə əsaslandırmışdır ki, borclu Iddiaçı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli Qətnaməsinin tələblərini üzrsüz şəkildə pozaraq, ona təyin olunan aliment ödənişlərini etməmişdir və bugünə olan qalıq borcu 3.456 manatdan artıqdır. Baxmayaraq ki, Iddiaçı ona təyin olunan aliment məbləğini ödəmək üçün kifayət qədər imkanı mövcuddur. Hal-hazırda Iddiaçı aktiv VÖEN-ə sahib olduğunu göstərən sübutlar məhkəməyə təqdim edilir. Onun faəliiyət istiqamətləri tikinti yerlərinin təmizlənməsi və qurudulmasıdır. Bundan əlavə, onun tikinti texnika vasitələri, müxtəlif nəqliyyat vasitələri və daşınmaz əmlakı vardır.

18. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Z.Abdullayev) iddia tələbi təmin edilməmişdir.

19. Məhkəmə müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında yetkinlik yaşına çatmayan uşağın atasının aliment öhdəliyi olması, alimentlə bağlı icra sənədini icra etməməsi və ya icra edə bilməməsi, həmçinin yetkinlik yaşına çatmayan uşağın hər iki valideyndən maddi yardım ala bilmədiyi halın təsdiq olunması nəzərə alınaraq zəruri vəsaitə malik olan babadan həmin uşağın xeyrinə sabit pul məbləği şəklində alimentin tutulması qənaətinə gəlinmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, baba nəvəsinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onun alimenti ödəməyə zəruri vəsaiti olsun. Babanın belə vəsaitin olub-olmamasını işin konkret hallarından asılı olaraq məhkəmə müəyyənləşdirir.

21. Iddiaçı hazırkı tələblə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmiş, iddiaçıdan nəvəsinin saxlanılması üçün alimentin tutulması barədə məhkəmə qətnaməsi həmin tarixdən 6 ay əvvəl qəbul edilmişdir. Eyni zamanda iddiaçının hazırkı tələbin təmininə dair istinad etdiyi hallar işə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən də mövcud olmuşdur.

22. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsi qəbul edildikdən sonra maddi vəziyyətində dəyişkənliyin olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, bununla da aliment ödəməkdən azad olunma barədə iddiaçının gətirdiyi dəlillərin əsaslı olması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II-ci bəndinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska Isveçreyə qarşı iş üzrə ## ##### 1993-cü il tarixli, Kuznetsov və digərlərinin işi üzrə ## ###### 2007-ci il tarixli, Hiro Bilaninin işi üzrə # ###### 1994-cü il tarixli, Van de Huk Niderlanda qarşı işi üzrə ## ##### 1994-cü il tarixli, Qavazov Bolqarıstana qarşı ## #### 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89, 112.1-ci maddələrinə, «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci, 13-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” ##.##.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2006-cı il tarixli qərarına, “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış və buna görə də düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəmə qətnaməsi qəbul edildikdən sonra maddi vəziyyətində dəyişkənliyin olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, bununlada aliment ödəməkdən azad olunma barədə iddiaçının gətirdiyi dəlilərin əsasslı olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qətnaməni nəzərdən keçirdikdə görünür ki, birinci instansiya məhkəməsi 2024-cü ilin və 2025-ci ilin əvvəllərində əldə edilmiş sübutlara əsaslanaraq bu qərarı qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən “EKOL” Vəkil Bürosuna ünvanlanmış ##.##.2024 cü il tarixli məktubun surətindən görünür ki, uçot baza məlumatlarına əsasən Iddiaçı ##.##.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçtuna alınması, hazırda fəaliyyətinin aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. ##.##.2024-cü il tarixə olan vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki məlumata əsasən vergi borc məbləği müəyyən edilməmişdir. Bu qeyd edilənlər əsassızdır. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş Idarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Iddiaçı ##.##.2021-ci il tarixli ərizəsi əsasında onun vergi orqanında fəaliyyəti ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək dayandırılması təmin edilmişdir. Yəni ##.##.2021-ci il tarixdən ##.##.2026-cı il tarixədək Iddiaçı sahibkarlıq fəaliyyəti olmamışdır. Həmçinin birinci instansiya məhkəməsi Iddiaçı adına qeydiyyata alınan daşınar və daşınmaz əmlakları qanunsuz və əsassız olaraq əsas kimi göstərmişdir. Çünki birinci instasniya məhkəməsi 2024-cü ilin dekabr ayında və 2025-ci ilin fevral və mart ayında olan sorğulara əsasən verilmiş məktublara əsaslanmışdır. Faktiki olaraq o məktublar göndəriləndən bir il vaxt keçib. Və bu bir il ərzində Iddiaçı birinci dərəcəli böyrək çatışmamazlığı xəstəliyi əmələ gəlib və o, dialez xəstəsi olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən “Ekol” Vəkil Bürosuna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubuna əsasən fiziki şəxs Iddiaçı adına qeydiyyatda olan AZ 23BA- 074 dövlət qeydiyyat nişanlı, DOOSAN S180W-V markalı ekskavator və AZ 10BC-223 dövlət qeydiyyat nişanlı, MST M542S markalı ekskavator yükləyici texnikaları hal-hazırda Iddiaçı adına qeydiyyatda deyildir. Birinci instansiya məhkəməsi bu halları araşdırmamışdır. Həmçinin, Iddiaçı adında ##.##.2018-ci il tarixdən ”KAMAZ 5511 Yuk” markalı, 99 MU-688 dövlət qeydiyyat nişanlı yük avtomobil hal-hazırda Iddiaçı adına qeydiyyatda deyil. Belə olduğu halda, birinci instansiya məhkəməsi hansı konkret hallara əsaslanaraq iddiaçı Iddiaçı aliment ödəməyə zəruri vəsaitinin olmasını müəyyən edib? Iddiaçı aliment tələb olunan uşağın babasıdır. Qanunvericiliyin tələbinə əsasən baba nəvəsinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, babanın aliment ödəməyə zəruri vəsaiti olsun. Xususilə qeyd edir ki, aliment tələb olunan uşağın atası Ceyhun Səlimov hal-hazırda azadlıqdadır. Aliment ödəmək öhdəliyi də onun üzərində olmalıdır. Sağlam ata və sağlam ananın olduğu halda uşağın saxlanılması üçün 95 faiz sağlamlığını itirmiş babanın üzərinə aliment ödəmək öhdəliyi qoyulması ən azı ədalətsizliklə yanaşı məhkəmə-hüquq sistemində humanizm və insanpərvərliyə zidd hərəkətdir. Ona görə də hesab edir ki, qətnamə əsassız hesab edilərək ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, iddiaçı apellyasiya şikayətində öz mövqeyini Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş Idarəsi tərəfindən verilmiş məktub, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X9 şəxsi * saylı Bakı ərazi idarəsinin verdiyi arayışla əsaslandırmışdır. Lakin iddiaçı tərəfindən həmin sənəndlər iddia verərkən iş üzrə materialara əlavə edilib, məhkəməyə sübut kimi təqdim edilməmişdir. Iddiaçı şikayətində məhkəmənin sübutları tam və hərtərəfli araşdırmadığını qeyd etmişdir, lakin Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd olunur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin bu hal Mülki Prosessual Məcəllənin 78.1ci maddəsi ilə də ziddiyyət təşkil edir. Belə ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Iddiaçı isə sübutların vaxtında təqdim edilməməsini əsaslandırmamışdır. Iddiaçı Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, aliment tələb olunan uşağın atası Ceyhun Səlimov hal-hazırda azadlıqdadır. Aliment ödəmək öhdəliyi də onun üzərində olmalıdır. Baxmayaraq ki, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsini pozaraq öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Həmçinin nəzərə alsaq ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddiaçıya təyin edilən aliment öhdəliyi zamanı iddaçının oğlu Səlimov Ceyhun məhkəmənin hökmü üzrə cəzaçəkmə müəssisəsində idi. Iş materiallarından da göründüyü kimi iddiaçının alimenti ödəmək üçün kifayət qədər vəsaiti olmasına baxmayaraq o bu öhdəliyin icrasından üzrsüz səbəblərdən və qərəzli şəkildə yayınmışdır. Iddiaçı aliment öhdəliyindən tam azad edilməsini tələb etməklə nəvəsinin hüquqlarını heçə sayaraq öz fərdi mənafelərini üstün tutmuşdur. “Uşaq hüquqları haqqında” Qanunun 5-ci maddəsinin tələblərini pozaraq, nəvəsi- X7 mənafelərini nəzər almamışdır. Iddiaçı apellyasiya şikayətində məhkəmə qətnaməsi qəbul edildikdən sonra maddi vəziyyətində dəyişkənliyin olmasını, buna görə də alimentin ödənilməsi öhdəliyindən tam azad edilməsini tələb etmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində bu vəziyyətlə əlaqədar aliment ödəməkdən azad edilmənin şərti kimi təkcə maddi vəziyyətin ağırlaşması deyil, həmçinin aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə alınması da nəzərdə tutulub. Amma iddiaçının hər hansı diqqətəlayiq maraqları mövcud olmamış, əksinə aliment öhdəliyini yerinə yetirməkdən boyun qaçırmış, aliment borcu yaranmışdır. Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən də aydın olduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə ##.##.2025-ci il tarixli arayışından görünür ki, Iddiaçı müayinə edilərək “E11.2. Insulindən asılı olmayan şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, 18.5 Xroniki böyrək xəstəliyi V mərhələ, Xroniki böyrək xəstəliyi A mərhələ (terminal)” diaqnozu ilə ona müddətsiz 1-ci dərəcəli əlilik təyin edilmiş, ümumi xəstəlik səbəbindən əlavə istirahət saatı (və ya günləri) ilə yüngül işlərdə işləyə bilməsi müəyyən edilmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.

27. Iddiaçının nümayəndəsi və vəkili həmçinin bildirdi ki, iddiaçının vergi ödəyicisi olması, mülkiyyətində ekskavatorların, “KAMAZ” markalı nəqliyyat vasitəsinin olması əsas gətirilir. Lakin 2024-cü ildən başlayaraq iddiaçı bu fəaliyyətlə demək olar ki, məşğul olmayıb. Apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən həmin əmlaklar mülkiyyətində olub, eyni zamanda həmin dövrdə sağlamlığı ilə məşğul olub, yəni apellyasiya instansiyası məhkəməsində də iştirak edə bilməyib. Əsas odur ki, şəxs artıq həmin dövrdə əmək qabiliyyətini itirib. Iddiaçının sonradan sonra birinci qrup əlillik alması artıq faktdır. Ekskavatorlanın birini 6.000 manata, digərini isə 12.000 manata satmışdır. Yaranmış aliment borcu iddiaçı tərəfindən tamamilə ödənilmişdir.

28. Iddiaçı əlavə olaraq bildirdi ki, özü ağır şəkərli diabet xəstəsidir, pulu heç dərmanlarına da çatmır. Nəvəsinin atası da, anası da var, onlar baxsınlar. Elə olur ki, evdən 3 gün çıxa bilmir. 550 manat pensiya alır, 330 manatı alimentə köçürülür. VÖEN-i çoxdan dayandırılıb. Pensiyasısı ilə dolanır, bir də həyat yoldaşı ona baxdığına görə 120 manat alır. Oğlu fəhləliklə məşğuldur. Arvadı işləmir. Əvvəldən də böyrəyində narahatlıq var idi, onda “traktor” ilə özü işləyirdi, sonradan onu işlətməyə qətiyyən icazə olmadığını bildirdilər, çünki böyrəkləri silkələyirdi, böyrəklər tam dayana bilər. Əlindən başqa iş də gəlmir. “Traktor”-ları çoxdan satmışdır.

29. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 89. Yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Maddə 107.2. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarı: Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 112.1.3. Iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə görə, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

37. Qanunvericiliyin tələblərindən göründüyü kimi, yetkinlik yaşına çatmayan nəvələrin öz valideynlərindən maddi yardım ala bilməməsi, baba və nənənin zəruri vəsaitə malik olması halları onlar üçün yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin saxlanması üçün aliment ödəmək öhdəliyi yaradır.

38. Işdən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2014 cü il təvəllüdlü X7 üçün atası Səlimov Ceyhun Əbülfət oğlundan hər ay 193 manat məbləğində aliment tutulması qət edilmiş, sonuncu ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixinədək Azərbaycan Respublikası Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyindən aliment öhdəliyi icra edilməmişdir.

39. X3 Əbülfət oğlu artıq cəzaçəkmə müəssisəsini tərk etdiyindən, habelə cavabdeh – uşağın anası əmək fəaliyyəti ilə məşğul olduğundan onların hazırda valideyn olaraq öz uşaqlarını saxlamaq vəzifələrini yerinə yetirmək imkanları vardır.

40. Həmçinin qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra iddiaçıya ağır xəstəliyi ilə bağlı müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmiş, o, vergi ödəyicisi kimi fəaliyyətini dayandırmış, habelə mülkiyyətində olan texnikaları özgəninkiləşdirmişdir.

41. Hazırda iddiaçı əmək fəaliyyəti ilə də məşğul olmur, ümumilikdə 550 manat pensiya alır.

42. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025ci il tarixli qətnaməsi qəbul edildikdən sonra iddiaçının maddi vəziyyətində dəyişikliklər baş verdiyindən hazırda onun aliment ödəmək üçün zəruri vəsaitə malik olduğu müəyyən edilmir.

43. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

44. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı nəvəsi ##.##.2014-cü il təvəllüdlü X7 üçün ondan tutulmalı olan alimentin ödənilməsindən azad edilməlidir.

45. Iddia tələbinin aliment borcunun ləğv edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəf artıq aliment borcunu ödədiyini bildirmişdir. Bu səbəbdən də həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas müəyyən edilmir.

46. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Iddiaçı Iddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(009)-2559/2025 nömrəli qətnaməsi aliment öhdəliyinə xitam verilməsi tələbinə dair iddianın təmin olunmayan hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. Iddiaçı Iddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş ##.##.2014-cü il təvəllüdlü X7 üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin (250/345=0,72) 0,72 misli həddində sabit pul məbləğində alimentin ödənilməsindən azad olunsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKIMLƏR Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar